Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2498/2021 19.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı2 cavabdehlər Cavabdeh2 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: daşınmaz əşya üzərində hüququn tanınması, əşyaların qaytarılması) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, İddiaçı2 nümayəndəsi X2, vəkili X5, Cavabdeh2 nümayəndəsi və vəkili X8, Cavabdeh2 iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının X nömrəli iş üzrə 13 noyabr 2020ci il tarixli qətnaməsindən İddiaçı2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Könül İsgəndərova ilə Cavabdeh2 2005-ci ildə ailə qurmuş, 11 sentyabr 2009-cu il tarixdə isə rəsmi nikaha girmişlər. Bu nikahdan 12 may 2007-ci il təvəllüdlü X və 12 fevral 2009-cu il təvəllüdlü X adlı uşaqları doğulmuşdur.
2. İddiaçı bildirir ki, 2019-cu ildən ailə münasibətləri pozulmuş, ayrı yaşamağa başlamışlar və uşaqlar onun yanında qalmışlar.
3. Könül İsgəndərova daşınar və daşınmaz əşyalarla bağlı aşağıdakı iddia tələblərini irəli sürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı2 cavabdehlər Cavabdeh2 və Cavabdeh2 qarşı ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh2 adına əldə olunmuş Sumqayıt şəhəri, 48-ci məhəllə, 2 saylı evi n 31 saylı mənzili və Sumqayıt şəhəri, 42-ci məhəllə, 13 saylı evin 3 saylı mənzilinin birgə nikah müddətində əldə edilməsini nəzərə alaraq əmlaklar üzərində birgə mülkiyyət hüququnun tanınması və uşaqların mənafeyi nəzərə alınmaqla mənzillərin 2/3 hissəsində onun, 1/3 hissəsinə isə Cavabdeh2 paylarının müəyyən edilməsi, onu iki yetkinlik yaşına çatmayan övladları ilə birlikdə Sumqayıt şəhəri 48-ci məhəllə, 2 saylı evin 31 saylı mənzilinə köçürülməsi, Cavabdeh2 ilə atası X14 arasında Sumqayıt şəhəri 42-ci məhəllə, 13 saylı evin 3 saylı mənzilinə dair bağlanmış bağışlama müqaviləsinin və onun əsasında X6 adına verilmiş reyestrdən çıxarışın etibarsız hesab edilməsi, həmçinin nikah müddətində ümumi gəlirləri hesabına əldə olunmuş əmlakların bölgüsünü naturada həyata keçirərək, 899 manat dəyər ində “Samsung” markalı paltaryuyan maşın, 1199 manat dəyərində “BOSCH” markalı soyuducu, 560 manat dəyərində “Beko” markalı televizor, biri 250 manat olmaqla iki ədəd uşaq çarpayısı, 600 manat dəyərində olan “HP” markalı kompüter, 530 manat dəyərində olan planşetin onun mülkiyyətinə verilməsi, Cavabdeh2 onun mülkiyyətinə verilən yuxarıda qeyd olunan əmlakların, habelə 900 manat dəyərində əyarı 750 olan İtalyan istehsalı sırğa-üzük, 1100 manat dəyərində əyarı 750 olan qızıl qolbağ, 1.000 manat dəyərində əyarı 750 olan “Qrazella” qızıl zəncir və kulonu, 170 manat dəyərində əyarı 583 olan bir cüt qızıl sırğa və cavabdehin nişan-toy mərasimində hədiyyə etdiyi 250 manat dəyərində bir ədəd qızıl nişan üzüyünün və ya onların dəyəri olan 7.708 manat pulun, həmçinin ödədiyi 30 manat dövlət rüsumunu n alınıb ona verilməsi barədə qətnamə məhkəmədən çıxarılmasını xahiş etmişdir (iddia tələbi dəqiqləşdirilmişdir).
