Məhkəmə qərarları › İş №2(102)-2550/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-2550/2024

08.10.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2550/2024 08.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı X3 Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: zərərin əvəzinin ödənilməsi, sübutetmə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), hakimlər Babayev Zəki Baba oğlu və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-656/2024 nömrəli iş üzrə 3 aprel 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin ha llarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər:

2. İddiaçı (bundan sonra iddiaçı) ilə işçi Cavabdeh (bundan sonra cavabdeh) fiziki şəxs olan 02 may 2022-ci il tarixində əmək müqaviləsi bağlayaraq həmin tarixdən mağazada “Market müdiri” vəzifəsində işləməyə başlamış, bu barədə bildiriş 03 may 2022ci ildə sistemə daxil edilmişdir. Eyni tarixdə tərəflər arasında tam maddi məsuliyyət haqqında müqavilə bağlanmışdır.

3. İddiaçı, müdir müavini X4 və mağaza müdiri X2 tərəfindən imzalanmış yoxlamanın nəticəsi barədə 30 avqust 2022-ci il tarixli aktda qeyd olunmuşdur ki, “Fiziki şəxs İddiaçı”na məxsus mağazada müdir vəzifəsində işləyən cavabdehin əmək fəaliyyətinin yoxlanılması barədə 30 avqust 2022-ci il tarixində aparılmış sayım zamanı məlum olmuşdur ki, 21 avqust 2022-ci il tarixindəki sayım düzgün aparılmış və 10081,77 manat məbləğində məhsul kəmi məbləği bir daha öz təsdiqini tapmışdır. Lakin həmin kəm məbləği cəmiyyətə ödəməkdən bir daha yayınmışdır. Bununla da, cavabdeh cəmiyyətə məxsus 10081,77 manat məbləğində məhsulun vəsaitini mənimsəmişdir.

4. İddiaçı, müdir müavini X4 və mağaza müdiri X2 tərəfindən imzalanmış 02 sentyabr 2022-ci il tarixli aktda qeyd olunmuşdur ki, “Fiziki şəxs İddiaçı”na məxsus mağazada müdir vəzifəsində işləyən cavabdeh 02 sentyabr 2022-ci ildə işə çıxmamış, onunla əlaqə yaratmağa cəhd edən əməkdaşlara cavab verməmiş və 10081,77 manat pul vəsaitini ödəməkdən yayınmışdır.

5. İddiaçının 30 sentyabr 2022-ci il tarixli, 9K/65/2022 saylı əmrinə əsasən “Mağazalar” bölməsində “market müdiri” vəzifəsində işləyən cavabdeh ilə bağlanmış xxxxxxx000200 nömrəli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən 30 sentyabr 2022-ci il tarixindən xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən vurulmuş 10.081,77 (on min səksən bir manat yetmiş yeddi qəpik) manat məbləğində maddi ziyanın və 100 manat mediasiya xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddia belə əsaslandırılmışdır ki, cavabdehin ona vurduğu ziyanın nəticəsi olaraq sahibkar kimi onun da mal aldığı şirkətlərə olan borcunu ödəməkdə çətinlik çəkir sahibkarlıq fəaliyyətində ciddi problemlər yaranmışdır. Cavabdehə 10.081,77 manat məbləğində borcu nu ödəməsi barədə dəfələrlə müraciət edilsədə də, sonuncu hər dəfəsində müxtəlif bəhanələr gətirərək borcunu ödəməkdən yayınmışdır.

8. Cavabdeh iddia tələbinə qarşı etiraz ərizəsi təqdim edərək bildirmişdir ki, 02 may 2022-ci il tarixdə iddiaçı ilə qanuna müvafiq şəkildə əmək müqaviləsi bağlayaraq Horadiz qəsəbəsində yerləşən marketə market müdiri vəzifəsinə işə qəbul olunmuşdur. İşlədiyi dövürdə satış məqsədi ilə mallar verilmişdir. 2022-ci ildə sayım getmiş və hec bir problem olmamışdır. O, hər gün mağazanı muhafizəçi ilə birlikdə bağlamışdır. Həmin vaxt anası xəstə olmuş və o, bir necə gün işə gəlməmişdir. Sonra anası rəhmətə getmiş və o işdən çıxmışdır. O marketə heç bir ziyan vurmamışdır. Ona görə də iddianın rədd edilməsin xahiş etmişdir.

9. Beyləqan Rayon Məhkəməsinin (bundan sonr a – birinci instansiya məhkəməsi) (hakim Anar Əsgərov) 29 noyabr 2023-ci il tarixli e-2(020)-1838/2023 saylı qətnaməsi ilə iddia təmin edilmişdir.

10. Məhkəmə hesab etmişdir ki, maddi məsuliyyəti işəgötürənin və işçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində birinin digərinə ziyan vurduğu aşkar edildiyi andan başlayaraq, tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar. Beləliklə iddiaçının cavabdehə qarşı iddiası tam əsaslı olduğundan iddia təmin edilmişdir.

11. Məhkəmə öz mövqeyini Аzərbаycаn Respublikаsının Mülki Məcəllənin 21.1,21.2,1097.1-ci maddəsi, Əmək Məcəlləsinin 200.1, 202, 205, 206, 295.5, 299-ci, MPM-in 14.2,77.1, 88-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasi ya instansiyası məhkəməsindəki icraat

12. Cavabdeh apellyasiya şikayəti verərək, mübahisəli qətnamənin ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki mülki işin materiallarına əlavə edilmiş 10081,77 manat məbləğində maddi ziyanın vurulmasını təsdiq edən hər hansı bir hüquqi sənədin olmaması da məhkəmə tərəfindən nəzərə alınmamışdır. Təqdim etdiyi “Mandarin” supermarketin xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022 və xx.xx.2022- ci il tarixli və icraçı direktor iddiaçı tərəfindən təsdiq edilmiş cədvəllərə əsasən plan heç bir vaxt yerinə yetirilməmiş, plandan geri qalma halları həmişə mövcu d olmuşdur. Mülki işin materiallarına əsasən cavabdehin işə girdiyi vaxtdan işdən çıxdığı vaxta kimi barəsində ziyanın vurulması halları olmamışdır. Bu barədə iş materiallarına hər hansı bir sənəd əlavə olunmamışdır. Məhkəmə tərəfindən yalnız iddia ərizəsi qətnaməyə köçürülməklə kifayətlənilmişdir. Cavabdehdən Füzuli rayonunun Horadiz şəhərində fəaliyyət göstərən və "xxxx" MMC-yə məxsus olan “Mandarin” marketdə işlədiyinə görə 10081,77 manat məbləğində ziyanı və 100 manat mediasiya xərcini tələb edən fiziki şəxs iddiaçı Füzuli rayonu, Horadiz şəhəri, Xanlar, ev-52 ünvanında yerləşən Füzuli rayonu Vergilər şöbəsində fiziki şəxs kimi qeydiyyatdadır. Bu isə o deməkdir ki, fiziki şəxs kimi Füzuli rayonu Vergilər şöbəsində qeydiyyatda olan iddiaçının cavabdehə qarşı iddia qaldırmaq hüququ yoxdu r. Ona qarşı iddia yalnız "xxxx" MMC-nin adından qaldırıla bilərdi. Bu hala məhkəmə tərəfindən heç bir əhəmiyyət verilməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməmişdir. Əvvala, bu barədə audio yazısının olmaması bunun əyani sübutudur. Belə ki, vurulmuş ziyana görə tələb olunan 10081,77 manat pul yalnız siqaretlərlə bağlı olan məsələdir. Bu halın araşdırılması üçün hər hansı bir sübut tələb olunmamışdır, yəni qaimə-fakturalarda market müdiri kimi cavabdehin hər hansı bir sənəddə imzasının olub-olmaması məsələsinə ümumiyyətlə heç bir əhəmiyyət verilməmişdir. Cavabdeh Əmək Məcəlləsinin 191.2, 199.1 və 200-ci maddələrinə istisna etmişdir.

14. Məhkəmə mülki prosessual qanunvericiliyin qeyd olunan tələbl ərini pozmaqla işin hərtərəfli araşdırılmasında maraqlı olmamış, iş üçün əhəmiyyətli olan halları aydınlaşdırmamışdır. Mübahisələndirilən qətnamədə də məhkəmə qətnaməni qanunvericiliyin normalarına uyğun kifayət qədər əsaslandırmamışdır.

15. Cavabdeh əlavə olaraq qeyd etmişdir ki, “Mandarin” marketin açarının tam maddi məsul olmayan direktora yaxın ikinci bir şəxsdə də olması, “Mandarin” marketin qapılarının əksər hallarda ikinci bir şəxs tərəfindən açılması kimi hallar, həmçinin “Mandarin” marketdə fəaliyyət göstərən kamera görüntülərinin iş materiallarına əlavə edilməməsi kimi hallar, ziyanın yalnız siqaretlərdən ibarət olması və cavabdehin heç bir vaxt siqaret çəkən olmaması kimi hallar, həmçinin iş materiallarına əlavə edilmiş bütün sənədlərin möhürsüz olması, “Mandarin” marketin konkr et olaraq kimə məxsus olması, həmin “Mandarin” marketdə satılmış mallara görə verginin hansı VÖEN-in adından ödənilməsi, işəgötürənin kim olması, fiziki şəxs iddiaçının “Mandarin” marketə görə iddia qaldırmaq hüququnun olub-olmaması kimi, məhkəməyə təqdim olunmuş bütün sənədlərdə işəgötürənin konkret olaraq kim olması, 31 mart 2022-ci il tarixdən 30 iyun 2022-ci il tarixədək olan dövr ərzində X1 qeydiyyatı aparılmış vatsap yazışmalarından məlum olan Füzuli rayonu Horadiz qəsəbəsində yerləşən “Mandarin” marketin qapılarının həmişə işdə olduğu vaxtlarda cavabdehin və mühafizənin iştirakı ilə bağlanılması, Füzuli rayonu, Horadiz qəsəbəsində yerləşən “Mandarin” marketin qapılarının 31 mart 2022-ci ildən 28 iyun 2022-ci il tarixinədək təqdim etdiyi vatsap yazışmalarından məlum olan halın – mü hafizəçinin iştirakı olmadan iddiaçının göstərişi əsasında Anar adlı şəxs tərəfindən açılması, cavabdeh tərəfindən heç bir vaxt marketin qapılarının səhər vaxtlarında açılması hallarının olmaması, Füzuli rayonu, Horadiz qəsəbəsində yerləşən “Mandarin” marketdə həmişə kameralar işlək vəziyyətdə olmasına baxmayaraq, iş materallarına hər hansı bir kamera görüntüsünün əlavə edilməməsi, marketdəki kameraların 2022-ci ilin aprel-may aylarında təmir işləri gedən vaxtlarda məqsədli şəkildə söndürülməsi, 2022-ci ilin may ayının 21-də cavabdehin anasının vəfat etməsi səbəbinə görə və 22 iyul 2022-ci il tarixində uşağının doğulması səbəbindən marketdə işdə olmaması, “Mandarin” marketə malların qaiməfaktura əsasında qəbul edilməsi, malların təhvil-təslim edilməsinə, o cümlədən də Beyləqan rayonu, 1-ci Şahsevən kəndində tərtib olunmuş xx.xx.2022-ci il tarixli “Mal köhnə Sayılarında” qeyd edilmiş siqaretlərin qaiməfaktura əsasında cavabdeh tərəfindən qəbul edilməsi və ya təhvil-təslim edilməsi hallarının olmaması, “Mandarin” marketin qapılarının səhər saatlarında açıldığı vaxtlarda cavabdehin harada olmasını əks etdirən telefon əhatə dairəsinin yoxlanılmaması, heç bir vaxt siqaret çəkən olmaması, dövlət rüsumunun ödənilməməsi, “Komissiyanın təşkil olunması barədə” 25 avqust 2022-ci il tarixli, 33 nömrəli əmrlə işlədiyi marketdə yoxlama zamanı onun iştirakının təmin olunmaması, daha doğrusu işə əlavə edilmiş həmin tarixli əmrdə adının belə olmaması, yoxlamanın nəticəsi barədə fiziki şəxs İddiaçı tərəfindən təsdiq edilmiş və fiziki şəxs İddiaçı, müdir müavini X4 və mağaza müdiri X2 tərəfin dən imzalarla təsdiq edilmiş xx.xx.2022-ci il tarixli aktda cavabdeh kimi onun iştirakının təmin olunmaması kimi hallar hərtərəfli, tam və obyektiv olaraq araşdırılmamışdır. Birinci instansiya məhkəməsi qətnaməni qəbul edildiyi vaxt market müdirinin vəzifə təlimatlarının nədən ibarət olmasına dair hər hansı bir sənəd iş materiallarına əlavə olunmamışdır. Qətnamə qəbul edilərkən mülki işin materiallarına əlavə edilmiş tam maddi məsuliyyət haqqında müqavilənin bağlanıldığı yerin məlum olmadığı, müqavilənin tarixinin sonradan qələmlə yazılması, müqavilədə qeyd edilmiş maddi dəyərlilərin nədən ibarət olması, müqavilənin ikinci nüsxəsinin maddi məsul şəxs kimi qələmə verilən Cavabdeh verilməsini təsdiq edən hər hansı bir qeydin müqavilədə olmaması, tam maddi məsuliyyət haqqında müqavilənin möhü rsüz olması, hər hansı bir möhürlə təsdiqlənməməsi, maddi sərvətlərin, görüləcək işlərin yerinin məlum olmaması, o cümlədən də tam maddi məsuliyyət haqqında müqavilənin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin və normativ hüquqi aktların tələblərinə uyğun olmayaraq tərtib olunmasına, daha doğrusu, həmin müqavilənin etibarsız sayılmasına heç bir əhəmiyyət verilməmişdir.

16. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 3 aprel 2024-cü il i tarixli, 2(106)-656/2024 nömrəli qətnaməsi ilə (hakim Samir Mayılov - sədrlik edən və məruzəçi, İlham Əsədov və Tofiq Heydərov ibarət tərkibdə) cavabdehin apellyasiya şikayəti təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, yeni qətnamə çıxarılaraq iddiaçının cavabdehə qarşı vurulmuş ziyanın ödənilməsi iddia tələbi təmin edilməmişdir.

17. Məhkəmə kollegiyası ilk növbədə qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə hər hansı araşdırma aparmadan, təqdim edilmiş sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq hüquqi qiymət vermədən iş üzrə qətnamə qəbul edilmiş, iddia ərizəsinin məzmununu qətnaməyə köçürməklə onu əsaslandırmağa çalışmışdır. İddia ərizəsinin məzmununun olduğu kimi qətnaməyə köçürülməsini isə qətnamənin əsaslandırıcı hissəsində 3-cü vərəqin sondan 2- ci və 3-cü abzasları birbaşa olaraq təsdiq etmişdir. Belə ki, həmin səhifənin sondan 3-cü abzasında “Bildirirəm ki, sahibkar kimi mənə dəymiş ziyanın məbləği 202-ci maddənin tələbinə əsasən ziyan vurulan vaxtda mal(lar)ın mövcud olan bazar qiymətləri ilə hesablanmışdır” şəklində, eləcə də, sondan 2-ci abzasın da “Cavabdeh mənə vurduğu ziyan onun tam maddi məsuliyyət daşıdığı hallarda vurulduğundan, ziyanın məbləği onun orta aylıq əmək haqqından çox olduğundan ziyanın ödənilməsi üçün məhkəməyə müraciət etməli olmuşam” şəklində qeyd edilmiş cümlələrdən də görünür ki, məhkəmə qətnaməsi əsaslandırılmamış, iddia ərizəsinin məzmunu qətnaməyə köçürülmüşdür. Bu baxımdan cavabdehin apellyasiya şikayətinin müvafiq dəlili əsaslı hesab edilmişdir.

18. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı fiziki şəxs olaraq fərdi sahibkarlıqla məşğuldur və işəgötürən kimi cavabdehi öz marketində “market müdiri” vəzifəsinə təyin etmiş, onunla tam maddi məsuliyyət haqqında müqavilə imzalamışdır. Sonradan cavabdehin fəaliyyətindən razı qalmadığına görə ona əvvəlcə töhmət verilmiş, daha sonra fəaliyyətinin yoxlanılması qərara alınmış və bunun üçün komissiya təşkil olunmuşdur. Komissiya cavabdehin fəaliyyətini yoxlayarkən sayım aparmış və 10081,77 manat məbləğində malın cavabdeh tərəfindən mənimsənildiyini müəyyən etmişdir.

19. İddiaçının hazırkı tələbi məhz tam maddi məsuliyyət haqqında müqavilə çərçivəsində əksikliyi müəyyən edilmiş 10081,77 manat məbləğində məhsulun dəyərinin cavabdehdən tutulması ilə bağlıdır. Lakin birinci instansiya məhkəməsi iddia tələbini ona tətbiq edilməli olan hüquq normalarına uyğun qiymətləndirmədən düzgün olmayan qətnamə qəbul etmişdir. Ona görə də məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbinə müvafiq hüquqi qiymət verilməlidir.

20. İddiaçı cavabdehin fəaliyyətinin yoxlan ılması zamanı komissiya tərəfindən 10081,77 manat dəyərində məhsulun çatışmadığının müəyyən edildiyini və həmin məbləğdə vəsaitin cavabdeh tərəfindən mənimsənildiyini, bununla da ona 10081,77 manatlıq ziyan vurulduğunu və buna görə cavabdehin tam maddi məsuliyyət daşıdığını bildirmişdir. 21. 02 may 2022-ci il tarixli tam maddi məsuliyyət haqqında müqavilədə cavabdehin ona etibar edilmiş maddi dəyərlilərə görə məsuliyyət daşıması qeyd edilsə də, ona məhz hansı maddi dəyərli məhsulun etibar edildiyi qeyd edilməmiş, bununla bağlı, cavabdeh tərəfindən də imzalanmış hər hansı siyahı təqdim edilməmişdir.

22. Qeyd edilənləri və Əmək Məcəlləsinin 191.2-ci maddəsini nəzərə alan məhkəmə kollegiyası bildirir ki, cavabdehin (işçinin) iddiaçı (işəgötürən) qarşısında maddi məsuliyyətinin yaranması üçün mövcudluğu eyni zamanda tələb olunan şərtlərdən ziyanın həqiqətən vurulması faktı müəyyən edilmədiyindən və həmin faktın müəyyən edilməsi üçün iddiaçı tərəfindən sübut təqdim edilmədiyindən, cavabdehin iddiaçıya qarşı maddi məsuliyyətinin mövcudluğundan danışmaq olmaz.

23. Vurulmuş ziyanın əvəzinin ödənilməsi tələbinə dair iddia ilə bağlı iş üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. İddiaçı tələb olunan məbləğdə ona zərərin vurulmasını və zərərin məhz cavabdeh tərəfindən vurulmasını sübut etməlidir. Buna görə də, iddiaçı məhkəməyə müraciət edərkən məhz bu halları təsdiq edən sübutları təqdim etməli idi. İddiaçı isə məhkəmə kollegiyasının Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə uyğun olaraq “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) p rinsipinə müvafiq qaydada fəaliyyətini həyata keçirməsi üçün lazımi sübutları təqdim etməmiş, yalnız formal mülahizələrlə çıxış etmişdir.

24. Birinci instansiya məhkəməsi isə iddia tələbinin əsaslılığına və iddiaçı tərəfindən tələbin əsasını təşkil edən halları təsdiq edən mötəbər sübutların təqdim edilibedilməməsinə düzgün hüquqi qiymət verməmiş, iddia tələbini təmin etməklə yanlış nəticəyə gəlmişdir.

25. Belə ki, bu zaman birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmiş, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələ ri işin hallarına uyğun gəlməmişdir.

26. Məhkəmə kollegiyası hesab etmişdir ki, cavabdehin iddiaçı qarşısında maddi məsuliyyətinin yaranması öz təsdiqini tapmadığından, cavabdehin apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməlidir.

27. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 191.1,191.2,192.2,199.a bəndi,200.1,239-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

28. İddiaçı (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qə bul olunmasını xahiş etmişdir.

29. Kassasiya şikayəti işin fakriki hallarına və iddia ərizəsi ilə eyni məzmunda əsaslandırılaraq əlavə olaraq qeyd edilmişdir ki, cavabdeh iddiaçı ilə 2016-cı ilin avqustun 23-də əmək müqaviləsi bağlayaraq müxtəlif vəzifələrdə çalışdığını, iddiaçıdan ərzaq mallarını götürüb paylamaqla məşğul olduğunu və yoxlama aparılmazdan əvvəl 5.700 manat kəm olduğunu bildirmişdir. Həmçinin cavabdeh məhkəmədən iddianın qismən təmin edilməsini xahiş etmişdir. Lakin apellyasiya instansiya məhkəməsi bu faktı nəzərə almamış və cavabdehin məhkəmədə verdiyi izahatı sübut kimi qəbul etməmişdir.

30. Apellyasiya instansiya məhkəməsi işə qərəzli baxaraq, şahid ifadələrini nəinki sübut kimi qiymətləndirməmiş, qəbul etdiyi qətnamədə şahid ifadələrinin mövcudluğunu əks etdirən heç bir halı göstərməmişdir. Təqdim edilmiş sübutlara qeyri-obyektiv yanaşmış, iş üzrə sübutlar hərtərəfli və tam araşdırılmamış, tətbiq edilməli olan maddi hüquq normaları tətbiq edilməmiş, habelə sübutlara tətbiq edilməli maddi hüquq normalarına müvafiq qiymət verməmişdir.

31. Apellyasiya instansiyasının məhkəməsi qanunsuz və əsassız olaraq, tərəflər arasında başlanmış tam maddi məsuliyyət haqqında müqaviləyə uğyun olaraq işçinin məsuliyyətinin mövcudluğundan “danışmaq” üçün özündən “məhz hansı maddi dəyərli məhsulun etibar edilməsi” barədə bənd və ya əlavə siyahının təqdim edilməsini vacib hesab etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

32. Kassasiya şikayətinə qarşı cavabdehin vəkili etiraz göndərək təmin edilməməsini və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdi rilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Əmək Məcəlləsi

33. Maddə 191.1.Əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar..

34. Maddə 191.2. Eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. Göründüyü kimi, qanunverici Əmək Məcəlləsinin 191.2-ci maddəsində işçi nin və ya işəgötürənin vurduqları ziyana görə maddi məsuliyyətinin yaranmasını eyni zamanda mövcudluğu tələb olunan 3 şərtdən asılı etmişdir.

35. Maddə 192.2. Tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar.

36. Maddə 199-cu maddəsinin “a” bəndinə əsasən, işçi qanunazidd hərəkətləri ilə saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandığı hallarda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır.. Azərbaycan R espublikası Mülki Prosesual Məcəlləsi

37. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

38. Maddə 77.1. Hər hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

39. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

40. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

41. Madd ə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

42. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməmə lidir.

43. Kassasiya şikayətində qətnamə tam mübahisələndirldiyi üçün apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

44. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

45. Qanuna əsasən, ziyanın həqiqətən vurulduğu aşkar olduqda, təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda, təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır (§ 34). Qeyd olunan şərtlərin mövcudluğunu sübuta yetirmək ona zərər dəydiyini iddia edən tərəfin üzərinə düşür.

46. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materiallarını araşdıraraq bu qənaətə gəlmişlər ki, iddiaçı cavabdehin ona zərər vurduğunu mötəbər və kifayətedici sübutlarla sübuta yetirə bilməmişdir.

47. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası ap ellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

48. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

49. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şik ayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

50. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

51. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-656/2024 nömrəli iş üzrə 3 aprel 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar