Məhkəmə qərarları › İş №2(102)-2522/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-2522/2023

19.05.2023 · Aidiyyəti üzrə daxil olan sənədlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2522/2023 19.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki, Kommersiya və İnzibati Kollegiyalarının qarışıq tərkibinin QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimi Vəliyeva Elşanə Rafiq qızı, Kommersiya kollegiyasının hakimi Dadaşov İlqar Ağababaş oğlu və İnzibati kollegiyasının hakimi Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət qarışıq tərkibdə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 11 aprel 2023-cü il tarixli, e-2(006)2099/2023 saylı qərardadından iddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun (vəkil X1) şikayəti üzrə işə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin l əğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun ipotekaya yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi rayon məhkəməsinə müraciət edərək, xx.xx.2022-ci il tarixinə Cavabdeh2 kredit üzrə cəmi borcu 12818.59 (on iki min səkkiz yüz on səkkiz manat 59 qəpik) manat – bundan 4552.09 (dörd min beş yüz əlli iki manat 09 qəpik) manat əsas, 6679.71 (altı min altı yüz yetmiş doqquz manat 71 qəpik) manat faiz borcu, 554.85 (beş yüz əlli dörd manat 85 qəpik) manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5%-lə hesablanmış 1031.94 (bir min otuz bir manat 94 qəpik) manat faiz borcu və iş üzrə ödənilmiş 128.46 (yüz iyirmi səkkiz manat 46 qəp ik) manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 45 (qırx beş) manat rüsumunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Ramana südçülük savxozu, Babək küçəsi, dalan 1-də yerləşən 29 nömrəli fərdi yaşayış evinə və ipoteka predmeti “Kia Sportage” minik markalı (Buraxılış ili - 2011, Ban: KNAPC811DC7178172), rəngi tünd boz metallik, **-LV-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, yuxarıdakı əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi, həmin əmlakın və avtomobilin açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predm etlərinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh2 və Cavabdeh1 tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin fərdi yaşayış evinin boşaldılaraq, ləğv prosesində olan İddiaçı ASC-yə təhvil verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 11 aprel 2023-cü il tarixli, e-2(006)2099/2023 saylı qərardadı ilə iddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun ipotekaya yönəldilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin iddiaçıya geri qaytarılması qərara alınmış, iddiaçıya aidiyyəti kommersiya məhkəməsinə m üraciət etmək hüququnun olması izah edilmişdir. Qərardad onunla əsaslandırılmışdır ki, məhkəmə araşdırmaları zamanı işin materiallarında olan sənədlərə əsasən hazırki iş üzrə tərəflər – iddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyəti (VÖEN: **********), cavabdehlər Cavabdeh2 (VÖEN: **********) və Cavabdeh1 (VÖEN: **********) vergi ödəyicilərinin eyniləşdirmə nömrələrinə malik olan, müvafiq qaydada dövlət qeydiyyatından keçmiş vergi ödəyiciləridir. İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli Əsas kredit müqaviləsinin tərkib hissəsi olan eyni tarixli Əlavə kredit müqaviləsinə əsasən sonuncuya dövriyyə vəsaitinin artırılması məqsədilə 50.000 manat məbləğində kredit verilmişdir. Digər Cavabdeh1 ilə bağlanmış zaminlik müqaviləsi isə əsas öhdəlikdən (əsas və əlavə kredit müq avilələri) törədiyi və əsas öhdəliyin təminat üsulu olduğu üçün tərəflər arasında yaranmış münasibətlər kommersiya münasibətləri, bu münasibətlərdən yaranan mübahisələr isə kommersiya mübahisələri hesab olunur. İddiaçı ilə Cavabdeh2 arasında olan müqavilə münasibətlərinin predmetini sahibkarlıq fəaliyyətindən gəlir əldə etmək təşkil etmişdir ki, bu da onlar arasında kommersiya münasibətlərinin yaranmasına gətirib çıxarmışdır. Zaminlik münasibətləri də məhz kommersiya məqsədilə rəsmiləşdirilmiş kredit müqavilələrinin təminatı məqsədilə bağlandığından, hazırki iş üzrə tərəflərin münasibətləri kommersiya xarakterli münasibətlərdən irəli gələrək yaranmışdır. Bu səbəbdən də məhkəmə hesab etmişdir ki, hazırki mülki iş sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan kommersiya xara kterli mübahisədir və işə Nəsimi Rayon Məhkəməsində baxılmalı deyil. İddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyəti (vəkili X1) tərəfindən Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 11 aprel 2023-cü il tarixli, e-2(006)-2099/2023 saylı qərardadından kassasiya şikayəti verilərək həmin qərardadı ləğv edib iddia ərizəsinin icraata götürülərək baxılması barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə cavabdehin vergi ödəyicisi kimi qeydiyyatdan keçməklə fərdi sahibkar olması, eləcə də kreditin VÖEN istiqamətinə görə, heyvandarlıqla məşğul olmaq məqsədi ilə verilməsi səbəbindən kommersiya məhkəməsində baxılmalı olması qənaətinə gəlmiş, halbuki, nə kredit müqaviləsində, nə də kreditin ayrılmasına dair borclunun müraciət sənədlərində və ümumiyyətlə kredit d osyesində cavabdehlərin hansısa kənd təsərrüfatı və ya heyvandarlığın inkişaf etdirilməsi üçün kreditin verilməsinə dair qeyd-şərt mövcud deyil. Baxmayaraq ki, xx.xx.2020-ci il tarixli kredit müqaviləsində tərəflərin statusu hissəsində borclu Avdlayevin xx.xx.2014-cü il tarixli kredit müqaviləsində fərdi sahibkar kimi “VÖEN“ məlumatları deyil, yalnız şəxsiyyət vəsiqəsinin identifikasiya məlumatları göstərilmişdir. Həmçinin, cavabdehə verilən kredit sırf sahibkarlıq məqsədilə verilsəydi, pul vətəndaşın şəxsi hesabına deyil, onun “VÖEN” hesabına köçürülməli idi. Bu faktı cavabdehin öz imzası ilə pulun kassadan təhvil alınmasına dair məxaric orderi də təsdiq edir. Nəticə olaraq, həmin qərardadın əsassız olması, maddi və prosessual qanunvericiliyə zidd olması səbəbindən ləğv edilməli olduğu qe yd edilmişdir. Hər hansı vətəndaşın fərdi sahibkar kimi eyniləşdirmə nömrəsinin aktivpassiv mövcudluğu, onun dövriyyəsini artırmaq və ya şəxsi ehtiyaclar üçün götürmüş olduğu kreditə biznes nisbəti vermək yalnış yanaşmadır. Bakı şəhəri Nəsimi rayon məhkəməsinin e-2(006)-2099/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadına əsasən iddiaçının şikayəti təmin olunmamış, şikayət işlə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir. İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli, 10 saylı Qərarının 4-cü bəndində göstərilir ki, iddia ərizəsinin Azərbaycan Respublikası MPM-in 152.1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı olmaması səbəbindən geri qaytarılması əsası işin inzibati deyil, yalnız mülki və kommersiya aidiyyətini ehtiva edir. Bu əsasla iddia ərizəsinin geri qaytarılmasına dair birinci instansiya məhkəməsinin qərardadından verilmiş şikayətə apellyasiya instansiyası məhkəməsində baxılması məhkəmə aidiyyəti ilə bağlı məsələlər üzrə yekun qərarın faktiki olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən verilməsi ilə nəticələnəcəyindən bu şikayətlər baxılması üçün kassasiya instansiya məhkəməsinə göndərilməlidir.““““““““““““““ Azərbaycan Respublikası MPM-nin: Maddə 403-1.1. İşdə iştirak edən şəxslər işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadlardan şikayət vermək hüququna malikdirlər. Maddə 403-1.2. Kasasiya instansiyası məhkəməsi tərəfindən məhkəmə aidiyyətinə dair mübahisələrə bu maddədə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllənin 43-cü fəslində müəyyən olunmuş qaydalara uyğun olaraq baxılır. Maddə 403-1.7. Kassasiya instansiyası məhkəməsi məhkəmə aidiyyəti məsələsini həll edərkən məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məhkəmə tərkibi şikayətin dəlillərini araşdırıb hesab edir ki, aşağıdakılara görə şikayət təmin edilmədən, qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə tərkibi birinci instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıraq hesab edir ki, işdə iştirak edən şəxs lərin subyektiv tərkibinə, mübahisənin predmetinə və hüquq münasibətinin xarakterinə görə hazırki işə məhkəmə aidiyyəti üzrə kommersiya məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası MPM-nin 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 26.1-ci maddəsinə görə, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 30-cu maddəsinə əsasən bir-biri ilə əlaqədar olan bir neçə tələbi birləşdirərkən, onlardan bir qismi ümumi mə hkəməyə, digərləri isə kommersiya məhkəməsinə aiddirsə, tələblərə kommersiya məhkəməsində baxılmalıdır. Həmin Məcəllənin 31.1-ci maddəsində göstərilir ki, aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, iddia ərizəsi qaytarılmalıdır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli, 10 saylı Qərarının 12-ci bəndində isə göstərilir ki, məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq mün asibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsi tələb olunur. Həmin Qərarın 13-cü bəndində göstərilir ki, əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahi bkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. İşdən görünür ki, tələb edilən borc bankla sahibkar fiziki şəxs Cavabdeh2 (VÖEN: **********) arasında bağlanmış xx.xx.2014-cü il tarixli 09122014/141485 saylı Əsas Kredit müqaviləsinin tərkib hissəsi sayılan xx.xx.2014-cü il tarixli Əlavə Kredit Müqaviləsinə əsasən kreditə görə yaranmışdır. Müqavilədə kreditin məqsədi dövriyyə vəsaitərinin artırılması göstəril mişdir. Bu isə həmin kreditin sahibkarlıq fəaliyyətinin həyata keçiriməsi üçün verildiyini təsdiq edir. Cavabdeh2 (VÖEN: **********) xx.xx.2004-cü il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyində vergi ödəyicisi kimi qeydiyyata alınmış (VÖEN statusu: aktiv) və əsas fəaliyyət istiqamətini muzdla və ya müqavilə əsasında heyvandarlıq sahəsində digər xidmətlərin göstərilməsi təşkil edir. Buna görə də, həmin tələb həm subyekt tərkibinə, həm predmetinə, həm də hüquq münasibətinin xarakterinə görə kommerisya məhkəməsinə aid tələbdir. Məhkəmə kollegiyası hesab edir ki, kredit borunun ipotekaya yönəldilməsi və zaminliklə bağlı əlavə tələblər əsas tələblə bağlı olduğundan MPM-in 30-cu maddəsinə görə bu tələblərə birlikdə kommersiya məhkəməsində baxılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin kredit müqaviləsində kredit alanın VÖEN məlumatlarının göstərilməməsi və kreditin onun bank hesabına deyil, nağd qaydada verilməsi ilə bağlı qeyd etdikləri dövriyyə vəsaitlərinin artırılması üçün verilmiş 50.000 manat kreditin təyinatının şəxsi istehlak məqsədilə olmasını deməyə əsas vermir. Kassasiya şikayətində qeyd edilən bu məsələlər kreditin rəsmiləşdirilməsinin texniki tərəfləridir və kreditin məqsədini dəyişmir. Göstərilənlərə əsasən, məhkəmə tərkibi hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 403-1-ci maddəsinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fo ndunun (vəkil X1) kassasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi rayon məhkəməsinin e-2(006)-2099/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar