Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2531/2024 01.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh2ə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmək müqaviləsinə xitam verilməsinə dair əmrin ləğvi (işə bərpa tələbi), ƏMin 7*-ci maddəsinin “ç” bəndində nəzərdə tutulmuş əsaslarla, işçi əmək vəzifələrini kobud şəkildə pozduğuna görə, məcburi işə buraxmaya görə əmək haqqının ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh2ə qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma günləri üçün əmək haqqının ödənilməsi tələb inə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(1*7)-369/2*24 nömrəli, 3 aprel 2*24-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 1 oktyabr 2*24-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi X7 Təhsil İdarəsi Ağdaş rayonu üzrə Təhsil Sektoru Ağdaş şəhəri Bəkir Nəbiyev adına 3 nömrəli şəhər tam orta məktəbində (bundan sonra – Məktəb və ya cavabdeh) fiziki tərbiyə müəllimi işləmişdir.
2. Məktəbin *3.12.2*22-ci il tarixli *2 saylı Pedaqoji Şurasının protokolundan Çıxarışa əsasən iclasda iştirak etmiş şəxslərin çıxışları və məlumatları dinlənilmiş, Pedaqoji Şura məktəbin fiziki tərbiyə müəllimi İddiaçı hərəkətl əri yüksək müəllim adına ləkə yaxdığı üçün onun tutduğu vəzifədən azad edilməsinə razılıq verilməsi üçün Məktəbin İlk Həmkarlar Komitəsinin sədrindən xahiş edilməsi qərara alınmışdır.
3. Məktəbdə məktəb rəhbərliyinin və digər işçilərin iştirakı ilə 3*.*5.2*23-cü il tarixdə Pedaqoji Şuranın iclası keçirilmiş, *7 nömrəli iclas protokolundan Çıxarışa əsasən Ağdaş rayon Polis şöbəsinin İstintaq bölməsinin rəisi İbrahim Nəcəfli tərəfindən Məktəbin müəllimi İddiaçı öz vəzifə öhdəliklərinin icrası zamanı yol verdiyi hüquqi pozuntular barədə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin X7 Təhsil İdarəsinə ünvanlanmış 26.*4.2*23-cü il tarixli, 13/3xx-xx/21129/2*23 nömrəli təqdimatı müzakirə olunmuşdur. İddiaçı şagirdlərlə “Whatsapp” sosial şəbəkəsi vasitələri yazışması qəbul olunmaz hal olduğ u bildirilmişdir. İddiaçı məktəbin müəllimliyindən azad edilməsinə razılıq verilməsi üçün Məktəbin İlk Həmkarlar Komitəsinə müraciət edilmişdir.
4. Məktəbin İlk Həmkarlar Komitəsinin 31.*5.2*23-cü il tarixli, *6 nömrəli iclas protokolundan Çıxarışa əsasən İddiaçı 31.*5.2*23-cü il tarixdən məktəbin fiziki tərbiyə müəllimliyindən azad edilməsi və onunla bağlanmış müddətsiz əmək müqaviləsinə xitam verilməsinə razılıq verilməsi qərara alınmışdır.
5. Məktəb üzrə fəaliyyət göstərən şəxslər tərəfindən tərtib edilmiş 31.*5.2*23-cü il tarixli akta əsasən 31.*5.2*23-cü il tarixdə Ağdaş rayon Polis şöbəsinin İstintaq bölməsinin rəisi İ.Nəcəfli tərəfindən X7 Təhsil İdarəsinə göndərilmiş 26.*4.2*23-cü il tarixli 13/31362/2-11239/2*23 nömrəli təqdimatda qeyd olunan hüquq pozuntuları ilə əlaqədar Məktəbi n direktoru Nümayəndə1 Məktəbin fiziki tərbiyə müəllimi İddiaçı izahat verməyi tələb etmiş, İddiaçı isə bununla bağlı heç bir izahat verməyəcəyini bildirmişdir.
6. Məktəb tərəfindən verilmiş 31.*5.2*23-cü il tarixli, 115 nömrəli əmrə əsasən Məktəbin fiziki tərbiyə müəllimi İddiaçıla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 7*-ci maddəsinin “ç” bəndinə əsasən (işçi özünün əmək funksiyalarını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi) 31.*5.2*23-cü il tarixdən xitam verilməsi, son haqq-hesabının ödənilməsi, tədris işləri üzrə direktor müavini X1 İddiaçı üzərində olan dərs saatlarını *1.*6.2*23-cü il tarixdən digər fiziki tərbiyə müəllimləri tərəfindən əvəz olunmasının təmin edilməsinin tapşırılması, əmək kitabçası və əmrin surətinin İddiaçı verilməsi, əmrin nüsxəsinin X7 Təhsil İdarəsinə və Ağdaş rayonu üzrə Təhsil Sektoruna təqdim edilməsi əmr edilmişdir.
7. Məktəb üzrə fəaliyyət göstərən şəxslər tərəfindən tərtib edilmiş 31.*5.2*23-cü il tarixli akta əsasən 31.*5.2*23-cü il tarixdə İddiaçıla bağlanmış əmək müqaviləsinə 31.*5.2*23-cü il tarixdən xitam verilməsi barədə 115 nömrəli əmri Məktəbin direktoru tərəfindən fiziki və tərbiyə müəllimi İddiaçı elan edilərək, ona qeyd olunan əmrin surətini və əmək kitabçasını qəbul etməsi təklif edilmişdir. İddiaçı əmrin surətini və əmək kitabçasını qəbul etməkdən imtina etmişdir.
8. Məktəb tərəfindən İddiaçı ünvanlanmış 13.*6.2*23-cü il tarixli, 22 nömrəli məktuba əsasən İddiaçı *8.*6.2*23-cü il tarixdə "xxxx" MMC vasitəsilə 4*394*3*3 nömrəli məxaric qəbzi ilə əmək müqaviləsinə xitam verilməsi barəsində olan əmri və əmək kitabçasını götürmək üçün müraciət olunmuşdur. Lakin, bu günə kimi o, məktəbdən əmək kitabçasını və əmri götürməmişdir. 13.*6.2*23-cü il tarixdə işdən azad olunması barədə əmrin surəti, əmək müqaviləsinə xitam verilməsi haqqında elektron əmək müqaviləsinin ona göndərilməsi barədə məlumat verilmişdir. Əmək kitabçasını məktəbə gələrək götürməsi qeyd edilmişdir.
9. İddiaçı tərəfindən yazılmış və imzası ilə təsdiqlənmiş əlyazmaya əsasən İddiaçı 24.*6.2*23-cü il tarixdə saat 11:**-da Məktəbin direktoru Nümayəndə1 əmək kitabçasını götürmüşdür.
10. Məktəb üzrə 158 saylı, 31.*8.2*23-cü il tarixli əmək müqaviləsinin müddətinin uzadılmasına dair əmrə əsasən Nümayəndə1 31.*8.2*23-cü il tarixdən 29.12.2*23-cü il tarixədək 3 nömrəli şəhər tam orta məktəbin direktoru vəzifəsinə təyin edilmişdi r.
11. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin X7 Təhsil İdarəsi tərəfindən verilmiş 21.*9.2*23-cü il tarixli, 329-4*/2-1*39/2*23 saylı məktubuna əsasən Məktəbin fiziki tərbiyə müəllimi İddiaçı məktəb direktorunun 31.*5.2*23-cü il tarixli 115 №-li əmri ilə tutduğu vəzifədən azad edilmiş və ona 1398,*3 manat son haqq-hesab ödənilmişdir.
12. Ağdaş rayon Polis şöbəsinin İstintaq bölməsinin müstəntiqinin 24.*9.2*23-cü il tarixli cinayət işinin başlanmasının rədd olunması haqqında qərarı ilə İddiaçı əməllərində cinayət tərkibi olmadığından cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
13. İddiaçı (bundan sonra – iddiaçı) Məktəbə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Məktəb tərəfindən verilmiş 31.*5.2*23-cü il tarixli, 115 nömrəli əmrin ləğv olunması, yenidən işə bərpa olunması və məcburi işburaxma günləri üçün ödənilməmiş əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, Məktəbdə işlədiyi dövr ərzində heç bir nöqsana yol verməmiş və ən yüngül intizam tədbiri olan xəbərdarlıq da almamışdır. Lakin 2*22-ci ildən etibarən ona qarşı dərs dediyi şagirdlərdən birinin valideyni tərəfindən qarayaxma kampaniyası başlanılmış və bu barədə müxtəlif dövlət orqanlarına, o, cümlədən hüquq mühafizə orqanlarına həmin valideyn tərəfindən müraciətlər olmuşdur. Həmin müraciət əsasında toplanmış materiala hüquqi qiymət verilərək cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Məktəbdə işlədiyi müddətdə hər zaman vəzifə öhdəliklərini ləyaqətlə yerinə yetirərək müəssisənin maraqlarına xidmət etməyə çalışmışdır. Ancaq 31.*5.2*23-cü il tarixində Məktəbin direktoru Nümayəndə1 tərəfindən qanunsuz və əsassız olaraq verilən 115 nömrəli əmrlə işdən azad olunmuşdur. 15 ildən artıq müddətdir ki, Məktəbdə çalışmışdır. Onun işdən azad olmağı barədə qəbul edilən 115 nömrəli əmrin heç bir hüquqi əsası olmamış, tamamilə qərəzli olaraq qəbul edilmişdir. İşdən azad olunmamışdan öncə hər hansı vəzifə öhdəliyini pozmağı ilə bağlı olaraq ona heç bir xəbərdarlıq edilməmiş, işdən azad olunmağını isə barəsində qəbul edilən əmrdən sonra öyrənmişdir. Bundan başqa Əmək Məcəlləsinin 7*-ci maddəsinin “ç” bəndində göstərilən hallar yalnız sübut olunduqda işəgötürən tərəfindən işçi ilə bağlanmış əmək müqaviləsinə xitam verə bilər. Yuxarıda göstərdiyi xüsusatlar, həmçinin işdən azad olunmağı barədə qəbul edilmiş əmri sonradan öyrənməyi Məktəb ilə aralarında bağlanmış əmək müqaviləsinə qərəzli olaraq xitam verilməsinin bariz sübutu olmuşdur. Bununla da onun konstitusion hüquqları kobud şəkildə pozulmuşdur.
15. Məktəbin nümayəndəsi (direktor) Nümayəndə1 izahat verərək bildirmişdir ki, o, 31.*8.2*23-cü il tarixdə 158 nömrəli əmrlə Məktəbin direktoru vəzifəsinə təyin edilmişdir. Məktəbin rus bölməsinin X sinif şagirdi Sona Həsənovanın anası Şəbnəm Həsənova 28.*4.2*22-ci ildə onun iş otağına gələrək iddiaçının onun övladına qarşı əxlaqsız hərəkət etdiyini bildirərək, ona müraciət etmişdir. O da dərhal müavinlərini, məktəbi n psixoloqunu, UBT rəhbərini, iddiaçını, uzun müddət rayonun təhsil müəssisələrində çalışmış onun dayısı Ağaməmməd müəllimi, İX sinif şagirdi Sona Həsənovanı və anası Şəbnəm Həsənovanı otağa dəvət etmişdir. Şəbnəm Həsənova bildirmişdir ki, iddiaçı onun qızına dəfələrlə “gəl sevgili olaq”, “sənin bütün problemlərini həll edəcəm” deyərək, onu narahat etmiş, idman zalının geyim otağında ona qarşı zorakılıq edərək qucaqlayaraq öpmüş və digər müəllim adına yaraşmayan əxlaqsız hərəkətlər etmişdir. Müzakirə zamanı iddiaçı bu faktı etiraf etməsə də, işdən gedəcəyini bildirmişdir. Dayısı Ağaməmməd müəllim “Vətən müharibəsi qəhrəmanı” olan Gündüz Səfərlinin atası olduğunu bildirərək, Şəbnəm Həsənovadan bacısı oğlunun bağışlanmasını xahiş etmişdir. Şəbnəm Həsənova iddiaçının məktəbdən getməsini təl əb etmiş və qeyd etmişdir ki, qızı psixoloji gərginlik keçirmiş, əsəbindən dayanmadan əl barmaqlarını dişləmişdir. Məsələ ilə əlaqədar o, Ağdaş rayonu üzrə Təhsil Sektorunun müdirini məlumatlandırmış və müdir X7 Təhsil İdarəsinə məlumat vermişdir. X7 Təhsil İdarəsinin hüquq sektorunun müdiri onu, iki müavinini, psixoloqu, UBT rəhbərini, texnologiya müəllimini, Sona Həsənovanın sinif rəhbərini və iddiaçını qəbul edərək izahatlarını almışdır. Eyni zamanda Ağdaş rayon prokurorluğunun böyük müstəntiqi, İİ dərəcəli hüquqşünas X2 ondan və iddiaçıdan izahat almış və rayon prokuroru Anar müəllim onu qəbul edərək, bu məsələnin xoşagəlməz hal olduğunu qeyd edərək, tədbir görülməsini tapşırmışdır. Rayon polis şöbəsinin İstintaq bölməsinin müstəntiqi, polis baş leytenantı Afiq Abuşov onu, iki müavinin i, psixoloqu, rus bölməsinin İX sinfinin bir neçə şagirdini çağıraraq iş otağında şagirdlərin valideynlərinin iştirakı ilə izahatlarını almışdır. Onu sonradan polis idarəsinin İstintaq bölməsinin rəisi, polis kapitanı İbrahim Nəcəfli qəbul etmiş və araşdırmanın nəticəsi X7 Təhsil İdarəsinə göndərilmişdir. İddiaçının fəaliyyətində yol verdiyi nöqsanlar Ağdaş rayon Polis şöbəsinin İstintaq bölməsinin rəisi polis kapitanı İbrahim Nəcəflinin təqdimatı əsasında 3*.*5.2*23-cü il tarixdə iddiaçının Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Kollegiyasının *6.11.2*14-cü il tarixli 1/2 nömrəli qərarı ilə təsdiq edilmiş “Müəllimlərin etik davranış qaydaları”nın 3.9, 3.1*, 3.15, 4.1.9, 6.1 maddələrini kobudcasına pozmuş olduğu və müəllim adına yaraşmayan hərəkətlərə yol verdiyi müəyyən olunar aq Pedaqoji Şurada müzakirə edilmiş, Məktəbin Pedaqoji Şurası onun tutduğu vəzifədən azad edilməsinə razılıq verməsi üçün Məktəbin İlk Həmkarlar Komitəsinə müraciət etmişdir. 31.*5.2*23-cü il tarixdə Məktəbin İlk Həmkarlar Komitəsinin *6 nömrəli iclas protokoluna əsasən onun işdən azad olunmasına razılıq verilmişdir. 31.*5.2*23-cü il tarixdə o, iddiaçının tutduğu vəzifədən azad olunması barədə əmr hazırlayaraq, onu iş otağına dəvət etmişdir. X3, Toğrul Abdullayev və katibə Elsanə Əhmədovanın iştirakı ilə iddiaçıya izahat verməyi, əmri və əmək kitabçasını götürməsini xahiş etmişdir. Eləcə də qeyd olunan vaxt iddiaçı bununla bağlı heç bir izahat verməyəcəyini bildirərək, onun işdən azad edilməsi barədə əmrin surətini və əmək kitabçasını qəbul etməkdən imtina etmişdir. Bu barədə aktlar tərtib edilmişdir. İddiaçı tutduğu vəzifəsindən azad edilməsi barədə əmrin surətini və əmək kitabçasını qəbul etməyi üçün *8.*6.2*23 və 13.*6.2*23-cü il tarixlərdə tərəfindən onun yaşadığı və qeydiyyatda olduğu ünvana rəsmi məktublar göndərilmişdir. Əlavə olaraq iddiaçıya telefonla zəng edərək əmri və əmək kitabçasını götürməsini və hüququnu müdafiə etməsini bildirmişdir. 24.*6.2*23-cü il tarixdə saat 11:**-da iddiaçı əmək kitabçasını və əmri ondan götürmüşdür. Bununla bağlı qeyd yazmışdır. Əmri və əmək kitabçasını aldıqdan 2* dəqiqə sonra iddiaçı geri qayıtmış və əmrin tarixini 31.*5.2*23-cü il yox, 24.*6.2*23-cü il tarixinin yazılmasını tələb etmişdir. Lakin, o, bunu etməkdən imtina etmişdir. İddiaçı əsəbiləşərək, əmək kitabçasını və əmri otaqda qoyaraq getmişdir. Sonradan bibisi oğlu Arif adı nda şəxs (övladı həmin Məktəbdə təhsil almışdır) gəlib sənədi istəmiş, o, isə Arifə bildirmişdir ki, ancaq sənədləri ona notariat qaydada təsdiqlənmiş sənəd gətirdikdən sonra təqdim edə bilər. Bundan sonra iddiaçı gəlib əmək kitabçasını götürmüşdür. İşdən azad edildikdən sonra iddiaçıya 1398,*3 manat son haqq-hesab ödənilmişdir. 2*22-ci ilin avqust ayında iddiaçı Şəbnəm Həsənovanın təkidini nəzərə alaraq o, müavini və rayon ağsaqqalı Şahmuradovlar ailəsinə yaxın olan Akif Mahmudovla iddiaçının yaşadığı ünvana gedərək, anası ilə görüşmüşlər və bu məsələnin geniş yayılmaması məqsədi ilə ondan qızını və gəlinini götürərək, Şəbnəm Həsənova ilə danışmağını xahiş etmişlər. İddiaçının anası isə heç bir danışığa getməyəcəyini bildirmişdir. İddiaçı hüququnun müdafiəsi üçün məhkəməyə 1 ay müddətində müraciət etməli olduğu halda, 31.*7.2*23-cü il tarixdə müraciət etmişdir və bununla da məhkəməyə müraciət etmək üçün iddia müddətini ötürmüşdür. Təhsil sistemində sentyabr ayının 15-də dərslər müəllimlər arasında bölünür və direktorla müəllim arasında tarifikasiya müqaviləsi bağlanır. İddiaçı bunları bilərəkdən məhkəmə prosesini gecikdirmişdir. Yeni 2*23-2*24-cü təhsil ili üçün məktəbdə fiziki tərbiyə müəlliminə ehtiyac olduğundan o, məktəbdə fiziki tərbiyə dərslərinin keçirilməsi üçün fiziki tərbiyə müəllimi üçün vakansiya vermişdir. 15.*9.2*23-cü il tarixdən müddətsiz müqavilə ilə yeni müəllim həmin dərsləri tədris etmişdir. İddiaçının cari tədris ilində məktəbə qayıtması məktəbin müəllim, valideyn və şagirdlərin narahatlığına səbəb olacağını və onun dərslə təmin olunması qeyri-mümkün olmasını qeyd etmişdir. İddiaçının ona qarşı hazırkı iddia ərizəsi tam əsassız olduğundan rədd edilməsini xahiş etmişdir.
16. İş üzrə tərəf olmayan Fərəcova-Həsənova Şəbnəm məhkəməyə teleqram ünvanlayaraq, iddiaçının iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Belə ki, onun qızı Həsənova Sona iddiaçının ona qarşı törətdiyi seksual xarakterli zorakılıq hərəkətlərinə görə 26.*9.2*22-ci il tarixdən *1.*6.2*23-cü il tarixədək məktəbə getməmişdir. Altıncı sinifdə ona qarşı törədilən bu cinayət əməllərinə görə qızı uzun müddətli psixoloji gərginlik keçirmiş, fiziki səhhətində də problemlər olmuş və təhsilindən qalmışdır. Bununla bağlı qeyd etmişdir ki, iddia üzrə o tərəf olmasa da, bilavasitə onun qızı Sonanın başına gələn hadisə ilə bağlı iddiaçı Ağdaş rayon prokurorluğu və polis şöbəsinin apardığı araşdırmalar nəticəsində Təhsil şöbəsinə göndərilən təqdimat əsasında işdən azad edilmişdir. İddiaçı işinə bərpa olunsa, bu pedofil tərəfindən seksual xarakterli zorakılığa məruz qalan qızı və digər şagirdlər təhlükəyə məruz qalacaqlar. Bu halda qızının təhsilinə davam etdirməsi mümkün olmayacaq, çünki iddiaçı işə davam etsə, qızı onu gördükdə psixoloji gərginlik və stress keçirdiyinə görə məktəbə gedə bilməyəcək, iddiaçını gördükdə özünü təhlükədə hiss edir və həmin proseslərin təkrar olunmasından qorxduğunu qeyd etmişdir.
17. Ağdaş Rayon Məhkəməsinin 2(*14)-1319/2*23 nömrəli iş üzrə 25 oktyabr 2*23cü il tarixli qətnaməsi ilə (hakim Cavid Sultanov) iddia təmin edilməmişdir.
18. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının işdən azad olunmasının hü quqi əsası Pedaqoji Şuranın 3*.*5.2*23-cü il tarixli iclasında (həmin protokol hazırda qüvvədədir) öz təsdiqini tapmış iddiaçının yüksək müəllim adına ləkə gətirən davranışı olmuşdur. Eyni zamanda, İlk Həmkarlar Komitəsinin 31.*5.2*23-cü il tarixli iclas protokolu (hazırda qüvvədədir) ilə də müəyyən edilmişdir ki, iddiaçı vəzifə öhdəliklərinin icrası zamanı əxlaqsız hərəkətlərə yol vermişdir. Bundan başqa, iddiaçının hərəkətləri ilə bağlı istintaq orqanı araşdırma apararaq cinayət işinin başlanmasının rədd olunmasına dair nəticəyə gəlsə də, iddiaçının əmək intizamını pozması qənaətinə gələrək, bu barədə müvafiq təqdimatla müraciət etmişdir. İddia tələbi əsassız olduğundan təmin edilməməlidir.
19. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7*-ci maddəsinə, Azərbaycan Respub likası Təhsil Nazirliyinin Kollegiyasının 2*14-cü il 6 noyabr tarixli, 1/2 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müəllimlərin etik davranış Qaydaları”na istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
20. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
21. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, Əmək Məcəlləsinin 7*-ci maddəsinin “ç” bəndinə əsasən ona görə işdən azad edilmişdir ki, o, fiziki tərbiyə müəllimi işləyərkən şagirdlərə (Aysun Fərəcova və Sona Həsənova) qarşı əxlaqsız hərəkətlər edərək, müəllim adına yaraşmayan hərəkətlər edərək işəgötürənin qanuni mənafelərinə və hüquqlarına xələl gətirmişdir. İddiaçının Sona Fərəcovaya qarşı əxlaqsız hərəkətlər etməsi ilə bağlı Ağdaş rayon Polis Şöbəsinə müraciət etmiş və bununla bağlı 24.*9.2*23-cü il tarixli cinayət işinin rədd edilməsi barədə qərar qəbul edilmişdir. Həmin qərardan görünmüşdür ki, iddiaçının əxlaqsız hərəkətlər etməsi sübuta yetirilməmişdir. Həmçinin cavabdeh tərəfindən iddiaçının şagirdə qarşı əxlaqsız hərəkətlər etməsi ilə bağlı heç bir sübut təqdim edilməmişdir. X5 3*.*5.2*23-cü il tarixli iclas protokolunda, İlk Həmkarlar Komitəsinin 31.*5.2*23-cü il tarixli iclas protokolunda qeyd edilənlərə əsasən iddiaçının əxlaqsız hərəkətlərə yol verərək əmək intizamının pozması qənaətinə gəlmək kifayət qədər absurd yanaşma olmuşdur. Belə ki, mübahisənin predmeti iddiaçının əxlaqsız hərəkətlərə yol verməməsi və əmək intizamını pozmaması səbəbinə görə cavabdehin qəbul etdi yi əmrin ləğv edilməsidir. Həm əmrin, həm də iclas protokolunun eyni şəxsin rəhbərliyi altında hazırlanması həmin sübutun mötəbərliyini istisna etmişdir. Həmçinin qeyd edilən hərəkətlərin cinayət məsuliyyəti yaratması ilə bağlı araşdırmanı istisna etmişdir. İstintaq orqanı tərəfindən göndərilən təqdimatda iddiaçının əmək intizamını pozması bildirməsi ilə bağlı qeyd etmişdir ki, həmin təqdimatın heç bir preyudisiallığı ola bilməz və digər sübutlarla yanaşı qiymətləndirilməlidir. İddiaçının “whatsapp” sosial platformasında şagirdlərlə əlaqə saxlaması əxlaqsızlıq kimi qiymətləndirilə bilməz. Belə ki, qeyd edilən dövrdə dərslər online formada keçirilmiş və bununla bağlı zərurət olduğuna görə əlaqə “whatsapp” əlaqə vasitəsindən istifadə etməsi normal olmuşdur.
22. Şəki Apellyasiya Məhkəməsi Mül ki kollegiyasının 2(1*7)-369/2*24 nömrəli mülki iş üzrə 3 aprel 2*24-cü il tarixli qətnaməsi ilə (hakimlər Ələddin Məcidov (sədrlik edən və məruzəçi), Elçin Mehdiyev və Mahir Əsədli) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
23. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı rədd edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşmış və apellyasiya şikayətinin “Pedaqoji Şuranın 3*.*5.2*23-cü il tarixli iclas protokolunda, İlk Həmkarlar Komitəsinin 31.*5.2*23-cü il tarixli iclas protokolunda qeyd edilənlərə əsasən iddiaçının əxlaqsız hərəkətlərə yol verərək əmək intizamını pozması qənaətinə gəlmək kifayət qədər absurd yanaşmadır. Həm əmri n, həm də iclas protokolunun eyni şəxsin rəhbərliyi altında hazırlanması həmin sübutun mötəbərliyini istisna edir” dəlili ilə bağlı qeyd etmişdir ki, mülki işin 53-56-cı vərəqlərində olan Pedaqoji Şuranın 3*.*5.2*23-cü il tarixli iclasında sədr qismində məktəbin direktoru Nümayəndə1 çıxış etmiş, lakin mülki işin 59-cu vərəqində olan İlk Həmkarlar Komitəsinin 31.*5.2*23-cü il tarixli iclasında sədr qismində Rübabə İsgəndərovanın iştirak etdiyi göstərilmişdir. Göründüyü kimi, hər iki protokol eyni şəxslər tərəfindən hazırlanmamışdır. Apellyasiya şikayətinin həmin dəlilləri əsassız olmuşdur.
24. Məhkəmə kollegiyası mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7*, 71, 72, 74, 8*, 189, 3**-cü maddələrinə, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının 2*14-cü il 6 noyabr tari xli, 1/2 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müəllimlərin etik davranış Qaydaları”na istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
25. İddiaçı (vəkil Nümayəndə2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
26. Kassasiya şikayətinin dəlilləri iddia ərizəsi və apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
27. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, kassasiya şikayətinin təmin olunmaması, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azər baycan Respublikasının Əmək Məcəlləsi
28. Maddə 7* (bənd “ç”). İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.
29. Maddə
71. Bu Məcəllənin 7*-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, iş götürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. İşə götürən bu Məcəllənin 7*-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.
30. Maddə
72. Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hər əkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi.
31. Maddə 74 (hissə İİ). Əgər qanunsuz və ya əsa ssız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır. Bu zaman işə bərpa edilən işçinin yerinə götürülmüş işçi ilə bağlanmış əmək müqaviləsinə bu Məcəllənin 71-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş müvafiq araşdırmalar aparılmaqla xitam verilə bilər.
32. Maddə 8* (bənd İ). Bu Məcəllənin 7*-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət g östərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir.
33. Maddə 8* (bənd İİ). Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir.
34. Maddə 189 (bənd İİ). İntizam tənbehi işçiyə işdə olduğu iş günü ərzində verilə bilər. Məzuniyyətdə, ezamiyyətdə olan, əmək qabiliyyətini müvəqqəti itirdiyi müddət ərzində işçiyə intizam tənbehi verilə bilməz.
35. Maddə 3**.1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 7*, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərb aycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının 2*14-cü il 6 noyabr tarixli, 1/2 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müəllimlərin etik davranış Qaydaları”
36. Bənd 3.8. Müəllim pedaqoji etika və əxlaq normalarına riayət edir, müəllim nüfuzunu yüksək tutur, ziyalılıq nümunəsi göstərir.
37. Bənd 3.15. Müəllim şəxsi həyatında milli əxlaq, ictimai davranış normalarına riayət edir.
38. Bənd 6.1. Hər bir müəllim etik davranış qaydalarına əməl etməyə borcludur.
39. Bənd 6.3.6. Rəhbər bu Qaydaların pozulması hallarının rəhbərlikdə və kollektivdə müzakirəsini təşkil etməli və qayda pozmuş müəllimlərin intizam məsuliyyətinə cəlb edilməsi üçün tədbirlər görməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
40. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırma lı və onlardan istifadə etməlidir.
41. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
42. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
43. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
44. Maddə 4*7.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəti cələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
45. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
46. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri
47. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiall arında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
48. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
49. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya i nstansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
50. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.
51. İddiaçının kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilm əsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 4*7.1.4, 4*8.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 4*7.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
52. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, iddianın rədd edilməsi barədə nəticəsi mahiyyəti üzrə düzgündür, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir.
53. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *3 aprel 2*24-cü il tarixli 2(1*7)369/2*24 nömrəli qətnaməsi dəyişdirilmədən saxl