Məhkəmə qərarları › İş №2(102)-2526/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-2526/2025

07.08.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haq
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2526/2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə (Açar sözlər:kassasiya şikayətinin geri qaytarılması) 07.08.2025 Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 18 iyun 2025-ci il tarixli, 2(103)1993/2025 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 07 avqust 2025-ci il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları: Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı Cavabdehnə qarşı “əmrin ləğv olunması, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqı və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, işəgötürənin xx.xx.2024-cü il tarixli, T0639-24 nömrəli əmrinin İddiaçı ilə bağlanmış əmək müqaviləsinin xitam olunması hissəsində ləğv edilməsi, onun təchizat üzrə mütəxəssis vəifəsinə bərpa edilməsi, onun xx.xx.2024-cü ildən işə bərpa edilməsinə dair müvafiq əmr verildiyi tarixədək məcburi iş buraxmaya görə əmək haqqının hesablanaraq verilməsi, mediasiya xərci olaraq ödənilmiş 50 manat məbləğində pulun və 10.000 manat mənəvi ziyanın cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin 25 noyabr 2024-cü il tarixli, 2(007)2721/2024 nömrəli qətnaməsi ilə (hakim Ü.Yusifova) İddiaçı Cavabdehnə qarşı “əmrin ləğv olunması, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqı və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat

3. İddiaçı apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1993/2025 nömrəli, 12 mart 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər F.Babayev (sədrlik edən, məruzəçi), C.Musayeva və F.Abdıyev) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən s axlanılmışdır.

5. İddiaçı kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmasını xahiş etmişdir.

6. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1993/2025 saylı, 18 iyun 2025-ci il tarixli qərardadı ilə (hakimlər F.Babayev (sədrlik edən, məruzəçi), C.Musayeva və F.Abdıyev) İddiaçı iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegmyasının 2(103)1993/2025 nömrəli, 12 mart 2025-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti geri qaytarılmışdır.

7. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iş materiallarına əsasən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin 2(103)-1993/2025 saylı, 12 mart 2025-ci il tarixli qətnaməsi iddiaçının və on un nümayəndəsi, vəkilinin elektron kabinetinə xx.xx.2025ci il tarixində yerləşdirilmiş, kassasiya şikayəti isə elektron formada xx.xx.2025-ci il tarixində, yəni kassasiya şikayəti vermə müddəti keçdikdən sonra verilmişdir. Həmçinin, kassasiya şikayətin buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında vəsatət əlavə edilməmişdir.

8. Bu baxımdan apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, kassasiya şikayəti onun verilməsi üçün müəyyən edilmiş prosessual müddət ötürülməklə verildiyindən geri qaytarılmalıdır.

9. Apellyasiya instansiyası məhkəməsi öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 10-1.3, 128.3, 130.1, 130.3, 135.5, 135.6, 405.0.1 və 408.1.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri: Kassasiya şikayətinin dəlilləri

10. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi və kassasiya şikayətinin icraata qəbul edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

11. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarına əsasən iddiaçı qətnaməni 04 aprel 2025-ci il tarixdə almışdır. Bu halda, Mülki Prosessual Məcəllənin 128.3-cü maddəsinə əsasən, kassasiya şikayətinin verilməsi üçün müddət 05 aprel 2025ci il tarixdə başlayır və 05 iyun 2025-ci il tarixdə bitir. Həmin tarixdə və ondan sonrakı qeyri-iş günü olan 06 iyun 2025-ci il tarixdə isə Elektron Məhkəmə Sistemində texniki xətalar olduğundan, kassasiya şikayətinin verilməsi mümkün olmamış və ka ssasiya şikayəti 07 iyun 2025-ci il tarixdə verilmişdir. Apellyasiya instansiyası məhkəməsi mülki prosessual normaların tələblərini düzgün tətbiq etməmişdir. Bu halda MPM-in 418.3-cü maddəsinə əsasən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi üçün əsas yaranmışdır.

12. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır. Kassasiya şikayətinə qarşı etiraz ərizəsinin dəlilləri

13. Kassasiya şikayətinə qarşı etiraz ərizəsi daxil olmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

14. Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icra atı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir.

15. Maddə 128.1. Prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirlir.

16. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.

17. Maddə 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır.

18. Maddə 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulm uş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.

19. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərindəyerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.

20. Maddə 405.0.1. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.

21. Maddə 408.1.4. Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa, kassasiya şikayəti qaytarılır.

22. Maddə 416.1.Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

23. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

24. Hazırkı kassasiya şikayətində qərardad iddiaçı tərəfindən tam mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanıldı.

25. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi

26. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən mülki prosessual hüquq normalarının tələblərini hazırkı mübahisəli məsələyə düzgün tətbiq edib və işdə, iddiaçının kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadının kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

27. İddiaçı kassasiya şikayətində apellyasi ya instansiyası məhkəməsinin işə baxarkən mülki prosessual hüquq normalarının tələblərini pozduğunu və qətnamədən verdiyi kassasiya şikayətinin geri qaytarılması üçün əsasların olmadığını göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.

28. Belə ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının qətnamədən verdiyi kassasiya şikayətini geri qaytararkən ona istinad etmişdir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin 2(103)-1993/2025 saylı, 12 mart 2025-ci il tarixli qətnaməsi iddiaçının elektron kabinetinə xx.xx.2025-ci il tarixdə yerləşdirildiyi halda, kassasiya şikayəti elektron formada xx.xx.2025-ci il tarixində, yəni müddəti keçdikdən sonra verilmişdir. Lakin, kassasiya şikayətinə buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında vəsatət əlavə ed ilməmişdir.

29. Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 405.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.

30. Həmin Məcəllənin 408.1.4-cü maddəsində göstərilir ki, kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa, kassasiya şikayəti qaytarılır.

31. Həmin Məcəllənin 129.3-cü maddəsinin mənasına görə, edilməsi üçün müəddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellysiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə rabitə orqanlarına verilirsə, müddət buraxılmamış hesab olunur.

32. Həmin Məcəllənin 128.3-cü maddəsində göstərilir ki, illərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axımı müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır.

33. Apellyasiya instansiyası məhkəməsi sadalanan mülki prosessual normaların tələblərini hazırkı mübahisəli məsələyə tətbiq edib qeyd etmişdir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin 12 mart 2025-ci il tarixli qətnaməsi iddiaçının elektron kabinetinə xx.xx.2025-ci il tarixdə yerləşdirildiyi halda, kassasiya şikayəti elektron formada xx.xx.2025-ci il tarixdə, yəni müddəti keçdikdən sonra verilmişdir. Lakin, kassasiya şikayətinə buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında vəsatət əlavə edilməmişdir.

34. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi iddiaçının kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi yuxarıda göstərilən normaların tələblərini hazırkı mübahisəli məsələyə düzgün tətbiq etmişdir. Ona görə də kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

35. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Q ə r a r a aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 18 iyun 2025-ci il tarixli, 2(103)-1993/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar