Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2544/2023 22.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mənzildən istifadəyə maneələr, preyudisiya) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və X5 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı (üçüncü şəxslər "xxxx" MTK və "xxxx" MMC) “mənzil sahəsinin cavabdehin qanunsuz sahibliyindən geri qaytarılması, cavabdehin həmin mənzil sahəsinə müdaxiləsinin qadağan olunması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-571/2023 nömrəli, 10 fevral 2023-cü il tarixli qətnaməsindən id diaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1994-cü il tarixli, 1119 saylı sərəncamı ilə Bakı şəhəri, ünvan 1 ünvanında 5 bloklu 18 mərtəbəli çoxmənzilli yaşayış bina kompleksinin tikintisinə dair "xxxx" Mənzil Tikinti Kooperativinə (bundan sonra - MTK) icazə verilmişdir. 2. "xxxx" MTK ilə payçı X6 arasında bağlanmış xx.xx.2004-cü il tarixli, 173 saylı kooperativ mənzil tikintisi haqqında müqaviləyə əsasən MTK Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr, 1300-cü məhəllə ünvanında payçıların vəsaiti hesabına inşa ediləcək yaşayış binasının 4-cü girişinin 2-ci mərtəbəsində 3 otaqdan, 114,4 kv.m ümumi sahədən ib arət 177 saylı mənzilini payçıya təhvil verməyi, payçı isə mənzili qəbul etməyi və mənzilin müəyyən edilmiş dəyərini ödəməyi öhdəsinə götürmüşdür. 3. "xxxx" MTK ilə İddiaçı (bundan sonra – iddiaçı) arasında bağlanmış xx.xx.2014-cü il tarixli 001/013 saylı qarşılıqlı razılaşma müqaviləsinə əsasən "xxxx" MTK ona ayrılmış ünvan 3 ünvanında inşa ediləcək yaşayış binasının 5-ci girişinin 10-cu mərtəbəsində, ümumi sahəsi 90 kv.m olan 2 otaqlı mənzilin digər tərəfə verilməsini, müqavilə imzalanan kimi onu kooperativə ortaq üzvlüyə qəbul etməyi və mənzil tikintisi haqqında müqavilə bağlamağı öhdəsinə götürmüşdür. Kooperativ, həmçinin qarşı tərəfin kirayədə qaldığı mənzil üçün 1 il 6 ay müddətində razılaşdırılmış 6.300 məbləğinin ona ödənilməsini (müqavilədə 6 ay faktiki kirayə haqqının ödənildiyi qeyd edilmişdir) təmin etməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.2-ci bəndi ilə iddiaçı MTK-nın həmin dövrdəki sədri M.Nəcəfova qarşı irəli sürülmüş tələblə bağlı ona verilmiş ittihama xitam verilməsi tələbində duraraq, ona qarşı hər hansı tələbi olmadığı barədə (tərəfə təqdim etdiyi ərizə ilə eyni məzmunda) Bakı Ağır Cinayətlər Məhkəməsinə ərizə təqdim edəcəyini öhdəsinə götürmüşdür.
4. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli 1(101)-585/2014 saylı hökmü ilə X7 və X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək, 7 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barələrində həmin Məcəllənin 70-ci maddəsi tətbiq edilməklə, təyin olunmuş cəzalar 2 il müddəti ilə şərti hesab edilmişdir. Hökmlə müəyyən edilmişdir ki, "xx xx" MTK-da sədr vəzifəsində işləyən X7, həmin kooperativin təsisçisi olan və hal-hazırda MTK-da baş mühəndis vəzifəsində çalışan X2 ilə razılaşıb özgənin əmlakını ələ keçirmək məqsədi ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək vətəndaş X3 etibarından sui-istifadə edib, ona məxsus olan həmin MTK tərəfindən inşa edilmiş, ünvan 3 ünvanındakı 4 girişli ümumi sahəsi 114,4 m2 olan üç otaqlı mənzili xx.xx.2006-ci il tarixdə vətəndaş X1, aldığı pulu verməyi vəd edərək X3 həyat yoldaşı vətəndaş İddiaçı çatmalı olan 51500 manatı ələ keçirib, bununla həmin zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla dələduzluq etmişlər. 5. "xxxx" MTK ilə iddiaçı arasında bağlanmış xx.xx.2014-cü il tarixli 013 saylı müqaviləyə əsasən tərəflər arasında bağlanan müqavilənin əsasını kooperativə ayrılmış ünva n 4 ünvanında inşa ediləcək yaşayış binasında 2 otaqlı mənzili təşkil edir. Müqavilənin 2.1-ci bəndinə əsasən kooperativ payçını üzvlüyə daxil etməyi, yuxarıda qeyd olunan ünvanda yaşayış binasını inşa etməyi, inşa ediləcək binanın 5-ci girişinin 10-cu mərtəbəsində, 2 otaqlı, ümumi sahəsi 90 kv.m olan saylı mənzilini payçıya təhvil verməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.1-ci bəndinə əsasən tərəflər arasında mövcud xx.xx.2014-cü il tarixli 001(003) saylı müqaviləyə əsasən mənzilin ilkin dəyəri 27000 manata razılaşdırılmış və həmin müqavilənin şərtlərinə uyğun olaraq, tam şəkildə ödənilmiş hesab edilmişdir. Tərəflər arasında mövcud bu müqavilənin əsasını təşkil edən xx.xx.2014-cü il tarixli 001(013) saylı müqavilənin şərtinə payçı tərəfindən əməl edilməməsi, bu müqavilənin (kooperativ) tərəfindən bir tərəfli qaydada ləğv edilməsi üçün əsasdır.
6. Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2016-cı il tarixli, 288 saylı sərəncamına əsasən Binəqədi rayonu, Binəqədi şossesi, 9-cu mkr, 3169-cu məhəllə A.Məmmədov küçəsi ilə H.Seyidzadə küçəsinin kəsişməsində yaşayış binasının tikintisinə dair Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2016-cı il tarixli, 18/03-8/2210 saylı məktubu ilə razılaşdırılmış şəhərsalma əsaslandırılması təsdiq edilmiş, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra - MMC) xx.xx.2016-cı il tarixli, 20 saylı müraciəti nəzərə alınaraq, Binəqədi rayonu, 9-cu mkr, 3169-cu məhəllə A.Məmmədov küçəsi ilə H.Seyidzadə küçəsinin kəsişməsində yerləşən torpaq sahəsində yaşayış binasının tikintisinin layihələndirilməsi üçün həmin MMC-yə icazə verilmişdir. 7. "xxxx" MMC ilə Cavabdeh (bundan sonra – cavabdeh) arasında bağlanmış xx.xx.2017-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən MMC Binəqədi rayonu A.Məmmədov küçəsi 10-da tikilən yaşayış binasının 9-cu mərtəbəsində 60 saylı 2 otaqlı ümumi sahəsi 97,5 kv.m olan mənzili 97500 manata cavabdehə satmış, qeyd olunan məbləğin tam ödənildiyinə dair sonuncuya eyni tarixli maliyyə arayışı verilmişdir.
8. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(001)-747/2018 saylı qətnaməsi ilə hazırkı iş üzrə iddiaçının "xxxx" MTK-ya qarşı iddia ərizəsi təmin edilmiş, ünvan 4 ünvanında inşa olunan yaşayış binasının 5-ci girişinin 10-cu mərtəbəsində ümumi sahəsi 90 kv.m olan 2 otaqlı mənzilin iddiaçıya verilməsi vəzifəsi "xxxx" MTK-ya həvalə edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.x x.2020-ci il tarixli, 2(103)-5608\2020 saylı qərardadı ilə həmin qətnamədən hazırkı iş üzrə cavabdehin maraqlarına toxunulan şəxs qismində verdiyi apellyasiya şikayəti qeyri-mümkün hesab edilmişdir. Qərardad onunla əsaslandırılmışdır ki, apellyasiya baxışı zamanı mübahisəli binaların yerləşdiyi əraziyə və binalara baxış keçirilərkən baxış keçirilən sahədə 4 bloklu yaşayış binası və ayrıca 1 bloklu yaşayış binasının olduğu və həmin yaşayış binalarının arasında təxminən 20 metr məsafənin olduğu, 1 bloklu yaşayış binasının müstəqil bina olması, 4 bloklu yaşayış binası ilə əlaqəsinin olmadığı, bu iki yaşayış binasının layihə, dizayn və görünüşünə görə tam fərqli olması, 1 bloklu yaşayış binasının müstəqil girişçıxışının və özünün yeraltı qarajının olması müşahidə edilmişdir. Məhkəmə müəyyən et mişdir ki, "xxxx" MMC tərəfindən inşa edilmiş 1 bloklu yaşayış binası müstəqil sərəncam və layihə əsasında, fərqli görünüşdə tikilmiş, müstəqil infrastrukturu və özünün ayrıca girişçıxışı (o cümlədən yeraltı qarajı) olan müstəqil yaşayış binasıdır. Həmin binanın "xxxx" MTK tərəfindən inşa edilmiş 4 bloklu yaşayış binası ilə hər hansı bir bağlılığı yoxdur. Hər iki binanın bir-biri ilə bağlı olmaması və müstəqil layihə əsasında inşa edilməsi həm də "xxxx" MTK-nın iddiaçıya verilməsini öhdəsinə götürdüyü 2 otaqlı mənzilin sahəsi ilə (90 m2) "xxxx" MMC tərəfindən inşa edilmiş və Cavabdeh satılmış 2 otaqlı mənzilin sahəsi (97,5 m2) arasında fərqlər müəyyən olunur. "xxxx" MMC tərəfindən inşa edilmiş yaşayış binasının, "xxxx" MTK tərəfindən köhnə layihə əsasında tikilməsi planlaşdırılan yaşayış b inası ilə əlaqəsinin olmadığı müəyyən edildiyindən, MMC tərəfindən inşa edilmiş həmin binanın MTK-nın tikmək niyyətində olduğu yarımçıq qalmış beş bloklu yaşayış binasının (4 bloku əvvəlcədən inşa edilmişdir) 5-ci bloku kimi qiymətləndirilməsi mümkün deyildir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 5 ünvanında inşa edilmiş yaşayış binasının 10-cu mərtəbəsində yerləşən ona məxsus 90 kv.m (ümumi sahəsi 97 kv.m) yaşayış sahəsindən ibarət iki otaqlı mənzil sahəsinin cavabdehin qanunsuz sahibliyindən ona geri qaytarılması, cavabdehin həmin mənzil sahəsinə müdaxiləsinin qadağan olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
10. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, cavabdeh mübahisəli mənzili zəbt etmiş və qanunsuz hərəkətinin əsası kimi həmin mənzilə adına "xxxx" MMC tərəfindən verilmiş müqavilə əldə etdiyinə istinad edir. Cavabdeh tərəfindən zəbt olunan mənzili o, "xxxx" MTK ilə xx.xx.2014-cü il tarixdə bağladığı kooperativ mənzil tikintisi haqqında 013 saylı müqavilə əsasında əldə etmişdir. xx.xx.2018-ci il tarixdə mənzil ona təhvil verilmiş, həmin vaxtdan da qanuni sahibliyindədir. Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1994-cü il tarixli sərəncamı əsasında binaların tikintisinə həmin MTK tərəfindən başlanmış, 4 bloku tikilib başa çatdırılmış, 5-ci blok hissəsinin tikintisi isə "xxxx" MMC ilə bağlanmış xx.xx.2015-ci il tarixli müqavilə əsasında sonuncu ilə davam etdirilmişdir. "xxxx" MTK ilə "xxxx" MMC arasında xx.xx.2015-ci il tarixdə bağlanmış hündür mərtəbəli yaşayış binasının tikintisinə dair müqaviləyə əsasən tikilən binadan 1400 kv.m "xxxx" MTK-ya aid edilmişdir. Adı çəkilən əməkdaşlıq müqaviləsi xx.xx.2015-ci il tarixdə bağlanılan zaman ona aid olan müqavilə ilə yanaşı, "xxxx" MTK ilə başqa şəxslər arasında artıq bağlanmış daha 5 müqavilə mövcud olub. Əməkdaşlıq müqaviləsi bağlanılan ərəfədə də həmin müqavilələr "xxxx" MMC-yə təqdim edilmiş və "xxxx" MTK-ya ayrılmış 1400 kv.m-ə aid edilməklə, iradsız qəbul edilmişdir. Bu razılaşma gizli deyil, şəxsən onun, tərəflərin, hüquqşünasların iştirakı ilə olmuşdur. Mübahisəli mənzilin ona ayrılması "xxxx" MTK ilə "xxxx" MMC arasında xx.xx.2015-ci il tarixdə əməkdaşlıq müqaviləsinin bağlanmasından əvvəl baş vermiş, sonuncuya da detalları ilə məlum olmuş və buna irad bildirilməmiş, qəbulundan imtina edilməmiş, məhz həmin sahənin verilməsinə etiraz olmamışdır. Belə ki, "xxxx" MTK ilə bağlanmış xx.xx.2004-cü il tarixli müqaviləyə əsasən, sonuncu tərəfindən tikilən 5 bloklu bina kompleksinin 4-cü blokunda sahəsi 117 kv.m olan 3 otaqlı mənzil ona verilməli idi. Lakin icraçı tərəfin günahı üzündən həmin mənzil başqasına satıldığından, qarşılıqlı razılaşma əsasında həmin bina kompleksinin davamı olan 5-ci blokdan, sahəsi 90 kv.m olan 2 otaqlı mənzilin ona verilməsi barədə xx.xx.2014-cü il tarixdə 001(013) saylı qarşılıqlı razılaşma müqaviləsi, daha sonra da razılaşmanın tələbinə uyğun olaraq xx.xx.2014-cü il tarixdə aralarında 013 saylı kooperativ mənzil tikintisi haqqında müqavilə imzalanmışdır. Az sahəsi olan mənzilə razılaşmasına səbəb də həmin blokun yola yaxın və ayrı tikiləcəyi olmuşdur. Müqavilə bağlanılan vaxtı 5-ci blokun özülü qazılmış, inşasına artıq başlanmışdır. Həmin müqavilənin onunla bağlanıldığı vaxtı "xxxx" MMC məsələsi olmasa da, bütün məsələlərdə onun rəhbəri olan Xanlar Cəfərov və onunla birgə işləyən şəriki və yaxını Elxan Babayevin iştirakı ilə olmuşdur. Müslət Nəcəfovdan şikayət etməməsi ondan xahiş edilmiş, əvəzində onunla şəxsən Elxan Babayevin iştirakı ilə hüquq şirkətinin ofisində müqavilə tərtib edilmişdir. Qeyd edilən ünvanda bina tikintisinə "xxxx" MMC-yə icazə verilməsi barədə Bakı Şəhər İcra Hakimiyyəti başçısının 288 saylı sərəncamı xx.xx.2016-cı il tarixdə əldə edilmişdir. Məhz bu sərəncamdan sui-istifadə edən sonuncu həmin binanın "xxxx" MTK-ya aid deyil, ayrı bina kompleksi olduğunu göstərməklə əsasız varlanmaq məqsədindədir. Halbuki, 2016-cı ilin iyun ayında həmin binada tikinti işləri son iki mərtəbədə davam etməklə, binanın inşası tamamlanmaq üzrə olub. Müslət Nəcəfovun ölümündən sonra "xxxx" MMC-nin adından rəhbəri olaraq Xanlar Cəfərov "xxxx" MTK-ya çatan 1400 kv.m yaşayış sahəsini ələ keçirmək üçün arxa tarixlərə ayrı-ayrı şəxslərin adına müqavilələr təsdiqləmişdir ki, bunlardan biri də cavabdehin adına tərtib edilmiş xx.xx.2017-ci il tarixli müqavilədir. Cavabdeh bunu bilərəkdən, sonuncu ilə birgə hərəkət edir. Həmin müqavilənin özü heç də 2017-ci ildə deyil, sonrakı illərdə tərtib edilmişdir. Belə ki, əməkdaşlıq müqaviləsi əsasında "xxxx" MTK-nı təmsil edən Müslət Nəcəfovun vəfatından sonra "xxxx" MMC tərəfindən çıxış edən rəhbəri Xanlar Cəfərov ona məxsus adı keçən mənzili ona təhvil verməkdən boyun qaçırdığından, o, məhkəməyə müraciət etmiş və iddiası təmin edilmişdir. Qətnamə icra edilərək, mənzil ona xx.xx.2018-ci il tarixdə təhvil verilmişdir. Həmin vaxta qədər də mübahisəli mənzillə bağlı ikinci müqavilənin olması deyilməmiş və bu kimi fakt müəyyən edilməmişdir. Cavabdehlə bağlı və onun adına müqavilə olduğu məsələsi, bundan bir il sonra meydana çıxmışdır. Cavabdehin adına məqsədli tərtib edilmiş müqavilədən irəli gələn mübahisəni "xxxx" MMC ilə qanuni yolla həll etmək istəmir. Çünki, bu məsələyə bilərəkdən sonuncu ilə əlbirliklə getmişdir. Cavabdehə məsələni sivil qaydada yoluna qoyulması, qanuna riayət edilməsi ilə bağlı dəfələrlə təklif edilmiş, lakin o, özbaşınalığa davam etməklə, danışıqların müsbət nəti cəsi olmadığından, məsələnin məhkəmə qaydasında həll edilməsi məcburiyyəti yaranmışdır. Mənzil sahəsinə mülkiyyət hüququ dövlət qeydiyyatına alınmasa da, həmin mənzil sahəsi qanuni əsaslarla ona verilmiş, 2018-ci ilin may ayından qanuni sahibliyindədir.
11. İş üzrə təyin edilmiş ekspertiza üzrə Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli, 10/2977 saylı rəyinə əsasən faktiki vəziyyətdə mövcud olan bina ilə "xxxx" MTK-nın eskiz layihəsi arasında mövcud olan uyğunsuzluq səbəbindən, eləcə də, eskiz layihəsi faktiki mövcud olan binaya uyğun gələn "xxxx" MMC ilə cavabdeh arasında bağlanmış alğı-satqı müqaviləsində ona satılan mənzilin mərtəbəliliyinin hansı qaydada müəyyən olunması (0 nöqtəsindən yuxarıda yerləşən qeyri-yaşayış sahəsinin mərtəbə olaraq nəzərə alınıb-alınmaması) il ə bağlı dəqiq məlumat olmadığına görə iddiaçı ilə "xxxx" MTK arasında bağlanmış 013 saylı, xx.xx.2014-cü il tarixli kooperativ mənzil tikintisi haqqında müqaviləyə əsasən iddiaçıya satılmış mübahisəli mənzilə dair cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli mənzil alğı-satqısı haqqında müqavilə ilə cavabdehə satılmış ünvan 7 ünvanında inşa edilən yaşayış binasının 9-cu mərtəbəsində yerləşən sahəsi 97,5 m2 olan 2 otaqlı 60 saylı mənzilin eyni mənzillər olubolmamasını müəyyən etmək mümkün deyildir. Baxış zamanı tədqiq olunan mənzil 0 nöqtəsindən yuxarıda yerləşən qeyri-yaşayış mərtəbəsi nəzərə alındıqda 10-cu mərtəbədə, nəzərə alınmadıqda 9-cu mərtəbədə (yaşayışın 9-cu mərtəbəsi) yerləşir. Həmin mənzilin yerləşdiyi mərtəbənin dəqiq yeri, qonşu mənzillərin və yaxud müx təlif mərtəbələrdə yerləşən mənzillərin mülkiyyət sənədlərinə əsasən müqayisə yolu ilə müəyyən edilə bilər. Ekspert tədqiqatına təqdim olunan eskiz layihələri ilə faktiki vəziyyətdə mövcud olan binanın müqayisəli tədqiqatı aparılan zaman faktiki olaraq mövcud olan çoxmərtəbəli yaşayış binasının "xxxx" MMC-yə məxsus eskiz layihəsinə uyğun inşa edildiyi müəyyən olunmuşdur. Rəydə ünvan 8 ünvanında inşa edilən yaşayış binasının mübahisəli mənzilində görülmüş təmir işlərinin təqribi dəyərinin mövcud orta bazar qiymətlərinə uyğun olaraq 10765 manat müəyyən olunmuşdur.
12. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(001)-2094/2021 saylı, 06 dekabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim S.Səlimova) iddia təmin edilməmişdir.
13. Məhkəmə müəyyən etmişdir ki, "xxxx" MMC tərəfindən inşa edilmiş 1 bloklu yaşayış binası MMC-yə verilən müstəqil sərəncam və layihə əsasında inşa olunan müstəqil yaşayış binasıdır. Həmin binanın "xxxx" MTK tərəfindən inşa edilmiş 4 bloklu yaşayış binasına aidiyyəti yoxdur. Bu faktlar qanuni qüvvəsini alan, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(103)-5608/2020 saylı qərardadı ilə də öz təsdiqini tapmışdır.
14. Məhkəmə belə qənaətə gəlmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(001)-747/2018 saylı qətnaməsinə əsasən iddiaçıya təhvil verilməsi vəzifəsi "xxxx" MTK-ya həvalə edilmiş mənzilin cavabdehə "xxxx" MMC tərəfindən satılan Binəqədi rayonu, A.Məmmədov küçəsi, 10-da tikilən yaşayış binasının 9-cu mərtəbəsində yerləşən 60 saylı 2 otaqlı, ümumi sahəsi 97,5 m2 olan mənzil olmadığı müəyyən olunduğundan iddiaçının hazırkı iddia tələblərini irəli sürmək üçün subyektiv hüququ yoxdur, ona görə də iddia təmin edilə bilməz.
15. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 389.1, 390.1, 390.2, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 15, 77-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
16. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin olunmasını xahiş etmişdir.
17. Şikayət iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tam araşdırmamış, maddi və prosessual hüquq normaları nı pozmuş və düzgün nəticəyə gəlməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 15 yanvar 2018-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsinin mövcud olduğunu və icra edildiyini nəzərə almamışdır. Eyni zamanda məhkəmə "xxxx" MMC tərəfindən inşa edilən ayrıca müstəqil binanın "xxxx" MTK-nın inşa etdiyi binaya aidiyyəti olmamasına əsaslanır. Lakin, iş materialları arasında "xxxx" MMC ilə "xxxx" MTK arasında xx.xx.2015-ci il tarixli bağlanmış müqavilə mövcuddur. Məhkəmə "xxxx" MMC-yə həmin ünvanda bina inşa edilməsi üçün verilmiş sərəncamın "xxxx" MMC ilə "xxxx" MTK arasında bağlanmış müqavilə əsasında verildiyini nəzərə almamışdır.
18. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-1807/2022 nömrəli, 06 aprel 2022-ci il tarixli qə tnaməsi ilə (hakimlər F.Babayev (sədrlik edən və məruzəçi), Ş.Məmmədova, R.Eyvazov) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
19. Məhkəmə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışdır. c) Kasasiya instansiyası məhkəməsində birinci icraat
20. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi və iş üzrə yeni qərar qəbul edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
21. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının (hakimlər M.Əhmədova (məruzəçi hakim), Ə.Əliyev və İ.Xəlilov) 2(102)-4677/2022 nömrəli, 20 sentyabr 2022-ci il tarixli qərarı ilə kasasiya şikayəti qismən təmin e dilərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, işin yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması qərara alınmışdır.
22. Kassasiya instansiya məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsini apelyasiya qaydasında yoxlayan apellyasiya instansiyasi məhkəməsi təqdim edilmiş bütün sübutları dəqiq və ətraflı qiymətləndirməmişdir. Cavabdeh iddiaçıya verilən mənzilin "xxxx" MTK-nın layihəsinə əsasən 5-ci girişdə olduğunu, "xxxx" MMC tərəfindən tikilmiş binada iddiaçının mənzilinin olmadığını, binada olan 126 mənzilin hamısının "xxxx" MMC-yə aid olduğunu bildirsə də, MMC ilə MTK arasında bağlanmış "xxxx" MTK-ya 1.400 kv.metr yaşayış sahəsinin ayrılması təsbit edilmişdir. Məhkəmələr tərəfindən isə MTK-ya ayrılmış 1.400 kv.metr yaşayış sahəsin ə hansı sahələrin, mənzillərin daxil olduğu, ayrılmış sahədə iddiaçının mənzilin mövcud olub-olmaması barədə ümumiyyətlə, araşdırılma aparmamışlar. Həmçinin, mübahisənin əsas mahiyyətini təşkil edən “binanın mərtəbəliliyinin müəyyən edilməsi” məsələsində həlledici ola biləcək sübutlar, o cümlədən, Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin xx.xx.2020-ci il tarixli, 1080 nömrəli rəyinə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 10/2977 saylı rəyinə, tərəflərin dəlillərinə qiymət verilməmişdir.
23. Bundan başqa, yuxarıda qeyd olunan sübutlardakı təzadlı hallar məhkəmələr tərəfindən aydınlaşdırılmamış, natamam ekspertiza rəyi üzrə əlavə ekspertiza təyin edilməmiş, mübahisəli əmla kın yerində yoxlanılması üçün müvafiq yerli baxış araşdırılması mümkün olsa da, buna cəhd edilməmiş, işdə olan sübutları hansı səbəbdən mötəbər hesab etməməsini qətnamədə əsaslandırmamışdır. d) Apellyasiya instansiyası məhkəməsində ikinci icraat
24. Apellyasiya instansiyası məhkəməsinin 2(103)-571/2023 nömrəli, 10 fevral 2023cü il tarixli qətnaməsi ilə (hakimlər M.Məmmədov (sədrlik edən və məruzəçi), C.Musayeva, R.Həsənov) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
25. Məhkəmə qeyd etmişdir ki, Cavabdeh Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsində baxılmış 2(001)-747/2018 saylı iş üzrə tərəf olmadığı və üçüncü şəxs qismində cəlb edilmədiyi üçün həmin qətnamə hazırkı iş üzrə məcburi və preyudisial xa rakter daşımır. Həmçinin sonuncu qeyd edilən məhkəmə aktının onun maraqlarına toxunmasını bildirərək, qətnamədən apellyasiya şikayəti vermiş, lakin yuxarıda qeyd edildiyi kimi Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyası həmin iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərardadla apellyasiya şikayətini qeyri-mümkün hesab etmişdir. Qərardadla müəyyən edilmişdir ki, İddiaçı təhvil verilməli mənzil ilə Cavabdeh yaşadığı mənzil ayrı-ayrı binalarda yerləşir. Cavabdeh yaşadığı mənzilin yerləşdiyi binanın "xxxx" MTK-ya aid binanın 5-ci girişi kimi qiymətləndirilməsi mümkün deyil, həmin bina "xxxx" MTK-ya aid olmayan müstəqil binadır. Məhkəmə qeyd Bakı Apellyasiya Məhkəməsinin qeyd olunan qərardadının ləğv edilmədiyini və qüvvədə olduğunu nəzərə alaraq, onu hazırkı iş üzrə sübut kimi qəbul et mişdir.
26. Məhkəmə qeyd etmişdir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü (İş № 1(101)- 585/2014) ilə Natiq İsmayılov və Müslət Nəcəfov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinmişlər və hazırkı iş üzrə iddiaçı həmin iş üzrə zərərçəkmiş şəxs olmuşdur. Hökmlə müəyyən edilmişdir ki, ünvan 9 ünvanında yerləşən çoxmənzilli yaşayış binası 4 girişlidir və "xxxx" MTK tərəfindən inşa edilmişdir.
27. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökm (İş № 1(101)960/2018) ilə isə Xanlar Cəfərov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 308.2, 213.3 və 313-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində ona görə təqsirli bilinmişdir ki, o, "xxxx" MMC-nin təsisçisi və direktoru olaraq öz qulluq mövqeyindən sui-istifadə edərək MMC tərəfindən ünvan 9 ünvanında inşa edilmiş 1 girişli yaşayış binasında yerləşən bir neçə mənzilin satılmasına baxmayaraq həmin mənzilləri təkrarən başqa şəxslərə satmışdır. Hazırkı iş üzrə iddiaçı və cavabdeh, o cümlədən hazırkı iş üzrə üçüncü şəxs olan "xxxx" MTK həmin cinayət işi üzrə zərərçəkmiş şəxs olmamışlar. Hökmlə müəyyən edilmişdir ki, ünvan 9 ünvanında yerləşən çoxmənzilli yaşayış binası "xxxx" MMC tərəfindən inşa edilmişdir və bina 1 girişlidir.
28. Apellyasiya instansiyası məhkəməsi MPM-nin 82.4-ci maddəsinə istinadla belə qənaətə gəlmişdir ki, həmin hökmlərlə müəyyən edilmiş hallar hazırkı iş üzrə məcburi xarakter daşıyır.
29. Hazırkı işin araşdırılmış halı kimi qəbul edilməlidir ki, Bak ı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə İddiaçı təhvil verilməli mənzil ilə Cavabdeh yaşadığı mənzil ayrı-ayrı binalarda yerləşir. Cavabdeh yaşadığı mənzilin yerləşdiyi binanın "xxxx" MTK-ya aid binanın 5-ci girişi kimi qiymətləndirilməsi mümkün deyil, həmin bina "xxxx" MTK-ya aid olmayan müstəqil və 1 girişli binadır. Qeyd edilən hal qüvvəyə minmiş məhkəmə aktları ilə müəyyən edildiyindən apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, hazırkı iş üzrə ekspertizaların (o cümlədən əlavə və təkrar ekspertizaların) təyin edilməsi, sübutların toplanması və onların əlavə təhlil edilməsi qeyrimümkündür. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən iddiaçının hazırkı iddianı irəli sürməklə bağlı subyektiv hüquqa malik olmadığı barədə hüquqi nəticəyə gəlmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
34. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
35. Kassasiya şikayəti iddia ərizəsinə və apellyasiya şikayətinə uyğun əsaslandırılmış, həmçinin qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi xx.xx.2020-ci il tarixli qərardadın preyudisiallığını qəbul etməklə MPM-in 82.3-cü maddəsinin tələbini pozmuşdur. Çünki həmin maddə yalnız qətnamə ilə müəyyən edilmiş faktların preyudisial olduğunu müəyyən edir. İşə baxan birinci və apellyasiya məhkəmələri "xxxx" MMC tərəfindən inşa edilmiş bir girişli binanın məhz xx.xx.2015-ci il tarixli “Hündür mərtəbəli yaşayış binasının tikilməsinə dair əməkdaşl ıq” müqaviləsi əsasında tikilmiş bina olmasını müəyyən etməli olduqları halda bunu etməmiş, tətbiq edilməli olan maddi hüquq normalarını mübahisəli hüquq münasibətinə tətbiq etməmiş, tətbiq edilməli olmayan prosessual hüquq normalarını tətbiq etmiş, heç bir əsas olmadan iddiaçının hazırkı iddia qaldırmağa subyektiv hüququnun olmaması qənaətinə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsi işin hallarını tam araşdırmamış, kassasiya instansiyası məhkəməsinin icrası məcburi olan göstərişlərini yerinə yetirməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
36. Cavabdeh kassasiya şikayətinə yazılı etiraz təqdim edərək, şikayətin təmin olunmamasını xahiş etmişdir. Şikayətdə qeyd olunmuşdur ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə "xxxx" MTK-nın "xxxx" MMC -yə və X9 qarşı iddiası təmin edilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
37. Maddə 13, İ hissə. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
38. Maddə 43, İ hissə. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Mülki Məcəllə
39. Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.
40. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülki Prosessual Məcəllə
41. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
42. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etir azlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
43. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
44. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.
45. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
46. Maddə 217.2. Qətnamə mübahis əli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
47. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
48. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
49. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düz gün tətbiq edilməsini yoxlayır.
50. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.
51. Maddə
420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya baxışının hədləri
52. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
53. Hazırkı icraat üzrə apellyasiya instansiyası məhkəməsinin aktı iddiaçının kassasiya şikayəti əsasında tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
54. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
55. Kassasiya şikayətinin dəlillərinə münasi bətdə Məhkəmə kollegiyası aşağıdakıların qeyd olunmasını zəruri hesab edir.
56. MPM-in 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
57. Məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyünü ehtiva edir.
58. Qeyd olunan maddənin şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli qərarına əssən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş istənilən halların deyil, məhz araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir.
59. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, MPM-in 82.3-cü maddəsinə uyğun olaraq preyudisiallıq işdə iştirak edən şəxslərin dairəsi ilə məhdudlaşır və yalnız aşağıdakı şərtlər daxilində mövcud olur: - konkret fakt işdə iştirak edən şəxsin iştirak etdiyi başqa bir mülki iş üzrə çıxarılmış və qanuni qüvvəyə minmiş qərar ilə müəyyən edilmiş olmalıdır; - bu fakt həmin işdə iştirak edən şəxslərin iştirak etdikləri başqa bir iş üzrə də süb utetmə predmetinə aid olmalıdır.
60. Göründüyü kimi, yekun məhkəmə qərarlarının preyudisial əhəmiyyəti mütləq deyildir və yalnız prosessual qanunvericiliklə müəyyən edilmiş hədlərə malikdir. Belə ki, məhkəmə aktının preyudisiallığının tanınması üçün preyudisiallığın obyektiv və subyektiv hədlərinin məcmusunun müəyyən edilməsi vacib şərtdir. Preyudisiallığın subyektiv həddi əvvəl baxılmış və yeni baxılan işlərdəki şəxslərin dairəsinin, yəni subyekt tərkibinin eyniliyini şərtləndirir. Preyudisiallığın obyektiv hədlərini isə qüvvəyə minmiş məhkəmə aktları ilə müəyyən edilən hallar, hüquqi faktlar və hüquq münasibətləri təşkil edir.
61. Konstitusiya Məhkəməsinin Plenumu həmin qərarında xüsusi olaraq vurğulamışdır ki, preyudisiya institutunun məntiqi əsasını qanuni qüvvəyə minmiş məhkəmə qərarı nın həqiqiliyi prezumpsiyası təşkil edir. Bu prezumpsiya bütün məhkəmə aktlarına şamil edildiyindən, preyudisiya əhəmiyyətinə yalnız məhkəmə qətnaməsi deyil, məzmunundan və xarakterindən asılı olaraq digər məhkəmə aktları da malik ola bilər. Yəni preyudisial əhəmiyyətə nəinki qətnamə, məhkəmə qərardadı da müəyyən şərtlərlə malik ola bilər. Bunun üçün məhkəmə qərardadı aşağıdakı vacib şərtlərə cavab verməlidir: qərardad müstəqil məhkəmə icraatı çərçivəsində çıxarılmalı; həmin qərardad ilə hüquqi faktlar və hüquq münasibətləri müəyyən edilməli; tərəflərin məhkəmə baxışında iştirakı təmin edilməli; baxış çəkişmə prinsipinə əməl edilməklə aparılmalı; belə qərardadın yuxarı instansiya məhkəmələrində mübahisələndirilməsi imkanı olmalıdır.
62. Həmçinin qeyd edilməlidir ki, hüquq nəzəriyyəsində məhkəmə aktlarının preyudisial əhəmiyyəti ilə bağlı iki yanaşma – forma və məzmun yanaşması mövcuddur. “Forma”, yəni qəbul edilmiş məhkəmə aktının prosessual forması yanaşması baxımından yalnız işi mahiyyəti üzrə həll edən qətnamələrin preyudisial əhəmiyyəti tanınır. “Məzmun” yanaşması baxımından isə prosessual formasından asılı olmayaraq məhkəmə aktı ilə maddi-hüquqi faktlar müəyyən edildikdə, həmin məhkəmə aktı preyudisial əhəmiyyət kəsb edir.
63. Baxılan iş üzrə iddiaçı Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının icraatında olmuş 2(103)-5608/2020 nömrəli mülki iş üzrə də iddiaçı olmuşdur. Həmin iş üzrə apellyasiya instansiya məhkəməsində icraat hazırkı iş üzrə cavabdehin şikayəti əsasında aparılmışdır. Qeyd olunan iş üzrə qəbul edilmiş xx.xx.2020-ci il tarixli qərardadda iddia tə ləbinin və qətnamədən apellyasiya şikayəti vermiş hazırkı iş üzrə cavabdehin etirazının (şikayətinin) predmeti üzrə araşdırma və qiymətləndirmə aparılaraq faktlar müəyyən edilmişdir. Həmin məhkəmə aktı qərardad olsa da, həmin akt müstəqil məhkəmə icraatı çərçivəsində çıxarılmış; qərardadla hüquqi faktlar və hüquq münasibətləri müəyyən edilmiş; hazırkı iş üzrə iddiaçının və cavabdehin həmin məhkəmə baxışında iştirakı təmin edilmiş; baxış çəkişmə prinsipinə əməl edilməklə aparılmışdır. MPM-in 402.2-ci maddəsinə əsasən apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi barədə qərardadlardan kassasiya şikayəti verilə bilər.
64. Bu baxımdan Məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5608/2020 nömrəli mülki iş üzrə xx.xx.2020-ci il tarixli qərardad ında "xxxx" MMC tərəfindən inşa edilmiş yaşayış binasının, "xxxx" MTK tərəfindən köhnə layihə əsasında tikilməsi planlaşdırılan yaşayış binası ilə əlaqəsinin olmadığı, MMC tərəfindən inşa edilmiş həmin binanın MTK-nın tikmək niyyətində olduğu yarımçıq qalmış beş bloklu yaşayış binasının 5-ci bloku olmadığı barədə müəyyən etdiyi hallar (faktlar) hazırkı iş üzrə preyudisial əhəmiyyətə malik olmuş və MPM-in 82.3-cü maddəsinə əsasən qeyd olunan qərardadla müəyyən edilmiş faktların həmin işdə iştirak etmiş şəxslər tərəfindən mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməz olmuşdur.
65. Bununla yanaşı, Məhkəmə kollegiyası Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli və xx.xx.2018-ci il tarixli hökmlərində müəyyən edilmiş - ünvan 9 ünvanında yerləşən çoxmənzilli yaşayış b inasının 4 girişli olduğu və "xxxx" MTK tərəfindən inşa edildiyi, həmin ünvanda yerləşən çoxmənzilli 1 girişli yaşayış binasının "xxxx" MMC tərəfindən inşa edildiyi - barədə faktların baxılan iş üzrə preyudisial olduğu barədə apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşmır. Çünki MPM-in 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü mülki işə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyətinin olubolmaması hissəsində məcburidir. İstinad olunan normaya əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə müəyyən edilmiş bütün hallar deyil, yalnız hüquqa zidd əməlin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti ilə bağlı müəyyən edilmiş hallar (faktlar) mülki işə baxılarkən məhkəmə üçün preyudisial əhəmiyyət kəsb edir. Lakin ape llyasiya instansiyası məhkəməsinin qətnaməsində istinad olunan hökmdə müəyyən edilmiş faktlar MPM-in 82.4-cü maddəsində sadalanan hallarla bağlı olmamışdır.
66. Lakin Məhkəmə kollegiyası işin digər hallarına və məhkəmələrin iddianın rədd olunması ilə bağlı prosessual qanunvericiliyin tələblərinə uyğun olan digər əsaslandırmalarını nəzərə alaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin MPM-in 82.4-cü maddəsi ilə bağlı yol verildiyi prosessual hüquq pozuntusu yekun olaraq düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnmədiyi üçün MPM-in 418.3-cü maddəsinə əsasən qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. 67. "xxxx" MTK ilə "xxxx" MMC arasında xx.xx.2015-ci il tarixdə bağlanmış hündür mərtəbəli yaşayış binasının tikintisinə dair müqaviləyə əsasən tikilən binadan 1400 kv.m sahə nin "xxxx" MTK-ya təhvil verilməli olduğu barədə iddianın (o cümlədən kassasiya şikayətinin) dəlilinə münasibətdə Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddiaçı həmin müqavilənin tərəfi olmadığı üçün ondan irəli gələn öhdəlilərin icrasını tələb etmək hüququna malik olmamışdır. Həmçinin iddiaçı baxılan iş üzrə "xxxx" MMC-ni cavabdeh kimi cəlb etməmiş, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə iddiaçıya mənzil vermək öhdəliyi "xxxx" MTK-ya həvalə edilmişdir.
68. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
69. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İd diaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-571/2023 nömrəli mülki iş üzrə 10 fevral 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.