Məhkəmə qərarları › İş №2(102)-2548/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-2548/2025

27.10.2025 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2548/2025 27.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər X1 və Cavabdeh1 qarşı iş üzrə QƏRARİ Açar sözlər: tikilinin sökülməsi və maneənin aradan qaldırılması. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlu və Abbasov Aqil Əzizağa oğlu hakimlərdən ibarət tərkibdə, İddiaçı cavabdehlər X1 və Cavabdeh1 qarşı tikilinin sökülməsi və maneənin aradan qaldırılması tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin 10 iyun 2025-ci il tarixli 2(103)-265/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 27 oktyabr 2025-ci il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi 06 oktyabr 2022-ci il tarixdə İddiaçı, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi isə xx.xx.2015-ci il tarixdə Cavabdeh2 adına dövlət qeydiyyatına alınmışdır.

2. Xətai rayonu İcra Hakimiyyəti tərəfindən İddiaçı ünvanlanmış 28 dekabr 2022-ci il tarixli məktubda qeyd edilmişdir ki, şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı ilə sökülə bilər. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin evinin arxasında avtomobil yolunun üzərində qaraj kimi istifadə etmək məqsədi ilə inşa etdiyi daş hasarın onun öz vəsaiti hesabına sökülməsi və həmin daş hasarın üzərində qoyulmuş su çəninin götürülməsi ilə yolun gediş-gəliş hissəsinin bərpa olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, ailəsi ilə birlikdə faktiki olaraq ünvan 4 ünvanında fərdi ev tikintisi üçün ayrılmış torpaq sahəsində inşa etdiyi 235 kv metr sahəsi olan evdə yaşayır. Həmin ev onun mülkiyyət hüququ əsasında 6 oktyabr 2022-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilmişdir. Onun evi ilə Cavabdeh1 yaşadığı ev qonşuluqda yerləşir. Hər iki tərəfin yaşadıqları evin ətrafındakı həyətyanı sahə daş hasarla əhatələnmişdir. Cavabdeh evinin arxasında avtomobil yolunun üzərində daş hasarla əhatə olunmuş qaraj tikməklə avtomobillərin, xüsusən də iddiaçının evinə daxil olan avtomobillərin sərbəst keçidinə maneə yaratmışdır. Belə ki, qarajın əhatə olunduğu daş hasarla onunla üzbəüz olan elektrik dirəyi arasındakı məsafə 3,5 m təşkil edir və avtomobillər bu ərazidən keçərkən maneələrlə üzləşir, yolun həmin hissəsində bir avtomobil ancaq çətinliklə keçə bilir və digərləri həmin avtomobilin keçməsini gözləmək məcburiyyətində qalır. 3-16-16/2-10/6787 saylı, 16 fevral 2024-cü il tarixli məhkəmə tikintitexniki ekspertizası rəyinin tədqiqat prosesinin təsviri hissəsinin 4-cü abzasında da göstərilir ki, “baxış zamanı müəyyən olunmuşdur ki, cav abdehlər tərəfindən ümumi istifadədə olan yolun üzərində qaraj tikilisi inşa edilmişdir”. Sözügedən rəydən göründüyü kimi, ekspert məlum nəticəyə gələrkən “AzDTN 2.6-1 “Dövlət Şəhərsalma Norma və qaydaları. Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması” qaydalarının 8-ci maddəsinin 8.18-ci bəndinə əlavə edilmiş Cədvəl 9-a istinad etmişdir. Həmin Cədvəldən göründüyü kimi, nəzərdə tutulan norma və qaydalar kənd küçə və yollarına aiddir və Cədvəlin yuxarıdan aşağı 5-ci, keçid qrafasında hərəkət zolağı eninin 2,75-3,0 metr və hərəkət zolağının sayının 1 ədəd nəzərdə tutulduğu qeyd edilir. Göründüyü kimi, ekspert Bakı şəhəri, Xətai rayonu, Zeytun küçəsini kənd ərazisi kimi qiymətləndirmiş və bunun üçün də həmin küçəni rəydə Sovet dövründə deyildiyi kim i, “Zeytun sovxozu” ifadəsini əlavə etməklə Bakı şəhəri, Xətai rayonu, Zeytun sovxozu, Zeytun küçəsi kimi göstərmişdir. Halbuki iş üzrə mübahisələndirilən ərazinin ünvan göstəricisindən də görünür ki, bu ərazi kənd deyil, şəhər ərazisidir. “AzDTN 2.6-1 “Dövlət Şəhərsalma Norma və qaydaları. Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması” qaydalarının 8-ci maddəsinin 8.18-ci bəndində göstərilir: “Küçə və yolların hesabı parametrləri şəhərlərdə cədvəl 8, kəndlərdə isə cədvəl 9-a müvafiq olaraq qəbul edilməlidir”. “AzDTN 2.6-1 “Dövlət Şəhərsalma Norma və qaydaları. Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması” qaydalarının 8-ci maddəsinin 8.18-ci bəndində (Küçə və yolların hesabi parametrləri), cədvəl 8-də g östərildiyi kimi, yerli əhəmiyyətli avtomobil yollarının fasiləsiz və tənzimlənən hərəkət zolaqları, rayon əhəmiyyətli avtomobil yollarının nəqliyyat-piyada və piyada-nəqliyyat hərəkət zolaqları, eləcə də yerli əhəmiyyətli küçə və yollar, o cümlədən yaşayış tikililəri ərazisində olan küçələrdə hərəkət zolaqları ikidən az olmamalı və avtomobillərin hərəkəti üçün nəzərdə tutulan zolaqların hər birinin eni yerli əhəmiyyətli avtomobil yollarının fasiləsiz hərəkət hissəsində 3,5 metr və tənzimlənən hərəkətli hissəsində 3 metr, rayon əhəmiyyətli avtomobil yollarının nəqliyyat-piyada hissəsində 3,5 metr və piyada-nəqliyyat hərəkət hissəsində 4 metr, yaşayış tikililəri ərazisində olan küçələrdə isə 3 metrdən az olmamalıdır. Göstərilənlərdən belə qənaətə gəlinir ki, Bakı şəhəri, Xətai rayonu, Zey tun küçəsinin cavabdehlərə məxsus ev 109-un və iddiaçı olaraq ona məxsus ev 119-un qarşısından keçən hissəsi yerli əhəmiyyətli küçə və yoldur, konkret olaraq yaşayış tikililəri ərazisində olan küçədir və həmin küçə yolunun hər bir avtomobil zolağının eni 3 m olmaqla 2 zolaqdan ibarət olması, həmçinin həmin yol səkisinin piyada hissəsinin eninin 1,5 metrdən az olmaması “AzDTN 2.6-1 “Dövlət Şəhərsalma Norma və qaydaları. Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması” qaydalarının 8-ci maddəsinin 8.18-ci bəndində (Küçə və yolların hesabi parametrləri) cədvəl 8-in tələblərinə uyğun şərtdir. Bu minvalla, mübahisələndirilən ərazidə yolun 2 zolaqdan ibarət olması ilə səkisinin piyada hissəsi daxil eninin ən azı 7 m olması tələb olunur. Göründüyü kimi, ek spert məlum rəyi verməkdə “AzDTN 2.6-1“Dövlət Şəhərsalma Norma və qaydaları. Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması” qaydalarının 8-ci maddəsinin 8.18-ci bəndinə əlavə edilmiş Cədvəl 9-a istinadən mübahisələndirilən ərazini kənd küçə və yolları, həmçinin həmin Cədvəlin 5-ci qrafasına istinadən 1 ədəd keçid hesab etməkdə qanunvericiliyin tələblərini ciddi şəkildə pozmuşdur.

5. Məhkəmə tərəfindən xx.xx.2023-cü il tarixdə iddiaçının, onun nümayəndəsi və vəkili Vəkil1 və Cavabdeh1 iştirakları ilə keçirilmiş yerli baxış zamanı müəyyən olunmuşdur ki, yerli müayinədə mübahisə predmeti olan ünvan 4 ünvanında yerləşən evlərə hərəkət üçün bir yol müəyyən olunur, həmin yolun sonunda yaşayış evləri inşa olunmuşdur. Əsas yoldan yaşayış evlərinə gedən yo l həm giriş, həm də çıxış kimi istifadə olunur. Qarşıdan baxdıqda yolun ortasında “Azərışığa” məxsus yüksək gərginlikli elektrik dirəyi görünür, onun sağ tərəfində mübahisə predmeti olan tikili vardır. Həmin tikilidən qarşıda yerləsən çörək bişirmə müəssisəsinə 4 m enində yol vardır. Həmin yolu “Azərışığa” məxsus yüksək gərginlikli elektrik dirəyi iki yerə ayırır. İddiaçı iddia etmişdir ki, həmin işıq dirəyinin sağında cavabdeh tərəfindən qaraj kimi inşa edilən daş hasar və onun üzərində yerləşən su çəninin olması, eyni zamanda həmin yerin qarşısında bir maşının dayanması nəticəsində yolun hərəkət hissəsi məhdudlaşır və sərbəst istifadəyə maneə yaradır. Cavabdeh isə etirazını onunla əsaslandırmışdır ki, əvvəllər “Azərışığa” məxsus yüksək gərginlikli elektrik dirəyi indiki yerində deyil, o biri qonşunun evinin qarşısında yerləşirdi. Hal-hazırdakı vəziyyətdə belə evinin qarşısında maşın saxlasa da, sərbəst hərəkət üçün kifayət qədər yol qalır, 1 avtomobil hərəkət edə bilər. Digər qonşular da var, onlar bu yoldan rahat istifadə edirlər və heç bir narazılıqları yoxdur.

6. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 3- 16-16/2-10/6787 saylı Ekspert rəyinə əsasən, AzDTN 2.6-1 "Dövlət Şəhərsalma Norma və Qaydaları. Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması" qaydalarının 8-ci maddəsinin 8.18-ci bəndinə əlavə edilmiş 9 №-li Cədvəlin tələblərində məhəllə daxilində yerləşən yaşayış evlərinin küçə ilə əlaqəsi olan yolun eni 2,75-3,0 metr olduğu göstərilmişdir. Qeyd olunur ki, cavabdeh tərəfindən Bakı şəhəri, Xətai rayonu, Zeyt un sovxozu, Zeytun küçəsi, ev 109-un arxasında inşa edilmiş qaraj tikilisinin yanından keçən yolun eninin 4,3 metr olduğunu, eyni zamanda qaraj tikilisinin Bakı şəhəri, Xətai rayonu, Zeytun sovxozu, Zeytun küçəsində yerləşən və iddiaçıya məxsus olan 119 saylı evin giriş qapısından 3,0 metr məsafədə inşa edildiyini nəzərə alaraq, həmin qaraj tikilisinin iddiaçıya məxsus fərdi yaşayış evinə (sərbəst giriş- çıxışa və s.) hər hansı bir maneə törətmədiyi müəyyən edilmişdir.

7. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-135/2024 nömrəli, 24 aprel 2024-cü il tarixli qətnaməsi ilə (hakim Şəhriyar Əliyev) iddia tələbi rədd edilmişdir.

8. Məhkəmə qeyd etmişdir ki, xx.xx.2023-cü il tarixdə keçirilmiş baxış nəticəsində ünvan 4 ünvanında yerləşən evlərə hərəkət üçün bir yol müəyyən olunur, həmin yol un sonunda yaşayış evləri inşa olunmuşdur. Əsas yoldan yaşayış evlərinə gedən yol həm giriş, həm də çıxış kimi istifadə olunur. Qarşıdan baxdıqda yolun ortasında “Azərışığa” məxsus yüksək gərginlikli elektrik dirəyi görünür, onun sağ tərəfində mübahisə predmeti olan tikili vardır. Həmin tikilidən qarşıda yerləsən çörək bişirmə müəssisəsinə 4 metr enində yol vardır. Həmin yolu “Azərışığa” məxsus yüksək gərginlikli elektrik dirəyi iki yerə ayırır.

9. Məhkəmə tərəfindən Bakı şəhəri, Xətai rayonu, Zeytun sovxozu, Zeytun küçəsində yerləşən 109 nömrəli evin arxasında inşa edilmiş qarajın, ünvan 1-un girişçıxışına mane olmasına dair hallar, həmçinin qaraj tikilisinin sökülməsinə əsas olan digər hallar müəyyən olunmamışdır.

10. Məhkəmə xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/6787 saylı ekspert rəyin ə istinadən qeyd etmişdir ki, qaraj tikilisinin Bakı şəhəri, Xətai rayonu, Zeytun sovxozu, Zeytun küçəsində yerləşən və iddiaçıya məxsus olan 119 saylı evə (sərbəst giriş-çıxışa və s.) hər hansı bir maneə yaratmır. Beləliklə iddiaçı, sökülməsini tələb etdiyi tikilinin onun mənafeyinə toxunduğunu sübut edə bilmədiyindən və buna görə də Mülki Məcəllənin 180.4-cü maddəsində nəzərdə tutulan “maraqlı tərəf” olmadığından, onun hazırki tələbə dair subyektiv hüququ yoxdur. Həmçinin, tikintisi başa çatmış və ya çatmamış tikinti obyektlərinin (və ya onun hissəsi) sökülməsi barədə qərarın qəbul edilməsi, qanunvericiliklə, onun hallarından asılı olaraq, müvafiq icra hakimiyyəti orqanları və onların müraciəti əsasında məhkəmələrin səlahiyyətlərinə aid edilmişdir. Belə olan halda, mübahisəli tikililər i ddiaçının maraqlarına toxunmadığından, onun tələbi ilə sökülə bilməz.

11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.1, 16.1, 18, 139.1, 152, 157.2, 157.8, 180.1, 180.4, 560.1 və 560.3.3-cü, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 95.1-95.3-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına” dair 28 noyabr 2018-ci il Qərarına və Avropa İnsan Hüquqları Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

12. İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnаməsinin ləğv еdilməsinə və iddianın təmin olunmasına dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

13. Apellyasiya şikayəti iddiaçı tərəfin birinci instansiya məhkəməsində verdiyi izahatların məzmununa, habelə iddia ərizəsinin dəlillərinə uyğun olaraq əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, iş materiallarında olan tikinti-texniki ekspertizası rəyi məhkəmədə tədqiq olunmamış və iddiaçı tərəfin təqdim etdiyi sübutlarla yanaşı qiymətləndirilməmişdir. İddiaçı tərəfindən məhkəmədə vəsatət qaldırılaraq cavabdehlərin evlərinin arxasında avtomobil qarajı olaraq inşa etdikləri tikilinin özbaşına tikili olubolmaması faktiki halını araşdıraraq ona hüquqi qiymət verilməsi tələb olunsa da, məhkəmə bu fak tiki halı araşdıraraq ona hüquqi qiymət verməmişdir. İddiaçı tərəfindən məhkəmədə vəsatət verilərək ekspertlər qarşısında qoyulmuş suallara tam, hərtərəfli və obyektiv cavab verilməməsi səbəbindən təkrar məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsi tələb olunsa da, məhkəmə bu vəsatəti əsassız yerə təmin etməmişdir.

14. Məhkəmə tikinti-texniki ekspertizasının 3-16-16/2-10/9105/2024 saylı, 16 aprel 2025-ci il tarixli ekspert rəyində qeyd edilmişdir ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "Daşınmaz Əmlakın Dövlət Reyestri" publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən qeyd olunur ki, göstərilən torpaq sahəsi faktiki olaraq 61 kv metr təşkil edir. Ümumi torpaq sahəsi mişar daşdan olan hasar daxilindədir. Ərazidə üç ədəd ikimərtəbəl i yaşayış evi mövcuddur. İddia edilən torpaq sahəsi cavabdehin istifadəsində olan ümumi ərazinin daxilindədir və qaraj kimi istifadə olunur. Torpaq sahəsinin bir tərəfdən 1,8 metr və 4,6 metr məsafələrindən yüksək gərginlikli (110 kvt-lıq) elektrik xətti keçir. Həmçinin iddia olunan ərazinin bir tərəfindən 4,3 metr məsafəsində yüksək gərginlikli (110 kvt-lıq) elektrik xəttinin dirəyi mövcuddur. Qeyd olunan dirəyin digər tərəfindən isə qonşu hasarla məsafə 3,7 metrdir. Vahid elektron kadastr baza məlumatlarına əsasən iddia olunan sahə daxil olmaqla cavabdehin ümumi ərazisinin bir hissəsi yüksək gərginlikli (110 kvt-lıq) elektrik xəttinin mühafizəsində yerləşir. Mülki iş materiallarında, mübahisəli qaraj tikilisinə dair müvafiq qurumlar tərəfindən təsdiq edilmiş layihə sənədləri olmadığınd an həmin qaraj tikilisinin şəhərsalma və tikinti normaları və qaydalarına əməl olunmadan inşa edildiyi müəyyən edilmişdir. AzDTN 2.6-1 "Dövlət Şəhərsalma Norma va Qaydaları. Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması" qaydalarının 8-ci maddəsinin 8.18-ci bəndinə əlavə edilmiş 8 nömrəli Cədvəlin tələblərində məhəllə daxilində yerləşən yaşayış evlərinin küçə ilə əlaqəsi olan yolun eni 3,0 metr olduğu göstərilmişdir.

15. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) xx.xx.2025-ci il tarixli, 2(103)-265/2025 saylı qətnaməsi ilə (hakimlər – E.C.Kazımov (sədrlik edən və məruzəçi), N.Ş.Cəfərov və İ.S.Şirinov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdi rilmədən saxlanılmışdır.

16. Apellyasiya məhkəməsi hesab etmişdir ki, apellyasiya baxışı zamanı həqiqətin müəyyən edilməsi məqsədilə aparılan araşdırmalar nəticəsində iddianın əsaslı olmadığı, apellyasiya şikayətinin isə əsassız olduğu bir daha öz təsdiqini tapmışdır. Başqa sözlə, sökülməsi tələb edilən tikilinin iddiaçının avtomobil yolundan istifadə etməsinə bilavasitə, o cümlədən tikinti-texniki təhlükəsizlik baxımından, eləcə də onun həyatı və sağlamlığı üçün hər hansı maneə və heç bir təhlükə yaratmadığından hazırki iddia ilə də məhkəməyə müraciət etmək üçün subyektiv hüququ da yaranmamışdır. Yəni, sökülməsini tələb etdiyi tikilinin iddiaçıya hansısa formada zərər vurduğu və ya maneə yaratdığı da sübuta yetirilmir. Bu hallar da cavabdeh tərəfin gətirdiyi arqumentlərin daha da ciddi ol duğunu təsdiq etmiş olur. Demək ki, əslində iddiaçının həqiqi niyyəti hüquqdan suiistifadə edərək cavabdehə zərər vurmaq olmuşdur ki, bu da qanunla qadağan edilir.

17. Məhkəmə öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 152.5, 157.4, 170.1, 170.2, 171.1, 171.2 və 180.1-180.4-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

18. İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunması haqqında yeni qərar çıxarılmasını xahiş etmişdir.

19. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmə cavabdehlərin evlərinin arxası nda avtomobil qarajı olaraq inşa etdikləri tikilinin özbaşına tikili olması, yəni tikinti məqsədləri üçün ayrılmamış torpaq sahəsində və şəhərsalma tikinti normaları və qaydalarına əməl olunmamaqla tikilməsi kimi faktiki halını nəzərə almamışdır.

20. Bundan əlavə, birinci və apellyasiya instansiyaları məhkəmələri yanlış olaraq iddiaçını tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğuların sökülməsi tələbi ilə çıxış etməkdə maraqlı tərəf hesab etməmiş və onun belə bir hüququnun olmaması qənaətinə gəlmişlər. Məhkəmə nəzərə almamışdır ki, cavabdehlərin avtomobil yolunun üzərində inşa etdikləri özbaşına tikili həmin ərazidə yaşayan digər sakinlər və yoldan keçənlərlə yanaşı iddiaçı və onun ailə üzvlərinin də sərbəst hərəkətinə maneəçilik törətməklə hüquqlarını pozmuşdur. Belə ki işin faktiki hallarından aşkar görünür ki, inşa edilən özbaşına tikili iddiaçının evinə daxil olan keçid üzərində deyil, həmin ərazidə yaşayan digər sakinlər və yoldan ötənlərlə birlikdə iddiaçı və onun ailə üzvlərinin də ümumi istifadəsində olan yolun üzərində inşa edilməklə 2 zolaqlı yolun 1 zolağını bağlamışdır. İş üzrə iddiaçı da şəxsi avtomobilindən istifadə edir və mübahisəli ərazidən keçərkən o da digərləri kimi bir zolaqdan istifadə etmək məcburiyyətində qalır ki, bu hal da gediş-gəlişi çətinləşdirir. İddiaçı daxil sakinlərin ümumi istifadəsində olan yolun 1 zolağının bağlanması fövqəladə hallarda da bu halların aradan qaldırılmasına səfərbər olunmuş quruml arın və sakinlərin maneəsiz hərəkətinə problemlər yaradır. İş materiallarında olan fotoçəkilişdən də göründüyü kimi, ərazidə baş vermiş olan yanğın hadisəsi zamanı yolun qeyd olunan hissəsində darlığı səbəbindən yanğınsöndürən avtomaşınının da keçidinə çətinlik yaranmışdır.

21. Qeyd olunmuşdur ki, ekspert 16 fevral 2024-cü il tarixli məhkəmə tikintitexniki ekspertizası barədə rəyi verməkdə “AzDTN 2.6-1“Dövlət Şəhərsalma Norma və qaydaları. Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması”” qaydalarının 8-ci maddəsinin 8.18-ci bəndinə əlavə edilmiş Cədvəl 9-a istinadən mübahisələndirilən ərazini kənd küçə və yolları, həmçinin həmin Cədvəlin 5-ci qrafasına istinadən 1 ədəd keçid hesab etməkdə qanunvericiliyin tələblərini ciddi şəkildə pozmuşdur. Məhkəm ə məlum nəticəyə gələrkən 3-16-16/2-10/6787 saylı, 16 fevral 2024cü il tarixli məhkəmə tikinti-texniki ekspertizası rəyinə əsaslansa da, iddiaçı tərəfin izahatlarından, təqdim etdiyi foto və video çəkilişlərdən, təkrar məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsi barəsindəki vəsatətdən, “AzDTN2.6-1 “Dövlət Şəhərsalma Norma və qaydaları. Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması” qaydalarından kifayət qədər aydın olur ki, 3-16-16/2-10/6787 saylı, 16 fevral 2024-cü il tarixli məhkəmə tikinti-texniki ekspertizası rəyi qeyri-mötəbər, natamam və ziddiyyətlidir.

22. Bundan əlavə, məhkəmə tikinti-texniki ekspertizası rəylərinin ziddiyyətli və qanunvericiliyin tələblərinə uyğun olmaması səbəbindən rəyləri verən ekspertin məhkəmədə dindirilməsi barədə şifahi verilən vəsatəti də məhkəmə əsassız yerə təmin etməmiş və mübahisənin həlli üçün özünün də ziddiyyətli və qanunvericiliyin tələblərinə uyğun saymadığı həmin rəyləri əsaslı hesab etmişdir. İddiaçı tərəfindən məhkəmədə yazılı vəsatət verilərək ekspertlər qarşısında qoyulmuş suallara tam, hərtərəfli və obyektiv cavab verilməməsi səbəbindən təkrar məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsi ilə qoyulan suallara cavab verilməsi tələb olunsa da məhkəmə bu vəsatəti də əsassız yerə təmin etməmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

24. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borclu durlar.

25. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

26. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

27. Maddə 170.1. İki tərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır.

28. Maddə 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır.

29. Maddə 171.1. Torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyy ətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səsküyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz.

30. Maddə 171.2. Təsirin əhəmiyyətli olduğu, lakin digər torpaq sahəsindən və ya başqa daşınmaz əmlakdan adi istifadədən törəndiyi və istifadəçilərin həmin növü üçün normal təsərrüfat fəaliyyəti sayılan tədbirlərlə qarşısı alına bilmədiyi hallarda da eyni qayda qüvvədə olur.

31. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.

32. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.

33. Maddə 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz.

34. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraci əti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

35. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

36. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

37. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

38. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

39. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

40. Hazırkı kassasiya şi kayətində qətnamə iddiaçı tərəfindən bütövlükdə mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

41. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

42. İddiaçı kassasiya şikayətinin dəlilləri iddia ərizəsində, apellyasiya şikayətində və işə aşağı instansiya məhkəmələrində baxılan zaman irəli sürülmüş dəlillərlə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaəti və qiymətləndirilməsi ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.

43. Apellyasiya məhkəməsi olaraq sökülməsi tələb edilən tikilinin iddiaçının avtomobil yolundan istifadə etməsinə bilavasitə, o cümlədən tikinti-texniki təhlükəsizlik baxımından, eləcə də onun həyatı və sağlamlığı üçün hər hansı maneə və heç bir təhlükə yaratmadığından hazırki iddia ilə də məhkəməyə müraciət etmə k üçün subyektiv hüququnun olmaması, sökülməsini tələb etdiyi tikilinin iddiaçıya hansısa formada zərər vurduğunun və ya maneə yaratdığının sübuta yetirilməməsi, əslində iddiaçının həqiqi niyyəti hüquqdan sui-istifadə edərək cavabdehə zərər vurmaq olması qənaətinə gəlmişdir. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının rəylərinin mötəbərliliyini, natamam olmasını şübhə altına alan hallar müəyyən edilmir.

44. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-nin 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

45. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzər ə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-265/2025 nömrəli iş üzrə 10 iyun 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar