Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2506/2022 01.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki, Kommersiya və İnzibati Kollegiyalarının qarışıq tərkibinin QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati Kollegiyalarının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən, məruzəçi), Dadaşov İlqar Ağababaş oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət qarışıq tərkibdə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 07 yanvar 2022-ci il tarixli, 2(007)272/2022 saylı məhkəmə aidiyyəti haqqında qərardadından Cavabdeh2 qanuni nümayəndəsi Nümayəndə şikayəti üzrə işə kassasiya qaydasında baxaraq MÜƏYYƏN ETDİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 07 yanvar 2022-ci il tarixli qərardadı ilə (sədrlik edən, hakim H.M.Əhmədova) İddiaçı2 Cavabdeh2 və digərlərinə qarşı “torpaq icarə müqaviləsinin etibarsız hesab edilməsi və torpaq sahəsindən çıxarılma” iddiasına dair mülki işin məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməsi barədə Bakı Şəhər İcra Hakimiyyətinin vəsatəti təmin edilməyib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, tərəflər arasındakı hazırki mübahisə onların ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gələn və yaxud da tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gələn mübahisə olmamaqla iddiaçının cavabdehlər arasında bağlanmış 20 aprel 2018-ci il tarixli torpaq icarə müqaviləsinin etibarsız hesab edilməsi və cavabdehin həmin torpa q sahəsindən çıxarılması barədə mülki mübahisə olmaqla ümumi məhkəmənin yurisdiksiyasına aid olan tələbdir. Bu baxımdan torpaq icarə müqaviləsinin bağlanmasında məqsəd həmin torpaqdan gələcəkdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsində istifadə edilməsi, xeyrinə icarəyə götürülənin və ya onun qanuni nümayəndəsi Nümayəndə sahibkarlıq subyekti kimi VÖEN olması hazırki mübahisənin kommersiya mübahisəsi olması anlamına gəlməyə və mülki işin məhkəmə aidiyyəti üzrə baxılması üçün kommersiya məhkəməsinə göndərilməsinə əsas vermir. Belə ki, hazırki mübahisənin mahiyyəti fiziki şəxs İddiaçı2 məxsus torpaq sahəsinin qonşuluğunda yerləşən torpaq sahəsinin Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən Cavabdeh2 icarəyə verilməsi ilə bağlı iddia tələbi olmaqla, iddiaçının həmin torpaq sahəsinə hüququnun pozulub-pozulmaması ilə bağlı ümumi məhkəmənin yurisdiksiyasına aid məhkəmə icraatı qaydasında baxılmalı olan mülki xarakterli mübahisədir. Yəni, tərəflərin sahibkar olub-olmamalarından asılı olmayaraq mübahisənin mahiyyəti kommersiya mübahisəsi ilə bağlı deyil. Ona görə də vəsatət rədd edilməlidir. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Azərbaycan Respublikası MPM-nin 24.2, 26.1-cı maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Cavabdeh2 qanuni nümayəndəsi Nümayəndə şikayət verərək iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 07 yanvar 2022-ci il tarixli qərardadının ləğv edilib, mülki işin məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş edib. Şikayət belə əsaslandırılıb k i, mülki prosessual qanunvericiliyə görə, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətinin xarakteri nəzərə alınmaqla müəyyən edilir. Hazırki halda, iddiaçının tələbi məhz sahibkarlıq fəaliyyəti məqsədilə verilmiş torpaq sahəsinə yönəldiyindən, mübahisənin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisə olduğu aşkardır. Göründüyü kimi mübahisə həm obyektiv baxımından, həm də subyektiv baxımından sahibkarlıq fəaliyyətindən irəli gələn mübahisə olduğundan, hazırki işə məhkəmə aidiyyəti üzrə kommersiya məhkəməsində baxılmalıdır. Kassasiya instansiyası məhkəməsi məruzəçini dinləyib, şikayətin dəlillərini araşdırıb hesab edir ki, aşağıdakılara görə şikayət təmin e dilmədən, iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 07 yanvar 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 403-1.7-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi məhkəmə aidiyyəti məsələsini həll edərkən məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Belə ki, birinci instansiya məhkəməsi müəyyən edib ki, nə İddiaçı2, nə də Cavabdeh2 fərdi sahibkar statusları yoxdur və onlar fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərdir. İşdən görünür ki, 17 iyul 2020-ci il tarixli Çıxarışa əsasən, ünvan 1 ünvanda mülkiyyətdə olan 0,75827 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 1549,1 kv.metr olan əmlak kompleksi kimi müəssisə mülkiyyət hüququ üzrə İddiaçı2 adına qeydə alınıb. Eyni zama nda, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən 20 aprel 2018-ci il tarixli, 1460 saylı “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” müqaviləyə əsasən ünvan 2 ünvanda yerləşən 911 kv.metr torpaq sahəsi 49 il müddətinə, abadlıq və kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün Cavabdeh2 icarəyə verilib. Hazırda, iddiaçının cavabdehlərə qarşı tələbi- sözügedən torpaq icarə müqaviləsinin etibarsız hesab edilməsindən və Cavabdeh2 həmin torpaq sahəsindən çıxarılmasından ibarətdir. Azərbaycan Respublikası MPM-nin 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 25.1-ci ma ddəsində göstərilir ki, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Həmin Məcəllənin 26.1-ci maddəsinə görə, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Eyni zamanda, həmin Məcəllənin 31.1-ci maddəsində göstərilir ki, aidiyyət qaydalarının pozulmasına yol verilmir. Sadalanan prosessual normaların mənasına görə, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla müəyyən edilir. Yəni, sahibkarlıq fəaliyyətinin həyata keçir ilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələrdə, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə isə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələrində baxılır. Məhkəmə aidiyyəti dedikdə- mülki hüquqi münasibətlərindən irəli gələn mübahisənin və ya digər hüquqi işin ümumi və ya kommersiya məhkəməsinin səlahiyyətinə aid olması başa düşülür. İşlərin kommersiya məhkəmələrinin yurisdiksiyasına aid edilməsinin əsas meyarları işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətinin xarakteri ilə bağlıdır. İşdə iştirak edən şəxslərin subyektiv tərkibinə hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçir ən və qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu əldə edən fiziki şəxslər aiddir. Fiziki şəxs o, halda kommersiya məhkəməsinə aid olan mübahisənin subyekti hesab edilir ki, o sahibkarlıq fəaliyyətini həyata keçirsin və qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu əldə etmiş olsun. Nəzərə alınmalıdır ki, mübahisə o, vaxt ümumi məhkəmənin yurisdiksiyasına aid edilə bilər ki, mübahisə şəxsin bilavasitə sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə bağlı yaranmamış olsun. Kassasiya instansiyası məhkəməsi, şikayətin dəlillərini araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi mülki işin məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməsinə dair cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinin vəsatətini rədd etməklə düzgün nəticəyə gəlib və sadalanan prosessual normaların tələblərini hazırki mübahisəli məsələyə düzgün tətbiq edib. Eyni hüquqi mövqe “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli, 10 saylı Qərarında da təsbit edilib göstərilib. Həmin Qərarın 10, 11, 12-ci bəndilərində göstərilir ki, 09 iyul 2019-cu il tarixli Qanunla Mülki Prosessual Məcəlləyə edilmiş dəyişikliklərdə məhkəmə aidiyyətinin müəyyən edilməsi meyarları dəyişməz qalsa da, onların tətbiqi mexanizmində köklü dəyişiklik edilib. Belə ki, MPM-nin 24.2-ci maddəsinin qüvvədən düşmüş redaksiyasında tərəflərin subyekt tərkibi, müba hisənin predmeti və hüquq münasibətlərinin xarakterindən ibarət sadalanan üç qiymətləndirici meyarın hər biri müstəqil şəkildə mübahisənin ümumi məhkəməyə və ya inzibati-iqtisadi məhkəməyə aidiyyətini müəyyən etməyə imkan verirdisə, yeni redaksiyada məhkəmə aidiyyətinin müəyyən edilməsində bu meyarların hər üçünün qarşılıqlı bağlılığı tələb olunur. O da nəzərə alınmalıdır ki, MPM-nin 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-nin istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır. Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Hazırki halda tərəflərin, yəni İddiaçı2 və Cavabdeh2 fərdi sahibkar statusları yoxdur və onlar fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərdir, mübahisənin predmeti isə bilavasitə onlar arasında sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı yaranmayıb. Belə olan halda, həm iştirak edən şəxslərin subyektiv tərkibinə, həm də mübahisənin predmetinə və hüquq münasibətinin xarakterinə görə, iddiaçının cavabdehlərə qarşı “torpaq icarə müqaviləsinin etibarsız hesab edilməsi və Cavabdeh2 torpaq sahəsindən çıxarılması” barədə iddia tələblərinə məhkəmə aidiyyəti üzrə ümumi məhkəmədə baxılmalıdır. Ona görə də, kassasiya instansiyası məhkəməsi, Cavabdeh2 qanuni nümayəndəsi Nümayəndə şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, sonuncunun bilavasitə özünün fərd i sahibkar statusuna malik olması, habelə mübahisəli torpaq sahəsinin məhz Cavabdeh2 icarəsinə abadlıq və kiçik sahibkarlıq fəaliyyəti üçün verilməsi, hazırki mübahisənin sonuncu ilə iddiaçı arasında məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı yaranası anlamına gəlməyə əsas vermir. Bu baxımdan iddia, Bakı şəhəri Nizami Rayon Məhkəməsinə düzgün verilib və məhkəmə aidiyyətinin dəyişdirilərək mülki işin Bakı Kommersiya Məhkəməsinə göndərilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası MPM-nin 403-1.2-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi tərəfindən məhkəmə aidiyyətinə dair mübahisələrə bu maddədə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllənin 43-cü fəslində müəyyən olunmuş qaydalara uyğun olaraq baxılır. Həmin Məcəllənin 403-1.6-cı maddəsinə ə sasən, kassasiya instansiyası məhkəməsində məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətlərə mülki, kommersiya və inzibati kollegiyalara daxil olan hakimlərin qarışıq tərkibində tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan 10 gün müddətində baxılır. Həmin Məcəllənin 403-1.8.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadı dəyişiklik edilmədən, şikayəti təmin edilmədən saxlaya bilər. Bu baxımdan kassasiya instansiyası məhkəməsi hesab edir ki, iş üzrə Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin 07 yanvar 2022-ci il tarixli qərardadı dəyişdirlmədən, şikayət təmin edilmədən saxlanılmalıdır. Şərh e dilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: Cavabdeh2 qanuni nümayəndəsi Nümayəndə şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 07 yanvar 2022-ci il tarixli, 2(007)272/2022 saylı məhkəmə aidiyyəti haqqında qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2506/2022
Ali Məhkəmə Qərar — İş №2(102)-2506/2022
01.04.2022 · Aidiyyəti üzrə daxil olan sənədlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver