Məhkəmə qərarları › İş №2(102)-2512/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2512/2020

16.06.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2512/2020 16.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi tələbinə dair mülki iş üzrə İddiaçı Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 iyun 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Gəncə Apelyasiya Məhkəməsinin Mülki Ko llegiyasının 20 iyun 2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bərdə rayon məhkəməsinin 12 mart 2019-cu il tarixli qətnaməsi ilə (hakim M.Allahverdiyev, iş № 2(021)-736/2019) iddia qismən təmin edilmiş, VAZ-21011 markalı 09 BC-893 dövlət nömrə nişanlı avtomobilin ½ hissəsinə İddiaçı pay hüququnun tanınması, Cavabdeh 10 (on) manat dövlət rüsumunun alınaraq İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Gəncə Apelyasiya Məhk əməsi Mülki Kollegiyasının 20 iyun 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər L.Süleymanov (sədrlik edən və məruzəçi), İ.Şəfiyev və A.Bayramov, iş № 2(104)2625/2019) İddiaçı apelyasiya şikayəti təmin edilməmiş, Bərdə Rayon Məhkəməsinin 12 mart 2019-cu il tarixli, 2(021)-736/2019 nömrəli qətnaməsi iddia tələbinin qalan hissədə təmin edilməməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətlərinin dəlilləri: İddiaçı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 iyun 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə iş üzrə yeni qərar qəbul edilməsini xahiş edir. Kassasiy a şikayətlərinə qarşı verilmiş etiraz: Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edənlərin izahatları: Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apelyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlayır. Kassasiya instans iyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apelyasiya instansiya məhkəməsi müəyyən etmişdir ki, x1 Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX ******* saylı çıxarışa əsasən, mülkiyyətində olan Bərdə şəhəri, Bahadur Hacıyev küçəsi, 17 ünvanda 0.05 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 111.2 kv.m olan fərdi yaşayış evini 05 may 2017-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi ilə qardaşı Cavabdeh bağışlamış və cavabdeh həmin yaşayış evinə dair Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX ******* saylı çıxarış almışdır. Apelyasiya instansiya məhkəməsi qətnaməsində qeyd etmişdir ki, iddiaçı cavabdehin mülkiyyətində ** KU *** nömrəli “Qazel” markalı avtomobilin olmasına, həmçinin üç minlik səs gücləndirici aparaturanı mövcudluğuna dair mötəbər sübut təqdim edə bilməmişdir. Belə ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət x8 26 fevral 2019-c u il tarixli məktubundan görünür ki, DİN-nin Baş Dövlət x8 Qeydiyyat-imtahan idarəsinin kompüter uçot bazasına görə “VAZ-21011” markalı 09 BC-893 dövlət qeydiyyat nişanlı avtomobil 01.11.1998-ci il tarixdən Bərdə şəhəri, Şərq küçəsi, ev 42-də qeydiyyatda olan Cavabdeh adına qeydiyyatdadır. ** KU *** dövlət qeydiyyat nişanlı “Qazel” markalı avtomobilə deyil “VAZ-2106” markalı avtomobilə təhkim edilmişdir. “VAZ-2106” markalı ** KU *** dövlət qeydiyyat nişanlı avtomobil 03.05.2004-cü il tarixdən ünvan 2 ünvanda qeydiyyatda olan 15.05.1968ci il təvəllüdlü x6 adına qeydiyyatdadır. Apelyasiya məhkəməsi iddiaçı tərəfindən irəli sürülmüş dəlillərə münasibətdə belə nəticəyə gəlmişdir ki, birgə nikahda olan zaman onlara Bakı şəhəri 3-cü Paralel, 90 ünvanında torpaq sahəsi verildiyini, qaynı x2 da ün van 4 ünvanda torpaq verildiyini, onların qaynı ilə öz aralarında razılaşaraq onun torpağında ev tikdiklərini, Rafiq Mustafayevin isə onların torpağında ev tikdirdiyini, lakin sonradan 05.05.2017-ci il tarixli bağışlama müqaviləsinə əsasən həmin evi guya yoldaşı Cavabdeh bağışladığını göstərsə də istinad etdiyi halları təsdiq edən mötəbər sübutları olmamışdır. Məhkəmə haqlı olaraq qeyd etmişdir ki, mübahisələndirilən daşınmaz əmlak bağışlama müqaviləsi əsasında bağışlanmış və hazırda həmin müqavilə əsasında Cavabdeh adına qeydiyyata alınmış və müqavilə bağlanarkən qanunvericilyin tələbinə əməl olunmuşdur. İddia tələbinin qızıl zinət əşyalarının geri qaytarılması ilə bağlı apelyasiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı həmin əşyaların birgə nikah dövründə satılaraq xəst ə uşaqlarının müalicəsinə sərf olunmuşdur. Bu baxımdan məhkəmə haqlı olaraq əşyaların birgə nikah dövründə qarşılıqlı razılıq əsasında satılaraq ailənin ümumi mənafeyi üçün sərf olunmasına istinad edərək həmin əşyaların və ya dəyərinin qaytarılması ilə bağlı tələbin əsassız olması nəticəsinə gəlmişdir. Apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci, Mülki Məcəllənin 157.2, 666.1-ci maddələrini tətbiq etmişdir. İddiaçı kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi, apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinin pozulduğuna istinad edərək, əsasən bir neçə maddi hüquq normasının mətnini köçürsə də, apelyasiya instansiyası mə hkəməsi tərəfindən yol verilmiş maddi və ya prosessual hüquq pozuntusunun nədən ibarət olmasını göstərməmişdir. Kasssasiya şikayətinin məzmunun faktiki olaraq apelyasiya şikayətinin məzmunu ilə eynilik təşkil etmiş və həmin dəlillər məhkəmə tərəfindən tam olaraq araşdırılmışdır. Ona görə də, məhkəmə kollegiyası kassasiya şikayətinin həmin dəlillərini apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas hesab etmir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Kassasiya şikayətinə baxılmasının nəticələri: Məhkəmə kollegiyası hesab edir ki, mülki işə baxıldıqda hüquq normaları düzgün tətbiq olunmuş, qətnamənin ləğvi ü çün əsas olan maddi və prosessual qanun pozuntularına yol verilməmişdir. Kassasiya şikayətinin dəlilləri Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 iyun 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilmir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 iyun 2019-cu il tarixli qətnaməsi İddiaçı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar