Məhkəmə qərarları › İş №2(102)-2565/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-2565/2025

27.10.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2565/2025 27.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri almaq tələbi (vindikasiya tələbi)) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi hakim), Həsənov Rəşad Məhəmməd oğlundan və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “torpaq tələbinə” dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-457/2025 nömrəli 15 aprel 2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 27 oktyabr 2025-ci il tarix də Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. Qusar Rayon Məhkəməsinin 03 mart 2021-ci il tarixli 2(029)-198/2021 nömrəli qətnaməsi ilə Cavabdeh 40000 ABŞ dolları məbləğində pulun qətnamə icra olunan günə Azərbaycan manatı məzənnəsi ilə və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun alınaraq İddiaçı verilməsi qət edilmişdir.

2. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2021-ci il tarixli 2(105)-1959/2021 saylı qərardadı ilə iş üzrə Qusar Rayon Məhkəməsinin 2(029)-198/2021 saylı, 03 mart 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddiaçı Cavabdeh İddiaçı qarşı pul tələbinə dair mülki işin icraatına xitam verilmişdir. 3. 10.08.2021-ci il tarixli ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatlı daşınma z əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Qusar rayonu Sudur kəndində yerləşən 4,2483 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh məxsusdur. 4. 09.08.2021-ci il tarixli ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatlı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Qusar rayonu Sudur kəndində yerləşən 1,9333 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh məxsusdur. 5. 05.08.2021-ci il tarixli ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatlı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Qusar rayonu Sudur kəndində yerləşən 1,5466 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh məxsusdur. 6. 09.08.2021-ci il tarixli ********** qey diyyat nömrəli hüquqların dövlət qeydiyyatlı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Qusar rayonu Sudur kəndində yerləşən 2,7061 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh məxsusdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh və ailə üzvlərinin mülkiyyətində olan, Qusar rayonu Sudur kəndində yerləşən 2,7061 ha, 1,5466 ha, 1,9333 ha və 4,2483 ha torpaq sahələrinin onun mülkiyyətinə verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh onun tanışıdır və uzun müddət onunla münasibətləri yaxşı olmuşdur. 2006-cı ildə özü üçün kənd təsərrüfatı təyinatlı tor paq sahəsi axtararkən cavabdeh ona belə bir torpaq sahəsi tapa biləcəyini bildirmişdir. Aralarında olan razılaşmaya əsasən Cavabdeh 100 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsini taparaq adına rəsmiləşdirməyi öhdəsinə götürmüş, buna görə onun tərəfindən şahid Əkbər Əliyevin yanında 40000 ABŞ dolları məbləğində pul ödənilmiş, bu barədə Cavabdeh 04 iyul 2006-cı il tarixli qəbz vermişdir. Həmin vaxtdan sonra mütəmadi olaraq cavabdehdən torpaq sahələrini tələb etdikdə o, müxtəlif bəhanələrlə bundan yayınmış, torpaq sahələrini onun adına rəsmiləşdirməmişdir. Cavabdeh hər dəfə ilin sonunadək məsələni həll edəcəyini bildirmiş, təxminən 5 il bu cür davam etmişdir. Bundan sonra o, Cavabdeh verdiyi 40000 ABŞ dolları qaytarmasını tələb etmişdir, cavabdeh isə yenə torpaq sahələrini adına rəsmil əşdirəcəyini bildirmiş, 2016-2017-ci illərdə isə 2018-ci ilin əvvəlinədək verdiyi pulu geri qaytaracağına söz vermişdir. Bundan sonra cavabdeh yenə vədinə əməl etməmiş və bu səbəbdən də, həmin şəxsə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qusar Rayon Məhkəməsinin 03 mart 2021-ci il tarixli 2(029)-198/2021 saylı qətnaməsi ilə iddia təmin olunmuş, Cavabdeh 40000 ABŞ dolları məbləğində pulun qətnamə icra olunan günə Azərbaycan manatı məzənnəsi ilə və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin alınaraq ona ödənilməsi qət edilmişdir. Cavabdeh tərəfindən həmin qətnamədən apellyasiya şikayəti verilmiş və iş baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə Sumqayıt Apellyasiya Məhkəməsində baxılarkən Cavabdeh ona müraciət edərək özün ün və ailə üzvlərinin mülkiyyətində olan, Qusar rayonu Sudur kəndində yerləşən 2,7061 ha, 1,5466 ha, 1,9333 ha və 4,2483 ha torpaq sahələrini onun adına rəsmiləşdirəcəyini, bunun qarşılığında isə onun cavabdehə qarşı olan 40000 ABŞ dolları məbləğində pul tələbindən imtina etməyi təklif etmiş, o isə bununla razılaşmış, bundan sonra Cavabdeh 07 sentyabr 2021-ci il tarixdə yuxarıda qeyd etdiyi torpaq sahələrinə dair sərəncam vermək səlahiyyətinin verilməsi barədə onun adına 10 il müddətinə etibarnamə tərtib edib vermiş, həmçinin torpaq sahələrinin digər mülkiyyətçiləri olan ailə üzvlərinin torpaq sahələrinin satılmasına notarial qaydada təsdiq edilmiş razılıq ərizələrini vermişdir. Bundan sonra 10 sentyabr 2021-ci il tarixdə o özünün məhkəmədə olan iddiasindan imtina ərizəsini Sumqayıt Apelly asiya Məhkəməsinə təqdim etmiş və həmin məhkəmənin 10 sentyabr 2021-ci il tarixli 2(105)-1959/2021 saylı qərardadı ilə iş üzrə icraata xitam verilmişdir. Lakin, bundan qısa müddət keçdikdən sonra Cavabdeh onun adına verdiyi etibarnaməni ləğv etmiş və o, torpaq sahələrini rəsmiləşdirə bilməmişdir. Bununla da, Cavabdeh onu aldadaraq onun cavabdehə qarşı olan pul tələbinə dair iddiası üzrə mülki işin icraatına xitam verilməsinə nail olmuş, bundan sonra həmin tələblə həmin şəxsə qarşı iddia qaldırması isə mümkün deyildir. Göründüyü kimi, Cavabdeh ona ödəməli olduğu 40000 ABŞ dolları məbləğində pulun müqabilində özünün və ailə üzvlərinin mülkiyyətində olan torpaq sahələrini onun mülkiyyətinə verilməsini üzərinə götürməklə onun qarşısında mülki öhdəliyi yaranmışdır. Cavabdeh həmin öhdəliyini yer inə yetirməmiş, bundan yayınmışdır. Cavabdeh onun qarşısında üzərinə götürdüyü öhdəliyini icra etmədiyindən həmin şəxsin və onun ailə üzvlərinin mülkiyyətində olan, Qusar rayonu Sudur kəndində yerləşən 2,7061 ha, 1,5466 ha, 1,9333 ha və 4,2483 ha torpaq sahələri onun mülkiyyətinə verilməlidir.

9. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməmiş və iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

10. Qusar Rayon Məhkəməsinin 11 dekabr 2024-cü il tarixli 2(029)-781/2024 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı torpaq tələbinə dair iddiasının təmin olunmaması qət edilmişdir. (hakim Ə.Cəlilov)

11. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının iddia tələbi uğursuzdur və əsassızdır, iddia tələbinin təmin ediməsi üçün əsaslar yoxdur.

12. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29cu, Mülki Məcəlləsinin 146, 152, 157, 362 və 365-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

13. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

14. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə qanunsuz olmaqla işin hallarına uyğun deyildir. Cavabdeh ona ödəməli olduğu 40000 ABŞ dolları məbləğində pulun müqabilində özünün və ailə üzvlərinin mülkiyyətində olan torpaq sahələrini onun mülkiyyətinə verilməsini üzərinə götürməklə onun mülki öhdəliyi yaranmışdır. Cavabdeh həmin öhdəliyini yerinə yetirməmiş, bundan yayınmışdır. Qusar Rayon Məhkəməsi onun iddia tələbinin dəlillərini qəbul etməmiş, lakin öz mövqeyini əsaslandırmamış, tələbinin qanunsuz və əsasız olmasını bildirməklə kifayətlənmişdir. Qusar Rayon Məhkəməsinin onun iddia tələbini rədd edən qətnaməsi onu həm pulundan, həm də əldə etməli olduğu torpaq sahəsindən məhrum edilməyinə haqq qazandırmışdır. Halbuki, Mülki Məcəllənin ümumi prinsiplərinə əsasən mülki dövriyyə iştirakçıları, hüququ münasibətlərinin subyektləri vicdanlılıq prinsiplərinə uyğun davranmalıdırlar. Cavabdeh isə pul vəsaitini ələ keçirməklə kifayətlənməyib həm də üzərinə götürdüyü öhdəliklərini icra etməyərək onu aldatmış və torpaq sahələrini mülkiyyətinə verməkdən yayınmışdır. Göründüyü kimi, Qusar Rayon Məhkəməsi işi hərtərəfli, tam və obyektiv tədqiq etməmiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş, Mülki Məcəllənin ümumi prinsiplərinin tələblərini nəzərə almamış və nəticədə işin hallarına tam uyğun olmayan qətnamə qəbul etmişdir.

15. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-457/2025 nömrəli 15 aprel 2025-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Qusar Rayon Məhkəməsinin 11 dekabr 2024-cü il tarixli 2(029)-781/2024 nömrəli qətnaməsi ləğv edilməklə iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilmişdir. (X4 Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X2 və X1)

16. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının irəli sürdüyü mövcud iddia tələbi hüququnun həyata keçirilməsi üçün düzgün hüquqi müdafiə vasitəsi hesab edilə bilməz. Belə ki, iş materiallarında olan çıxarışlara əsasən Qusar rayonu Sudur kəndində yerləşən 2,7061 ha, 1,5466 ha, 1,9333 ha və 4,2483 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh məxsus olması işin mübahisəsiz halıdır. Odur ki, bu məsələ mülkiyyət hüququnun tanınması yolu ilə həll olunmur və qaldırılan iddianın qanuni əsası kimi nəzərdən keçirilən Mülki Məcəllənin 157.1-ci maddəsinin dispozitiv şərtlərinə cavab vermir.

17. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140, 1391 və 157-ci, Mülki Prosessual Məcəlləsinin 385.1.1, 385.1.2, 385.1.3 və 385.1.4-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

18. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2025-ci il tarixli 2(105)-457 /2025 nömrəli qətnaməsinin ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

19. Kassasiya şikayəti iddia ərizəsi və apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmaqla əlavə olaraq göstərilmişdir ki, Mülki Məcəllənin 139-1-ci maddəsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasının əsaslarını müəyyən edir. Mülki Məcəllənin 157.1-ci maddəsi isə mülkiyyət hüququnun tanınmasını müəyyən edir. Lakin onun iddia tələbinin mahiyyəti ondan ibarətdir ki, cavabdehə məxsus torpaq sahəsi öhdəliyin icrası qaydasında mülkiyyətinə verilsin. Ona görə də, hesab edir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyası maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

21. Maddə

140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

22. Maddə 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

23. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi hall arı sübut etməlidir.

25. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

26. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

27. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlay ır.

28. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

29. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətlən dirilməməlidir.

30. Kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

32. İddiaçı kassasiya şikayətinin dəlilləri iddia ərizəsində, apellyasiya şikayətində və işə aşağı instansiya məhkəmələrində baxılan zaman irəli sürülmüş dəlillərlə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaəti və qiymətləndirilməsi ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.

33. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşm ış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-nin 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

34. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instan siyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-457/2025 nömrəli iş üzrə 15 aprel 2025-ci il tarixli qətnaməsi d əyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar