Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2532/2022 05.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimi Vəliyeva Elşanə Rafiq qızı, Kommersiya kollegiyasının hakimi Dadaşov İlqar Ağababaş oğlu və İnzibati kollegiyasının hakimi Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət qarışıq tərkibdə, Oğuz Rayon Məhkəməsinin 26.01.2022-ci il tarixli 2(054)-35/2022 nömrəli qərardadından iddiaçı "xxxx" KB ASC tərəfindən verilmiş şikayət üzrə mülki işə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh, Zamin2 və Zamin1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 08.12.2020-ci il tarixli kredit müqaviləsi üzrə 9320,00 manat əsas borc, 1814,48 manat faiz borcu, 84,96 manat cərimə - cəmi 11.219,44 manat borc, 123,66 manat dövlət rüsumu və 0,40 manat bank xidmət haqqı məbləğinin cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Oğuz rayon Məhkəməsinin iclasında Cavabdeh izahat verərək bildirmişdir ki, o, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs kimi müvafiq vergi orqanında qeydiyyata alınmışdır və onun adına fiziki şəxsin sahibkarlıq uçotu haqqında şəhadətnamə (VÖEN **********) vardır. Onunla iddiaçı arasında bağlanmış kredit müqaviləsini də sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs kimi imzalamışdır. Oğuz Rayon Məhkəməsinin 26 yanvar 2022-ci il tarixli, 2(054)-35/2022 saylı qərardadı ilə, iddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh, Zamin2 və Zamin1 qarşı kredit borcunun ödənilməsi tələbinə dair mülki işin məhkəmə aidiyyəti üzrə Şəki Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə hesab etmişdir ki, Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş fiziki şəxsin sahibkarlıq uçotu haqqında şəhadətnamənin (VÖEN **********) surətindən müəyyən edilir ki, Cavabdeh sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs kimi müvafiq vergi orqanında qeydiyyata alınmışdır. Bu da onu deməyə əsas verir ki, Cavabdeh hüquqi şəxs yaratmadan qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu əldə edərək sahibkarlıq fəaliyyəti həyata keçirən fiziki şəxsdir. Hazırki iş üzrə iddiaçı isə hüquqi şəxsdir. Hazırda məhkəmədə baxılan iddia tələbində istinad edilə n mübahisəli hüquq münasibətləri Cavabdeh sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinin nəticəsi olaraq yarandığı halda, həmin hüquq münasibətləri kommersiya mübahisələrinə aid olacaqdır. İşdə olan sənədlərdən görünür ki, iddiaçının hazırki iddia tələbinin əsasını təşkil edən 08.12.2020-ci il tarixli kredit müqaviləsində kreditin məqsədli təyinatı kimi kredit məbləğinin bank qarşısındakı kredit müqaviləsi üzrə borcun ödənilməsinə yönəldiləcəyi qeyd edilmişdir. Lakin bununla cavabdehin hansı kredit müqaviləsi üzrə iddiaçı qarşısındakı borcunun nəzərdə tutulduğu, ödənilməsi nəzərdə tutulan kreditin məqsədli təyinatı iddiada və ona əlavə edilmiş sənədlərdə öz əksini tapmamışdır. Bu səbəbdən hazırki işin məhkəmə aidiyyətini müəyyən edilməsi ilə bağlı qeyri-müəyyənlik yaranmışdır. “İşlərin üm umi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 nömrəli 18 sentyabr 2020-ci il tarixli Qərarının 11-ci və 16-cı bəndlərinə istinad edərək hesab etmişdir ki, "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinin hazırki iddia tələbi hüquqi şəxs ilə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti həyata keçirən və qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu əldə edən fiziki şəxs arasında sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi nəticəsində yaranan mübahisələrə aid olduğuna görə həmin iddiaya mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəməsində baxılmalıdır. Eyni zamanda, iş üzrə digər cavabdeh lərin fərdi sahibkar statusu əldə edən fiziki şəxslər olub-olmamasından asılı olmayaraq, cavabdehlərə qarşı yönələn iddia tələbinin əsasını eyni səbəblə əhatə olunan mübahisəli hüquq münasibətlərinin təşkil etdiyini, hazırki iddianın predmetinin cavabdehlərə qarşı müştərək olaraq yönəldiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iş üzrə digər cavabdehlərə qarşı yönələn tələbə də Cavabdeh qarşı yönələn tələblə birgə kommersiya məhkəməsində baxılmalıdır. İddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyəti məhkəməyə şikayətlə müraciət edərək, Oğuz Rayon Məhkəməsinin 26 yanvar 2022-ci il tarixli, 2(054)-35/2022 saylı qərardadının ləğv edilməsi və mülki işə Oğuz Rayon Məhkəməsində mahiyyəti üzrə baxılmasının davam etdirilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" KB Cavabde h qarşı Oğuz rayon Məhkəməsində iddia qaldıraraq həmin şəxslə Bank arasında bağlanmış 1293micSHEK/20 saylı 08.12.2020 tarixli kredit müqaviləsi üzrə borcun tutulmasını tələb etmişdir. Həmin kredit müqaviləsi isə kredit məbləğinin bank qarşısındakı kredit müqaviləsi borcunun yerinə yetirilməsi ödənilməsi məqsədilə bağlanmışdır. Həmin borcun ödəniləcəyi 50micSHEK/20 saylı 16.01.2020-ci il tarixli kredit müqaviləsi bank tərəfindən elektron kabinetə yüklənilmişdir. Həmin kredit müqaviləsində kreditin məqsədli təyinatı “şəxsi məqsədlər” üçün olmuşdur. Eyni zamanda iş üzrə mövcud olan digər sənədlərdən də borcun hansı kredit müqaviləsinə yönəldiyi məlum olur. Belə ki, hər iki kredit müqaviləsi üzrə hesabdan çıxarışlarda ödənilmiş təyinatında borcun ödənildiyi kredit müqaviləsi açıq-aşkar qeyd ol unmuşdur. Məhkəmənin qeyd etdiyi əsas iş üzrə mövcud olan sənədlərə tamamilə ziddir. Məhkəmə aidiyyətinin müəyyən edilməsində heç bir qeyri-müəyyənlik yoxdur. Mübahisə tərəfinin vergi ödəyicisi kimi qeydiyyatda olması onların arasında olan bütün mübahisələrə kommersiya mübahisəsi kimi baxılmalı olduğu mənasına gəlmir. Oğuz Rayon Məhkəməsinin 2(054)-35/2022 saylı, 03.03.2022-ci il tarixli qərardadı ilə iddiaçının şikayəti təmin edilməmiş və şikayətin işlə birlikdə Ali Məhkəməyə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 403-1.2-ci maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi tərəfindən məhkəmə aidiyyətinə dair mübahisələrə bu maddədə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllənin 43-cü fəslində müəyyən olunmuş qaydalara uyğ un olaraq baxılır. - 403-1.6-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsində məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətlərə mülki, kommersiya və inzibati kollegiyalara daxil olan hakimlərin qarışıq tərkibində tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan 10 gün müddətində baxılır. - 403-1.7-ci maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi məhkəmə aidiyyəti məsələsini həll edərkən məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hü quq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. - 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. - 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 nömrəli 18 sentyabr 2020-ci il tarixli Qərarına istinadən məhkəmə qeyd edir ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır. (11-ci bənd) Məhkəmə tərkibi qeyd edir ki, birinci instansiya məhkəməsi mübahisəni kommersiya məhkəməsinə göndərərkən verilmiş kreditin hansı m əqsədlə verilməsinin iddiada və ona əlavəedlmiş sənədlərdə göstərilməməsini və bu məsələnin qeyri-müəyyən olmasını qeyd etməklə yalnız müqavilə tərəflərinin subyekt tərkibini əsas götürmüşdür. Halbuki, bu qeyri-müəyyənlik mübahisənin kommersiya məhkəməsinə deyil, ümumi məhkəməyə aid olmasına daha çox əsas verir. Çünki yalnız mübahisənin sahibkarlıq fəaliyyətindən irəli gəldiyi dəqiqi müəyyən edilərsə, mübahisə kommersiya məhkəməsinə aid olur. Bunu müəyyən etmək mümkün deyildirsə, sadəcə subyekt tərkibi əsas götürülməklə mübahisənin kommersiya mübahisəsi olması qənaətinə gəlinməsi həm mülki prossesual qanunvericiliyin tələblərinə, həm də bu məsələ ilə bağlı yuxarıda qeyd edilən Plenum qərarına uyğun olmayacaqdır. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı şikayətində kreditin təyina tının tərəflər arasında bağlanmış 50micSHEK/20 saylı 16.01.2020-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi olması, həmin kredit müqaviləsinin bank tərəfindən elektron kabinetə yüklənilməsi və bu kredit müqaviləsində kreditin məqsədli təyinatının “şəxsi məqsədlər” üçün olması barədə dəlillərini göstərsə də, həmin şikayətə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən bu dəlillərə diqqət yetirilməmiş, aidiyyət məsələsi qiymətləndirilərkən işdə olan kredit sifarişi haqqında ərizəyə, məxaric orderinə, elektron kabinetə əlavə edilmiş 50micSHEK/20 saylı 16.01.2020-ci il tarixli kredit müqaviləsinə hüquqi qiymət verilməmişdir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, qərardad yuxarıda qeyd edilən nöqsanlarla qəbul edildiyindən ləğv edilməli və işdə olan sənədlərə hüquqi qiymət verilməklə məhkəmə aidiyyətinə dair məsələnin yenidən müzakirə edilməsi üçün iş Oğuz rayon Məhkəməsinə göndərilməli, şikayət qismən təmin olunmalıdır. Məhkəmə tərkibi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31 və 403-cü maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Oğuz Rayon Məhkəməsinin 26.01.2022-ci il tarixli 2(054)-35/2022 nömrəli qərardadı ləğv edilsin. İş məhkəmə aidiyyətinə dair məsələnin yenidən müzakirəsi üçün Oğuz Rayon Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2532/2022
Ali Məhkəmə Qərar — İş №2(102)-2532/2022
05.04.2022 · Aidiyyəti üzrə daxil olan sənədlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver