Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2517/2025 27.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) “Neft Kəmərləri İdarəsi”nin Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: neft kəmərinin mühafizə zonasında inşa edilmiş qanunsuz tikilinin sökülməsi Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhnəd oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) “Neft Kəmərləri İdarəsi”nin Cavabdeh qarşı “neft kəmərinin mühafizə zonasında inşa edilmiş qanunsuz tikilinin sökülməsi” tələbinə dair iş üzrə Bak ı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 5 may 2025-ci il tarixli, 2(103)-101/2025 saylı qətnaməsindən iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) “Neft Kəmərləri İdarəsi” tərəfindən verilmiş kassasiya şikayətinə 27 oktyabr 2025-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. SOCAR-in Təhlükəsizlik İdarəsinin 4 saylı komandanın rəisi B.İsmayılbəylinin təqdim etdiyi akt əsasında əraziyə baxış keçirilmişdir. Baxış zamanı məlum oldu ki, DaşgilLökbatan D-300 mm-lik yerüstü neft kəmərinin 2,9-cu km-də, kəmərdən təxminən 454 metr (Şirvan- Böyükşor Dş-500 mm-lik yerüstü magistiral neft kəmərinin 49,5-ci km-də) aralı məsafədə, kəmərə paralel, 1-ci sırada Şıxlar qəsəbəsi ünvanında Cavabdeh məxsus kö hnədən inşa edilmiş evin hasarına bitişik, həyətyanı sahəsində uzunluğu 13 metr, eni 5,8 metr olan yeni inşa edilmiş çardağın (fermalı naves) üstünə dam örtüyünün vurulması aşkarlanmışdır. Ev sahibinə mühafizə zonası daxilində gördüyü işlərin qanunazidd olduğu izah edilsə də, yazılı xəbərdarlığı götürməkdən imtina etmiş və tikdiyi yeni hissəni sökməyəcəyini bildirmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Dövlət Neft Şirkəti (SOCAR) “Neft Kəmərləri İdarəsi” Cavabdeh qarşı neft kəmərinin mühafizə zonasında inşa edilmiş qanunsuz tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, SOCAR-ın "Neft Kəmərləri" İdarəsinin istismarında olan Daşgil-Lökbatan Dş-300 mm-lik yerüstü neft kəmərinin 2,9-cu km-də kəmərdən tə xminən 45,4 metr (Şirvan-Böyükşor Dş-500 mm-lik yerüstü magistiral neft kəmərinin 49,5-ci km-də) aralı məsafədə, kəmərə paralel, 1-ci sırada, kəmərin mühafizə zonasında Qaradağ rayonu, Şıxlar qəsəbəsi ünvanında Cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evi, hasar və çardaq tikililərinin cavabdehin hesabına sökülərək ərazidən çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
3. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, SOCAR-ın "Neft Kəmərləri" İdarəsinin istismarında olan X10-300 mm-lik yerüstü neft kəmərinin 2,9-cu km-də kəmərdən təxminən 45,4 metr (X11-500 mm-lik yerüstü magistiral neft kəmərinin 49,5-ci km-də) aralı məsafədə, kəmərə paralel, 1-ci sırada, kəmərin mühafizə zonasında Qaradağ rayonu, Şıxlar qəsəbəsi ünvanında Cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış e vi, hasar və çardaq tikililəri aşkar olunmuşdur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22.2-ci maddəsinə əsasən əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və d.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Həmin maddənin 5-ci bəndinə əsasən sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqların istifadəsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, xüsusi hüquqi rejimli zonaların müəyyənləşdirilməsi qaydaları isə müvafiq normativ aktlarla tənzimlənir. Bundan başqa, Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyi tərəfindən hazırlanmış və xx.xx.2003-cu ildə Ədliyyə Nazirliyində 2951 nömrəsi ilə qey diyyata alınmış "Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”na əsasən, mühafizə zonası boru kəmərləri oxunun hər tərəfindən 50 metrik məsəfədən keçən torpaq sahəsi şərti xətlərlə müəyyən edilmişdir. Bu qaydalara əsasən "Neft Kəmərləri” İdarəsinin rəsmi razılığı olmadan kəmərlərin mühafizə zonasında aşağıda göstərilən işlərin aparılması qadağandır: a)hər hansı tikinti və quraşdırma işləri b)bütün növ kol və ağacların basdırılması, yem məhsullarının, gübrə və materialların yığılması, ot və samanların tayaya vurulması, heyvan saxlamaq, balıq yetişdirmək üçün yerlərin ayrılması, balıq və su heyvanlarını tutmaq, bitkiləri yığmaq, buz sındırılması və yığılması; c) boru kəmərlərinin üstündən və yanından keçidlərin düzəldilməsi, avtomobil və digər nəqliyyat vasitələ ri, traktor va mexanizmlər üçün dayanacaqların təşkili, kollektiv bağ və bostan salınması; ç)torpaq meliorasiya işlərinin aparılması, suvarma və qurutma sistemlərinin quraşdırılması. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsində aşağıdakılar göstərilmişdir. 1)"Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. 2)Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. 3)Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurguların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir". Azərbaycan Respublikası Prezidentinin xx.xx.2002-ci il tarixli 685 saylı Fərmanında, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2004-cü il tarixli 167 saylı Qərarında İxrac neft boru kəmərinin mühafizə zolağında hər hansı qurğunun yerləşdirilməsi və ya tikintisinin aparılmasının yol verilməzliyi göstərilmişdir. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Bundan əlavə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 222-2-ci maddəsi ilə müvafiq icazə alınmadan magistral boru kəmər lərinin mühafizə zonalarında tikinti və ya quraşdırma işləri aparılmasına görə cinayət məsuliyyəti müəyyən edilmişdir. Neft boru kəmərlərinin strateji əhəmiyyətli dövlət obyekti və yüksək təhlükə mənbəyi olduğundan, həmçinin mühafizə zonası boyunca neft-qaz ayrılmaları olduğundan burada hər an yanğınpartlayış və digər fövqəladə halların baş verməsi labüddür və bu hallar əhalinin sağlamlığına xələl gətirər və ölkə iqtisadiyyatına ciddi təhdid yarada bilər.
4. İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) “Neft Kəmərləri İdarəsi”nin nümayəndəsi X1 iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək, SOCAR-ın İddiaçı istismarında olan X10-300 mm-lik yerüstü neft kəmərinin 2,9cu km-də, (Şirvan-Böyükşor Dş-500 mm-lik yerüstü neft kəmərinin 49,5-ci km-də), kəmərdən təqribən 45,4 metr aralı məsafədə, 1-ci sırada, kəmərə paralel, neft kəmərinin mühafizə zonası daxilində Qaradağ rayonu, Şıxlar qəsəbəsi ünvanında Cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evinin, hasar və çardaq tikilisinin cavabdehin hesabına sökülərək ərazidən çıxarılması, iddianın verilməsi üçün ödənilmiş 10(on) manat dövlət rüsumunun və mütəxəsis rəyinin verilməsi üçün ödənilmiş 95(doxsan beş) manat xərcin cavabdehdən tutularaq, iddiaçı SOCAR-ın İddiaçı bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/5795 nömrəli ekspert rəyindən görünür ki, DaşgilLökbatan Dş-300 mm-lik yerüstü magistral neft kəməri ilə Bakı şəhəri,Qaradağ rayonu, Şıxlar qəsəbəsi ünvanında kəmərə p aralel, 1-ci sırada yerləşən cavabdehin istifadəsində olan daş hasar, köməkçi tikililər və kölgəlik tikilisi arasında olan məsafənin 43,2 metr, fərdi yaşayış evi arasındakı məsafənin 48,7 metr olduğunu nəzərə aldıqda, fərdi yaşayış evinin eni 1,3 metr, uzunluğu isə 15,3 metr olmaqla hissəsinin, daş hasarın, köməkçi tikililərin və kölgəlik tikilisinin Azərbaycan Respublikasının Yanacaq və Energetika Nazirliyinin 18 dekabr 2002-ci il tarixli, 45 №li əmri ilə təsdiq edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyində isə 03 yanvar 2003-cü il tarixdə 2951 nömrəsi ilə qeydə alınmış "Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları"nın 6.3-cü bəndində göstərilən 50 metrlik mühafizə zonasına düşdüyü, Lakin Şirvan-Böyükşor Dş-500 mm-lik yerüstu magistral neft kəməri ilə d aş hasar, köməkçi tikililər və çardaq tikilisi arasında olan masafənin 61 metr, fərdi yaşayış evi arasında olan mesafənin ise 66,5 metr olduğunu nəzərə aldıqda, cavabdehin istifadəsində olan tikililərinin Azərbaycan Respublikasının Yanacaq və Energetika Nazirliyinin 18 dekabr 2002-ci il tarixli, 45№-li əmri ilə təsdiq edilmiş Azərbaycan Respublikası Ədliyya Nazirliyində isə 03 yanvar 2003-cü il tarixdə 2951 nömrəsi ilə qeydə alınmış "Magistral neft 2002-ci il tarixli, kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları"nın 6.3-cü bəndində göstərilən 50 metrlik mühafizə zonasına düşmədiyi müəyyən edilir. Aparılmış tədqiqatın dəyəri 50 (əlli) manat təşkil etmişdir.
6. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz əmlakın Dövlət Kadastrı və Reyestri publik hü quqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli mütəxəsis rəyindən görünür ki, araşdırmanın nəticəsi olaraq aşağıda qeyd edilənlər müəyyən edildi: İddiaçının nümayəndəsinin iddia etdiyi və naturada göstərdiyi mübahisələndirilən əraziyə baxış keçirilib, naturada koordinatları müəyyən edilməklə ölçülmüşdür. Naturada müəyyən edilmiş koordinatlara əsasən ölçülmüş ərazi baza məlumatlarına əsasən araşdırılmışdır. Qaradağ rayonu, Şıxlar qəsəbəsi ünvanında yerləşən, iddiaçının nümayəndəsinin iddia etdiyi və naturada göstərdiyi mübahisələndirilən ərazidə olan yaşayış evi kimi istifadə olunan tikili X11-500 mm-lik və Daşgil-Lökbatan Dş300 mm-lik yerüstü neft kəmərlərinin mühafizə zonasına düşmür. (Dş-500-69 metr, Dş300-50 metr məsafədə yerləşir). Köməkçi tikililər sanitar qovşaq və evə bitişik yüngül kanustruksiyalı çardaq (Dş-500-64 metr, Dş-300-45 metr məsafədə yerləşir) X10-300 mmlik yerüstü neft kəmərinin mühafizə zonasında yerləşir.
7. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/8527 nömrəli ekspert rəyindən görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Şıxlar qəsəbəsi ərazisində yerləşən, Daşgil-Lökbatan Dş-300 mm-lik yerüstü neft kəməri ilə mübahisə predmeti olan daş hasar və talvar tikilisinə qədər olan məsafənin 43 metr, fərdi yaşayış evinə qədər olan məsafənin 48,5 metr. DaşgilLökbatan Dş-500 mm-lik yerüstü neft kəmərləri ilə mübahisə predmeti olan daş hasar və talvar tikilisinə qədər olan məsafənin 61 metr, fərdi yaşayış evinə qədər olan məsafənin isə 66 metr təşkil etdiyini nəzərə alaraq qeyd olunan tikililərin Azərbaycan Respublikasının Yanacaq və Energetika Nazirliyinin 18 dekabr 2002-ci il tarixli 45 N-li Əmri ilə təsdiq edilmiş və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin 03 yanvar 2003-cü il tarixli 2951 nömrəsi ilə Dövlət qeydiyyatına alınmış "Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik" Qaydalarının 6.3., 6.4., 6.7. bəndlərində göstərilənlərə əsasən X10300 mm-lik yerüstü neft kəmərinin mühafizəsi zonasının hüdudları daxilində yerləşdiyi, Şirvan-Böyükşor Dş-500 mm-lik yerüstü neft kəmərinin isə mühafizə zonasının hüdudları daxilində yerləşmədiyi müəyyən olunur. Aparılmış tədqiqatın dəyəri 50(əlli) manat təşkil etmişdir.
8. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin (hakim G.Həşimova) 31 may 2023-cü il tarixli, 2(002)38/2023 nömrəli qətnaməsi ilə iddia tələb i təmin edilmişdir.
9. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən inşa edilən qanunsuz tikili-hasar Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/5795 nömrəli və xx.xx.2023-cü il tarixli 10/8527 nömrəli ekspert rəylərindən də göründüyü kimi Daşgil-Lökbatan Dş-300 mm-lik neft kəmərinin mühafizə zonasında yerləşir. Bu səbəbdən iddia tələbi təmin edilməli, Daşgil-Lökbatan Dş-300 mm-lik yerüstü magistral neft kəmərinin 2,9-cu km-də kəmərdən 45,4 metr aralı məsafədə kəmərin mühafizə zonasında Qaradağ rayonu Şıxlar qəsəbəsi ünvanında Cavabdeh tərəfindən qanunsuz inşa edilmiş tikililər cavabdehin hesabına sökülərək ərazidən çıxarılmalıdır. 100 (yüz) manat ekspertiza xərci Cavabdeh tutularaq müvafiq hesab üzrə Dövlət Bü dcəsinə ödənilməlidir.
10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8, 157.4, 180.1 və 180.4-cü, Torpaq Məcəlləsinin 111-ci, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”na, Azərbaycan Respublikası MPM-nin 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qanunsuz inşa edildiyi göstərilərək onun hesabına sökülməsi qərara alınmış fərdi yaşayış evi, hasar və çardaq tikilisi onun tərəfindən inşa edilməmişdir və ona məxsus deyildir, həmin tikililər xx.xx.2 004- cü il tarixdə vəfat etmiş X4 tərəfindən inşa edilərək ona məxsus olmuşdur və vəfat etdikdən sonra ailə üzvlərinə məxsusdur. Belə ki, Qaradağ Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin 1991-ci il tarixli, 6/172 saylı qərarı ilə Ələt qəsəbəsi Şıxlar massivində ölçüsü 0,06 ha olan 91 saylı torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün X3 ayrılaraq verilmişdir və həmin qərarla yaşayış evinin 3 il müddətində inşa edilərək başa çatdırılması müəyyən edilmişdir. Qeyd edilən qərar əsasında ayrılaraq istifadəsinə verilmiş həmin torpaq sahəsində X4 tərəfindən yaşayış evi və hasar inşa edilmişdir, çardaq qurulmuşdur, bu inşa işləri 1995-ci ildə tamalandıqdan sonra X4 ailə üzvləri ilə birlikdə inşa etdiyi həmin evə köçərək yaşamışdır. Onun (cavabdehin) həmin evə aidiyyəti ondan ibarə tdir ki, mərhum X2 həyat yoldaşı onun qohumudur, bütün həyatı boyu çoban işləmişdir, evi yoxdur, yaşlaşdıqdan sonra çoban işləyə bilmədiyi üçün mərhum X2 qohumu olan həyat yoldaşı həmin evi bir müddət yaşaması üçün əvəzsiz qaydada vermişdir və ailəsi ilə birlikdə köçərək həmin evdə yaşamışdır. Həmin evdə isə heç bir tikili inşa etməmiş, edilən yaxşılığın əvəzi olaraq, eləcə də yağış və gün düşməməsi üçün üstü açıq olan çardağın üstünü şiferlə bağlatmışdır. Bu işdə onun əvəzinə həmin evi inşa etmiş və evin qanuni sahibi olan mərhum X2 ailə üzvləri cavabdeh qismində cəlb edilməli idi. Mövcud vəziyyətdə birinci instansiya məhkəməsi tərəfindən hərtərəfli və düzgün araşdırma aparılmaması nəticəsində, nəinki onun əsl cavabdehlə əvəz edilməsi və ya əsl cavabdehlərin əlavə cavabdeh kimi işə cəlb e dilməsi ilə bağlı heç bir prosessual hərəkət edilməmişdir, eyni zamanda bu iş barədə və məhkəmə iclasları barədə ona məlumat verilmədən işə baxılaraq qətnamə qəbul edilmişdir, həta qətnamə ona göndərilməmişdir, bu mülki iş və qətnamə barədə Qaradağ rayon icra şöbəsinə çağrıldıqdan sonra məlumatı olmuşdur. Həmçinin birinci instansiya məhkəməsi tərəfindən tikilinin olduğu ünvan düzgün göstərilməmişdir. Göründüyü kimi Qaradağ Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin 1991-ci il tarixli, 6/172 saylı qərarı ilə fərdi ev tikintisi üçün torpaq ayrılmışdır, eyni zamanda tikintiyə icazə verilmişdir. Bundan əlavə məhkəmə tərəfindən xx.xx.2003-cü il tarixli qərarın həmin qərardan əvvəlki tarixlərdə olan, yəni 1991-1995-ci ilərdə olan münasibətlərə şamil edilməsidir. Mülki iş materialından gö rünür ki, ev ilə Daşgil-Lökbatan Dş-300 mm-lik yerüstü magistral neft kəmərinə olan məsafənin müəyyən edilməsi üçün iki dəfə ekspert rəyi, bir dəfə mütəxəssis rəyi alınmışdır. Birinci ekspert rəyi məhkəmə tərəfindən elektron sistemə yerləşdirilmədiyi üçün həmin rəydə hansı məsafə göstərilməsi barədə məlumatı olmamışdır, xx.xx.2023-cü il tarixli təkrar ekspertiza rəyindən isə görünür ki, Dş-300 mm-lik yerüstü magistral neft kəməri ilə hasar və çardağa olan məsafənin 43 metr, evə olan məsafənin 48,5 metr, Dş-500 mm-lik yerüstü magistral neft kəməri ilə hasar və çardağa olan məsafənin 61 metr, evə olan məsafənin 66 metr təşkil etdiyi və bütün tikililərin Dş-300 mm-lik yerüstü magistral neft kəmərinin mühafizə zonasında yerləşdiyi göstərilmişdir. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki,yaşayış evi Dş300 mmlik və Dş-500 mm-lik yerüstü magistral neft kəmərinin mühafizə zonasına düşmür (Dş500-69 metr, Dş-300-50 metr məsafədə yerləşir). Köməkçi tikililər sanitar qovşaq və evə bitişik yüngül konstruksiyalı çardaq (Dş-500-64 metr, Dş-300-45 metr məsafədə yerləşir). Mövcud vəziyyətdə birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslandırıcı hissəsində tikilli hasarın Dş-300 mm-lik yerüstü magistral neft kəmərindən 45,4 metr məsafədə kəmərin mühafizə zonasında yerləşdiyi göstərilərək və evə olan məsafəyə münasibət bildirilmədən hasarla birlikdə yaşayış evinində sökülməsi qərara alınmışdır. Eyni zamanda ekspert rəyləri ilə mütəxəssis rəyi arasında olan yaşayış evindən kəmərə olan məsafə ilə və yaşayış evinin kəmərin mühafizə zonasında yerləşib yerləşməməsi ilə bağlı fərqə birinci instansiya məhkəməsi tərəfindən münasibət bildirilməmişdir. Kəmərin keçdiyi ərazi kolluq olduğu üçün ölçü aparan şəxslər o hissəyə keçmədən ölçü aparmışlar, bu səbəbdən ölçü düzgün olmamışdır, mütəxəssisin ölçüsü qismən həqiqi ölçüyə yaxındır. Bununla da yaşayış evi Dş-500-və Dş-300 mm-lik yerüstü magistral neft kəmərinin mühafizə zonasına düşmür, hasar və çardağın isə 4,5 metr hissəsi Dş-300 mm-lik neft kəmərinin mühafizə zonasına düşür. Vəkili ilə birlikdə Dş-500 və Dş-300 mm-lik yerüstü magistral neft kəmərlərinin biri-birinə olan ara məsafəsini ölçmüşlər, həmin kəmərlərin yaşadığı evin yaxınlığından keçdiyi hissədə ara məsafəsinin 18,6 metr, 40-50 metr irəlidə isə kəmərlərin ara məsafəsinin 14,2 metr olduğu müəyyən edilmişdir. Yaşadığı evin yanından keçən hissədə Dş-300 mm-lik neft kəməri Dş-500 mm-lik neft kəmərinin 14,2 metrlik məsafəsinə kranla çəkildiyi halda hasar və çardaqda Dş-300 mm-lik neft kəmərinin mühafizə zonasına düşməyəcəkdir. Göründüyü kimi iddiaçı tərəf istinad etdiyi xx.xx.2003cü il tarixli, 2951 sayı qaydalardan sui-istifadə edərək məqsədli şəkildə bunu etmir. DaşgilLökbatan Dş-500 mm-lik və Dş-300 mm-lik yerüstü magistral neft kəmərləri Ələt qəsəbəsinin Şıxlar massivində və Qobustan qəsəbəsinin bağ massivində inşa edilmiş evlərə paralel olaraq həmin evlərin bir hissəsinin yanından yaşadığı evlə eyni məsafədən, evlərin bir hissəsinə daha yaxın məsafədən, bir hissəs inə daha uzaq məsafədən 6-7 km boyunca keçərək Qobustan qəsəbəsi ərazisində təqribən 10 il bundan əvvəl inşa edilmiş SOCAR X8 Mərkəzinin 20-25 metrlik məsafəsindən dönərək Bakı-Qazax magistral yolunun altından keçərək evlər olmayan boş ərazi boyunca davam edir. Həmin kəmərlərin yanından keçdiyi bütün evlər, yaşadığı ev daxil olmaqla 1987-1991-ci illərdə qanuni formada vətəndaşlara fərdi yaşayış evi tikilməsi üçün verilmiş torpaq sahələrində qanuni şəkildə inşa edilmiş evlərdir və həmin tarixlərdə iddiaçının istinad etdiyi xx.xx.2003-cü il tarixli, 2951 saylı “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlk qaydaları” və həmin qaydalarla müəyyən edilmiş 50 metrlik mühafizə zonası olmamışdır. Mövcud vəziyyətdə iddiaçının və birinci instansiya məhkəməsinin bu məsələyə münasibəti ndən anlaşılır ki, həmin qaydaların geriyə qüvvəsi vardır və qanuni şəkildə inşa edilsə də, lakin bu qaydalar qüvvəyə mindikdən sonra kəmərlərin mühafizə zonasına düşən bütün evlər qanunsuz hesab edilərək sökülməlidir. Göründüyü kimi bu dəyərləndirmə hüququn təməl prinsiplərinə tamamilə ziddir.
13. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(103)-6376/2023 saylı qərardadı ilə əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir.
14. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-101/2025 nömrəli, 05 may 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər X.Mərdanova (sədrlik edən və məruzəçi), V.Sadıqov və S.Bəhrəmzadə) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 31 may 2023-cü il tarixl i, 2(002)38/2023 nömrəli qətnaməsi ləğv edilmiş, iddia tələbi rədd edilmişdir.
15. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı aşağıdakıları qeyd etmişdir: 16. Мövcud vəziyyətdə uzun müddət orada yaşadığı üçün cavabdehi evin faktiki istifadəçisi kimi qiymətləndirir və belə olan halda hazırki iddianın ona münasibətdə əsaslılığına qiymət verilməlidir.
17. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən qeyd edilən Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/5795 nömrəli və xx.xx.2023-cü il tarixli 10/8527 nömrəli ekspert rəylərinə istinad etmiş və hesab etmişdir ki, mübahisə predmeti olan fərdi yaşayış evi Daşgil-Lökbatan Dş-300 mm-lik neft kəmərinin mühafizə zonasında yerləşir.
18. Bununla belə ekspertiza rəyləri ilə ekspert qar şısında qoyulmuş suallara tam cavab verilməmiş, iş materiallarında olan ekspert rəyləri ilə mütəxəssis rəyi arasında olan yaşayış evindən kəmərə olan məsafə ilə və yaşayış evinin kəmərin mühafizə zonasında yerləşib-yerləşməməsi ilə bağlı fərqə birinci instansiya məhkəməsi tərəfindən münasibət bildirilməmişdir.
19. Apellyasiya şikayətinin dəlilləri üzrə iş üzrə keçirilmiş ekspertiza tədqiqatının nəticələrinə dair ekspert rəyləri qərardadda qoyulmuş suallar üzrə natamam olduğundan, eləcə də ekspert rəyləri ilə mütəxəssis rəyi arasında olan ziddiyətli halların aradan qaldırılması üçün iş üzrə əlavə tikinti-texniki ekspertizası təyin edilmişdir.
20. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 28 yanvar 2025-ci il tarixli ekspert rəyindən görünür ki, tədqiq olunan ünvanda baxış zamanı aparılan ölçü işləri nəticəsində iş üzrə iddiaçı tərəfin nümayəndələri tərəfindən naturada təqdim edilən Daşgil- Lökbatan Dş-300 mm-lik yerüstü neft kəməri ilə mübahisə predmeti olan fərdi yaşayış evi arasındakı məsafənin 48,5 metr, daş hasar və talvar tikilisinə qədər olan məsafənin 43 metr, Daşgil-Lökbatan Dş-500 mm-lik yerüstü neft kəməri ilə mübahisə predmeti olan daş hasar və talvar tikilisinə qədər olan məsafənin 61 metr, fərdi yaşayış evinə qədər olan məsafənin isə 66 metr təşkil etdiyini müəyyən olunur;
21. Bakı şəhəri, Qaradağ rayonu, Şıxlar qəsəbəsi ərazisində yerləşən, DaşgilLökbatan Dş-300 mm-lik yerüstü neft kəməri ilə mübahisə predmeti olan daş hasar və talvar tikilisinə qədər olan məsafənin 43 metr, fərdi yaşayış evinə qədər olan məsafənin 48,5 metr, Daşgil-Lökbatan Dş-500 mm-lik yerüstü neft kəmərləri ilə mübahisə predmeti olan daş hasar və talvar tikilisinə qədər olan məsafənin 61 metr, fərdi yaşayış evinə qədər olan məsafənin isə 66 metr təşkil etdiyini nəzərə alaraq qeyd olunan tikililərin Azərbaycan Respublikasının Yanacaq və Energetika Nazirliyinin 18 dekabr 2002-ci il tarixli 45 N-li Əmri ilə təstiq edilmiş və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin 03 yanvar 2003-cü il tarixli 2951 nömrəsi ilə Dövlət qeydiyyatına alınmış "Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik" Qaydalarının 6.2., 6.3., 6.4., 6.7. bəndlərində göstərilənlərə əsasən Daşgil-Lökbatan Dş-300 mm-lik yerüstü neft kəmərinin mühafizəsi zonasının hüdudları daxilində yerləşdiyi, Şirvan-Böyükşor Dş-500 mm-lik yerüstü neft kəmərinin isə mühafizə zonasının hüdudları daxilində yerləşmədiyi müəyyən olunur;
22. Bakı şəhəri, Qaradağ rayonu, Şıxlar qəsəbəsi ərazisində yerləşən, DaşgilLökbatan Dş-300 mm-lik yerüstü neft kəməri ilə mübahisə predmeti olan daş hasar və talvar tikilisinə qədər olan məsafənin 43 metr, fərdi yaşayış evinə qədər olan məsafənin isə 48,5 metr təşkil etdiyini nəzərə alaraq mübahisə predmeti olan hasar və talvar tikilisinin bütövlükdə, fərdi yaşayış evinin isə 1,5 metr hissəsinin Daşgil-Lökbatan Dş-300 mm-lik yerüstü neft kəmərinin mühafizəsi zonasının hüdudları daxilində yerləşdiyi müəyyən olunur.
23. Göründüyü kimi, Daşgil-Lökbatan Dş-300 mm-lik yerüstü neft kəməri ilə mübahisə predmeti olan fərdi yaşayış evi arasındakı məsafənin 48,5 metr, daş hasar və talvar tikilisinə qədər olan məsafənin 43 metr, Daşgil-Lökbatan Dş-500 mm-lik y erüstü neft kəməri ilə mübahisə predmeti olan daş hasar və talvar tikilisinə qədər olan məsafənin 61 metr, fərdi yaşayış evinə qədər olan məsafənin isə 66 metr təşkil etdiyini müəyyən olunmuşdur.
24. Qeyd olunan ekspert rəyində mübahisə predmeti olan fərdi yaşayış evinin Daşgil-Lökbatan Dş-300 mm-lik yerüstü neft kəmərinin mühafizəsi zonasının hüdudları daxilində yerləşdiyi, Şirvan-Böyükşor Dş-500 mm-lik yerüstü neft kəmərinin isə mühafizə zonasının hüdudları daxilində yerləşmədiyi müəyyən olunmuşdur.
25. Apellyasiya məhkəməsi tərəfindən yerli müayinə Bakı şəhəri, Qaradağ rayonu, Şıxlar qəsəbəsi ünvanında yerləşən cavabdehin yaşadığı fərdi yaşayış evində aparılmışdır. Tədqiq olunan ünvanda kollegiyanın hakimi Vahid Sadıqov, iddiaçını təmsil edən şəxs X9 tərəfindən metrə vasitəsilə ölçü işl əri aparılmışdır. Ölçü işləri aparıldıqdan sonra müəyyən olundu ki, Bakı şəhəri, Qaradağ rayonu, Şıxlar qəsəbəsi ərazisində yerləşən Daşgil-Lökbatan Dş-300 mm-lik yerüstü neft kəməri ilə mübahisə predmeti olan daş hasar və talvar tikilisinədək olan məsafə 46,7 metr, fərdi yaşayış evinə qədər olan məsafə isə 52,4 metr təşkil edir. Yerli müayinə zamanı iddiaçını təmsil edən şəxs X9, Cavabdeh və onun nümayəndəsi-vəkili Vəkil1 və ekspert Ziya Tağıyev iştirak etmişdir.
26. Bununla belə apellyasiya baxışı zamanı izahatı alınmış ekspert Ziya Tağıyev bildirmişdir ki, mübahisə predmeti olan fərdi yaşayış evinin daş hasar və talvar hissəsinin Daşgil-Lökbatan Dş-300 mm-lik yerüstü neft kəmərinin mühafizəsi zonasının hüdudları daxilində yerləşməsi müəyyən edilsə də fərdi yaşayış evi isə neft kəmərinin mühafizəsi zonasına düşməmişdir.
27. Belə ki, rəy verilərkən onlara hazırki ev deyil, tamamilə başqa bir ev göstərilmişdir. Ekspert bu halın təsdiqi olaraq peyklə çəkilmiş foto təqdim etmişdir. Eyni zamanda izahatında cavabdehə məxsus evin talvarına qədər olan məsafənin 46,8 metr, evin birləşməsinə, yəni evə qədər məsafənin 51,7 metr olmasını bildirmişdir.
28. Bundan əlavə, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş fotoşəkildən də vizual baxımdan aydın görünür ki, iddiaçının qeyd etdiyi DŞ-500 mm-lik neft kəmərinin yaxınlığında məktəb binası inşa edilmişdir.
29. Məhkəmə sorğusuna cavab olaraq təqdim edilmiş Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) “Neft Kəmərləri İdarəsi”nin rəisi tərəfindən təsdiq edilmiş sənəddən aydın görünür ki, Daşgil-Lökbatan Dş-300 mm-lik yerüstü ne ft kəmərindən əmtəə altı suların nəql edilməsi məqsədiilə istismara buraxılmışdır. Digər təqdim edilmiş sənəddən görünür ki Daşgil-Lökbatan Dş-500 mm-lik yerüstü neft kəmərindən neft nəql edilməsi məqsədiilə istismara buraxılmışdır (i.v.169-172).
30. Daşgil-Lökbatan Dş-300 mm-lik yerüstü neft kəmərindən əmtəə altı suların nəql edilməsinə aydınlıq gətirilməsi üçün iddiaçı tərəfin vəsatəti əsasında dindirilmiş Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) “Neft Kəmərləri İdarəsi”nin nümayəndəsi izahatında göstərmişdir ki, Dş-300 mm-lik yerüstü neft kəmərlə Daşgil neft yığım məntəqəsindən Nərimanov adına NQÇİ-nin çəndərində toplanan əmtəə altı sular (neft və su qarışığı) Ə.Əmirov adına NQÇİ-nin 2 saylı Neft qaz çıxarma sahəsinin 10 saylı neft yığım məntəqəsinə nəql edilir. Bununla bağlı iddiaçının nümayəndəsi arayış təqdim etmişdir.
31. Məhkəməm iddiaçının nümayəndəsinin təqdim edilmiş tarixi göstərilməyən, möhürlə təsdiq edilməmiş və rəsmi blankda yazılmayan X7 və SƏTƏMM və KNŞ-nin rəislərinin imzaları olan arayışı mötəbər sübut növü kimi qiymətləndirmir və eyni zamanda qeyd edir ki, təqdim edilmiş arayış mötəbər sənəd olmuş olsa idi belə, məhkəmənin sorğusuna cavab olaraq təqdim edilmiş Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) “Neft Kəmərləri İdarəsi”nin rəisi tərəfindən təsdiq edilmiş arayışda Dş-300 mmlik yerüstü neft kəmərindən əmtəə altı suların nəql edilməsi məqsədi ilə istismara buraxılmasının göstərilməsi ilə iki sənəd arasında yaranmış ziddiyyətə aydınlıq gətirilməmişdir.
32. Beləliklə işin faktiki halları ilə mübahisə predmeti olan fərdi yaşayış evi nin Daşgil-Lökbatan Dş-300 mm-lik yerüstü neft kəmərinin mühafizəsi zonasının hüdudları daxilində yerləşməsi müəyyən edilmədiyindən məhkəmə hesab etmişdir ki, iddiaçı tələbinin əsaslarını məhkəmə araşdırması zamanı sübut edə bilməmişdir və iddiası göstərilən hallara görə qanuni və əsaslı sayıla bilməz.
33. Məhkəmə həmçinin hesab etmişdir ki, evin hasar və talvar tikilisi ilə boru arasında olan məsafənin 50 metrdən cüzi az olması (3,2 m fərq) onların da sökülməsi üçün əsas yaratmır. Belə ki, əvvəla həmin sahələr evlə birlikdə vahidlik təşkil edir. Həmçinin də evin sanitariya qovşağı da məhz həmin ferma adlanan sahədə yerləşir. Başqa sözlə, məsafə cəhətdən 3,2 metr fərqi olan tikililərin sökülməsi faktiki olaraq mübahisəli evin yaşayış üçün tam yararsız vəziyyətə gətirilməsi deməkdir.
34. Ap ellyasiya məhkəməsi bu nəticələrə gələrkən mübahisəli evin yerləşdiyi ev də daxil olmaqla ərazidə çoxlu sayda tikililər olmaqla faktiki olaraq yaşayış massivi olmaqla DŞ500 mm-lik neft kəmərinin yaxınlığında məktəb binasının da olmasını nəzərə alır və xüsusi olaraq qeyd etməyi də zəruri sayır ki, vizual baxışdan da tam aydın olur ki, mübahisəli tikililər, xüsusən evin hasar və talvar tikilisi ilə neft boruları arasındakı faktiki ölçülər, fövqəladə vəziyyətdə ağır texnikaların və xilasedici nəqliyyat vasitələrinin hərəkəti və manevr etməsi üçün heç bir maneələr olması müşahidə edilmir.
35. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 29, 43 və 71-ci, Mülki Məcəlləsinin 180.1 və 180.4-cü, Torpaq Məcəlləsinin 9, 22, 46 və 111-ci maddələrinə, “İ nsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 8.1 və 8.2-ci, “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci, MPM-nin 14.2, 77.1 və 88-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
36. İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) “Neft Kəmərləri İdarəsi” kassasiya şikayəti verərək apellyasiya instasiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
37. Kassasiya şikayətində işin hallarına, ekspert və mütəxəssiz rəylərinə istinad edilərək iş üzrə tikililərin qanunsuz olması və neft kəmərlərinin mühafizə zonası daxilində olması bir mənalı qaydada sübuta yetirildiyini qeyd edilmişdir. 38. “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının xx.xx.1999-cu il tarixli Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 94 nömrəli qərarına əsasən, neft-qaz hasilatı sənayesi əhaliyə və ətraf mühitə təhlükə yarada biləcək potensial təhlükəli obyektlər kateqoriyasına aid edilmişdir. Təhlükə potensiallı obyektlərin ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonalarının yaradılmasının məqsədləri əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, mühafizə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması olduğundan həmin ərazilər yaşayış üçün nəzərdə tutulmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
39. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
40. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.
41. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi
42. Maddə
9. Azərbaycan Respublik asının hüdudları daxilində yerləşən bütün torpaqlar onun vahid torpaq fondunu təşkil edir. Məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq, Azərbaycan Respublikasının torpaqları aşağıdakı kateqoriyalara bölünür: kənd təsərrüfatı təyinatlı torpaqlar; yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları; sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar; xüsusi qorunan ərazilərin torpaqları; meşə fondu torpaqları; su fondu torpaqları; ehtiyat fondu torpaqları.
43. Maddə
22. Sənaye, rabitə, nəqliyyat, ticarət, ictimai-iaşə və digər istehsal və xidmət obyektlərinin yerləşdirilməsi və fəaliyyəti üçün qanunvericiliklə müəyyən edilmiş qaydada, ayrılan və əldə edilən torpaq sahələri sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqlar sayıl ır.Əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Telekommunikasiya fəaliyyəti üçün fiziki və hüquqi şəxslərə verilən torpaq sahələrinin, o cümlədən mühafizə zona və zonalarının ölçüsü bu fəaliyyət növü üçün torpaq ayrılması normalarına və layihə-texniki sənədlərə müvafiq olaraq müəyyənləşdirilir.
44. Maddə
46. Dövlətin obyektlərinin-dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi to rpaqlar Dövlət mülkiyyətində olan torpaqlara aiddir.
45. Maddə
111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
46. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
47. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları süb ut etməlidir.
48. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
49. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
50. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
51. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
52. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
53. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən bütövlükdə mübahisələndirildiyindən məhkə mə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
54. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
55. İddiaçı Dövlət Neft Şirkəti (SOCAR) “Neft Kəmərləri İdarəsi”nin kassasiya şikayətinin dəlilləri iddia ərizəsində və işə aşağı instansiya məhkəmələrində baxılan zaman irəli sürülmüş dəlillərlə eyni məzmunludur, həmin dəlillər sübutları araş dırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaəti və qiymətləndirilməsi ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.
56. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüq uq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-nin 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
57. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə h əqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) “Neft Kəmərləri İdarəsi” tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-101/2025 nömrəli iş üzrə 5 may 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qəra