Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2569/2025 28.08.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair ilk və Cavabdeh İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddialarına dair mülki iş üzrə QƏRARİ (Açar sözlər: buraxılmış prosessual müddətin bərpası) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), X9 və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair ilk və Cavabdeh İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddiaları ilə bağlı mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin 2 iyul 2025-ci il tarixli, 2(107)-10 8/2025 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 28 avqust 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı Cavabdeh qarşı «cavabdehin ona məxsus torpaq sahəsindən çıxarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, JN-0028 saylı (kod ********) torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən onun və ailə üzvlərinin (əri X3, qızı X2 və oğlu X4) xüsusi mülkiyyətinə verilmiş Yevlax rayonu, Malbinəsi kəndində yerləşən 2.61 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən Cavabdeh çıxarılması, həmin torpaq sahəsindən istifadə etməyinə cavabdeh tərəfindən törədilən maneələrin aradan qaldırılması ba rədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Cavabdeh İddiaçı qarşı «pul» tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı 40000 manat pul vəsaitinin və məhkəmə məsrəfləri təşkil edən 210 manat dövlət rüsumu və 320 manat vəkilə ödənilmiş haqqın cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. Cavabdeh məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ünvanlayaraq, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 26 mart 2015-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəsi olan, **********89 reyestr nömrəsi olan ******* nömrəli çıxarışa əsasən Yevlax rayonu, Malbinəsi kəndində yerləşən 2.6065 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin hazırki bazar qiyməti ilə dəyərinin, yəni 31581 manat pul vəsatinin, 8000 manat əldən çıxmış faydanın, məhkəmə məsrəfləri təşkil edən 1010 manatın cavabdeh İddiaçı onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Yevlax Rayon Məhkəməsinin 1 avqust 2024-cü il tarixli, 2(039)-1076/2024 nömrəli qətnaməsi ilə (hakim Ruslan Əlizadə) ilk iddia təmin olunmuş, İddiaçı və ailə üzvlərinin mülkiyyətində olan 2.61 ha torpaq sahəsindən Cavabdeh çıxarılması, həmin torpaq sahəsindən istifadə etməyinə cavabdeh tərəfindən törədilən maneələrin aradan qaldırılması, qarşılıqlı iddianın qismən təmin edilməsi, İddiaçı 25400 manat pulun, 240 manat ödənilmiş dövlət rüsumunun, 450 manat mütəxəssis rəyinin alınması haqqının və 320 manat vəkil haqqının alınaraq Cavabdeh verilməsi, qarşılıqlı iddianın qalan hissədə rədd edilməsi, İddia çı 150 manat ekspertiza xərcinin tutularaq "xxxx" MMC-nə ödənilməsi qət edilmişdir.
5. Qətnаmədən nаrаzı qаlаn İddiaçı аpellyаsiyа şikаyəti vermişdir.
6. Şəki Apellyasiya Məhkəməsinin 14 yanvar 2025-ci il tarixli, 2(107)-108/2025 saylı qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş аpellyasiya şikayətinin təmin edilməsi, iş üzrə Yevlax Rayon Məhkəməsinin 1 avqust 2024-cü il tarixli, 2(039)-1076/2024 nömrəli qətnaməsinin qarşılıqlı iddianın 25.400 manat pul, 240 manat ödənilmiş dövlət rüsumu, 450 manat mütəxəssis rəyi və 320 manat vəkil haqqına aid təmin edilmiş hissəsində ləğv edilməsi, həmin hissədə yeni qətnamə qəbul edilməsi, Cavabdeh İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddiası həmin hissələrdə də rədd edilməsi, 150 manat ekspertiza xərci Cavabdeh tutularaq "xxxx" MMC-nə ödənilməsi qə t edilmişdir.
7. Şəki Apellyasiya Məhkəməsinin sözügedən qətnaməsindən cavabdehin nümayəndəsi və vəkili Nümayəndə tərəfindən kassasiya şikayəti verilmişdir.
8. Şəki Apellyasiya Məhkəməsinin 19 mart 2025-ci il tarixli, 2(107)-108/2025 saylı qərardadı ilə Şəki Apellyasiya Məhkəməsinin 14 yanvar 2025-ci il tarixli, 2(107)-108/2025 saylı qətnaməsindən cavabdehin nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş kassasiya şikayəti müəyyən olunmuş prosessual müddətin ötürülməsi səbəbi ilə geri qaytarılmışdır.
9. Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə həmin qərardaddan kassasiya şikayəti vermişdir.
10. Azərbaycan Respublikasının Ali Məhkəməsinin 13 may 2025-ci il tarixli 2(102)1488/2025 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(107)-108/2025 nömrəli iş üzrə 19 mart 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat 11. 26 may 2025-ci ildə cavabdehin nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə kassasiya şikayəti verilməsi müddətinin bərpası barədə ərizə göndərmiş və ərizəyə həmin qətnamədən kassasiya şikayəti əlavə etmişdir.
12. Ərizədə göstərilmişdir ki, elektron məhkəmə sistemində məhkəmə bildirişi olaraq qətnamə xx.xx.2025-ci il tarixdə yerləşdirilmişdir. Belə ki, məlumatın tarixi xx.xx.2025-ci il tarix olmaqla “məlumatın mətn”ində qeyd edilmişdir ki, 2(107)-108/2025 nömrəli işdə məhkəmə aktı proses iştirakçısına xx.xx.2025-ci il 18:37 tarixdə imzalandı. Onu da qeyd edir ki, qərardadda göstərildiyi kimi, Şəki Apellyasiya Məhkəməsinin 14 yanvar 2025-ci il tarixli, 2(107)- 108/2025 saylı qətnaməsi xx.xx.2025-ci il tarixdə ona məxsus elektron kabinetdə yerləşdirilməmişdir. Elektron məhkəmə sistemində qətnamənin 17 yanvar 2025ci il tarixdə yerləşdirilməsi ona məxsus elektron kabinetdə görünməməsi mərkəzləşdirilmiş elektron kabinetin səhvi ola bilər. Odur ki, hazırkı ərizə ilə müraciət edərək Məhkəmə Kollegiyasından xahiş edir ki, Şəki Apellyasiya Məhkəməsinin 14 yanvar 2025-ci il tarixli 2(107)-108/2025 saylı qətnaməsindən tərəfindən kassasiya şikayəti vermə müddətinin bərpa edilməsinə dair qərardad çıxarılsın.
13. Şəki Apellyasiya Məhkəməsinin 2 iyul 2025-ci il tarixli, 2(107)-108/2025 nömrəli qərardadına əsasən (hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X10 və X5 ibarət tərkibdə) Şəki Apellyasiya Məhkəməsinin 14 yanvar 2025-ci il tarixli, 2(107)-108/2025 saylı qətnaməsindən cavabdehin nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi barədə vəsatət təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin 14 yanvar 2025-ci il tarixli, 2(107)-108/2025 saylı qətnaməsindən cavabdehin nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır.
14. Apellyasiya instansiyası məhkəməsi əsaslandırılmış mövqeyi ilə bağlı ilk növbədə qeyd etmişdir ki, Şəki Apellyasiya Məhkəməsinin sözügedən qətnaməsi cavabdehin nümayəndəsi və vəkili Nümayəndə elektron məhkəmə informasiya sistemində olan elektron kabinetinə yerləşdirilməklə iddiaçıya 17 yanvar 2025-ci ildə çatdırılmışdır. O nun sözügedən qətnamədən kassasiya şikayəti vermə müddəti 17 mart 2025-ci ildə başa çatmış, cavabdeh tərəfindən isə kassasiya şikayəti verilməsi müddəti 2 gün ötürülmüşdür.
15. Kollegiya hesab etmişdir ki, Şəki Apellyasiya Məhkəməsinin 14 yanvar 2025-ci il tarixli, 2(107)-108/2025 saylı qətnaməsindən kassasiya şikayəti verilmə müddəti cavabdehin öz təqsiri ucbatından ötürülmüşdür və hazırkı ərizədə göstərilənlər Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi üçün əsas ola bilməz.
16. Kollegiya qərardadını əsaslandırarkən Mülki Prossesual Məcəlləsinin 128.1, 128.3, 129.1, 130.1, 130.3, 133.1, 133.2, 133.3, 405 və 408.5-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
17. Şəki Apellyasiya Məhkəməsinin 2 iyul 2025-ci il tarixli, 2(107)-108/2025 nömrəli qərardadından Cavabdeh (vəkil Nümayəndə) kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2 (107)-108/2025 saylı qərardadının ləğv edilməsinə və Şəki Apellyasiya Məhkəməsinin 14 yanvar 2025-ci il tarixli 2(107)-108/2025 saylı qətnaməsindən tərəfindən verilmiş kassasiya şikayəti verilməsi üçün müəyyən edilmiş ötürülmüş müddətin bərpası barədə qərar qəbul edilməsini xahiş etmişdir.
18. Şikayət onunla əsaslandırılmışdır ki, elektron məhkəmə sistemində, qətnamənin 17 yanvar 2025-ci il tarixdə yerləşdirilməsi mənə məxsus elektron kabinetdə görünməməsi mərkəzləşdirilmiş elektron kabenetin səhfi ola bilər və bu halın mənim ziyanıma h esablanması ədalətsizlikdir. Bundan başqa, hazırkı mübahisə ilə formalaşdırılmış məhkəmə təcrübəsinin olmaması halı da onu göstərir ki, hərgah müddət bərpa olunarsa, Ali Məhkəmə mübahisə ilə bağlı yekun məhkəmə qəbul ediləcəyi təqdirdə mübahisələndirilən qətnamənin nəticəsinə dair şübhəli məqamlar aradan qalxmış olacaqdır. Həmçinin vəkilinin səhhətində ciddi narahatçılıqlar olduğunu da əlavə edərək bu halın da nəzərə alınmasını xahiş etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Kassasiya şikayətinə qarşı İddiaçı tərəfindən etiraz ərizəsi məhkəmənin elektorn idarəetmə sisteminə əlavə olunmuşdur.
20. Ərizə onunla əsaslandırılmışdır ki, Şəki Apellyasiya Məhkəməsinin 19 mart 2025ci il tarixli və Azərbaycan Respublikası Ali Məhkəməsinin 13 may 2025-ci il tarixli qərarları il ə Cavabdeh tərəfindən kassasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş müddətin ötürülməsi sübut olunmuşdur. Həmin qərarlarda göstərilmişdir ki, “kassasiya şikayəti Elektron məhkəmə informasiya sistemində yaranmış elektron kabinet vasitəsi ilə 19 mart 2025-ci il tarixdə verilmiş və imzalanmışdır. Kassasiya şikayətində iddiaçının qətnaməni 22 yanvar 2025-ci il tarixdə aldığı qeyd edilsə də, Elektron məhkəmə informasiya sistemindən yə iş materiallarından müəyyən edilir ki, cavabdehin və onun nümayəndəsi və vəkili Nümayəndə Elektron məhkəmə ~3~ il informasiya sistemində yaradılmış elektron kabineti mövcuddur və qətnamə yanvar 2025-ci ildə cavabdehin və onun nümayəndəsi və vəkili Nümayəndə elektron kabinetində yerləşdirilmişdir. Cavabdehin nümayəndəsi vəkili Nümayəndə Şəki Apellyasiya Məhkəm əsinin 14 yanvar 2025-ci tarixli, 2(107)-108/2025 saylı qətnaməsindən ona rəsmi təqdim edildikdən 2 müddətində kassasiya şikayəti verməli olduğu halda bunu etməmiş, qətnamənin ona təqdim edildiyi tarixdən 2 ay müddət 17 mart 2025-ci ildə bitməsinə baxmayaraq, 2 gün gecikməylə 19 mart 2025-ci il tarixdə kassasiya şikayəti vermişdir".
21. Müddət bərpası barədə ərizədə müddətin üzürlü səbəblərdən ötürülməsi barədə heç bir sübut, əsas və dəlil göstərilməmişdir. Belə ki, Cavabdeh qeyd olunan tarixlərdə hər hansısa bir müalicə müəssisəsində, azadlıqdan məhrum etmə yerində, xarici ölkədə və s. olmamışdır (ən azından bu hallarla bağlı məhkəməyə hər hansısa bir səuep təqdim etməmişdir). Bundan başqa, Cavabdeh istər birinci instansiya, istər də apellyasiya instansiyaları məhkəmələrində kifayət qədər peşəkar, 30 illik iş təcrübəsi olan bir vəkillə müqavilə əsasında təmsil olunmuşdur. Həmçinin ərizədə istinad olunan "elektron məhkəmə sistemində gətnamənin 17 yanvar 2025-ci il tarixdə yerləşdirilməsi mənə məxsus elektron kabinetdə görünməməsi mərkəzləşdirilmiş elektron kabinetin səhvi ola bilər"fikri də tərəfimizdən qəbul olunmamaqdadır. Belə ki, elektron məhkəmə sistemi vahid mərkəzləşdirilmiş sistemdir və onun bütün istifadəçiləri tərəfindən bərabər əsaslarla istifadə edilməkdədir. Qeyd olunan qətnamə 17 yanvar 2025-ci il tarixdə elektron kabinetə yerləşdirilmiş və İddiaçı vəkili, yəni Vəkil1 məxsus elektron kabinetdə də həmin tarixdə, yəni yanvar ayının 17-də görünmüşdür. Belə olan halda, qətnamənin digər tərəfin vəkilinin elektron kabinetində həmin tarixdə deyil, bundan 5 gün sonra, yəni 22 yanvarda görünməsi absurd və qəbuledilməzdir.
22. Cavabdehin vəkilinin ərizədə istinad etdiyi 22 yanvar tarixi qətnamənin elektron kabinetdə yerləşdirilməsinin tarixi deyil, qətnamənin proses iştirakçılarına göndərilməsi barədə məktubun yerləşdirilməsi tarixidir. Yəni qətnamənin özü 17 yanvarda, onun tərəflərə göndərilməsi barədə məktub isə 22 yanvarda elektron sistemə yerləşdirilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
23. Maddə 10-1.3. kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “El ektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir.
24. Maddə 130.1 qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.
25. Maddə 133.1. məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.
26. Maddə 135.1. bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya i şdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər.
27. Maddə 135.5. bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. 135.6-cı maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.
28. Maddə 405.0.1. apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.
29. Maddə 408.1.4. kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa, kassasiya şikayəti qaytarılır.
30. Maddə 416.1. kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
31. Maddə 416.2. apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
32. Avropa Məhkəməsi “Ryabıx Rusiyaya qarşı” və “Kot Rusiyaya qarşı” işlərdə xatı rlatmışdır ki, hüquqi müəyyənlik prinsipi tələb edir ki, hər hansı tərəf araşdırmaların yenidən açılmasına sadəcə olaraq yenidən baxılma və işin təzədən araşdırılması üçün çalışmamalıdır. Qəti və məcburi məhkəmə qərarlarının ləğv olunması və ya dəyişdirilməsi səlahiyyəti fundamental səhvləri düzəltmək üçün istifadə edilməli, lakin təzə araşdırmanın keçirilməsinə xidmət etməməlidir. Yenidən araşdırma gizli şikayəti təşkil etməməli və məsələyə iki baxışın mövcudluğunun sadəcə olaraq mümkünlüyü yenidən baxılma üçün əsas deyildir. Bu prinsipdən kənaraçıxmalar yalnız əhəmiyyətli və qarşısıalınmaz xarakterli hallardan irəli gələn zərurətlə əlaqədar haqlı ola bilər. Kassasiya baxışının hədləri
33. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin a pellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
34. Hazırkı kassasiya şikayətində qərardad tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
35. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərardadından cavabdehin verdiyi kassasiya şikayətinin dəlilləri əsassızdır.
36. Belə ki, yuxarıda qeyd ol unan hüquq normalarının məzmunundan göründüyü kimi, vaxtında şikayət verilməməsi və prosessual müddətin buraxılması müəyyən hüquqi nəticələr yaradır. Belə ki, şikayətin verilmə müddətinin keçməsi ilə qətnamə qanuni qüvvəyə minir və icraya yönəldilir, prosessual müddətin bitməsi ilə müvafiq prosessual hərəkətləri etmək hüququ keçmiş olur və prosessual müddətin bərpası üçün müddəti buraxmış şəxs özünün subyektiv mülahizələrini deyil, konkret üzrlü səbəbləri təqdim etməyə borcludur.
37. Buraxılmış müddətin bərpası haqqında ərizədə onun buraxılmasının səbəbləri izah edilməli və ərizəçinin bu səbəbləri üzrlü hesab etməsinin əsasları göstərilməlidir. Həmin müddətdə müvafiq prosessual hərəkətləri yerinə yetirməsinə maneçilik yaradan istənilən həyati hal üzürlü səbəb hesab edilə bilər. Bu zaman ko nkret haldan çıxış etmək zəruridir (məsələn şəxsin xəstəliyi, ailənin xəstə üzvünə qulluq etmənin zəruriliyi, müddətli xidməti ezamiyyət və s.).
38. Hazırkı işin materiallarından müəyyən olunur ki, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 14 yanvar 2025-ci il tarixli qətnaməsi 19 mart 2025-ci il tarixdə cavabdehin, eyni zamanda nümayəndəsi, vəkil Nümayəndə “Elektron Məhkəmə” İnformasiya Sistemindəki elektron kabinetinə yerləşdirilməklə, ona rəsmi qaydada təqdim olunmuşdur.
39. Həmçinin müəyyən olunur ki, cavabdeh qətnamədən kassasiya şikayəti verildikdən sonra müddətin keçməsi əsası ilə qeyri mümkün hesab edilmiş, həmin qərardad kassasiya qaydasında mübahisələndirilmiş və dəyişdirilmədən saxlanmışdır.
40. Cavabdeh təkrarən qətnamədən kassasiya şikayəti və müddətin bərpasına dair ərizəsi vermiş, lakin prosessual qanunvericiliklə müəyyən olunan müddəti ötürməsini üzrlü səbəbdən baş verməsini ağlabatan dəlillərlə əsaslandırmamış və müvafiq sübutları təqdim etməmişdir.
41. Hazırkı kassasiya şikayətinin dəlilləri üzrə məhkəmə kollegiyası izah edir ki, cavabdehin birinci dəfə kassasiya şikayətini verərkən prosessual müddətin ötürüməsi qanuni qüvvədə olan Ali Məhkəmənin Mülki kollegiyasının qərardadı ilə müəyyən olunmuşdur. 42. “X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarındakı hüquqi mövqe ondan ibarət olmuşdur ki, qanunla n əzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.
43. Beləliklə, kassasiya kollegiyası izah edir ki, zəruri pro sessual hərəkətlərinin vaxtında həyata keçirilməməsi buraxılmış müddətin bərpası üçün üzrlü hal kimi qiymətləndirilə bilməz və bunun mənfi hüquqi nəticələrini məhz kassator daşımalıdır.
44. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, kassator tərəfindən müddətin ötürülməsini üzrlü edən, onun iradəsi və hərəkətlərindən asılı olmayan səbəblərə istinad edilmədiyindən və belə səbəblərə dair sübutlar apellyasiya məhkəməsinə təqdim edilmədiyindən müddətin bərpasına dair ərizəsi əsassız olmuşdur.
45. Odur ki, kassasiya şikayətinin buraxılmış prosessual müddətin bərpasından imtina edilməsindən və kassasiya şikayətinin qaytarılmalı olmasından ibarət apellyasiya instansiyası məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur. Kassasiya şikayətində göstərilənlər qanuni və əsaslı qərardadın ləğvi üçün ə sas ola bilməz. Apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişiklik edilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır.
46. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 02 iyul 2025-ci il tarixli, 2(107)-108/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.