5. İddiaçı tələbini belə əsaslandırılmışdır ki, o, Cavabdeh2 ilə 26.07.2006-cı il tarixdə el adəti toy edib, ailə qurmuşlar. Toy günü cavabdehin valideynlərinə məxsus Sumqayıt şəhəri, 48-ci məhəllə, 1 saylı evin 3 otaqlı 14 saylı mənzilinə gəlin köçürülmüşdür. 12.05.2007-ci il tarixdə qızları Fatiməyə 12.02.2009-cu il tarixdə oğulları Hüseyn anadan olmuşdur. 11.09.2009-cu ildə nikahlarını rəsmişdirmişlər. Valideylərinin ona hədiyyə etdiyi yataq mebeli və digər cehiz əşyaları toydan əvvəl həmin mənzilə yerləşdirilmışdır. Cavabdehin valideynləri elçilik zamanı toydan sonra, onların Sumqayıt şəhəri, 48-ci məhəllə, 1 saylı evin 3 otaqlı 14 saylı mənzilində yaşayacaqlarını, Faiqin o nların kiçik oğlu olduğuna görə evin də onun ailəsinin olduğunu bildirmələrinə baxmayaraq, sözlərinin üstündə dayanmayıb onları aldatmışlar və həmin mənzili ortancıl oğulları Natiq Məmişova vermişlər. 2006-cı ilin sentyabr ayında, cavabdehin valideynləri onları Sumqayıt şəhəri, Yaşıldərə yaşayış massivindəki tam təmirsiz, yaşayış üçün heç bir şəraiti olmayan sənədsiz evə köçürtmüşlər. Valideynlərinin ona hədiyyə etdiyi yataq və qonaq mebelini, habelə “Çinar“ markalı soyuducunu həmin həmin evin iki otağında yerləşdirmişlər. Qaz çəkilmədiyinə görə otaqları odun peçi ilə qızdırırlarmış, bu səbəbdən yuxarı otaqlara köçməmişlər, zirzəmi otaqda yaşamağa davam etmişlər. Ailə qurduqları vaxtdan hazıradək cavabdeh bərbər işləyir. O isə ali məktəbi bitirdiyi 2000-ci ildən Sumqayıt şəhəri, 5-ci mikro rayonda yerləşən əqli zəif uşaqlar üçün nəzərdə tutulan “İnteqrasiya təlimli internat tipli” gimnaziyada loqoped-müəllim işləyir. Evləndikləri gündən ailə münasibətlərinin pozulduğu 2019- cu ilin fevral ayına kimi aldığı əmək haqqını ərinə vermişdir. Köçdüyü gündən hər ikisi evlərini təmir etdirməyi düşünmüşlər. 3 il müddətində şəraitsiz vəziyyətdə yaşadıqdan sonra, 2009-cu ilin sentyabr ayında əri ilə birlikdə zirzəmi otaqlara bitişik hamam, tualet və mətbəx, onların üstündə uzunluğu 9 metr eni 3 metr olan aynabənd və bir otaq tikmişlər. Bu işlərin görülməsi üçün 987 manat oğlunun analıq məzuniyyəti pulunu əri Faiqə vermişdir. Təmir işlərini isə atası görmüşdür. Yaşadıqları otağa kreditlə götürdükləri1200 manat pul ilə yeni yataq mebeli almışlar. Daha sonra, divarlarda iri çatlar əmələ gəldiyinə görə bu evdə yaşamaq təhlükəli olmuşdur. 2013-cü ildə artıq həmin evdə yaşamaq mümkün olmadığını görüb əri ilə birlikdə torpaq sahəsinin o biri hissəsində şəraitli ev tikmək qərarına gəlmişlər. Həmin vaxtlar həyat yoldaşı qaynıyla birlikdə avtomobil alveri ilə məşğul olmuşdur. Artıq ailə büdcələri yeni evin tikintisinə imkan verirdi. Elə həmin 2013-cü ilin dekabr ayında əri ilə birlikdə 1 mərtəbəli, kürsülü, 4 otaqlı ev tikməyə başlamışlar və 2014-cü ilin yayında tikinti tam başa çatmışdır.Eviyüksəkzövqlə,keyfiyyətlitəmiretdirmişlər.2014-cü ilin fevral ayının 12-də oğlunun “kiçik” toyunda iştirak edən müəllim yoldaşları ona verdiyi 2380 manat və 250 dollar pulu evin tikintisinə sərf etmişlər. 24.02.2014-cü ildə “xxxx” ASC dən kredit götürdükləri 2000 manat pulla otaqların qapı və pəncərələrini qoydurmuşlar. “xxxx” ASC-dən 23.12.2015-ci ildə götürdükləri 1500 manat kredit pulla mətbəx mebeli yığdırmışlar. Müəllim yoldaşlarıyla oynadığı lotoreyadan götürdüyü 800 manat pulu cavabdehə vermişdir. Kreditlə öz adına “Soliton” mağazasından televizor və soyuducu almışdır. Bununla yanaşı, uşaqları üçün hər biri 250 manat dəyərində iki çarpayı almışdır. Evin bütün otaqlarına kombi-istilik sistemi quraşdırılmış, mətbəx, hamam və tualetə isə isti döşəmə çəkilmişdir. 2014-cü ilin yayın axırında tam təmirli vəziyyətdə, əla şəraitə malik olan evə əri və iki uşağıyla birlikdə köçüb yaşamağa başlamışdır. Cavabdehin valideynləri isə əvvəlki evdə yaşamaqda davam etmişlər. 2016-cı ilin sentyabr ayında zirzəmili, divarları çat verən ev 30.000 manata satılmışdır. Həmin pulun 20.000 mana tını onlar götürmüşlər, 10.000 manatını isə yoldaşının məsləhəti ilə Natiq Məmişova vermişlər. O, həyat yoldaşına əllərində olan pulun üstünü düzəldib Sumqayıt şəhərində bina evi almağı təklif etmişdir. Əri onunla razılaşıb ev axtarmağa başlamışdır. Bir müddət sonra, Sumqayıt şəhəri 48-ci məhəllədə 43.000 manata 3 otaqlı ev tapdığını, həmin evin valideynləri ilə bir mərtəbədə olmasını bildirmişdir. Mənzili almaq üçün qızıl-zinət əşyalarını 5100 manata satmışdır. Əri isə birgə nikah dövründə aldıqları “OPEL” markalı avtomobili 7000 manata satmışdır. Daha sonra o, atasından 2500manat borc pul almışdır. 2016-cı ilin noyabr ayında, ərinin adına 43.000 manata tam təmirsiz vəziyyətdə həmin evi almışlar və 2017-ci ilin may ayına kimi orada təmir işləri aparılmışdır. Bu mənzili də birgə qazancları ilə yüksək zövqlə təmir etmişlər. İş yoldaşları ilə oynadığı lotereyadan götürdüyü 1000 manat pul ilə otaqların qapılarını almışlar. Evə paltaryuyan, soyuducu və digər zəruri məişət əşyaları alıb qoymuşlar. Mənzilin təmirinə ümumi 18.000 manat pul xərcləmişlər. 2017-ci ilin may ayında təmiribaşaçatdırdıqdansonra,bumənzilikirayəvermişlər.2017-ciilinnoyabrayında kirayədə yaşayanlar çıxdıqdan sonra, cavabdeh və iki uşağı ilə birlikdə mənzillərinə köçüb yaşamışlar. Yaşıl dərədəki evlərində də ərinin valideynləri yaşamaqda davam etmişlər. Cavabdehin atası özünə maşın aldırmaq üçün 2018-ci ilin aprel ayında, ərini həmin mənzili satmağa məcbur etmişdir. Ev 65.000 manata satıldıqdan sonra, cavabdeh atasına 14.000 manata “Nissan XTRAİL” markalı avtomobil, gələcəkdə oğullarına vermək üçün 42.000 ma nata isə Sumqayıt şəhəri, 42-ci məhəllədə 13 saylı evin 2 otaqlı 3 saylı mənzilini almışdır. Bu mənzili də yüksək səviyyədə təmir edib kirayə vermişlər. Həmin mənzil əri ilə onun birgə əmlakları olduğunu bildiyinə və onun uşaqlarına qalmasını istədiyinə görə sonradan qayınatası mənzili ərinə bağışlamışdır. Mənzil ərinə bağışlandıqdan sonra, mənzilin ilk öncə qayınatasının adına alındığını bilmişdir. Yaşıl dərədəki ev satıldıqdan sonra, cavabdehin valideynləri köçüb yenə də onlarla birlikdə yaşamışlar. Qayınatası yenə də ailə işlərinə qarışmış, yanından keçib ona yersiz söz