Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2495/2024 11.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Quba rayon İcra Hakimiyyətinə qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: apellyasiya şikayətinin qeyri-mümkünlüyü, prosessual müddətlər, prosessual müddətin bərpası Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Quba rayon İcra Hakimiyyətinə qarşı “tikintiyə mülkiyyət hüququnun müəyyən edilməsi” barədə mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1034/2024 nömrəli, 21 may 2024-cü il tarixli qərardadından Azər baycan Respublikası İqtisadiyyat Nazirliyi yanında “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları
1. Ərizəçi İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh Quba rayon İcra Hakimiyyətinə (bundan sonra – maraqlı şəxs) qarşı “tikintiyə mülkiyyət hüququnun müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Quba şəhərində Quba-Qonaqkənd yolunun sağ hissəsində JN1159 KOD30301004 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı əsasında mülkiyyət hüququ üzrə ona məxsus 0,03 ha torpaq sahəsində tikdiyi 1 mərtəbəli qeyri yaşayış binasına onun mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Quba şəhərində, Quba-Qonaqkənd yolunun sağ hissəsində, N1159 KOD30301004 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı əsasında mülkiyyət hüququ üzrə ona məxsus 0,03 ha torpaq sahəsi vardır. Həmin sahədə 1 mərtəbəli qeyri-yaşayış binası tikmişdir. Lakin, həmin qeyri-yaşayış binasını tikərkən bilməməzlikdən RİH-dən Memarlıq və Tikinti Şöbəsindən qanunla tələb olunan qərar və layihə almadığından reyestrdən çıxarış ala bilmir. Hazırda tikinti öz adına rəsmiləşdirmək istəyir. Həmin tikili tikinti normalarına uyğun tikilməklə kənar şəxslərin həyat və sağlamlığı üçün təhlükə yaratmır. Tikinti altındakı torpaq sahəsi ona məxsusdur.
3. Quba Rayon Məhkəməsinin (hakim F. Pənahov) xx.xx.2013-c ü il tarixli qətnaməsi ilə (bundan sonra – birinci instansiya məhkəməsi) ərizə təmin edilmiş, Quba şəhərində, Quba-Qonaqkənd yolunun sağ hissəsində, N1159 KOD30301004 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı əsasında mülkiyyət hüququ üzrə ona məxsus 0,03 ha torpaq sahəsində tikilmiş 1 mərtəbəli qeyri yaşayış binasına sonuncunun mülkiyyət hüquqları tanınması qət edilmişdir.
4. Ərizəçinin müraciətinə əsasən xx.xx.2024-cü il tarixdə qətnamə icra üçün “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə göndərilmişdir.
5. Bundan sonra, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi (bundan sonra – Xaçmaz Ərazi İdarəsi) apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsin i ləğv edilərək, ərizənin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Xaçmaz Ərazi İdarəsi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı torpaq sahəsinin üzərində olan mülkiyyət hüququna malik deyildir. Belə ki, sözügedən Dövlət Aktı Ərazi İdarəsinin məlumat bazasında olan xəritədə öz əksini tapmamış, bununla da torpaq sahəsinin yerləşdiyi yer sənəd üzrə məlum deyil, həmin torpaq sahəsinin kateqoriyası, yüksək gərginlikli elektrik və digər kommunikasiya xəttlərinin mühafizə zolağına, digər şəxslərin mülkiyyətində, istifadəsində olan torpaq sahələri ilə üst-üstə düşüb-düşməməsi müəyyən edilməsi mümkün deyildir. Məhkəmə tərəfindən mübahisəni həll etməzdən əvvəl torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınıbalınmamasını, torpaq sahəsinə və tikiliyə dair sənədlərin mövcudluğunu və digər qeyd edilmiş xüsusiyyətlərini müəyyən edilməlidir.
7. Quba Rayon Məhkəməsinin 2(027)-1105/2013 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə (hakim R.Həsənov) Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır.
8. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə mövcud sübutlar əsasında formal həqiqət prinsipi ilə işə baxmış, qətnamə qəbul edilmişdir. Hazırki qətnamədə qeyd edilən tələblə bağlı isə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin mənafeyinə halı müəyyən edilməmişdir.
9. Xaçmaz Ərazi İdarəsi şikayətlə məhkəməyə müraciət edərək, birinci instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadını ləğv etməklə, apellyasiya şikayətini Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir.
10. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçıya aid Quba Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsindən Xaçmaz Ərazi İdarəsinin apellyasiya şikayəti Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə geri qaytarılmışdır. Quba Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Daşınmaz əmlaka mülkiyyət hüquqlarının dövlət qeydiyyatı Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin Ərazi İdarələri tərəfindən aparılır və Xaçmaz Ərazi İdarəsi iş üzrə tərəfdir və apellyasiya şikayəti vermək hüquqları vardır.
11. Quba Rayon Məhkəməsinin 2(027)-1105/2013 saylı mülki iş üzrə xx.xx.2024-cü il tarixli qərardadı ilə Xaçmaz Ərazi İdarəsinin şikayəti birinci instansiya m əhkəməsinin qərardadını ləğv etmək üçün əsasların olmadığı üçün təmin edilməmiş, şikayətə baxılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir.
12. Sumqayıt Apellyasiya Məhkəməsinin (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(105)-1034/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə (hakimlər İ.Dəmirov (sədrlik edən və məruzəçi), F.Məmmədov və L.Rəhimli) Xaçmaz Ərazi İdarəsinin şikayəti qeyri-mümkün hesab edilərək şikayətin geri qaytarılması məsələsinə baxılması üçün mülki iş Quba Rayon Məhkəməsinə qaytarılmışdır.
13. Apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı poçt vasitəsi ilə göndərilmiş, Xaçmaz Ərazi İdarəsi tərəfindən “poçt göndərişinin verilməsi h aqqında xəbərnamə”yə xx.xx.2024-cü il tarixdə imza edilərək qəbul edilmiş, sonuncunun tərtib etdiyi apellyasiya şikayəti xx.xx.2024-cü il tarixdə, yəni prosessual müddət yeddi gün ötürülməklə həmin İnformasiya Sisteminə yerləşdirilmiş, lakin həmin müddətin hansı səbəbdən ötürülməsi və bununla əlaqədar prosessual müddətin bərpa edilməsinə dair vəsatət verilməmişdir.
14. Həmçinin məhkəmə qeyd etmişdir ki, birinci instansiya məhkəməsi şikayətinin verilməsinin qanunvericiliyin tələblərinə uyğunluğunu tam yoxlamamış, prosessual müddətlə bağlı məsələyə münasibət bildirməmişdir. Halbuki, məhkəmə aktlarından apellyasiya şikayəti verildiyi halda MPM-in 361 və 363-cü maddələrinin tələblərinin yoxlanılması birinci instansiya məhkəməsinin səlahiyyətinə aiddir.
15. Məhkəmə öz mövqeyini Azərbaycan Respu blikasının Mülki Prosessual Məcəlləsinin 130.3, 268.1, 361.1.3, 366.2, 400-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri 16. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi (vəkili Vəkil) kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadının ləğv edilməsi və İdarənin Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadından verdiyi apellyasiya şikayəti mümkün hesab edilərək baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
17. Şikayət onunla əsaslandırılmışdır ki, şikayət verilən qərardad xx.xx.2024-cü il tarixdə poçta təhvil verilmiş, bu barədə qərar dadın göndərildiyi zərf şikayətə əlavə edilmişdir. “Ali Məhkəmənin xx.xx.2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2008-ci il tarixli qərarında göstərilmişdir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın. Lakin işə baxan məhkəmə bu hüquq normasını düzgün tətbiq etməmişdir.
18. Kassator şikayətini əsaslandırarkən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 133.1, 268.1, 363.1.3-cü maddələrinə istinad etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Kassasiya şikayətinə qarşı etiraz daxil olm amışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
20. Maddə 135.6. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.
21. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.
22. Maddə 396.1. Şikayət birinci instansiya məhkəməsinin qərardadı rəsmi qaydada verildikdən sonra 10 gün müddətində birinci instansiya mə hkəməsinə verilə bilər.
23. Maddə 363.1.3. Apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə şikayət birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır;
24. Maddə 366.2. Apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər.
25. Maddə 128.1. Prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir.
26. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.
27. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
28. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
29. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilmə məlidir.
30. Hazırkı kassasiya şikayətində qərardad tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
32. Kassator məhkəmə qərardadının xx.xx.2024-cü il tarixdə ona göndərilməsini və bunu təsdiq etmək üçün poçt zərfinin surətini kassasiya şikayətinə əlavə etsə də, hə min zərfin məhz hazırki işə aid olmasını müəyyən etmək mümkün deyildir. Əksinə işdə olan poçt reyestri və xəbərnamədən görünür ki, hazırki iş üzrə məhkəmə qərardadı xx.xx.2024cü il tarixdə poçta təhvil verilmiş və xx.xx.2024-cü il tarixdə kassator tərəfindən alınmışdır.
33. Yuxarıda qeyd olunan hüquq normalarının məzmunundan göründüyü kimi, vaxtında və lazımi qaydada tərtib edilmiş şikayət verilməməsi və prosessual müddətin buraxılması müəyyən hüquqi nəticələr yaradır. Prosessual müddətin bərpası üçün müddəti buraxmış şəxs özünün subyektiv mülahizələrini deyil, konkret üzürlü səbəbləri təqdim etməyə borcludur.
34. Məhkəmə kollegiyası vurğulayır ki, buraxılmış prosessual müddətin üzürlü hesab edilməsi üçün ərizə verən tərəf keçən bütün müddət ərzində şikayət vermək imkanının olmamasını sü but etməlidir. Çünki qanunla müəyyən edilmiş prosessual müddətlər işdə iştirak edən şəxslərin hüququ və azadlıqlarına təsir edə bilən ən mühüm prosessual hərəkətlərin icrası vaxtını müəyyənləşdirməyə yönəlmişdir.
35. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
36. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş kassasiya şikayəti tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mül ki kollegiyasının 21 may 2024-cü il tarixli, 2(105)-1034/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.