Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2505/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qızıl-zinət əşyalarının qaytarılması, birgə nikah dövründə əldə olunmuş əmlak bölgüsü) 05.05.2022 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər Xələfov İlqar Rəhim oğlunun (məruzəçi), Əliyev Zaur Əli oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı qızıl-zinət əşyaları və cehiz əşyalarının qaytarılması, birgə nikah dövründə əldə olunmuş əmlakın yarı dəyərinin alınması tələbinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsi mülki kollegiyasının 10 sentyabr 20 21-ci il tarixli 2(104)-3297/2021 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 5 may 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi: İşin halları və iş üzrə məhkəmə icraatı 1.İddiaçı ilə Cavabdeh1 el adəti ilə toyları olmuş, toy məclisinin qeydə alınmış CD diskdən və foto şəkillərə əsasən İddiaçı toyunda 1 (bir) ədəd sep, 1 ədəd sırğa-üzük dəsti, 1 (bir) ədəd üzük, 1 (bir) ədəd nişan üzüyü, 1 (bir) ədəd saat formalı qolbaq hədiyyə edilmişdir.
2. Əlavə mütəxəssis rəyi ilə hal-hazırki dövrdə orta bazar qiymətləri ilə 583 əyarlı qızıldan hazırlanmış 20 qram çəkidə 1 (bir) ədəd tros sep-1200 (bir min iki yüz) manat; 583 əyarlı qızıldan hazırlanmış 14 qram çəkidə 1 (bir) ədəd brilyant qaşlı dəstin (sırğa, üzük) 1300 (bir min üç yüz) manat; 583 əyarlı qızıldan hazırlanmış 4 qram çəkidə 1 (bir) ədəd ortası sapfır qaşlı-sibir brilyantından (1 karat) qaşlı üzük 750 (yeddi yüz əlli) manat; 583 əyarlı qızıldan hazırlanmış 8 qram çəkidə 1 (bir) ədəd brilyant qaşlı nişan üzüyü 900 (doqquz yüz) manat; 583 əyarlı qızıldan hazırlanmış 18 qram çəkidə 1 (bir) ədəd saat formalı qolbağ 1080 (bir min səksən) manat dəyərində qiymətləndirilmişdir. Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərilən toy mərasimi zamanı ona hədiyyə olunmuş əşyaları və yaxud onların cəmi dəyəri olan 22205 (iyirmi iki min iki yüz beş) manat pulun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada, birgə nikah dövründə alınmış 7000 (yeddi min) manat dəyərind ə “AUDİ A4” markalı minik avtomobilinin dəyərinin yarısı olan 3500 (üç min beş yüz) manat pulun isə Cavabdeh1 alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, Cavabdeh1 onun keçmiş həyat yoldaşı, digər Cavabdeh2 isə onun qayınanasıdır. O Cavabdeh1 ilə 2005-ci ildə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Birgə nikahlarından övladları dünyaya gəlməmişdir. Evlənən zaman o yoldaşının valideynlərinə məxsus mülkə gəlin köçmüşdür. Toyları el adəti ilə olub. Toy mərasimi zamanı ona müxtəlif adda qızıl-zinət əşyaları hədiyyə olunmuşdur. Bundan başqa valideynləri tərəfindən ona xeyli sayda cehiz əşyaları hədiyyə olunmuşdur. Ailə həyatı qurduqdan sonra bir müddət onlar münasibətləri normal ailə münasibəti kimi olsa da, sonradan cava bdehin ona qarşı münasibəti dəyişməyə başlamışdır. Tez-tez aralarında dava-dalaş olmuşdur. Dəfələrlə təhqirlərə, zorakılıqlara məruz qalmışdır. Bir müddət ailəsini dağıtmamaq xətrinə bu cür çətinliklərə dözərək yaşamışdır. Lakin get-gedə cavabdehin ona qarşı təzyiqi daha da artmağa başlamışdır. Bu səbəbdən də öz ata evinə qayıtmalı olmuşdur. Gedərkən özü ilə heç nə götürə bilməmişdir. Toy mərasimi zamanı ona hədiyyə olunmuş əşyalar hazırda cavabdehlərdədir. İddiaçı qeyd etmişdir ki, toy mərasimi zamanı ona qızıl-zinət əşyaları və müxtəlif məbləğlərdə olan cehiz əşyaları hədiyyə olunmuşdur. O cümlədən, birgə nikahda olduqları dövrdə, 2018-ci ildə 7000 (yeddi min) manata ** BJ *** dövlət qeydiyyat nişanlı, “AUDİ A4” markalı minik avtomobili almışlar. Lakin sonradan Cavabdeh1 onun xəbəri olma dan sözügedən avtomobili başqa şəxsə satmışdır.
5. İş məhkəmənin icraatında olarkən İddiaçı nümayəndəsi məhkəməyə iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək, toy mərasimi zamanı İddiaçı hədiyyə olunmuş qızıl-zinət əşyalarının yaxud onların cəmi dəyəri olan 5230 manat pulun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada, birgə nikah dövründə alınmış 7000 (yeddi min) manat dəyərində “AUDİ A4” markalı minik avtomobilinin dəyərinin yarısı olan 3500 (üç min beş yüz) manat pulun isə Cavabdeh1 alınaraq İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı tərəfdən məhkəməyə qızıl-zinət əşyalarının satıcısı tərəfindən verilmiş mütəxəssis rəyi təqdim edilmişdir.
7. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı iddia tələbinin dəlillərinə uyğun iza hat verərək bildirdi ki, işə məhkəmədə baxılarkən Cavabdeh2 könüllü olaraq ona məxsus cehiz və digər əşyalarını qaytarmışdır. Lakin ona məxsus qızıl-zinət əşyaları və birgə nikah dövründə əldə olunmuş avtomobilin yarı dəyəri ona ödənilməmişdir. Ona toyunda hədiyyə verilmiş qızıl-zinət əşyaları əvvəllər özündə olsa da sonradan cavabdehlər tərəfindən əlindən alınmışdır. O ailə daxili münasibətlərin pisləşməsi səbəbindən 2020-ci ilin fevral ayında valideynlərinə məxsus evə getmişdir və gedən zaman özünə məxsus əşyalar cavabdehlərə məxsus evdə qalmışdır. Bundan sonra neçə dəfə əmlaklarını cavabdehlərdən istəməsinə baxmayaraq geri qaytarmamışlar. Məhkəmədən ona toy hədiyyəsi olaraq verilmiş qızıl-zinət əşyaları və ya onların dəyəri olan 5200 manat pul və birgə nikah dövründə alınmış 7000 (yeddi min) manat dəyərində “AUDİ A4” markalı minik avtomobilinin dəyərinin yarısı olan 3500 (üç min beş yüz) manat pulun cavabdehlərdən alınaraq ona verilməsini xahiş etmişdir.
8. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh2 izahatında İddiaçı toyunda 1 (bir) ədəd tros sep, 1 (bir) ədəd brilyant qaşlı sırğa-üzük dəsti, 1 (bir) ədəd ortası sapfır qaşlı-sibir brilyantından üzük, 1 (bir) ədəd brilyant qaşlı nişan üzüyü, 1 (bir) ədəd saat formalı qolbaq hədiyyə verilməsini inkar etməmiş və İddiaçı valideynlərinə məxsus evə gedərkən qızıl-zinət əşyalarını da özü ilə aparmasını dair hər hansı bir dəlil irəli sürməmiş, ona məxsus evdə iddiaçıya məxsus əmlakların qaytarmağa hazır olduğunu bildirmişdir.
9. Məhkəmə iclasında şahidlər X5, X1 və X2 ifadələrində bildirmişlər ki, onlar İddiaçı məxsus əmlakları cavabdehlərin evindən götürmək üçün getmişlər. Cavabdeh2 cehiz əşyaların qaytarılmasına etiraz etməmiş, onlarda həmin əşyaları götürmüşlər, lakin İddiaçı məxsus qızıl-zinət əşyalarını götürməmişlər. Onlar həmin vaxt qızıl-zinət əşyalarınında qaytarılmasını bildirmişlər. Cavab olaraq Cavabdeh2 toy olan zaman bütün qızıl-zinət əşyalarını aldığını, lakin hazırda qızıl-zinət əşyaları olmadığından qaytara bilməyəcəyini onlara bildirmişdir.
10. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-2432/2020 saylı mülki iş üzrə 26 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim R.Mustafayev) iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada toy mərasimi zamanı İddiaçı hədiyyə olunmuş 1200 (bir min iki yüz) manat dəyərində 583 əyarlı qızıldan hazırlanmış 20 qram çəkid ə 1 (bir) ədəd tros sepin, 1300 (bir min üç yüz) manat dəyərində 583 əyarlı qızıldan hazırlanmış 14 qram çəkidə 1 (bir) ədəd brilyant qaşlı (60 sot) dəstin(sırğa,üzük),750 (yeddi yüz əlli) manat dəyərində 583 əyarlı qızıldan hazırlanmış 4 qram çəkidə 1 (bir) ədəd ortası sapfır qaşlı-sibir brilyantından (1 karat) qaşlı üzüyün, 900 (doqquz yüz) manat dəyərində 583 əyarlı qızıldan hazırlanmış 8 qram çəkidə 1 (bir) ədəd brilyant qaşlı (90 sot) nişan üzüyünün, 1080 (bir min səksən) manat dəyərində 583 əyarlı qızıldan hazırlanmış 18 qram çəkidə 1 (bir) ədəd saat formalı qolbağdan ibarət qızıl-zinət əşyalarını naturada, naturada alınması mümkün olmadıqda isə dəyərinin alınaraq, İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
11. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, bütün bu göstərilənlər İddiaçı toyunda 1 (bir) ədəd tros sep, 1 (bir) ədəd brilyant qaşlı sırğa-üzük dəsti, 1 (bir) ədəd ortası sapfır qaşlı-sibir brilyantından üzük, 1 (bir) ədəd brilyant qaşlı nişan üzüyü, 1 (bir) ədəd saat formalı qolbaq hədiyyə verilməsini və valideynlərinə məxsus evə gedərkən qızılzinət əşyalarını da özü ilə aparmayaraq cavabdehlərdə qalmasını təsdiq edir.
12. Birinci instansiya məhkəməsi iddia predmeti olan cehiz əmlakların iddiaçıya məxsusluğu ilə bağlı əlavə araşdırma aparmağı zəruri hesab etməmiş və qeyd etmişdir ki, bu xüsusat həm iddiaçı, həm də cavabdehlər tərəfindən təsdiq olunmuşdur. Məhkəmə özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipinə uyğun hesab etmişdir.
13. Birinci instansiya məhkəm əsi araşdırması ilə iddia ərizəsində göstərilən qızılzinət əşyalarının iddiaçıya hədiyyə olaraq alındığı etiraf olunsa da, cavabdehlər iddiaçının onlara məxsus evdən gedərkən həmin qızıl-zinət əşyalarını özü ilə aparmasını, həmin əmlaklarının dəyərini və formasını və çəkisini mübahisələndirməyərək hər hansı bir dəlil irəli sürməmişlər, Cavabdeh2 sadəcə hazırda həmin qızıl-zinət əşyalarının olmadığını iş üzrə tərəflərə bildirmişdir.
14. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, mübahisələndirilən əmlaklar, yəni 1 (bir) ədəd tros sep, 1 (bir) ədəd brilyant qaşlı sırğa-üzük dəsti, 1 (bir) ədəd ortası sapfır qaşlı-sibir brilyantından üzük, 1 (bir) ədəd brilyant qaşlı nişan üzüyü, 1 (bir) ədəd saat formalı qolbaq İddiaçı toy hədiyyəsi edilməklə ona məxsusdur və cavabdehlər tərəfindən onun qanuni sahibliyindən alınmışdır. İddiaçı öz əmlakının başqasının qanunsuz sahibliyindən tələb etməkdə haqlıdır.
15. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı tərəfdən məhkəməyə təqdim edilmiş qızıl-zinət əşyalarının satıcısı tərəfindən verilmiş mütəxəssis rəyindən görünür ki, hal-hazırki dövrdə orta bazar qiymətləri ilə 583 əyarlı qızıldan hazırlanmış 20 qram çəkidə 1 (bir) ədəd tros sep-1200 (bir min iki yüz) manat; 583 əyarlı qızıldan hazırlanmış 14 qram çəkidə 1 (bir) ədəd brilyant qaşlı (60 sot) dəstin (sırğa, üzük) 1300 (bir min üç yüz) manat; 583 əyarlı qızıldan hazırlanmış 4 qram çəkidə 1 (bir) ədəd ortası sapfır qaşlı-sibir brilyantından (1 karat) qaşlı üzük 750 (yeddi yüz əlli) manat; 583 əyarlı qızıldan hazırlanmış 8 qram çəkidə 1 (bir) ədəd brilyant qaşlı (90 sot) nişan üzüyü 900 (doqquz yüz) manat; 583 əyarlı qızıldan hazırlanmış 18 qram çəkidə 1 (bir) ədəd saat formalı qolbağ 1080 (bir min səksən) manat dəyərində qiymətləndirilmişdir.
16. Belə olan halda məhkəmə hesab etmişdir ki, qızıl-zinət əşyalarının dəyəri təqdim edilmiş mütəxəssis rəyi əsas götürülməklə müəyyən edilməlidir.
17. Məhkəmə iddia tələbinin birgə nikah dövründə alınmış 7000 (yeddi min) manat dəyərində “AUDİ A4” markalı minik avtomobilinin dəyərinin yarısı olan 3500 (üç min beş yüz) manat pulun isə Cavabdeh1 alınaraq İddiaçı verilməsi hissəsini əsassız hesab edərək qeyd etmişdir ki, iddiaçı qeyd edilən tələbini təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Belə olan halda iddia tələbinin bu hissədə əsaslı olmasını müəyyən etmək mümkün olmadığından təmin edilə bilmə z.
18. Məhkəmə qətnaməsini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.2, 225.2-ci maddələrinə və “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasına dair 1 saylı Protokoluna istinad edərək əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat
19. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 apellyasiya şikayəti verərək Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-2432/2020 saylı mülki iş üzrə 26 noyabr 2020ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.
20. Apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normala rın pozulması ilə çıxarılmışdır.
21. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Ədil Məmmədov sədrlik edən və məruzəçi, Rəşad Mamedov və Fikrət Mehtiyev) 2(104)-3297/21 nömrəli, 10 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayəti Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-2432/2020 saylı mülki iş üzrə 26 noyabr 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.
22. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, apellyasiya icraatında Cavabdeh2 şikayətdə göstərilənlərdən fərqli izahat verərək bildirmişdir ki, iddiaçı onun oğlu-Cavabdeh1 ilə evləndiklərinin 5-ci ilində iddiaçıya toy zamanı hədiyyə edilmiş bütün qızıl-zinət əşyalarını satmışlar, əvəzində başqa zinət əşyaları almışlar. Və sonradan alınmış həmin qızıl-zinət əşyalarının taleyi ona məlum deyildir.
23. Apellyasia instansiyası məhkəməsi cavabdehin belə izahatına tənqidi yanaşmış, çünki həmin izahat cavabdehin əvvəlki dəlilləri ilə ziddiyyət təşkil edir və iş materiallarında olan digər əlaqəli sübutlarla təkzib olunur.
24. İddiaçı isə iddia etdiyi həmin əşyaların mövcudluğunu və onların cavabdeh tərəfdə qaldığını sübut edə bilmişdir.
25. Göstərilənləri nəzərə alan məhkəmə kollegiyası hesab etmişdir ki, cavabdehlərin apelyasiya şikayətinin dəlilləri formal mülahizələrdən ibarətdir və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas deyildir.
26. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdehlərin apelyasiya şikayətinin dəlilləri formal mülahizələrdən ibarətdir və b irinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas deyildir. 27.Apellyasiya instansiyası məhkəməsi iddianın hər iki cavabdehə aid hissədə təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticəni də əsaslı hesab etmişdir.
28. Apellyasiya instansiyası məhkəməsi qətnaməsini Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri
30. Cavabdeh kassasiya şikayəti verərək Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-3297/21 nömrəli, 10 sentyabr 2021-ci il tarixli qətnaməsinin ləğv edilərək işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmiş dir.
31. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə tam araşdırma aparılmayaraq və prosessual hüquq normalarının tələbləri pozulmaqla qanunsuz və əsasız qətnamə qəbul edilmişdir.
32. İddiaçı kassasiya şikayətinə qarşı etirazda göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 sentyabr 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Ailə Məcəlləsi 33.Maddə 34.1. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvə zsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Azərbaycan Respublikası Mülki Məcəlləsi 34.Maddə 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. 35.Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 36.Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 37.Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 38.Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 39.Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 40.Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. 41.Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şik ayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 42.Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. 43.Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
44. Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydın laşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
45. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
46. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara is tinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
47. Apellyasiya məhkəməsinin qətnaməsi cavabdehin kassasiya şikayətinin dəlillərinə əsasən tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
48. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə görə nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır).
49. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.2-ci maddəsinə görə nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onu n mülkiyyətidir. İş materiallarından görünür ki, mübahisə predmeti olan əşyalar, İddiaçı iddia etdiyi kimi, ona hədiyyə şəklində verilmiş əşyalardan ibarətdir. Belə olan halda həmin əşyalar iddiaçıya məxsus olduğundan o, hazırkı tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.
50. Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 51.İşin birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, iddiaçı, əri ilə birgə yaşadığı evdən gedərkən ona məxsus 5 adda qızıl-zinət əşyaları həmin evdə qalmış və cavabdehlər həmin əşyaların mövcudluğunu inkar etməklə onları iddiaçıya qaytarmaqdan boyun qaçırır.
45. Müəyyən olunmuşdur ki, həmin əşyalar cavabdehlərin qanunsuz istifadəsindədir və cavabdehlər h əmin əşyaları özündə saxlamaqla iddiaçının mülkiyyət hüququnu pozurlar. Apellyasiya instansiyası məhkəməsi həmin nəticəyə işdə olan sübutlara qanunun tələblərinə uyğun qiymət verməklə gəldiyindən kollegiya qətnaməni qanuni sayır və hesab edir ki, kassasiya şikayətinin dəlilləri onun ləğv edilməsi üçün əsas ola bilməz.
46. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh2 kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi mülki kollegiyasının 10 sentyabr 2021-ci il tarixli 2(104)-3297/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.