atmağa başlamışdır. Atası cavabdehi ona qarşı öyrədir, onun atası barədə xoşagəlməz sözlər deyir, ailə münasibətlərini var gücü ilə pozmağa çalışır. Hətta onu ərinə döydürmüşdür. Qayınatası oğlundan yaşadıqları evi satıb ona və iki uşağına bir otaq, özünə isə iki otaq verməsini tələb edir. Əri ona “ay ata gəl sənə başqa yerdə 3 otaqlı mənzil alaq, orada anamla birlikdə yaşa” deməsinə baxmayaraq, qayınatası təkidlə evin satılmasını tələb edir. 2019-cu ilin fevral ayının 26-da yenə də mənzilin satılması barədə müzakirə olduqda, o, evin satılmasına razı olmadığını bildirmişdir. Həmin mübahisə zamanı evdə dava-dalaş yarandığından, qaynatasının hərəkətlərinə dözə bilmədiyindən, sözləri uşaqlarının tərbiyəsinə mənfi təsir göstərdiyinə görə yaşadıqları evdən iki uşağı ilə çıxmaq məcburiyyətində qalmışdır. Bu əvvəlcədən düşünülmədiyindən evdən çıxarkən özü ilə heç bir əmlak apara bilməmişdir. Hətta yoldaşının sonradan ona alıb hədiyyə etdiyi qızıl zinət əşyaları, özünün və uşaqların geyimləri və digər şəxsi əşy aları bu mənzildə qalmışdır. Belə ki, atası onlarla eyni binada yaşayır və yaşadığı mənzil onlarla qonşudur. Mənzili tərk edərkən atası da istər-istəməz buna şahid olmuşdur. Daha sonra, özünün və uşaqlarının əşyalarının bir hissəsini (uşaqların və özünün geyim əşyalarını, uşaqların məktəb formalarını, çantalarını, kitablarını və digər məktəb ləvazimatlarını) qayınatasının, qayınanasının və həyat yoldaşının iştirakı ilə götürmüşdür. Cavabdeh atasının sözlərinə qulaq asaraq mənzilin satılmasında israrlı olduğundan, buna onu məcbur etdiyindən, evdə dava-dalaş saldığından, buna narazı olmağına baxmayaraq, onu saymayaraq evi satmaq üçün mənzilə müştəri gətirdiyindən, uşaqlarımın gələcəyini düşünərək, eyni zamanda mənzilin satılmasının başqa yolla qarşısını ala bilmədiyindən nikahın pozulması tə ləbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. O, əri ilə birgə nikah dövründə ümumi gəlirləri və əməyi hesabına iki mənzil əldə etmişdir. Cavabdehlə birgə yaşadığı müddətdə aşağıda adlarını qeyd etdiyi əmlaklar alınmışdır: ”Optimal” mağazadan aldığı 899 manat dəyərində “Samsung” markalı paltaryuyan maşın, 1199 manat dəyərində “BOSCH” markalı soyuducu, kreditlə alınmış, kredit xətti ilə cavabdehin adına sənədləşdirilmiş, lakin kredit ödənişləri aldığı əmək haqqı hesabına hər ay vaxtında ödənilmişdir. “Soliton” mağazasından “Beko” markalı televizor, 560 manata kredit xətti ilə alınmış, kredit sənədləşləşməsi onun adına rəsmiləşmiş və onun tərəfindən aylıq ödəniş edilməklə bağlanmışdır. “Soliton” mağazasından televizor alarkən verdikləri lotoreya əsasında eyni markalı və eyni qiy mətə ikinci televizor onun tərəfindən “Space” kanalında udulmuş və ona hədiyyə olaraq təqdim edilmişdir, onu da 560 manat məbləğində qiymətləndirir. Sumqayıt şəhəri, 47-ci məhəllədə yerləşən “Maqnit” mağazasından “xxxx” QSC-də açılmış kredit xətti ilə 1.200 manata yataq mebeli (şofoner, taxt, tirmo, iki tumba) almışlar. 2010-cu ilin mart ayında “Optimal” mağazasından 1 ədəd “BOSCH” firmasına məxsus paltaryuyan 600 manata kredit xətti ilə almışlar, kredit sənədləşməsi ərinin adına olmuş və onun tərəfindən ödənilmişdir, paltaryuyan hazırda ərinin adına olan 42-ci məhəllədə yerləşən mənzildə yerləşir. 2014-cü ilə qədər “Samsung” markalı soyuducunu 800 manata almışlar, hazırda ərinin adına olan 42-ci məhəllədə yerləşən mənzildə yerləşir. “Ankara” mebel mağazasından biri 250 manata olmaqla iki uşaq çarpayısı, 500 manat lotereya puluna onun tərəfindən nağd ödəniş edilməklə alınmışdır. “HP” markalı kompyuter 600 manat-lotoreya oynayıb nağd ödəniş etməklə uşaqların onlayn kitabxanadan istifadə etməsi üçün zəruri elektron vəsait kimi almışdır və mənzili tərk edərkən, cavabdehdə qalmışdır. “Kontakt Home” mağazasından “Samsung” markalı planşeti, 530 manat kredit xətti ilə öz adına almışdır və bu günə qədər ödəniş edir, qızı Fatimənin rəssamlıq işinə görə alınmışdır. Eyni zamanda aşağıda adları qeyd olunan qızıl-zinət əşyaları birgə nikah dövründə ona nişan-toy mərasimində hədiyyə edilmiş və yaşadığı mənzil alınarkən satılmış qızıl-zinət əşyalarının əvəzin dəyəri tərəfindən ona hədiyyə edilmişdir: İtalyan istehsalı qızıl sırğa-üzük, əyarı 750, qiyməti 900 manat, qızıl qolbağ “Qrazella” əyarı 750, qiyməti 1100 manat, qızıl zəncir və kulon “Qrazella” əyarı 750, qiyməti 1000 manat, bir cüt qızıl sırğa, əyarı 583, qiyməti 170 manat və bir ədəd qızıl nişan üzüyü 250 manat dəyərində nişan toy mərasimində hədiyyə edilmişdir.
6. Cavabdeh2 nümayəndəsi və vəkili birinci instansiya məhkəməsinin iclasında bildirmişdir ki, Sumqayıt şəhəri, 48-ci məhəllə, 2 saylı evin 31 saylı mənzilinin Cavabdeh2la Könül İsgəndərovanın evliliyi dövründə alınmasına baxmayaraq birgə mülkiyyət sayıla bilməz. Belə ki, həmin mənzil Cavabdeh2 adına rəsmiləşdirilməsinə baxmayaraq, onun atasının maliyyə vəsaiti hesabına alınmışdır. İddia tələbinin məişət avadanlıqlarının iddiaçının mülkiyyətinə verilməsi dair hissəsini cavabdeh qəbul edir, lakin tələb edilən qızıl-zinət əşyalarını Könül İsgəndərova mənzili tərk edərkən özü ilə aparıb. Qeyd edilənlərə əsasən cavabdehin nümayəndəsi və vəkili iddia tələbinin mənzildə payların müəyyən edilməsi, mənzilə köçürülməsi və qızıl-zinət əşyaları tələbi hissəsində təmin edilməməsini xahiş etmişdir.
7. Sumqayıt Şəhər Məhkəməsinin (hakim C.Məmmədov) 19 iyul 2019-cu il tarixli, X nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Sumqayıt şəhəri, 48-ci məhəllə, 2 saylı evin 31 saylı mənzili üzərində birgə əmlak payının (1/2 hissə Cavabdeh2, 1/2 hissə İddiaçı2) müəyyən edilməsi, İddiaçı2 övladları 12.05.2007-ci il təvəllüdlü X11 və 12.02.2009-cu il təvəllüdlü X15 ilə birlikdə həmin mənzilə köçürülmələri, Cavabdeh2 899 manat dəyərində “Samsung” markalı paltaryuyan maşın, 1199 manat dəyərində “BOSCH” markalı soyuducu, 560 manat dəyərində “Beko” markalı televizo r və birinin dəyəri 250 manat olan 2 ədəd çarpayının alınaraq İddiaçı2 verilməsi, siyahıda adları qeyd olunan əşyalar mövcud olmadıqda isə onların dəyərinin cavabdehdən alınaraq İddiaçı2 ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.
8. Məhkəmə iddia tələbinin Sumqayıt şəhəri, 42-ci məhəllə, 13 saylı evin 3 saylı mənzil üzərində birgə mülkiyyət hüququnun tanınması və həmin mənzilin üzərində payların müəyyən edilməsi, Cavabdeh2 ilə atası X14 arasında Sumqayıt şəhəri, 42-ci məhəllə, 13 saylı evin 3 saylı mənzilə dair bağlanmış bağışlama müqaviləsinin və onun əsasında X6 adına verilmiş çıxarışın etibarsız hesab edilməsi hissəsini araşdıraraq hesab etmişdir ki, iddia tərəfinin məhkəməyə gətirdiyi arqumentlər əsasında iddia tələbinin bu hissədə təmin edilməsi mümkün deyil. İd dia tələbinin qızıl-zinət əşyaları tələbi ilə bağlı hissəsini araşdıraraq məhkəmə hesab etmişdir ki, iddiaçı qızılzinət əşyalarının onda olmaması ilə bağlı məhkəməyə əsaslı dəlil təqdim etmədiyinə görə iddia tələbi bu hissədə təmin edilə bilməz. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
9. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-Ş.Abasov (sədrlik edən və məruzəçi), S.Qafari və T.Məmmədov) 13 noyabr 2020-ci il tarixli, X nömrəli qətnaməsi ilə iddiaçının cə Cavabdeh2 apellyasiya şikayətləri təmin edilməmiş, Sumqayıt şəhər Məhkəməsinin 19 iyul 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
10. Apellyasiya instansiyası məhkəməsi mübahisənin həllinə dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Kassasiya şik ayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
11. İddiaçı2 kassasiya şikayəti verərək qətnamənin ləğv, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
12. Kassasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlilləri ilə eynilik təşkil etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Məhkəmə iclasında iştirak edən İddiaçı2 nümayəndəsi və vəkili kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin olunmasını xahiş etdilər.
15. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi və vəkili kassasiya şikayətinə etiraz edərək onun rədd olunmasını xahiş etdi.
16. Saleh Məmişov məhkəmə iclasında vəkil ilə birlikdə iştirak etmədiyi üçün Mülki Prosessual Məcəllənin 67-ci maddəsinə əsasən onun izahatı dinlənilmədi.
17. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq işdə iştirak edən digər şəxs məhkəmə iclasına gəlmədiyi və gəlməməsinin səbəbləri barədə məlumat vermədiyi üçün Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
18. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
19. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibli yindən öz əmlakını geri tələb edə bilər.
20. Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.
21. Maddə 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir.
22. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsi:
23. Maddə
32. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Ər-arvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sa hibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər- arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və y a digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir.
24. Maddə 36.3. Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir.
25. Maddə 37.1. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
27. Maddə 81-ci maddəsinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
28. Madd ə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
29. Məhkəmə kollegiyası, qətnaməni tərəfin mübahisələndirdiyi hissədə yoxlamışdır. Başqa sözlə, aşağıda aparılan hüquqi dəyərləndirmə kassasiya şikayətinin həddi və dəlilləri ilə bağlıdır.
30. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlar a və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
32. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materiallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər.
33. AZ-İ 529369 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, C avabdeh2 ilə İddiaçı2 11 sentyabr 2009-cu il tarixdə nikaha girmişlər.
34. Şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, tərəflərin birgə nikahından 12.05.2007-ci ildə X11 və 12.02.2009-cu ildə X15 adlı övladları doğulmuşdur.
35. İddiaçı2 ilə “xxxx” ASC arasında bağlanmış 23 noyabr 2015-ci il tarixli, Xsaylı kredit müqaviləsinin surətindən görünür ki, xxxx ASC İddiaçı2 12 ay müddətinə, 1500 manat məbləğində pul vəsaitini illik 27,02 % ödəmək şərtilə vermiş, borclu faizi ilə birlikdə vaxtında qaytarmaqla öz öhdəliyini tam şəkildə yerinə yetirməyi öz üzərinə götürmüşdür.
36. İddiaçı2 ilə X16 arasında bağlanmış 14 noyabr 2016-cı il tarixli, S18K ******* saylı nisyə alqısatqı müqaviləsinin surətindən görünür ki, İddiaçı2 ümumi dəyəri 560 manat olan TV “Beko” ** LB ***3 markalı televizor almış dır.
37. Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX ******* saylı, 06 mart 2019-cu il tarixli çıxarışdan görünür ki, Sumqayıt şəhəri, 42-ci məhəllədə yerləşən 13 saylı evin 3 saylı mənzilinin mülkiyyətçisi X9r və daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində 244 nömrəli reyestr kitabının 33 nömrəli vərəqində qeydiyyata alınmışdır.
38. AN-İ 0590853saylı, 17 noyabr 2016-cı il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Xəlilova Sevinc Sumqayıt şəhəri, 48-ci məhəllədə yerləşən 2 saylı evin 31 saylı mənzilini Cavabdeh2 40.000 manata satmışdır.
39. Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX ******* saylı, 19 noyabr 2016-cı il tarixli çıxarışdan görünür ki, Sumqayıt şəhəri, 48-ci məhəllədə yerləşən 2 saylı evin 31 saylı mənzilinin mülkiyyətçisi Cavabdeh2dur və daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində 281 nömrəli reyestr kitabının 69 nömrəli vərəqində qeydiyyata alınmışdır.
40. X6 əlyazmasından görünür ki, o, özünə məxsus olan torpaq sahəsini və onun işindəki 2 mərtəbəli evi 30.000 manata X1.
41. Sumqayıt Şəhər MəhkəməsininX saylı, 26 noyabr 2019 saylı qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, Cavabdeh2 və İddiaçı2 müştərək qaydada 20015 manat pulun tutularaq X10 verilməsi qət olunmuşdur.
42. DSMF-nin Sumqayıt şəhər Şöbəsinin 31 oktyabr 2019-cu il tarixli arayışından görünür ki, X14 yaşa görə 19.05.1995-ci il tarixdən 217,63 manat pensiya alır.
43. DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinin 12 oktyabr 2020-ci il tarixli məktubundan görünür ki, ünvan 1 ünvanda yerləşən 3 saylı mənzil Sumqayıt şəhər İcra Hakimiyyətinin 21.09.1994-cü il tarixli, 6/3M-870 reyestr nömrəli mənzilin əvəzsiz bağışlanması müqaviləsi əsasında X4 adına qeydiyyata alınaraq qeydiyyat vəsiqəsi verilmişdir. X4 İdarəyə müraciəti əsasında qeydiyyat vəsiqəsi ********** qeydiyyat nömrəli, 05.07.2014-cü il tarixli dövlət reyestrindən çıxarışla əvəz edilmişdir. Sumqayıt şəhər 4 saylı notariat kontorunun xüsusi notariusunun təsdiq etdiyi 4Ə-882 reyestr nömrəli, 15.05.2018-ci il tarixli alqı-satqı müqaviləsi əsasında mənzil X6 adına qeydiyyata alınmış və ********** qeydiyyat nömrəli, 17.05.2018-ci il tari xli dövlət reyestrindən çıxarış verilmişdir. Sumqayıt şəhər 4 saylı notariat kontorunun xüsusi notariusunun təsdiq etdiyi 4Ə-1876 reyestr nömrəli, 16.10.2018-ci il tarixli bağışlanma müqaviləsi əsasında mənzil Cavabdeh2 adına qeydiyyata alınmış və ********** qeydiyyat nömrəli, 17.10.2018-ci il tarixli dövlət reyestrindən çıxarış verilmişdir. Sumqayıt şəhər 4 saylı notariat kontorunun xüsusi notariusunun təsdiq etdiyi 4Ə-333 reyestr nömrəli, 01.03.2019-cu il tarixli bağışlanma müqaviləsi əsasında mənzil X6 adına qeydiyyata alınmış və ********** qeydiyyat nömrəli, 06.03.2019-cu il tarixli dövlət reyestrindən çıxarış verilmişdir.
44. Sumqayıt Bələdiyyəsinin vergi qəbzlərinin surətlərindən görünür ki, X13 istifadəsində olan torpaq sahəsi üçün mütamadi olaraq vergi ödəmələri etmişdir.
45. Apell yasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Sumqayıt şəhəri, 48-ci məhəllə, ev 2-də yerləşən 31 nömrəli mənzili tərəflərin birgə nikahı zamanı, onların birgə vəsaiti hesabına əldə edilmişdir və bu əmlak üzərində tərəflərin bərabər paylarının müəyyən edilməsi əsaslıdır. Digər mənzilə gəldikdə isə, işdə olan hüquq müəyyənedici sənədlərdən görünür ki, Sumqayıt şəhəri 42-ci məhəllə 13 saylı evin 3 saylı mənzili 15 may 2018-ci il tarixdə X14 tərəfindən 39.000 manata X3 alınmışdır. Bu vəsaitin İddiaçı2 ilə Cavabdeh2 birgə gəlirlər hesabına əldə edilmiş olması barədə iş materiallarında hər hansı mötəbər sübut yoxdur. Əksinə, iş materiallarından, habelə tərəflərin izahatlarından görünür ki, bu vəsaitin əksər hissəsini S.Məmişova məxsus torpaq sahəsi və orada yerləşən tikilinin satılmasından əl də edilmiş vəsait təşkil etmişdir. Buna görə də iddianın bu hissədə təmin olunması üçün əsas yoxdur.
46. Məhkəmə kollegiyası iddia tələbinin qızıl zinət əşyaları tələbi ilə bağlı hissəsi ilə bağlı qeyd etmişdir ki, iddiaçı tələb etdiyi qızıl-zinət əşyalarının onda olmaması, həmin əmlakların Cavabdeh2 qalması ilə bağlı məhkəməyə əsaslı dəlil təqdim etmədiyinə görə iddia bu hissədə təmin edilə bilməz. İddiaçı2 cavabdehdən bir sıra məişət əşyasını da tələb etmiş, lakin bununla bağlı da məhkəməyə hər hansı tutarlı sübut təqdim etməmişdir.
47. Apellyasiya instansiyası məhkəməsi bildirmişdir ki, Sumqayıt şəhəri, 42-ci məhəllə, 13 saylı evin 3 saylı mənzilinin tərəflərin birgə nikahı zamanı əldə olunması, bu mənzilə dair bağışlama müqaviləsinin və reyestrdən çıxarışın qeyri-qanuni olması, HP mark alı kompyuterin və planşetin, habelə qızıl-zinət əşyalarının cavabdehdə qalmasını İddiaçı2 sübut edə bilməmişdir. Halbuki, bu halları sübut etmək MPM-nin 77.1-ci maddəsinə əsasən onun vəzifəsidir (§ 26).
48. Məhkəmə kollegiyası onu da qeyd etmişdir ki, hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsinin bir çox qərarlarında da (“Delcourt Belçikaya qarşı” iş üzrə 17.01.1970-ci il tarixli, “Piersack Belçikaya qarşı” iş üzrə 01.10.1982-ci il tarixli, “X18rşı” iş üzrə 26.10.1984-cü il tarixli qərarları) ifadə olunmuş mövqeyinə görə “ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə mübahisən in hazırki formada həlli onun mahiyyətinə ədalətli yanaşmanın nəticəsi kimi qiymətləndirilməlidir.
49. Kollegiya apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar ətraflı araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
50. Məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi maddi hüquq normaları, iddiaçının dəlillərinə verdiyi hüquqi qiymət və iş üzrə gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, kassasiya şikayəti qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
51. Qeyd olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
52. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı2 kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının X nömrəli iş üzrə 13 noyabr 2020ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın (mübahisələndirilən hissədə). Qərar qəbul edildiyi andan qüvvəyə minir.