Məhkəmə qərarları › İş №2(102)-2549/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-2549/2023

12.07.2023 · İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2549/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı ilk; Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: icarə müqaviləsi üzrə öhdəliyin pozulması, pul tələbi 12.07.2023 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi hakim), Əliyev Ələsgər Əliabbas oğlu, Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh MMC-yə qarşı icarə haqqının tutulması tələbinə dair ilk, Cavabdeh MMC-nin İddiaçı qarşı müqavilənin ləğv edilməsi, pul və havalandırma qurğusunun qaytarılması barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhk əməsinin Mülki kollegiyasının 2(103)-403/2023 nömrəli, 15 mart 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 12 iyul 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 23 yanvar 2020-ci il tarixli icarə müqaviləsinə əsasən İddiaçı ünvan 1 ünvanında yerləşən 720 kv.m. sahəni (obyekti) sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün 12 ay müddətinə, hər təqvim ayı üçün aylıq 20000 manat icarə haqqı ödəməklə Cavabdeh istifadəsinə vermişdir.

2. Tərəflər arasında eyni məzmunlu, lakin müddəti 11 ay təşkil edən 18 fevral 2021-ci il tarixli başqa bir icarə müqaviləsi də bağlanmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 134140 manat məbləğdə icarə haqqının tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış icarə müqaviləsinin şərtlərinə əsasən cavabdeh hər ayın 3-cü təqvim günündən gec olmayaraq, icarə haqqını icarəyəverənin bank hesabına köçürməli olmasına baxmayaraq, 2020-ci ilin aprel ayından 2021-ci ilin mart ayı da daxil olmaqla, aylıq icarə haqqının bir hissəsini ödəmiş, qalan hissəsini isə ödəməmişdir. Cavabdeh maddi imkanının olmamasını və sair bəhanələr gətirərək icarə haqqını ödəmək istəmir.

5. Cavabdeh MMC İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 18 fevral 2021-ci il tarixli 6 nömrəli icarə müqaviləsinin ləğv olunması, İddiaçı təmirə çəkilmiş 500000 manat məbləğində pul vəsaitinin tutularaq Cavabdeh MMC-yə ödənilməsi, ünvan 2 ünvanda yerləşən sahədə quraşdırılmış havalandırma qurğusunun qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, MMC qeyd olunan sahəni icarəyə götürərkən tam təmirsiz vəziyyətdə olmuş, onun tərəfindən tam olaraq yüksək səviyyədə təmir edilmiş və həmin təmirə 500000 manat məbləğdə vəsait xərclənmişdir. 18 fevral 2021-ci il tarixli icarə müqaviləsinin 5.6-cı maddəsində qeyd olunmuşdur ki, icarə müqaviləsinin vaxtı bitdikdə və ya müqavilə ləğv olunduqda “İcarəçi” təmir ilə bağlı "xxxx" heç bir tələb irəli sürmür. Göründüyü kimi, bağlanmış müqaviləyə MMC tərəfindən xitam verilmədiyindən sahənin təmiri üçün çəkilmiş 500000 man at məbləğdə xərc İddiaçı tutularaq MMC-yə ödənilməlidir. 2020-ci ilin mart ayında pandemiya şəraiti ilə əlaqədar olaraq bütün sahibkarlar, eləcə də MMC maliyyə cəhətdən bir sıra sıxıntılar yaşamağa başlamışdır. Mövcud vəziyyətlə əlaqədar olaraq tərəflər arasında müəyyən güzəştlərin həyata keçirilməsi məsələsində şifahi razılığa gəlinmişdir. Lakin, 2021-ci ildə iddiaçı MMCnin 134140 manat borcun yarandığını və borcun ödənilməli olduğunu bildirmişdir. Bir müddət sonra isə sahənin təhvil verilməli olduğunu bildirmişdir. İcarəyə verən MMC-ni aldadaraq, müqavilə pozulmadığı halda əmlakı digər şəxsə icarəyə vermişdir. Hətta, Cavabdeh MMC-yə məxsus 50000 manat dəyərində havalandırma qurğusu sahədə qalmasına baxmayaraq iddiaçı tərəfindən təhvil verilməsindən imtina edilmişdir. Pandemiya dövründə y aranmış şəraitlə əlaqədar olaraq icarə müqaviləsində göstərilən aylıq icarə ödənişi MMC tərəfindən tam olmasa da, cüzi miqdarda ödənilmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş ödəniş cədvəlindən də göründüyü kimi, 2020-ci ilin mart ayından 2021-ci ilin mart ayına kimi cəmi icarə haqqı 260.000 ödənilməli olduğu halda Cavabdeh MMC tərəfindən müxtəlif vaxtlarda ödənilmiş məbləğlər toplanmaqla cəmi 125860 manat məbləğdə ödəniş edilmişdir. 18 fevral 2021-ci il tarixli 6 nömrəli icarə müqaviləsinin 8.1-ci maddəsində qeyd olunmuşdur ki, əgər tərəflərin hər hansı biri forsmajor hal səbəbindən bu müqavilə ilə nəzərdə tutulan öhdəliklərini yerinə yetirə bilməzsə, fors major vəziyyət qüvvədə olan müddət ərzində bu hal müqavilənin şərtlərinin pozulması hesab edilmir. Fors-major hal baş ver dikdə, tərəflər mümkün dərəcədə vəziyyəti düzlətmək üçün əlindən gələni etməlidir. Fors-major hal 60 (altmış) iş günündən artıq davam etdikdə, tərəflərin hər hansı biri digər tərəfə 15 (on beş) iş günü öncədən yazılı xəbərdarlıq etməklə bu müqaviləyə xitam verilə bilər. Göründüyü kimi, müqavilənin bu bəndinin şərtləri iddiaçı tərəfindən pozulmuşdur. Tərəf mümkün dərəcədə vəziyyəti düzəltmək üçün heç bir güzəşt etməmişdir. Halbuki, koronovirus pandemiyasının sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması məqsədilə qəbul edilmiş müvafiq tədbirlər planı ilə sahibkarlıq subyektlərinə güzəştlər və əlavə dəstək tədbirləri nəzərdə tutulmuşdur. Bu güzəştlər dövlət əmlakı və dövlət torpaq fonduna aid sahələrin icarəsi, həmçinin sənaye məhəllələrində pandemiyanın mənfi təsir etdiyi sahələr üz rə fəaliyyət göstərən rezidentlərin icarə haqları ilə bağlı idi. Belə ki, dövlət əmlakını, dövlət torpaq fonduna aid torpaq sahələrini icarəyə götürmüş və pandemiya nəticəsində zərər çəkmiş sahibkarlıq subyektlərindən 2020-ci ilin sonunadək icarə haqqı tutulmadığı qeyd edilmişdir. Ancaq nəzərə almaq lazımdır ki, obyektlərini iş adamlarına icarəyə verən sahibkarlar üçün də güzəştlər mövcüd idi. Belə ki, icarəyə verənləri pandemiya dövründə güzəşt etməyə stimullaşdırmaq üçün vergi qanunvericiliyinə dəyişikliklər edilmişdir. “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” 08 may 2020-ci il tarixli Qanuna əsasən 01 yanvar 2020-ci il tarixdən 1 yanvar 2021-ci il tarixədək olan dövr üzrə icarə haqqından tutulan vergilərə güzəşt edilmişdir.

7. Bakı şəhəri Suraxanı Ray on Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 13 oktyabr 2021-ci il tarixli, 2(010)-4391/2021 nömrəli qətnaməsi ilə (hakim R.N.Qafarova) ilkin iddianın təmin edilməsi, ilkin iddia üzrə Cavabdeh MMC-dən 134140 manat məbləğdə pulun tutularaq ilkin iddia üzrə İddiaçı ödənilməsi, qarşılıqlı iddianın təmin edilməməsi qət edilmişdir.

8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdehin verdiyi qarşılıqlı iddia ərizəsinin məzmunundan göründüyü kimi, o, 2020-ci ilin mart ayından 2021-ci ilin mart ayına kimi müqavilə üzrə ödənilməli olan 260000 manat məbləğin cəmi 125860 manatını ödədiyini qəbul edir. Məbləğin qalan hissəsini ödəyə bilmədiklərinə əsas olaraq isə 2020-ci ildən etibarən pandemiya səbəbi ilə fəaliyyət göstərə bilmədiklərini qeyd edir.

9. Məhkəmə qeyd etmişdir k i, tərəflər arasında bağlanmış müqavilənin 8-ci maddəsinə əsasən müqavilənin məqsədləri üçün istifadə olunan “Fors Major” termini elə bir halı nəzərdə tutur ki, həmin hal tərəflərin ağlabatan nəzarətindən kənarda qalaraq, öhdəliklərin icrasını qeyri-mümkün edir. Bunlara təbii fəlakət, yanğın halları və müharibə vəziyyəti daxildir. Gecikmə və ya öhdəliyin pozulması fors majorla əlaqədar olduqda buradakı öhdəliklərin yerinə yetirilməsində hər hansı gecikmə və ya pozulmaya görə heç bir tərəf məsuliyyət daşımır. Hazırkı mövcud vəziyyəti isə fors major hal kimi qiymətləndirmək olmaz. Çünki tərəf müqavilə bağlanarkən tərəfin həmin halı nəzərə ala bilməməsi, tərəfin bu halı aradan qaldıra bilməməsi və nəticələrini istisna edə bilməməsi, xəbərdarlıq müddətinə riayət etməklə qarşı tərəfi mövcud hal barədə məlumatlandırması kimi hallar mövcud deyil. Həmçinin pandemiya şəraiti 2020-ci ilin mart ayından etibarən davam etsə də, icarəçi müqavilənin 8-ci bəndində göstərilən 15 gün öncədən yazılı xəbərdarlıq etməklə müqaviləyə xitam vermək hüququndan istifadə etməmişdir. Hətta icarəçi pandemiya şəraitinin davam etdiyi 18 fevral 2021-ci il tarixdə yenidən icarə müqaviləsi bağlamışdır ki, bu hal da icarəçinin müqavilə üzrə nəzərdə tutulan öhdəliklərini yerinə yetirə bilmək qabiliyyətinin olduğunun etirafi kimi qiymətləndirilməlidir. Əgər icarəçi həqiqətən də fəaliyyət göstərə bilməsəydi onda heç belə bir müqavilə bağlamaq niyyətində olmazdı.

10. Qarşılıqlı iddia tələbinə hüquqi qiymət verən məhkəmə göstərmişdir ki, qarşılıqlı iddia üzrə iddiaçının əsaslandığı müqavilədə icarəyə verənin öz hesabına həyata keçirməyi öhdəsinə götürdüyü işlərin dairəsi müəyyən edilmişdir. İcarəyə verənin öz hesabına həyata keçirməyi öhdəsinə götürdüyü işlər istisna olmaqla obyektin və ya oradakı hər hansı qurğu və avadanlığın təmirini, eləcə də obyektdə və ya onun istənilən hissəsində hər hansı düzəlişlər, yeniliklər, təmir, bərpa və ya digər dəyişiklikləri icarəçi öz hesabına həyata keçirməyi, sadalanan işləri həyata keçirməzdən öncə icarəyə verənin razılığını almağı öhdəsinə götürmüşdür. Qarşılıqlı iddia üzrə iddiaçı icarə obyektinin icarəyə götürülərkən tam təmirsiz vəziyyətdə olmasını və təmir işlərinin tam olaraq onun tərəfindən həyata keçirildiyini bildirsə də, bu hallar iş materialları ilə öz təsdiqini tapmır. Bundan başqa icarəçi icarə obyektində hansı təmir işlərinin aparıldığı, icarəy ə verənin öz hesabına həyata keçirməyi öhdəsinə götürdüyü işlərdən hansıların icarəçinin özü tərəfindən həyata keçirildiyi barədə məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmişdir. İcarəyə verənin öz hesabına həyata keçirməyi öhdəsinə götürdüyü işlərdən başqa digər işlərə münasibətdə isə, həmin işlər müqavilə şərtlərinə görə icarəçinin hesabına həyata keçirilməlidir.

11. Qeyd edilənlərlə yanaşı, məhkəmə həmçinin müəyyən etmişdir ki, tərəflər arasında olan 18 fevral 2021-ci il tarixli 6 nömrəli icarə müqaviləsi ilə icarəçi icarə müqaviləsinin vaxtı bitdikdə və ya müqavilə ləğv olunduqda təmir ilə bağlı "xxxx" heç bir tələb irəli sürməməyi öhdəsinə götürmüş, həmçinin müqaviləyə bu şərtin yalnız həmin müqavilənin qüvvədə olduğu dövrdə aparılan təmir işlərinə aid olduğu barədə də qeyd-şə rt daxil edilməmişdir. Tərəflər arasında münasibətlər 2014-cü ildən davam edən münasibət olduğundan və icarəçi qüvvədə olan sonuncu müqavilədə təmir ilə bağlı "xxxx" heç bir tələb irəli sürməməyi üzərinə götürdüyündən məhkəmə hesab etmişdir ki, o, ümumiyyətlə belə bir tələbi irəli sürməkdə haqsızdır.

12. Məhkəmə qarşılıqlı iddia üzrə icarə obyektində quraşdırılmış havalandırma qurğusunun qaytarılması tələbini də əsassız hesab etmiş və göstərmişdir ki, qarşılıqlı iddia üzrə iddiaçı sözügedən obyektdə ona məxsus havalandırma qurğusunun mövcudluğunu və quraşdırıldığını təsdiq edə bilməmiş, buna dair lazımı sübutları məhkəməyə təqdim etməmişdir.

13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 421.1, 421.2, 442, 443.1, 445.2.1, 448.1, 700.1-ci, Azərbaycan Respublikası M ülki Prosessual Məcəllənin 14.2, 77.1, 78.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat

14. Cavabdeh MMC apellyasiya şikayəti verərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 13 oktyabr 2021- ci il tarixli, 2(010)-4391/2021 nömrəli qətnaməsinin ləğv edilməsi, ilk iddianın rədd edilməsi və qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. Cavabdeh MMC apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, müqavilənin 8ci maddəsinə əsasən müqavilənin məqsədləri üçün istifadə olunan “Fors Major” termini elə bir halı nəzərdə tutur ki, həmin hal tərəflərin ağlabatan nəzarətindən kənarda qalaraq, öhdəliklərin icrasını qeyri-mümkün edir. Bunlara təbii fəlakət, yanğın halları və müharibə vəziyyəti da xildir. Gecikmə və ya öhdəliyin pozulması Fors Majorla əlaqədar olduqda buradakı öhdəliklərin yerinə yetirilməsində hər hansı gecikmə və ya pozulmaya görə heç bir tərəf məsuliyyət daşımır. Hazırkı mövcud vəziyyəti isə fors major hal kimi qiymətləndirilməlidir. Çünki müqavilə bağlanarkən Azərbaycan Respublikası ərazisində pandemiya ilə əlaqədar ticarət obyektlərinin aylarla bağlı qalacağı bilə bilməzdi. Həmçinin pandemiya şəraiti 2020- ci ilin mart ayından etibarən davam etsə də, tərəflər arasında icarə haqqının ödənilməsi ilə bağlı razılıq əldə olunmuşdur. Lakin sonradan iddiaçı müqavilənin yerinə yetirilməsinə şərait yaratmamış, əmlaklar orada olduğu halda onları obyektdən öz başına olaraq çıxarmışlar. Məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübu tları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Lakin məhkəmə cavabdehin gətirdiyi dəlillərə heç bir əhəmiyyət verməyərək, Mülki Məcəllənin normalarını formal olaraq sadalamaqla kifayətlənmiş və qətnaməni əsaslandırmamışdır. Məhkəmə araşdırması zamanı tərəflərindən verilmiş əsaslı vəsatətlər formal əsaslarla rədd edilmişdir ki, həmin vəsatətlərin təmin olunması təqdirdə tərəflərindən verilmiş iddianın əsaslı olması öz təsdiqini tapacaqdır. L akin məhkəmə mülki işin obyektiv araşdırılmasında maraqlı olmamış və nəticədə ilk öncə vəsatətləri, daha sonra isə iddianı rədd etmişdir. Məhkəmə vəsatəti təmin etməməklə obyektə çəkilmiş xərclərin müəyyən edilməsinə və eyni zamanda obyektə quraşdırılmış avadanlıqların orada olmasına baxmayaraq, həmin avadanlıqları geri qaytıarılmamasına dair əsassız qənaətə gəlmişdir.

16. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 08 fevral 2022-ci il tarixli, 2(103)- 1429/2022 nömrəli qətnaməsi ilə (hakim Q.A.Əsgərovun sədrliyi və məruzəsi ilə, hakimlər A.N.İmanovdan və F.Ş.Talışinskidən ibarət tərkibdə) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 13 oktyabr 2021-ci il tarixli, 2(010)- 4391/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

17. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyini təkrarlamış və hesab etmişdir ki, apellyator apellyasiya şikayətində istinad etdiyi hallarla bağlı heç bir sübut təqdim etməmişdir. c) Kassasiya instansiyası məhkəməsində birinci icraat

18. Cavabdeh MMC kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, ilk iddia tələbinin rədd və qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

19. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Məcəllənin 425.1 və 425.2-ci, Mülki Prosessual Məcəllənin 88-ci maddələrinin tələbləri pozulmuşdur. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin 8-ci maddəsinə əsasən müqavilənin məqsədləri üçün istifadə olunan “Fors Major” termini elə bir halı nəzərdə tutur ki, həmin hal tərəflərin ağlabatan nəzarətindən kənarda qalaraq, öhdəliklərin icrasını qeyri-mümkün edir. Bunlara təbii fəlakət, yanğın halları və müharibə vəziyyəti daxildir. Gecikmə və ya öhdəliyin pozulması Fors Majorla əlaqədar olduqda buradakı öhdəliklərin yerinə yetirilməsində hər hansı gecikmə və ya pozulmaya görə heç bir tərəf məsuliyyət daşımır. Hazırkı mövcud vəziyyəti isə fors-major hal kimi qiymətləndirilməlidir. Çünki müqavilə bağlanarkən Azərbaycan Respublikası ərazisində pandemiya ilə əlaqədar ticarət obyektlərinin aylarla bağlı qalacağını bilə bilməzdi. Həmçinin pandemiya şəraiti 2020-ci ilin mart ayından etibarən davam etsə də, tərəflər arasında icarə haqqının ödənilməsi ilə bağlı razılıq əldə olunmuşdur. Lakin sonrada n iddiaçı müqavilənin yerinə yetirilməsinə şərait yaratmamış, əmlaklar orada olduğu halda onları obyektdən öz başına olaraq çıxarmışlar.

20. Azəraycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (bundan sonra – kassasiya instansiyası məhkəməsi) 04 iyul 2022-ci il tarixli, 2(102)-3484/2022 saylı qərarı ilə (hakimlər: X7 (məruzəçi), X3 və X4) İlk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh MMC tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 08 fevral 2022-ci il tarixli, 2(103)1429/2022 nömrəli qətnaməsi qismən, yəni ilk iddianın təmin edilməsi və qarşılıqlı iddianın “müqavilənin ləğv edilməsi”nin rədd edilməsi hissələrində ləğv edilmiş, iş həmin hissələrdə yenidən baxılması üçün apellyasiya instansiyası m əhkəməsinə qaytarılmış və qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır.

21. Kollegiya hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qarşılıqlı iddianın təmirə çəkilmiş xərcin və havalandırma sisteminin qaytarılmasının rədd olunması hissəsində qanuni və əsaslı olsa da, ilk iddianın təmin olunmuş hissəsində apellyasiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməli olması, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmiş, maddi hüquq normalarını düzgün tətbiq edilməmişdir. İlk olaraq kassasiya şikayətinin qarşılıqlı iddianın pulun tutulması və havalandırma sisteminin qaytarılmas ı hissələri üzrə məhkəmə kollegiyası apellyasiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, həmin hissədə məhkəmə sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara, eyni zamanda tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə hüquqi qiymət verərək hesab etmişdir ki, qarşılıqlı iddia üzrə iddiaçı icarə obyektində təmir etdiyini, habelə havalandırma qurğusunu quraşdırdığını sübut edə bilməmişdir.

22. İlk iddia üzrə məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdeh tərəfindən 23 yanvar 2020-ci il tarixli icarə müqaviləsi üzrə icarə haqqının natamam ödənilməsi işin mübahisəsiz halıdır. Lakin cavabdeh bunu “Covid-19” Koronovirus infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı dünyada və Azərbaycan Respublikasında həyata keçiril ən tədbirlər nəticəsində öhdəliyinin icrasının qeyri-mümkünlüyü ilə izah etmiş və müqavilənin 8.1-ci maddəsi ilə nəzərdə tutulmuş fors-major halının tətbiq edilərək, ilk iddianın rədd edilməsini xahiş etmişdir. Koronovirus pandemiyasına qarşı mübarizə tədbirləri çərçivəsində 2020-ci ilin mart ayından başlayaraq Azərbaycan Respublikasında xüsusi karantin rejiminin tətbiq edilməsi, ayrı-ayrı vaxtlarda insanların hərəkətinin məhdudlaşdırılması və iqtisadiyyatın bəzi sahələrində fəaliyyətin dayandırılması hamıya bəlli olan hallardır və Mülki Prosessual Məcəllənin 82.1-ci maddəsinə əsasən bu halların sübut olunmasına zərurət yoxdur.

23. Kollegiya qeyd etmişdir ki, Azərbaycan Respublikası mülki qanunvericiliyində “fors-major” anlayışı bilavasitə nəzərdə tutulmasa da, Mülki Məcəllənin 448.4-cü ma ddəsi borclunun öhdəliyinin pozulmasına görə məsuliyyətin daşımamasının əsaslarını müəyyən etmişdir. Həmin maddənin birinci cümləsinə görə borclunun öhdəliyin pozulmasına görə məsuliyyətdən azad olunması üçün 1. pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəlməli, 2. müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirilməlidir. Birinci instansiya məhkəməsi 2020-ci ilin mart ayından davam edən pandemiya şəraitini fors-major halı kimi qiymətləndirməmişdir. Apellyasiya məhkəməsi isə bu mövqe ilə razılaşmışdır. Apellyasiya instansiyası məhkəməsi həmin hissədə işin hallarını tam araşdırmamış və qətnaməni Mülki Prosessual Məcəlləsinin 217.3-ci maddəsinin tələblər inə əsasən iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırmamışdır. Belə ki, karantin rejiminin tətbiq edilməsi öz-özlüyündə (avtomatik olaraq) fors-major halının baş verməsi kimi qiymətləndirilə bilməz. Müqavilə tərəfi öhdəliyini icra etmək üçün bütün ağlabatan cəhdlərdən istifadə etməli, risklərin və itkilərin azaldılması üçün mümkün səylər göstərməlidir. Cavabdeh icarəyə götürdüyü qeyri-yaşayış sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. Lakin apellyasiya məhkəməsi cavabdeh MMC-nin fəaliyyətinin nədən ibarət olması və Azərbaycan Respublikasında karantin rejiminin tətbiqi zamanı fəaliyyətinin dayandırılıb-dayandırılmaması, belə rejiminin tətbiqi nəticəsində onun icarə müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi icra etmək imkanında o lub-olmamasını araşdırmamış və işin qeyd olunan hallarını Mülki Məcəllənin 448.4-cü maddəsinə uyğun əsaslandırmamışdır.

24. Kollegiya cavabdehin pandemiya dövründə müqavilənin 8-ci bəndində göstərilən 15 gün öncədən yazılı xəbərdarlıq etməklə müqaviləyə xitam vermək hüququndan istifadə etməməsini fors-major halının istisna edilməsi üçün apellyasiya məhkəməsinin mövqeyi ilə də razılaşmamışdır. Hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə alt ına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı” iş üzrə 09 dekabr 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz... Ərizəçinin arqumentinin apellyasiya məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın deyil. Hər halda, həmin məhkəmə bu arqumenti rədd etsəydi, bunu öz qərarında əsaslandırmalı idi.

25. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 60-cı, Azərbaycan Respublikasının Mülki M əcəlləsinin 5.3, 386.1, 390.1, 425, 442, 445.2.1, 448.4, 700.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 77.1, 82.1, 88, 217.3, 217.4-cü maddələrinə, 9. “F.Cavadov və V. Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarına istinadla əsaslandırmışdır. d) Apellyasiya instansiyası məhkəməsində ikinci icraat

26. Məhkəmə iclasında ilkin iddia üzrə Cavabdeh MMC-nin nümayəndəsi Vəkil3 qeyd etdi ki, 2020-ci il tarixində bir çox müəssisələr kimi X12” MMC də öz fəaliyyətini dayandır mış və müqavilə üzrə öhdəliklərini vaxtında yerinə yetirə bilməmişdir. Bununla əlaqədar tərəflər arasında üzləşmə aktı imzalanmışdır. Bu müəssisənin pandemiya dövründə fəaliyyətini dayandıran müəssisələr siyahısına salınmasına dair Nazirlər Kabinetinin qərarları da mövcuddur.

27. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 15 mart 2023-cü il tarixli, 2(103)-403/2023 nömrəli qətnaməsi ilə (hakim X2 (sədrlik edən və məruzəçi), X5 və X1) apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 13 oktyabr 2021-ci il tarixli, 2(010)-4391/2021 saylı qətnaməsi qismən ilkin iddianın təmin edilməsi və qarşılıqlı iddianın icarə müqaviləsinin ləğv edilməsinin təmin edilməməsi hissəsində ləğv edilmiş, İddiaçın ilkin iddia tələbi Cavabdeh MMC-dən 134140 manat məbləğdə pulu n tutularaq İddiaçı ödənilməsi hissəsində ləğv edilmiş, həmin hissədə ilkin iddia tələbinin təmin edilməməsi, Cavabdeh MMC-nin qarşılıqlı iddiasının icarə müqaviləsinin ləğv edilməsi hissəsində təmin edilməklə İddiaçı ilə Cavabdeh arasında bağlanmış 18 fevral 2021-ci il tarixli icarə müqaviləsinin ləğv edilməsi, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15 manat dövlət rüsumunun Cavabdeh özünə aid edilməsi qət edilmişdir.

28. Kollegiya qeyd edir ki, karantin rejiminin tətbiq edilməsi hazırki işin hallarına münasibətdə fors-major halının baş verməsi kimi qiymətləndirilə bilər. Belə ki, kassasiya instansiyası məhkəməsinin göstərişinə uyğun olaraq cavabdeh tərəfindən təqdim edilən sənədlərdən görünür ki, cavabdehin fəaliyyət sahəsi oyuncaqlarının pərakəndə satışı ilə məşğul olmaqdan ib arət olmuşdur. Bu sahə də həmin dövrdə fəaliyyətinə icazə verilməyən fəaliyyət sahələrinə daxil olmaqla cavabdehin özündən asılı olmayan səbəbdən fəaliyyət göstərə bilməmişdir. Yəni belə rejiminin tətbiqi nəticəsində o icarə müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi tam icra etmək imkanında olmamışdır. Lakin işin bu halı birinci instansiya məhkəməsi tərəfindən araşdırılmamaqla buna qiymət verilməmişdir.

29. İşin bu halına Mülki Məcəllənin 448-ci maddəsinin tələbləri baxımından da qiymət verilməsi ilə bağlı kollegiya qeyd etmişdir ki, bu qəbildən olan işlər üzrə borclu fors-major hal barədə qarşı tərəfə məlumat verməlidir. Bu onun məsuliyyətdən azad edilməsi üçün həlledici rol oynayır. Hazırki halda isə cavabdehin durumu hamıya bəlli olan “Covid19” Koronovirus infeksiyasının yayılmasının q arşısının alınması ilə bağlı dünyada və eləcə də Azərbaycan Respublikasında həyata keçirilən tədbirlər nəticəsində onun fəaliyyət sahəsinin həmin dövrdə fəaliyyətinə icazə verilməyən fəaliyyət sahələrinə daxil olması ilə əlaqədar öhdəliyinin icrasının qeyri-mümkünlüyü ilə bağlı olmuşdur.

30. Kollegiya göstərilənlərin davamı olaraq qeyd etmişdir ki, cavabdehin pandemiya dövründə müqavilənin 8-ci bəndində göstərilən 15 gün öncədən yazılı xəbərdarlıq etməklə müqaviləyə xitam vermək hüququndan istifadə etməməsini hazırki iş üzrə cavabdehə münasibətdə fors-major halının istisna edilməsi kimi qəbul edilməsi düzgün hesab edilə bilməz. Tərəflər arasında bağlanmış müqavilənin 8.1-ci bəndində fors-major halının 60 iş günündən artıq davam etməsi halında müqaviləyə xitam vermək hüququ hər iki tərəfə aid edilmişdir. Hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. İşin faktiki hallarından müəyyən olunur ki, iddiaçıya cavabdeh tərəfindən həmin dövrdə fəaliyyət sahəsi işləməsinə icazə verilməyən fəaliyyət sahələrinə daxil olsa da, müqavilə müddəti çərçivəsində hər ay ödənişlər edilmişdir. Lakin ödənişləri təxmini razılaşdırılmış aylıq ödənişlərin yarısı miqdarında etmişdir (ümumilikdə müqavilə müddəti ərizində ödənilməli olan 260000 manat məbləğdən 125860 manatı ödənilmişdir). İşin bu halına məhkəmə belə qiymət verir ki, iddiaçı da bununla razılaşmış və ödənişlərin bu qaydada ödənilməsini qəbul etməklə bunun fors-major halı kimi qiymətləndilməsini qəbul etmiş və müqavilənin xitamını tələb etməmişdir. Belə ki, bunun əksinə bu qaydada razılaşmanı qəbul etmədiyi halda iddiaçı da cavabdehi gözləmədən müqavilənin şərtlərinə uyğun olaraq müqaviləyə xitam verilməsini tələb edə bilərdi. Belə ki, müqavilədə bu halda müqaviləyə xitam vermək hüququ hər iki tərəfə aid edilmişdir. Əksinə, iddiaçı tərəf 2021-ci ildə yenidən eyni şərtlərlə cavabdehlə müqavilə bağlamaqla münasibətlərini davam etdirmişlər. Belə olan halda göstərilənlərə əsasən kollegiya ilkin iddia tələbinin Cavabdeh MMC-dən 134140 manat məbləğdə pulun tutularaq İddiaçı ödənilməsi hissəsində təmin edilməməsi qənaətinə gəlmişdir.

31. Bundan başqa, qarşılıqlı iddianın icarə müqaviləsinin ləğv edilməsi hissəsinə münasibətdə kollegiya hesab etmişdir ki, hazırki halda bu tələblə müraciət ediməsinin mövcudluğu, işin məhkəmə tərəfindən araşdı rılmış halları, tərəflərin qarşılıqlı münasibətləri və bu kimi müqavilə münasibətlərinin tərəflər arasında davam etdirilməsinin qeyri-mümkünlü nəzərə alınmaqla qarşılıqlı iddia tələbi həmin hissədə təmin edilməli, tərəflər arasında bağlanmış 18 fevral 2021-ci il tarixli icarə müqaviləsi ləğv edilməlidir.

32. Kollegiya məhkəmə xərclərinə dair məsələyə də münasibət bildirərək hesab etmişdir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15 manat dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Qeyd olunmalıdır ki, məhkəmə xərclərinə dair məsələ prosessual qanunvericiliklə tənzimləndiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, tələbin olub-olmamasına bağlı deyildir.

33. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 386.1, 390.1, 425, 442, 445.2, 448.4, 700.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

34. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilərək Cavabdeh MMC-dən 134140 manat məbləğdə icarə haqqının tutulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

35. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehin fəaliyyətinin qadağan edilməsi barədə qətnamədə göstərilənlər həqiqətə uyğun deyildir.

36. Mülki Məcəllənin 448-ci maddəsində göstərilən hal, yəni cavabdehin qarşı tərəfə fors major halı barədə məlumat verilməsi qanunda və icarə müqaviləsində nəzərdə tutulması bir şərt kimi imperiativ old uğu halda, məhkəmə kollegiyası cavabdehin məlumat verməməsini fors major halının istisna edilməsi kimi qəbul edilməməsini əsaslandırmamışdır.

37. Cavabdeh icarə haqqını tam ödəyəcəyini vəd etmiş və icarə müqaviləsinə xitam verilməsi ilə bağlı bir fikri olmamışdır. Kollegiya icarə haqının bir hissəsinin ödənilməsini nəzərə almamışdır.

38. Cavabdeh müqavilə bağlanarkən tərəfin həmin halı nəzərə ala bilməməsi, tərəfin bu halı aradan qaldıra bilməməsi və nəticələrini istisna edə bilməməsi, xəbərdarlıq müddətinə riayət etməklə qarşı tərəfi mövcud hal barədə məlumatlandırması kimi hallar mövcud deyil. Həmçinin pandemiya şəraiti 2020-ci ilin mart ayından etibarən davam etsə də, icarəçi müqavilənin 8-ci bəndində göstərilən 15 gün öncədən yazılı xəbərdarlıq etməklə müqaviləyə xitam vermək hüququn dan istifadə etməmişdir. Hətta icarəçi pandemiya şəraitinin davam etdiyi xx.xx.2021-ci il tarixdə yenidən icarə müqaviləsi bağlamışdır ki, bu hal da icarəçinin müqavilə üzrə nəzərdə tutulan öhdəliklərini yerinə yetirə bilmək qabiliyyətinin olduğunun etirafi kimi qiymətləndirilməlidir. Əgər icarəçi həqiqətən də fəaliyyət göstərə bilməsəydi onda heç belə bir müqavilə bağlamaq niyyətində olmazdı. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

39. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə

40. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

41. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi hallar ı istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

42. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

43. Maddə

425. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və MM-in tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

44. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür.

45. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.

46. Maddə 445.2.1-445.2.2. Borclunun icranı gecikdirilməsi o zaman baş verir ki, öhdəlik onun icrası üçün müəyyən olunmuş müddətdə icra edilməsin, eləcə də icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyini icra etməsin.

47. Maddə 448.4. Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır.

48. Maddə 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Mülki Prosessual Məcəllə

49. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

50. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

51. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

52. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

53. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə o lunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

54. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

55. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

56. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

57. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

58. Məhkəmə kollegiyası izahatları dinləyib, kasasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi qismən, ilkin iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməli, həmin hissədə iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

59. Belə ki, apellyasiya instansiyası məhkəməsi kassasiya instansiyası məhkəməsinin hazırki iş üzrə 04 iyul 2022-ci il tarixli qərarında şərh edilən göstərişlərinə tam əməl etməmiş və həmin hallarla bağlı hər hansı araşdırma aparmamışdır. Halbuki Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

60. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən görünür ki, apellyasiya instansiyası məhkəməsi kassasiya instansiyası məhkəməsinin göstərişi üzrə cavabdehin fəaliyyət sahəsinin nədən ibarət olduğunu aydınlaşdırsa da, mübahisəli dövrdə cavabdehin fəaliyyət göstərib-göstərməməsini, karantin rejiminin tətbiqi nəticəsində onun icarə müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi icra etmək imkanında olub-olmamasını araşdırmamış və işin qeyd olunan hallarını Mülki Məcəllənin 448.4-cü maddəsinə uyğun əsaslandırmamış, cavabdehin fəaliyyət sahəsinin oyuncaqların pərakəndə satışından ibarət olduğunu və mübahisəli dövrdə həmin sahənin fəaliyyətinə icazə verilmədiyini əsas göstərərək öz mülahizəsi ilə cavabdehin fəaliyyət göstərmədiyini qeyd etmişdir.

61. Mülki Prossesual Məcəllənin 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyi nə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz.

62. Göründüyü kimi apellyasiya instyansiyası məhkəməsi heç bir sübuta istinad etmədən yalnız öz mülahizəsi ilə cavabdehin mübahisəli dövrdə fəaliyyət göstərmədiyi qənaətinə gəlmişdir.

63. Halbuki, cavabdehin mübahisəli dövrdə fəaliyyət göstərib-göstərməməsi mübahisəli mağazada olan kassa aparatına baxış keçirilməklə aydınlaşdırıla bilərdi. İddiaçı da bununla bağlı vəsatət versə də apellyasiya instansiyası məhkəməsi vəsatəti təmin etməmiş və həmin halı araşdırmamışdır.

64. Ona görə də işə yenidən baxan apellyasiya instansiyası məhkəməsi qeyd edilən halları araşdırmalı və müvafiq araşdırmanın nəticəsinə uyğun mübahisəyə hüquqi qiymət verməlidir.

65. Həmçinin nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 448-ci maddəsi tətbiq edilməklə cav abdehin məsuliyyətdən azad edilməsi üçün qanunverici cavabdehin üzərinə pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəlməsini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirmək və bu cür hallar barədə dərhal iddiaçıya məlumat vermək vəzifəsi qoymuşdur. Əks təqdirdə cavabdeh iddiaçının düşdüyü zərər üçün məsuliyyət daşıyacaqdır.

66. Eyni zamanda qeyd edilməlidir ki, karantin rejiminin tətbiq edilməsi öz-özlüyündə (avtomatik olaraq) fors-major halının baş verməsi kimi qiymətləndirilə bilməz. Belə ki, müqavilə tərəfi öhdəliyini icra etmək üçün bütün ağlabatan cəhdlərdən istifadə etməli, risklərin və itkilərin azaldılması üçün mümkün səylər göstərməlidir.

67. Bundan başqa apellyasiya instansiyası məhkəməsi cavabdehin fəaliyyət sahəsinin, yəni oyuncaq satışının mübahisəli dövrdə qadağan edildiyini qeyd etsə də, iş materiallarında bunu təsdiq edən sübutlar yoxdur.

68. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarları isə yalnız 28 sentyabr 2020-ci ildən sonrakı tarixə aiddir. Halbuki hazırkı iş üzrə iddiaçının tələb etdiyi icarə haqqı 2020-ci ilin aprel ayından 2021-ci ilin mart ayına kimi olan dövrü əhatə edir.

69. Bununla yanaşı mübahisəli dövrdə cavabdehin iddiaçıya ödənişləri təxmini razılaşdırlmış aylıq ödənişlərin yarısı miqdarında etməsi halına (ümumilikdə müqavilə müddəti ərizində ödənilməli olan 260000 manat məbləğdən 125860 manatı ödənilmişdir) apellyasiya instansiyası məhkəməsi b elə qiymət vermişdir ki, iddiaçı da bununla razılaşmış və ödənişlərin bu qaydada ödənilməsini qəbul etməklə bunun fors-major halı kimi qiymətləndilməsini qəbul etmiş və müqavilənin xitamını tələb etməmişdir. Belə ki, bunun əksinə bu qaydada razılaşmanı qəbul etmədiyi halda iddiaçı da cavabdehi gözləmədən müqavilənin şərtlərinə uyğun olaraq müqaviləyə xitam verilməsini tələb edə bilərdi. Belə ki, müqavilədə bu halda müqaviləyə xitam vermək hüququ hər iki tərəfə aid edilmişdir. Əksinə, iddiaçı tərəf 2021-ci ildə yenidən eyni şərtlərlə cavabdehlə müqavilə bağlamaqla münasibətlərini davam etdirmişlər. Belə olan halda göstərilənlərə əsasən ilkin iddia tələbinin Cavabdeh MMC-dən 134140 manat məbləğdə pulun tutularaq İddiaçı ödənilməsi hissəsində təmin edilməməlidir.

70. Bununla bağlı qeyd edilmə lidir ki, iddiaçı tərəfindən 125860 manat məbləğində ödənişin qəbul edilməsi və 2021-ci ildə yeni icarə müqavilənin bağlanması özü-özlüyündə iddiaçı tərəfindən cavabdehə icarə haqqında hər hansı güzəştin edilməsini təsdiq etmir. Belə ki, iddiaçı tərəflər arasında belə bir güzəştin edilməsi barədə razılaşmanın olmasını inkar etmişdir. Cavabdeh tərəf isə iş materiallarına bu halı təsdiq edən hər hansı bir sübut əlavə etməmişdir. Əksinə 2021-ci ilin fevral ayında (karantin rejiminin davam etdiyi vaxtda) yenidən əvvəlki şərtlərlə icarə müqavilənin bağlanması cavabdehin ödəmə qabiliyyətinin olduğunu təsdiq edən hal kimi çıxış edə bilər. Əks halda yeni müqavilə bağlanması zamanı yeni şərtlər irəli sürülə bilərdi.

71. MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmü şdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir.

72. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

73. Konstitusiya Məhkəməsinin Plenumunun 12 iyul 2016-ci il tarixli qərarında qeyd edilmişdir ki, işə baxan məhkəmə iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirməlidir. Bunun üçün işin konkret halları və həmin halları təsdiq edən, işin həlli üçün əhəmiyyətə malik olan sübutlar müəyyən olunmalıdır.

74. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə görə, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüq uqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutu, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəblərini aydın göstərməlidir (S.Əliyevanın şikayəti ilə əlaqədar 31 may 2006-cı il tarixli Qərar).

75. Beləliklə işin yuxarıda qeyd edilən hallarından göründüyü kimi, apelyasiya məhkəməsinin qətnaməsi ilkin iddia tələbinin təmin edilməyən hissəsində prosessual hüquq normalarının pozuntusu ilə çıxarılmışdır və bu düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.

76. Azərbaycan Respublikası MPM-nin 418.3-cü maddəsinin məzmununa görə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üç ün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.

77. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 mart 2023-cü il tarixli, 2(103)-403/2023 saylı qətnaməsi ilkin iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilsin, həmin hissədə iş yeni apellyasiya baxışına qaytarılsın.. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar