Məhkəmə qərarları › İş №2(102)-257/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-257/2019

21.01.2019 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-257/2019 21.01.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ “21” yanvar 2019-cu il iş № 2(102)-257/19 Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Ali Məhkəmənin hakimləri Rüstəmov Əli Məhəmməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Nurməmmədov Əhməd Güləhmədoğlundan ibarət tərkibdə, Süleymanova Xuraman Telman qızının katibliyi, Cavabdeh və vəkili X1 iştirakları ilə, Cavabdeh Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 iyul 2018-cıtarixli qətnaməsindənverdiyi kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Yevlax Rayon Məhkəməsinin 08 yanvar 2018-ci il tarixli qətnaməsi ilə (hakim: V.İ.Məlik ov; iş № 2(039)-34/15) İddiaçı Cavabdeh qarşı yaşayış binasının qeyd - şərtsiz sökülməsi, işıq xətti və su kəməri xətlərinin çəkilişinin dayandırılması və maddi və mənəvi ziyana görə ödənilməsi tələbinə dair iddiası qismən təmin edilmiş, Cavabdeh İddiaçı məxsus torpaq sahəsinin 54 m2 hissəsində apardığı evin həmin hissəsinin sökülməsi, işıq və su xətlərinin çəkilişinin dayandırılması, cavabdeh - Cavabdeh vurulmuş mənəvi zərərə görə 500 manatın alınaraq İddiaçı verilməsi qət edilmiş, iddia tələbi qalan hissədə və qarşılıqlı iddia üzrə Cavabdeh İddiaçı qarşı onun və ailə üzvlərinin evə köçürülməsi, evdən istifadə hüuqunun tanınması, mebel və əşyalarının məhv edilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi tələbi əsassız hesab edilərək rədd edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kolleg iyasının 25 iyul 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər: Ə.T.Məcidov (sədrlik edən və məruzəçi), M.A.Əsədli və İ.F.Quliyev; 2(107)1482/17) Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, Yevlax rayon Məhkəməsinin 08 yanvar 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Yevlax şəhəri ************* ünvanda Cavabdeh mülki hüquq pozuntusu (delikt) nəticəsində törətdiyi hərəkətlərinə son qoyulması, yəni qanunsuz inşa etdirdiyi yaşayış binasının qeyd - şərtsiz sökülməsi, işıq xətti və su kəməri xətlərinin çəkilişinin dayandırılması və cavabdehin ona və digər mülkiyyətçilərə vurduğu maddi və mənəvi ziyana görə ona vurulmuş 5000 manatməbləğində maddi ziyanın cavabdehdən alınaraq onun xeyrinə ödənilməsi tələbinə dai r qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə iddia həcminin artırılması barədə ərizə verərək 5000 manat məbləğində maddi ziyan tələbinin və 5000 manat məbləğində - mənəvi ziyan tələbi ilə bağlı, ümumilikdə 10000 manat məbləğində pul vəsaitinin Cavabdeh alınaraq ona verilməsi ilə bağlı iddia tələbinin, əvvəlki tələbləri ilə birlikdə təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Yevlax şəhəri ***************** saylı ünvanda yerləşən fərdi yaşayış evi ümumi mülkiyyət hüquq ilə ona və övladları X7, X20, X13 və X14 məxsusudur. Qeyd edilən ünvana cavabdeh M6 onun və habelə digər mülkiyyətçilərin razılığı olmadan qeydiyyata düşmüşdür. Hazırda isə cavabdeh M6 onun əvvəlki qanunsuzluq və özbaşınalığını davam etdirərək orada fərdi yaşayış evi tikdirir və yeni inşa etdirdiyi fərdi yaşayış evini onun və digər ailə üzvlərinin mülkiyyətinə daxil olan fərdi yaşayış evinə bitişik formada tiktirərək mülkiyyətçi olaraq onların hüquq və mənafelərinə toxunur. O və ailənin digər üzvləri - ünvan 1 ünvanda Cavabdeh yaşayış binası tikdirilməsinə razı olmamış, eyni zamanda dəfələrlə ona müraciət edərək inşa etdirdiyi binanın inşasının dayandırılmasını tələb etmişlər. Cavabdeh isə, onların tələblərini təmin etməmiş, əksinə onların şəxsi mülkiyyətinə daxil olan binaya xələl gətirəcək bir qaydada inşa işlərini davam etdirmişdir. Habelə həmin ünvanda onların yetişdiridyi meyvə verən ağacları məhv etmiş və qanunsuz işıq və su çəkilişi ilə məşğuldur. O, qeyd edilən iddianın özü, habelə X6, X15, X8 və X9 adından irəli surur. O, Cavabdeh hərəkətləri nəticəsində sarsıntı keçirmişdir. Odur ki, bu iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında izahat verən cavabdeh-qarşılıqlı iddiaçı Cavabdeh oğlu qarşılıqlı iddia tələbini müdafiə edərək bildirdi ki, o, iddiaçı-cavabdeh T8 ona qarşı verdiyi iddia ərizəsini qəbul etmir və iddia tamamiylə əsasızdır. iddiaçının dedikləri tamailə yalandır. Sözü gedən mübahisəli ev onun babasından qalmış evidir. Ümumi mülkiyyət hüququ əsasında həmin evdə iki ailə üzvləri ilə illərdirki birlikdə yaşayır. İddiaçı saxta yollarla evi öz adına sənətləşdiridkdən sonra onunla yola getmir. O, ünvan 2 ünvanda tikdiyi evdə yaşayır. Onun ata-anası da həmin evdə qeydiyyatda olmaqla orada yaşamışlar. O, həmin evdə doğulmuşdur. Ata-anası Rusiya Federasiyasına getdikd ən sonra cavabdeh onun ev əşyalarını həyata yığmış, 7000 manat dəyərində ya istehsalı olan iki dəst mebeli, ev əşyalarını çöldə qalaraq məhv olmuşdur.Cavabdeh onu da evdən çıxarmışdır. Həmin evdə onun şəxsi əşyaları var. İddiaçı onun və ailəsinin orada yaşamasına manelər yaradır. Mənzildən istifadə hüquqlarını həyata keçməyinə imkan vermir. İddiaçı onu və ailəsini məcburi olaraq çıxardaraq sonar həyətdə çadır qur yaşa dedi və o, da həyətdə ev tikmiş və orada yerləşmişdir. İddiaçi-cavabdeh indi də həmin evdən çıxmağını evin sökülməsini tələb edir. Onun və ailəsinin başqa yaşayış yeri olmadığından çarəsiz qalmışdır. iddiaçı-cavabdehin təzyiqləri bitmək bilmir. Onu hər gün dava - dalaşla qarşıdurmaya çəkir. Onun həmin evə dair hüquqlarının olmasına baxmayaraq evdə yaşaya bilmir. Həmin evdə ya şamaq hüququ vardır. Lakin İddiaçıcavabdeh həmin evdə yaşamağına imkan vermir. Hesab edir ki, məhkəmə onun yaşayış binasından istifadə hüquqlarının təmin olunması üçün qarşılıqlı iddia ərizəsini qəbul edib baxmalıdır. Odur ki, iddia tələbinin rədd, qarşılıqlı iddianın isə təmin edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin həmin məhkəməyə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsiAzərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinin, 127-ci maddəsinin,Vİİ bəndinin, MPM-nin 8, 9.1, 14.2, 77.1, 88-ci maddələrinin tələblərinin pozulması ilə çıxarı lmış, işin faktiki halları araşdırılmamış, nəticədə əsassız və qanunsuz qətnamə qəbul edilmişdir. Tərəfin izahatı Məhkəmə kollegiyasının iclasında Cavabdeh və vəkili X21 kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, İddiaçı heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməs ini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunmas ı ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisə ilə əlaqədar qəbul edilmiş hüquqi akta təsir göstərə bilər. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasıqəbul etdiyi qətnaməni tərəflər aralarındakı mübahisəli hüquq münasibətinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2, 152.1, 157.2, 1096.1, 1096.2-ci maddələrinə tətbiq etməklə belə əsaslandırmışdır ki, iddiaçı cavabdeh İddiaçı Yevlax şəhəri ************* saylı ünvanda yaşayır Azərbaycan Respublikası Əmlak Məsələri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ******* saylı çıxarışına əsasən 0,0244 ha torpaq sahəsinin istifadəçisidir. Cavabdeh ona məxsus həmin torpaq sahəsinin 54 m2 hisəssini zəbt edərək orada yaşayış evi tikmişdir. Cavabdeh iddiaçı Tağıyeva Rəna Qafar qızına məxsus torpaq sahəsinin 54 m2 hissəsində tikinti apardığı evin həmin hissəsi sökülməli, işıq və su xətlərinin çəkilişi dayandırılmalıdr. İddiaçı Cavabdeh tərəfindən ona maddi zərər vurulmasını təsdiq edən sübut təqdim edə bilmədi. Ona görə də iddia təiəbi qalan hissədə rədd edilməlidir. Cavabdeh İddiaçı torpaq sahəsində tikinti işiəri aparmış, iddiaçının tələbinə baxmayaraq həmin işi davam etdirilmiş, o, isə mənəvi sarsıntı keçirmiş, nəticədə ona mənəvi zərər vurmuşdur. Həmin mənəvi zərərin dəyərinin 500 manat müəyyən edilməsi daha ədalətlidir. Qalan hissədə isə iddia tələbi rədd edilməlidir Yevlax şəhəri ************* ünvanda yaşayış evi İddiaçı mülkiyyətindədir. Cavabdeh və onun ailəsinin həmin ünvanda istifadə hüququ yalnız mülki qanunvericliyə uyğun olaraq yarana bilər ki, bu barədə o, heç bir sübut təqdim etməmişdir. Cavabdeh İddiaçı onun mebel və digər əşyalarını zədələməsini təsdiq edən sübut təqdim edə bilməmişdir. Ona görə də qarşılıqlı iddia tələbi təmin edilə bilməz. Apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı qismən təmin, qarşılıqlı iddianı rədd edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşmışdır. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. -157.2-ci maddəsinin tələbinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. -213.6-ci maddəsinə görə ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər. İş materiallarında olan: -14.07.2014-cü il tarixli, 29 saylı arayışdan görünür ki, Cavabdeh həqiqətən də Yevlax şəhəri ********************* ünvanda ailə üzvləri - Q6, X2, X10. X16,X17, X18 və X11 ilə birlikdə yaşayır. -nikah haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə X22 04.06.1976-cı il tarixdə rəsmi nikaha girmişlər. -AZ-İ ********** saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X22 11,0 9.2008-ci ildə vəfat etmişdir. -MA ******* saylı Yevlax rayonu DƏMDRX tərəfindən verilmiş çıxarışın surətindən görünür ki, Yevlax şəhəri ************* ünvanda yerləşən fərdi yaşayış evi İddiaçı mülkiyyətindədir. -JN-********* seryalı *********** kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, Yevlax şəhərində X19, İddiaçı, X20, X13,X14 və X4 X5 17 fevral 2006-cı il tarixli, 10 nömrəli qərarı ilə 0,04 ha torpaq sahəsi verilmişdir. -Azərbaycan Respublikası Əmlak Məsələri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərzai İdarəsi tərəfindən verilmiş 03 iyun 2017-ci il tarixli rəyindən görünür ki, Yevlax şəhəri ************* saylı ünvanda İddiaçı məxsus olan JN-******, kod-********* olan torpağın mülkiyyətinə verilməsinə dair şəhadətnamədə göstərilmiş 0,04 ha həyat yanı torpaq və 0,0251 ha zəbt edilmiş torpaq sahəsi hasar daxilnidə olmaqla ona məxsusudur. Cavabdeh inşa etdirdiyi yaşayış evinin 54 m2 sahəsi İddiaçı mülkiyyətindədir. 115.00 m2 tikintisi isə həmin şəhadətnamədə görünən zəbt torpağında yerləşir. Ümumilikdə 169 m2 kürsülü mişar daşından tikilmiş yaşayış evi İddiaçı həyətyanı torpaq sahəsindən sənədi olmadan qanusuz olaraq Cavabdeh tərəfindən tikintialtı sahəsi 169.50 m2 olan fərdi yaşayış evi tikilmişdir. Tikinti aparılarkən iddiaçının yəni İddiaçı evinin arxasına keçid yolu bağlanılmışıdr. Belə ki, yanğından mühafizə nəzərə alınmamışıdr. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: -88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutl ara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. -106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. -217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. -218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. -372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. -372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. -392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəs i haqqında Konvensiyanın 6-cı maddəsinin tələbləri baxımından məhkəmə tərəfindən mübahisəyə hüquqi qiymət verilərək ilk növbədə sözü geden müxtəlif maraqlar bütünlüklə aydınlaşdırlmalıdır. Nəzərə alınmalıdır ki, konvensiyanın məqsədi “ praktiki və səmərəli “ hüquqları təmin və müdafiə etməkdən ibarətdir.Ədalətsizliyə yol verilməməsi üçün ilk növbədə mübahisənin mahiyyətinə diqqət yetirilməli, şikayət edilən məsələnin reallıqları və sair hallar tam, hər tərəfli və obyektiv araşdırılmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında qeyd edilmişdir ki, milli məhkəmələr tərəfindən öz qərarlarını əsaslandırmaq tələbinə əməl olunmaması ədalətli məhkəmə araşdırması zamanı tərəflərin mövqelərinin bərabərlik prinsipi gözlənilməklə dinlənilməsinin sübuta yetirilməməsi ilə nəticələnir; ə rizəçinin dəlillərinin apellyasiya instansiyası məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın olmadığından, məhkəmə tərəfindən belə dəlillərin rədd edilməsinə dair nəticənin əsaslandırılmamasına dəlalət edir. (Hiro Balani İspaniyaya qarşı iş üzrə 9 dekabr 1994-cü il tarixli Qərar; Kuznetsov və digərləri Rusiyayaqarşı iş üzrə 21 yanvar 2007-ci il tarixli Qərar). Qeyd olunan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrdən göründüyü kimi, mübahisəli 0,24 ha torpaq sahəsi tək İddiaçı mülkiyyətində yox, onunla birlikdə 5 nəfərin ümumi mülkiyyətindədir. Həmin mülkiyyətçilərdən X3 ərizəsindən görünür ki, o iddiaçının iddia tələbi ilə razı deyildir. Məhkəmə kollegiyası hesab edir ki, mübahisəli torpaq sahəsinin digər mülkiyyətçiləri də iddia tələbi onların hüquq və vəzifəsinə toxunduğuna görə işə cəlb olunmalıdırlar. Apellyasiya İnstansiyası məhkəməsinin dəyişdirilmədən saxladığı iş üzrə Yevlax rayon məhkəməsinin yuxarıda göstərilən qətnaməsi ilə Cavabdeh evinə işıq və su çəkilişinin dayandırılması da qət edilmişdir. Lakin apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası dayandırılması qət edilmiş işığı və suyu çəkən hüquqi şəxsləri işə cəlb etməməklə belə bir qadağanın qoyulması həmin şəxslərin hüquq və vəzifələrinə toxunub-toxunmamasını aydınlaşdırmamış, nəticədə maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Ona görədə işin şərh olunan hallarını müzakirə edərək məhkəmə kollegiyası nəticəyə gəlir ki, kassasiya şikayəti təmin olunmalı, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulduğuna g örə qətnamə ləğv edilərək iş yeni apellyasiya baxışına göndərilməlidir. Yeni apellyasiya baxışında mübahisəli torpaq sahəsinin iddiaçıdan əlavə digər mülkiyyətçiləri və cavabdehin evinə su və işıq xəttləri çəkmiş hüquqi şəxslər işə cəlb edilməklə yuxarıda göstərilən və iş üçün əhəmiyyət kəsb edən digər hallar Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə müvafiq olaraq tam və hərtərəfli araşdırılmalı, həmçinin qeyd olunan torpağın mülkiyyətə verilməsinə dair sənədləşmə ilə bağlı məhkəmə icraatında iş olub olmaması və əgər vardırsa hazırki işin icraatının dayandırılması üçün Azərbaycan Respublikası MPM-nin 254.1.4-cü maddəsində nəzərdə tutulmuş əsasların olub-olmaması müəyyən edilməklə iş üzrə qanuni və əsaslı qərar qəbul edilməlidir. Göstərilənlərə əsas ən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının bu iş üzrə 25 iyul 2018-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilsin. Sədrlik edən: Əli Rüstəmov Hakimlər: Mehparə Əhmədova Əhməd Nurməmmədov Əsli ilə düzdür: Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi Əli Rüstəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar