Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-252/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-252/2022 Açar sözlər: əmlak tələbi 24.02.2022 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Nəsirova Günel İnqilab qızının katibliyi, İddiaçı və vəkili X1, cavabdehlərin vəkili X2 iştirakı ilə, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1617/2021 nömrəli iş üzrə 16 aprel 2021-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş kassasiya şi kayətinə dair işə 24 fevral 2022-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İş materiallarından görünür ki İddiaçı ilə Cavabdeh1 faktiki olaraq evlənməklə ailə qurmuş, nikahlarını 07.10.2015-ci il tarixdə rəsmiləşdirmişlər. Ailə qurduqları vaxtdan iddiaçı valideynləri tərəfindən ona hədiyyə olunmuş cehiz əşyaları ilə birlikdə cavabdehlərin yaşadığı X kəndində yerləşən evinə köçmüşdür. Eyni zamanda ailə qurmaları ilə əlaqədar cavabdehlər tərəfindən iddiaçıya qızıl-zinət əşyaları hədiyyə olunmuşdur. Tərəflərin birgə nikahdan 2 uşaqları anadan olmuşdur. 27.08.2020-ci ildən faktiki olaraq ayrılmışlar və həmin vaxtdan iddiaçı cavabdehlərlə birgə yaşadığı evi tərk etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci inst ansiya məhkəməsində icraat
2. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı əmlak tələbinə dair iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərdən qızıl-ziııət, geyim və cehiz əşyalarının naturada, naturada mövcud olmadıqda isə 17534 manat dəyərinin və 30 manat dövlət rüsumunun alınıb ona verilməsi haqda qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 ilə faktiki olaraq evlənməklə, 07.10.2015-ci il tarixdə rəsmi nikah bağlamışlar. Toy günü cavabdehlərin yaşadığı fərdi yaşayış evinə gəlin köçmüş, cehiz əşyaları da həmin evə yığılmışdır. Birgə nikahdan 2 nəfər uşaqları doğulmuşdur. Evləndikləri ilk vaxtlar ailə münasibətləri normal olmuş, lakin sonradan münasibətləri pisləşmişdir. Nəticədə cavabdehlər onu evdən qovmuş lar. Evdən çıxarkən cavabdehlər ona mane olaraq əmlakını götürməyə icazə verməmişlər. Belə ki, toy zamanı ona hədiyyə edilmiş 10 qramlıq ağ qaşlı qızıldan sırğa 700 manat dəyərində, 7 qramlıq ağ qaşlı qızıldan üzlik- 490 manat dəyərində, 9 qramlıq ağ qaşlı qızıldan 7 qramlıq bilərzik-630 manat dəyərində, 8 qramlıq ağ qaşlı badam qızıl bilərzik-560 manat dəyərində, qızıldan 05 qramlıq setqa sırğa- 350 manat dəyərində, qızıldan 8 qramlıq beş qaş üzük-560 manat dəyərində, qızıldan 5 qramlıq setqa qaşlı üzük-350 manat dəyərində, qızıldan 05 qramlıq sadə üzük-350 manat dəyərində, qızıldan 5 qramlıq bilərzik-350 manat dəyərində olan qızıl-zinət əşyaları və Mebel dəstdi: (üç gözlü palıtar şkafı, güzgü, tumbuçka, iki tərəfli yataq-2.800 manat dəyərində, Paltaryuyan-350 manat dəyərində, Su ilə iş ləyən tozsoran-280 manat dəyərində, 5 litrlik elektrik çayniki-180 manat dəyərində, Çıl-çıraq- 150 manat dəyərində, Duxovka-70 manat dəyərində, Saç açan-40 manat dəyərində. Saç buran-30 manat dəyərində, Tefal dəm çayniki-40 manat dəyərində, Somavar-60 manat dəy ərində,Ütü-3 5 manat dəyərində, Blendr — 25 manat dəyərində, Naçnik-20 manat dəyərində, 4 ədəd döşək (2tək)x50=l 00 manat dəyərində, 2 böyük-2x100=200 manat dəyərində, 3 yorğan 2 tək - 2x 40 80 manat dəyərində, 1 böyük50 manat dəyərində. Dəvə yunu yorğanı-100 manat dəyərində, qırmızı sentifon yorğan-70 manat dəyərində, 13 ədəd pastel 13x50=650 manat dəyərində, 6 ədədəd böyük balınc 6x30=180 manat dəyərində, 4 ədəd balaca uzun balınc-4x 10=40 manat dəyərində, 2 ədəd gəlincik 2x350=700 manat dəyərində, 2 ədəd böyük ədyal 2x70= 140 man at dəyərində, 2 ədəd böük gəvə 2x230=460 manat dəyərində, 5 ədəd kiçik gəvə-5x150=750 manat dəyərində, 4 ədəd pərdə 4x50=200 manat dəyərində, 12 ədəd hamam məhrəbası 12x15=180 manat dəyərində, lədəd hamam xələti 45 manat dəyərində, 12 ədəd əl məhrəbası qaşlı 12x5=60 manat dəyərində, 5 ədəd əl məhrəbası 6x4=24 manat dəyərində, 12 ədəd Stəkan məhrəbaları 12x2=24 manat dəyərində, 6 ədəd iri skater 6x40=240 manat dəyərində, Bir tül skater dəsti - 60 manat dəyərində, 6 ədəd Döşəkcə6x10=60 manat dəyərində, 6 ədəd Oturacaq stol üstü-6x8=48 manat dəyərində, 24 nəfərlik Obedni serviz-350 manat dəyərində, 24 nəfərlik obedni serviz - 200 manat dəyərində, 6 dəst karobka boşqab-6x20=120 manat dəyərində, Bandikli şüşə 6 boşqa-6 kasa- 1 bulud-1 vaz-80 manat dəyərində, Üç künc salat kasası 1-150 manat dəy ərində, 12 ədəd bulud-12x 5=60 manat dəyərində, 3 ədəd meyvə vazı-3x20=60 manat dəyərində, 1 ədəd ləpə qabı-2x35=70 manat dəyərində, 1 ədəd ləpə qabı 25 manat dəyərində, 10 ədəd qənd qabı-10x5=50 manat dəyərində, 1 ədəd Dördkünc meyvə qabı- 50 manat dəyərində, 6 nəfərlik çaynı serviz-80 manat dəyərində, 6 ədəd göy kruşka nəlbəki-15 manat dəyərində, 6 ədəd Ağ kruşka nəlbəki - 15 manat dəyərində, 12 ədəd xrüstal stəkan12x5=60 manat dəyərində, 12 stəkan 2 karobka-6 manat dəyərində, 12 ədəd sok stəkanı 2 karobka - 6 manat dəyərində, 12 karobka sole stəkanı-2x5=10 manat dəyərində, 6 əd araq stəkanı-5 manat dəyərində, 1 ədəd qrafinka stəkanla-25 manat dəyərində, 1 kanpot qabı 6 stəkan - 70 manat dəyərində, 12 ədəd xrüstal bakal-80 manat dəyərində, 24 ədəd nəlbəki-20 manat dəyərində, razvetka 1x5 =10 manat dəyərində, Çamadan qaşıq çəngəl dəstdi-85 manat dəyərində, 12 ədəd çəngəl-10 manat dəyərində, 12 ədəd qaşıq - 10 manat dəyərində, Çay qaşığı dəsti - 6 manat dəyərində, Kükur dəsti nabor-15 manat dəyərində, Karobka bıçaq dəsti 15 manat dəyərində, Bıçaq-2x6=12 manat dəyərində, Kələm doğrayan bıçaq-10 manat dəyərində, Yumru bıçaq-6 manat dəyərində, Kürə güldan- 30 manat dəyərində, Xrüstal güldan-120 manat dəyərində, Şüşə saxlama qabı-10 manat dəyərində, Görünməz saxlama qabı-2x20=40 manat dəyərində, Aura qazan dəsti150 manat dəyərində, Şirəli qazan dəsti-5xl0=50 manat dəyərində, Sarı şirəli qazan-2x 10=20 manat dəyərində, Jaronnik dəsti-80 manat dəyərində, Cəm kapron-6x3=18 manat dəyərində, Aşsüzən kapron-2x 6=12 manat dəyərində, Aşsüzən nikkel- 2x4=8 manat dəyərində, Padnos dəsti 3 0 manat dəyərində, Şirəli çaynik-15 manat dəyərində, Şirəli Ləyən böyük-15 manat dəyərində, Şirəli vedrə- 12 manat dəyərində, Peçeniya çıxaran dəmirqab - 15 manat dəyərində, Suvenir-20 manat dəyərində, Dəvə - 20 manat dəyərində, Qartal - 20 manat dəyərində, Keçi - 30 manat dəyərində, Dipçəkdə gül təbi - 15 ədəd, Kolyaska - 250 manat dəyərində, Dəmir beşik, Vanna dəsti - 30 manat dəyərində. Döşək 2x30=60 manat dəyərində. Yorğan - 2x15=30 manat dəyərində, Pastel 2x20=40 manat dəyərində, Ədyal 3x22= 64 manat dəyərində, İri-xırda yumşaq oyuncaqları, Kurtka, Balonka, nazik uzun Koja, Qalın kofta, Nazik kofta, Futbolka, Jilet, Uzun Jaket, Uzun jaket, Nazik şalvar, Qalın şalvar, Yupka, Yaşıl dvoyka, Yaşıl dvoyka, Don 3 ədəd uzun, 3 ədəd qısa,Ayaqqabı, Uzun sapoçki, Qısa sapoçki, Şablo, Krasovka, Kablok, Çanta ağ böyük və kiçik, 3 ədəd böyük Ətir, Kosmetika dəsti, tanal krem pudra, rumiyana, tuj, pomada, qələm, və digərləri, Balonka kurtka,qalın kofta, 15 əd. nazik qolla, 10 ədəd Futbolka.qalın yun şalvar, 8 ədəd Nazik şalvar, saruçka, şortik, şortik köynək dəsti, Babuçka iki əd, Pejama, papaq, əlcək, kalkotka, nazik jilet, 3 ədəd Uşaq ayaqqabıları, Balonka kurtka, nazik kurtka,qalın kofta, 12 əd.futbolka, qalın yun şalvar,nazik şalvar.şortik, aşırma şalvar, çortik köynək dəsti,2 ədəd pejama, papaq 2 ədədəd şərflə birlikdə, əlcək, kalqotka, Nazik jilet, 3 ədəd ayaqqabı, 2 ədəd böyük çantadan ibarət olan cehiz və geyim əşyaları cavabdehlərdə qalmışdır. Toydan sonra qayınanası, iş üzrə Cavabdeh2 qızılları ondan alaraq, özündə saxlamış, istifadə edəndə ona vermişdir. Həmçinin, əri d ə qızılların baha olmasını, bu səbəbdən anasında qalmasının daha doğru olmasını demişdir. Ayrıldıqdan sonra dəfələrlə tələb etməsinə baxmayaraq, cavabdehlər ona məxsus qızıl-zinət əşyalarını könüllü olaraq verməkdən imtina etmişdir.
4. Şəmkir Rayon Məhkəməsinin (sədrlik edən hakim Z.İmanov) 2(076)-3036/2020 saylı mülki iş üzrə 02 dekabr 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, eavabdehlər Cavabdeh1 və Cavabdeh2 mebel dəsti: (üç gözlü paltar şkafı, güzgü, tumbuçka, iki tərəfli yataq-2.800 manat dəyərində, paltaryuyan-350 manat dəyərində, su ilə işləyən tozsoran-280 manat dəyərində, 5 litrlik elektrik çayniki-180 manat dəyərində, çılçıraq-150 manat dəyərində, duxovka-70 manat dəyərində, saç açan-40 manat dəyərində, saç buran-30 manat dəyərində, tefal dəm çayniki-40 manat dəyərində, somavar-60 manat dəyərində, ütü-35 manat dəyərində, blendr- 25 manat dəyərində, naçnik-20 manat dəyərində, 4 ədəd döşək (2tək)x50=100 manat dərərində, 2 böyük-2x100=200 manat dəyərində, 3 yorğar 2 tək-2x40=80 manat dəyərində, 1 böyük-50 manat dəyərində, dəvə yunu yorğan-100 manat dəyərində, qırmızı sentifon yorğan-70 manat dəyərində. 13 ədədəd pastel-13x50=650 manat dəyərində, 6 ədədəd böyük balınc 6x30=180 manat dəyərində 4 ədəd balaca uzun balınc-4x 10=40 manat dəyərində, 2 ədəd gəlincik 2x350=700 manat dəyərində, 2 ədəd böyük ədyal 2x70= 140 manat dəyərində, 2 ədəd böyük gəvə - 2x230=460 manat dəyərində, 5 ədəd kiçik gəvə- 5x150=750 manat dəyərində. 4 ədəd pərdə 4x50=200 manat dəyərində, 12 ədəd hamam məhrəbası 12x 15=180 manat dəyərində, lədəd hamam xələti 45 manat dəyərində, 12 ədəd əl məhrəbası qaşlı 12x5=60 manat dəyərində, 5 ədəd əl məhrəbası 6x4=24 manat dəyərində, 12 ədəd Stəkan məhrəbaları 12x2=24 manat dəyərində. 6 ədəd iri skater 6x40=240 manat dəyərində, bir tül skater dəsti - 60 manat dəyərində, 6 ədəd döşəkcə-6x 10=60 manat dəyərində, 6 ədəd oturacaq stol üstü-6x8=48 manat dəyərində, 24 nəfərlik obedni serviz350 manat dəyərində, 24 nəfərlik obedni serviz - 200 manat dəyərində, 6 dəst karobka boşqab-6x20=120 manat dəyərində, bandikli şüşə 6 boşqa-6 kasa- 1 bulud-1 vaz-80 manat dəyərində, üç künc salat kasası 1-150 manat dəyərində, 12 ədəd bulud-12x 5=60 manat dəyərində, 3 ədəd meyvə vazı 3x20=60 manat dəyərində. 1 ədəd ləpə qabı2x35=70 manat dəyərində, 1 ədəd ləpə qabı 25 manat dəyərində. 10 ədəd qənd qabı10x5=50 manat dəyərində. 1 ədəd dördkiine m eyvə qabı-50 manat dəyərində, 6 nəfərlik çaynı serviz-80 manat dəyərində, 6 ədəd göy kruşka nəlbəki-15 manat dəyərində, 6 ədəd ağ kruşka nəlbəki - 15 manat dəyərində, 12 ədəd xrüstal stəkan-12x5=60 manat dəyərində. 12 stəkan 2 karobka-6 manat dəyərində, 12 ədəd sok stəkanı 2 karobka - 6 manat dəyərində, 12 karobka sok stəkanı-2x5= 10 manat dəyərində. 6 əd araq stəkanı-5 manat dəyərində, 1 ədəd qrafinka stəkanla-25 manat dəyərində, 1 kanpot qabı 6 stəkan 70 manat dəyərində, 12 ədəd xrüstal bakal-80 manat dəyərində, 24 ədəd nəlbəki-20 manat dəyərində, raxvetka 1x5=10 manat dəyərində, çamadan qaşıq çəngəl dəstdi-85 manat dəyərində,12 ədəd çəngəl-10 manat dəyərində, 12 ədəd qaşıq - 10 manat dəyərində, çay qaşığı dəsti - 6 manat dəyərində, kükur dəsti nabor-15 manat dəyərində, karobka bıçaq dəs ti 15 manat dəyərində, bıçaq-2x6=12 manat dəyərində, kələm doğrayan bıçaq-10 manat dəyərində, yumru bıçaq-6 manat dəyərində, kürə güldan- 10 manat dəyərində, xrüstal güldan-120 manat dəyərində, şüşə saxlama qabı-10 ıııanat dəyərində, görünməz saxlama qabı-2x20=40 manat dəyərində, aura qazan dəsti-150 manat dəyərində, şirəli qazan dəsti-5x 10=50 manat dəyərində, sarı şirəli qazan- 2x10=20 manat dəyərində, jaronnik dəsti-80 manat dəyərində, cəm kapron-6x3= 18 manat dəyərində, aşsüzən kapron-2x 6=12 manat dəyərində, aşsüzən ııikkel- 2x4=8 manat dəyərində, padnos dəsti 30 manat dəyərində, şirəli çaynik-15 manat dəyərində, şirəli ləyən böyük-15 manat dəyərində, şirəli vedrə- 12 manat dəyərində, peçeniya çıxaran cləmirqab - 15 manat dəyərində, suvenir-20 manat dəyərində, dəvə - 20 manat dəyərind ə, qartal - 20 manat dəyərində, keçi - 30 manat dəyərində, dipçəkdə gül təbi - 15 ədəd, kolyaska - 250 manat dəyərində, dəmir beşik, vanna dəsti - 30 manat dəyərində, döşək - 2x30=60 manat dəyərində, yorğan - 2x15=30 manat dəyərində, pastel 2x20=40 manat dəyərində, ədyal 3x22= 64 manat dəyərində, iri-xırda yumşaq oyuncaqları, kurtka, balonka, nazik uzun koja, qalın kofta, nazik kofta, fulbolka. jilet, uzun jaket, uzun jaket, nazik şalvar, qalın şalvar, yupka. yaşıl dvoyka, yaşıl dvoyka. don, 3 ədəd uzun, 3 ədəd qısa, ayaqqabı, uzun sapoçki, qısa sapoçki, şablo, krasovka. kablok. çanta ağ böyük və kiçik, 3 ədəd böyük ətir, kosmetika dəsti, tanal krem pudra, rıımiyana, tuj, pomada, qələm və digərləri, balonka kıırtka,qalın kofta, 15 ədəd, nazik kofta 10 ədəd futbolka, qalın yun şalvar, 8 ə dəd nazik şalvar saruçka, şortik, şortik köynək dəsti, babuçka 2 ədəd, pajama, papaq, əlcək. kalkotka, nazik jilet, 3 ədəd uşaq ayaqqabıları, balonka kurtka, nazik kurtka, qalın kofta, 12 ədəd fuıbolka, qalın yun şahar, nazik şalvar, şortik, aşırma şalvar, çortik köynək dəsti. 2 ədəd pejama, papaq 2 odədəd şərilə birlikdə, əlcək, kalqotka, nazik jilet, 3 ədəd ayaqqabı, 2 ədəd böyük çantadan ibarət olan cehiz və geyim əşyaları naturada qətnamə icra olunan vaxt mövcud olmasa, həmin əşyaların dəyərinin müştərək qaydada alınıb, İddiaçı qazına verilməsi, cavabdehlər X5' oğlundan və Cavabdeh2 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun alınıb, İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
5. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırm ışdır ki, cavabdeh tərəf məhkəmə iclası zamanı mübahisəli qızıl-zinət əşyalarının mövcüd olmadığını, cehiz və geyim əşyalarının isə onlarda olması bildirmişdir. Belə olan halda, sübutetmə iddiaçı tərəfin üzərinə düşür. Lakin iddiaçı tərəf həmin mübahisəli qızıl-zinət əşyalarının mövcüd olduğunu və cavabdehlərdə olduğunu heç bir mötəbər mənbədən əldə edilmiş sübutlar vasitəsi ilə sübut edə bilməmişdir.
6. Məhkəmə öz qənaətini onunla əsaslandırmışdır ki, iddiaçı ilə cavabdehlər arasında yaranmış mübahisə zamanı tərəflər arasında formalaşmış ailə münasibətləri qısa zaman kəsiyində pozulduğu üçün iddiaçı ilə cavabdehlər arasında bir-birinə qarşı qərəzli münasibət formalaşmışdır. Ona görə də iddiaçıya məxsus qızıl-zinət əşyalarının cavabdehlərdə qalması ilə bağlı iddiaçının bildirdikləri işin h əm faktiki, həm də həqiqi hallarına uyğun deyildir.
7. Məhkəmə tərəflərin qarşılıqlı münasibətinə müvafiq olaraq yaranmış mübahisəni həll edərkən, öz qənaətini işin həqiqi hallarına uyğun hesab edərək nəticəyə gəlmişdir ki, iddiaçıya məxsus olan və iddia ərizəsində göstərilən cehiz və geyim əşyaları cavabdehlərdə qalmışdır
8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin, 152, 157.2, Mülki Prossesual Məcəllənin 88, 217.4, 218.1, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat
9. Qətnamədən iddiaçı apellyasiya şikayəti vermişdir.
10. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1617/2021 nömrəli iş üzrə 16 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – Ə.Məmmədov (sədrlik edən və məruzəçi), Ə.Abdullayev və F.Mehtiyev) apelyasiya şikayəti təmin edilmiş, Şəmkir Rayon Məhkəməsinin 2(076)-3036/2020 saylı mülki iş üzrə 02 dekabr 2020-ci il tarixli qətnaməsi iddianın təmin edilməmiş qızıl-zinət əşyaları tələbi hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilməklə, çəkisi 18 qram, dəyəri 1260 (bir min iki yüz altmış) manat olan ağ qaşlı qızıl boyunbağı, çəkisi 10 qram, dəyəri 700 (yeddi yüz) manat olan ağ qaşlı qızıldan olan bir cüt sırğa, çəkisi 7 qram, dəyəri 490 (dörd yüz doxsan) manat olan ağ qaşlı qızıldan olan bir üzük, çəkisi 9 qram, dəyəri 630 (altı yüz otuz) manat olan ağ qaşlı qızıldan olan bilərzik, çəkisi 8 qram, dəyəri 560 (beş yüz altmış) manat olan ağ qaşlı qızıldan olan badam bilərzik, çəkisi 5 qram, dəyəri 350 (üç yüz əlli) manat olan, qızıl setqa sırğa, çəkisi 8 qram, dəyəri 560 (beş yüz altmış) manat olan beş qaşlı qızıl üzük, çəkisi 5 qram, dəyəri 350 (üç yüz əlli) manat olan qızıl setqa qaşlı üzük, çəkisi 5 qram, dəyəri 350 (üç yüz əlli) manat olan qızıl sadə üzük, çəkisi 5 qram, dəyəri 350 (üç yüz. əlli) manat olan qızıl bilərzikdən ibarət olan qızıl-zinət əşyalarının naturada, naturada alınması mümkün olmadıqda həmin əşyaların dəyərinin pulla cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq, İddiaçı verilməsi qət edilmişdir.
11. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsində işin faktiki halları barədə bir birinə zidd olan hallar müəyyən edilmişdir.
12. Eyni zamanda işə apelyasiya qaydasında baxılarkən Cavabdeh2 izahatında bildirmişdir ki, iddiaçı axş am evdə köhnə sevgilisinə mesaj yazmış və məsələnin üstü açıldığından onu evdən qovmuşlar. İddia ərizəsində göstərilən qızıl- zinət əşyalarının hamısı mövcud olmuş və onlar tərəfindən İddiaçı hədiyyə olunmuşdur. Ancaq İddiaçı ər evindən çıxıb gedərkən ona hədiyyə edilmiş həmin qızılları özü ilə aparmışdır.
13. Beləliklə, həm iddiaçının, həm də Cavabdeh2ııın apelyasiya məhkəməsində verdikləri izahatlarından işin faktiki halları kimi müəyyən olunmuşdur ki. iddiaçının iddia etdiyi bütün qızıl zinət əşyaları iddiaçıya hədiyyə olunmuşdur.
14. Lakin, cavabdeh həmin qızıl zinət əşyaların iddiaçının ər evindən çıxıb gedərkən özü ilə apardığını bildirsə də, öz izahatından başqa işin bu halını təsdiq edən hər hansı sübutu məhkəmə kollegiyasına təqdim etməmişdir. Cavabdeh2 izahatında qeyd etdiyi bu x üsusatlar başqa əlaqəli sübutlarla təsdiq olunmadığından kollegiya Cavabdeh2 izahatının bu hissəsinə tənqidi yanaşır və həmin izahatı irəli sürülən iddianın həmin hissədə rədd edilməsinə əsas verən mötəbər sübut növü kimi qəbul etməmişdir.
15. Beləliklə, məhkəmə kollegiyası aparılmış araşdırmalar nəticəsində belə qənaətə gəlmişdir ki, iddiaçının iddia etdiyi qızıl zinət əşyaları ona hədiyyə edilmiş əşyalardır, yəni iddiaçı həmin əşyaların mülkiyyətçisidir və hazırda həmin əşyalar cavabdeh tərəfin qanunsuz sahibliyindədir. Cavabdeh tərəf həmin əşyaların çəkisini və dəyərini miibahisələndirmədinidən kollegiya həmin əşyaların iddia ərizəsində göstərilən çəkidə və dəyərdə olduğunu qəbul edir. Ona görə də məhkəmə kollegiyası hesab etmişdir ki, şikayətin dəlilləri əsaslıdır və şikayət təmin edil məlidir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
16. Cavabdehlər kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişlər.
17. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işin hallarını düzgün araşdırmamış, maddi və posessual hüquq normalarının tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
19. İddiaçı və vəkili izahat verərək kassasiya şikayətinin təmin edilməməsini, apelyasiya instansiyası məhkəməsin in qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.
20. Cavabdehlərin vəkili izahat verərək kassasiya şikayətinin təmin edilməsini, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etdi. Kassasiya baxışının hədləri
21. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
22. MPM-ə əsasən kassasiya instansiyası mə hkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416).
23. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
24. Hazırkı kassasiya şikayətində iş üzrə cavabdehlər apelyasiya instansiyası məhkəm əsinin aktının tam ləğvini xahiş etdiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllə
25. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. (maddə 152.1)
26. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. (maddə 157.2)
27. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. (maddə 225.2) Ailə Məcəlləsi
28. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arv adın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). (maddə 34.1) Mülki Prossesual Məcəllə
29. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.(maddə 14.2)
30. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. (maddə 77.1)
31. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)
32. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin fak tiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. (maddə 407.2)
33. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. (maddə 416)
34. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. (maddə 417.1.1) Kassasiya instansiyası məhkəməsinin mövqeyi
35. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nə ticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
36. Belə ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.
37. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
38. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdehlər Cavabdeh1 və Cav abdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1617/2021 nömrəli iş üzrə 16 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.