Məhkəmə qərarları › İş №2(102)-2571/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-2571/2024

03.09.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2571/2024 03.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Mingəçevir Şəhər Mərkəzi X1rşı iş üzrə QƏRARİ (Açar sözlər: əmək müqaviləsinə xitam verilməsinə dair əmrin ləğvi; əmək müqaviləsinin müddətinin qurtarması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Mingəçevir Şəhər Mərkəzi X1rşı “əmrin ləğv edilməsi, müddətsiz əmək müqaviləsi bağlanmaqla işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki kolleg iyasının 2(107)-494/2024 nömrəli 2 aprel 2024-cü il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı 8 oktyabr 2018-ci il tarixdə Mingəçevir Şəhər Mərkəzi X3 Şəxsinin “Dəstək xidmətləri” şöbəsinin “Texniki xidmət” bölməsinə “sürücü” vəzifəsinə qəbul edilmiş, xx.xx.2019-cü il tarixli əmrə əsasən, Mingəçevir Şəhəri Mərkəzi X3 Şəxsinin struktur dəyişikliyi ilə əlaqədar olaraq Dəstək xidmətləri şöbəsinin X4 sürücü vəzifəsinə keçirilmişdir.

2. İddiaçı 8 oktyabr 2018-ci il tarixdən 9 oktyabr 2023-cü il tarixədək fasiləsiz olaraq müəssisəsdə sürücü vəzifəsində işləmişdir. xx.xx.2023-cü il tarixli №1398 saylı əmr ilə Mingəçevir Şəh ər Mərkəzi X3 Şəxsinin Dəstək Xidmətləri şöbəsinin texniki dəstək bölməsində sürücü vəzifəsində işləyən İddiaçı ilə bağlanmış 3xxxxxxx000100 nömrəli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "xxxx" bəndi ilə (əmək müqaviləsinin müddətinin qurtarması əsası) xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək işdən azad edilməsinın barədə 9 oktyabr 2023-cü il tarixli 1398 əmrinin ləğv edilməsi, onunla müddətsiz əmək müqaviləsi bağlanmaqla həmin vəzifəyə işə bərpa edilməsi, məcburi işəburaxma dövrü üçün əmək haqqı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, o, 5 ildən artıq müddətir ki, müəssisədə əmək fəaliyyəti ilə məşğul olur. Həmçinin müqavilə artıq 4 dəfə, 1 il 1 gün müddətinə artıldığından müqavilə xx.xx.2023-cü il tarixdə bitirdi və əmək müqaviləsi 5 ildən artıq davam etdiyindən müddətsiz əmək müqaviləsi hesab olunur. Qanunun tələbinə görə, müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Müddətli əmək müqaviləsi isə yalnız Əmək Məcəlləsinin 45-ci maddəsinin 5-ci hissəsi ilə müəyyən edilmiş hallarda bağlanılır. Onunla cavabdeh arasında yaranmış əmək münasibətlərində isə həmin hallar olmamışdır. Cavabdehin onun əmək müqaviləsinə xitam verilməsi haqqında əmri əsassızdır.

5. Cavabdehin nümayəndəsi Nümayəndə iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, işçi ilə işəgötürən arasında müddətli əmək müqaviləsi bağlanmışdır. İddiaçı xəstəxanada sürücü vəzifəsində işləyib. Onunla bağlanmış müddətli əmək müqaviləsinin müddəti xx.xx.2023-cü il tarixində bitdiyindən xəstəxanada nəqliyyat vasitəsinin olmaması səbəbində, yəni artıq avtomobilin olmaması ilə bağlı onunla əmək müqaviləsinin müddətinin yenidən artırılmasına zərurət qalmamışdır. Cavabdehin İddiaçıla heç bir qərəzliyi yoxdur, ancaq hazırkı vəziyyətdə müqavilənin davam etdirilməsinə lüzum yaranmadığından onların tərəflərindən iddiaçı ilə müqavilə müddətinin davam etməsi ilə bağlı qarşılıqlı razılaşmaya ehtiyac qalmamışdır. İddiaçının özünə də bildirilmişdir ki, zərurət yarandığı anda onunla bağlı məsələyə yenidən baxılacaqdır. Şəxslə əmək müqaviləsi q anuni əsaslarla bağlanmış, tərəf müqavilədəki şərtlərlə razılaşmışdır. İddia ərizəsindən də göründüyü kimi xx.xx.2023-cü il tarixli 1398 saylı əmr qanuni və əsaslıdır. Əmək müqaviləsinin şərtlərinə uyğun olaraq onunla bağlı əmək müqaviləsinin müddəti bitdiyindən qarşılıqlı əmək münasibətlərinə xitam verilmişdir.

6. Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-294/2024 nömrəli iş üzrə 11 yanvar 2024cü il tаrixli qətnaməsi ilə (hakim Güləndam Quliyeva) iddia qismən təmin edilmiş, İddiaçı işdən azad edilməsi barədə Mingəçevir Şəhər Mərkəzi X3 Şəxsinin xx.xx.2023-cü il tarixli 1398 saylı əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi, Teymurov X2 Şəhər Mərkəzi X3 Şəxsinin Dəstək Xidmətləri Şöbəsinin X4 sürücü vəzifəsinə bərpa edilməsi, Mingəçevir Şəhər Mərkəzi X3 Şəxsi tərəfindən İddia çı xx.xx.2023-cü il tarixindən işə bərpa olunduğu günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqı ödənilməsi qət edilmişdir.

7. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının əmək funksiyasının daimi xarakterə malik olması qabaqcadan bəlli olmuş olduğu halda, işçinin əmək müqaviləsini müddətli bağlamasının iradə ifadəsinə uyğun olmasını düzgün hesab etmək olmaz. Belə ki, iddiaçı 8 oktyabr 2018-ci il tarixdən 9 oktyabr 2023-cü il tarixədək fasiləsiz olaraq müəssisəsdə sürücü vəzifəsində işləmişdir. 2022-ci ildə müdriyyət dəyişilmiş, həmin il üzrə müddət başa çatan kimi işçi ilə əmək müqaviləsinə xitam verilmişdir. İddiaçının əmək müqaviləsinə müddətin bitməsi əsası ilə xitam verilməsinə dair işəgötürən tərəfindən verilmiş əmr əmək qanunvericiliyinin tələblərinə uy ğun olmamışdır, bu hal isə əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin (cavabdehin) əmrinin ləğv edilməsi üçün əsasdır. Cavabdeh iddiaçını Əmək Məcəlləsinin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslar olmadan işdən azad etdiyindən cavabdeh xx.xx.2023-cü il tarixli 1398 saylı əmri ləğv edilməli, iddiaçı əvvəlki işinə bərpa olunmalı, ona məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməlidir.

8. Məhkəmə cavabdeh tərəfin öz etirazının əsası kimi istinad etdiyi dəlillərə münasibətdə qeyd etmişdir ki, cavabdeh etirazının əsası kimi ilk növbədə iddiaçının könüllü razılığı əsasında onunla müddətli əmək müqaviləsi bağlanmasına istinad edərək, həmin müqaviləyə bərabər tərəflər arasında bağlanmış müqavilə kimi yanaşmış və iddiaçının hərəkətini sərbəst iradə ifadəsi ki mi qiymətləndirmişdir. Halbuki işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilati sərəncamverici səlahiyyətlərə malik olur. Hazırkı mübahisə üzrə də işdən görünür ki, iddiaçı uzun müddət (5 il) cavabdeh müəssisədə daimi xarakter daşıyan əmək fəaliyyəti ilə məşğul olmuş, sonradan, yəni 2023-cü ildə işdən azad edilmişdir. Cavabdeh təşkilat hazırki etirazında bu halı etiraf etmiş, bu halı avtomobilin olmaması ilə əlaqələndirməyə çalışmışdır. İddiaçı cavabdeh müəssisənin işçisi olaraq oradan əmək haqqı alıb ailəsinin dolanacağı qarşıladığı üçün onun müəssisə ilə müddət li müqavilə bağlaması heç də könüllü müqavilə bağlanması kimi qiymətləndirilə və dəyərləndirilə bilməz.

9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 14, 43.3, 45, 47, 47.1, 68, 287 və 300-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 15 iyul 2011-ci il tarixli qərarına istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

10. Cavabehin nümayəndəsi və vəkili Nümayəndə qətnamədən apellyasiya şikayəti verərək qətnamənin iddia tələbinin təmin olunmuş hissəsində ləğv edilməsi və iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, iddi açı 2018-ci il tarixində sürücü vəzifəsinə qəbul edilmişdir. Şəxs xx.xx.2019-cu il tarixli əmrə əsasən X4 sürücü vəzifəsinə keçirilmişdir. Bağlanmış müqavilələr müddətli əmək müqaviləsi olduğundan hər il yenilənmişdir. xx.xx.2023-cü il tarixli 1398 saylı əmrə əsasən bağlanmış 2077 saylı əmək müqaviləsi iddiaçının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "xxxx" bəndinə əsasən, işinə xitam verilmişdir. Müəssisə ilə işçi arasında müddətli əmək müqaviləsi bağlanmışdır. Tərəflər arasında bağlanmış müqavilənin müddəti xx.xx.2023-cü il tarixində bitdiyindən onunla bağlı əmək müqaviləsinə baxılmasına zərurət yaranmadığından müqavilə təzələnməmiş, tərəflər arasında olan bu münasibətlərə xitam verilmişdir. Əmək müqaviləsi qanuni əsaslarla hər iki tərəf arasında razılaşdırılmaqla imzalanm ışdır. Bu səbəbdən də müqavilədən sonra qanuni əsaslarla şəxs işə götürülmüş və nəhayət müqavilə müddəti bitdiyindən işdən çıxarılmışdır. Müqavilənin şərtləri ilə iddiaçı tanış olaraq onu imzalamışdır. Artıq bundan sonrakı məsələlər isə müqavilənin əsasında tənzimlənir. Cavabdehin iddiaçı ilə heç bir qərəzliliyi yoxdur. Bağlanan müddətdə əmək müqaviləsindəki müddət bitmişdir. Burada müəssisə bundan sonrakı əmək münasibətlərini davam etdirmək istəmir. Ona görə həm avtomobil, həm də digər texniki şərait yoxdur.

12. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-494/2024 nömrəli iş üzrə 2 aprel 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər – Hüseynov Elçin (sədrlik edən və məruzəçi), Cаvаdоvа Günаy və Məlikov Vəzirxan) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

13. Məhkəmə kollegiyasi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmış və qeyd etmişdir ki, tərəflərin müddətli (1 il 1 gün) əmək müqaviləsi bağlaması və həmin müqavilənin 4 dəfə 1 il 1 gün müddətinə artırılması və bununla da əmək müqaviləsinin fasiləsiz olaraq 5 ildən artıq müddətə davam etməsi işin mübahisələndirilməyən hallarıdır. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Hazırkı halda tərəflər arasında əmək münasibətləri fasiləsiz olaraq 5 ildən artıq davam etdiyindən müddətli əmək müqaviləsinə çevrilmişdir. Göründüyü kimi, əmək funksiyasının şərtlərinə görə iddiaçının yerinə yetirdiyi iş daimi xarakterə malik olmasına və bunun qabaqcadan bəlli olmasına baxmayaraq cavabdeh müddətli əmək müqaviləsi bağlamaqda haqlı olmadığı kimi, həmin müddətli əmək müqaviləsinin müddətsiz əmək müqaviləsinə keçdikdən (çevrildikdən) sonra müddətin bitməsi əsası ilə xitam verilməsinə dair əmr verməkdə də haqlı olmamışdır.

14. İddiaçı tərəfindən əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyinin tələbləri pozulmuşdur. Bu hal isə əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin (cavabdehin) əmrinin ləğv edilməsi üçün əsasdır.

15. Apellyasiya şikayətinin dəlilləri yalnız mülahizələrdən ibarət olduğuna görə əsassız hesab edilməlidir. Apellyasiya şikayətində göstərilmişdir ki, işə baxan məhkəmə qətnamə qəbul edərkən Əmək Məcəlləsinin 73-cü maddəsinin tələblərini pozmuşdur. Əmək Məcəlləsinin müddətli ə mək müqaviləsinə xitam verilməsi qaydasından bəhs edən 73-cü maddəsinin 1-ci hissəsində göstərilmişdir ki, müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. İşdən görünür ki, cavabdeh əmək müqaviləsinə xitam verərkən Əmək Məcəlləsinin 73-cü deyil, 68-ci maddəsinin 2-ci hissəsinin "xxxx" bəndinə istinad etmiş, bununla da dolayısı ilə, tərəflər arasında bağlanmış müqavilənin müddətli müqavilə olmadığı nəticəsinə gəlmişdir.

16. Məhkəmə gəldiyi nəticəni Əmək Məcəllənin 14 maddəsinə, 43 maddəsinin 3-cü hissəsinə, 45 maddəsinin 1-ci, 4- cü və 5-ci hisslərinə, 47 maddəsinə, 68 maddəsinin 1-ci hissəsinə və 2-ci hissəsinin "xxxx" bəndinə, 287 maddəsinə, 300-cü maddəsinin 1-ci hissəsinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayət inin dəlilləri

17. Cavabdeh kassasiya şikayəti verərək (vəkil Nümayəndə) qətnamənin tamamilə ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

18. Kassasiya şikayəti apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmış və əlavə olaraq qeyd olunmuşdur ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən mülki iş materiallarına əlavə olunmuş sübutlara düzgün hüquqi qiymət verməmişdir. Belə ki, işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə, əmək müqaviləsi qanuni əsaslarla hər iki tərəf arasında razılaşdırılmaqla imzalanmışdır. Bu səbəbdəndə müqavilədən sonra qanuni əsaslarla şəxs işə götürülmüş və nəhayət müqavilə müddəti bitdiyindən işdən çıxarılmışdır. Müqavilənin şərtləri ilə iddiaçı tanış olaraq onu imzalamışdır. Artıq bund an sonrakı məsələlər isə müqavilənin əsasında tənzimlənir. Cavabdehin iddiaçı ilə heç bir qərəzliliyi yoxdur. Bağlanan müddətdə əmək müqaviləsindəki müddət bitmişdir. Burada müəssisə bundan sonrakı əmək münasibətlərini davam etdirmək istəmir. Ona görə ki, həm avtomobil, həm də digər texniki şərait yoxdur.

19. Qanunun bütün normalarına əsasən birmənalı olaraq qərara gəlmək mümkündür ki, iddiaçı tərəfin iddiasını, hər iki məhkəmə təmin etməkdə doğru qərar qəbul etməmişdir. Əmək müqaviləsi 54-cü maddədə nəzərdə tutulmuş qaydada işçinin əmək funksiyası və öhtəlikləri göstərilməklə fərdi qaydada bağlanır. Məhkəmə qanunun bu normalarını pozmuşdur., Müəssisənin real mənafeyi belə nəzərə alınmamışdır.

20. Cavabdeh kassasiya şikayətinin hüquqi əsası kimi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68 maddəsinin 1-ci hissəsinə, Azərbaycan Respublikası Konstitusiyasının 33, 43, 71-ci maddələri, habelə Mülki Prosessual Məcəllənin 9.1, 9.2-ci maddələrinə istinad etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi

22. Maddə 45, 1-ci hissə. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır.

23. Maddə 45, 2-ci hissə. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır.

24. Maddə 45, 5-ci hissə. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir.

25. Maddə

46. Əmək müqaviləsi bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş əmək şəraitinin şərtləri, habelə tərəflərin razılaşdıqları əlavə şərtləri, işçinin əmək funksiyası və tərəflərin öhdəlikləri göstərilməklə fərdi qaydada bağlanılır

26. Maddə 68. 1-ci hissə. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.

27. Maddə 68. 2-ci hissə, "xxxx" bəndi. əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinin xitam verilməsinin əsaslarındadır.

28. Maddə 73. 1-ci hissə. Müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əm ək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur.

29. Maddə 300, 1-ci hissə. Əmək müqaviləsinin ləğv edilməsi qaydalarına işəgötürən tərəfindən əməl olunmamasının hüquqi nəticələri. İ. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

32. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

33. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

34. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

35. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

36. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının d üzgün tətbiq edilməsini yoxlayır.

37. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

38. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

39. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irə li gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

40. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

41. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

42. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun ol maqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

43. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

44. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2 aprel 2024-cü il tarixli 2(107)494/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar