Məhkəmə qərarları › İş №2(102)-2502/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-2502/2022

14.06.2022 · Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Qeyri yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2502/2022 14.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 1-ci iş üzrə İddiaçı cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı ilk iddiası, üçüncü şəxs üçüncü şəxsnun cavabdehlər İddiaçı və "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı müstəqil iddiası, iddiaçı "xxxx" Mənzil Tikinti Kooperativinin cavabdeh İddiaçı qarşı qarşılıqlı iddiası, 2-ci iş üzrə iddiaçı üçüncü şəxsnun Cavabdehnə qarşı iddiasına dair birləşdirilmiş mülki işlər üzrə QƏRARİ Açar sözlər: istifadə və sahiblik hüququnun tanınması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xəlilov İsmayıl Kamil oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Əliyev Ələsgər Əli oğlund an ibarət tərkibdə, 1-ci iş üzrə İddiaçı cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı “istifadə və sahiblik hüququnun tanınması və hüququn həyata keçirilməsinə yaradılan maneələrin aradan qaldırılması barədə” ilk iddiasına, üçüncü şəxs üçüncü şəxsnun cavabdehlər İddiaçı və "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı “müqavilənin etibarsız hesab edilməsi, istifadə və sahiblik hüququnun tanınması, istifadəyə maneələrin aradan qaldırılması barədə” müstəqil iddiası və iddiaçı "xxxx" Mənzil Tikinti Kooperativinin cavabdeh İddiaçı qarşı “müqavilənin və maliyyə arayışının etibarsız hesab edilməsi, mənzildən çıxarılma barədə” qarşılıqlı iddiası, 2-ci iş üzrə iddiaçı üçüncü şəxsnun Cavabdehnə qarşı “istifadə və sahiblik hüququnun tanınması, istifadəyə manelərin aradan qaldırılması barədə” idd iasına dair bir icraatda birləşdirilmiş mülki işlər üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-444/2021 nömrəli iş üzrə 2 iyul 2021-ci il tarixli qətnaməsindən iddiaçılar X21 və İddiaçı tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri üzrə işə 14 iyun 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Satıcı Cavabdeh MTK-nin direktoru ilə alıcı İddiaçı arasında bağlanmış xx.xx.2016-cı il tarixli yaşayış binasında mənzil tikintisi haqqında müqavilənin surətindən görünür ki, MTK-nın ünvan inşa edilən yaşayış binasının 2-ci mərtəbəsində yerləşən qeyriyaşayış sahəsindən (market) 95 kv.m-ni alıcıya verməyi, alıcı isə həmin sahəni qəbul etməyi və dəyəri olan 47.500 manatı vaxtında ödəməyi öhdəsinə gö türmüşdür.

2. Maliyyə arayışına görə İddiaçı tərəfindən qeyri-yaşayış sahəsinin dəyəri olan 47.500 manat MTK-ya ödənilmişdir. 3. ünvan yerləşən yaşayış binası “Cavabdeh " MTK-ya məxsusdur.

4. Cavabdeh MTK ilə bağlanılmış xx.xx.2016-cı il tarixli müqavilə əsasında X2, binanın 2-ci mərtəbəsində yerləşən, sahəsi 95,4 kv.m. olan cizgidə göstərilən boş olmuş qeyri-yaşayış şahəsi və "xxxx" MTK ilə bağlanılmış xx.xx.2016-cı il tarixli müqavilə əsasında İddiaçı satılmış, binanın 2-ci mərtəbəsində yerləşən, sahəsi 95 kv.m. olan cizgidə göstərilən boş olmuş qeyri-yaşayış sahəsinin pay dəyəri ayrı-ayrılıqda bu şəxslər tərəfindən tam ödənilmişdir. Cavabdeh MTK-ya məxsus binanın 2-ci mərtəbəsində yerləşən ayrı-ayrı müqavilərlə bu şəxslərə satılmış qeyri-yaşayış sahələrinə aid Cavabdeh MTK tərəfindən hə r hansı iddia tələbi olmayacağına təminat verilmişdir.

5. Satıcı Cavabdeh MTK-nin sədri ilə alıcı üçüncü şəxs arasında bağlanmış xx.xx.2016-cı il tarixli yaşayış binasında mənzil tikintisi haqqında müqaviləyə əsasən, satıcı MTK-nın ünvan inşa edilən yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 200 kv.m. olan 3 otaqlı 9 A saylı mənzili alıcıya verməyi, alıcı isə həmin mənzili qəbul etməyi və dəyəri olan 100000 manatı vaxtında ödəməyi öhdəsinə götürmüşdür. 6. üçüncü şəxs tərəfindən MTK-ya 100000 manat ödənilmişdir.

7. Cavabdeh MMC-nin direktoru X15 və üçüncü şəxs arasında 06 iyun 2016-ci il tarixdə “yaşayış binasında mənzil tikintisi haqqında” müqavilə bağlanılaraq, satıcı, ünvan 3-ci məhəllədə yerləşmiş Cavabdeh MMC-nin tikilməkdə olan binasında 9 saylı mənzilindən ümumi sahəsi 80,0 kv. m 2 otaqdan ibarət mənzili alıcıya verməyi, alıcı isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyi öhdəsinə götürmüşdür. 8. 6 iyun 2016-cı il tarixli maliyyə arayışına əsasən, ünvan 2də yerləşən yaşayış binası Cavabdeh MMC-nə məxsusdur və həmin ünvanda yerləşən ümumi sahəsi 80,0 kv.m olan 2 otaqlı, 9 saylı mənzilin pay dəyəri 52.000 manat alıcı üçüncü şəxs tərəfindən ödənilmişdir.

9. Kommersiya qurumlarının dövlət reyestrindən xx.xx.2016-cı il tarixli çıxarışa əsasən, Cavabdeh MMC-nin əvvəlki adı Cavabdeh MTK olmuşdur.

10. Satıcı Cavabdeh MTK-nin sədri ilə alıcı üçüncü şəxs arasında bağlanmış xx.xx.2016-cı il tarixli yaşayış binasında mənzil tikintisi haqqında müqaviləyə əsasən, satıcı MTK-nın ünvan inşa edilən yüksək mərtəbəli yaşayış binasın ın 1-ci mərtəbəsində ümumi sahəsi 120 kv.m. olan 3 otaqlı 9A saylı mənzili alıcıya verməyi, alıcı isə həmin mənzili qəbul etməyi və dəyəri olan 43.000 manatı vaxtında ödəməyi öhdəsinə götürmüşdür.

11. Maliyyə arayışına əsasən üçüncü şəxs tərəfindən MTK-ya 43.000 manat ödənilmişdir.

12. Cavabdeh MMC-nin təsisçiləri və onların nizamnamə kapitalında mayaları X7 18%, X8-30%, üçüncü şəxs2-40%, X5-10% və X12-2%-dir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat (ilk, qarşılıqlı və 3-cü şəxsin iddiası üzrə)

13. İddiaçı cavabdeh "xxxx" MTK-ya və müstəqil tələb irəli sürməyən üçüncü şəxs üçüncü şəxs2na qarşı “qeyri-yaşayış sahəsinə pay hüququnun, istifadə və sahiblik hüquqlarının tanınması, istifadəyə maneələrin aradan qaldırılması tələbinə dair” iddia ərizəsi il ə məhkəməyə müraciət edərək cavabdehlə aralarında bağlanmış xx.xx.2016-cı il tarixli müqavlə əsasında MTK-ya məxsus yaşayış binasının ikinci mərtəbəsində yerləşən, cizgi-plan əsasında koordinatları müəyyən edilən qeyri-yaşayış sahəsinə istifadə və sahiblik hüquqlarının tanınması, həmin qeyri-yaşayış sahəsindən istifadə və sahiblik hüquqlarına yaranan maneə və məhdudiyyətlərin aradan qaldırılması, qeyri-yaşayış sahəsinin naturada ona təhvil verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

14. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh MTK ilə aralarında bağlanmış xx.xx.2016-cı il tarixli müqavilə əsasında ünvan yerləşmiş yaşayış binasının ikinci mərtəbəsində yerləşən 95 kv.m-lik qeyri-yaşayış sahəsinin pay haqqını ödəməklə almı şdır. Həmin qeyri-yaşayış sahəsinin ümumi dəyəri 3 ay müddətində 47500 manat məbləğ ödənilməklə alması MTK tərəfındən verilmiş maliyyə arayışları ilə də təsdiq edilir. Cavabdeh MTK-ya (MMC) məxsus bu binada mənzillərin və qeyri-yaşayış sahələrinin qanunsuz təkrar satışı ilə bağlı ayrı-ayrı təsisçilər, o cümlədən direktor olmuş XXX və digərləri barədə cinayət işi başlanmış və cinayət təqibi aparılır. Aldığı qeyri-yaşayış sahəsinin digər şəxslərə satılması və ya istifadəyə verilməsi ilə bağlı hazırda binaya həmsədr statusunda rəhbərlik edən üçüncü şəxs2a etdiyi müraciətə tam cavab verilmir. Belə ki, bu qeyri-yaşayış sahəsində hər hansı mübahisə yaradan sənədlərin verilibverilməməsi ilə bağlı sənədlər ona verilməmişdir. Aldığı qeyri-yaşayış sahəsinə dair alqısatqı müqaviləsi, maliyyə arayışla rı və qeyri-yaşayış sahəsinin plan sxemi ona verilmişdir. Bina üzrə istər yaşayış mənzilləri, istərsə də qeyri-yaşayış mənzilləri üzrə ayrı-ayrı vətəndaşlar arasında mübahisəli məsələlərin baş verməyəcəyinə təminat olmadığı üçün qeyri-yaşayış sahəsinə pay hüququnun tanınması, istifadəyə maneələrin aradan qaldırılması barədə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır.

15. Müstəqil tələb irəli sürən üçüncü şəxs üçüncü şəxs cavabdehlər İddiaçı və "xxxx" MTK-ya qarşı “müqavilənin etibarsız hesab edilməsi, istifadə və sahiblik hüququnun tanınması, istifadəyə maneələrin aradan qaldırılması tələbinə dair” qarşılıqlı iddia ərizəsi və iddia ərizəsinin dəqiqləşdirilməsi ilə bağlı ərizə ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında inşa edilən 9A saylı yaşayış binasının 1-ci mərtəbəsində yerləşə n tikinti sahəsi 120 kv.m olan qeyri-yaşayış sahəsinə dair İddiaçı ilə Cavabdeh MMC arasında imzalanmış 6 may 2016-cı il tarixli müqavilənin etibarsız hesab edilməsi, qeyri-yaşayış sahəsi üzərində sahiblik və istifadə hüquqlarının tanınması və həmin qeyri-yaşayış sahəsindən istifadə olunmasına yaranan maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 16. üçüncü şəxs iddia tələbini onunla əsaslandırmışdır ki, hazırkı mülki iş üzrə iddiaçının iddia tələbi və qəbul edilə biləcək qətnamə onun hüquq və maraqlarına toxunur. Ona görə də məhkəməyə müstəqil tələb irəli sürən üçüncü şəxs kimi müraciət etmişdir. Cavabdeh MMC ilə aralarında 16 noyabr 2016-cı il tarixli müqavilə imzalanmışdır. Həmin müqavilənin 1.1-ci maddəsinin tələbinə əsasən satıcı ünvan inşa edilən 9A sayl ı yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 120 kv.m-dən ibarət olan qeyri-yaşayış sahəsini alıcıya təhvil verir. Müqaviləyə əsasən mənzilin ümumi dəyəri 43000 manat təşkil edir. Cavabdeh MMC tərəfindən verilmiş 12 noyabr 2016-cı il tarixli kassa mədaxil orderi qəbzində qeyd olunur ki, o Cavabdeh MMC-yə qeyri-yaşayış sahəsinin dəyərini tam ödəmişdir. Həmin yer onun qanuni sahibliyində və mülkiyyətindədir. Qeyd olunan müqavilə üzrə öhdəliklər tərəfındən tam icra edilmiş və həmin sahə ona təhvil verilmişdir. Ona görə də hesab edir ki, həmin qeyri-yaşayış sahəsinin üzərində sahiblik istifadə hüquqları tanınmalıdır. Mübahisəli qeyri-yaşayış sahəsinin qapı açarları onda olmuş və yaxınlarda təmir etməyi planlaşdırırdı. Təxminən 15 gün əvvəl həmin qeyri-yaşayış sahəsini təmir etdirmək mə qsədi ilə qapını açıb içəri keçmək istərkən qapı açılmamışdır. Binanın komendantına yaxınlaşıb soruşarkən məlum olmuşdur ki, qapının kilidi Xətai rayon icra şöbəsinin icra məmurları tərəfındən dəyişdirilib. Daha sonra öyrənmişdir ki, Cavabdeh MMC ilə İddiaçı arasında xx.xx.2016-ci il tarixli müqavilə imzalanmışdır. Həmin müqavilə onun mülkiyyətində olan zaman mənzilin qanuni sahibi mülkiyyətçisi o ola-ola cavabdehlə köhnə tarixə onun qeyri-yaşayış sahəsi barədə qanunsuz olaraq sərəncam vermişlər. Hesab edir ki, 06 may 2016-cı il tarixli müqavilədəki imza MMC-nin direktoru XXXa məxsus deyil. Mübahisəli qeyri-yaşayış sahəsi artıq üç ilə yaxındır ki, onun mülkiyyətində olmuş və həmin zamandan hazıradək də həmin qeyri-yaşayış sahəsinə dair səlahiyyətli şəxs də o olmuşdur.

17. Həmçinin, "xxxx" MTK cavabdeh İddiaçı qarşı “müqavilənin və maliyyə arayışının etibarsız hesab edilməsi, mənzildən çıxarılma tələbinə dair” qarşılıqlı iddia ərizəsi və sonradan iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış 06 may 2016-cı il tarixli müqavilənin MTK tərəfindən verilmiş maliyyə arayışlarının etibarsız hesab edilməsi və İddiaçı "xxxx" MTK tərəfindən inşa olunan ünvan 2-ci mərtəbəsində yerləşən 95 kv.m sahəsi olan qeyri-yaşayış sahəsindən (hal-hazırda mənzildən) çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

18. Cavabdeh MTK iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 29 mart 2019-cu il tarixli, 2(011)-2647/19 nömrəli qərardadı ilə məhkəmə tikinti-texniki və sənədlərin texniki ekspertizası təyi n edilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin 22 iyul 2019-cu il tarixli rəyinə əsasən müəyyən edilmişdir ki, İddiaçı ilə aralarında bağlanmış müqavilə və maliyyə arayışlarındakı imza MMC-nin sədri XXX tərəfindən deyil, onun həqiqi imzalarına oxşadılmaqla başqa şəxs tərəfindən icra edilmişdir. Göründüyü kimi, həmin müqavilə və maliyyə arayışları saxta olmaqla MMC-nin sədrinin iradə ifadəsini əks etdirmir. Bu halda həmin əqdlər etibarsız hesab edilməlidir.

19. Bakı Ağir Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, məktubuna əsasən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli sorğusuna cavab olaraq bildirilmişdir ki, sorğuda qeyd olunan İddiaçı və üçüncü şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatında olan X4 və X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 29,178.3.2, 308.2, 313 və 320.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair 1(101)348/2010 nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmamış və cinayət işinin materiallarına İddiaçı tərəfindən Cavabdeh MMC-dən ünvan 2 ünvanında inşa etdiyi binanın 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 95 kv. metr olan qeyri yaşayış sahəsinin alınmasına dair hər hansı bir müqavilə, həmçinin üçüncü şəxs ilə cavabdeh MMC ilə bağlanmış xx.xx.2016-cı il tarixli ünvan tikilmiş olan yaşayış binasında 9A nömrəli mənzilin alınmasına dair müqavilə əlavə edilməmiş, eyni zamanda sorğuda qeyd olunan Cavabdeh MMC-dən ünvan 2 ünvanında inşa etdiyi binanın 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 95 kv. metr olan qeyri-yaşayış sahəsi və ünvan tikilmiş olan yaşayış binasında 9A nömrəli mənzil üzrə təqsirləndi rilən şəxslər tərəfindən hər hansı bir dələduzluq cinayətlərinin törədilməsi ilə bağlı ibtidai istintaq orqanı tərəfindən onlara İttiham elan edilməmişdir. Eyni zamanda, istintaq orqanı tərəfindən ********* nömrəli cinayət işinin materiallarından "xxxx" MTK, Cavabdeh MMC və "xxxx" MMC-nin, "xxxx" MTK-nın inşa etdiyi binalardan mənzil satışlarında yol verilmiş qanunsuzluq halları və digər faktlar üzrə Azərbaycan Respublikası CM-nin 178.3.2, 320.2, 308.2 və 313-cü maddələri ilə cinayət işi ayrıca icraata ayrılmışdır.

20. Birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə iş üzrə məhkəmə-xətşünaslıq, məhkəmə tikinti-texniki və sənədlərin texniki ekspertizaları təyin edilmişdir.

21. Məhkəmə-xətşünaslıq ekspertizası üzrə xx.xx.2019-cu il tarixli, 11356 saylı ekspert rəyi i lə aşağıdakılar müəyyən edilmişdir: 22. ünvan 3 ünvanda yerləşən yaşayış binasının 2-ci mərtəbəsində, ümumi sahəsi 95 kv.metr olan qeyri-yaşayış sahəsinə Cavabdeh MTK tərəfindən İddiaçı tərtib olunmuş 12 iyul 2016-cı il tarixli maliyyə arayışında “XXX” yazısı qarşısındakı imza, ünvan 4 ünvanda yerləşən yaşayış binasının 1-ci mərtəbəsində, ümumi sahəsi 120 kv.metr olan, 3 otaqlı 9A saylı mənzilə dair Cavabdeh MMC (MMC-nin direktoru X8) ilə üçüncü şəxs arasında olan 12 noyabr 2016-cı il tarixli müqavilədəki Cavabdeh MTK-nın sədri” qrafasındakı imza, ünvan 4 ünvanda yerləşən yaşayış binasının 1-ci mərtəbəsində, ümumi sahəsi 120 kv.metr olan, 3 otaqlı 9A saylı mənzilə dair Cavabdeh MMC tərəfindən üçüncü şəxsna tərtib edilmiş 12 noyabr 2016-cı il tarixli maliyyə arayışındakı “XXX” yazısından əv vəl yerləşən imza - X8 tərəfindən icra olunmuşdur.

23. Ekspertizaya təqdim edilmiş, ünvan 3 ünvanda yerləşən yaşayış binasının 2-ci mərtəbəsində, ümumi sahəsi 95 kv.metr olan qeyri-yaşayış sahəsinə dair Cavabdeh MTK (MTK-nın direktoru X8) ilə İddiaçı arasında olan 6 may 2016-cı il tarixli müqavilədə Cavabdeh MTK-nın direktoru” qrafasındakı imza İddiaçı tərtib edilmiş 06 may 2016-cı il tarixli, 04 iyun 2018-cı il tarixli, 11 iyul 2016-cı il tarixli maliyyə arayışlarında “XXX” yazılarından əvvəl yerləşən imzalar XXX tərəfindən yox, onun həqiqi imzalarına oxşadılmaqla başqa şəxs tərəfindən icra olunmuşdur.

24. Sənədlərin texniki ekspertizası üzrə xx.xx.2019-cu il tarixli, 11357/11507 saylı ekspert rəyi və məhkəmə tikinti-texniki ekspertizası üzrə xx.xx.2019-cu il tarixli, 11073 saylı ekspert rəyləri ilə müəyyən edilmişdir ki, Cavabdeh MTK (MTK-nın direktoru X8) ilə İddiaçı arasında olan 06 may 2016-cı il tarixli müqavilədəki möhür əksləri relyef klişeləri vasitəsilə vurulmuşdur. Habelə, həmin rəyə əsasən layihə üzrə yaşayış binasının 1-ci və 2-ci mərtəbələrinin qeyri-yaşayış sahəsi kimi layihələndirildiyi, eləcə də layihə üzrə binanın 1-ci mərtəbəsində ümumi sahəsi 120 kv.metr olan 3 otaqlı mənzil nəzərdə tutulmamışdır.

25. Yaşayış binasının 2-ci mərtəbəsində faktiki yerləşən ümumi sahəsi 95,0 kv.metr olan qeyri-yaşayış sahəsinin, tərtib olunmuş layihəyə əsasən binanın 2-ci mərtəbəsində nəzərdə tutulduğu müəyyən edilir, rəyin tədqiqat hissəsində göstərilənləri, o cümlədən tərtib olunmuş layihəyə əsasən binanın yaşayış mərtəbələri üzrə 3 otaqlı mənzillərin ümumi sahəsinin 153 k v.metr və 139,2 kv.metr layihələndirildiyini nəzərə alaraq, sahəsi 120 kv.metr olan 3 otaqlı mənzilin tədqiq olunan binada layihə üzrə nəzərdə tutulmadığı müəyyən edilmişdir.

26. Cavabdeh MTK ilə İddiaçı arasında bağlanmış 06 may 2016-cı il tarixli müqavilə əsasında İddiaçı satılmış ünvan 3 ünvanda inşa edilmiş yaşayış binasının 2-ci mərtəbəsindəki, ümumi sahəsi 95 kv.metr olan qeyri-yaşayış sahəsinin tərtib olunmuş layihəyə əsasən 11-14 şaquli, A-D üfüqi oxlar arasında olan sahədə yerləşdiyi müəyyən edilir. Lakin Cavabdeh MMC ilə üçüncü şəxs arasında bağlanmış 12 noyabr 2016-cı il tarixli müqaviləyə əsasən ünvan 4 ünvanda yerləşən yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 120 kv.metr olan, 3 otaqlı mənzil tərtib olunmuş layihədə nəzərdə tutulmamışdır.

27. Qeyri-yaşayış sahəsinin 95,0 kv.metr, mənzilin isə 120 kv.metr təşkil etdiyini, həmçinin müqavilə üzrə qeyri-yaşayış sahəsinin binanın 2-ci mərtəbəsində, tədqiq olunan mənzilin isə 1-ci mərtəbədə yerləşməsi göstərildiyini, eləcə də tədqiq olunan qeyri-yaşayış sahəsinin tərtib olunmuş layihəyə əsasən binanın 2-ci mərtəbəsində layihələndirildiyini, mənzilin isə layihədə nəzərdə tutulmadığını nəzərə alaraq, həmin qeyri-yaşayış sahəsinin və mənzilin eyni sahələr olmadığı və biri digərinin sahəsinə əsasən yaradılmadığı müəyyən edilmişdir.

28. İddiaçı satılan qeyri-yaşayış sahəsinin tərtib olunmuş layihəyə əsasən binanın 2-ci mərtəbəsində yerləşdiyi müəyyən edilmiş, üçüncü şəxsna satılan ümumi sahəsi 120 kv.metr olan, 3 otaqlı mənzil tərtib olunmuş layihədə nəzərdə tutulmadığından, həmin mənzilin yerləşdiyi yeri müəyyə n etmək mümkün deyildir.

29. Birinci instansiya məhkəməsi tərəfindən keçirilmiş yerli baxış zamanı ünvan "xxxx" MTK tərəfindən inşa olunan yaşayış binasının 2-ci mərtəbəsində yerləşən 95 kv.m sahəsi olan qeyri-yaşayış sahəsinin hal-hazırda İddiaçı tərəfindən mənzil kimi istifadə edilməsi müəyyən edilmişdir.

30. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (hakim S.Mehrəliyev) 2(011)-91/2020 nömrəli iş üzrə xx.xx.2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh MMC-nin cavabdeh İddiaçı qarşı “müqavilənin və maliyyə arayışının etibarsız hesab edilməsi, mənzildən çıxarılma tələbinə dair” qarşılıqlı iddia ərizəsi təmin edilmiş, "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış 06 may 2016-cı il tarixli müqavilə və "xxxx" MTK tərəfindən verilmiş maliyyə arayışları etibarsız hesab edilmiş, cavabdeh İddiaçı ünvan "xxxx " MTK tərəfindən inşa olunan yaşayış binasının 2-ci mərtəbəsində yerləşən 95 kv.m sahəsi olan qeyri-yaşayış sahəsindən (hal-hazırda mənzildən) çıxarılması, İddiaçı cavabdeh "xxxx" MTK-ya və müstəqil tələb irəli sürməyən üçüncü şəxs üçüncü şəxs2na qarşı “qeyri-yaşayış sahəsinə pay hüququnun, istifadə və sahiblik hüquqlarının tanınması, istifadəyə maneələrin aradan qaldırılması tələbinə dair” ilkin, müstəqil tələb irəli sürən üçüncü şəxs üçüncü şəxsnun cavabdehlər İddiaçı və "xxxx" MTK-ya qarşı “müqavilənin etibarsız hesab edilməsi, istifadə və sahiblik hüququnun tanınması, istifadəyə maneələrin aradan qaldırılması tələbinə dair” iddia ərizələrinin təmin edilməməsi qət edilmişdir.

31. Eyni zamanda, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 30 yanvar 2020-ci il tarixdə qərardadı ilə mülki işə məhk əmə baxışı zamanı Cavabdeh MTK-nın rəhbər şəxslərinin və digər şəxslərin əməllərində “dələduzluq” (Azərbaycan Respublikası CM-nin 178-ci maddəsində nəzərdə tutulan) və “vəzifə saxtakarlığı” (Azərbaycan Respublikası CM-nin 313-cü maddəsində nəzərdə tutulan) cinayətlərinin əlamətlərinin aşkar olunması barədə Azərbaycan Respublikası Baş Prokuroruna xəbər verilməsi barədə xüsusi qərardad çıxarılmışdır.

32. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, məhkəmə iclasında işin həqiqi halları, işdə iştirak edən şəxslərin izahatları, işin digər materialları və təqdim edilmiş ekspertiza rəyləri ilə, ünvan 3 ünvanda yerləşən yaşayış binasının 2-ci mərtəbəsində, ümumi sahəsi 95 kv.metr olan qeyri-yaşayış sahəsinə dair Cavabdeh MTK ilə İddiaçı arasında bağlanmış xx.xx.2016-cı il tarixli yaşayış binas ında mənzil tikintisi haqqında müqavilədə Cavabdeh MTK-nın direktoru” qrafasındakı imzanın, İddiaçı tərtib edilmiş 06 may 2016-cı il tarixli, 04 iyun 2018-cı il tarixli, 11 iyul 2016-cı il tarixli maliyyə arayışlarında “XXX” yazılarından əvvəl yerləşən imzaların XXX tərəfindən yox, onun həqiqi imzalarına oxşadılmaqla başqa şəxs tərəfindən icra olunması, 06 may 2016-cı il (i.v. 10 və ayrıca təqdim olunmuş), 11 iyun 2016-cı il (i.v. 9) tarixli maliyyə arayışlarının reproqrafik surətlərində olan möhür əksinin təsviri elektrofotoqrafik çap üsulu ilə rəqəmsal çap qurğusu (printer, çoxaldıcı qurğu) vasitəsilə çap olunması, bununla da, qanunvericiliyin tələbləri pozulmaqla və sənədlər saxtalaşdırılmaqla tərtib edilməsi, digər tərəfdən, ünvan 3 ünvanda inşa edilmiş yaşayış binasının 1-ci və 2-ci m ərtəbələrinin qeyri-yaşayış sahəsi kimi layihələndirildiyi, Cavabdeh MMC ilə üçüncü şəxs arasında bağlanmış 12 noyabr 2016-cı il tarixli müqaviləyə əsasən ünvan 4 ünvanda yerləşən yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 120 kv.metr olan, 3 otaqlı mənzil tərtib olunmuş layihədə nəzərdə tutulmadığı, bu səbəbdən həmin mənzilin yerləşdiyi yeri müəyyən etmək mümkün olmadığı təsdiq edilmişdir. Qeyd edilənlərə əsasən, məhkəmə hesab etmişdir ki, qarşılıqlı iddia təmin edilməli, ilkin iddia tələbi və müstəqil tələb irəli sürən üçüncü şəxsin iddia tələbi isə rədd edilməlidir.

33. Birinci instansiya məhkəməsi qənaətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1, 324.2, 324.5, 337.1, 337.2, 337.3, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3, 217.4, 77.1, 88-ci madd ələrinə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 avqust 2012-ci il tarixli Qərarına istinad edərək əsaslandırmışdır.

34. İddiaçı və 3-cü şəxs qətnamə ilə razılaşmayaraq ondan apellyasiya şikayətləri vermişlər.

35. İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. 36. 3-cü şəxs birinci instansiya məhkəməsinin qətnaməsinin iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilərək tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) 2-ci mülki iş üzrə birinci instansiya məhkəməsində icraat

37. Həmin işdə iddiaçı üçüncü şəxs Cavabdeh MMC-yə qarşı “istifadə və sahiblik hüququnun tanınması, istifadəyə maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

38. İddiaçı tələbini belə əsaslandırmışdır ki, onunla Cavabdeh MMC arasında 6 iyun 2016-cı il tarixli müqavilə imzalanmışdır. Həmin müqavilənin 1.1-ci maddəsinin tələbinə əsasən satıcı ünvan inşa edilən 9A saylı yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 200 kv.m-dən ibarət olan qeyri-yaşayış sahəsini alıcıya təhvil verməli idi. Müqaviləyə əsasən mənzilin ümumi dəyəri 1000 (qırx üç min) manat təşkil edirdi. Cavabdeh MMC tərəfindən verilmiş 6 iyun 2016-cı il tarixli kassa mədaxil orderli qəbzində qeyd olunmuşdur ki, o, həmin qeyri-yaşayış sahəsinə dair Cavabdeh MMC-yə qeyriyaşayış sahəsinin dəyərini tam ödəmişdir. Həmin yer onun qanuni sahibliyində və mülkiyyətindədir. Qeyd olunan müqavilə üzrə öhdəliklər tərəfindən tam icra edilmiş, qeyriyaşayış sahəsinin dəyəri tərəfindən tam ödənilmiş və həmin sahə ona təhvil verilmişdir. Həmin qeyri-yaşayış sahəsinin dəyərini tam ödəyərək qeyri-yaşayış sahəsinə mülkiyyət hüququ əldə etmiş, qeyri-yaşayış sahəsinə sahiblik etmiş və hal-hazırda həmin qeyriyaşayış sahəsinin qanuni sahibi və mülkiyyətçisidir. Həmin qeyri-yaşayış sahəsinin üzərində onun sahiblik istifadə hüquqları tanınmalıdır. Qeyri-yaşayış sahəsinin qapı açarları onda olmuş və yaxınlarda təmir etməyi planlaşdırmışdır. Təxminən 15 gün əvvəl həmin qeyri-yaşayış sahəsini təmir etdirmək məqsədi ilə qapını açıb içəri keçmək istərkən qapı açılmamışdır. Hazırda həmin yerdə tanımadığı şəxslər tərəfindən təmir işləri aparılmağa başlanmışdır. Müb ahisəli qeyri-yaşayış sahəsi artıq üç ilə yaxındır ki, onun mülkiyyətində olmuş və həmin zamandan hazıradək də həmin qeyri-yaşayış sahəsinə dair səlahiyyətli şəxs də o, olmuşdur. Göründüyü kimi, mübahisəli qeyri-yaşayış sahəsinə dair müqavilə əsassız və qanunsuz olaraq bağlanmışdır. Həmin qeyri-yaşayış sahəsinin qanuni sahibi və mülkiyyətçisi odur.

39. Birinci instansiya məhkəməsinə təqdim olunmuş X3 10 fevral 2020-ci il tarixli 168 nömrəli ekspert rəyi ilə təsdiq olunur ki, Cavabdeh MMC-yə məxsus yaşayış binasının birinci mərtəbəsinin layihə üzrə qeyri-yaşayış sahəsi kimi nəzərdə tutulduğu yaşayış binasında ümumiyyətlə sahəsi 80,0 kv.m. olan 2 otaqlı mənzillərin layihələndirilmədiyi, eləcə də binanın yaşayış sahələrinin (mənzillərin) faktiki olaraq binanın üçüncü mərtəbəsində və ondan yux arıdakı mərtəbələrdə yerləşməsi və bununla da, Cavabdeh MMC-nin 6 iyun 2016-cı il tarixli müqavilə və 6 iyun 2016-cı il tarixli maliyyə arayışında göstərilən 9 saylı mənzilin yaşayış binasının mövcud vəziyyətdə qeyri-yaşayış sahəsi təyinatlı birinci və ikinci mərtəbəsində yerləşmədiyi müəyyən edilir. Faktiki mövcud vəziyyətinə uyğun olaraq yaşayış sahələri (mənzillər) binanın üçüncü mərtəbəsində və ondan yuxarıdakı mərtəbələrdə yerləşməsini nəzərə alsaq, yaşayış mərtəbələrində 80.0 kv.m ölçüdə mənzillərin olmadığı müəyyən edilir. Hüquqi şəxslərin Dövlət Reyestrindən Çıxarışa əsasən Cavabdeh qanuni təmsilçisi X8 olmaqla, təsis sənədlərində, MMC-nin xx.xx.2016-cıil tarixdə qeydiyyata alınmasına (yaranması) baxmayaraq, yuxarıda qeyd olunan və 9 saylı mənzilə aid müqavilə və maliyyə arayışı bi r ay öncə, yəni 6 iyun 2016-cı il tarixdə MMC-nin möhürü və direktorun imzası ilə verilmiş sənədlərdir.

40. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (hakim İ.Abbasova) (bundan sonra birinci instansiya məhkəməsi) 2(011)-482/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddiaçı üçüncü şəxsnun Cavabdeh MMC-yə qarşı “istifadə və sahiblik hüququnu tanınması, istifadəyə maneələrin aradan qaldırılması” tələbinə dair iddiası təmin edilməmişdir.

41. Birinci instansiyası məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən məhkəməyə istinad edilən müqavilənin əsli yaxud lazımi qaydada təsdiq edilmiş surəti təqdim edilməmişdir. Məhkəməyə ünvan "xxxx" MTK tərəfindən inşa olunan yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 200 kv.m. olan 3 otaqlı 9A saylı mənzilə dair və ünvan "x xxx" MTK tərəfindən inşa olunan yaşayış binasında ümumi sahəsi 80 kv.m. olan 2 otaqlı 9 saylı mənzilə dair iki müqavilənin kserosurəti təqdim edilmişdir. Habelə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-91/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsindən müəyyən edilmişdir ki, iddiaçı eyni binada eyni saylı mənzillə bağlı (120 kv.m. sahəsi olan) daha bir müqaviləsi mövcuddur və həmin müqavilə əsasında iddia tələbi rədd edilmişdir. İddia tələbi üzrə mötəbər subutlar təqdim olunmadığından, iddiaçının məhkəməyə sübut qismində təqdim etdiyi 06 iyun 2016-cı il tarixli müqavilədə qeyd edilən mənzil layihədə öz əksini tapmadığından, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-91/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsində eyni ünvanda yerləşən eyni saylı (9A) ümumi sahəsi 120 kv.m. ol an mənzillə bağlı iddia tələbləri həmin mənzilin mövcudluğu və müqavilənin qanunuyğun şəkildə bağlandığı təsdiq edilmədiyi üçün rədd edildiyindən hazırkı iddia tələbi əsassız olduğundan və sübutlarla təsdiq edilmədiyindən təmin edilməməlidir.

42. Birinci instansiya məhkəməsi qənaətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 14, 337.1, 452.1, 575.2, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3, 217.4, 77.1, 88-ci maddələrinə istinad edərək əsaslandırmışdır.

43. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apellyasiya instansiyası məhkəməsində icraat (birləşdirilmiş iddialar üzrə)

44. Apellyasiya icraatı zamanı mülki işlər birlikdə baxılmaq üçün bir icraatda bir ləşdirilmişdir.

45. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər: N.Cəfərov - sədrlik edən və məruzəçi, E.Kazımov və H.Əhmədov) 2(103)-444/2021 nömrəli iş üzrə 2 iyul 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı və X14 apellyasiya şikayətləri rədd olunmuş, İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı “qeyri-yaşayış sahəsinə pay hüququnun, istifadə və sahiblik hüququnun tanınması və istifadəyə maneələrin aradan qaldırılması barədə” ilk iddiasına, üçüncü şəxs üçüncü şəxsnun cavabdehlər İddiaçı və "xxxx" MTK-ya qarşı “müqavilənin etibarsız hesab edilməsi, istifadə və sahiblik hüququnun tanınması, istifadəyə maneələrin aradan qaldırılması barədə” müstəqil iddiasına və iddiaçı "xxxx" MTK-nın cavabdeh İddiaçı qarşı “müqavilənin və maliyyə arayışının etibarsız hesab edilməsi, mənzildən çıxarılma barədə” qarşılıqlı iddiasına dair mülki iş üzrə Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmiş, 2-ci iş üzrə üçüncü şəxsnun apellyasiya şikayəti qismən təmin olunmuş, iddiaçı üçüncü şəxsnun Cavabdeh MMC-yə qarşı “istifadə və sahiblik hüququnun tanınması, istifadəyə manelərin aradan qaldırılması barədə” iddiasına dair mülki iş üzrə Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ləğv olunmuş və həmin iddia yenidən rədd olunmuşdur.

46. Apellyasiya instansiyası məhkəməsi 1-ci işdə 1-ci və 3-cü iddialar ilə bağlı qeyd etmişdir ki, ekspert rəyi ilə müəyyən edilir ki, "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2016-cı il tarixli müqavilədə və müqaviləyə aid maliyyə arayışlarındakı imzalar hüquqi şəxsin qanuni təmsilçisi tərə findən deyil, onun həqiqi imzalarına oxşadılmaqla başqa şəxs tərəfindən icra edilmişdir. Buna görə də məhkəmə düzgün olaraq müqaviləni və maliyyə arayışlarını etibarsız hesab etmiş və gəldiyi nəticəni qətnamədə lazımi qaydada əsaslandırmışdır. 47. 1-ci işdəki 2-ci iddia ilə bağlı qeyd olunmuşdur ki, ekspert rəyi ilə binanın 1-ci mərtəbəsinin qeyri-yaşayış sahəsi kimi layihələndirildiyi müəyyən edilmişdir və layihə üzrə 1-ci mərtəbədə ümumi sahəsi 120 kv.m olan 3 otaqlı mənzil nəzərə tutulmamışdır. Göründüyü kimi, üçüncü şəxs ilə Cavabdeh MMC-nin arasındakı xx.xx.2016-ci ll tarixli müqavilədə göstərilən mənzilin mövcudluğu müəyyən edilmir. Əgər müqavilənin predmetini müəyyən etmək mümkün deyildirsə, deməli müqavilə bağlanmış sayılmır, çünki predmetə dair şərt mühüm şərtdir. Məhkəmə düzgün olaraq bu iddianı rədd edib və gəldiyi nəticəni lazımi qaydada əsaslandırmışdır. 48. 2-ci mülki işdəki iddia barədə apellyasiya məhkəməsi qeyd etmişdir ki, bu iddia üçüncü şəxs ilə Cavabdeh MMC-nin arasında bağlanmış xx.xx.2016-cı il tarixli müqaviləyə əsaslanmışdır. üçüncü şəxs həmin müqaviləyə istinad edərək tələb etmişdir ki, binanın 1ci mərtəbəsində yerləşən 200 kv.m qeyri-yaşayış sahəsi üzərində sahiblik və istifadə hüquqları tanınsın və həmin sahədən istifadə etməsinə yaradılan maneələr aradan qaldırılsın. Lakin, müqavilənin əsli və ya əsli ilə düzgünlüyü təsdiq edilmiş surəti məhkəməyə təqdim edilməmişdir. Məhkəmə buna əsaslanaraq iddianı rədd etmişdir. Bu, düzgün nəticədir. Belə ki, müqaviləyə əsaslanan tələb irəli sürüldükdə müvafiq müqavilənin əsli və ya əsli ilə düzgünlüyü təsd iq edilmiş surəti təqdim olunmalıdır. Əgər təqdim olunmursa, deməli, müqavilə mövcud deyil. Apelyasiya məhkəməsi birinci instansiya məhkəməsi işə baxılarkən üçüncü şəxsnin məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməməsi əsası ilə qətnaməni ləğv edərək iddianı yenidən rədd etmişdir.

49. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337, 389, 331.1, 405.1, 407.2 və 406, MülkiProsessual Məcəllənin 387.2.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

50. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2 iyul 2020-ci il tarixli, 2(103)444/2021 nömrəli qətnaməsi ilə razılaşmayan İddiaçı (Vəkil1) və üçüncü şəxs (Vəkil3) kassasiya şikay əti vermişlər.

51. İddiaçı kassasiya şikayəti belə əsaslandırılmışdır ki, AR Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzinin rəyi ilə təsdiq edilir kı, İddiaçı adına yazılmış 12 İyul 2016-cı il tarixli yekun maliyyə arayışında XXXun sözünün qarşısında qoyulan imzanın XXX tərəfindən imza etməsi, ümumiyyətlə maliyyə və müqavilələrdə sahənin çizgi-planında olan möhürlərin “Cavabdeh MTK-ya məxsus olması İddiaçı hazırda sahibliyində olan 95 kv.m ölçüsü olan qeyri-yaşayış sahəsinin cavabdeh MTK-dan qanuni əldə etməsini müəyyən edir. Belə ki, üçüncü şəxsnin müqaviləsində göstərilən mənzil sahəsinin iddiaçının sahibliyi və istifadəsinə verilmiş sahə ilə üst-üstə düşməyən ayrı sahə olması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzinin verdiyi mühəndis texniki ekspertiza rəyi ilə, X10 MM C-nin verdiyi mühəndis texniki ekspertiza rəylərində təsdiqini tapır.

52. Ekspertiza rəyləri verilmiş sənədlərdən də görünür ki, İddiaçı aldığı qeyriyaşayış sahəsinə 06 may və 12 iyul 2016-cı il tarixli maliyyə arayışı əsasında "Cavabdeh ” MTK-ya ödənişi tam ödəməklə, bu kooperativ əmlaka sahiblik və istifadə hüququnu qanunauyğun əldə etmişdir. İddiaçı adına verilmiş alqı-satqı müqaviləsinin və maliyyə arayışnın tarixindən də görünür ki, həmin qeyri-yaşayış sahəsinin o ilkin alıcısıdır.

53. Lisenziya əsasında, X10nin verdiyi rəydə İddiaçı satılmış qeyri-yaşayış sahəsinin alğı-satqı müqavilələrinin, imzaların XXXa məxsus olması və möhürün hüquqi şəxsə '‘Cavabdeh " MTK-ya aid olmasına dair ikinci ekspertiza rəyi də araşdırılmamış və qiymətləndirilməmişdir.

54. Bakı Apellyasiya Məhkəməsinin q ərardadı ilə keçirilmiş 09 fevral 2021-ci il tarixli ekspertizanın rəyində bildirilir ki, tədqiq olanan Cavabdeh MTK-ya məxsus yaşayış binasının birinci və ikinci mərtəbələrinin qeyri-yaşayış sahəsi kimi layihələndirildiyi, eləcə də layihə üzrə binanın birinci və ikinci mərtəbələrində mənzil nəzərdə tutulmadığı, İddiaçı də sahibliyində olan sahənin qeyri yaşayış təyinatlı olduğu qeyd olunmuşdur. Cavabdeh MTK ilə bağlanmış müqavilənin mühüm şərti sayılan əmlakın mülkiyyətçisi İddiaçı olmuşdur.

55. Məhkəmə qiymət verərkən, İddiaçı əmlak üzərində qanuni sahiblik və mülkiyyət hüquqlarının yarandığını nəzərə alıb, Cavabdeh MTK-nın məhz 12 iyin 2016-cı il tarixli yekun maliyyə arayışı verməklə bu əmlak payının İddiaçı satılması barədə alqı-satqı müqavilələrini təsdiq edib verdiyi cizgi-planı, həmçinin alqı-satqının bağlanmış hesab edilməsi barədə mühüm şərtləri qanunvericiliyə əsasən tanındığını, İddiaçılə aparılmış alqı-satqının bağlanmış hesab edilməsi barədə qanunvericiliyin göstərişlərini pozmuşdur.

56. Həmçinin, əqdin etibarsızılığının mübahisələndirilməsinə iddia müddəti tətbiq edilməli idi. Belə ki, müqavilə 06 may 2016-cı ildə bağlanmış, 2020-ci ildə müqavilənin etibarsız sayılması barədə iddia irəli sürülmüşdür.

57. İddiaçı kassasiya şikayətini Mülki Məcəllənin 178.8, 385, 386, 254, Mülki prosessual Məcəllənin 4.1, 50-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci madəsinn şərh edilməsinə aid 25 oktyabr 2010-cu il tarixli Qərarı ilə əsaslandırmışdır. 58. üçüncü şəxsnin kassasiya şikayəti onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin xx.xx.2019-cu il tarixli məktubundan da görünür ki, üçüncü şəxsyə satılan yaşayış sahəsinin yerləşdiyi bina - bir ədəd bir girişli, zirzəmi (avtodayanacaq), birinci mərtəbəsi qeyri-yaşayış olan 19 (+texniki) mərtəbəli yaşayış binasıdır. Bu sənəd bir daha təsdiq edir ki, üçüncü şəxsyə satılan yaşayış sahəsi ünvan inşa edilmiş binanın faktiki 2-ci mərtəbəsi, yaşayışın isə 1-ci mərtəbəsində yerləşən yaşayış sahəsidir.

59. Yüksəliş C” MMC-nin vəzifəli şəxsləri, o cümlədən təsisçisi üçüncü şəxs2 tərəfindən həmin əmlak qanunsuz olaraq İddiaçı satılmışdır. Halbuki əmlakın qanuni sahibi üçüncü şəxsdir.

60. Məhkəmələr ekspertiza rəylərinə əsasən 12 noyabr 2016-cı il tarixli müqaviləsindəki imzanın XXXa deyil, onun həqiqi imzalarına oxşadılmaqla ba şqa şəxs tərəfindən icra edilməsinə, həmin müqavilədəki möhür əksləri relyef klişeləri vasitəsilə vurulmasına, layihə üzrə binanın 1-ci mərtəbəsində ümumi sahəsi 120 kv.m olan 3 otaqlı mənzil nəzərdə tutulmamasına, «Aİternativ Ekspertiza Mərkəzinin“ekspert rəyinə əsasən, "xxxx" MMC-yə məxsus yaşayış binasının birinci mərtəbəsinin layihə üzrə qeyri-yaşayış sahəsi kimi nəzərdə tutulduğu, yaşayış binasında ümumiyyətlə sahəsi 80,0 kv.m. olan 2 otaqlı mənzillər layihələndirilməməsinə istinad etmişlər. Məhkəmələrin bu mövqeyi əsassızdır.

61. Belə ki, xx.xx.2019-cu il tarixli 11357/11507 nömrəli, xx.xx.2019-cu İl tarixli, 11356 nömrəli, xx.xx.2019-cu il tarixli, 11073 nömrəli rəylərin üçüncü şəxs ilə bağlanmış xx.xx.2016-cı il tarixli müqavilə və eyni tarixlii maliyyə arayışına heç bir aidiyyəti yoxdur. Belə ki, sözügedən rəylər Xətai Rayon Məhkəməsinin İddiaçı Cavabdeh MTK- ya qarşı “qeyri-yaşayış sahəsinə pay tələbi ilə bağlıdır. Belə ki, xx.xx.2019-cu il tarixli, xx.xx.2019cu il tarixli və xx.xx.2019-cu il tarixli rəylərin üçüncü şəxs ilə bağlanmış xx.xx.2016-cı il tarixli müqavilə və eyni tarixli maliyyə arayışına heç bir aidiyyəti yoxdur. Xətai Rayon Məhkəməsinin İddiaçı Cavabdeh MTK- ya qarşı iddia tələbinə dair mülki iş üzrə təyin edilmiş ekspertizalar üzrə verilmiş rəylər olmuşdur. Həmin vaxt hazırki iş üzrə mübahisə predmeti olan 200 kv.m ibarət mübahisəli sahəyə dair bağlanmış xx.xx.2016-cı il tarixli müqavilə və maliyyə arayışı ekspertizaların tədqiqat obyekti olmamışdır. Yuxarıda qeyd olunan rəylər ünvan 3 ünvanda yerləşən yaşayış binasının 2-cİ mərtəbəsində, ümumi sah əsi 95 kv.m olan qeyri-yaşayış sahəsinə dair Cavabdeh MTK tərəfindən İddiaçı adına tərtib olunmuş xx.xx.2016-cı il tarixli maliyyə arayışı, habelə həmin ünvanda yerləşən binanın 1-ci mərtəbəsində sahəsi 120 kv.m. ibarət mənzilə dair bağlanmış xx.xx.2016-cı il tarixli müqavilə və maliyyə arayışı əsasında olmuşdur (hərçənd həmin rəylərdə üçüncü şəxs ilə bağlanmış müqavilələrdəki imzanın MMC-nİn direktoru XXX tərəfindən icra olunduğu, möhürün isə “Cavabdeh " MMC-yə aid olduğu qeyd olunmuşdur).

62. Məhkəmələrin istinad etdikləri ekspertiza rəyləri, hazırda Məhkəmə Ekspertiza Mərkəzinin Xətai Rayon Məhkəməsinə verdiyi xx.xx.2021-ci il tarixli rəyi ilə təkzib olunur. Belə ki, əvvəlki rəylər Cavabdeh ” MTK tərəfindən ünvan tikilmiş binada MTK-nın Bakı şəhəri İcra Hakimiyyətinin Memarlıq və Şəhə rsalma Baş İdarəsinin 18/14-537 nömrəli xx.xx.2008-ci il tarixdə razılaşdırılmış ilkin layihəyə əsaslandığı halda, hazırki kassasiya şikayətində isinad etdiyimiz Məhkəmə Ekspentiza Mərkəzinin xx.xx.2021-ci il tarixli 10/2623 nömrəli rəyi həmin binanın faktiki vəziyyəti əks etdirmiş və tədqiqat zamanı MTKnın layihədən kənara çıxaraq, binanın 1-ci və 2-ci mərtəbələri arasında örtük vasitəsi ilə iki hissəyə ayırdığı, üçüncü şəxsyə satılmış sahənin (ümumilikdə 200 kv.m, ayrı-ayrılıqda isə 120 kv.m + 80 kv.m) də məhz binanın faktiki yaşayışın 1-ci mərtəbəsində yerləşdiyi təsdiq olunmuşdur.

63. Lakin, digər iddiaçı və onunla əlbir olan Cavabdeh MMC-ni təmsil edən üçüncü şəxs2, yuxarıda qeyd olunan halı məhkəmələrdən gizlətmiş, məhkəmələrə yalnız yaşayış binasının ilkin layihəsini təqdim etmiş, m übahisələrlə bağlı keçirilmiş ekspertiza tədqiqatlarının aparılması üçün də ekspertlərə məhz ilkin layihə təqdim olunmuşdur. Belə ki, Cavabdeh ” MMC-nin ünvan 2də inşa etdiyi çoxmənzilli yaşayış binasının layihəsində nəzərdə tutulmayan, lakin faktiki vəziyyətdə yaşayış binasında ilkin layihədən kənar çıxılaraq binanın 1-ci və 2-ci mərtəbələri arasında mərtəbələr arası örtük inşa edilməklə ayrıca mərtəbə yaradılmışdır. üçüncü şəxsyə satılan 200 kv.m. sahə də (ayrı- ayrılıqda 120 kv.m + 80 kv.m) məhz binanın 1-ci və 2-ci mərtəbələri arasında örtük inşa edilməklə yaradılmış sahədə (faktiki yaşayışın 1-ci mərtəbəsində) yerləşir. 64. üçüncü şəxsnin iddiasını rədd etmiş məhkəmələr mövqelərini onunla əsaslandırmışlar ki, iddiaçı tərəf 200 kv.m sahəyə dair müqavilənin əslini və ya düzgünlüyü təsdi q edilmiş surətini məhkəməyə təqdim etməmişdir. Tərəflər arasında yaranmış mübahisəni qanuna uyğun və ədalətli həli etmək vəzifəsi daşıyan məhkəmələrin bu yanaşmaları düzgün deyildir. Çünki, üçüncü şəxs və "xxxx" MTK arasında 200 kv.m sahəyə dair bağlanmış müqavilənin və maliyyə arayışının əsilləri mövcuddur və həmin sənədlərin surətləri məhkəmələrə təqdim olunmuşdur. Lakin sənədlərin əsillərinin və ya düzgünlüyü təsdiq olunmuş surətlərinin məhkəməyə təqdim olunması, iddiaçının isə bundan imtina etməsi halları olmamışdır. Nə işə baxmış məhkəmələr iddiaçı tərəfə müqavilə və maliyyə arayışının əslinin təqdim edilməsini təklif etmiş, nə də iddiaçı bu təklifi rədd etmişdir. Apelyasiya instansiyası məhkəməsində hakim elə ilk iclasda apellyasiya baxışını yekunlaşdırmış, işi dəqiq araşdırmadan tə ləsik qərar vermişdir. Təbii ki, iddia irəli sürən üçüncü şəxsnin marağındadır ki, haqlı tələbi məhkəmələr tərəfindən təmin olunsun. Belə olan halda, müqavilə və maliyyə arayışını təqdim etməməsi məhkəmələrin bəhanəsidir, iş üzrə tərtib edilmiş məhkəmə iclas protokollarına da nəzər salınsa, belə bir halın olmadığı, işə baxmış məhkəmələr tərəfindən işə faktiki hallar əsasında baxılmadığı kassasiya instansiyası məhkəməsi üçün tam aydın olar. Həmin müqavilənin maliyyə arayışının əsli məhkəmə iclasında Ali Məhkəməyə təhvil veriləcək.

65. İddiaçı kassasiya şikayətini Mülki Məcəllənin 178.8, 11, 113, 157, Mənzil Məcəlləsinin 112, 113, Mülki prosessual Məcəllənin 9, 76, 77, 88, 217-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri

66. Kassasiya şi kayətinə qarşı etiraz daxil olmamışdır. Prosessual məsələlər

67. Məhkəmə icraatı yazılı icraat qaydasında keçirildiyindən, Mülki Prosessual Məcəllənin 10.8-1-ci maddəsinə əsasən kassasiya şikayəti üzrə mülki işə məhkəmə iclası keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır.

68. Tərəflərdən işə məhkəmə iclasında baxılmasını istədikləri barədə əsaslandırılmış vəsatət daxil olmamış, həmçinin məhkəmə tərəfindən işə məhkəmə iclasında baxılmasını zəruri edən Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 414.1-ci maddəsində nəzərdə tutulan hallar aşkar edilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

69. Maddə 331.1. Yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdiklər i şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır.

70. Maddə.

337. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

71. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.

72. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.

73. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd b ağlandığı andan etibarsızdır.

74. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

75. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.

76. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.

77. Maddə 404.3. Əgər müqavilənin ayrı-ayrı ifadəl əri müxtəlif cür təfsir edilə bilərsə, müqaviləni bağlamış tərəflərin yaşayış yerində adətən qəbul olunmuş mənaya üstünlük verilir. Tərəflərin yaşayış yerləri müxtəlif olduqda, akseptantın yaşayış yeri həlledici sayılır.

78. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

79. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

80. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

81. Maddə 89.3. Yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir

82. Maddə

377. İşdə iştirak edən şəxslərin işə apellyasiya instansiyası məhkəməsində baxılması ilə bağlı olan bütün məsələlər barəsində müraciətləri və vəsatətləri, işdə iştirak edən digər şəxslərin fikri dinlənildikdən sonra məhkəmə tərəfindən həll edilir.

83. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olma masına istinad etməyə yol verilmir.

84. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

85. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Kasasiya baxışının hədləri

86. Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş ma teriallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

87. İddiaçı və üçüncü şəxsnin kassasiya şikayətləri qətnamənin tam olaraq ləğv olunmasına (hər iki iş üzrə) yönəldiyindən qətnamə bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

88. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-444/2021 nömrəli iş üzrə 2 iyul 2021-ci il tarixli qətnaməsindən X21 və İddiaçı ayrı-ayrılıqda kassasiya şikayətləri vermişlər.

89. Onların hər ikisinin tələbləri təmin olunmamışdır.

90. İddiaçı təmin olunmayan tələbi-cavabdeh "xxxx" MTK-ya və müstəqil tələb irəli sürmə yən üçüncü şəxs üçüncü şəxs2na qarşı cavabdehlə aralarında bağlanmış xx.xx.2016-cı il tarixli müqavilə əsasında MTK-ya məxsus yaşayış binasının ikinci mərtəbəsində yerləşən, cizgi-plan əsasında koordinatları müəyyən edilən qeyri-yaşayış sahəsinə istifadə və sahiblik hüquqlarının tanınması, həmin qeyri-yaşayış sahəsindən istifadə və sahiblik hüquqlarına yaranan maneə və məhdudiyyətlərin aradan qaldırılması, qeyri-yaşayış sahəsinin naturada ona təhvil verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə;

91. X13 təmin olunmayan tələbi isə- 1-ci işdə, İddiaçı və "xxxx" MTK-ya qarşı ünvan inşa edilən 9A saylı yaşayış binasının 1-ci mərtəbəsində yerləşən tikinti sahəsi 120 kv.m olan qeyri-yaşayış sahəsinə dair İddiaçı ilə Cavabdeh MMC arasında imzalanmış 6 may 2016-cı il tarixli müqaviləni n etibarsız hesab edilməsi, qeyri-yaşayış sahəsi üzərində sahiblik və istifadə hüquqlarının tanınması və həmin qeyri-yaşayış sahəsindən istifadə olunmasına yaranan maneələrin aradan qaldırılması, 2-ci işdə, binanın 1-ci mərtəbəsində yerləşən 200 kv.m qeyri-yaşayış sahəsi üzərində sahiblik və istifadə hüquqlarının tanınması və həmin sahədən istifadə olunmasına yaradılan maneələrin aradan qaldırılması barədədir.

92. Eyni zamanda mülki işdəki 4-cü iddia Cavabdeh MMC-nin iddiasıdır. Həmin iddiada tələb olunub ki, İddiaçı verilmiş xx.xx.2016-cı il tarixli müqavilə və müqaviləyə aid olan maliyyə arayışı etibarsız hesab edilsin, İddiaçı binanın 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 120 kv.m olan 9 “A” №-li mənzildən çıxarılsın.

93. Cavabdeh MMC-nin iddiası təmin olunub. Onun iddiasının təmin o lunan hissəsi üçüncü şəxsnun tələbinin bir hissəs ilə üst-üstə düşürdü. Çünki, üçüncü şəxs digər tələblə yanaşı İddiaçı qarşı analoji tələbi də irəli sürmüşdür.

94. İddia tələblərinin yuxarıda qeyd olunan ardıcıllığından asılı olaraq kollegiya kassasiya şikayətləri üzrə hüquqi dəyərləndirmə aparır. İddiaçı kassasiya şikayəti ilə bağlı:

95. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi İddiaçı apellyasiya şikayətini təmin etməməkdə haqlı olmuşdur.

96. Beləki, məhkəmələr müəyyən etmişlər ki, ünvan 3 ünvanda yerləşən yaşayış binasının 2-ci mərtəbəsində, ümumi sahəsi 95 kv.metr olan qeyri-yaşayış sahəsinə dair Cavabdeh MTK ilə İddiaçı arasında bağlanmış xx.xx.2016-cı il tarixli yaşayış binasında mənzil tikintisi haqqında müqavilədə Cavabdeh MTK-nın direktoru” qrafasındakı imzanın, İddiaçı tərtib edilmiş 6 may 2016-cı il tarixli, 4 iyun 2018-cı il tarixli, 11 iyul 2016-cı il tarixli maliyyə arayışlarında “XXX” yazılarından əvvəl yerləşən imzaların XXX tərəfindən yox, onun həqiqi imzalarına oxşadılmaqla başqa şəxs tərəfindən icra olunması, 6 may 2016-cı il (i.v. 10 və ayrıca təqdim olunmuş), 11 iyun 2016-cı il (i.v. 9) tarixli maliyyə arayışlarının reproqrafik surətlərində olan möhür əksinin təsviri elektrofotoqrafik çap üsulu ilə rəqəmsal çap qurğusu (printer, çoxaldıcı qurğu) vasitəsilə çap olunması, bununla da, qanunvericiliyin tələbləri pozulmaqla və sənədlər saxtalaşdırılmaqla tərtib edilmişdir.

97. Qeyd olunanlara əsasən, Apellyasiya Məhkəməsi İddiaçı tələbinin əsası kimi istinad etdiyi müvafiq sənədlərin etibarlı sənədlər olmaması barədə qənaətə gəlməkdə haqlı olmuşdur. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

98. İddiaçı kassasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, maliyyə arayışında XXXun adınan qarşısında qoyulan imzanın XXX tərəfindən imzalanması öz təsdiqini tapmışdır. Onun istifadəsində olan sahə ilə üçüncü şəxsnin müqaviləsində göstərilən sahələrin üst-üstə düşmədiyi ekspertiza rəyi ilə təsdiq olunur. O, əmlaka qanuni yolla sahiblənməklə ilkin alıcıdır. Cavabdeh MTK-ya məxsus yaşayış binasının birinci və ikinci mərtəbələrinin qeyri-yaşayış sahəsi kimi layihələndirildiyi, eləcə də layihə üzrə binanın birinci və ikinci mərtəbələrində mənzil nəzərdə tutulmadığı, İddiaçı də sahibliyində olan sahənin də qeyri-yaşayış təyinatlı olduğu tə sdiq olunur.

99. İddiaçının dəlilləri keçərli deyil. Əvvəla, qeyd olunur ki, tərəflər arasında analoji öhdəliklərin yaranması üçün etibarlı müqavilə olmalıdır (MM-in 14-cü maddəsi). Məhkəmələr müəyyən etmişlər ki, iddiaçı ilə Cavabdeh MTK arasında etibarlı müqavilə olmamışdır. Mülki hüquq və vəzifələrin dairəsi müqavilə ilə müəyyən edilir. Nə qədər ki, belə bir müqavilə mövcud deyil (təqdim edilmiş müqavilə saxtadır), iddiaçının həmin müqavilə əsasında əmlak tələbi əsaslı hesab oluna bilməz.

100. Tərəflər arasında bağlanmış müqavilənin saxta olduğu təsdiq olunduğundan iddiaçının digər dəlilləri ilə bağlı ətrafı araşdırma aparılması zərurəti aradan qalxır. O cümlədən, onun istifadəsində olan sahənin üçüncü şəxsyə verilmiş sahə ilə üst-üstə düşməməsi, həmin sahənin qeyri-yaşayış sahəsinə aid olan hissədə yerləşməsi, mənzilin dəyərinin ödənilməsinə dair maliyyə arayışı verilməsi dəlilləri iddianın təmin olunması üçün əsas ola bilməz.

101. Tərəflər arasındakı müqavilənin saxta olması məhkəməyə qanuni əsaslar vermişdir ki, Cavabdeh MTK-nın İddiaçı qarşı iddiası təmin edilsin. Həmin hissədə üçüncü şəxsnin iddiasının təmin olunmaması ilə bağlı məhkəmə kollegiyası ayrıca hüquqi dəyərləndirmə aparcaqdır.

102. Yuxarıda şərh edilənləri nəzərə alaraq kollegiya hesab edir ki, İddiaçı kassasiya şikayəti əsassız olduğundan təmin edilməməlidir. üçüncü şəxsnun kassasiya şikayətləri ilə bağlı:

103. Apellyasiya Məhkəməsi üçüncü şəxsnin iddialarını rədd edərkən ona əsaslanmışdır ki, 1-ci iddia üzrə: Ekspert rəyi ilə binanın 1-ci mərtəbəsinin qeyri-yaşayış sahəsi kimi layihələndirildiyi müəyyən edilmişdir və layihə üzrə 1-ci mərtəbədə ümumi sahəsi 120 kv.m olan 3 otaqlı mənzil nəzərdə tutulmamışdır. üçüncü şəxs ilə Cavabdeh MMC-nin arasındakı xx.xx.2016-ci il tarixli müqavilədə göstərilən mənzilin mövcudluğu müəyyən edilmir. Əgər müqavilənin predmetini müəyyən etmək mümkün deyildirsə, deməli müqavilə bağlanmış sayılmır, çünki predmetə dair şərt mühüm şərtdir. 2-ci iddia üzrə: iddia üçüncü şəxs ilə Cavabdeh MMC-nin arasında bağlanmış xx.xx.2016-cı il tarixli müqaviləyə əsaslanmışdır. üçüncü şəxs həmin müqaviləyə istinad edərək tələb etmişdir ki, binanın 1ci mərtəbəsində yerləşən 200 kv.m qeyri-yaşayış sahəsi üzərində sahiblik və istifadə hüquqları tanınsın və həmin sahədən istifadə etməsinə yaradılan maneələr aradan qaldırılsın. Lakin, müqavilənin əsli və ya əsli ilə düzgünlüyü təsdiq edilmiş surəti məhkəməyə təqdim edilməmişdir. Müqaviləyə əsaslanan tələb irəli sürüldükdə müvafiq müqavilənin əsli və ya əsli ilə düzgünlüyü təsdiq edilmiş surəti təqdim olunmalıdır. Əgər təqdim olunmursa, deməli, müqavilə mövcud deyil.

104. Məhkəmə kollegiyası üçüncü şəxsnin iddialarının rədd edilməsi barədə apellyasiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır.

105. İlk növbədə kollegiya qeyd edir ki, tərəflərin mübahisələndirdikləri eyni sahələrlə bağlı məhkəmələrin icraatında bir neçə mülki iş olmuş və həmin işlərlə bağlı məhkəmə qərarları işə əlavə edilmişdir. İş üçün əhəmiyyət kəsb edən sübutlar olduğu halda işə baxan məhkəmələr eyni sahələrlə bağlı çıxarılmış və bir biri ilə ziddiyət təşkil edən məhkəmə qərarlarını öyrənib onlara sübutların məcmusu qaydasında qiymət verməmi şlər.

106. İşdə olan sənədlərlə təsdiq olunmuşdur ki, üçüncü şəxsyə verilmiş eyni sahələrlə bağlı üç müqavilə bağlanmışdır. 1-ci mərtəbədə ümumi sahəsi 120 kv.m olan 3 otaqlı mənzil, ümumi sahəsi 80,0 kv.m 2 otaqdan ibarət mənzillə bağlı müqavilə və binanın 1-ci mərtəbəsində yerləşən 200 kv.m qeyri-yaşayış sahəsi ilə bağlı müqavilə. İlk iki müqavilənin əvəzində sonradan bir müqavilə bağlanmasını hər iki tərəf təsdiq etmişdir. Belə ki, Cavabdeh MMC-nin adından müqaviləni bağlamış XXX özü də bu halı təsdiq etmişdir (məhkəmə iclasında və məhkəməyə göndərdiyi yazılı ərizəsində, mülki iş 4-cü cild, səhifə 68-70). Məhkəmələr qeyd olunan məsələlərlə bağlı heç bir hüquqi dəyərləndirmə aparmamış, həmin sahənin binanın hansı mərtəbəsində yerləşməsini (yaşayışın 1-ci mərtəbəsində, yoxsa qeyri-yaşayış ın 1-ci mərtəbəsində) aydınlaşdırmamışlar. Hansı ki, həmin məsələ baxılan mübahisənin əsas dəlillərindən biri olmuşdur.

107. Həmin mübahisəli məsələ ilə bağlı işdə olan ekspert rəyi isə binanın faktiki inşa vəziyyəti nəzərə alınmadan ilkin layihəsi əsasında verilmişdir. Hansı ki, tərəflərin heç biri, nə İddiaçı, nə üçüncü şəxs, Cavabdeh MTK və nə də digər işdə həmin sahə ilə bağlı tələbi olan X18 öz mövqelərini müdafiə etmək üçün qeyd olunan dəlilə istinad etməmişlər.

108. İddiaçı, başqa işdə isə X9 Cavabdeh MMC-yə qarşı iddia tələbi üzrə qətnamədən də görünür ki, onların mübahisələndirdikləri sahə üçüncü şəxsyə ayrılmış sahələrdir.

109. Hətta, X9 Cavabdeh MMC-yə qarşı qeyri-yaşayış sahəsinə pay hüququnun, istifadə və sahiblik hüquqlarının tanınması, istifadəyə maneələrin aradan qaldırılma sı tələbinə dair” iddia ərizəsinə baxılarkən (mülki iş, 4-cü cild səhifə 18-24) onun iddiası təmin edilməmiş və 1-ci instansiyanın qətnaməsindən Cavabdeh MMC apellyasiya şikayəti verərkən şikayətinin dəlili kimi ona əsaslanmışdır ki, həmin sahə üçüncü şəxsyə satılmış sahədir (Apellyasiya Məhkəməsinin qətnaməsi, 4-cü cild, səhifə 19). Özüdə həmin işə hazırkı işdən əvvəl baxılmış və Apellyasiya Məhkəməsinin qətnaməsi 1 sentyabr 2020-ci il tarixdə qəbul edilmişdir. Hazırkı işdə isə Cavabdeh MMC qeyd olunan məsələ ilə bağlı tamamilə əks mövqe nümayiş etdirərək üçüncü şəxsin iddiasını etiraf etməmişdir.

110. Eyni zamanda hazırkı iş üzrə apellyasiya məhkəməsinin qətnaməsindən sonra iddiaçı üçüncü şəxsnun cavabdehlər X11 və Cavabdeh MMC-yə qarşı “müqavilənin etibarsız hesab edilməsi və sair” tələ binə dair başqa bir işə Bakı şəhəri Xətai Rayon Məhkəməsində baxılmış və həmin məhkəmənin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək ünvan inşa edilən çoxmənzilli yaşayış binasında yaşayışın 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 80 kv.m təşkil edən 2 otaqlı 9 nömrəli mənzil üzərində üçüncü şəxsnun istifadə və sahiblik hüququ tanınmış, X18 ünvan inşa edilən çoxmənzilli yaşayış binasında yaşayışın 1-ci mərtəbəsində yerləşən və ona məxsus ümumi sahəsi 80 kv.m təşkil edən 2 otaqlı 9 nömrəli mənzildən çıxarılması, ünvan inşa edilən çoxmənzilli yaşayış binasında yaşayışın 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 80 kv.m təşkil edən 2 otaqlı 9 nömrəli mənzil cavabdeh X18 tərəfindən boşaldılaraq üçüncü şəxsna təhvil verilməsi, ünvan inşa edilən çoxmənzilli yaşayış binası nda yaşayışın 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 80 kv.m təşkil edən 2 otaqlı 9 nömrəli mənzildən üçüncü şəxsnun istifadəsinə cavabdehlər Cavabdeh MMC və X18 tərəfindən yaradılmış maneələrin aradan qaldırılması qət edilmişdir.

111. Həmin qətnamə ilə müəyyən edilmişdir ki, üçüncü şəxslinin hazırkı işdə mübahisələndirdiyi 200 kv.m sahənin (120+80 kv.m =200) 80 kv.m hissəsi 95.4 kv.m adı ilə X9 adına rəsmiləşmiş və qətnamə ilə həmin sahənin Qəribliyə təhvil verilməsi qət edilmişdir.

112. Qeyd olunan qətnamə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli qətnaməsi ilə dəyişdirilmədən saxlanmışdır.

113. Eyni zamanda həmin işdə hazırkı işdə iddianın rədd edilməsinin əsası kimi qəbul edilmiş üçüncü şəxsyə ayrılmış sahənin binanın layihəsində nəzərdə tutulmaması i lə bağlı məsələ ilə əlaqədar fərqli mövqe nümayiş etdirilmiş və üçüncü şəxsnin müqaviləsi etibarlı müqavilə kimi qəbul edilmişdir. Hansıki, hazırkı işdə məhkəmə hesab etmişdir ki, üçüncü şəxs ilə Cavabdeh MMC-nin arasındakı xx.xx.2016-ci il tarixli müqavilədə göstərilən mənzilin mövcudluğu müəyyən edilmədiyindən müqavilənin predmetini müəyyən etmək mümkün deyildir və ona görə müqavilə bağlanmış sayılmır.

114. Qeyd olunan işdə də məhkəmə Cavabdeh MMC-nin adından müqaviləni bağlamış XXXun özünün ifadəsinə, mütəxəssis rəylərinə və işdə olan digər sübutlara istinad etməklə qənaətə gəlmişdir ki, üçüncü şəxsnin müqaviləsində nəzərdə tutulan sahə mövcuddur və həmin sahələr mübahisələndirilən sahələrdir.

115. Göründüyü kimi eyni mübahisəli sahələrlə bağlı məsələyə baxan məhkəmələrin müxtəlif mövqe lər nümayiş etdirilməsinə dair məhkəmə qərarları mövcuddur və bu halı işdə olan ekspertiza rəyinin mötəbərliliyini şübhə altına alır.

116. Hazırkı işdə üçüncü şəxsyə ayrılmış sahələrin binanın layihəsində nəzərdə tutulmaması ilə bağlı hallar ətraflı araşdırılmamışdır. Tərəflər özləri həmin sahələrin mövcudluğunu mübahisələndirmədikləri halda məhkəmələr binanın inşasına dair layihəni əsas tutaraq iddianı rədd etmişlər. Hansı ki, həmin sahənin mövcudluğu, binanın 1-ci və 2ci mərtəbələri arasında örtük vasitəsi ilə iki hissəyə ayırdığı, həmin sahə ilə bağlı tərəflərin, o cümlədən digər mülki işdə X18 ilə mübahisə açdıqları işin mübahisəsiz hallarıdır.

117. Nəzərə almaq lazımdır ki, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər (MM-in 390.1. maddəsi). Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır (MM-in 404.1.maddəsi).

118. Tərəflərin birinin müqaviləsində binanın 1-ci mərtəbəsi, digərində binanın 2-ci mərtəbəsi qeyd olunması səbəbləri araşdırılmalı, bununla bağlı irəli sürülən dəlillər yoxlanmalıdır. İddiaçı ona ayrılan sahələrin yaşayışın 1-ci mərtəbəsi, hesablayanda 2-ci mərtəbə kimi oxunduğunu israr edir. Sonradan baxılmış mülki işdə ( X1 və Cavabdeh MMC-yə qarşı işində) məhkəmələr bununla bağlı araşdırma aparmaql a üçüncü şəxsnin iddiasını təmin etmişlər.

119. İşə yenidən baxılarkən məhkəmə müxtəlif cavabdehlər arasında eyni sahələrlə bağlı mövcud olmuş mübahisələrə dair məhkəmə qərarlarını öyrənməli, həmin qərarların hansı hissədə preyudisial əhəmiyyət kəsb edib-etməməsini aydınlaşdırmalı, eyni məsələ ilə bağlı məhkəmə qərarları arasındakı ziddiyyətli halları aşkar etməli, onların hansının istinsa edilməsi imkanlarını yoxlamalı, lazım gələrsə başqa mülki iş üzrə məhkəmə qərarlarının qanuni qüvvəyə minməsini gözləməklə (əgər həmin məhkəmə qərarının müəyyən etdiyi hallar hazırkı işdə preyudisial əhəmiyyət kəbs edirsə) mübahisəyə hüquqi qiymət verilməlidir. 120. üçüncü şəxsnin onunla bağlanmış müqavilənin əslini məhkəməyə təqdim edilməməsi əsası ilə iddianın rədd edilməsi də düzgün olmamışdır. Əvvə la, yuxarıda qeyd olunan məhkəmə qərarlarının mövcudluğu iddiaçının müqaviləsinin mövcudluğu və bunun tərəflər arasında mübahisə predmeti olmadığı qənaətini formalaşdırır. Çünki həmin qətnamələr üçüncü şəxsnin adına müqavilələrin mövcudluğun ilə bağlı açılmış mübahisələrdən ibarət olmuşdur.

121. Bundan başqa, 1-ci instansiya məhkəməsi üçüncü şəxsnin iddiası üzrə işə baxarkən prosesdə onun iştirakını lazımi qaydada təmin etməmişdir. Məhz həmin əsasla apellyasiya məhkəməsi 1-ci instansiya məhkəməsinin qətnaməsini ləğv edərək iş üzrə yeni qətnamə qəbul etmişdir. 122. 1-ci instansiya məhkəməsinin araşdırma materiallarından görünür ki, həmin prosesdə cavabdeh tərəf iddiaçının təqdim etdiyi müqavilələrin mövcud olmamasına istinad etməmiş, onların mövcudluğunu mübahisələndirməmişdir. Eyni zamanda həmin məsələ apellyasiya icraatına baxılması zamanı da mübahisə predmeti olmamışdır (mülki iş 4-cü cild, səhifə 111-113).

123. İddiaçı apellyasiya şikayətində həmin dəlilə etiraz edərək müqavilənin əslinin onda olduğunu, lakin məhkəmənin prosesdə onun iştirakını təmin etmədiyini, həmin sənədin əslinin təqdim edilməsinin ona təklif olunmadığını bildirmişdir. Apellyasiya Məhkəməsi üçüncü şəxsnin prosesə cəlb edilməməsi ilə bağlı dəlilini əsaslı saysa da, işə mahiyyəti üzrə baxan məhkəmə olaraq müqavilənin əslinin mövcudluğu ilə bağlı müzakirə aparmadan yekun qərar qəbul etmişdir.

124. Yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir (MPM-in 89.3. maddəsi).

125. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan prosessual norma ilə bağlı qeyd edir ki, həmin norma iddianın rədd olunması üçün əsaslardan biri olsa da, işdə müqavilənin mövcudluğuna dəlalət edən digər sübutlar olduğu halda, işə baxan məhkəmə müqavilənin mövcudluğuna işdə olan digər sübutlarla məcmu halında qiymət verməli, qarşı tərəfin həmin sübutun mövcudluğunu mübahisələndirib-mübahisələndirməməsini nəzərə almalıdır. Hansı ki, yuxarıda qeyd olunduğu kimi hazırkı işə baxılarkən müqavilənin mövcudluğuna dəlalət edən digər məhkəmə mübahisələrində araşdırmalar aparılmış, qarşı tərəf müqavilənin mövcud olmamasına istinad etməmişdir.

126. Digər tərəfdən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını apellyasiya şikayətində və ona e tirazlarda ifadə olunmuş dəlillərə əsasən yoxlayır. İddiaçının apellyasiya şikayətinin dəlillərindən biri müqavilənin əslinin mövcudluğu ilə bağlı idi. Lakin, işə mahiyyəti üzrə baxan məhkəmə bu dəlillə bağlı heç bir araşdırma və müzakirə aparmadan qərar qəbul etmişdir. Hansı ki, iddianın rədd olunmasının yeganə əsası həmin hal olmuşdur.

127. Avropa İnsan Hüquqları Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarında sübutların qiymətləndirilməsi, onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur.

128. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2008-ci il tarixli qərarı).

129. Apellyasiya Məhkəməsi sübut qismində təqdim edilmiş müqavilənin surətinin mötəbər sənəd kimi qəbul edilib-edilməməsi (cavabdeh tərəfindən mübahisələndirilib- mübahisələndirilməməsi) ilə bağlı tərəflərlə hər hansı müzakirə aparmamış, tə qdim olunan müqavilənin əslinin məhkəməyə təqdim olunmasını iddiaçıya təklif etməmişdir.

130. Halbuki, MPM-in 14.1 və 77.3-cü maddələrinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmalı və bunun üçün işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah etməli, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar etməli və onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərməlidir. Bu zaman işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi, o cümlədən surəti məhkəməyə təqdim edilmiş sənədin əslinin təqdim olunmasını tərəflərə təklif edə bilər.

131. İşə yenidən baxılarkən bir məsələ də nəzərə alınmalıdır. Beləki, üçüncü şəxsnin tə ləbi ilə bağlı işə yenidən baxılarkən onun İddiaçı qarşı mövcud tələbinə də qiymət verilməlidir. Çünki məhkəmələr Cavabdeh MTK-nın İddiaçı qarşı tələbini təmin etmiş, lakin üçüncü şəxsnin iddiasını həmin hissədə təmin etməmişlər. Qəbul ediləcək qərarda ziddiyyətlərə yol verilməməsi üçün işə yenidən baxılarkən üçüncü şəxsnin İddiaçı qarşı iddia tələbi dəqiqləşdirilməli, Cavabdeh MTK-nın İddiaçı qarşı tələbinin təmin olunması fonunda (həmin hissə qanuni qüvvəsini alıb və təmin olunan hissə üçüncü şəxsnin iddiası ilə üst-üstə düşürdü) üçüncü şəxsnin İddiaçı qarşı tələbinə yenidən qiymət verilməsi zərurəti yaranacaqdır.

132. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya Məhkəməsi üçüncü şəxsnin iddia tələbi ilə bağlı mübahisəni həll edərkən maddi və prosessual hü quq normalarını düzgün tətbiq etmədiyi üçün qətnamə həmin hissədə ləğv olunmalı, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır.

133. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: üçüncü şəxsnun (bir işdə iddiaçı, digər işdə müstəqil tələb irəli sürən 3-cü şəxs) kassasiya şikayəti qismən təmin edilsin. Həmin iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-444/2021 nömrəli iş üzrə 2 iyul 2021-ci il tarixli qətnaməsi üçüncü şəxsnun iddia tələblərinin rədd edilməsi hissəsində (hər iki iş üzrə) ləğv edilsin. Mülki iş həmin hissədə yenidən baxılması üçün qaytarılsın. İddiaçı kassasiya şikayəti təmin edilməsin. Kassasiya şikayətlərinə əsasən qətnamə qalan hissədə dəyişdirilmədən saxla

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar