Məhkəmə qərarları › İş №2(102)-2515/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-2515/2024

23.08.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haq
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2515/2024 23.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Ağcabədi rayon Kommunal Xidmət və Mənzil İstismar İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər əmrin ləğvi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Ağcabədi rayon Kommunal Xidmət və Mənzil İstismar İdarəsinə qarşı “işdən azad olunma barədə əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(*06)-*45/2024 nömrəli *5 fevral 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Ağcabədi rayon Kommunal Xidmət və Mənzil İstismar İdarəsinın *6 yanvar 2023-cü il tarixli 7 nömrəli əmri ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə uyğun olaraq İddiaçı tutduğu vəzifəsindən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir.

2. Ağcabədi rayon Kommunal Xidmət və Mənzil İstismar İdarəsi üzrə ilk həmkarlar təşkilatının *6.0*.2023-cü il tarixli * nömrəli iclas protokolu ilə, həmkarlar təşkilatı idarənin inspektoru İddiaçı işdə yol verdiyi nöqsanlarla görə onun işdən azad edilməsinə razı lıq verilməsi barədə *6 yanvar 2023-cü il tarixli qərar qəbul etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Ağcabədi rayon Kommunal Xidmət və Mənzil İstismar İdarəsinın *6 yanvar 2023-cü il tarixli 7 nömrəli əmrinin ləğv edilməsi, əvvəlki işinə bərpa edilib işdən çıxarıldığı müddətdən məcburi iş buraxma müddəti üçün əmək haqqı alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 0*.07.20*3-cü il tarixdə Ağcabədi rayon Kommunal Xidmət və Mənzil İstismar İdarəsində fəhlə işinə qəbul olunmuş, 03.02.20*4-cü il tarixdə fəhlə işindən kompüter işinə keçirilmişdir. Daha sonra 2022-ci ilin yanvar ayında inspektor vəzifəsinə t əyin edilmiş və *6.0*.2023-cü il tarixə kimi, yəni işdən azad edildiyi tarixə kimi Ağcabədi rayon Kommunal Xidmət və Mənzil İstismar İdarəsində inspektor vəzifəsində işləmişdir. İşlədiyi dövrdə müdriyyət tərəfindən töhmət almamış və işində heç bir nöqsana yol verməmişdir. İşdən çıxarılma əmrində əsas kimi onun əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəlikləri yerinə yetirməməsi qeyd olunmuşdur. Əmək müqaviləsi üzrə bütün əmək funksiyalarına və müqavilə üzrə üzərinə düşən bütün öhdəliklərə vicdanla əməl etmişdir. Ağcabədi rayon Kommunal Xidmət və Mənzil İstismar İdarəsinın rəisi X5 Məcəlləsində nəzərdə tutulmuş normalara riayət etmədən qanunsuz əmr vermişdir. Ona görə də onun barəsində verilmiş *6 yanvar 2023-cü il tarixli 7 nömrəli əmr qanunsuz və əsassız olduğundan ləğv edilməli, məcb uri işburaxmaya görə əmək haqqı ödənilməklə işə bərpa edilməlidir. Onun barəsində yuxarıda adı çəkilən əmr verilərkən kifayət qədər qanun pozuntularına yol verilmişdir. Cavabdeh Ağcabədi rayon Kommunal Xidmət və Mənzil İstismar İdarəsinin müdiri Səfər Səfərov həmin idarəyə müdir təyin olunduqdan sonra işdən çıxarmaq üçün ona təzyiq göstərməyə başlamış və narazı salmaqla ona qarşı qanunsuz hərəkətlərə yol vermişdir. 09.0*.2023-cü il tarixdə müəssisə rəhbərinin adına ərizə yazaraq iki günlük, yəni *0.0*.2023-cü il tarixdən **.0*.2023-cü il tarixədək icazə almış və qəbula düşmək üçün Bakı şəhərinə getmişdir. Vaxtında qəbul düşə bilmədiyinə görə *2.0*.2023-cü il və *3.0*.2023-cü il tarixlərdə işə çıxa bilməmişdir. İşə çıxmadığı günlərdə akt tərtib olunmuşdur. Buna baxmayaraq *0 ildir bu müəssi sədə fəaliyyət göstərir, həmin müddətdə ona bir dəfə də olsun irad tutulmamış, heç bir intizam cəzası almamışdır.

5. Ağcəbədi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(0*7)-95*/2023 nömrəli iş üzrə 23 iyun 2023-cü il tarixli qətnaməsi ilə (hakim Etibar Quliyev) iddia təmin edilməmişdir.

6. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, *2.0*.2023-cü il və *3.0*.2023-cü il tarixli aktlara əsasən Ağcabədi rayon Kommunal Xidmət və Mənzil İstismar İdarəsinın inspektoru İddiaçı heç bir üzrlü səbəb olmadan *2.0*.2023-cü il və *3.0*.2023-cü il tarixlərdə işə gəlməmişdir. Hazırkı iş üzrə İddiaçı əmək müqaviləsi ilə müəyyən edilmiş özünün əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini vaxtlı-vaxtında və lazımınca yerinə yetirməmiş, heç bir üzrlü səbəb olmadan qeyd olunan tarixlərdə işə çıxmamışdır.Bununla da özünün əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini layiqincə yerinə yetirməmişdir. Əmək müqaviləsi üzrə bütün əmək funksiyalarına və müqavilə üzrə üzərinə düşən bütün öhdəliklərə tam və vaxtında əməl etməmişdir. Bu səbəbdən də İddiaçı işdən çıxarılması məsələsinin müzakirə olunması üçün Ağcabədi rayon Kommunal Xidmət və Mənzil İstismar İdarəsi üzrə ilk həmkarlar təşkilatına müraciət olunmuşdur. Həmkarlar təşkilatı idarənin inspektoru İddiaçı işdə yol verdiyi nöqsanlarla görə onun işdən azad edilməsinə razılıq verilməsi barədə *6 yanvar 2023-cü il tarixli qərar qəbul etmişdir. Bundan sonra Ağcabədi rayon Kommunal Xidmət və Mənzil İstismar İdarəsinın "əmək müqaviləsinə xitam verilməsi barədə” *6 yanvar 2023-cü il tarixli 7 nömrəli əmrinə əsasən və Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə uyğun olaraq İddiaçı Ağcabədi rayon Kommunal Xidmət və Mənzil İstismar İdarəsinın inspektoru vəzifəsindən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir.

7. Məhkəmə belə qənaətə gəlmişdir ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsi haqqında əmr qanunla müəyyən edilmiş normalara əməl olunmaqla verilmişdir.

8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68, 70-ci maddənin “ç” bəndi, 7*-ci maddənin 2 və 3-cü bəndləri, 76-cı maddənin * və 2-ci bəndlərinə, 83, 84-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *4.2, 77.*-ci maddələrinə istinadla əsaslandırmışdır. a) Apellyasiya instansiyası məhkəməsindəki icraat

9. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 10.Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. O qeyd etmişdir ki, *0-** yanvar 2023-cü il tarixləri üzrə rəsmi ərizə ilə icazəli olmuş, *2 yanvar 2023-cü il tarixində isə işdə olmamasının səbəbi Prezident Administrasiyasında qəbulda olması ilə əlaqədar olmuşdur. O, *2 yanvar 2023-cü il tarixdə saat *7:00-da qəbuldan çıxmış və pulu olmadığı üçün rayona – işə qayıda bilməmişdir. Qeyd etmişdir ki, *3 yanvar 2023-cü il tarixdə də Bakıda olmuş və Ağcabədiyə şənbə günü qayıtmışdır.İddiaçı iddia ərizəsinə cavabdeh Ağcabədi rayon Kommunal Xidməti və Mənzil İstismar İdarəsinin yeni təyin e dilmiş müdiri Səfər Səfərovun qanunsuz olaraq onu işdən azad etməsinə dair kifayət qədər sübut, o cümlədən onun barəsində tərtib edilmiş aktların əsassız olmasına və şikayəti əsasında Azərbaycan Respublikası ƏƏSMN-nin X2 Xidmətinin Qarabağ Regional Xidməti tərəfindən cavabdeh idarənin qanunsuz hərəkətinin müəyyən olunması barədə məktubu təqdim etsə də, məhkəmə onun sübutlarına öz münasibətini bildirməmiş və ədalətli araşdırma prinsipini kobud şəkildə pozmuşdur.

11. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(*06)-*45/2024 nömrəli, *5 fevral 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər-Cahid İmanov (sədrlik edən və məruzəçi), Tale Kərimov və Pərviz Əhmədov) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

12. Məhkəmə kollegiyası ilk öncə qeyd etmişdir ki, iddiaçı *0-** yanvar 2023-cü il tarixləri üzrə rəsmi ərizə ilə icazəli olsa da heç bir üzrlü səbəb olmadan *2.0*.2023-cü il və *3.0*.2023-cü il tarixlərdə işə gəlməmiş, cavabdeh müəssisə tərəfindən Əmək Məcəlləsinin tələblərinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. 13.Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri iddia ərizəsi ilə oxşardır və iddiaçının şikayətinin əsas dəlili ondan ibarət olmuşdur ki, o, *2 yanvar 2023-cü il tarixində işdə olmamasını Prezident Administrasiyasında qəbulda olması ilə əlaqələndirmişdir. Lakin bunu təsdiq edəcək hər hansı sənədi məhkəməyə təqdim etməmişdir. 14.Məhkəmə kollegiyası həm çinin qeyd etmişdir ki, iddiaçı *0-** yanvar 2023-cü il tarixlərinə rəsmi icazə almış, cavabdeh tərəfindən buna etiraz edilməyərək iddiaçıya icazə verilmişdir. Lakin iddiaçı əlavə olaraq *2 və *3 yanvar 2023-cü il tarixlərində əsaslı səbəb göstərməyərək ardıcıl olaraq 2 gün işə getməmişdir.

15. Eyni zamanda iddiaçı Əmək Müfəttişliyi tərəfindən araşdırma aparılaraq cavabdeh müəssisənin müdirinin inzibati məsuliyyətə cəlb edildiyini bildirsə də, məhkəmə kollegiyası qeyd etmişdir ki, bu iddiaçının Əmək Məcəlləsinin tələblərini pozaraq işə gəlməməsi üçün əsas deyildir. Belə olan halda da işəgötürən işçi ilə əmək müqaviləsinə xitam verərkən Əmək Məcəlləsinin tələblərinə əməl etmişdir. 16.Beləliklə, məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassızdır. 1 7.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68, 70, 7*-ci maddənin 2 və 3-cü bəndləri, 76-cı maddənin * və 2, 80-ci maddənin *, 2-ci bəndlərinə, 83, 84, 300-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

18. İddiaçı (vəkil X3) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iş üzrə yeni qərar çıxarılmasını və ya işin təkrar yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

19. Kassasiya şikayəti iddia ərizəsi və apellyasiya şikayəti ilə eyni dəlillərlə əsaslandırılmış, əlavə olaraq qeyd etmişdir ki, məhkəmə prosesləri davam edən dövrdə o Prezident Adminstrasiyanda qəbulda olduğuna dair sənəd təqdim edil məsi üçün 4 dəfə teleqram vurmuş, lakin onun müraciətlərinə cavab verilməmişdir.

20. Kassator şikayətini Azərbaycan Respublikasının Konstitusiyasının 35-ci, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci, 7*-ci maddənin 2 və 3-cü bəndləri, 80-ci maddənin * və 2-ci bəndlərinə, *86-cı maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi

22. Maddə

68. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç ) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar.

23. Maddə

70. Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə;

24. Maddə 7* Bu Məcəllənin 70-ci maddəsinin “ç" bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquql arına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.

25. Maddə 80 (bənd * və 2). Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin * -ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvaf iq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir.

26. Maddə

83. Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onu n tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir.

27. Maddə

84. Əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsi ləğv edilən gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

28. Maddə *4.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

29. Maddə 77.*. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

30. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tə tbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

31. Maddə 2*7.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

32. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

33. Maddə 4*6.*. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfind ən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

34. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

35. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

36. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

37. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual qanunvericiliyə əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

38. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

39. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

40. Göstərilənlərə əsasən və MPM-in 4*6, 4*7 və 4*9-cu maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(*06)-*45/2024 nömrəl i *5 fevral 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar