Məhkəmə qərarları › İş №2(102)-256/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-256/2023

24.01.2023 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-256/2023 24.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: əmək haqqının ödənilməsi,sübutetmə yükü Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı “əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4887/2022 nömrəli, 29 avqust 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 24 yanvar 2023-cü il tari xdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı ilə (bundan sonra – iddiaçı) "xxxx" QSC-nin İnfrastruktur Departamentinin İşarəvermə və Rabitə Xidməti 3 nömrəli Bakı İşarəvermə və Rabitə Sahəsi arasında 16 iyul 2019-cu il tarixdə əmək müqaviləsi bağlanmış və iddiaçı həmin sahənin 5 saylı işarəvermə və bloklama sexində elektromexanik vəzifəsinə işə qəbul olunmişdur. İş rejimi 5 günlük iş həftəsi, iş saatları 9:00-dan 18:00-dək,əmək haqqı isə 411 manat müəyyən edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı (bundan sonra – cavabdeh) “əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun 16 iyul 2019-cu il t arixdən 2020-ci ilin mart ayına qədər "xxxx" QSC-nin İnfrastruktur departamentinin işarəvermə və rabitə xidməti 3 nömrəli Bakı İşarəvermə və rabitə sahəsinin 5 saylı işarəvermə və bloklama sexində elektromexanik vəzifəsində çalışdığı müddətdə ödənilməli əmək haqqının, istifadə edilməyən əmək məzuniyyətinə görə ödənilməli əmək haqqının, istirahət, bayram və ümumxalq hüzn günlərində işə cəlb edildiyi günlərin əmək haqqının, iş vaxtından artıq vaxt ərzində işə cəlb edildiyi müddət ərzində ödənilməli olan əmək haqqının, hər gecikdirilmiş gün üçün ona əmək haqqının azı bir faizi məbləğində ödəncin cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. Sonradan, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək 14 avqust 2020-ci il tarixdən 2021-ci ilin may ayının 5-nə qədər "xxxx" QSC-nin İnfrastruktur departamentinin işarəvermə və rabitə xidməti 3 nömrəli Bakı İşarəvermə və rabitə sahəsinin 5 saylı işarəvermə və bloklama sexində elektromexanik vəzifəsində çalışdığı müddətdə ödənilməli əmək haqqının, istifadə edilməyən əmək məzuniyyətinə görə ödənilməli əmək haqqının, istirahət, bayram və ümumxalq hüzn günlərində işə cəlb edildiyi günlərin əmək haqqının, iş vaxtından artıq vaxt ərzində işə cəlb edildiyi müddət ərzində ödənilməli olan əmək haqqının, hər gecikdirilmiş gün üçün ona əmək haqqının azı bir faizi məbləğində ödəncin cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 14 avqust 2020-ci il tarixdən 2021-ci ilin 5 may tarixinədək hə ftənin ilk beş günü axşam saat 20:00-dan səhər 08:00-a qədər, həftənin cümə günləri isə axşam 20:00-dan həftənin birinci günü saat 08:00-a qədər "xxxx" QSC-nin İnfrastruktur departamentinin işarəvermə və rabitə xidməti 3 nömrəli Bakı İşarəvermə və rabitə sahəsinin 5 saylı işarəvermə və bloklama sexində elektromexanik vəzifəsində çalışsa da, ona əmək haqqı verilməmişdir. Bu barədə X2 Xidmətinə şikayət ərizəsi ilə müraciət etmiş və araşdırma zamanı "xxxx" QSC-nin işarəvermə və rabitə xidmətinin vəzifəli şəxsi barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Əmək haqqının ödənilməsi ilə bağlı X2 tərəfindən "xxxx" QSC-yə müraciət olunsa da, hazırki vaxtadək əmək haqqı ödənilməmişdir. Həmçinin qeyd e tmişdir ki, 14 avqust 2020-ci il tarixdən 2021-ci ilin 5 may tarixədək işlədiyi müddətdə ona əmək məzuniyyəti verilməmiş, həmçinin istirahət, bayram və ümumxalq hüzn günlərində işə cəlb edilmişdir. Bundan başqa, iş vaxtından artıq vaxt ərzində işlədilmişdir. Onun 16 iyul 2019-cu il tarixdən 2020ci ilin mart ayına qədər "xxxx" QSC-nin İnfrastruktur departamentinin işarəvermə və rabitə xidməti 3 nömrəli Bakı işarəvermə və rabitə sahəsinin 5 saylı işarəvermə və bloklama sexində elektromexanik vəzifəsində çalışdığı müddətdə ödənilməli əmək haqqının, istifadə edilməyən əmək məzuniyyətinə görə ödənilməli əmək haqqının, istirahət, bayram və ümumxalq hüzn günlərində işə cəlb edildiyi günlərin əmək haqqının, iş vaxtından artıq vaxt ərzində işə cəlb edildiyi müddət ərzində ödənilməli olan əmək haq qının, hər gecikdirilmiş gün üçün ona əmək haqqının azı bir faizi məbləğində ödəncin cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti Bakı şəhər İdarəsi mübahisə predmeti irəli sürməyən üçüncü şəxs qismində mülki işə cəlb edilmişdir.

6. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-987/2022 saylı, 5 aprel 2022-ci il tarixli qətnaməsi ilə (hakim Ceyhun Tağıyev) iddia tələbi təmin edilməmişdir.

7. Birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətini onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad etdiyi hallara (əmək haqqının ödənilməməsi, iş vaxtından əlavə vaxtlarda əməyə cəlb edilməsi və s.) dair sübutlar məhkəməyə təq dim edilməmişdir. Əksinə, iş materiallarında olan sənədlərdən görünür ki, cavabdeh tərəfindən iddiaçının əmək haqqı ödənilmiş, iddiaçıya əmək məzuniyyəti verilmişdir.

8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217.1, 218.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

9. İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Bakı Apellyasiya Məhkəməsi (bundan sonra - apellyasiya instasiya məhkəməsi) Mülki kollegiyasının 29 avqust 2022-ci il tarixli, 2(103)-4887/2022 nömrəli qətnaməsi ilə (hakimlər Elşən Kazımovun sədrliyi və məruzəsi ilə, Akif İsgəndərov və İlham Kərimlidən ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.

11. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı şikayətində elektromexanik vəzifəsində həftənin ilk beş günü axşam saat 20:00dan səhər 08:00-a qədər, həftənin cümə günləri isə axşam 20:00-dan həftənin birinci günü saat 08:00-a qədər işə cəlb olunduğunu göstərsə də bu barədə məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmişdir.

12. Eləcə də, apellyasiya baxışı zamanı iddiaçı "xxxx" QSC-nin İnfrastruktur departamentinin Bakı İşarəvermə və rabitə sahəsinin V briqadasının “əməyin mühafizəsi üzrə təlimatların qeydiyyatı jurnalı”nı təqdim etmişdir. Həmin jurnalda onun iş vaxtınd an əlavə işə cəlb olunmağı barədə hansısa vəzifəli şəxsin qeydi və imzaları aşkar olunmamışdır. Həmin jurnal xx.xx.2020-ci ildən xx.xx.2021-ci ilədək olan dövrü əhatə edir.

13. Həmçinin, apellyasiya baxışında iddiaçı soyadının altında saat 20:00-dan 08:00dək rəqəmlərini özü yazdığını etiraf etmişdir. Lakin digər işçilərdən fərqli olaraq jurnalın təlimatçının imzası qrafasında iddiaçının gecə vaxtı işləməsini təlimatçı yaxud hansısa vəzifəli şəxs təsdiq etməmişdir.

14. Məhkəmə kollegiyası əlavə etmişdir ki, apellyasiya baxışında cavabdehin nümayəndəsi bir ildən artıq müddətdir ki, həmin rəsmi jurnalın naməlum şəraitdə oğurlandığını bildirdi. Deməli, iddiaçı qeyd olunan jurnalı qanunsuz yolla götürüb özündə saxlayıb, sonradan yaxud əvvəldən soyadının altında 20:00-dan 08:00-dək rəqəmlərini ö zü yazsa da bunun həqiqiliyini hər hansı bir vəzifəli şəxs təsdiq etməmişdir. Cavabdehin nümayəndəsi iddiaçının yaşayış sahəsi olmadığına görə gecə vaxtı iş yerində qalmasını istisna etmədi. Çox güman ki, cavabdeh qurumun vəzifəli şəxslərinin buna razılığı da olmuşdur. Lakin bu o demək deyil ki, iddiaçı gecə vaxtı işləmiş yaxud iş vaxtından artıq işlərə cəlb olunmuşdur. Belə ki, iddiaçının gecə vaxtı, iş vaxtından artıq işləməsi üçün işəgötürənin müvafiq əmri(sərəncamı) və onun razılığı olmalıdır. Ancaq nə işəgötürənin belə bir qərarı, nədəki iddiaçının buna razılığı olmuşdur. Əgər olsaydı iddiaçı yəqin ki, ən azından özünün razılığı barədə məhkəməyə hansısa sübut təqdim edərdi, ancaq etməmişdir.Cavabdeh tərəf isə ümumiyyətlə belə bir halı qəbul etmir.

15. Məhkəmə kollegiyası onu da qeyd etmişdir ki, iddiaçının X1 şikayəti əsasında həmin qurum tərəfindən "xxxx" QSC-nin İnfrastruktur Departamentinin İşarəvermə və Rabitə Xidmətinin vəzifəli şəxsləri barəsində İXM-nin 192.4-cü maddəsi ilə inzibati tənbeh vermə haqqında qərar qəbul edilməsi şikayətin yaxud iddianın əsaslı olduğuna dəlalət etmir. Müfəttişliyin nümayəndəsinin izahatından və işdə olan sənədlərdən bəlli olur ki, cavabdeh qurum 8 % zərərlilik dərəcəsinə görə əlavə ödənişləri etmədiyinə görə inzibati qaydada tənbeh olunmuşdur. Ancaq sonradan işin zərərli olmasına görə iddiaçıya ödənilməli olan məbləğ tam ödənilmişdir. Demək ki, cavabdeh qurumun bu əsasla inzibati tənbehə məruz qalmasının iddianın və şikayətin əsaslılığına heç bir müsbət təsiri olmayacaqdır.

16. Qeyd olunduğu kimi, iddiaçı əmək hüquqlarının pozulmas ı ilə bağlı X2 Xidmətinə də müraciət edib və həmin Xidmətin Bakı şəhər idarəsi tərəfindən aparılan yoxlama nəticəsində cavabdeh tərəfindən yuxarıda qeyd olunandan başqa iddiaçının əmək hüquqlarının pozulması, o cümlədən dəqiqləşdirilmiş iddia tələbində göstərilənlər aşkar edilməmişdir. Bu faktın özü də iddianın və şikayətin əsassız olduğuna dəlalət edən haldır.

17. Apellyasiya instasiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 9, 83.2, 97, 99.1, 107, 135.2, 144.2, 154.1, 172.4, 195-ci, eləcə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217.3, 217.4, 385.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

18. İddiaçı kassasiya şikayəti verərək apellyasiy a instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

19. Kassator şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya isntansiyası məhkəməsi əsassız olaraq cavabdehin iddiaçının gecə işlədiyi dövrdə evsiz olması səbəbilə işdə qalması barədə dəlilini qəbul etmişdir.

20. Kassator onu da qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi əsassız olaraq cavabdehin nümayəndəsinin jurnalın oğurlanması ilə bağlı dəlilinə istinad etmişdir.

21. Kassator şikayətini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 9, 97, 99.1, 107-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 81-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Əmək Məcəlləsi

23. Maddə 9 “d” bəndi. Əmək müqaviləsi üzrə işçinin qanunvericilikdə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əmək haqqı almaq hüququ vardır.

24. Maddə 83.2.

2. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir.

25. Maddə 97.1. Saat 22-dən səhər saat 6-dək olan müddət gecə vaxtı sayılır.

26. Maddə 99.1. İş vaxtından artıq iş — işəgötürənin əmri (sərəncamı, qərarı) və işçinin raz ılığı ilə əmək funksiyasını müəyyən olunmuş iş günü vaxtından artıq müddət ərzində yerinə yetirməsi sayılır.

27. Maddə

107. Bu Məcəllənin 101-ci maddəsinin «a» və «b» bəndlərində nəzərdə tutulmuş müstəsna hallar, habelə fasiləsiz istehsalatlar, ticarət, ictimai iaşə, rabitə, nəqliyyat və digər xidmət müəssisələri istisna olunmaqla istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günlərində və ümumxalq hüzn günündə işçilərin işə cəlb olunması yolverilməzdir.

28. Maddə 135.2. İşçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir.

29. Maddə 144.2. Əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir.

30. Maddə 154.1. Əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur.

31. Maddə 172.4. İşçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir.

32. Maddə 195, d bəndi. İşçinin əmək haqqı və digər ödənişləri işəgötürən tərəfindən düzgün müəyyən edilmədikdə, habelə əsassız və qanunsuz olaraq verilmədikdə işəgötürən əmək münasibətləri prosesində işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

33. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

34. Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

35. Maddə 76.2 Məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

36. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

37. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

38. Maddə 217.4 Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Kassasiya baxışının hədləri

39. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər.

40. Hazırki kassasiya şikayətində qətnamənin tam ləğvi xahiş edildiyinə görə apellyasiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

41. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

42. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. 43. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesa b edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

44. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

45. Məhkəmə kollegiyası hesa b edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir.

46. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4887/2022 nömrəli, 29 avqust 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar