Məhkəmə qərarları › İş №2(102)-2530/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-2530/2024

04.09.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2530/2024 04.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh3 qarşı işi üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsindən çıxarılması və qeyri-yaşayış sahəsinin sökülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh3 qarşı torpaq sahəsindən çıxarılması və qeyri-yaşayış sahəsinin sökülməsi tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-46/2024 nömrəli, 27 mart 2024-cü il tarixli qətnaməsindən iddiaçılar tərəfindən verilmiş kassasiya şikayətinə _ 2024- cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Yevlax şəhəri, H.Əliyev pr, 59 ünvanında yerləşən 0.1298 ha torpaq sahəsi üzərində İddiaçı2 (4/6 hissə), İddiaçı3 (1/6 hissə), İddiaçı1 (1/6 hissə) mülkiyyət hüquqları xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

2. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəsxi 17 saylı Yevlax Ərazi İdarəsini xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Yevlax şəhəri, H.Əliyev pr, 59 ünvanında yerləşən 0.1298 h a torpaq sahəsi üzərində İddiaçı2 (4/6 hissə), İddiaçı3 (1/6 hissə), İddiaçı1 (1/6 hissə) mülkiyyət hüquqları xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

3. X17 ilə (satıcı) X15 (alıcı) arasında bağlanmış AN-İ seriyalı ******* №li, 12 avqust 2022-ci il tarixli alğı-satqı müqaviləsindən görünür ki, satıcı Yevlax şəhəri H.Əliyev prospekti 61/5 ünvanında yerləşən, ümumi sahəsi 0.003 ha olan torpaq sahəsinin tam mülkiyyət üzrə ona məxsus hissəsini alıcıya satmışdır.

4. JN-0024 KOD 90101002 №-li “torpağa mülkiyyət hüququna dair” dövlət aktından görünür ki, Cavabdeh3 Yevlax rayonu Yevlax şəhər Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 80 saylı qərarı ilə Yevlax şəhərində yerləşən torpaq sahəsi sahibkarlı məqsədi ilə 0,0042 ha torpaq sahəsi verilmişdir.

5. Yevlax Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 80 nörməli qərarı ilə mərhum əri X8 mülkiyyətində olan Yevlax şəhərində H.Əliyev pr. 65 ünvanında sahibkarlıq məqsədi ilə verilmiş 0,0042 ha torpaq sahəsi Cavabdeh3 adına sənədləşdirilmişdir.

6. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəsxi 17 saylı Yevlax ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, Yevlax şəhəri, H,Əliyev prospekti 59-da yerləşən İddiaçı1 naturada göstərdiyi 118 kv.m münahisəli torpaq sahəsinin koordinatları müyyən edilmişdir. Qeyd edilən torpaq sahəsinin 26.5 kv.m hissəsi naturada digər şəxslər tərəfindən naturada istifadə edilir. Cavabdehlərin tədqiqat obyektinə baxışd a iştirakları təmin edilmədiyindən, həmin torpaq sahəsinin cavabdeh tərəfindən istifadə olunun-olunmamasını müəyyən etmək olmadı. Digər şəxslər tərəfindən istifadə edən torpaq sahəsinin koordinatları və sahəsi tərtib olunmuş yerquruluşu plana əlavə olunur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in 17 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 17 iyun 2022-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən, onların paylı mülkiyyətində olan, Yevlax şəhəri Heydər Əliyev prospekti 59 ünvanında yerləşən 0,1298 torpaq sahəsindən cavabde hlərin çıxarılması və həmin torpaq sahəsinin onların sahibliyinə qaytarılması, həmin torpaq sahəsinin 12 kv.m hissəsində cavabdeh X9 və 20 kv.m hissəsində Cavabdeh2 tərəfindən onların xəbəri və icazəsi olmadan tikilmiş qeyri-yaşayış sahələrinin cavabdehlərin öz vəsaitləri hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Daha sonra İddiaçı1 Cavabdeh2 münasibətdə mübahisəli torpaq sahəsinin sonuncunun anası Cavabdeh3 adına dövlət aktı mövcud olduğundan cavabdehin əsl cavabdehlə əvəz olunmasını xahiş etmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılar bir ailənin üzvü olmaqla Yevlax şəhəri, Əfəndiyev küçəsi ev 2-də yaşayırlar. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in 17 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 17 iyun 2022-ci il tarixli Hüquqların Döv lət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışından görünür ki, Yevlax şəhəri H.Əliyev prospekti 59 ünvanında yerləşən 0,1298 ha torpaq sahəsi onların, yəni İddiaçı1, İddiaçı2 və İddiaçı3 (paylı) xüsusi mülkiyyətindədir. Həmçinin Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in 17 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 10 iyun 2022-ci il tarixli A seriyalı 716671 saylı Torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Yevlax şəhəri H.Əliyev prospekti 59 ünvanında yerləşən və onları xüsusi mülkiyyətində olan 0,1298 ha torpaq sahəsinin cizgiləri çəkilmişdir. Yevlax şəhəri H.Əliyev prospekti 59 ünvanında yerləşən, 0,1298 ha torpaq sahəsi onlara məxsus olmaqla mülkiyyətlərindədir. Lakin cavabdehlər tamamilə qanunsuz və əsassız olaraq onlara məxsus olan torpaq sahəsini zəbt e tmiş, orada onların razılığı olmadan obyekt tikmişlər. Cavabdeh Ofeliya Aslanova onlara məxsus olan 12 kv.m ərazini zəbt edərək orada qeyri-yaşayış sahəsi tikərək “avtomobil ehtiyat hissələrinin satışı” ilə məşğuldur. Digər Cavabdeh2 (Cavabdeh3) isə onlara məxsus olan torpaq sahəsinin 20 kv.m hissəsini zəbt edərək orada qeyri-yaşayış sahəsi tikərək bərbərlik fəaliyyəti ilə məşğuldur. Göründüyü kimi, cavabdehlər faktiki olaraq onların mülkiyyətinə müdaxilə etmiş və onlar öz mülkiyyətindən məhrum etmişlər. Cavabdehlərin onlara məxsus olan torpaq sahəsindən çıxarılması, eyni zamanda onların xəbəri və icazəsi olmadan onların mülkiyyətində tikdikləri qeyri-yaşayış sahəsinin onların öz vəsaiti hesabına sökülməlidir.

10. Yevlax Rayon Məhkəməsinin 2(039)-98/2023 saylı mülki iş üzrə 07 fevral 2023c ü il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət edilmişdir.(X22)

11. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçılar mülkiyyətlərində olan torpaq sahəsinin cavabdehlər tərəfindən zəbt edildiyini bildirsələr də, bu halı təsdiq edə biləcək sübutları məhkəməyə təqdim edə bilməmiş, ekspert rəyi və iş materialları ilə də bu hal öz təsdiqini tapmamışdır

12. Cavabdeh qismində qeyd olunmuş Cavabdeh1 münasibətdə AN-İ seriyalı ******* №li, 12 avqust 2022-ci il tarixli alğı-satqı müqaviləsindən görünür ki, X17 ilə (satıcı) X15 (alıcı) arasında bağlanmış müvafiq müqaviləyə əsasən satıcı Yevlax şəhəri H.Əliyev prospekti 61/5 ünvanında yerləşən, ümumi sahəsi 0.003 ha olan torpaq sahəsinin tam mülkiyyət üzrə ona məxsus hissəsini alıcıya satmış, nəticədə Cavabd eh1 iddia tələbinin yönəldiyi fiziki şəxs yəni cavabdeh hesab oluna bilməz.

13. Eyni zamanda məhkəmə qeyd etmişdir ki, Cavabdeh3 münasibətdə JN0024 KOD 90101002 №-li “torpağa mülkiyyət hüququna dair” dövlət aktına əsasən Cavabdeh3 Yevlax rayonu Yevlax şəhər Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 80 saylı qərarı ilə Yevlax şəhərində H.Əliyev pr. 65 ünvanında sahibkarlıq məqsədi ilə 0,0042 ha torpaq sahəsi verilmiş, habelə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəsxi 17 saylı Yevlax ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli rəyində mübahisəli torpaq sahəsinin Cavabdeh3 tərəfindən istifadə olunub-olunmamasını müəyyən etmək olmamışdır.

14. Bu baxımdan məhkəmə hesab etmişdir ki, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh3 qarşı cavabdehlərin torpaq sahəsindən çıxarılması və qeyri-yaşayış sahəsinin sökülməsi tələbi haqqında iddiası əsassızdır.

15. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsi, 29-cu maddəsi; Mülki Məcəlləsinin 152.1, 152.5, 157.2, 157.4; Mülki Prosessual Məcəlləsinin 4.1, 14.2, 50.1, 50.3, 54.1, 76.1, 77.1, 88, 106.1, 217.4-cü maddələrinə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

16. İddiaçılar birinci instansiyanın qəbul etdiyi qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə öz qətnaməsində iddiaçılar olaraq onların mülkiyyətində olan torpaq sahəsinin cavabdehlər tərəfindən zəbt edildiyini bildirsə də, bu halı təsdiq edə biləcək sübutları məhkəməyə təqdim edə bilmədiklərini, ekspert rəyi və iş materialları ilə də bu halın öz təsdiqini tapmadığını qeyd etmişdir. Halbuki, iş materiallarına əlavə edilmiş və məhkəmənin özünün də birbaşa istinad etdiyi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 17 saylı Yevlax ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli mütəxəssis rəyinə əsasən Yevlax şəhəri, H,Əliyev prospekti 59-da yerləşən naturada göstərdikləri 118 kv.m mübahisəli torpaq sahəsinin koordinatlarının müəyyən edildiyi və həmin torpaq sahəsinin 26.5 kv.m hissə sinin naturada digər şəxslər tərəfindən istifadə edildiyi qeyd edilir.

18. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 17 saylı Yevlax ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli mütəxəssis rəyinə əsasən dəqiqləşdirilmiş koordinatlardan da aydın göründüyü kimi, mülkiyyətlərində olan torpaq sahəsinin 26.5 kv.m hissəsinin digər şəxslər tərəfindən istifadə edildiyi birbaşa sübut olunur.

19. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 17 saylı Yevlax ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli mütəxəssis rəyində digər şəxslər kimi göstərdiyi şəxslər Cavabdeh3 və X9 olmuşlar. Belə ki, z əbt olunmuş sahədə onlara məxsus qeyri yaşayış sahəsi mövcuddur və hal-hazırda fəaliyyət göstərməkdədir. Onların tədqiqat obyektinə baxışda iştirak etməməsi, həmin torpaq sahəsinin onlar tərəfindən istifadə edilməməsi kimi qiymətləndirilə bilməz.

20. Cavabdehlərdən X9 onların məhkəməyə müraciət etdiklərini öyrəndikdən dərhal sonra əmlakı X5 və bilərəkdən AN-İ seriyalı ******* №li, 12 avqust 2022-ci il tarixli alğısatqı müqaviləsini məhkəmə hazırlıq iclasında deyil, məhkəmə baxışı zamanı məhkəməyə təqdim edərək məsuliyyətdən yayınmağa çalışmışdır. Beləliklə, hesab edir ki, iddiaçı olaraq onların tələbi haqlı tələbdir və işin tədqiq olunan faktiki halları, mütəxəssis rəyi ilə sübut olunur. Ona görə də, işə baxan birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanunvericiliyin tələbinin pozulm ası kimi qiymətləndirilməlidir.

21. Yuxarıda qeyd olunduğu kimi Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** №-li çıxarışa əsasən Yevlax şəhəri, H.Əliyev prospekti 59-da yerləşən 0,1298 ha ibarət torpaq sahəsi onların paylı mülkiyyətindədir. Lakin, cavabdehlər onların konstitusion hüquqlarını pozaraq xüsusi mülkiyyətlərində olan torpaq sahəsini qanunsuz zəbt etmişlər və onlara məxsus torpaq sahəsində özbaşına tikililər inşa etməklə istifadə edirlər. Birinci instansiya məhkəməsi onların iddia tələbini rədd edilməsi ilə bağlı qətnamə qəbul edərək ali qanun hesab edilən Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin tələblərini kobud şəkildə pozmuşdur. Göründüyü kimi, birinci instansiya məhkəməsi onların pozulmuş mülkiyyət hüquqlarının b ərpası məqsədi ilə iddia tələbini təmin etməli olduğu halda bunu etməmişdir və nəticədə ali qanunun tələblərinə zidd qətnamə qəbul etmişdir.

22. Cavabdehlərin onların mülkiyyətlərində olan torpaq sahəsinin 26.5 kv.m olan hissəsindən özbaşına istifadə etməsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 17 saylı Yevlax ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli mütəxəssis rəyində öz əksini tapmışdır. Başqa sözlə, cavabdehlərin bu qanunsuz hərəkətləri nəticəsində onların mülkiyyətlərində olan torpaq sahəsinə sahiblik və istifadə etmək, torpaq sahəsinə dair sərəncam vermək hüquqları pozulmuşdur. Eyni zamanda, məhkəmə tərəfindən iddia tələblərinin rədd edilməsi Azərbaycan Respublikasının Mü lki və Torpaq Məcəllələrinin qeyd olunan maddələrinin tələblərinin pozulmasına gətirib çıxartmışdır. Belə ki, onların mülkiyyətlərində olan torpaq sahəsinin 26.5 kv.m olan hissəsindən digər şəxslərin istifadə etməsi ilə bağlı mötəbər sübut mövcud olduğu halda məhkəmə hesab etmişdir ki, mübahisəli torpaq sahəsinin Cavabdeh3 tərəfindən istifadə olunubolunmamasını müəyyən etmək olmur. Digər tərəfdən, məhkəmə hesab etmişdir ki, Ofelya Asalanova özünə məxsus torpaq sahəsini alqı-satqı nəticəsində özgəsinə özgəninkiləşdirdiyi üçün cavabdeh hesab oluna bilməz. Bildirirlər ki, məhkəmənin iddianın rədd edilməsində əsaslandığı hər iki mövqeyi tam əsassızdır. Belə ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 17 saylı Yevlax ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli mütəxəssis rəyində digər şəxslər kimi göstərdiyi şəxslər onların halında Cavabdeh3 və X9 olmuşlar. Belə ki, zəbt olunmuş sahədə onlara məxsus qeyri yaşayış sahəsi mövcuddur və hal- hazırda fəaliyyət göstərməkdədir. Onların tədqiqat obyektinə baxışda iştirak etməməsi, həmin torpaq sahəsinin onlar tərəfindən istifadə edilməməsi kimi, başqa sözlə iddia tələbinin sübut edilməməsi qiymətləndirilə bilməz.

23. Bundan başqa, cavabdehlərdən X9 onun məhkəməyə müraciət etdiyini öyrəndikdən dərhal sonra əmlakı X5 və bilərəkdən AN-İ seriyalı ******* №li, 12 avqust 2022-ci il tarixli alğı-satqı müqaviləsini məhkəmə hazırlıq iclasında deyil məhkəmə baxışı zamanı məhkəməyə təqdim edərək məsuliyyətdən yayınmağa çalışmışdır. Nətic ə etibarı ilə, məhkəmənin qəbul etdiyi qətnamə onların mülkiyyətlərində olan torpaq sahələrinə öz istədikləri kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüquqlarını pozmuşdur.

24. Məhkəmə qətnaməsi tamamilə qanunsuz və əsassızdır. Məhkəmə öz səlahiyyətlərindən istifadə edərək əlavə sübutların toplaması, onların mülkiyyətində olan torpaq sahəsinin cavabdehlər tərəfindən istifadə olunmasını müəyyən etmək üçün ekspertiza və yerli baxış keçirilməsi ilə bağlı müvafiq lazımi təbdirlər görməmiş və buna zərurət olduğu zaman bunları etməmişdir. Vacib əhəmiyyət kəsb etməsinə baxmayaraq məhkəmə iş üzrə ekspertiza təyin etməmiş, yarımçıq tərtib edilmiş mütəxəssis rəyi ilə kifayətlənmişdir. Nəticədə ədalətsiz və qanunsuz qərar qəbul etmişdir. Hesab edirlər ki, sübutlar məhkəmə t ərəfindən tam və hərtərəfli araşdırılmadan qərar qəbul edildiyindən ləğv edilməlidir.

25. Məhkəmədə vəsatət vermələrinə baxmayaraq onların mülkiyyətdə olan torpaq sahəsinin cavabdehlər tərəfindən istifadə olunmasını müəyyən etmək üçün ekspertiza və yerli baxış keçirilməsi ilə bağlı müvafiq lazımi təbdirlər görülməmişdir. Xüsusilə də, ekspertiza keçirmədən, başqa sözlə işin bütün faktiki hallarını araşdırmadan yekun nəticəyə gəlmiş, sübutlara qiymət verməmişdir. Belə ki, yarımçıq olsa da mütəxəssis rəyi ilə iddialarının sübut olunmasına baxmayaraq məhkəmə sübuta düzgün qiymət verməmiş, əlavə araşdırma aparmadan, mübahisəli məqamlara aydınlıq gətirmədən işin tədqiq olunan faktiki hallarına uyğun olmayan nəticəyə gəlmişdir.

26. Birinci instansiya məhkəməsi tərəfindən digər şəxslərin onların m ülkiyyətlərində olan torpaq sahəsinin 26.5 kv.m olan hissəsindən özbaşına istifadə etməsi müəyyən edilmişdir. Bundan başqa, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, X9 mülkiyyətində olmuş torpaq sahəsini AN-İ seriyalı ******* №li, 12 avqust 2022-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən X2. Lakin, məhkəmə belə qənaətə gəlmişdir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı reyestri Publik hüquqi şəxsi 17 saylı Yevlax ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli mütəxəssis rəyinə əsasən Yevlax şəhəri, H,Əliyev prospekti 59-da yerləşən İddiaçı1 naturada göstərdiyi 118 kv.m mübahisəli torpaq sahəsinin koordinatları müəyyən edildiyi və həmin torpaq sahəsinin 26.5 kv.m hissəsi naturada digər şəxslər tərəfin dən naturada istifadə edildiyi qeyd olunduğu üçün cavabdehlərin tədqiqat obyektinə baxışda iştirakları təmin edilmədiyindən həmin torpaq sahəsinin cavabdehlər tərəfindən istifadə olunub-olunmamasını müəyyən etmək olmamışdır.

27. Bildirir ki, məhkəmə tərəfindən qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlmir. Belə ki, onların pozulmuş hüquqlarının bərpası məqsədi ilə iddia tələblərini təmin etməli olduğu halda məhkəmə bunu etməmişdir və nəticədə maddi və prosessual hüquq normaların tələblərini pozmaqla qətnamə qəbul etmişdir. Yevlax şəhəri, H,Əliyev prospekti 59-da yerləşən İddiaçı1 naturada göstərdiyi 118 kv.m mübahisəli torpaq sahəsinin koordinatları müəyyən edildiyi və həmin torpaq sahəsinin 26.5 kv.m hissəsi naturada digər şəxslər tərəfindən naturada istifadə edildiyi məhk əmə zamanı sübut olunsa da və məhkəmənin qətnaməsində qeyd edilsə də məhkəmə özünün müəyyən etdiyi hallara və qətnamədə istinad etdiyi hallara zidd olaraq iddianın rədd edilməsi qənaətinə gəlmişdir.

28. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(107)-46/2024 nömrəli mülki iş üzrə 27 mart 2024-cü il tarixli qətnaməsi ilə iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin 07 fevral 2023-cü il tarixli, 2(039)-98/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (X1 (sədrlik edən və məruzəçi), X10 və X12)

29. Apellyasiya instansiya məhkəməsi apellyasiya şikayətinin onların mülkiyyətində olan torpaq sahəsinin cavabdehlər tərəfindən istifadə olunmasını müəyyən etmək üçün ekspertiza v ə yerli baxış keçirilməsi ilə bağlı müvafiq lazımi təbdirlərin görülməməsi, vacib əhəmiyyət kəsb etməsinə baxmayaraq məhkəmənin iş üzrə ekspertiza təyin etməməsi, yarımçıq tərtib edilmiş mütəxəssis rəyi ilə kifayətlənməsi, ekspertiza keçirmədən, başqa sözlə işin bütün faktiki hallarını araşdırmadan yekun nəticəyə gəlməsinə dair dəlillərinə münasibət bildirərək qeyd etmişdir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər.

30. Göründüyü kimi qanunverici mülki iş üzrə ekspertiza təyin edilib-edilməməsini məhkəmənin üzərinə bir vəzifə olaraq qoymamışdır. Ona hüq uq kimi tanımışdır.

31. Apellyasiya instansiya məhkəməsi həmçinin qeyd etmişdir ki, mülki işin obyektiv, hərtərəfli və tam araşdırılması məqsədilə məhkəmə tikinti texniki ekspertizası və təkrar məhkəmə tikinti texniki ekspertizası təyin edilərək, rəylərin verilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Yerli baxışın keçirilməsi üçün isə zərurətin olması müəyyən edilməmişdir.

32. Apellyasiya instansiya məhkəməsi apellyasiya şikayətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 17 saylı Yevlax ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli mütəxəssis rəyinə əsasən Yevlax şəhəri, H,Əliyev prospekti 59-da yerləşən torpaq sahəsinin 26.5 kv.m hissəsinin naturada digər şəxslər tərəfindən istifadə edilməsi, xx.xx.2022-ci il ta rixli mütəxəssis rəyinə əsasən dəqiqləşdirilmiş koordinatlardan da aydın göründüyü kimi, mülkiyyətlərində olan torpaq sahəsinin 26.5 kv.m hissəsinin digər şəxslər tərəfindən istifadəsinin birbaşa sübut olunması, xx.xx.2022-ci il tarixli mütəxəssis rəyində digər şəxslər kimi göstərdiyi şəxslərin Cavabdeh3 və X9 olmaları, zəbt olunmuş sahədə onlara məxsus qeyri yaşayış sahəsinin mövcud olması və hal-hazırda fəaliyyət göstərməsi, cavabdehlərin bu qanunsuz hərəkətləri nəticəsində onların mülkiyyətlərində olan torpaq sahəsinə sahiblik və istifadə etmək, torpaq sahəsinə dair sərəncam vermək hüquqlarının pozulması, onların tədqiqat obyektinə baxışda iştirak etməmələrinin, həmin torpaq sahəsinin onlar tərəfindən istifadə edilməməsi kimi qiymətləndirilə bilməməsi, cavabdehlərin onların xüsusi mülki yyətlərində olan torpaq sahəsini qanunsuz zəbt etmələri, onlara məxsus torpaq sahəsində özbaşına tikililər inşa etməklə istifadə etmələrinə dair dəlillərini əsaslı hesab etməmişdir.

33. Belə ki, iş materiallarına əlavə edilmiş, birinci instansiya məhkəməsində məhkəmə araşdırması zamanı alınmış Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəsxi 17 saylı Yevlax ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, Yevlax şəhəri, H,Əliyev prospekti 59-da yerləşən İddiaçı1 naturada göstərdiyi 118 kv.m münahisəli torpaq sahəsinin koordinatları müyyən edilmişdir. Qeyd edilən torpaq sahəsinin 26.5 kv.m hissəsi naturada digər şəxslər tərəfindən naturada istifadə edilir. Cavabdehlərin tədqi qat obyektinə baxışda iştirakları təmin edilmədiyindən, həmin torpaq sahəsinin cavabdeh tərəfindən istifadə olunub-olunmamasını müəyyən etmək olmadı. Digər şəxslər tərəfindən istifadə edən torpaq sahəsinin koordinatları və sahəsi tərtib olunmuş yerquruluşu plana əlavə olunur.

34. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 26 sentyabr 2023-cü il tarixli, 10/6885 nömrəli ekspert rəyindən görünür ki, -Yevlax şəhəri H.Əliyev prospekti 59-da yerləşən iddiaçıların mülkiyyətlərində olan 0,1298 hektar yaşayış məntəqələrinin torpaq sahəsinin koordinatları müəyyən edildikdən sonra, onun naturada ölçüləri müəyyən edilmişdir. Cavabdeh1 tərəfindən 25.1 kv.m hissəsi X4 0,003 ha torpaq sahəsinin koordinatlarla müəyyən edild ikdən sonra, onun naturada plçüləri müəyyən edilmiş lakin koordinatlarla bağlı əlavə məlumat mərkəzə təqdim edilməmişdir. Tərəflərin mülkiyyətlərində olan torpaq sahələrinin sənəd üzrə və naturada ölçülərinin üst-üstə düşmədiyi müəyyən olunmuşdur. İddiaçılar-İddiaçı1, İddiaçı2 və İddiaçı3 mülkiyyətinə verilmiş Yevlax şəhəri H.Əliyev prospekti 59-da yerləşən 0,1298 hektar torpaq sahəsinin hər hansı bir hissəsi (hissələri) cavabdehlər tərəfindən istifadə edilmir. İddiaçılara aid torpaq sahəsinin cavabdehlər tərəfindən naturada istifadə olunmadığı və heç bir tikinti işlərinin aparılmadığı müəyyən edilmişdir.

35. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş təkrar məhkəmə tikinti-texniki ekspertizasına dair 20 fevral 2024-cü il tarixli, 3-16-16/2-10/8721 nömrəli ekpsert rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinin yerquruluşu üzrə mühəndisi Fərid Vəliyevin tərtib etdiyi mütəxəssis rəyinə əsasən aşağıdakılar müəyyən edilmişdir:

36. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş 17 iyun 2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Yevlax şəhəri H.Əliyev prospekti 59-da yerləşən iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 mülkiyyətlərində olan 0,1298 hektar torpaq sahəsinin sənəddə göstərilmiş koordinatları elektron məlumat bazasında müəyyən edilmişdir.

37. Yevlax şəhəri H.Əliyev prospekti 59-da yerləşən iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 mülkiyyətlərində olan 0,1298 hektar torpaq sahəsinin baza məlumatlarında koordinatları müəyyən edilmiş və həmçinin onun naturada göstərdiyi torpaq sahəsinin ölçüləri müəyyən edilmişdir.

38. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Yevlax Ərazi İdarəsi tərəfindən 20 may 2022-ci il tarixdə verilmiş **********12-06301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Cavabdeh1 verilmiş və Cavabdeh1 tərəfindən 12 avqust 2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən 25,1 kv.m hissəsi X4 0,003 ha torpaq sahəsinin sənəddə göstəri lmiş koordinatları elektron məlumat bazasında müəyyən edilmişdir.

39. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Yevlax Ərazi İdarəsi tərəfindən 20 may 2022-ci il tarixdə verilmiş **********12-06301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Cavabdeh1 verilmiş və Cavabdeh1 tərəfindən 12 avqust 2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən 25,1 kv.m hissəsi X4 0,003 ha torpaq sahəsinin baza məlumatlarında koordinatları müəyyən edilmiş, həmçinin iddiaçının cavabdehə məxsus olduğunu bildirdiyi və naturada göstərdiyi torpaq sahəsinin ölçüləri müəyyən edilmişdir. (Cavabdehin iştirakı təmin edilməmişdir).

40. İddiaçının mülkiyyətində olan torpaq sahəsi sənəd üzrə, həmçinin naturada faktik i istifadə vəziyyətinə görə cavabdehlərə məxsus torpaq sahələri ilə 26.3 kv.metr hissədə üst-üstə düşür. (Cavabdehlərə məxsus torpaq sahəsi tikinti altında yerləşir). Əlavə olaraq bildiririk ki, qeyd olunan məlumatlar cavabdehlərə məxsus torpaq sahələri ilə bağlı hazırlanmış ilkin sənədlərində olan texniki qüsurlar (koordinat sürüşməsi) aradan qaldırıldıqdan sonra üst-üstə düşmə müəyyən edilmişdir.

41. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 mülkiyyətlərinə verilmiş Yevlax şəhəri H.Əliyev prospekti 59-da yerləşən 0,1298 hektar torpaq sahəsinin 9.3 kv.m hissəsi Cavabdeh1 tərəfindən, 17 kv.m hissəsi isə Cavabdeh2 tərəfindən istifadə edilir və tikinti işləri aparılmışdır.

42. İddiaçılara aid olan və cavabdehlər tərəfindən naturada istifadə olunan torpaq sahəsinin döngə nöqtələri, koordina tları, sahəsi və yerləşmə vəziyyəti mütəxəssislər tərəfindən tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. Qeyd: ilkin ekspertiza ilə təkrar ekspertizanın nəticələri arasında yaranmış ziddiyətin səbəbi 17 saylı Yevlax Ərazi İdarəsinin mütəxəssilərinin tərtib etdiyi mütəxəssis rəylərinin fərqli olmasıdır.

43. Məhkəmə kollegiyası qeyd edir ki, təkrar məhkəmə tikinti-texniki ekspertizasına dair Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 20 fevral 2024-cü il tarixli, 3-1616/2-10/8721 nömrəli ekpsert rəyi ilə iddiaçıların mülkiyyətində olan torpaq sahəsinin sənəd üzrə, həmçinin naturada faktiki istifadə vəziyyətinə görə cavabdehlərə məxsus torpaq sahələri ilə 26.3 kv.metr hissədə üst-üstə düşməsi, üst-üstə düşən torpağın 9.3 kv.m hissəsinin Cavabdeh1 tərəfindən, 17 kv.m hissəsi isə Cavabdeh2 tərəfindən istifadə edilməsi müəyyən edilmişdir.

44. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçılara aid torpaq sahəsi ilə onların cavabdehlərə aid olduğunu göstərdikləri 0,003 ha və 0,0042 ha torpaq sahələrinin hər birinə münasibətdə ayrıca hüquqmüəyyənedici sənədlər verilmişdir. İddiaçıların mülkiyyətində olan torpaq sahəsi ilə 0,003 ha və 0,0042 ha torpaq sahələrinə münasibətdə verilmiş hüquqmüəyyənedici sənədlər eyni hüquqi qüvvəyə malik olmaqla onlardan birinin digərinə münasibətdə üstünlüyü mövcud deyildir. Yəni sənəd üzrə üst-üstə düşən hissə yalnız iddiaçıların deyil, həmçinin adlarına sənəd verilmiş şəxslərin də mülkiyyətlərinə rəsmiləşdirilmişdir.

45. Bu halda ilk öncə üst-üstə düşən hissədə aparılmış qeydiyyatlardan hansının yanlış olması mübahisələndirilməklə həmin məsə ləyə aydınlıq gətirilməli, bundan sonra kim tərəfindən zəbtin həyata keçirilməsi aydınlaşdırılmalıdır. Üst-üstə düşən 9.3 kv.m və 17 kv.m olmaqla cəmi 26.3 kv.metr hissədən əlavə iddiaçılara məxsus torpaq sahəsinin hər hansı bir hissəsinin cavabdehlər tərəfindən zəbt edilməsi halı müəyyən edilməməklə yanaşı iddiaçılar tərəfindən buna dair əlavə bir sübut da təqdim edilməmişdir.

46. Apellyasiya instansiya məhkəməsi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 26 sentyabr 2023-cü il tarixli, 10/6885 nömrəli ekpsert rəyini əsaslı hesab etməməsi səbəbli təkrar məhkəmə tikinti texniki ekspertizası təyin edildiyindən, 26 sentyabr 2023-cü il tarixli, 10/6885 nömrəli ekpsert rəyini iş üzrə mötəbər sübut qismində qəbul etmir və təkrar məhkəmə tikinti-texniki ekspertizasına dair Məhkəmə Eksperti zası Mərkəzi tərəfindən verilmiş 20 fevral 2024-cü il tarixli, 3-16-16/2-10/8721 nömrəli ekpsert rəyini iş üzrə mötəbər sübut kimi qəbul edir.

47. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsində məhkəmə araşdırması zamanı alınmış Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli rəyində iddiaçıların mülkiyyətində olan 0,1298 hektar torpaq sahəsinin 0,003 ha və 0,0042 ha torpaq sahələrinin hər hansı bir hissəsi ilə üst-üstə düşməsi halının müəyyən edilməməsi məsələsinə münasibətdə qeyd edir ki, birinci instansiya məhkəməsinin 28 oktyabr 2022-ci il tarixli qərardadı ilə mütəxəssis qarşısında 0,003 ha və 0,0042 ha torpaq sahələrinin sənəd üzrə koordinatlarının və naturada ölçülərinin müəyyən edilməsinə d air hər hansı bir sualın qoyulmadığı müəyyən edilmişdir. Bu baxımdan məhkəmə kollegiyası Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 17 saylı Yevlax ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli rəyi ilə təkrar məhkəmə tikinti-texniki ekspertizasına dair Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 20 fevral 2024-cü il tarixli, 3-16-16/2-10/8721 nömrəli ekpsert rəyinin, həmçinin 20 fevral 2024-cü il tarixli ekspertiza rəyinin verilməsi üçün əsas olmuş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinin 01 dekabr 2023-cü il tarixli mütəxəssis rəyinin bir-birinə zidd rəylər kimi qəbul edilməsini doğru hesab etmir.

48. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, təkrar məhkəmə tikintitexniki ekspertizasına dair Məhkəm ə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 20 fevral 2024-cü il tarixli, 3-16-16/2-10/8721 nömrəli ekpsert rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, həmin rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir, iddiaçılar bununla bağlı sübutlar təqdim etməmişlər. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş 20 fevral 2024-cü il tarixli, 3-16-16/2-10/8721 nömrəli ekpsert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.

49. Apellyasiya instansiya məhkəməsi apellyasiya şikayətinin məhkəmənin Ofelya Asalanovanın özünə məxsus torpaq sahəsini alqı-satqı nəticəsində özgəsinə özgəninkiləşdir diyi üçün cavabdeh hesab oluna bilməməsinə dair mövqeyinin əsassız olmasına dair dəlilinə münasibət bildirərək qeyd edir ki, işdə olan X9 ilə (satıcı) X15 (alıcı) arasında bağlanmış AN-İ seriyalı ******* №li, 12 avqust 2022-ci il tarixli alğı-satqı müqaviləsindən görünür ki, satıcı ƏMDK yanında DƏDRX-nin Yevlax Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə X6 verilmiş **********12-06301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Yevlax şəhəri H.Əliyev prospekti 61/5 ünvanında yerləşən, tam mülkiyyət üzrə 25,1 kv/m olan qeyri yaşayış binasını və tam mülkiyyət üzrə 0.003 ha olan torpaq sahəsini alıcıya satmışdır.

50. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, X6 məxsus tikilinin və onun yerləşdiyi torpaq sahəsinin X3 işdə olan alqı-satqı müq aviləsi əsasında müəyyən edildiyi halda iddiaçılara məxsus torpaq sahəsinin hər hansı bir hissəsinin X9 tərəfindən zəbt edilməsinə dair iddiaçılar tərəfindən əlavə bir sübut təqdim edilməmişdir.

51. Apellyasiya instansiya məhkəməsi apellyasiya şikayətinin məhkəmə tərəfindən qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin, maddi və prosessual hüquq normaların tələblərinin pozulmasına dair dəlillərini də əsaslı hesab etməyərək qeyd etmişdir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstəril ənlər əsassızdır, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin iddiaçıların apellyasiya şikayətinə münasibətdə ləğv edilməsi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçıların apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.

52. Məhkəmə kollegiyası mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 13,29-cu; Mülki Məcəlləsinin 152.1. 152.2, 152.3, 152.4, 152.5, 157.2-ci; Torpaq Məcəlləsinin 82, 84, 111-ci; Mülki Prosessual Məcəlləsinin 4.1,9.1, 9.3, 14.2, 77.1, 88, 119.1, 217.1, 217.3, 217.4, 218.1, 372.1, 372.6, 372.7, 382, 384, 385.2, 392, 393 və 404407-ci maddələrinə və Azərbaycan Respublikası Konstit usiya Məhkəməsinin Plenumunun «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006cı il tarixli Qərarına istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

53. İddiaçılar (Vəkil2) kassasiya şikayəti verərək, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(107)-46/2024 saylı Qətnaməsinin tamamilə ləğv edilməsi və iddia tələblərinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini əsiniz.

54. Şikayət onunla əsaslandırılmışdır ki, işə baxan apellyasiya məhkəməsi qətnaməsini əsaslandırmaq üçün heç bir qanuna, maddi hüquq normasına istinad etməmişdir. Bu səbəbdən tətbiq edilməli olan, la kin tətbiq edilməmiş maddi hüquq normalarını qeyd edirik. İş materiallarında olan tərəflərindən təqdim edilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** №-li çıxarışa əsasən Yevlax şəhəri, H.Əliyev prospekti 59-da yerləşən 0,1298 ha ibarət torpaq sahəsi iddiaçıların paylı mülkiyyətindədir. Həmin torpaq sahəsi Yevlax şəhəri 1 saylı bazarın filialına aid olmuş, həmin qeyri-yaşayış sahəsi xx.xx.2004-cü ildə, altında yerləşən qeyd olunan torpaq sahəsi isə xx.xx.2007-ci ildə atamız X16 tərəfindən özəlləşdirilmişdir. İddiaçılar onun vərəsələridirlərvə vərəsəlik qaydasında həmin torpaq sahəsi mülkiyyətilərinə keçmişdir. Lakin, cavabdehlər konstitusion hüquqlarını pozaraq xüsusi mülkiyyətlərində olan torpaq sahəsini qanunsuz zəbt etmişlər və onlara məxsu s torpaq sahəsində özbaşına tikililər inşa etməklə istifadə edirlər. Birinci instansiya və apellyasiya instansiyası məhkəmələri iddia tələblərinin rədd edilməsi ilə bağlı qətnamə qəbul edərək ali qanun hesab edilən Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin tələblərini kobud şəkildə pozmuşdur. Hazırki mülki işdə sözügedən normanın tətbiqində belə nəticəyə gəlmək olar ki, dövlətin adından çıxış edən məhkəmələr elə qətnamələr və digər məhkəmə aktları qəbul etməlidirlər ki, qəbul edilmiş məhkəmə aktları mülkiyyət hüququnun qorumasına və pozulmuş hüququn bərpasına təminat versin. Göründüyü kimi, birinci instansiya buraxdığı səhvi apellyasiya instansiyası məhkəməsi təkrarlayaraq pozulmuş mülkiyyət hüquqlarının bərpası məqsədi ilə iddia tələblərini təmin etməli olduğu halda bu nu etməmişdir və nəticədə ali qanunun tələblərinə zidd qətnamə qəbul etmişdir. Cavabdehlərin onların mülkiyyətlərində olan torpaq sahəsinin 26.5 kv.m olan hissəsindən özbaşına istifadə etməsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinin xx.xx.2022- ci il tarixli mütəxəssis rəyində öz əksini tapmışdır. Bundan sonra apellyasiya instansiyasında iş araşdırılarkən apellyasiya baxışı zamanı mübahisəyə aydınlıq gətirmək üçün bu sahədə ixtisaslaşmış "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə müqavilə bağlamış və qeyd edilən mübahisə barədə mütəxəssis rəyi alaraq məhkəməyə təqdim etmişlər. Apellyasiya instansiyası ümumiyyətlə bu rəyə münasibət bildirməmiş və torp aq sahəsinin zəbt edilməsi ilə bağlı sübutlar təqdim etmədiklərini bildirmişdir. Halbuki, mütəxəssis tərəfindən verilmiş həmin rəyə əsasən cavabdehlərə məxsus torpaq sahəsi koordinatlara əsasən naturada öz yerində deyil. Məhkəmə ümumiyyətlə bu rəylə əhatə olunan sübutlara heç bir hüquqi qiymət verməmişdir. Ən başlıcası, cavabdehlərə məxsus torpaq sahələrinin plan və ölçüləri iş materiallarına əlavə edilməmişdir. Halbuki, torpaq mübahisələri üzrə obyektiv nəticəyə gəlmək üçün bu vacib əhəmiyyət kəsb edir. Sual olunur məhkəmə iş materiallarında mübahisə tərəfinin torpaq sahəsinə dair sübutlar(sənədlər) olmadığı halda necə rəy verilir və bu rəy obyektiv və legitim sübut sayıla bilərmi? Belə ziddiyyətli rəyi verən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət X idməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinin mütəxəssisləri ilkin verdikləri rəydən doğan məsuliyyətdən yayınmaq üçün özləri də etiraf edirlər ki, cavabdehlərə məxsus torpaq sənədlərində texniki qüsurlar olmuş və həmin qüsurları aradan qaldırmaq üçün koordinatları üst-üstə işləmişlər. Çox təəssüf ki, işə baxan hakimlər bu yarımçıq mütəxəssis rəyinə inanaraq nəzərə almamışlar ki, elektron məlumat bazasında olan xəritə üzərində(DWG) koordinatların bir-birinin üzərinə düşməsi mümkün deyildir. Başqa sözlə, apellyasiya məhkəməsinin eyni torpaq sahəsinin iş üzrə hər iki tərəfin mülkiyyəti kimi rəsmiləşdirilməsi barədə gəldiyi nəticə absurd və əsassızdır. Başqa sözlə, cavabdehlərin bu qanunsuz hərəkətləri nəticəsində mülkiyyətlərində ola n torpaq sahəsinə sahiblik və istifadə etmək, torpaq sahəsinə dair sərəncam vermək hüquqları pozulmuşdur. Eyni zamanda, məhkəmə tərəfindən iddia tələblərinin rədd edilməsi Azərbaycan Respublikasının Mülki və Torpaq Məcəllələrinin qeyd olunan maddələrinin tələblərinin pozulmasına gətirib çıxartmışdır. Nəticə etibarı ilə, məhkəmənin qəbul etdiyi qətnamə mülkiyyətlərində olan torpaq sahələrinə öz istədikləri kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüquqlarını pozmuşdur. Halbuki, istinad olunan maddi hüquq normalarının tələblərindən də göründüyü kimi özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tik intiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Orada tikilmiş bina və qurğular maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. İstinad olunan maddi hüququ normalarından da göründüyü kimi mülkiyyət hüququ hər bir mülkiyyətçiyə münasibətdə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.

55. Məhkəmə qətnaməsi qanuni və əsaslı olmalıdır. Bizim halda isə bunun əksidir burada hər-hansı qanuni və əsaslı qətnamədən bəhs etmək olmaz. Məhkəmə qətnaməsi tamamilə qanunsuz və əsassızdır. Məhkəmədə sübutlar və faktlarla əsaslandırmağa çalışsaq da ki, iş üçün əhəmiyyətli təqdim etdikləri sübutları araşdırmamış, məhkəmə öz mövqeyində qalaraq qanunu səhv təfsir edərək ədalətsiz və qanunsuz qərar qəbul etmişdir. Yuxarıda qeyd olunduğu kimi işə baxan apellyasiya məhkəməsi qətnaməsini əsaslandırmaq üçün heç bir qanuna, maddi hüquq normasına istinad etməmişdir. Hesab edirik ki, təkcə bu faktın özü məhkəmə qətnaməsinin ləğvi üçün kifayətdir.Cavabdehlər onlara məxsus torpaq sahələrinin plan və ölçülərini sübut olaraq iş materiallarına əlavə etməmişdir. Daha dəqiqi edə bilməmişlər. Halbuki, torpaq mübahisələri üzrə obyektiv nəticəyə gəlmək üçün bu vacib əhəmiyyət kəsb edir. Başqa sözlə, torpaq sahəsinin dəqiq yeri yalnız onun koordinatlarını özündə əks etdirən planı və ölçüsü ilə müəyyən oluna bilər. Ona görə də hesab edirik ki, məhkəmə iş materiallarında mübahisə tərəfinin torpaq sahəsinə dair sübutlar(sənədlər) olmadığı halda verilmiş rəy obyektiv və legitim sübut sayıla bilməz..

56. Məhkəmə hüququn tətbiq edilməsində səhv buraxaraq iş materiallarında olan sübutlardan müstəqil ekspert rəyi ilə digər rəylər arasında kəskin ziddiyyət olmasına baxmayaraq sübutların araşdırılmasını təmin etməyərək qanunu səhv təfsir etmiş və nəticədə ədalətsiz qətnamə qəbul edilmişdir.

57. Kassasiya şikayəti Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü; Mülki Məcəllənin 152.1. 152.2, 152.3, 157.2-ci; Torpaq Məcəlləsinin 82, 84, 111-ci; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1, 81, 217.1, 217.4, 386, 392.1.5-ci maddələrinə və AR Ali Məhkəməsinin plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.2005-ci il tarixli, 4 saylı qərarının 6.5-ci bəndinə istinadla əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

58. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tət biq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası

59. Maddə

13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

60. Maddə

29. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

61. Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

62. Maddə 152.2. Sahiblik hüququ-əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

63. Maddə 152.3. İstifadə hüququ- əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər..

64. Maddə 152.4. Sərəncam hüququ-əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

65. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahi bliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

66. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsi:

67. Maddə

82. Torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri başqa torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarını pozmamalıdırlar.

68. Maddə

84. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.

69. Maddə

111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyati üzrə geri qaytarılmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu

70. Maddə 10.1. Hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. …

71. Maddə 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: … 1 0.2.2. torpaq sahəsinin planı və ölçüsü; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

72. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

73. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

74. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

75. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

76. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

77. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

78. Maddə 417.1. Kassasiya məhkəməsi işə baxarkən:... 417.1.3. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər;

79. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

80. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

81. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında ol an, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

82. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

83. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin kassasiya şikayəti qismən təmin edilməli, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının “27” mart 2024-cü il tarixli 2(107)-46/2024 saylı qətnaməsi ləğv edilməklə iş yenidən baxılmaq üçün apelly asiya instansiyası məhkəməsinə göndərilməlidir.

84. Belə ki, hazırkı mülki iş iddiaçıların apellyasiya şikayəti əsasında apellyasiya instansiyası məhkəməsinin icraatında olarkən iddiaçılar tərəfindən iş üzrə mübahisənin predmeti ilə əlaqəli "xxxx" MMC-nin 17 avqust 2023-cü il tarixli rəyini məhkəməyə təqdim etmişlər.Lakin apellyasiya məhkəməsi tərəfindən ümumiyyətlə həmin rəyə münasibət bildirilməmişdir.

85. Digər tərəfdən apellyasiya instansiyası məhkəməsinin tərəfindən mötəbər sübut kimi qəbul edilən təkrar məhkəmə tikinti-texniki ekspertizasına dair Məhkəmə Ekspertizası Mərkəzinin 20 fevral 2024-cü il tarixli, 3-16-16/2-10/8721 nömrəli ekpsert rəyinin verilməsi üçün əsas götürülmüş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti DƏDKR publik hüq uqi şəxsin 01 dekabr 2023-cü il tarixli rəyi ilə Şəki Apellyasiya Məhkəməsinə göndərilmiş mütəxəssis rəyi ilə təsdiq edilir ki, həmin rəy “Torpaqların elektron kadastr uçotu informasiya sistemi” nə əsasən hazırlanmışdır. Lakin işə baxan apellyasiya instansiyası məhkəməsi torpaqların elektron uşotu sistemində iddiaçıların mülkiyyətində olan torpaq sahəsinin cavabdehlərə məxsus torpaq sahələri ilə 26.3 kv.metr hissədə üst-üstə düşməsini kifayət qədər araşdırıb əsaslandıra bilməmişdir.Elektron sistemdə eyni torpaq sahəsinin bir neçə şəxsin mülkiyyəti kimi qeydə alınması ağlabatan görünmür.

86. Həmçinin təkrar məhkəmə tikinti-texniki ekspertizasına dair Məhkəmə Ekspertizası Mərkəzinin 20 fevral 2024-cü il tarixli, 3-16-16/2-10/8721 nömrəli ekspert rəyində qeyd edilmişdir ki (6-cı sual üzrə) iddiaçılar İddiaçı1 İddiaçı2 və İddiaçı3 mülkiyyətinə verilmiş Yevlax şəhəri, H.Əliyev prospekti 59-da yerləşən 0,1298 ha torpaq sahəsinin 9.3 kv.m hissəsi Cavabdeh1 tərəfindən, 17 kv.m hissəsi isə Cavabdeh2 tərəfindən istifadə edilir və tikinti işləri aparılmışdır. Apellyasiya instansiyası məhkəməsi araşdırıb hüquqi qiymət verməmişdir ki, əgər torpaq sahələri üst-üstə düşürsə nəyə görə rəyin həmin bəndində sadəcə “iddiaçılar İddiaçı1 İddiaçı2 və İddiaçı3 mülkiyyətinə verilmiş” ifadəsindən istifadə olunub. Axı apellyasiya instansiyası məhkəməsnin qənaətinə görə sənəd üzrə üst-üstə düşən hissə yalnız iddiaçıların deyil, həmçinin adlarına sənəd verilmiş şəxslərin də mülkiyyətlərinə rəsmiləşdirilib.

87. İş materiallarında cavabdehlərin mülkiyyətinə verilmiş torpaq sahələrinin plan ölçüsü yoxd ur.Əslində torpaq sahələrinin yeri və koordinatlarını göstərən ilkin sənəd plan ölçüdür.Birinci instansiya məhkəməsi həmin sənədin iş materiallarına əlavə edilməsi üçün prosessual qanunvericilikdə nəzərdə tutulmuş tədbirləri tam görməmiş, apellyasiya instansiyası məhkəməsi isə birinci instansiya məhkəməsinin səhvini təkrarlamışdır.

88. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə gəldiyi nəticəsi qanuni və əsaslı sayıla bilməz.

89. Nəzərə alınmalıdır ki, məhkəmə aktlarının əsaslandırılmış olması iş üzrə tərəflərdə qəbul edilmiş qərarın qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətin ə olan etimadın möhkəmlənməsinə xidmət edir.

90. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının birinci bəndində qeyd edilir ki, məhkəmə qətnaməsi mülki və kommersiya mübahisələrindən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.

91. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan v ə mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2008-ci il tarixli qərarı).

92. Məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onun hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenum unun 31 may 2006-cı il tarixli qərarı).

93. Kraska İsveçrəyə qarşı iş üzrə qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı, «məhkəmə» üçün öz qərarına aid olub-olmamasına qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır (xx.xx.1993, §30).

94. Ona görə də kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, araşdırılan sübutlara Azərbaycan Re spublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir.

95. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 tərəfindən verilmiş kasasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının “27” mart 2024-cü il tarixli 2(107)-46/2024 saylı qətnaməsi ləğv edilsin. İş yenidən baxılmaq üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar