Məhkəmə qərarları › İş №2(102)-2559/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-2559/2025

13.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kre
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2559/2025 13.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: kredit borcunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Rəşad Məhəmməd oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-110/2025 nömrəli, 28 aprel 2025-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraa t qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 24 oktyabr 2011-ci il tarixli, 136 saylı kredit müqaviləsinə əsasən Cavabdeh 180 ay müddətinə illik 6 faiz dərəcəsi ilə 144.500 manat məbləğində kredit verilmişdir. 2. 24 oktyabr 2011-ci il tarixli, 136/1 saylı ipoteka müqaviləsinə əsasən Bakı şəhəri, Ə. Quliyev küçəsində 1130-cu məhəllədə, 1-ci yaşayış binasının A blokunda olan 12 mərtəbəli binada yerləşən 170 kv.m. ümumi sahədən ibarət 4 otaqlı, 30 saylı mənzil ipoteka ilə yüklü edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, - 20.929,33 manat əsas, 10857,64 manat və iş üzrə ödənilmiş 186 mana t dövlət rüsumunun Cavabdeh tutulması, - tutmanın ipoteka ilə yüklü edilmiş Cavabdeh sərəncamında olan Bakı şəhəri, Ə. Quliyev küçəsində 1130-cu məhəllədə, 1-ci yaşayış binasının A blokunda olan 12 mərtəbəli binada yerləşən 170 kv.m. ümumi sahədən ibarət 4 otaqlı, 30 saylı mənzilə yönəlməsi, - mübahisəli əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlakın açıq hərracda satılması, - satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh tutulması, - ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin yaşayış sahəsinin boşaldılaraq, alıcıya təhvil verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia tələbi o nunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2011-ci il tarixli, 136 saylı kredit müqaviləsinə əsasən cavabdehə 180 ay müddətinə illik 6 faiz dərəcəsi ilə 144.500 manat məbləğində kredit verilmişdir. Tərəflərin razılığına əsasən verilmiş kreditin təminatı kimi "xxxx" MTK ilə Cavabdeh arasında bağlanmış 167/R saylı müqavilə əsasında Cavabdeh sərəncamında olan Bakı şəhəri, Ə.Quliyev küçəsində 1130-cu məhəllədə, 1-ci yaşayış binasının A blokunda olan 12 mərtəbəli binada yerləşən 170 kv.m ümumi sahədən ibarət 4 otaqlı, 30 saylı mənzil ipotekaya qoyulmuşdur. Bakı şəhəri, Ə.Quliyev küçəsində 1130-cu məhəllədə, 1-ci yaşayış binasının A blokunda olan 12 mərtəbəli binada yerləşən 170 kv.m ümumi sahədən ibarət 4 otaqlı, 30 saylı mənzilin ipotekaya qoyulması barədə B ank ilə Cavabdeh arasında xx.xx.2011-ci il tarixli, 136/1 saylı ipoteka müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin 2.1-ci bəndinə əsasən cavabdeh müqavilədə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi yerinə yetirməmiş və Banka olan kredit üzrə borcunu ödəməmişdir. Kredit müqaviləsinin 4.2-ci bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh hə min müqavilə üzrə üzərilərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi, cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki cavabdeh onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Cavabdeh xx.xx.2023-cü il tarixə cəmi borcu 31786.97 manat təşkil edir. Bundan 20929,33 manat əsas, 10857,64 manat faiz borcu təşkil etmişdir.

5. Cavabdeh tərəf iddianı qismən qəbul edərək bildirmişdir ki, 2011-ci ildə "xxxx" MTK ilə mənzil alınması ilə bağlı razılaşma əsasında Bakı şəhəri, Ə.Quliyev küçəsində 1130-cu məhəllədə, 1-ci yaşayış binasının A blokunda olan 12 mərtəbəli binada yerləşən ümumi sahəsi 170 k olan, 4 otaqlı, 30 saylı mənzilinin hər kv.m. 850 manat dəyərləndirilməklə, ümumilikdə 144.500 manat məbləğin ödənilməsini razılaşmışlar. Razılaşma zamanı hər ay ödəniləcək məbləğ və ümumi ödəmə müddəti müəyyən edilmədiyindən tərəfindən "xxxx" MTK-nın rəhbərliyi tərəfindən ona bildirilmiş İddiaçı ASCnin hesab nömrəsinə xx.xx.2011-ci il tarixində 10.000 manat, xx.xx.2012-ci il tarixində 20.000 manat, xx.xx.2012-ci il tarixində 10.000 manat, xx.xx.2012-ci il tarixində 10.000 manat, xx.xx.2012-ci il tarixində 10.000 manat, xx.xx.2013-cü il tarixində 10.000 manat, xx.xx.2013-cü il tarixində 10.000 manat, xx.xx.2013-cü il tarixində 10.000 manat, xx.xx.2013-cü il tarixində 10.000 manat, xx.xx.2014-cü il tarixi ndə 10.000 manat, xx.xx.2014-cü il tarixində 10.000 manat, xx.xx.2014-cü il tarixində 10.000 manat, xx.xx.2014-cü il tarixində 10.000 manat və xx.xx.2015-ci il tarixində 10.000 manat, ümumilikdə 150.000 manat pul ödənilmişdir. Hesab edir ki, Cavabdeh əsas borcu tam ödəmişdir, yalnız faiz borcu qalmışdır, faiz borcu da çox hesablanmışdır. İddianın faiz tələbi hissəsində əsaslı olmasını bildirmiş, lakin faiz borcunun düzgün hesablanmasını xahiş etmişdir.

6. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 mart 2024-cü il tarixli, 3-16-16/2-4/119 saylı məhkəmə-xətşünaslıq ekspert rəyinə əsasən ekspertizaya təqdim edilmiş "xxxx" ASC ilə Cavabdeh adına rəsmiləşdirilmiş xx.xx.2011-ci il tarixli, 136 saylı kredit müqaviləsinin 1-ci və 2-ci vərəqlərinin aşağı sağ kün cündəki imzalar və 3-cü vərəqində “borcalan Cavabdeh” qrafasındakı imza və xx.xx.2011-ci il tarixli kassa məxaric orderində “Orderdə göstərilən məbləği aldım” qrafasındakı imza - Cavabdeh tərəfindən icra olunmuşdur.

7. Masallı Rayon Məhkəməsinin 2(050)-162/2024 saylı, 4 aprel 2024-cü il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdehlər Cavabdeh 5367.64 manat faiz borcu və dövlət rüsumuna görə 73,58 manat tutularaq ləğv prosesində olan İddiaçı ASCnin hesabına ödənilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir (hakim Habil Bəhmanov).

8. Məhkəmə Cavabdeh tərəfindən İddiaçı ASC-nin hesab nömrəsinə ödənilmiş, yəni xx.xx.2011-ci il tarixində 10.000 manat, xx.xx.2012-ci il tarixində 20.000 manat, xx.xx.2012-ci il tarixində 10.000 manat, xx.xx.2012-ci il tarixində 1 0.000 manat, xx.xx.2012-ci il tarixində 10.000 manat, xx.xx.2013-cü il tarixində 10.000 manat, xx.xx.2013-cü il tarixində 10.000 manat, xx.xx.2013-cü il tarixində 10.000 manat, xx.xx.2013-cü il tarixində 10.000 manat, xx.xx.2014-cü il tarixində 10.000 manat, xx.xx.2014-cü il tarixində 10.000 manat, xx.xx.2014-cü il tarixində 10.000 manat, xx.xx.2014-cü il tarixində 10.000 manat və xx.xx.2015-ci il tarixində 10.000 manat, ümumilikdə 150.000 manat pulun ödənilməsi barədə qəbzləri mötəbər sübut kimi qəbul edərək, işin faktiki hallarını təhlil edərək belə qənaətə gəlmişdir ki, tərəflər arasında kredit müqaviləsi üzrə son ödəniş müddəti 24 oktyabr 2026-cı il olsa da, Cavabdeh xx.xx.2015-ci ildə artıq əsas borcu tamamilə geri qaytarmış və 144.500 manat əsas borcdan əlavə olaraq 4500 manat ödəniş etmişdir. Belə olan halda cavabdehdən tələb olunan 10.857,64 manat faiz borcundan 4500 manat çıxılmalı, iddia faiz borcuna münasibətdə 5.357,64 manat həcmində təmin olunmalıdır.

9. Məhkəmə tələbin ipoteka ilə yüklü olan mənzilə yönəldilməsi və digər tələblərə münasibətdə qeyd etmişdir ki, tərəflər arasında etibarlı ipoteka müqaviləsi bağlanmamışdır. Həmin müqavilə hüquqi nəticə yaratmadığı üçün, bunu davamı olaraq digər tələblərin hüquqi qiymətləndirilməsinə də zərurət yoxdur. Odur ki, ipoteka müqaviləsi və digər tələblərə münasibətdə də iddia əsassız hesab olunmalıdır.

10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 739.1 və 739.2-ci maddələrinə və Mülki Prosessual Məcəlləsinin 4.1, 14.2, 217.4-cü maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya ins tansiyası məhkəməsindəki icraat

11. İddiaçı LPO İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə1 apellyasiya şikayəti verərək qətnamənin ləğv olunması, iddianın tam təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Apellyasiya şikayəti iddia ərizəsinin dəlilləri ilə yanaşı onunla əsaslandırılmışdır ki, qətnamə maddi hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi ilə qəbul edildiyindən ləğv edilməlidir.

13. Cavabdeh nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında izahatında bildirmişdir ki, 2011-ci ildə "xxxx" MTK ilə mənzil alınması ilə bağlı razılaşma əsasında Bakı şəhəri, Ə. Quliyev küçəsində 1130-cu məhəllədə, 1-ci yaşayış binasının A blokunda olan 12 mərtəbəli binada yerləşən ümumi sahəsi 170 kv.m. olan, 4 otaqlı, 30 saylı mənzilinin hər kv.m. 850 manat dəyərləndirilməklə, ümumilikdə 144500 manat məbləğin ödənilməsini razılaşmışlar. Razılaşma zamanı hər ay ödəniləcək məbləğ və ümumi ödəmə müddəti müəyyən edilmədiyindən, "xxxx" MTK-nın rəhbərliyi tərəfindən ona bildirilmiş İddiaçı ASCnin hesab nömrəsinə xx.xx.2011-ci il tarixində 10.000 manat, xx.xx.2012-ci il tarixində 20.000 manat, xx.xx.2012-ci il tarixində 10.000 manat, xx.xx.2012-ci il tarixində 10.000 manat, xx.xx.2012-ci il tarixində 10.000 manat, xx.xx.2013-cü il tarixində 10.000 manat, xx.xx.2013-cü il tarixində 10.000 manat, xx.xx.2013-cü il tarixində 10.000 manat, xx.xx.2013-cü il tarixində 10.000 manat, xx.xx.2014-cü il tarixində 10.000 manat, xx.xx.2014-cü il tarixində 10.000 manat, xx.xx.2014-cü il tarixində 10.000 manat, xx.xx.2014-cü il tarixində 10.000 manat və xx.xx.2015-ci il tarixində 10.0 00 manat, ümumilikdə 150.000 manat pul ödənilmişdir. Hesab edir ki, Cavabdeh əsas borcu tam ödəmişdir, yalnız faiz borcu qalmışdır, faiz borcu da çox hesablanmışdır. İddianın faiz tələbi hissəsində əsaslı olmasını bildirmiş, lakin faiz borcunun düzgün hesablanmasını xahiş etmişdir.

14. Apelyasiya icraatı zamanı iddiaçı LPO İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə1 keçirilən məhkəmə iclasında ekspertizanın keçirilməsi barədə vəsatət verərək cavabdeh tərəfindən təqdim edilən xx.xx.2011-ci il tarixli 10.000 manat dəyərində ödəniş qəbzi üzrə göstərilən vəsaitin cavabdehin bank hesabına ödənilmədiyini bildirmişdir. Belə ki, qəbzdən göründüyü kimi, Cavabdeh xx.xx.2011-ci il tarixdə "xxxx" MTK-ya 10000 manat məbləğində ödəniş etmişdir. Bu səbəbdən qeyd olunan ödəniş Cavabdeh ilə bank arasında bağlan an xx.xx.2011-ci il tarixli kredit müqaviləsi üzrə silinməmişdir. Odur ki, məhkəmə-mühasibatlıq ekspertizası təyin edilməsini xahiş etmişdir.

15. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi məhkəmə-mühasibatlıq ekspertizasının 9/5710 nömrəli, 17 oktyabr 2024-cü il tarixli ekspert rəyi ilə müəyyən edilmişdir ki, iş materiallarında olan hesabdan çıxarışlar və 24 oktyabr 2011-ci il tarixli, 136 saylı kredit müqaviləsində qeyd edilən şərtləri nəzərə alaraq Cavabdeh 28 sentyabr 2023-cü il tarixə İddiaçı ASC-yə olan borcu- əsas borc üzrə 20943,49 manat, faiz borcu üzrə 10897,59 manat, ümumilikdə 31841,08 manat məbləğində müəyyən edilmişdir.

16. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş məhkəmə-mühasibatlıq e kspertizasının 9/08 nömrəli, 12 mart 2025-ci il tarixli ekspert rəyi ilə müəyyən edilmişdir ki, rəyin tədqiq hissində göstərilənlərə əsasən, iş materiallarında olan (İ.M 60-cı vərəq) 24 oktyabr 2011-ci il tarixli qəbz üzrə ödənilmiş 10000 manat pul vəsaitinin **********0000 nömrəli hesab üzrə silindiyindən hazırkı tədqiqata ödəniş kimi nəzərə alınmadı. Rəyin tədqiq hissində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları və 24 oktyabr 2011-ci il tarixli, 136 saylı kredit müqaviləsində qeyd edilən şərtləri nəzərə alaraq Cavabdeh 28 sentyabr 2023-cü il tarixə kimi (sual üzrə tarixə) İddiaçı ASC-yə olan borcu 31.805.34 manat - əsas borc üzrə 20919.98 manat, faiz borcu üzrə -10885.36 manat müəyyən edilir.

17. Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106 )-110/2025 nömrəli, 28 aprel 2025-ci il tarixli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilərək, Masallı Rayon Məhkəməsinin 2(050)-162/2024 saylı, 4 aprel 2024cü il tarixli qətnaməsi qismən, yəni “24 oktyabr 2011-ci il tarixli, 136 saylı kredit müqaviləsi üzrə əsas borc və faiz borcunun qismən təmin edilməsi” hissəsində ləğv edilməsi, həmin hissədə iddianın qismən təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi, Cavabdeh 24 oktyabr 2011-ci il tarixli, 136 saylı kredit müqaviləsi üzrə əsas borcu 20919,98 manat, faiz borcu isə 10885,36 manat, ümumilikdə 31.805,34 manat pul vəsaiti tutularaq iddiaçı LPO İddiaçı ASC-yə ödənilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir (hakimlər T.Heydərov (sədrlik edən və məruzəçi), M. Sadı qov və A. Novruzova).

18. Məhkəmə kollegiyası iddia tələbinin tələbin ipoteka ilə yüklü olan mənzilə yönəldilməsi və mənzildən çıxarılma ilə bağlı dəlillərinə münasibətdə qeyd etmişdir ki, tərəflər arasında etibarlı ipoteka müqaviləsi bağlanmamışdır. Həmin müqavilə dövlət qeydiyyatına alınmadığından və hüquqi nəticə yaratmadığından, həmin hissədə iddia birinci instansiya məhkəməsi tərəfindən haqlı olaraq əsaslı hesab edilməmiş və təmin edilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmışdır.

19. Məhkəmə kollegiyası hesab etmişdir ki, cavabdeh 24 oktyabr 2011-ci il tarixli qəbz üzrə ödənilmiş 10.000 manat pul vəsaitinin İddiaçı ASC-yə ödənilməsini sübut edə bilməmişdir, həmçinin 9/08 nömrəli, 12 mart 2025-ci il tarixli ekspert rəyi ilə də müəyyən edili r ki, həmin qəbz üzrə ödənilmiş 10.000 manat pul vəsaitinin **********0000 nömrəli hesab üzrə silindiyindən tədqiqata ödəniş kimi nəzərə alına bilmir, o zaman iş üzrə keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının rəyi əsas götürülməklə Cavabdeh 24 oktyabr 2011-ci il tarixli, 136 saylı kredit müqaviləsi üzrə iddiaçı LPO İddiaçı ASC-yə olan əsas borcu 20.919,98 manat, faiz borcu isə 10.885,36 manat müəyyən edilməli, ümumilikdə 31.805,34 manat pul vəsaiti Cavabdeh alınaraq iddiaçı LPO İddiaçı ASC-yə ödənilməlidir.

20. Məhkəmə kollegiyası gəldiyi nəticə ilə bağlı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21, 308.1, 317.1, 385.1, 386.1, 442, 445.1, 445.2.1, 448.1, 465.2, 467, 739.1, 739.2-ci, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.1, 10.2, 10.3, 10.4, 11.1, 11.2, 11.3, 33, 34.1, 34.1.3-cü və MPM-in 14.2, 77.1, 88, 217.1, 217.4, 372.1, 372.6, 372.7-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

21. Cavabdeh (vəkili Nümayəndə3) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

22. Kassasiya şikayətini onunla əsaslandırılmışdır ki, məhkəmə maddi hüquq normalarını sadalayaraq, səthi şərhini versə də, qəti olaraq həmin maddi hüquq normalarının mövcud mübahisə ilə bilavasitə hansı əlaqəsinin olmasını açıqlamamış, formal olaraq məhkəmə qətnaməsində görüntü xarakterli “tətbiq edilən” hüquq normasını sıralamışdır. Məhkəmə koll egiyası həmçinin məhkəmə mühasibatlıq ekspertizasının xx.xx.2024-cü il tarixli, 9/5710 nömrəli rəyini əsas götürmüşdür (Rəyə əsasən əsas borc 20943,49 manat, faiz borcu isə 10897.59 manat cəmi 31841,08 manat müəyyən edilmişdir. Rəy tərtib edilərkən hesabdan çıxarışların xx.xx.2012-ci il tarixdən xx.xx.2023cü il tarixədək 140000 manat məbləğində ödəniş aparılması, həmin məbləğin 123.556,51 manatının əsas borcdan, 16443,49 manatının isə faiz borcundan silindiyi göstərilmişdir). Faktiki olaraq isə məhkəmə ekspertiza rəyini əsas götürərək yekun nəticəyə gəlmişdir. Halbuki, kredit müqaviləsi üzrə borcun ödənilməsi ilə bağlı kassator tərəfindən xx.xx.2011ci il tarixdə 10000 azn, xx.xx.2012-ci il tarixdə 20000 azn, xx.xx.2012-ci il tarixdə 10000 azn, xx.xx.2012-ci l tarixdə 10000 azn, xx.xx.2012- ci il tarixdə 10000 azn, xx.xx.2013-cü il tarixdə 10000 azn, xx.xx.2013-cü il tarixdə 10000 azn, xx.xx.2013-cü il tarixdə 10000 azn, xx.xx.2013-cü il tarixdə 10000 azn, xx.xx.2014-cü il tarixdə 10000 azn, xx.xx.2014-cü il tarixdə 10000 azn, xx.xx.2014-cü il tarixdə 10000 azn, xx.xx.2014-cü il tarixdə 10000 azn və xx.xx.2015-ci il tarixdə 10000 azn - cəmi 150000 azn məbləğində pul vəsaiti ödənilmişdir. Ödənişlərin müqavilədə göstərilən müddət ərzində deyil, dörd ildən az bir müddətdə aparılması (tam ödəmə) əsas borcun və əsas borc üzrə hesablanan faizlərin azalan silsilə üzrə sonlanmasını şərtləndirdiyindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/5710 nömrəli rəyinin həqiqəti əks etdirmədiyini təsdiqləyir. Məhkəmə qətnaməsi haqqı nda Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2005-ci il tarixli, 4 nömrəli qərarının 2.4-cü bəndinə əsasən “qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun”. Hazırkı halda isə Şirvan Apelyasiya məhkəməsi tələbkarın mövqeyinin müdafiəçisi kimi çıxış edərək mübahisəli mülahizələr əsasında qənaətini formalaşdırmışdır. Həmçinin həmin qərarın 3.3-cü bəndində göstərilir ki, “Azərbaycan Respublikası MPM-nin 103.1-ci maddəsinə əsasən digər sübutlar kimi ekspert rəyinin də əvvəlcədən müə yyən edilmiş heç bir məcburi qüvvəsi yoxdur. Ona görə ekspert rəyinə də digər sübutlarla bərabər qiymət verilməli, ekspert rəyinin məhkəmə tərəfindən qəbul edilibedilməməsi səbəbləri qətnamədə öz əksini tapmalıdır”. Halbuki məhkəmə bu mübahisə üzrə qərarını təməlli olaraq ekspert rəyi üzərində qurmuşdur. Bu səbəbdən də mən məhkəmənin tətbiq etdiyi hüquq normalarının düzgün tətbiq edilmədiyini hesab etmişdir.

23. Hakim tərəfindən qəti olaraq istinad edilmiş dəlil-sübutlar barəsində hər-hansı bir göstəriş yoxdur. Halbuki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Ş.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılma sına dair” 31 may 2006-cı il tarixli qərarında göstərilmişdir ki, “məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir.” İş üzrə qətnamə qəbul edən məhkəmə ümumiyyətlə sübutların qiymətləndirilməsi ilə bağlı hər hansı obyektiv dəyərləndirmə aparmamış, bununla da AR MPM-nin 88-ci maddəsinin tələblərini pozmuşdur. Məhkəmə iddia tələbini təmin edərkən yalnız hüquqi əsaslarla möhkəmləndirilməyən, şablon söz birləşmələri və cümlələrlə mövqeyini bəyan etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

24. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən kassasiya şikayətinə qarşı etiraz göndərərək, onun təmin olunmamasını xahiş etmiş və göstərmişdir ki, iş materiallarından göründüyü kimi, apellyasiya instansiyası tərəfindən iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası aparılmış, cavabdehin borcu əsas və faiz hissələri üzrə dəqiq müəyyən edilmiş və bütün sübutlar obyektiv araşdırılaraq düzgün nəticəyə gəlinmişdir. Cavabdeh tərəfindən təqdim edilən arqumentlər formal xarakter daşımış, hər hansı hüquq normasının pozulması ilə bağlı əsaslı dəlillər göstərilməmişdir.

25. Bundan əlavə, cavabdeh nə birin ci instansiya, nədəki apellyasiya məhkəməsində iddialarını təsdiq edən sübut təqdim etməmişdir. Mülki Prosessual Məcəllənin tələblərinə əsasən hər bir tərəf öz tələblərini sübut etməli olmuş, lakin cavabdeh bu öhdəliyi yerinə yetirməmişdir. Ona görə də, kassasiya şikayəti əsassız hesab edilmiş və Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(106)-110/2025 saylı qətnaməsinin ləğvi üçün heç bir qanuni əsas mövcud olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

26. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

27. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

28. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

29. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.

30. Maddə 445.2.1. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi.

31. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

32. Maddə 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yaln ız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər.

33. Maddə

467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

34. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.

35. Maddə 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

38. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

39. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

40. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nətic ə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

41. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

42. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

43. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hall arını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

44. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

45. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunm uşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

46. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

47. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

48. Məhkəmə aktlarının qanuniliyi, ənənəvi olaraq, məhkəmə aktının maddi və prosessual hüquq normalarına uyğunluğu kimi qəbul olunur. Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir. Konstitusiya Məhkəməsi Plenu munun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyi xatırlanmalıdır ki, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət e dilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 28 fevral 2012-ci il tarixli qərarı).

49. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

50. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüq uqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

51. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-110/2025 nömrəli, 28 aprel 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar