Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2539/2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Şirkətinin Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: özbaşına tikilinin sökülməsi) 19.08.2025 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlundan, Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı Şirkətinin Cavabdeh qarşı “cavabdehin mədən sahəsində və şirkətin saziş ərazisi hüdudları daxilində inşa edilmiş özbaşına tikilidən çıxarılması, özbaşına tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq şirkətin qanuni istifadəsinə qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Mə hkəməsi Mülki kollegiyasının 2(103)-2055/2025 nömrəli 06 may 2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 19 avqust 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti, X13 Bi.Vi. və Dövlət Neft Şirkətinin Ortaq Neft Şirkəti arasında xx.xx.2004-cü il tarixdə Saziş imzalanmışdır. Həmin tarixdə Azərbaycan Respublikasının Prezidentinin imzaladığı 901 saylı Qanuna əsasən “Saziş” qanun statusunu almışdır. Sazişin icrası ilə əlaqədar bir sıra rayon ların ərazilərinin bəzi hissələri, o cümlədən Binəqədi rayonun inzibati ərazisinin bir hissəsi Şirkətin istifadəsinə verilmişdir.
2. Binəqədi qəsəbə bələdiyyəsinin xx.xx.2012-ci il tarixli, 259 saylı qərarına əsasən Binəqədi qəsəbə bələdiyyəsinin xx.xx.2010-cu il tarixli qərarı ilə cavabdehə 350 kv.metr ölçülü torpaq sahəsi ayılmışdır. Qonşuluqda yerləşən 300 kv.metr torpaq sahəsi isə Binəqədi qəsəbə bələdiyyəsinin digər qərarı ilə X5 ayrılmışdır. X2 ayrılmış torpaq sahəsində imtina etmiş və cavabdeh, Bələdiyyəyə müraciət edərək, həmin 300 kv.metr torpaq sahəsinin də fərdi yaşayış evinin inşası üçün ona ayrılmasını xahiş etmişdir. Bələdiyyə cavabdehin müraciətini əsaslı hesab edərək, qərara almışdır ki, Odiljon Binaliyeviçə ayrılmış 300 kv.metr torpaq sahəsi də fərdi yaşayış evinin inşası üçün cavabdehə ayrılsın. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Şirkəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1 saylı mədənin 5-ci sahəsində və şirkətin saziş ərazisi hüdudları (1. 396808.851 4478415.870; 2. 396838.197 4478421.334; 3. 396847.715 4478374.362; 4. 396819.162 4478367.489 koordinatlar) daxilində inşa edilmiş özbaşına tikilidən çıxarılması, özbaşına tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq şirkətin qanuni istifadəsinə qaytarılması və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən şirkətin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, Binəqədi rayonun ərazisində, o cümlədən iddia ərizəsi ndə qeyd edilən koordinatlar çərçivəsində yerləşən torpaq sahəsi Şirkətin istifadəsinə verilib. İş üzrə cavabdeh, iddiaçı Şirkətin istifadəsinə ayrılmış torpaq sahəsinin bir hissəsini, yəni iddia ərizəsində koordinatları qeyd edilən hissəsini zəbt etmiş, orada qanunsuz olaraq tikili inşa etdirmişdir. Həmin tikili Şirkətin ərazisində neft-qaz hasilatı ilə bağlı əməliyyatların həyata keçirilməsinə maneə yaratdığından Şirkətin qanunla qorunan hüquqları və Dövlət tərəfindən verilmiş təminatları kobud surətdə pozur. Bu səbəbdən də, cavabdeh həmin tikilidən çıxarılmalı, tikili sökülməli və tikilinin yerləşdiyi torpaq sahəsi boşaldılaraq Şirkətin qanuni istifadəsinə qaytarılmalıdır.
5. Cavabdeh iddiaya etiraz edərək verdiyi izahatda bildirmişdir ki, Binəqədi qəsəbə bələdiyyəsinin xx.xx.2010-cu il tarixli qərarı ilə ona 350 kv.metr ölçülü torpaq sahəsi ayılmışdır. Qonşuluqda yerləşən 300 kv.metr torpaq sahəsi isə Binəqədi qəsəbə bələdiyyəsinin qərarı ilə X5 ayrılmışdır. X2 ayrılmış torpaq sahəsində imtina etmiş və onun (iddiaçının) müraciətinə əsasən Binəqədi qəsəbə bələdiyyəsinin xx.xx.2012-ci il tarixli qərarı ilə həmin 300 kv.metr torpaq sahəsi də fərdi yaşayış evinin inşası üçün ona ayrılmışdır. Göründüyü kimi iddiaçı Şirkətin bildirdiyi kimi, həmin torpaq sahəsi onun qanunsuz istifadəsində deyil, qanuni istifadəsindədir. Buna görə də, iddia rədd edilməlidir.
6. Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyinin Məhkəmə Ekspertizаsı Mərkəzi tərəfindən verilmiş 22 noyabr 2024-cü il tarixli, 10/2446 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, B akı şəhəri, Binəqədi rayonu, 1 saylı mədənin 5-ci sahəsində, 1. 396808.851 4478415.870; 2. 396838.197 4478421.334; 3. 396847.715 4478374.362; 4. 396819.162 4478367.489 koordinatlar daxilində fərdi yaşayış evinin və köməkçi tikilinin inşa edildiyi müəyyən edilmişdir. Bakı şəhəri, Binəqədi rayonu, 1 saylı mədənin 5-ci sahəsində, 1. 396808.851 4478415.870; 2. 396838.197 4478421.334; 3. 396847.715 4478374.362; 4. 396819.162 4478367.489 koordinatlar daxilində yerləşən torpaq sahəsinin və fərdi yaşayış evinin Azərbaycan Respublikasının 29 aprel 2005-ci il tarixli, 901 saylı Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandağ və Sianşor neft-qaz yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqınd a” Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin coğrafi koordinatları daxilində yerləşdiyi müəyyən edilmişdir. Həmçinin qeyd olunmuşdur ki, baxış zamanı təqdim olunmuş torpaq sahəsinin yaxınlığında göz ilə görünə bilər neft xətti və neft quyuları müəyyən olunmadığından qərardadın bu sualının cavablandırılması mümkün olmamışdır. Bununla yanaşı, qeyd edilmişdir ki, qərardadın dördüncü sualının cavablandırılması tikinti-texniki ekspertinin səlahiyyətlərinə aid deyildir.
7. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-27/2025 nömrəli 15 yanvar 2025-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək, Cavabdeh 1 saylı mədənin 5-ci sahəsində və Şirkətin saziş ərazisi hüdudları (1. 396808.851 4478415.870; 2. 396838.197 4478421.334; 3. 396847.715 4478374.362; 4. 396819.162 4478367.489 koordina tlar) daxilində inşa edilmiş özbaşına tikilidən çıxarılması, özbaşına tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq İddiaçı Şirkətinin qanuni istifadəsinə qaytarılması, qətnamənin özbaşına tikilidən çıxarılma, özbaşına tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılması hissəsində həmin ərazidə (fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsində) neft-qaz hasilatının təmin edilməsi üçün nəzərdə tutulmuş əməliyyatların başlandığı zaman icra edilməsi, iş üzrə iddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun Cavabdeh İddiaçı Şirkətinin xeyrinə tutulması, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 manat məbləğində vəsaitin Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdi r. (X10)
8. Məhkəmə qeyd etmişdir ki, iddiaçı Şirkətin istifadəsinə olan və "xxxx" icrası ilə əlaqədar olaraq Şirkətin istifadəsinə ayrılmış torpaq sahəsinin bir hissəsini, yəni 1 saylı mədənin 5-cı sahəsi daxilində yerləşən torpaq sahəsini zəbt etmiş, orada qanunsuz olaraq tikili inşa etdirmişdir. Bu hal Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 10/2446 №-li, xx.xx.2024-cü il tarixli rəy ilə təsdiq edilir. Cavabdehin istinad etdiyi və Binəqədi qəsəbə bələdiyyəsinin verdiyi qərarlar “Saziş” qüvvəyə mindikdən sonra verildiyindən əhəmiyyətsiz olmuşdur. Bu baxımdan həmin tikili özbaşına tikili hesab edilməlidir. Cavabdehin həmin tikili və torpaq sahəsi üzərində mülkiyyət hüququ mövcud deyil. Bu səbəbdən cavabdeh iddiaçı Şirkətin qanuni istifadəsində olan sahədə inşa etdiyi özbaşına t ikilidən çıxarılmalı, tikili cavabdehin hesabına sökülməli və ərazi boşaldılaraq iddiaçı Şirkətin istifadəsinə qaytarılmalıdır.
9. Məhkəmə daha sonra qeyd etmişdir ki, sökülməsi tələb olunan tikilinin yaxınlığında onun fəaliyyətinə mane olan işlək neft quyusunun olmadığı müəyyən edilmişdir. Odur ki, həmin fərdi yaşayış evinin və köməkçi tikilinin sökülməsinin təcililiyi ilə bağlı hal-hazırda mübahisə yoxdur. Bu səbəbdən də, hazırkı qətnamə həmin ərazidə neftqaz hasilatının təmin edilməsi üçün nəzərdə tutulmuş əməliyyatların başlandığı zaman icra edilməlidir.
10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 111.1, 111.2, 111.3, 180.1, 180.4-cı, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki ic raat
11. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayəti iddia ərizəsinə qarşı verilən etirazın əsasları ilə eyni məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Belə ki, Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən Rayon Məhkəməsinə verilmiş xx.xx.2024-cü il tarixli rəydə bir tərəfdən qeyd edilir ki, 1 saylı mədənin 5-ci sahəsinin hüdudları daxilində cavabdeh ev tikmişdir. Digər tərəfdən isə qeyd edilir ki, baxış zamanı təqdim olunmuş torpaq sahəsinin y axınlığında göz ilə görünə bilən neft xətti və neft quyuları müəyyən edilməmişdir. Lakin işə baxmış Rayon Məhkəməsi rəyin ziddiyyətli olmasını nəzərə almamış, rəyə əsaslanaraq iddianın təmin edilməsini qət etmişdir. Bundan başqa Rayon Məhkəməsi cavabdehin təqdim etdiyi Binəqədi qəsəbə bələdiyyəsinin xx.xx.2012-ci il tarixli qərarını da nəzərə almamışdır.
13. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2055/2025 nömrəli 06 may 2025-ci il tarixli qətnaməsi ilə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 15 yanvar 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (X1 (sədrlik edən və məruzəçi), X4 və X7 ibarət tərkibdə)
14. Məhkəmə kollegiyası qeyd etmişdir ki, Binəqədi qəsəbə bələdiyyəsi ona məxsus olmayan torpaq sahəsi ilə bağlı qərar qəbul edərək, özünə məxsus olmayan tor paq sahəsini cavabdehə vermişdir. Binəqədi qəsəbə bələdiyyəsinin verdiyi xx.xx.2012- ci il tarixli qərar, həmin qərarda istinad edilən qərarlar yuxarıda qeyd edilən “Saziş” qüvvəyə mindikdən sonra verildiyindən əhəmiyyətsiz olmuşdur. Başqa sözlə mübahisəli tikili özbaşına tikili sayılır.
15. Məhkəmə kollegiyası Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli rəyin ziddiyyətli olması barədə apelyasiya şikayətinin dəlilinə münasibətdə qeyd etmişdir ki, cavabdehin bu dəlili əsassızdır. Çünki Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli rəydə həqiqətən də qeyd edilmişdir ki, iddia ərizəsində qeyd edilən koordinatlar çərçivəsində, yəni 1 saylı mədənin 5-ci sahəsinin hüdudları daxilində cavabdeh tərəfindən tikili (ev və köməkçi sahələr) inşa edilmişdir. Ekspertiza tədqiqatına təqdim olunmuş torpaq sahəsinin yaxınlığında göz ilə görünə bilən neft xətti və neft quyuları müəyyən edilmir. Buna baxmayaraq məhkəmə kollegiyası hesab etmişdir ki, qeyd edilən hal rəyin ziddiyyətli olması anlamını yaratmır. Ekspert, ekspertiza tədqiqatı zamanı müəyyən etdiyi halları rəydə əks etmişdir.
16. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152, 225-ci, Mülki Prosessul Məcəlləsinin 14.2, 77.1, 88-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki icraat
17. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2055/2025 nömrəli 06 may 2025-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barə də qərar qəbul edilməsini xahiş etmişdir.
18. Kassasiya iddia ərizəsinə qarşı verilmiş etirazın dəlilləri və apelyasiya şikayətinin dəlilləri ilə eyni məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd olunmuşdur ki, iddiaçının Bakı şəhəri, Binəqədi qəsəbə bələdiyyəsinin xx.xx.2012-ci il tarixli, 259 saylı qərarının ləğv edilməsi barədə qaldırdığı iddia tələbi Bakı İnzibati Məhkəməsinin qərarı ilə mümkünsüz sayılmışdır. Məhkəmə qərarı qanuni qüvvəyə minmiş, apelyasiya məhkəməsi məhkəmə qərarına hüquqi qiymət verməmişdir. Göründüyü kimi məhkəmə həm maddi hüquq normalarını düzgün tətbiq və təfsir etməmiş, həm də prosessual hüquq normalarını pozmuşdur. a) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə
20. Maddə 152.1. Мülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) özistədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
21. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər.
22. Maddə
159. Sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir.
23. Maddə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır.
24. Maddə 164.2. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər.
25. Maddə 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. Torpaq Məcəlləsi
26. Maddə
111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fıziki şə xslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Mülki Prosessual Məcəllə
27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
29. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
30. Maddə 220.6. Məhkəmə qətnamənin icra qaydası və müddətini müəyyən etdiyi və ya onun icrasının təmin edilməsi üçün tədbirlər gördüyü hallarda, bunu qətnamənin nəticə hissəsində göstərməlidir.
31. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının s übut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
32. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
33. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aş ağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
34. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
35. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu b axımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
36. Cavabdehin kassasiya şikayətinin dəlilləri iddia ərizəsinə etirazda və apellyasiya məhkəməsində işə baxılan zaman da irəli sürülmüş, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaəti və qiymətləndirməsi ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.
37. Apellyasiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, mübahisəli sahəyə dair cavabdehin məqbul və “qanuni gözl ənti” hüququnun mövcudluğundan bəhs etmək mümkün deyildir. İddiaçı şirkətinin kontraktla istifadəsinə ayrılmış torpaq sahəsinə aiddir, həmin sahəyə Binəqədi qəsəbə Bələdiyyəsi sərəncam vermək hüququna malik olmamışdır,
38. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəl lənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
39. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüqu q normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvinə əsas vermir.
40. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2055/2025 nömrəli iş üzrə 06 may 2025-ci tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.