Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2502/2019 12.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Mirzəliyev Əsəd Abdulla oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Rüstəmov Əli Məhəmməd oğlundan, Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Cəfərli Aminə Əliəsgər qızının, iddiaçı X1 vəkili Vəkil1, Cavabdeh vəkili Vəkil2 iştirakı ilə, Cavabdeh Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 noyabr 2018-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Sumqayıt şəhər məhkəməsinin 14 mart 2018-ci il tarixli, 2(060)-2277/2017 saylı qətnaməsi ilə (hakim E.Məmmədov) iddia tələbinin qismən təmin edilməsi, 1 ədəd xırda brilliyant qaşlı qızıl nişan üzüyünün, 1 ədəd qızıl komplekt sırğanın, üzüyün, xırda brilliyant qaşlı sepin və qızıl sepin, üzüyün, sırğanın, qaşsız klonun, qiyməti 150 manat olan 3 ədəd şəxsi paltarların, qiyməti 200 manat olan 1 ədəd çılçırağın, qiyməti 70 manat olan 1 ədəd Samsung markalı mobil telefonun və ya onların dəyərinin Cavabdeh alınaraq iddiaçı X5 ödənilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi MK-nın 2(104)-2501/2018 saylı, 05 noyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər: S.Qafari, E.Rəhimov və L.Məmmədova) Sumqayıt şəhər məhkəməsinin 14 mart 2018-ci il tarixli qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh dəyəri 550 manat olan 1 ədəd xırda brilliyant qaşlı qızıl nişan üzük, dəyəri 1800 manat olan 1 ədəd qızıl komplekt sırğa, üzük, xırda brilliyant qa şlı sep və dəyəri 800 manat olan qızıl sep, üzük, sırğa, qaşsız klon, qiyməti 150 manat olan 3 ədəd şəxsi əyin paltarı, qiyməti 200 manat olan 1 ədəd çılçıraq və qiyməti 70 manat olan 1 ədəd Samsung markalı mobil telefonun alınaraq iddiaçı X4 verilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. Cavabdeh kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsi MK-nın 2(104)-2501/2018 saylı, 05 noyabr 2018-ci il tarixli qətnaməsinin qismən - Cavabdeh dəyəri 550 manat olan 1 ədəd xırda brilliyant qaşlı qızıl nişan üzük, dəyəri 1800 manat olan 1 ədəd qızıl komplekt sırğa, üzük, xırda brilliyant qaşlı sep və dəyəri 800 manat olan qızıl sep, üzük, sırğa, qaşsız klon, qiyməti 150 manat olan 3 ədəd şəxsi əyin paltarı, qiyməti 200 manat olan 1 ədəd çılçıraq və qiyməti 70 manat ol an 1 ədəd Samsung markalı mobil telefonun alınaraq iddiaçı X4 verilməsi hissəsində ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı X6 iddia ərizəsi ilə məhkəməyə müaciət edərək, cəmi qiyməti 4150 manat olan 1 ədəd qızıl nişan üzüyü (xırda brilliyant qaşlarla), 1 ədəd qızıl komplekt sırğa, üzük, sep (xırda brilliyant qaşlarla) və qızıl sep, üzük, sırğa, klon (qaşsız), qiyməti 150 manat olan 3 ədəd şəxsi əyin paltarları, qiyməti 200 manat olan 1 ədəd çılçırağ, qiyməti 350 manat olan 1 ədəd Samsung markalı mobil teleonun və ya onların dəyərinin cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı, Cavabdeh ilə 17.01.2016-cı ildə el adəti ilə toy edərək faktiki ailə qurmuş, son ra nikahlarını rəsmiləşdirmişlər. Birgə nikahdan uşaqları olmamışdır. Ailə quran vaxtdan da cavabdehin yaşadığı Sumqayıt şəhəri, 17-ci mikrorayon, ev 12, mənzil 52-yə gəlin köçmüş və iddiaçıya məxsus olan cehiz əmlaklarını da həmin ünvana aparmışdır. 3 ay həmin mənzildə yaşadıqdan sonra iddiaçının qaynanasının məsləhəti ilə iddiaçının baldızının 8-ci mikrorayonunda yerləşən boş mənzilinə köçmüşdür. Bir neçə ay orada yaşadıqdan sonra iddiaçının baldızı mənzili boşaltmağı tələb etmiş və 01.01.2017-ci ildən iddiaçı ilə cavabdeh iddiaçının nənəsinin mənzilinə köçmüşdür. Bir neçə gün sonra cavabdeh mənzili tərk edərək sonuncunun anasıgilə getmişdir. Cavabdehin yaşadıqları mənzildən çıxıb getməsi və iddiaçıdan xəbərsiz boşanmaq üçün məhkəməyə müraciət etməsinin səbəbi, cavabdehin iddiaçıdan və o nun valideynlərindən işə girməsi üçün 4000 manat pul istəməsi və iddiaçının valideynlərinin də həmin pulu verməməsi olmuşdur. 11.08.2017-ci il tarixli qətnaməyə əsasən tərəflər arasında olan nikah qeydi pozulmuş və cavabdeh tərəf iddiaçını cehiz əmlakını yaşadıqları mənzildən çıxartmağa məcbur etmişdir. Lakin buna baxmayaraq iddiaçının cavabdehin yaşadığı mənzildə qızıl-zinət əşyaları və bəzi əmlakları qalmışdır. Cavabdehə həmin əşyaların iddiaçıya qaytarılması tələb edilsə də cavabdeh bundan imtina etmişdir. Cəmi qiyməti 4150 manat olan 1 ədəd qızıl nişan üzüyü (xırda brilliyant qaşlarla), 1 ədəd qızıl komplekt sırğa, üzük, sepin (xırda brilliyant qaşlarla) və qızıl sep, üzük, sırğa, 2 klonun (qaşsız), qiyməti 150 manat olan 3 ədəd şəxsi əyin paltarlarının, qiyməti 200 manat olan 1 ədəd ç ılçırağın, qiyməti 350 manat olan 1 ədəd Samsung markalı mobil telefon cavabdehdən alınmalıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Ona görə də Sumqayıt Apellyasiya Məhkəməsi MK-nın 2(104)-2501/2018 saylı, 05 noyabr 2018-ci il tarixli qətnaməsinin qismən - Cavabdeh dəyəri 550 manat olan 1 ədəd xırda brilliyant qaşlı qızıl nişan üzük, dəyəri 1800 manat olan 1 ədəd qızıl komplekt sırğa, üzük, xırda brilliyant qaşlı sep və dəyəri 800 manat olan qızıl sep, üzük, sırğa, qaşsız klon, qiyməti 150 manat olan 3 ədəd şəxsi əyin paltarı, qiyməti 200 manat olan 1 ədəd çılçıraq və qiyməti 70 manat olan 1 ədəd Samsung markalı mobil telefonun alınaraq iddiaçı X4 verilməsi hissəsində ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Prosesiştirakçılarının izahatları: Cavabdeh vəkili Vəkil2 kassasiya şikayətinin dəlillərinə müvafiq izahat verərək, kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. İddiaçı X1 vəkili Vəkil1kassasiya şikayətinin əsassız olduğunu bildirərək təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini, tərəflərin vəkillərini dinləyib, kassasiya şikayətinin dəlillərini müza kirə edən məhkəmə kollegiyası hesab edir ki, qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. İşdən görünür ki, tərəflər 17.01.2016-cı il tarixdə rəsmi nikah münasibətlərinə daxil olmuş, birgə nikahdan övladları olmamış, iddiaçı ona məxsus qızıl-zinət əşyalarının cavabdehdə olması əsası ilə hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Mahmudovun Rusiyaya qarşı iş üzrə» 26 iyul 2007-ci il tarixli qərarında həmin məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, «affirmanti, non neganti, incum bit probalion» (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Göründüyü kimi cavabdeh iddia tələbinə qarşı etirazının əsası kimi istinad etdiyi halları sübutetmə öhdəliyi daşıdığı halda, 1 ədəd qızıl komplekt sırğa, üzük, sepin (xırda brilyantlı qaşla) və qızıl sep, üzüyün iddiaçıda qalmasına dair hər hansı bir tutarlı sübut məhkəmələrə təqdim etməmişdir. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ərarvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Ziynət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ərarvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ərarvaddan kimin istifadəsində olubsa, ona məxsusdur ( Ailə Məcəlləsinin 34.1. 34.2. maddələri). Mülki Məcəllənin 225.3-cü maddəsinə əsasən daş-qaş və digər zinət şeyləri istisna olmaqla, fərdi istifadədə olan əmlak (paltar, ayaqqabı və i.a.) nikah dövründə ərlə arvadın ümumi vəsaiti hesabına əldə edilmiş olsa da, ondan istifadə etmiş arvadın (ərin) mülkiyyəti sayılır. Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, 1 ədəd qızıl komplekt sırğanın, üzüyün, xırda brilyant qaşlı sepin və qızıl sepin, üzüyün iddiaçı tərəfindən aparılması na dair cavabdeh hər hansı bir sübut təqdim etmədiyindən, adı çəkilən qızılzinət əşyaları, eləcə də cavabdehin özündə saxladığı 1 ədəd xırda brilyant qaşlı qızıl nişan üzüyü, sırğa və qaşsız klon cavabdehdən alınaraq iddiaçıya verilməlidir. İşdə olan Sumqayıt şəhər Kooperativ Cəmiyyəti Nəzarət Təftiş Komissiyasının sədri X7 tərəfindən verilmiş 10.10.2018-ci il tarixli mütəxəssis rəyindən görünür ki, 1 ədəd qızıl nişan üzüyün aşağı qiyməti 450, orta qiyməti 550 manat, 1 ədəd qızıl komplekt sırğa, üzük, xırda brilliyant qaşlı sepin aşağı qiyməti 1600, orta qiyməti 1800 manat, qızıl sep, üzük, sırğa, qaşsız klonun aşağı qiyməti 700, orta qiyməti 800 manat kimi qiymətləndirilmişdir. Belə olan halda məhkəmə kollegiyası qiymətləndirici tərəfindən qızıl zinət əşyalarının dəyəri ilə bağlı verilmiş həmin rəyin orta qiymətlərini tələb olunan zinət əşyalarının məbləğini müəyyən edən mötəbər sübut kimi qəbul edərək hesab edir ki, 550 manat dəyərində olan 1 ədəd qızıl nişan üzüyü, 1800 manat dəyərində olan 1 ədəd qızıl komplekt sırğa, üzük, xırda brilliyant qaşlı sep və 800 manat dəyərində olan qızıl sep, üzük, sırğa, qaşsız klon Cavabdeh alınaraq iddiaçı X4 verilməlidir. İddia tələbinin 3 ədəd şəxsi əyin paltarının, qiyməti 200 manat olan 1 ədəd çılçırağın cavabdehdən alınaraq ona qaytarılmasına dair hissəsinə gəldikdə məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh 3 ədəd şəxsi əyin paltarının, qiyməti 200 manat olan 1 ədəd çılçırağın onda olduğunu və iddiaçıya qaytarılmasına etirazının olmadığını nəzərə alaraq, həmin əşyalar Cavabdeh alınaraq iddiaçıya verilməlidir. İddia tələbinin qiymət i 350 manat olan 1 ədəd Samsung markalı mobil telefonun tutulması hissəsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, tələb olunan əşyanın ailədaxili münaqişə zəminində sınması və əvəzində isə yeni mobil telefon alınaraq iddiaçıya verilməsi ilə bağlı cavabdeh, mobil telefonun 350 manat dəyərində olması isə iddiaçı tərəfindən təsdiq edən hər hansı bir sübutlar məhkəmə kollegiyasına təqdim etmədiklərindən, eləcə də 70 manat məbləğində mobil telefonun cavabdehdən tutularaq iddiaçıya verilməsi hissəsində iddiaçı tərəfindən məhkəmə aktının mübahisələndirməməsini nəzərə alaraq, iddia tələbi bu hissədə qismən təmin edilməli, qiyməti 70 manat olan 1 ədəd Samsung markalı mobil telefon cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, ape llyasiya məhkəməsində işə baxılarkən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, prosessual hüquq pozuntusuna yol verilmədiyindən, kassasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 419-cu maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 noyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2502/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-2502/2019
12.09.2019 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver