Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2541/2022 24.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh Səfail oğluna qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qızıl-zinət və cehiz tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-1829/2021 nömrəli iş üzrə 15 dekabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh Səfail oğlu tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə 24 may 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Cavabdeh Səfail oğlu ilə 05.09.2018-ci il tarixdə toyları olmaqla faktiki nikah münasibətlərinə daxil olmuş və nikahları 06.05.2019-cu il tarixdə qeydə alınmışdır. Toydan sonra iddiaçı cavabdehin ailəsinə məxsus E kəndində yerləşən evə gəlin köçmüş və toy ərəfəsində hədiyyə olunmuş cehiz və qızıl-zinət əşyalarını da həmin evə aparmışdır. Bir müddət sonra tərəflərin ailə münasibətləri pozulmuş və 05.03.2019-cu il tarixdə iddiaçı müalicə olunduğu xəstəxanadan atasına məxsus evə qayıtmış, bununla da tərəflər faktiki olaraq ayrılmışlar. İddiaçı Cavabdeh Səfail oğluna qarşı “cehiz və qızıl-zinət əşyalarının qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus 4 adda (dəst (boyunbağı, sırğa, üzük, bilərzik) – 7500 manat, brilyant qaşlı nişan üzüyü – 1850 manat, sarı qaşı qızıl üzük – 900 manat, brilyant qaşlı üzük – 1700 manat) 11950 manat dəyərində qızıl-zinət, tələbində adları göstərilmiş 25 adda 2537 manat dəyərində cehiz, geyim və s. əşyalarının qaytarılması, bu mümkün olmadıqda isə onların dəyərinin cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh Səfail oğlu ilə 05.09.2018-ci il tarixdə toyları olmaqla faktiki nikah münasibətlərinə daxil olmuş və nikahları 06.05.2019-cu il tarixdə qeydə alınmışdır. Toydan sonra o, cavabdehin ailəsinə məxsus E kəndində yerləşən evə gəlin köçmüş və toy ərəfəsində hədiyyə olunmuş cehiz və qızıl-zinət əşyalarını da həmin e və aparmışdır. Bir müddət sonra döyülərək xəstəxanaya yerləşdirildiyindən cavabdehlə münasibətləri pozulmuş və xəstəxanadan çıxdıqdan sonra atasına məxsus evə getmiş, lakin ona məxsus cehiz və cavabdehin valdideynləri tərəfindən toydan əvvəl hədiyyə olunmuş qızıl-zinət əşyaları birlikdə yaşadıqları evdə qalmışdır. Cehiz əşyalarının xeyli hissəsini şahidlərin iştirakı ilə götürsə də, bəzi əşyalar, eyni zamanda qızıl-zinət əşyaları ona qaytarılmamışdır. Salyan Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 01 mart 2021-ci il tarixli 2(057)-165/2021 nömrəli qətnaməsi ilə (hakim Ağarza Səmədov) iddia tələbi təmin edilərək, 3 adda qızıl-zinət (7500 manat dəyərində dəst, 1860 manat dəyərində brilyant qaşlı nişan üzüyü və 1700 manat dəyərində brilyant qaşlı üzük) və 25 adda cehi z, geyim və s. əşyalarının qaytarılması, bu mümkün olmadıqda isə onların dəyəri kimi ümumilikdə 14487 manatın və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən alınıb iddiaçıya verilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, cavabdeh tərəfdən iddiaçıya toy vaxtı qızıl və geyim əşyaları hədiyyə olunmuş və həmin əşyalar, eyni zamanda, iddiaçıya məxsus digər əşyalar cavabdeh tərəfdə qalmışdır. Cavabdeh 2 adda qızıl əşyasını kirayə götürdüyünü və nişanın səhəri günü aldıqları mağazaya geri qaytardığını bildirsə də, qeyd olunanlar inandırıcı olmadığından və heç bir sübutla təsdiq olunmadığından qəbul oluna bilməz. Belə ki, nişanda hədiyyə olunmuş əşyanın növbəti gün nişanlı qızdan geri alınması inandırıcı deyil. Göründüyü kimi, tərəflərin münasibətl əri pisləşdikdən sonra cavabdeh, iddiaçıya məxsus və ona hədiyyə olunmuş əşyaları qaytarmaqdan imtina etmişdir. Məhkəmə, qeyd olunanlara əsasən iddiaçının dediklərinin həqiqətə uyğun olduğu, cavabdehin dediklərinin isə həqiqətə uyğun olmadığı qənaətinə gəlir və əlavə olaraq bildirir ki, qızıl zinət əşyalarının dəyəri vergi ödəyicisi olan zərgər tərəfindən müəyyən edilmişdir. Odur ki, zərgər tərəfindən verilmiş rəy də qızıl-zinət əşyalarının dəyərinin müəyyən edilməsi zamanı nəzərə alınmalıdır. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni 157.2, 666.1-ci, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 34-cü, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2, 225.2-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 119.1, 218.3cü maddələri ilə əsaslandırmışdır. Q ətnamədən narazı qalan cavabdeh apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. b) Apelyasiya instansiyası məhkəməsində icraat Şirvan Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Tale Kərimov- sədrlik edən və məruzəçi, Tofiq Heydərov, İsmayıl Əhmədov) 2(106)-1829/2021 saylı, 23 iyun 2021-ci il tarixli qərardadı ilə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin 25 oktyabr 2021-ci il tarixli, 9/5306 saylı ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, iddia ərizəsində adları sadalanan qızıl-zinət əşyalarının nəzəri qaydada orta bazar qiyməti ilə ümum i dəyəri təxminən 6210 manat (brilyant qaşlı nişan üzüyü – 650 manat, dəst – 4800 manat, sarı qaşlı üzük – 410 manat, brilyant qaşlı üzük – 350 manat) təşkil edir. Zərgərlik məmulatlarının üzərində olan brilyant qaşların qiymətini müəyyən etmək üçün həmin brilyant qaşlara baxış keçirmədən onların keyfiyyətini müəyyən etmək mümkün deyildir. Bu səbəbdən də, brilyant qaşlar üzrə qiymətləndirmə aparmaq mümkün olmamışdır. Şirvan Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Tale Kərimov- sədrlik edən və məruzəçi, Tofiq Heydərov, İsmayıl Əhmədov) 2(106)-1829/2021 saylı, 15 dekabr 2021-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin edilərək, Salyan Rayon Məhkəməsinin 01 mart 2021-ci il tarixli 2(057)-165/2021 saylı qətnaməsinin tələb olunan qızıl-zinət əşyalarının dəyəri his səsində dəyişdirilməsi, qızıl zəncir, sırğa, üzük və bilərzikdən ibarət dəstin dəyəri 4800 manat, brilyant qaşlı nişan üzüyünün dəyəri 650 manat, brilyant qaşlı üzüyün dəyəri isə 350 manat müəyyən edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması və ekspertiza tədqiqatının dəyəri olan 100 manatın cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddianın əsas predmetini təşkil edən qızılların iddiaçıya hədiyyə olunması mübahisəsiz olmaqla, mübahisəli hal ondan ibarətdir ki, cavabdeh həmin qızılları almağa maddi imkanı olmadığından onları kirayəyə götürdüyünü və toydan sonra geri qaytardığını bildirir, iddiaçı isə qeyd olunanları təkzib edir. İddiaçı tərəfin iddianın predmetini təşki l edən qızılların həqiqətən ona hədiyyə olunmasına, həmin qızıllarla ər evinə gəlin köçməsinə, qızılların ər evində onun tərəfindən istifadə olunmasına, ər evini birbaşa öz istəyinə uyğun olaraq deyil, döyülərək yerləşdirildiyi xəstəxanadan atası evinə gedərək tərk etməsinə dair təqdim etdiyi sübutların qarşılığında, cavabdeh tərəfin səsləndirdikləri arqumentləri təsdiq edə biləcək hər hansı bir sübut verilməmişdir. Odur ki, iddianın predmetini təşkil edən qızılzinət əşyalarının cavabdehdə qalmasından ibarət birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslıdır. Apelyasiya şikayətinin iddianın təmin olunan cehiz və geyim əşyaları hissəsində dəlillərinə münasibətdə qeyd edlməlidir ki, cavabdeh dəlillərini təsdiq edə biləcək hər hansı bir sübut təqdim etməmişdir. Bununla belə, birinci ins tansiya məhkəməsinin mübahisə predmeti üzrə gəldiyi nəticə işin faktiki hallarına uyğun olsa da, tələb olunan qızıl-zinət əşyalarının qiymətini müəyyən edərkən yalnız iddiaçının təqdim etdiyi mütəxəssis hesabatına istinad etməkdə birinci instansiya məhkəməsi yanlışlığa yol verilmişdir. Apellyasiya baxışından təyin olunmuş ekspert rəyi ilə qızıl-zinət əşyalarına qoyulan qiymətlə mütəxəssis hesabatındakı qiymət arasında təxminən 2 dəfəyə yaxın fərq müəyyən olunmuşdur. Qeyd olunan hal isə, qətnamənin qızıl-zinət əşyalarının dəyəri hissəsində dəyişdirilməsi üçün əsasdır. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri Cavabdeh Səfail oğlu (vəkili Vəkil) kasasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, tələb olunan qızıl-zinət əşyalarının onda qalması barədə sübutetmə vəzifəsi iddiaçının üzərinə düşdüyü halda, məkəməyə bununla bağlı heç bir sübut təqdim edilməmiş, təqdim olunan sübutlar isə yalnız həmin əşyaların mövcudluğunu sübut etməklə, onda olduğunu təsdiq etməmişdir. Mübahisə predmeti olan qızıl əşyaları iddiaçıya alınmadığı, digər əşyalar isə bütün cehiz əmlakı ilə birlikdə aparıldığı halda, məhkəmə həmin əmlakın qaytarılması ilə bağlı istinad etdiyi hüquq normalarının pozuntusuna yol vermişdir. Digər tərəfdən, məhkəmənin ekspertiza rəyinə tam olaraq istinad etməsi də əsaslı olmamışdır. Belə ki, ekspert tərəfindən qızıl əşya larına görmədən, yalnız iddiaçının ifadəsinə istinad etməklə qiymət qoyulmuşdur. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Məhkəməyə kasasiya şikayətinə qarşı yazılı etiraz ərizəsi daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə icraatı yazılı icraat qaydasında keçirildiyindən MPM-in 10.8-1-ci maddəsinə əsasən kasasiya şikayəti üzrə mülki işə məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Kasasiya baxışının hədləri Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmə ləri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvi xahiş edildiyindən məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Maddə 34.1. Ni kaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ərarvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 10.8-1. Bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 3941, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan ist ifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə 416.1. Kasasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tə rəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya kollegiyası ilkin olaraq iddiaçının kasasiya şikayətinin dəlilləri üzrə qeyd edir ki, kasasiya şikayəti formal dəlillərlə əsaslandırılmağa çalışılmışdır. Belə ki, cavabdeh sübutetmə yükünün iddiaçının üzərində olmasına, əldə ed ilmiş rəyin əsassız olmasına, qızıl və cehiz əşyalarının iddiaçı tərəfindən aparılmasına istinad etsə də, kasasiya yoxlaması nəticəsində müəyyən edilmişdir ki, işə mahiyyəti üzrə baxmış apelyasiya kollegiyası məhkəmə araşdırmasını həyata keçirərkən iddiaçının cavabdehlə birgə yaşadığı evi tərk etmə şəraitini də nəzərə almaqla tələb edilən əmlaklar üzrə sübut etmə yükünün cavabdehin üzərində olması ilə bağlı düzgün hüquqi mövqe nümayiş etdirmişdir. Cavabdeh isə yalnız özünün subyektiv yanaşmalarına istinad etməklə tələb edilən əmlakları satın almağa onun əvvəldən imkanın olmamasını, alınmış qızılların və cehiz əşyalarının isə iddiaçı tərəfindən aparılmasını əsaslandırmağa çalışmışdır ki, həmin subyektiv yanaşma üzrə göstərilən halların isə sübut kimi nəzərə alınması qeyri-mümkündür. Odur ki, cavabdehin kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Səfail oğlu tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-1829/2021 nömrəli iş üzrə 15 dekabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2541/2022
Ali Məhkəmə Qərar — İş №2(102)-2541/2022
24.05.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver