Məhkəmə qərarları › İş №2(102)-2494/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-2494/2021

13.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Qeyri yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2494/2021 13.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh və iddiaçı Cavabdeh İddiaçı qarşı iş üzrə QƏRARİ iş № 2(102)-2494/21 (Açar sözlər: qeyri-yaşayış sahəsinin boşaldılması, maddi zərər) Bakı şəhəri, xx xxxxx 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh və onun vəkili X4 oğlunun iştirakları ilə, Bakı Ap ellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7509/2020 nömrəli iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən lik iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə xx xxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Cavabdeh qarşı “qeyri-yaşayış sahəsinin boşaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən, onun xüsusi mülkiyyətində olan, sahəsi 133.8 kv.m təşkil edən qeyri-yaşayış sahəsinin boşaldılması, ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı Cavabdeh İddiaçı qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən onun xeyrinə 23000 manatın alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən, onun xüsusi mülkiyyətində olan, sahəsi 133,8 kv.m təşkil edən qeyri-yaşayış sahəsinin mülkiyyətçisidir, qeyd edilən əmlakı xx.xx.2019-cu il tarixdə keçirilmiş açıq hərrac vasitəsi ilə əldə etmişdir, bu barədə Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən qeydiyyata alınmış Çıxarışı vardır, lakin hazırki müddətə kimi həmin əmlakdan istifadə edə bilmir, belə ki, Cavabdeh həmin əmlakın ona məxsus olduğunu, hərracın nəticələrini tanımadığını və buradan çıxmayacağını bild irmişdir. Ona görə də o, iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı Cavabdeh qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, zirzəmi qeyriyaşayış sahəsi tikiş məmulatları istehsalatının təşkili üçün Bakı şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.1997-ci il tarixli 267 saylı Sərəncamına əsasən direktoru olduğu “xxxx” İstehsalat-Kommersiya Firmasına icarəyə verilmişdir. İcarəyə götürdüyü zirzəminin tikiş emalatxanasına uyğunlaşdırılması üçün təmir-tikinti və s. işlərinə 23000 manat xərci çıxmışdır. Dövlət Əmlakının İnventarlaşması İdarəsindən xx.xx.1998-ci il tarixdə görülmüş işləri təsdiq edən obyektin 204/3566 nömrəli (inventar 2446) texniki pasportu çıxarılmışdır. xx.xx.2006-cı il tarixli Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsi ilə “ xxxx” İstehsalat-Kommersiya Firması arasında Dövlət əmlakının-qeyri-yaşayış sahəsinin icarəyə verilməsi haqqında 2923/7653 nömrəli icarə müqaviləsi bağlanmışdır, Əmlak Məsələləri Dövlət Komitəsindən daxil olan xx.xx.2016-cı il tarixli məktubla bildirmişlər ki, icarə müqaviləsinin müddətinin başa çatması və icarə haqqının vaxtı-vaxtında ödənilməməsi səbəbindən icarə müqaviləsi ləğv edilmiş, hərrac protokoluna əsasən 5 mərtəbəli binanın yarım zirzəmisinin 133,8 kv.m-dən ibarət bir hissəsi 30000 manata İddiaçı və X1. Bundan sonra ƏMDK tərəfindən həmin şəxslərə obyektin alqı-satqı müqaviləsi bağlanmışdır. xx.xx.2019-cu il tarixdə isə İddiaçı və Ş.Ağakərimov həmin sahəyə Hüquqlarının Dövlət qeydiyyatı haqqında Çıxarış almışlar. Hərracın vaxtı, yeri, forması, keçirilmə qaydası ilə “xxxx” İstehsa lat-Kommersiya Firmasına qabaqcadan xəbər edilməməsi, maraqlı tərəf olaraq hərracda iştirak ehtimalının böyük olmasını nəzərə alaraq ona yazılı bildirişin göndərilməməsi, hərracın firmanın nümayəndəsinin iştirakı olmadan keçirilməsi zamanı onun və müəssisənin hüquqları pozulmuş, dəymiş ziyan ödənilməmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) xx xxxx 2020-ci il tarixli 2(011)-204/2020 nömrəli qətnaməsi ilə (hakim Şəhriyar Əliyev) ilkin iddia tələbinin təmin edilməsi, İddiaçı xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, sahəsi 133,8 kv.m təşkil edən qeyri-yaşayış sahəsinin boşaldılması və İddiaçı təhvil verilməsi, qarşılıqlı iddia tələbinin rədd edilməsi, ilkin iddia ərizəsi üçün ödənilmiş 10 manatın Cavabdeh alınaraq İddiaçı ödənilməs i qət edilmişdir. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, ünvan 1 ünvanında yerləşən, sahəsi 133,8 kv.m təşkil edən qeyriyaşayış sahəsi BŞİH tərəfindən “xxxx” İstehsalat-Kommersiya Firmasına icarəyə verilmişdir, icarə müqaviləsinin müddətinin başa çatması və icarə haqqının vaxtlıvaxtında ödənilməməsi səbəbindən icarə müqaviləsi ləğv edilmiş, hərrac protokoluna əsasən əmlak İddiaçı açıq hərrac vasitəsi ilə satılmış və hazırda onun mülkiyyətindədir, bu barədə Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən qeydiyyata alınmış Çıxarışı vardır, Cavabdeh həmin əmlakın ona məxsus olduğunu, hərracın nəticələrini tanımadığını və buradan çıxmamaqla İddiaçı mülkiyyətində olan əmlakdan istifadə etməsi nə maneçilik törədir. Bununla belə, mübahisəli qeyri-yaşayış sahəsinə dair İddiaçı mülkiyyət hüququnu, o cümlədən sahiblik və istifadə hüququnu istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Ona görə də ilk iddia təmin edilməli, qarşılıqlı iddia tələbi isə təmin edilməməlidir. Qətnamədən narazı qalan ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – İkram Şirinov- sədrlik edən və məruzəçi, Tofiq Səmədov, Anar Tanrıverdiyev) 2(103)-7509/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəh əri Xətai Rayon Məhkəməsinin 2(011)-204/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsinin apelyasiya şikayətinə münasibətdə (mübahisələndirilən hissədə) dəyişdirilmədən saxlanılması qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Cavabdehin apellyasiya şikayətinin əsas dəlili icarəyə götürdüyü zirzəminin tikiş emalatxanasına uyğunlaşdırılması üçün təmir-tikinti və s. işlərinə çəkdiyi 23000 manat xərcin İddiaçı alınaraq ona verilməsidir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin həmin dəlilinə münasibətdə aşağıdakıları qeyd edir. Qarşılıqlı iddia tələbində cavabdeh zirzəminin yaxşılaşdırılması üçün xərc çəkdiyini bildirir və xərcin zirzəminin hazırkı mülkiyyətçisi İddiaçı alınaraq ona verilməsini tələb edir. Məhkəmə kollegiyası q eyd edir ki, zirzəminin yaxşılaşdırılması halında, onu cavabdehdən həmin vəziyyətdə qəbul edən (icarə müqaviləsinə əsasən) Əmlak Məsələləri Dövlət Xidməti olduğu üçün, hazırkı tələb İddiaçı münasibətdə təmin edilmə bilməz. Bu səbəbdən cavabdehə zirzəminin yaxşılaşdırılması üçün çəkdiyi xərclərin ödənilməsi tələbi ilə bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh (vəkil X4 oğlu) kasasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib yeni qətnamə qəbul ed ilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının pozuntusu ilə qətnamə qəbul etmişdir. Ona görə də apelyasiya kollegiyasının qəbul etdiyi qətnamə ləğv edilməli və yeni qətnamə qəbul edilməlidir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Kasasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh və vəkili X4 oğlu kasasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdilər. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı məhkəmə iclasında vəkilsiz iştirak etdiyi üçün Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinin tələb lərinə uyğun olaraq onun izahatı dinlənilmədi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələr in işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüq uqi faktlara istinad edilməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətində qətnamə iş üzrə ilk iddia üzrə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvi xahiş edildiyindən məhkəmə aktı tam yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kasasiya kollegiyası kasasiya şikayətinin dəlilləri üzrə qeyd edir ki, kasasiya şikayəti formal olaraq tərtib edilmişdir. Belə ki, ilk iddia üzrə cavabdeh işə apelyasiya instansiyası məhkəməsinin işə baxılıb qərar qəbul edilməsi ilə əlaqədar qənaətləri barədə fikirlərini kasasiya şikayətində göstərmiş, nəticədə apelyasiya kollegiyasının qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. İlk iddia üzrə cavabdeh kasasiya şikayətində apelyasiya kollegiyası tərəfindən hər hansı maddi və prosessual hüquq normasının pozuntusuna yol verilməsinə istinad edə bilməmişdir. Odur ki, kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyas iya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7509/2020 nömrəli iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar