Məhkəmə qərarları › İş №2(102)-2502/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-2502/2024

23.08.2024 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2502/2024 23.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh “Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi” X6rşı iş üzrə QƏRARİ (Açar sözlər:əmək münasibətlərindən irəli gələn mübahisələr; müddətli əmək müqaviləsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi hakim), Şəfiyev İspəndiyar Əsəd oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh “Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi” X6rşı “işə bərpa və s.” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 5 mart 2024-cü il tarixli, 2(103)-1046/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Tərəflər arasında xx.xx.2020-ci ildə əmək müqaviləsi bağlanmaqla əmək münasibətləri yaranmışdır. Həmin müqaviləyə əsasən işçi 1 ay sınaq müddəti olmaqla 3 ay müddətinə (2021-ci ilin 5 yanvar tarixindən işə başlamaqla) Cavabdehndə Bakı Reabilitasiya Mərkəzinin Sosial-psixoloji reabilitasiya və abilitasiya şöbəsinin mədəni-kütləvi tədbirlər üzrə təşkilatçısı vəzifəsinə təyin edilmişdir. Daha sonra işçi öz razılığı ilə xx.xx.2022-ci il tarixdən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Respublika Reabilitasiya Mərkəzinin Sosial-psixoloji reabilitasiya və abilitasiya şöbəsində mədəni kütləvi tədbirlər üzrə təşkilatçı vəzifəsinə keçirilmişdir. Cavabdehin 5 aprel 2023-cü il tarixli, 3-17-413-2- 955/2023 nömrəli əmri ilə iddiaçının tərəf olduğu əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «b» bəndinə əsasən müddətinin qurtarması əsası ilə xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı cavabdeh “Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi” X6rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Cavabdeh 5 aprel 2023-cü il tarixli, 3-17-413-2955/2023 nömrəli əmrinin ləğv edilməsi, əvvəlki vəzifəsinə bərpa olunması, cavabdehlə aralarında bağlanmış 1 dekabr 2022-ci il tarixli əmək müqaviləsinin müddəti müəyyən edilmədən bağlanılmış hesab edilməsi, məcburi şəkildə buraxdığı iş dövrünə görə aylıq əmək haqqının və mediasiya xərcləri üçün ödədiyi 55 manatın (5 manat poçt xərci olmaqla) ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, cavabdehin 5 aprel 2023-cü il tarixli, 3-17- 413-2-955/2023 nömrəli əmri qanunsuz və əsassız olaraq tərtib edilib və dərhal ləğv edilməli, eyni zamanda səbəb olduğu hüquqi nəticələr aradan qaldırılaraq əmrdən əvvəlki vəziyyət bağlanılmış müqavilənin müddətsiz hesab edilməsi ilə bərabər bərpa edilməlidir. Belə ki, xx.xx.2022-ci il tarixində aralarında bağlanmış əmək müqaviləsi 1 (bir) il müddətinə bağlanmışdır. Müqavilə bağlanarkən ona Kadrlar şöbəsindən bildirdilər ki, əmək müqaviləsi bütün işçilərlə müddətli bağlanır, müddətsiz əmək müqaviləsinin bağlanılması mümkün deyil. Həmin dövrdə əmək müqaviləsinin müddətli bağlanılmasına qurum daxilindəki fəaliyyətinin xarakterini, əlamətlərini əsas gətirərək etiraz etsə də və müqavilənin müddətsiz bağlanılmasını tələb etsə də, sonda işini sevməyi, öz işinə qarşı məsuliyyətli davranmağı və onu itirmək istəməməyi səbəbi ilə əlacsız qalıb ona təqdim edilmiş əmək müqaviləsini imzalamış, lakin 5 aprel 2023-cü il tarixində Agentliyin 3-17-413-2-955/2023 nömrəli əmri nəticəsində ona məlum olmuşdur ki, işəgötürən tərəfindən müqavilə müddəti 1 il müddətinə deyil, 4 ay müddətinə nəzərdə tutulmuşdur. Lakin əmək mü qaviləsinin bağlanılması zamanı xüsusi əhəmiyyət kəsb edən bu hal bildirilməmiş və bununla da Azərbaycan Respublikası Əmək Məcəlləsi və digər qanunvericilik aktları ilə mühafizə edilən işçi hüquqları və eyni zamanda Məcəllənin başlıca prinsiplərindən hesab edilən tərəflərin hüquq bərabərliyi prinsipi kobud şəkildə pozulmuşdur. Hesab edir ki, sözügedən əmək müqaviləsi etibarsızdır və onun yaratdığı hüquqi nəticələr dərhal aradan qaldırılmalıdır. Tutduğu vəzifənin fəaliyyət sferası əsla müvəqqəti xarakter daşımır və tam olaraq daimi xarakterə malikdir. Bu halda Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45-ci maddəsinin 4-cü bəndi hazırki müqavilənin müddət baxımından növünü açıq şəkildə göstərir. Burada qanunvericiliyin tələbi əsasında müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsinin müddətli əmək müqaviləsinə keçməsi qaydası yenə də Əmək Məcəlləsinin 47-ci maddəsinin 3-cü hissəsində göstərilir. Bildirilir ki, müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz. Aralarında bağlanmış əmək müqaviləsi qanunvericiliyin tələblərinin və eyni zamanda əmək münasibətlərinin təməl prinsiplərindən sayılan tərəflərin hüquq bərabərliyi prinsipi kobud şəkildə pozulması ilə bağlanmışdır və onun işə bərpa olunması, eyni zamanda bağlanmış müqavilənin müddətsiz hesab edilməsi qanunvericiliyin tələblərindən və xarakterindın irəli gələn zərurət kimi çıxış edir. Eyni zamanda aralarında bağlanmış əmək müqaviləsinin müddətli əsaslarla bağlanması Əmək Məcəlləsinin tələblərinə ziddir və bu səbəb dən Agentliyin 05 aprel 2023-cü il tarixli, 3-17- 413-2-955/2023 nömrəli Əmri ləğv edilməli və o, yenidən öz işinə bərpa olmalıdır. Eyni zamanda məcburi şəkildə buraxılan iş dövrünə görə də aylıq əmək haqqının ödənilməsi zərurəti mövcuddur. DTSERA-da işçilərin əmək hüquqlarının pozulması ilə bağlı oxşar əmək mübahisələrinə aid işlər çoxdur. Hansı ki, bunlardan deyə bilər ki, 2021-ci ildə icraat olmuş və yenə də DTSERA tərəfindən şəxsin öz işindən qanunsuz çıxarılması ilə bağlı işçi məhkəməyə müraciət etmiş və Binəqədi Rayon Məhkəməsininxx.xx.2021-ci il tarixli, 2(001)-5763/2021 nömrəli qətnaməsi ilə pozuntu tanınmış və iddia təmin edilmişdir. Sosial Müdafiəsi Nazirliyi tabeliyində “Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi” publik hüquqi şəxsi mediasiya sessiyasında iştira k etməmiş, bu barədə Mediasiya Şurasının mediatoru X4 MŞB/14/202300424 saylı arayışı ilə göstərilmişdir ki, Agentlik prosesdə iştirak etməyəcəyini mediatora bildirmişdir.

4. İddiaçı tərəfindən daha sonra idida ərizəsinə təqdim edilmiş əlavə onunla əsaslandırılmışdır ki, ilk öncə "Mədəni kütləvi tədbirlər üzrə təşkilatçı" ilə bağlanılan əmək müqaviləsinin müddətinin müddətli bağlanılmasının qanunvericiliklə yol verilib-verilməməsi məsələsinə aydınlıq gətirilməlidir. Mədəni kütləvi tədbirlər üzrə təşkilatçının əmək funksiyaları xarakterinə görə daimidir. Belə ki, onunla bağlanılmış əmək müqaviləsinə, həmçinin üzərinə qoyulan öhdəliklərə görə, o cümlədən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının xx.xx.2011-ci il tarixli 3-1-ci nömrəli Qərarı ilə təs diq edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən xx.xx.2011-ci il tarixdə **********0031 qeydiyyat nömrəsi ilə hüquqi aktların dövlət reyestrinə daxil edilmiş “Mədəni-maarif müəssisələrində olan qulluqçu vəzifələrinin Vahid X3”na əsasən mədəni kütləvi tədbirlər üzrə təşkilatçının əmək funksiyalarına aşağıdakılar aiddir (kitabçadan çıxarış əlavə olunur): “Kütləvi oyunlar, tamaşalar, əyləncələr və sair əhalinin asudə vaxtının keçirilməsi üzrə kollektiv tədbirlər həyata keçirir. Ssenarinin, tematik proqramın, bədii tərtibatın, musiqi müşayiətinin və texniki təchizatın işlənib hazırlanması və tərtibi işlərində iştirak edir. Xərclər smetasını tutur və müəyyən olunmuş qaydada təsdiqə təqdim edir.”

5. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (hakim İlkin Əliyev) 2(001)-4717/2023 nömrəli, 09 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir

6. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, işçinin müqavilə üzrə əmək funksiyası müvəqqəti xarakter daşımır. Belə ki, həm əmək müqaviləsində göstərilmiş işçinin əmək funksiyasından, həm də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının xx.xx.2011-ci il tarixli qərarı ilə “Mədəni-maarif müəssisələrində olan qulluqçu vəzifələrinin Vahid X1 görünür ki, mədəni-kütləvi tədbirlər üzrə təşkilatçının əmək funksiyası daimi xarakter daşıyır.

7. Məhkəmə qeyd etmişdir ki, əmək müqaviləsi bağlanarkən tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməsi halı olmamışdır. Belə ki, hüquq bərabərliyi dedikdə tərəflərin qarşılıqlı razılıqları barədə yalnız iradə ifadəsinin özü yox, həm də həmin iradənin formalaş masına və ifadə edilməsinə əsas olmuş şərait və motiv (məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri) nəzərə alınmaqla yaranmış bərabər hüquqlu müstəvi başa düşülməlidir. Əksini ehtimal etmək mülki və əmək qanunvericiliyinin prinsip və vəzifələrinə uyğun olmadığı kimi hüquqdan sui- istifadəyə də şərait yaradardı. Eyni zamanda əksini qəbul etmək, Əmək Məcəlləsinin 47-ci maddəsinin digər bəndlərini mahiyyətcə lüzumsuz edərdi.

8. Məhkəmə bildirmişdir ki, işçinin Cavabdehndə əmək müqaviləsinin müddəti ilə bağlı seçim imkanı olmamış və bir qayda olaraq hamı kimi müddətli əmək müqaviləsi bağlamaqla ümumi axınla davam etmişdir. Üstəlik cavabdeh tərəfə hüquq bərabərliyi prinsipi şəraitinin olduğunu sübut etmək üçün şərait yaradılmış və işəgötürəndən müddətli və müddətsiz işçilərin say nisbəti ilə bağlı sənədlər tələb edilmişdir. Lakin cavabdeh tərəf öz etirazının dəlillərinə uyğun hər hansı sübut təqdim etməmiş və normanın hərfi mənasına istinad etməklə kifayətlənmişdir. Bununla yanaşı məhkəmə daimi xarakter daşıyan əmək funksiyası üzrə işəgötürənin qanunvericilikdə sınaq müddəti kimi nəzərdə tutulmuş 3 aylıq müddətə işçi ilə əmək müqaviləsi bağlamasını işçiyə təsir etmə vasitəsi kimi qiymətləndirmiş və 8 dəfə əmək müqaviləsi uzadılmış hesab edildikdən sonra, 9-cu dəfə hər hansı səbəb, əsas olmadan uzatmamasını hüquqdan sui-istifadə kimi qəbul etmişdir.

9. Məhkəmə hesab etmişdir ki, iddiaçı “xalq mahnıları ifaçısı, müəllim” ixtisası üzrə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Üniversitetinin məzunu olaraq ya müəllim və ya hazırki mübahisədə olduğu kimi mədəni-kütləvi tədbirlər üzrə işçi kimi peşə fəaliyyəti ilə məşğul ola bilərdi. Özəl sektorda isə aydın olduğu kimi bu ixtisas sahəsi daha dar çərçivədə olmaqla mütəxəssisin sırf təhsili ilə birbaşa bağlı olmur və əsasən bu sahədə mülki müqavilələr bağlamaqla münasibətlər yaranır. Yəni qeyd edilən ixtisas üzrə mütəxəssisin işə düzəlmək üçün o qədər də seçim imkanı olmamış və o, dövlət tərəfindən yaradılan Publik hüquqi şəxsdə çalışmağa üstünlük vermişdir. Bu üstünlük həm də öz ixtisası üzrə iş yeri seçmək məcburiyyətindən irəli gəlmişdir

10. Məhkəmə gəldiyi nəticəni Əmək Məcəlləsinin 45, 46.6, 47 (f bəndi), 51.1, 57.2, 68.1, 73.1, 83.1, 83.2, 296.2, 296.3, 296.6, 296.7 və 300.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bunda n sonra – MPM) 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

11. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin 2(001)-4717/2023 nömrəli, 9 oktyabr 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.

12. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməni əsaslandırarkən maddi hüquq normalarını pozmaqla kobud nöqsanlara yol vermiş və iddiaçının tələblərinə uyğunlaşdırmaqla əsassız və qanunsuz qətnamə qəbul etmişdir. İddiaçı təklif olunmuş şərtlərlə müqavilə bağlamaya da bilərdi. Həmin qurumda işləyən işçilər sərbəst şəkildə müqavilənin müddətli və ya müddətsiz olmasını seçə bilirlər. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X2 Hüquqi Şəxsində çalışan hər hansı əməkdaş məcburi şəkildə müddətli əmək müqaviləsi bağlamağa məcbur edilmir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X2 Hüquqi Şəxsində işə qəbul olunmaq üçün işçilər qarşısında yalnız müddətli əmək müqaviləsi bağlanılması şərti qoyulmur və hər hansı hüquq bərabərliyinin pozulmasından söhbət gedə bilməz. Belə ki, heç kəsin üzərinə işə qəbul edilməsi zamanı onun vəziyyətini ağırlaşdıran və tərəflərin hüquq bərabərliyini pozan hər hansı şərtlər qoyulmur. Bundan əlavə iddiaçı bildirmişdir ki, tərəflər arasında etibarsız əqd bağlanmışdır. Deyilənlərə münasibət olaraq bildirir ki, əvvəla əqd tərəflərin qarşılıqlı razılığı ilə, tərəflərdən birini hər hansı şəkildə əlverişsiz vəziyyətə sal maqla bağlanmamışdır, həmçinin iddiaçının da bildirdiyi kimi 8 dəfə ardıcıl şəkildə bağlanmamışdır. Belə ki, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirildiyi və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmədiyi üçün həmin əmək müqaviləsi hər dəfə əvvəl müəyyən olunmuş müddətə uzadılmışdır. Sual yaranır ki, əgər etibarsız əqd var idisə, nə üçün iddiaçı yuxarıda qeyd edildiyi kimi müddət bitdikdən sonra müqaviləyə xitam verilməsini tələb etməmişdir? Bundan əlavə iddiaçı nə üçün bir dəfə olsun belə rəsmi şəkildə müraciət edərək əmək müqaviləsinin müddətsiz bağlanmasını tələb etməmişdir? Bu deyilənlərdən bu qənaətə gəlmək olar ki, tərəf əmək müqaviləsinin müddətli olmasını bilərək, qəbul e dərək bağlamış və hər dəfə müddətin uzadılmasına da hər hansı bir etiraz etməmişdir. Məhkəmə iddiaçının bir növ müdafiəçisi kimi çıxış edərək, sanki qeyd edilən ixtisas üzrə mütəxəssisin işə düzəlmək üçün o qədər də seçim imkanı olmadığını və bu səbəbdən də məcburiyyətdən əmək müqaviləsi bağladığını qeyd etmişdir. İddiaçının yuxarıda qeyd edilən ixtisas üzrə iş tapması çətin və heç də məhkəmənin öz mülahizələrinə əsaslanaraq qeyd etdiyi kimi dar çərçivəli deyildir, əksinə iddiaçı istənilən yerdə həmin ixtisas üzrə iş tapa bilərdi. Qətnamədə də qeyd olunduğu kimi iddiaçının mədəni-kütləvi tədbirlər üzrə təşkilatçı ixtisası və bu ixtisas üzrə o, həm ümumtəhsil müəssisələrində, həm musiqi tədrisi verən qurumlarda, həm də Mədəniyyət Nazirliyinə tabe müvafiq sahələrdə rahatlıqla iş tapa və fəal iyyət göstərə bilərdi. Lakin məhkəmə öz qərarını əsaslandırarkən iddiaçının məhz Agentlikdə işləməkdən başqa çıxış yolunun olmamasını, sanki iddiaçının ixtisasının mütləq olaraq Agentliyin nizamnaməsində göstərilən fəaliyyəti ilə uyğunlaşmasını vurğulayaraq ağlasığmaz mövqe nümayiş etdirmişdir. Halbuki, yuxarıda da qeyd etdiyi kimi iddiaçının ixtisası üzrə Agentlikdə çox dar istiqamət (sadəcə 1 istiqamət) mövcuddur və iddiaçı təhsil və mədəniyyət sahəsinə müraciət edərsə daha çox seçim şansı olacaqdı. İddiaçı tərəf hər hansı qaydada aldatma ilə, zor tətbiq edilməklə və digər hansısa qaydada müqavilə bağlamağa məcbur edilməmişdir. Məhkəmənin: ”İşçinin Cavabdehndə əmək müqaviləsinin müddəti ilə bağlı seçim imkanı olmamış.... kimi ifadəsi qəbuledilməzdir. Belə ki, məhkəmənin hansı formada işç inin seçim imkanının olmamasını müəyyən etdiyi müəmalıdır. Bu hal sırf iddiaçının tələbinə uyğunlaşdırmaqla onun maraqlarına uyğun qətnamə qəbul edilməsi halıdır ki, bu da cavabdehin əleyhinə qanunsuz və əsassız qətnamə qəbul edilməsinə gətirib çıxartmışdır.

13. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – Cəmilə Musayeva (sədrlik edən və məruzəçi), Fuad Babayev və Günay Axundova) 5 mart 2024-cü il tarixli 2(103)-1046/2024 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4717/2023 nömrəli, 9 oktyabr 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamənin qəbul edilməsi, iddiasının rədd edilməsi qət edilmişdir.

14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə, həmçinin bu nəticənin hüquqi əsaslandırması ilə razılaşmayaraq qeyd etmişdir ki, iddiaçı ilə cavabdeh arasında əmək münasibətlərinə müqavilənin bağlandığı müddətin bitməsi əsası ilə xitam verilmişdir. Məhkəmə araşdırması zamanı əmək müqaviləsinə xitam verilməsində cavabdeh tərəfindən hər hansı qanun pozuntusuna yol verilməsi aşkar edilməmişdir. Belə ki, işçi iddiaçı ilə əmək münasibətlərinə xitam verilərkən qanunvericiliyin tələblərinə riayət olunmuş, müddət bitdikdən sonrakı bir həftə keçməmiş müqaviləyə xitam verilmiş, tərəflər arasında bağlanmış müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam etməmiş, əmrin çıxarılması barədə iddiaçıya məlumat verilməklə onunla son haqq hesab aparılmış, əmək kitabçasının təqdim edilməsi təmin edilmişdir.

15. Kollegiya həmçinin tərəflər arasında əmək müqaviləsi bağlanılarkən iddiaçının əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş hüquqlarının təmin edilib-edilməməsini araşdırmış, tərəflərin münasibətlərinin həqiqi xarakterinin əmək qanunvericiliyində nəzərdə tutulan təminatlara, əsas prinsiplərə zidd olmadığını, müddətsiz əmək müqaviləsinin bağlanmasının iddiaçı üçün nəzərdə tutulmuş təminatların təmin edilməsindən yayınmaq məqsədinin daşımadığını, digər işçilərlə müqavilələrin eyni şərtlərlə bağlandığını müəyyən etmişdir.

16. Apellyasiya instansiyası məhkəməsi bildirmişdir ki, iddiaçı ilə cavabdeh arasında (müddətli) əmək müqaviləsi bağlanılarkən onun işəgötürəndən bir asılılığı olmamış, müddətli müqavilə rəsmiləşdirilənədək tərəflərin həmin müqaviləni ümumiyyətlə bağlamamaq imkanı və seçimi, müqavilə rəsmiləşdiri ldikdən sonra hüququnun pozulmasına istinadən iddiaçının həmçinin bu bəndinin dəyişdirilməsini tələb etmək hüququ olmuşdur. Bu baxımdan məhkəmə kollegiyası hesab etmişdir ki, hazırda iddiaçının gördüyü işin daimi xarakterə malik olmasına istinadən onunla müddətli bağlanmış əmək müqaviləsinin mübahisələndirilən bəndi etibarsız hesab edilə bilməz.

17. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, PHŞ-də bütün işçilərlə əmək müqavilələrinin eyni şərtlərlə, yəni müddətli (3 aylıq müddətinə) bağlandığını iddiaçı tərəf iddia ərizəsində, habelə məhkəmə baxışı zamanı verdiyi izahatlarda təsdiq etmişdir. Bu baxımdan da işəgötürən özünün diskresion səlahiyyətlərindən qərəzli şəkildə istifadə etməmiş, iddiaçı ilə əmək müqaviləsini bağlayarkən hər hansı qanun pozuntusuna yol verməmiş, ümumiyy ətlə işəgötürənin iddiaçıya qarşı qərəzli münasibətdə olması halları aşkar edilməmişdir.

18. Kollegiya həmçinin məhkəmənin iddiaçının “xalq mahnıları ifaçısı, müəllim” ixtisası üzrə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Üniversitetinin məzunu olaraq ya müəllim, ya da hazırki halda olduğu kimi mədəni-kütləvi tədbirlər üzrə işçi kimi peşə fəaliyyəti ilə məşğul ola bilməsi, qeyd edilən ixtisas üzrə mütəxəssisin işə düzəlmək üçün o qədər də seçim imkanı olmaması və onun dövlət tərəfindən yaradılan Publik hüquqi şəxsdə çalışmağa üstünlük verməklə bu iş yerini seçmək məcburiyyətində olmasına dair mövqeyi ilə razılaşmayaraq hesab etmişdir ki, işçinin hər hansı (məhkəmənin müəyyən etdiyinə görə “nadir”) ixtisas növünə sahib olması onun dövlət sektoruna məhz məcburiyyətdən müraciət etdiyinə, əm ək müqaviləsi bağlanarkən işəgötürənin Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndindən sui-istifadə hallarına yol verdiyinə, tərəflərin hüquq bərabərliyinin təmin edilmədiyinə dəlalət edə bilməz.

19. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, mübahisələndirilən qətnamədə birinci instansiya məhkəməsi həmçinin iddiaçının əmək müqaviləsinin cavabdeh tərəfindən səkkiz dəfə uzadıldığına istinad etmişdir. Halbuki, bu halın mövcudluğu da tərəflərin qabaqcadan razılaşdırılmış qaydada bağladıqları əmək müqaviləsinin müddətsiz hesab edilməsinə əsas vermir. Belə ki, Əmək Məcəlləsinin 45-ci maddəsinin 5-ci hissəsinə görə müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edirsə, müddətsiz əmək müqaviləsi hesab edilir. İddiaçının isə həmin müəssisədə 5 ildən artıq müddət ərzində işləməsi halı müəyyən edilməmişdir.

20. Apellyasiya instansiyası məhkəməsi həmçinin iddiaçının tərəf olduğu əmək müqaviləsinin müddətli olmasından, müddətin bir neçə dəfə uzadılmasından məlumatsız olduğuna dair irəli sürdüyü dəlilləri heç bir sübut növü ilə təsdiq edilməməklə əsassız və mülahizə xarakterli hesab etmişdir.

21. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 372.1, 375.2-ci maddələrinə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2.1, 42, 45, 47, 68, 73, 83, 296.1, 296.2, 300.1-ci maddələrinə, “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-İV və Vİİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 31.01.24-cü il tarixli qərarı nda ifadə edilmiş hüquqi mövqeyə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

22. İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

23. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh təşkilat arasında əmək müqaviləsi bağlanarkən hüquq bərabərliyi prinsipinə əməl edilməmişdir. Çünki cavabdeh təşkilatda işə qəbul olunmaq üçün işçilər qarşısında yalnız müddətli əmək müqaviləsinin bağlanması şərti qoyulur, Əmək Məcəlləsində nəzərdə tutulmuş müddətsiz əmək müqaviləsinin bağlanılması imkanı tam şəkildə məhdudlaşdırılmış işçinin azad iradəsini bildirərək müddətsiz əmək müqaviləsi bağlamaq hüququ pozulmuşdur. Cavab deh tərəfindən belə bir şərtin irəli sürülməsi məhkəmə araşdırması zamanı və cavabdehin nümayəndəsinin məhkəmədə olarkən verdiyi izahat da təsdiq edir ki, cavabdeh təşkilatda yalnız müddətli əmək müqaviləsi bağlanılır. Belə bir vəziyyətdə tərəflərin hüquq bərabərliyindən söhbət belə gedə bilməz. Tərəflərin hüquq bərabərliyinə əsaslanan qarşılıqlı razılığı olmadan və işin daimi xarakterli olmasına baxmayaraq əmək müqaviləsinin müddətli bağlanması qanun pozuntusudur. Müqavilə tərəflərin iradə sərbəstliyi, hüquq bərabərliyi prinsiplərinə əməl edilməklə bağlanmalıdır. Lakin iddiaçı ilə cavabdeh arasında əmək müqaviləsi bağlanarkən bu prinsiplərə əməl edilməmişdir. Məhkəmə cavabdehin bu prinsiplərə riayət etmədən əmək müqaviləsi bağlamasını göz ardı etmiş, tətbiq edilməli olan normanı tətbiq etməmişdir.

24. Kassasiya şikayətində həmçinin qeyd edilmişdir ki, məhkəmə işi tam, obyektiv və hərtərəfli araşdırmamış, maddi normaların tələblərinin cavabdeh tərəfindən pozulmasına göz yummuş, üstəlik özü də müvafiq normaların tələblərini pozmuşdur. Məhkəmə işi hərtərəfli, obyektiv araşdırsa idi, qeyd olunan pozuntu hallarını heç şübhəsiz müəyyən edərdi. Bundan əlavə işə baxan hakim passiv, yəni qeyri-obyektiv formada işə məhkəmə prosesi zamanı iclası təxirə salıb, cavabdehə istiqamət verərək iddiaçıya qarşı ayrı seçkiliyin olmamasını təsdiq edən əlavə sübutların təqdim olunmasını istəmişdir. Məhkəmənin qərəzli mövqeyi nəticəsində iddiaçının Konvensiyanın 6-cı maddəsində qeyd olunan ədalətli məhkəmə araşdırılması hüququ pozulmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

25. Ca vabdeh “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi etiraz göndərərək kassasiya şikayətinin təmin olunmaması, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi

26. Maddə 2.1.Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir.

27. Maddə 42.Əmək müqavilələri sərbəst bağlanılır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz.

28. Maddə 45.Əmək müqaviləsi müddətsiz və ya müd dətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir.

29. Maddə

47. Bənd “f”.Tərəflərin hüquq bərabər liyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər.

30. Maddə 68.Bənd “b”.Əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biri əmək müqaviləsinin müddətinin qurtarmasıdır.

31. Maddə

73. Bənd 1.Müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur.

32. Maddə 83.Bənd 1.Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsininsənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilm iş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. 33. 296.1-ci maddəsinə əsasən bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. 34. 296.2-ci maddəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğu nu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. 35. 300.1-ci maddəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73,74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üz rə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-İV və Vİİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 31.01.24-cü il tarixli qərarı

36. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndi həmin maddənin digər bəndlərində nəzərdə tutulmuş hallar olmadığı təqdirdə, tərəflərin hüquq bərabərliyi şəraitində azad iradə ifadələri və qarşılıqlı razılığı əsasında müddətli əmək müqaviləsini bağlamaq imkanını ehtiva etməklə, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-İV və Vİİİ hissələrinə uyğun h esab edilmişdir. Məhkəmələrə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndi ilə bağlı işlərə baxarkən müqavilə tərəflərinin həqiqi iradə ifadələrini bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunan hüquqi mövqelərə uyğun olaraq araşdırıb nəticəyə gəlməli olmasına dair göstəriş verilmişdir. Mülki Prosessual Məcəllə

37. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

38. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

39. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

40. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

41. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

42. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

43. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

44. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfi ndən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

45. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

46. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

47. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

48. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

49. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.

50. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr i şin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

51. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

52. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 5 mart 2024-cü il tarixli, 2(103)1046/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar