Məhkəmə qərarları › İş №2(102)-2532/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-2532/2025

27.10.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haq
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2532/2025 27.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh “İri şəhərlərin birləşmiş su təchizatı xidməti” publik hüquqi şəxsinə qarşı (mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Azərbaycan X6 Agentliyi və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti olmaqla) qarşı iş üzrə QƏRARİ Açar sözlər: əmrin ləğvi, iddiaçının işə bərpası, məcburi iş buraxma dövrü üçün hesablanan aylıq əmək haqqının ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi hakim), Həsənov Rəşad Məhəmməd oğlu və Abbasov Aqil Əzizağa oğlun dan ibarət tərkibdə, İddiaçı cavabdeh “İri şəhərlərin birləşmiş su təchizatı xidməti” publik hüquqi şəxsə qarşı (mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Azərbaycan X6 Agentliyi və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti olmaqla) “əmrin ləğv olunması, işə bərpa, ödənilməmiş dövr və son haqq hesabın gecikdirilmiş müddətinə görə faiz məbləği və məhkəmə xərclərinin tutulması” tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)1522/2025 nömrəli 23 aprel 2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 27 oktyabr 2025-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları 1. "xxxx" ASC-nin xx.xx.20 23-cü il tarixli 108-K nömrəli əmri ilə, İddiaçı Əmlakın monitorinqi şöbəsinin aparıcı iqtisadçı vəzifəsinə təyin edilmişdir. 2. “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli 807-K saylı əmri ilə, işçi Əmlakın monitorinqi şöbəsinin aparıcı iqtisadçısı İddiaçı əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (ştatların ixtisarı) xitam verilmişdir. 3. “İri şəhərlərin birləşmiş su təchizatı xidməti” publik hüquqi şəxsin Əmlakın monitorinqi şöbəsinin xx.xx.2024-cü il tarixdə təsdiq edilmiş və xx.xx.2024-cü il tarixədək qüvvədə olmuş Ştat cədvəli əlavə edilmişdir. Cədvələ əsasən müəyyən edilir ki, cəmi 8 ştat vahidi olmaqla onlardan 1-i aparıcı iqtisadçı vəzifəsidir.

4. İşəgötürən tərəfindən işçinin son haqq-hesab məbləği 59 25,56 manat hesablanmaqla xx.xx.2024-cü il tarixdə ödənilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “İri şəhərlərin birləşmiş su təchizatı xidməti” publik hüquqi şəxsin aparatının İqtisadiyyat və uçot şöbəsinin Əsas fondlarla iş sektorunun iqtisadçısı vəzifəsinə bərpa edilməsini xahiş etmişdir.

6. İddia tələbi belə əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2012-cı il tarixdən "xxxx" ASC-nin idarəetmə aparatında ilkin olaraq mühəndis, sonra iqtisadçı, daha sonra isə aparıcı iqtisadçı vəzifəsində işləmişdir. Həmin sahədə bütün növ əsas fondların idarə olunması, inventarlaşdırılması və əmlakın monitorinqini təmin etmək işini görmüşdür. Azərbaycan Respublikası Prezi dentinin xx.xx.2023-cü il tarixli “Su ehtiyatları, su təsərrüfatı və meliorasiya sahələrində idarəetmənin təkmilləşdirilməsi haqqında” fərmanına əsasən Azərbaycan X6 Agentliyi (ADSEA) yaradılmış və "xxxx" ASC ADSEA-nın tabeliyinə verilərək, onun bazası əsasında Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxs yaradılmışdır. Cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmət”i PHŞ-in 807-k №-li “əmək müqaviləsinin ləğv edilməsi haqqında” əmrinə əsasən işəgötürən ilə iddiaçı arasında olan əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xx.xx.2024-ci il tarixdən xitam verilmişdir. Cavabdeh sözügedən əmrdə, işçi olaraq iddiaçı ilə əmək müqaviləsinin ləğv edilməsini “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ-in təsdiq edi lmiş strukturu və ştat cədvəlinə əsasən ştat vahidinin ixtisar edilməsi ilə əsaslandırmışdır. Nəzərə alınmalıdır ki, iddiaçı xx.xx.1989-cu il tarixdə Azərbaycan Neft və Kimya İnstitutunu bitirərək və elə həmin il Dövlət Neft şirkətində təchizatçı-mühəndis vəzifəsinə işə qəbul edilmiş, sonra həmin şirkətdə iqtisadçı, mühəndis-texnoloq, aparıcı mühəndis, plan-iqtisadiyyat şöbəsinin rəis müavini və rəisi vəzifələrində çalışmışdır. xx.xx.2012-ci ilədək olan dövr ərzində SOCARda çalışmış, daha sonra isə əmək fəaliyyəti "xxxx" ASC ilə bağlı olmuşdur. xx.xx.2012-ci il tarixdən müsabiqə yolu Səhmdar Cəmiyyətin Daxili nəzarət departamentinin Su kommunikasiyalarına nəzarət şöbəsində mühəndis kimi işə qəbul edilmiş, xx.xx.2013-cü il tarixdən Abonent işləri departamentinin Su kommunikasiyalarına nəzar ət şöbəsində mühəndis, xx.xx.2013-cü il tarixdən Əmlak məsələləri departamentinin Əmlakın inventarlaşdırılması şöbəsində mühəndis, xx.xx.2014-cü il tarixdən Əsas fondların idarə olunması şöbəsində iqtisadçı, xx.xx.2015-ci il tarixdən Əsas fondların idarə olunması şöbəsində aparıcı iqtisadçı, xx.xx.2016-ci il tarixdən İqtisadiyyat və uçot idarəsi Əsas fondların idarə olunması şöbəsində aparıcı iqtisadçı, xx.xx.2022 tarixdən yeni yaranan Əsas fondların idarə olunması və monitorinqi şöbəsində aparıcı iqtisadçı, sonra həmin şöbə ləğv edilərək onun bazasında 2 şöbənin (Əsas fondların idarə olunması və Əmlakın monitorinqi şöbələri) yaranması nəticəsində xx.xx.2023-cü il tarixdən son tarixə kimi Əmlakın monitorinqi şöbəsində 15-ci dərəcəli aparıcı iqtisadçı vəzifəsində işləmişdir. Cavabdeh quru mda işlədiyi dövrlərdə əmək funksiyasını yüksək səviyyədə yerinə yetirilmə bacarığına və peşəkarlığa görə iddiaçıya xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixə və xx.xx.2023-cü il tarixdən son tarixə kimi əmək haqqına əlavə ödəmələr təyin edilmişdir. Hazırda 63 yaşı var, ümumilikdə 44 il əmək stajına malik olmaqla, onlardan 12 ilini cavabdeh qurumda çalışmışdır. Beləliklə, cavabdeh iddiaçını yeni struktur vahidinin yaranması və köhnə ştat cədvəli ştat vahidinin ixtisar edilməsini bəhanə gətirərək qanunsuz olaraq işdən azad etmişdir. Əmək Məcəlləsinin 78-ci maddəsi müəssisədə ştatların ixtisarı həyata keçirilərkən işçilərin peşəkarlıq səviyyəsini işəgötürən tərəfindən müəyyən etməsini ehtiva etsə də, müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsin in) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilərin işdə saxlanılmasını vəzifə olaraq işəgötürənin üzərinə qoyur. Hazırkı halda, cavabdeh ştat ixtisarını həyata keçirərkən işçilərin peşəkarlıq səviyyəsini düzgün müəyyən etməmiş, iddiaçının peşəkarlıq səviyyəsi işdə saxlanılmış digər işçilərə münasibətdə daha yüksək olmasına baxmayaraq işçi olaraq iddiaçını “zəif bənd” kimi ixtisar edərək sərbəstləşdirilmiş işçilər siyahısına daxil etmişdir. Göründüyü kimi, cavabdehin iddiaçıya qarşı qərəzli münasibəti nəticəsində iddiaçı əsassız olaraq ixtisara salınmışdır.

7. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-5385/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim - Fariz Əlizadə) iddianın qismən təmin edilməsi, cavabdeh “İri şəhərlərin birləşmiş su təchizatı xidməti” publik hüquqi şəxsdən son haqq-hesabın gecikdirilmiş müddətinə görə 592 manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi, məhkəmə xərci qismində ödənilmiş 60 manat mediasiya xərcinin, hüquqi xidmətin göstərilməsi üçün ödənilmiş 520 manat xərcin İddiaçı aid olunması qət edilmişdir.

8. Məhkəmə qeyd etmişdir ki, mübahisə üzrə iddiaçının işləmiş olduğu şöbə mövcud deyildir, tamamilə ləğv edilmişdir. xx.xx.2024-cü il tarixdə dəqiqləşdirilmiş tələb üzrə “İri şəhərlərin birləşmiş su təchizatı xidməti” publik hüquqi şəxsin aparatının İqtisadiyyat və uçot şöbəsinin Əsas fondlarla iş sektoruna bərpa edilməsini tələb etsə də, iddiaçı həmin şöbənin işçisi olmadığından (həmin şöbədən ixtisar olunmadığından) ora bərpa edilməsi yolverilən hesab edilmir. İşçinin işə bərpa edilməsi sonuncu vəzifəsinə m ümkün hesab edilir. Çünki, mübahisələndirilən əmrin ləğv edilməsi əmrin hüquqi nəticələrinin aradan qaldırılmasına yönəlir. Yəni, əgər əmr ləğv edilərsə, işçi sonuncu iş yerinə (şöbə, vəzifə) bərpa edilməlidir ki, hazırki mübahisə üzrə də işçinin sonuncu vəzifə üzrə işləmiş olduğu şöbə ləğv edilmişdir. Məhkəmə isə işəgötürənə mahiyyətdən kənar göstəriş verə bilməz, yalnız işəgötürənin hərəkətlərinin qanuniliyinə hüquqi qiymət verməklə ədalət mühakiməsini həyata keçirə bilər. Məhkəmə hesab etmişdir ki, mübahisə üzrə Əmək Məcəlləsinin 79-cu maddəsinin tələblərinin pozulması müəyyən edilmir.

9. Mübahisə üzrə Həmkarlar ittifaqının məktubunu məhkəmə qərar kimi nəzərə almışdır. Yəni, məktubun giriş, təsviri, əsaslandırıcı və nəticə hissələrinin adlandırılmaması onun qərar olmaması anlamına və ya əksi isə qərar olması anlamına gəlmir. Sözügedən məktub aydın və anlaşılan olmaqla mahiyyəti üzrə qərar əhəmiyyətindədir. Həmçinin, həmin qərar olsa da, qərarın qəbul edilməsi prosedurası olaraq iclas protokolundan çıxarışın təqdim edilməməsi mahiyyəti üzrə işəgötürənin əmrinin qanunsuzluğuna dəlalət edə bilməz. Çünki, işəgötürən qəbul etdiyi əmrə münasibətdə subyektiv təqsir nöqteyinəzərdən məsuliyyət daşıyır. Həmkarlar ittifaqı komitəsi isə ayrıca subyekt olmaqla işəgötürənə tabe deyildir və sonuncunun fəaliyyətindəki nöqsanın məsuliyyəti işəgötürənin üzərinə atıla, müvafiq əmr qanunsuz hesab edilə bilməz. Bu hal üzrə, məhkəmə obyektiv təqsiri deyil, subyektiv təqsiri nəzərə alır və əsas götürür. Lakin, həmkarlar ittifaqı komitələri işçilərin nümayəndəli orqanları olmaqla onları müdaf iə etmək, hüquqlarını qorumaqla mükəlləfdirlər və mövcuddurlar. Əks halda, həmkarlar ittifaqı komitəsinin mövcudiyyətinə gərək olmaz.

10. İddiaçı tərəfindən məhkəməyə “İş yerində ştatların ixtisarı qaydaları” əlavə edilmişdir. Məhkəmə baxış iclasında iddiaçı həmin qaydaların Rusiya Federasiyası qanunvericiliyinə istinad edilməklə təqdim edilməsini bildirmişdir. Məhkəmə izah etmişdir ki, mübahisəyə Azərbaycan Respublikasının qanunvericiliyinin tələbləri çərçivəsində (normanın məkana görə yurisdiksiyası baxımından) baxılaraq qərar qəbul edilməlidir. Həmçinin, qanunun tələblərinə zidd mövqe qoymaqla elmi-nəzəri yanaşmalar tətbiq edərək mübahisənin həll edilməsi qanunçuluq prinsipinin tələblərinə uyğun deyildir.

11. İş materiallarında olan ödəniş qəbzinə əsasən (son haqq-hesab barədə) müəyyən edilmişdir ki, işəgötürən tərəfindən işçinin son haqq-hesab məbləği 5925,56 manat hesablanmaqla xx.xx.2024-cü il tarixdə ödənilmişdir. Deməli, son haqq-hesab işçinin işdən çıxdığı xx.xx.2024-cü il tarixdə ödənilməli olduğu halda, 10 gün gecikdirilməklə ödənilmişdir. Hər gün üçün 1% hesablanmaqla ümumi məbləğin 10 faizi 592 manat təşkil etdiyindən iddia tələbi sözügedən hissədə əsaslıdır. Belə ki, işəgötürən qanunla müəyyən edilmiş qaydada üzərinə düşən öhdəlikləri tam icra etməli, əks halda pozuntuya görə məsuliyyət daşımalıdır. Məhkəmə qərar qəbul edərkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun hüquqi mövqeyini nəzərə almışdır.

12. Məhkəmə qeyd etmişdir ki, məhkəmələr hüquq tətbiq edən orqan olmaqla qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən hüququ tətbiq etməli, yalnız qanunda boşluq olduqda hüquq prinsipləri nəzərə alınmaqla qanunun və hüququn analogiyasından istifadə etməlidirlər. Məhkəmənin qanunvericiliyin aydın, müəyyən olan konkret normasını digər formada şərh etmək hüququ yoxdur. Nəzərə almaq lazımdır ki, qanunun hər hansı norması açıq-aşkar ədalətsiz olsa da, həmin normanın dəyişdirilməsi və ya qüvvədən salınması hüququ dövlətin hüquq yaradıcı (qanunverici) orqanlarına məxsusdur. Məhkəmələr isə hüquq tətbiq etmə prosesində müvafiq normanın şərh edilməsi və ya normaya yenidən baxılmasına dair səlahiyyətli orqanlara müraciət edilməsi məsələsini müzakirə edə bilərlər.

13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70ci maddəsinin b bəndi, 71.3, 72-ci maddəsinin “e” bəndi, 77.1, 77.2, 77.3, 79, 172.3, 172.4 və 172.5-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 14.2, 77.1, 88, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

14. İddiaçı apellyasiya şikayətləri verərək, qətnamənin iddianın təmin edilməyən hissəsində ləğv edilməsi və iddianın tam təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

15. Apellyasiya şikayəti iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılmışdır və əlavə olaraq qeyd edilmişdir ki, iddiaçı iddia ərizəsində cavabdehin üst qurumunuADSEA-nı 3cü şəxs kimi qeyd etmiş və Agentlik işə cəlb edilmişdir. İddiaçı bunu o səbəbdən etmişdir ki, Agentlik nizamnaməsinə uyğun olaraq alt qurumu olan cavabdeh İŞBSTX-nin və digər qurumların ştatlarını razılaşdırmaqla təsdiq etmək, işçilərin işə götürülməsind ə razılıq vermək, agentlik və alt qurumları üzrə vakant ştat məlumatları özündə birləşdirən funksiyaya malikdir. Bundan başqa işin ilkin hazırlıq iclasında məhkəmənin təşəbbüsü ilə X5 Xidməti də işə 3-cü şəxs kimi işə cəlb edilmişdir. Lakin nə ADSEA, nə də X5 Xidməti məhkəmədə iştirak etməmiş və iddiaya münasibət bildirməmişdir. Məhkəmənin 3-cü şəxslər ilə bağlı ən əsas buraxdığı kobud pozuntu isə Qətnamədə iş üzrə 3-cü şəxs barədə, ümumiyyətlə, heç bir qeydin aparılmaması olmuşdur.

16. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər - Fuad Babayev (məruzəçi), Cəmilə Musayeva, Fuad Abdıyev) 2(103)-1522/2025 nömrəli, 23 aprel 2025-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə ləğv edil miş, həmin hissədə yeni qətnamə qəbul edilərək, iddia tələbi qismən təmin edilərək, “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli 807-K saylı əmri ləğv edilmiş, İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsində əvvəlki işinə və əmək funksiyalarına uyğun analoji vəzifəyə bərpa edilməsi, xx.xx.2024-cü il tarixdən işə bərpa olunacağı günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqının İddiaçı ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət olunmuşdur.

17. Məhkəmə qeyd etmişdir ki, işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək işəgötürənin əsas hüquqlarından biri olmaqla yanaşı, bunu həyata keçirərkən əmək qanunver iciliyinin tələblərinə riayət etmək də işəgötürənin vəzifəsidir. Qeyd edilmişdir ki, işəgötürən işçilərin sayını və ştatları ixtisar etmək hüququndan istifadə edərkən, ixtisarın aparılmasının zəruriliyini əsaslandırmalıdır. İşçinin əmək müqaviləsi bu əsasla ləğv edilərkən də qanunvericiliyin tələblərinə əməl edilməlidir. İşdən görünmüşdür ki, əmək müqaviləsi ləğv edilərkən işə götürən tərəfindən bu kateqoriya işlər üzrə qanunvericiliyin tələblərinə əməl edilməmişdir.

18. İş üzrə cavabdeh ixtisar aparılarkən işdə saxlanılmış şəxslərə münasibətdə hansı kriteriyaların nəzərə alındığını, sərbəstləşdirilmiş iddiaçının işəgötürənin mülahizəsinə əsasən hansı kriteriyalara cavab vermədiyini əsaslandırmamış, bu barədə hər hansı dəlil, sübut təqdim etməmişdir. Halbuki iddiaçının 40 ildən çox müddətə davam etmiş əmək stajının təxminən 12 ilə yaxın hissəsi cavabdeh qurumda keçmiş, həmin müddət ərzində bir sıra struktur bölmələrdə və vəzifələrdə çalışmış, bu dövrdə onun əmək şəraiti və peşəkarlıq səviyyəsi ilə bağlı hər hansı mənfi nəticələrə səbəb olan fəaliyyəti aşkar olunmamışdır (bu barədə məhkəməyə hər hansı dəlil təqdim edilməmişdir). Halbukı cavabdeh tərəfindən təqdim olunan “İri şəhərlərin birləşmiş su təchizatı xidməti” publik hüquqi şəxsin aparatının İqtisadiyyat və uçot şöbəsinin Əsas fondlarla iş sektorunda saxlanılan işçilər haqqında məlumat cədvəlindən görünür ki, aparatda saxlanılan işçilərin arasında 2024-cü ildən etibarən müəssisədə çalışan, həmçinin yaşı və əmək stajı iddiaçıdan daha az olan şəxslər də mövcuddur. Bu halda işəgötürən olaraq cavabdehin ixtisar zamanı han sı ünsürlərə əsasən müqayisəli aparması göstərilməmiş, nəticədə ixtisar zamanı işdə saxlanılan işçilərə münasibətdə məhz iddiaçıya üstünlük verilməməsinin səbəbi barədə hər hansı dəlil təqdim olunmamışdır.

19. Həmçinin qeyd olunmuşdur ki, iddiaçı hazırda 63 yaşında olmaqla əmək pensiyası almaq hüququnun əldə edilməsinə 2 ilə yaxın müddət qalmışdır və bu halda əsaslı səbəblər gətirilmədən onun vaxtından əvvəl lazımi sosial müdafiə almaq hüququndan məhrum edilməsi də ədalətli deyildir. Təsadüfi deyil ki, məşğulluğa kömək sahəsində dövlət siyasəti ilə bağlı qəbul olunmuş bir sıra aktlarda da – “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanunu, “Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslər üçün kvota tətbiq edilməsi Qaydası”nın və “Kvota şamil edilməyən m üəssisələrin Siyahısı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasi Nazirlər Kabinetinin Qərarında özünüməşğulluğun təşkili və müəssisələrdə kvotanın nəzərə alınması zamanı bir sıra kateqoriya şəxslərlə yanaşı pensiya yaşına iki ildən az qalmış şəxslərə də üstünlük verilməli olması öz təsbitini tapmışdır.

20. Məhkəmə qeyd etməyi zəruri hesab etmişdir ki, apellyasiya baxışında cavabdehin nümayəndəsi də öz izahatında aparatda yeni 20 ştat vahidinin yaradıldığı və onların arasında iddiaçının da ixtisasına uyğun ştatın mövcud olduğunu bildirmiş, lakin hazırda iddiaçıya aparata aidiyyatı olmayan və onun əvvəlki həyat şəraiti ilə kəskin fərq yaradan vəzifəyə təyin olunması təklif olunmuşdur. Bu da onu deməyə əsas verir ki, iddiaçının öz ixtisasına uyğun vəzifəyə bərpa olunması mümkündür. Bundan əlavə, cavabdeh tərəfindən iddiaçının əmək müqaviləsi ləğv edilərkən qanunun həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığının alınması barədə tələbinə də əməl edilməmişdir. Belə ki, iş materiallarına Azərbaycan Su Təsərrufatı X2 Respublika Komitəsinin xx.xx.2024-cü il tarixli “siyahıda adı göstərilən şəxslərin ixtisar olunmalarına etiraz edilmir” məzmunlu məktubu əlavə edilsə də, bu məktub özlüyündə həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığının alındığını təsdiq edən sənəd kimi çıxış edə bilməz. Çünki qanuna əsasən, həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsinin ləğv edilməsi barədə təqdimat hazırlanmalı, təqdimata dair iclas keçirilməli və ən əsası həmkarlar ittifaqının razılığı əsaslandırılmış qərar formasında ifadə edilməlidir. İşdən müəyyən edilir ki, cavabdeh təşkilat iddiaçının da aralarında olduğu bir qrup işçinin əmək müqaviləsinin ləğv olunmasına münasibət bildirilməsi ilə bağlı həmkarlar ittifaqı təşkilatına xx.xx.2024-cü il tarixli məktubla müraciət etmiş, cəmi iki gün sonra – xx.xx.2024-cü il tarixdə isə Həmkarlar İttifaqı Komitəsi razılıq məktubunu tərtib etmişdir. Bu da onu deməyə əsas verir ki, məsələyə formal yanaşılmış, ümumiyyətlə, hər hansı iclas keçirilməmişdir.

21. Apellyasiya məhkəməsi nəzərə almışdır ki, mülki dövriyyə iştirakçıları arasında mövcud olan bir sıra digər münasibətlərdən fərqli olaraq əmək hüquq münasibətləri üçün tərəflər arasında tabeçilik, işəgötürənin işçiyə nisbətən daha güclü tərəf kimi çıxış etməsi xarakterikdir. İşçi ilə əmək müqaviləsinə xitam verilməsinin qanunvericiliyin tələblərinə ciddi ria yət olunmaqla həyata keçirilməsi, belə rəsmiləşdirmənin mötəbərliyini şübhə altına almamaq üçün qabaqlayıcı tədbirlərin görülməsini təmin etmək vəzifəsi işəgötürənin üzərinə düşür. Bu baxımdan məhkəmə hesab etmişdir ki, şəxsin işdən azad edilməsi zamanı həyata keçirilmiş sənədləşmənin nəticələrindən irəli gələn anlaşılmazlıq və ziddiyyətlər işçinin xeyrinə həll olunmalıdır. Qeyd edilənlərə əsasən apellyasiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddiaçının əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv olunması, əvvəlki işə bərpa olunması və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsinə dair tələblərini rədd etməkdə haqlı olmamış, qanunsuz və əsassız qətnamə qəbul etmişdir.

22. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Əmək Məcəlləsinin 16 və 70-ci maddənin b bəndi, 71.1, 77.1, 77.2, 77.3 və 78.1-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

23. Cavabdeh (vəkil – Nümayəndə2) kassasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd olunmasına və kassasiya şikayətinin verilməsi üçün ödənilmiş 50 manat dövlət rüsumunun iddiaçıdan cavabdehin xeyrinə tutulmasına dair qərar çıxarılmasını xahiş etmişdir.

24. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının əmək müqaviləsinin ləğv edilməsinə münasibət bildirilməsi barədə Azərbaycan Su təsərrüfatı X1 Respublika Komitəsinə xx.xx.2024-cü il tarixli 3-53-3/22693/2024 nömrəli müraciət ünvanlanmış və həmkarların xx.xx.2024-cü il tarixli 71 nömrəli cavabınd a əmək müqaviləsinin ləğvinə etiraz edilmədiyi bildirilmişdir. Azərbaycan Respublikası Dövlət X3 2024-cü il 29 may tarixli 002/f nömrəli əmr ilə təsdiq edilmiş İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti publik hüquqi şəxsin strukturuna əsasən İddiaçı Əmlakın Monitorinqi şöbəsində tutduğu mühəndis (vəzifəsi) ştat vahidi ixtisara düşmüş, ümumilikdə şöbə ləğv edilmişdir. Bu səbəbdən iş üzrə onun peşəkarlığının olub olmaması əhəmiyyət kəsb etmir. İş təklifi ilə bağlı məsələyə gəldikdə qətnamədə qeyd olunan “X4 Monitorinqi” PHŞ cavabdehə tabeçiliyi olmayan qurumdur. Ona cavabdehin hər hansı bir təsir etmək, ona göstəriş vermək səlahiyyəti yoxdur. Ümumiyyətlə bu məzmunlu işlərdə işçiyə iş təklif edilməsi ilə bağlı Əmək Məcəlləsi işəgötürənin üzərinə öhdəlik qoymamışdır. Belə hallarda işçiyə i ş təklif edilməsi işəgötürənin vəzifəsi deyil, hüququdur. Həmçinin, iş materiallarında olan sübutlardan göründüyü kimi şöbə ümumilikdə ləğv edildiyi üçün müəyyən vəzifələr üzrə peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan əməkdaşın seçilməsində və saxlanılmasında da heç bir öhdəlik yaranmır.

25. Cavabdeh tərəf Əmək Məcəlləsinin 77-ci maddəsi üzrə tələblərə riayət etmiş, iş üzrə həmkarlar komitəsinin razılığını almış, əmək haqqını, müavinətini və əlavə ödənişlərini vaxtında etmişdir. Bu faktlar iş materiallarında olan sübutlarla öz təsdiqini tapmışdır. Həmçinin Azərbaycan Respublikası Dövlət X3 29 may 2024-cü il tarixli 002/F nömrəli əmri ilə “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsin təsdiq edilmiş strukturu və ştat cədvəlinə əsasən iddiaçının tutduğu vəzifə üzrə ştat vahidi ixtisara düşmüş, ümumilikdə şöbə ləğv edilmişdir. Yəni ki, yeni strukturda iddiaçının mühəndis olduğu şöbə nəzərdə tutulmamışdır. Agentlik mərkəzi icra hakimiyyəti orqanıdır və onun ştat vahidləri müvafiq orqan tərəfindən müəyyən və təsdiq edilir. Yəni, səhmdar cəmiyyətlərdən fərqli olaraq istənilən zaman ştat vahidinin açılması və bağlanması qeyrimümkündür. Bu əsaslı faktlara məhkəmə tərəfindən hüquqi qiymət verilməmiş, iddiaçı əsassız olaraq işə bərpa edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

26. Cavabdeh kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda qeyd edilmişdir ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona gör ə də, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1522/2025 nömrəli 23 aprel 2025-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi

27. Maddə

16. Əmək münasibətlərində vətəndaşlığına, cinsinə, irqinə, dininə, milliyyətinə, dilinə, yaşayış yerinə, əmlak vəziyyətinə, ictimai-sosial mənşəyinə, yaşına, ailə vəziyyətinə, əqidəsinə, siyasi baxışlarına, həmkarlar ittifaqlarına və ya başqa ictimai birliklərə mənsubiyyətinə, qulluq mövqeyinə, həmçinin işçinin işgüzar keyfiyyətləri, peşəkarlıq səriştəsi, əməyinin nəticələri ilə bağlı olmayan digər amillərə görə işçilər arasında hər hansı ayrı-seçkiliyə yol verilməsi, həmin amillər zəminində bilavasitə və ya dolayısı ilə imtiyazların və güzəştlərin müəyyə n edilməsi, habelə hüquqlarının məhdudlaşdırılması qəti qadağandır.

28. Maddə 70. “b” bəndi. İşçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.

29. Maddə 71.1 İşçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür.

30. Maddə 77.1. İşçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağı dakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi.

31. Maddə 77.2. Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir;

32. Maddə 77.3. Əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir: on ildən çox əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı iki misli miqdarında.

33. Maddə 78.1. Müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. İşəgötürən işçinin peşəkarlıq səviyyəsini müəyyən edərkən onun peşə hazırlığı səviyyəsinin yüksəldilməsini, yeni ixtisasa yiyələnməsini və ixtisasının artırılmasını nəzərə alır.

34. Maddə 80.1. Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir.

35. Maddə 300. 1-ci hissə. Əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

38. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

39. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

40. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

41. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

42. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən bütovlükdə mübahisələnd irildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

43. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

44. Cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsin kassasiya şikayətinin dəlilləri iddia ərizəsinə etirazda və işə aşağı instansiya məhkəmələrində baxılan zaman irə li sürülmüş dəlillərlə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaəti və qiymətləndirilməsi ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.

45. Apellyasiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, əmək müqaviləsi ləğv edilərkən işəgötürən tərəfindən bu kateqoriya işlər üzrə qanunvericiliyin tələblərinə əməl edilməmiş, ixtisar aparılarkən işdə saxlanılmış şəxslərlə müqayisədə iddiaçının üstünlüyə malik olmasını, bu məsələ ilə bağlı “Məşğulluq haqqında” Azər baycan Respublikasının Qanununun, “Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslər üçün kvota tətbiq edilməsi Qaydası”nın və “Kvota şamil edilməyən müəssisələrin Siyahısı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasi Nazirlər Kabinetinin Qərarı nəzərə alınmamış, qanunla müəyyən edilmiş qaydada Həmkarlar İttifaqı Komitəsinin razılığının alınmadığı qeyd etmişdir. məktubunu tərtib

46. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və pr osessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-nin 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

47. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxs tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1522/2025 nömrəli iş üzrə 23 aprel 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar