Məhkəmə qərarları › İş №2(102)-2505/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-2505/2024

15.07.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2505/2024 15.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Mehralıyeva (Haqverdiyeva) Zülfiyyə Səxavət qızına (Azərbaycan Respublikası Qubadlı rayon İcra Hakimiyyəti və Qaçqınların və X3 üzrə Dövlət Komitəsi üçüncü şəxslər qismində cəlb edilməklə) qarşı iş üzrə QƏRARİ Açar sözlər: kassasiya şikayətinin mümkünlüyü, prosessual müddətin bərpası barədə ərizə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-2132/2023 nömrəli i ş üzrə 20 may 2024-cü il tarixli qərardadından Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları

1. İddiaçı Cavabdeh1 qarşı "mənzildən çıxarılma və mənzilə köçürülmə tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin ev əşyaları və ailə üzvləri ilə birlikdə mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 1 ünvanında yerləşən 54,9 kv.metr ümumi sahəsi olan 42 saylı mənzildən çıxarılması və onun həmin mənzilə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçının vəkili və nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək, iddia ərizəsində Cavabdeh1 özünün və ailə üzvlərinin yəni, həyat yoldaşı Cavab deh2, Cavabdeh3 və X1 mübahisəli mənzildən çıxarılmasını və iddiaçının həmin mənzilə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. Sumqayıt Şəhər Məhkəməsinin 5 sentyabr 2023-cü il tarixli, 2(060)-3491/2023 nömrəli qətnaməsi ilə (hakim Şəbnəm Həxiyeva) iddia tələbinin təmin edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Mehralıyeva (Haqverdiyeva) Zülfiyyə Səxavət qızının Sumqayıt şəhəri, 12-ci mikrorayon, ev 7A ünvanında yerləşən 42 saylı mənzilindən çıxarılmaları, İddiaçı ünvan 2 ünvanında yerləşən 42 saylı mənzilə köçürülməsi, bu qətnamənin Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsi tərəfindən cavabdehlərin yaşayış sahəsi ilə təmin edilməsi üçün əsas olması qət edilmişdir.

4. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 28 noyabr 2023 -cü il tarixli qətnaməsi ilə (sədrlik edən Almaz Süleymanova, hakimlər Gülnar Cabbarova və Zaur Məmmədov) Cavabdeh1 apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin 5 sentyabr 2023-cü il tarixli, 2(060)- 3491/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

5. Cavabdeh1 vəkili və nümayəndəsi 9 may 2024-cü il tarixində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin 28 noyabr 2023-cü il tarixli, 2(105)-2132/2023 nömrəli qətnaməsindən kassasiya şikayəti və buraxılmış prosessual müddətin bərpası barədə ərizə vermişdir.

6. Ərizə onunla əsaslandırmışdır ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)2132/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 5 sentyabr 2023-cü il tarixli, 2(060)-3491/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamə xx.xx.2023-cü ildə çıxarılmış və xx.xx.2023-cü ildə elektron kabinetə yerləşdirilmişdir. Belə olan halda cavabdehlərin kassasiya şikayəti vermək üçün son müddətləri xx.xx.2024-cü ildir. Lakin cavabdehlər vaxtında kassasiya şikayəti verə bilməmişlər. Buna səbəb isə onların maddi imkanlarının olmamasıdır. Bunun üçün cavabdehlər məhkəməyə müraciət edərək, dövlət tərəfindən vəkillə təmin olunmalarını xahiş etmişlər. Lakin məhkəmə onların ərizələrini təmin etməmişdir. Bunun üçün də onlar məcbur olub özləri vəkil ilə müqavilə bağlamışlar. Qətnamədən şikayət vermə müddətini üzrlü səbəbdən ötürmüşlər. Yəni maddi imkanları ağır olmuş və məcburi köçkündürlər. Hesab edir ki, b u hal məhkəmə tərəfindən nəzərə alınmalı idi.

7. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-2132/2023 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 28 noyabr 2023-cü il tarixli 2(105)-2132/2023 nömrəli qətnaməsindən Cavabdeh1 vəkili və nümayəndəsi Vəkil kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizəsinin təmin edilməməsi qərara alınmışdır.

8. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, mülki iş materiallarına əsasən, mübahisələndirilən Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 28 noyabr 2023-cü il tarixli qətnaməsinin surəti 30 noyabr 2023-cü il tarixdə tərəflərə rəsmi qaydada göndərilmiş və iş materialına əlavə olunmuş poçt göndərişinin verilməsi haqqında xəbərna mələrdən (iş vərəqə 142-148) görünür ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Mehralıyeva (Haqverdiyeva) Zülfiyyə Səxavət qızı qətnamənin surətini 4 dekabr 2023-cü il tarixdə almışlar.

9. Qanunla nəzərdə tutulmuş prosessual müddət bitdikdən sonra, mülki iş 16 fevral 2024-cü il tarixdə icra olunması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş və 20 fevral 2024-cü il tarixli icra vərəqəsi və çıxarış iş materialına əlavə olunmuşdur (i/v 150151).

10. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 28 noyabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil tərəfindən 9 may 2024-cü il tarixdə məhkəməyə kassasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpasına dair ərizə təqdim edilmişdir.

11. Göründüyü kimi kassasiya şikayəti verilməsi üçün prosessual müddət ötürülmüşdür.

12. Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil kassasiya şikayəti verilməsi üçün prosessual müddətin buraxılmasını cavabdehlərin vəkillə müqavilə bağlanılması üçün maddi imkanlarının olmaması ilə əlaqələndirmiş və bu halın üzrlü səbəb olaraq qəbul edilməsini xahiş etmişdir.

13. Qeyd olunmuşdur ki, prosessual müddətin bərpa edilməsi üçün o hallar mövcud olmalıdır ki, həmin hal onun prosessual hərəkətinin aparılması imkanından məhrum etsin.

14. Qüvvədə olan mülki prosessual qanunvericiliyin normalarından göründüyü kimi şikayət onun verilməsi üçün müəyyən edilmiş müddət ötürüldükdən sonra verilirsə, qəbul edilmir. Şikayət vermiş şəxs müddət ötürülməsinə səbəb olan hallar göstərməklə həmin müddətin bərpa edilməsi barədə məhkəmə qarşısında vəsatət qaldıra bilər. Lakin vəsatətin veriməsi müddətin mexaniki bərpa edilməsinə səbəb olmur. Məhkəmə ilk növbədə müddətin buraxılmasının səbəblərini araşdırır. Əgər o, müddətin şikayəti verən şəxsdən asılı olmayan səbəblərdən (xəstəlik, ezamiyyət və s.) buraxıldığı qənaətinə gələrsə, vəsatəti təmin edərək müddəti bərpa edir, əks halda isə vəsatəti rədd edir.

15. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab etmişdir ki, məhkəmənin qanuni qüvvəyə minmiş qərarlarının qeyri-müəyyən vaxtdan sonra onlara yenidən baxılması hüquqi müəyyənlik prinsipini pozmuşdur.

16. Məhkəmə kollegiyası prosessual müddətin bərpasına dair ərizənin dəlillərini araşdıraraq qeyd etmişdir ki, həmin dəlillərin əsaslığı ilə bağlı ərizəçi tərəfindən heç bir sübut məhkəməyə təqdim edilməmiş, habelə məhkəmə qətnaməsinin qəbul edildiyi vaxtdan beş aydan artıq vaxt keçmiş və bu müddət ərzində cavabdeh məhkəmə qətnaməsini mübahisələndirməsi ilə bağlı iradə ifadəsinə dair hərəkətsizlik nümayiş etdirmiş, bu baxımdan qeyd olunan xüsusatın müddətin bərpa edilməsi üçün üzürlü səbəb kimi qəbul edilməsi yetərli olmamışdır.

17. Məhkəmə kollegiyası gəldiyi nəticəni MPM-in 129.3, 130.1, 133.1 402.2.3, 404.1.1, 405.0.1 və 408.1.4-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

18. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi və mülki iş üzrə sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

19. Kassasiya şikayəti MPM-in 133.1, 133.2, 133.3, 133.4, 133.5 və 133.6-cı maddə lərinə istinad edilməklə onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi xx.xx.2023-cü ildə çıxarılmış və xx.xx.2023-cü ildə elektron kabinetə yerləşdirilmişdir. Belə olan halda cavabdehlərin kassasiya şikayəti vermək üçün son müddətləri xx.xx.2024-cü il olmuşdur. Lakin cavabdehlər vaxtında kassasiya şikayəti verə bilməmişlər. Buna səbəb isə onların maddi imkanları olmamışdır. Bunun üçün cavabdehlər məhkəməyə müraciət edərək, dövlət tərəfindən vəkillə təmin olunmalarını xahiş etmişlər. Lakin məhkəmə onların ərizələrini təmin etməmiş, onlar məcbur olub özləri vəkilnən müqavilə bağlamışlar. Qətnamədən şikayət vermə müddətini üzürlü səbəbdən ötürmüşlər. Məcburi köçkün olaraq maddi imkanları ağır olmuşdur. Bu hal məhkəmə tərəfindən nəzərə alınmamış, işə baxan məhk əmə əsassız olaraq müddəti bərpa etməmişdir. Bütün bunlar MPM-in tələbinə ziddir, qanunla müəyyən edilmiş müddətin buraxılması üzürlü səbəbdən olmuşdur. Tərəfin maddi imkanın ağır olması, onun məcbur köçkün olması və buna görə də vəkilnən müqavilə bağlaya bilməməsi üzürlü hal kimi qəbul olunmalı idi. Bir halda ki, dövlət tərəfindən həmin məcburi köçkün dövlət rüsumu ödəməkdən azad olunmuşsa, məhkəmə tərəfindən də bu, nəzərə alınmalıydı ki, həmin məcburi köçkünün maddi vəziyyət ağır olmuş və onun rüsum ödəyərək vəkilnən müqavilə bağlaması imkan xaricində olmuşdur. Hazırkı vəziyyətdə onun vəkilnən müqavilə bağlaması isə məcburi xarakter daşımışdır. Çünki o, hüquqlarının müdafiəsi üçün bir növ buna məcbur olmuşdur. Məhkəmə MPM-in 133-cü maddəsini tətbiq edərək müddəti bərpa etməli olduğu ha lda bunu etməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

20. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.

21. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.

22. Maddə

405. Apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti aşağıdakı müddətlərdə verilə bilər: qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində.

23. Maddə 408.1.4 Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa kassasiya şikayəti geri qay tarılır.

24. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

25. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi q iymətləndirilməməlidir.

26. Kassasiya şikayətində qərardad tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

28. Belə ki, ötürülmüş prosessual müddətin bərpasına dair ərizəyə baxan apellyasiya məhkəməsi cavabdehin dəlillərini müddətin bərpası üçün əsaslı və üzrlü səbəb saymamışdır. Məhkəmə, müddətin ötürülməsinin cavabdehin iradəsindən asılı olmayan, onun tərəfindən onların dəf edilməsi mümkün olmayan h allardan irəli gəlməsini müəyyən etməmişdir.

29. Kollegiya bildirir ki, apellyasiya məhkəməsi tərəfindən iş materialları araşdırılmış, onlara mülki prosessual qanunvericiliyə əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

30. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetir ilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.

31. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə tərkibi hesab edir ki, ötürülmüş müddətin bərpasına dair ərizənin təmin edilməməsi qanuni və əsaslı olmuşdur, kassasiya şikayətinin dəlilləri qərardadın ləğv edilməsi üçün əsas təşkil etmir.

32. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmə dən saxlanılmalıdır.

33. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-2132/2023 nömrəli iş üzrə 20 may 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar