Məhkəmə qərarları › İş №2(102)-2572/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-2572/2025

26.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kre
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2572/2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı “X2 Azərbaycan” QSC-nin Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: borcun tutulması,iddia müddəti) 26.08.2025 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (məruzəçi), Əhməd Abbas oğlu Əhmədov və İspəndiyar Əsəd oğlu Şəfiyevdən ibarət tərkibdə, iddiaçı “X2 Azərbaycan” QSC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2025-ci il 6 may tarixli, 2(103)2583/2025 nömrəli qətnaməsindən iddiaçı “X2 Azərbaycan” QSC tərəfindən verilmiş kassasiya şikayətinə 26 avqust 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı i craat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Tərəflər arasında 29 avqust 2014-cü il tarixdə bağlanmış bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqaviləyə əsasən borclu Cavabdeh 5 il müddətinə, 2000 manat məbləğində kredit limiti ayrılmışdır. 2. 23 dekabr 2024-cü il tarixli maliyyə arayışına əsasən xx.xx.2024-cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh 1541,40 manat əsas borc, 176,74 manat faiz borcu, 6.306,02 manat məbləğində cərimə borcu, 12 manat komisyon haqqı və 2,50 manat bildirişlərin göndərilməsi üzrə poçt xərci olmaqla, cəmi 8038,66 manat məbləğində borcu vardır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı “X2 Azərbaycan” QSC Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddi a ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əsas məbləğ üzrə borc: 1,541.40 manat (min beş yüz qırx bir manat qırx qəpik), hesablanmış və ödənilməmiş faiz borcu: 176.74 manat (yüz yetmiş altı manat yetmiş dörd qəpik), cərimə borcu üzrə 6,306.02 manat (altı min üç yüz altı manat iki qəpik), müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borc: 12.00 manat (on iki manat), bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xərcləri: 2.50 manat (iki manat əlli qəpik) olmaqla, cəmi borc: 8038.66 manat (səkkiz min otuz səkkiz manat altmış altı qəpik) manat məbləğində kredit borcu və dövlət büdcəsinə köçürülmüş 100.2 (yüz manat 20 qəpik) manat məbləğində dövlət rüsumunun "xxxx" QSCnin хeyrinə tutulması (ödənilməsi) barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddiaçı iddi a tələbini onunla əsaslandırmışdır ki xx.xx.2014-cü il tarixdə “X2 Azərbaycan” QSC və Cavabdeh arasında Bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə görə, Bank tərəfindən borcalan Cavabdeh istehlak yönümlü 2000 (iki min) manat məbləğində, 5 (beş) il müddətinə kredit kart limiti (kredit xətti) açılmışdır. “Kart/əlavə kart sahibi” həmin kredit kart limiti (kredit xətti) üzrə istifadə etmiş olduğu vəsaiti (krediti) və ona hesablanmış faizləri, komisyonları və həmçinin nəzərdə tutulmuş digər ödənişləri (bütün borcları) bu müqavilə ilə müəyyən edilmiş şərtlərlə “Bank”a qaytarmağı (ödəməyi) öhdəsinə götürmüşdür. Müqavilənin 4.21.2-ci bəndinə əsasən “Bank”kın “Kart/əlavə kart sahibi”nin istifadə etmiş olduğu vəsaiti (krediti) və vəsait (kredit) üzrə faizləri, komissiya və digər nəzərdə tutulmuş ödənişləri (haqları) vaxtında, müqavilə ilə müəyyən edilmiş şərtlərlə qaytarılması tələb etmək, tələbləri yerinə yetirilmədikdə kartın fəaliyyətini dayandırmaqla (bloklaşdırmaqla), borcun qaytarılması üçün qanunvericilikdə nəzərdə tutulmuş bütün tədbirləri həyata keçirmək, o cümlədən məhkəməyə müraciət etmək hüququ vardır. Müqavilənin 4.21.3-cü bəndinə əsasən “Kart/əlavə kart sahibi” kredit kartından istifadə nəticəsində yaranmış borcunu(larını) və/və ya borcu üzrə faizləri, komissiya və digər nəzərdə tutulmuş ödənişləri vaxtında və müqavilə ilə müəyyən edilmiş şərtlərlə ödəmək (qaytarmaq). Bu müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirmədikdə yaranmış borclarıın geri qaytarılması ilə bağlı “Bank”ın çək diyi (çəkməli olduğu) bütün xərclərin əvəzini, habelə əldən çıxmış faydasını “Bank”a ödəmək vəzifəsini daşıyır. “X2 Azərbaycan” QSC müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini tam icra etsə də, bоrcalan Cavabdeh kredit müqaviləsinin şərtlərini pоzaraq kreditin əsas məbləğini və оna hesablanmış faizlərin ödənilməsini kredit ayrılan vaхtdan mütəmadi оlaraq gecikdirmişdir. Borcalana dəfələrlə bu barədə şifahi və yazılı хəbərdarlıq edilməsinə baхmayaraq, öhdəliyi icra etməmiş və bu günədək bоrcu ödəməmişdir. Cavabdehin kredit müqaviləsinə əsasən "xxxx" QSC-yə оlan bоrcu: əsas məbləğ üzrə borc: 1,541.40 manat (min beş yüz qırx bir manat qırx qəpik), hesablanmış və ödənilməmiş faiz borcu: 176.74 AZN (yüz yetmiş altı manat yetmiş dörd qəpik), cərimə borcu: 6,306,02 manat (altı min üç yüz altı m anat iki qəpik) müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borc: 12.00 manat (on iki manat) bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xərcləri: 2.50 manat (iki manat əlli qəpik) cəmi borc: 8,038.66 manat (səkkiz min otuz səkkiz manat altmış altı qəpik). İş materiallarından göründüyü kimi kart limiti aktiv istifadə edilmişdir.

5. Cavabdeh xx.xx.2025-cü il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək, iddiaçı “X2 Azərbaycan” QSC-nin ona qarşı olan “pul” tələbinə dair iddası üzrə 3 illik iddia müddətinin ötürüldüyünü bildirib, iddia müddətini tətbiq edərək iddiadan imtina barəsində qərar çıxarılmasını xahiş etmişdir.

6. İddiaçı cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəyə etiraz və etiraza əlavə təqdim edərək, cavabdehin iddia müddətinin tətbiqi ilə bağlı əri zəsini əsassız hesab edərək, iddialarının təmin edilməsini məhkəmədən xahiş etmişdir.

7. Etiraz və etiraza əlavə onunla əsaslandırılmışdır ki, “X2 Azərbaycan” QSC 16 noyabr 2015-ci ildə Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair məhkəmə əmrinin verilməsi haqqında ərizə ilə Bakı şəhər Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(001)-15350/2015 saylı əmri ilə ərizə təmin edilərək, borclu Cavabdeh 1541,4 manat əsas borc, 176,74 manat faiz borcu, müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə 12 manat borc, bildirişin göndərilməsinə dair poçt xərci üzrə 2,5 manat borc və ödənilmiş 21 manat məbləğində dövlət rüsumu olmaqla ümumilikdə, cəmi 2069,53 manat pul vəsaitinin kreditor “X2 Azərbaycan” QSC-nin xeyrinə tutu lması barədə əmr edilmişdir. Daha sonra, Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 14 dekabr 2015-ci il tarixli 2(001)-15350/2015 saylı qərardadı ilə borclunun əmrdən verdiyi etirazı təmin edilərək, məhkəmə əmri ləğv edilərək, işin iddia icraatına keçirilməsi qərara alınmışdır. Lakin bundan sonra məhkəmə iclasının yeri və vaxtı barədə onlara bildiriş göndərilməmiş (çatdırılmamış), məhkəmə iclasının yekun nəticəsi barədə müvafiq qərar (qərardad və ya qətnamə) Bank olaraq müvafiq qaydada məlumatlandırılmamışlar. Bundan sonra Bank olaraq məhkəmə ilə hər il mütəmadi olaraq şifahi məlumat almaq istədikdə yekun qərar natamam formada bildirilmiş (gah iddianın təmin edilməsi, gah qismən təmin edilməsi və s. deyilirdi) və qərarın göndəriləcəyi bildirilmişdir. Son olaraq, Bank tərəfindən məhkəməyə işin yekun nəticəsi və eləcə də iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə xx.xx.2024cü ildə və xx.xx.2024-cü ildə ərizə ilə müraciət etdikdən sonra sənədlər onlara geri qaytarılmışdır. Belə olduğu halda, məhkəmə tərəfindən Banka çatdırılmayan yekun məhkəmə aktı barədə şifahi məlumatın 2024-cü il tarixdə ona məlum olması halı-iddia müddətinin ötürülməsinə səbəb olmamalıdır. Qeyd olunanlardan göründüyü kimi Bank hərəkətsiz qalmış, işin nəticəsinin müəyyən edilməsi üçün ümumi tədbirlər görmüş, lakin işin sənədləri barədə məlumatı 2024-cü il tarixdə əldə etmişdir. Lakin bununla belə yekun olaraq məhkəmə aktı onlara daxil olmamışdır. İşin nəticəsi müəyyən olunmadan və sənədlərin əsli Bankda olmadığından-Bank tərəfindən yenidən iddia ərizəsinin verilməsi qeyri mümkün o lduğunun, iddia müddətinin ötürülmədiyini hesab edir. Əgər məhkəmə iddia müddətinin tətbiqini həyata keçirərsə, yekun nəticə barədə məlumat əldə etdikləri tarixdən, yəni xx.xx.2024-cü il tarixdən ümumi iddia müddəti olan 10 illik iddia müddəti hesablanmalıdır. Belə olduğu halda isə nəticə etibarı ilə Bankın iddia müddətinin ötmədiyi öz təsdiqini tapır. 12 fevral 2015-ci il tarixdə 2(001)-15350/2015 nömrəli 2(001)-42/2016) nömrəli işin materialları ilə tanış olduqdan sonra da müəyyən olunmuşdur ki, məhkəmənin işin baxılmamış saxlanılması barədə 10 fevral 2016-cı il tarixli 2(001)-42/2016 saylı qərardadı iddiaçı “X2 Azərbaycan” QSC-yə çatdırılmamış və həmin qərardadın mövcudluğundan bu günədək məlumatı olmamışdır.

8. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (hakim Fərid Hətəmzadə) 2(001)1551/ 2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir.

9. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdeh tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Lakin göstərilənlərə baxmayaraq məhkəmə belə nəticəyə gəlmişdir ki, iddiaçının cavabdehə qarşı borcun qaytarılması tələbinə dair iddiası, iddia müddəti tətbiq edilməklə təmin edilməməlidir.

10. Məhkəmə hesab etmişdir ki, 29 avqust 2014-cü il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icra müddəti müəyyənləşdirilmiş və həmin müddət 29 avqust 2019-cu il tarixdə bitmişdir. Hazırki vəziyyətdə həmin müqavilədən irəli gələn öhdəliklər üzrə iddia müddətinin axımı 29 avqust 2019-cu il tarixdən başlanmasına baxmayaraq, iddiaçı yalnız xx.xx.2024-cü il tarixdə müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bununla da iddiaçı, bu növ müqavilələr üzrə müəyyən edilmiş 3 illik tələb etmə müddəti ərzində öhdəliyin icrasını tələb etmə hüququndan istifadə etməmiş və 1 hüquqi nəticə etibarı ilə iddia müddətini ötürmüşdür. Cavabdeh hazırki mülki iş üzrə məhkəmə qərarı qəbul edilənədək iddia müddətinin tətbiqi barədə ərizə vermişdir.

11. Məhkəmə iddiaçının iddia müddətinin ötürülməməsi ilə bağlı cavabdehin arqumentləri ilə əlaqədar isə qeyd etmişdir ki, iddiaçının təqdim etdiyi sənədlərlə müəyyən edilir ki, cavabdehə qarşı borcun tutulması barədə məhkəmə əmri 24 noyabr 2015-ci il tarixdə çıxarılmış, 14 dekabr 2015-c i il tarixdə isə həmin tarixli məhkəmə əmri ləğv edilərək, iddia icraatına keçirilmiş və 10 fevral 2016-cı il tarixdə mülki iş baxılmamış saxlanılmışdır. Göründüyü kimi iddiaçının qeyd etdiyi hallar müqavilə müddəti dövründə baş vermiş və müqavilə müddətinin bitdiyi 29 avqust 2019-cu il tarixdən isə iddiaçı tərəfindən cavabdehdən borcun tutulması ilə bağlı hər hansı bir hərəkət edilməmiş, iddia ilə məhkəməyə müraciət edilməmişdir.

12. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddianın verilməsi, daha sonra onun baxılmamış saxlanılması iddia müddətinin axımına təsir etmir. Belə ki, Mülki Məcəllənin 380.1-ci maddəsinə görə müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə iddia müddətinin axımı kəsilir. Mülki Məcəllənin 381.1-ci maddəsinə görə, əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırs a, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir. Bu maddədə “ümumi qaydada davam edir” ifadəsi onu bildirir ki, məhkəmə icraatında sərf edilmiş vaxt iddia müddətinə daxil edilir.

13. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.2, 375.2, 377.2, 380.1, 385.1, 386.1,427.3, 442, 443.1, 448.1, 448.2, 739.1; Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119.1, 217.4-cü maddələrinə; "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

14. İddiaçı apellyasiya şikayəti verərək, şikayətin təmin e dilməsini, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(001)-1551/2025 nömrəli qətnaməsi tamamilə ləğv edilməsini, birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, kreditor “X2 Azərbaycan" QSC 16 noyabr 2015-ci ildə Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair məhkəmə əmrinin verilməsi haqqında ərizə ilə Bakı şəhər Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. “X2 Azərbaycan” QSC ilə Cavabdeh arasında xx.xx.2014-cü il tarixli Bank hesabı, debet kartı, kred kartı və zaminlik haqqında qarışıq müqaviləsi bağlanmışdır. Kreditor “X2 Azərbaycan" QSC 16 noyabr 2015-ci ildə Cavabdeh qarşı “b orcun tutulması” tələbinə dair məhkəmə əmrinin verilməsi haqqında ərizə ilə Bakı şəhər Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(001)15350/2015-ci il tarixli məhkəmə əmri ilə ərizələri təmin edilərək, borclu Cavabdeh 1541,4 manat əsas borc, 176,74 manat faiz borcu, müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə 12 manat borc, bildirişin göndərilməsinə dair poçt xərci üzrə 2,5 manat borc və ödənilmiş 21 manat məbləğində dövlət rüsumu olmaqla ümumilikdə, cəmi 2069,53 manat pul vəsaitinin kreditor “X2 Azərbaycan” QSC-nin xeyrinə tutulması barədə əmr edilmişdir. Daha sonra Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 14 dekabr 2015-ci il tarixli 2(001)-15350/2015-ci il tarixli qərardadı ilə borclunun əmrdən verdiyi etira zı təmin edilərək məhkəmə əmri ləğv edilərək, işin iddia icraatına keçirilməsi qərara alınmışdır. Lakin bundan sonra məhkəmə iclasının yeri və vaxtı barədə bildiriş göndərilməmiş (çatdırılmamış) və məhkəmə iclasının yekun nəticəsi barədə müvafiq qərar (qərardad və ya qətnamə) Bank olaraq müvafiq qaydada məlumatlandırılmamışlar. Bundan sonra Bank olaraq məhkəmə ilə hər il mütəmadi olaraq şifahi məlumat almaq istədikdə yekun qərar natamam formada bildirilmiş (gah iddianın təmin edilməsi, gah qismən təmin edilməsi və s. deyilirdi) və qərarın göndəriləcəyi bildirilmişdir. Son olaraq, Bank tərəfindən məhkəməyə işin yekun nəticəsi və eləcə də iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə xx.xx.2024-cü ildə və xx.xx.2024-cü ildə ərizə ilə müraciət etdikdən sonra sənədlər onlar geri qaytarılmışdır. Belə olduğu halda məhkəmə tərəfindən Banka çatdırılmayan yekun məhkəmə aktı barədə şifahi məlumatın 2024-cü ildə ona məlum olması halı - müddətinin ötürülməsinə səbəb olmamalıdır. Qeyd olunanlardan göründüyü kimi Bank hərəkətsiz qalmamış, işin nəticəsinin müəyyən edilməsi üçün lazimi tədbirlər görmüş, lakin işin sənədləri barədə məlumatı 2024-cü il tarixdə əldə etmişdir. Lakin bununla belə yekun olaraq məhkəmə aktı onlara daxil olmamışdır. İşin nəticəsi müəyyən olunmadan və sənədlərin əsli bankda olmadığından - Bank tərəfindən yenidən iddia ərizəsinin verilməsi qeyri-mümkün olduğundan iddia müddətinin ötürülmədiyini, yekun nəticə barədə məlumat əldə etdiyi tarixdən, yəni xx.xx.2024-cü il tarixdən ümumi iddia müddəti olan 10 illik müddətlə hesablanmalıdır.

16. Bak ı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – Fuad Talışinski (sədrlik edən və məruzəçi), Azad İmanov və Məmməd Məmmədov) 6 may 2025-ci il tarixli, 2(103)-2583/2025 nömrəli qətnaməsi ilə iddiaçı “X2 Azərbaycan” QSC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)1551/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

17. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlilini əsaslı hesab etməyərək, qeyd etmişdir ki, 29 avqust 2014-cü il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icra müddəti müəyyənləşdirilmiş və həmin müddət 29 avqust 2019-cu il tarixdə bitmişdir, iddiaçı isə bu növ müqavilələr üzrə müəyyən edilmiş 3 illik tələb etmə müddəti ərzində öhdəliyi n icrasını tələb etmə hüququndan istifadə etməmiş, yalnız xx.xx.2024-cü il tarixdə müvafiq iddianı qaldırmaqla iddia müddətini ötürmüşdür. Cavabdehin iddia müddətinin ötürülməməsi ilə bağlı arqumentləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının təqdim etdiyi sənədlərlə müəyyən edilir ki, cavabdehə qarşı borcun tutulması barədə məhkəmə əmri 24 noyabr 2015-ci il tarixdə çıxarılmış, 14 dekabr 2015-ci il tarixdə isə həmin tarixli məhkəmə əmri ləğv edilərək, iddia icraatına keçirilmiş və 10 fevral 2016-cı il tarixdə mülki iş baxılmamış saxlanılmışdır. Göründüyü kimi iddiaçının qeyd etdiyi hallar müqavilə müddəti dövründə baş vermiş və müqavilə müddətinin bitdiyi 29 avqust 2019-cu il tarixdən isə iddiaçı tərəfindən cavabdehdən borcun tutulması ilə bağlı hər hansı bir hərəkət edilm əmiş, iddia ilə məhkəməyə yalnız xx.xx.2024-cü il tarixdə müraciət edilmişdir.

18. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi iddia müddəti buraxılmaqla verildiyindən, cavabdeh isə məhkəməyə ərizə ilə müraciət edərək iddia müddətinin tətbiq edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdiyindən, rayon məhkəməsi iddia müddəti tətbiq edərək iddia tələbini təmin etməməklə iş üzrə düzgün qənaətə gəlmiş, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur, bu səbəbdən apellyasiya şikayəti əsassızdır və təmin edilə bilməz. Kollegiya iddiaçının nümayəndəsinin hazırkı iş üzrə iddia müddətinin üzrlü səbəbdən buraxılması barədə dəlilinə münasibətdə isə qe yd edir ki, iddiaçı rayon məhkəməsinə iddia müddəti buraxılmaqla müraciət etmiş və iddia müddətinin ötürülməsinin üzrlü sayılması barədə rayon məhkəməsində vəsatət də verməmişdir. Göründüyü kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni istisna edən və ya bu nəticəyə rəğmən fərqli qənaət formalaşdıran əsaslar müəyyən etmir. Beləliklə, apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıdığından təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

19. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.2, 373.3, 375.1, 375.2, 377.1, 377.2, 381.1-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcə lləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2013-cü il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

20. İddiaçı “X2 Azərbaycan” QSC (vəkil Nümayəndə2) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

21. İddiaçı kassasiya şikayətini apellyasiya şikayətinin bir sıra dəlilləri eyni məzmunda əsaslandırmış əlavə olaraq qeyd etmişdir ki, apellyasiya məhkəməsi iddia müddətinin tətbiqi barədə cavabdehin ərizəsini nəzərə alaraq, iddia müddətini tətbiq etməklə iddianın rədd edilməsinə dair birinci instansiya məhkəməsinin q ətnaməsini qüvvədə saxlamaqla, maddi hüquq normasının tələblərinə formal yanaşmış, əslində hazırkı mübahisə üzrə iddia müddətinin ötürülmədiyinin fərqinə varmamışdır. Hazırkı işdə apellyasiya məhkəməsi Mülki Məcəllənin 380.1-ci və 308.2-ci maddələrinin tələblərini nəzərə almadan, bilavasitə həmin Məcəllənin 381.1-cimaddəsini tətbiq etmişdir ki, bu da maddi hüquq normasının işin həqiqi hallarına uyğun tətbiq edilmədiyini təsdiq edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

23. Maddə 385.1.Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

24. Maddə 386.1.Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

25. Maddə 427.3.Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.

26. Maddə 442.Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür.

27. Maddə 443.1.Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.

28. Maddə 448.1.Əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

29. Maddə 448.2.Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.

30. Maddə 739.1.Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.(kredit müqaviləsinin bağlandığı dövrdə qüvvədə olan)

31. Maddə 372.1.Bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməy i tələb etmək hüququna müddət şamil edilir.

32. Maddə 373.2.Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.

33. Maddə 375.2.Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

34. Maddə 377.2.İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır.

35. Maddə 380.1.Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. “Azərbaycan Respublikası Mülki Məcəlləs inin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarı

36. Kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

37. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

38. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

39. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

40. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

41. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

42. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

43. Maddə 416.1. Kassasiya i nstansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

44. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

45. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

46. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkə məsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

47. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

48. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənz imləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

49. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materiallarını araşdıraraq bu qənaətə gəlmişlər ki, 29 avqust 2014-cü il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icra müddəti müəyyənləşdirilmiş və həmin müddət 29 avqust 2019-cu il tarixdə bitmişdir. Hazırki vəziyyətdə həmin müqavilədən irəli gələn öhdəliklər üzrə iddia müddətinin axımı 29 avqust 2019-cu il tarixdən başlanmasına baxmayaraq, iddiaçı yalnız xx.xx.2024-cü il tarixdə müvafiq iddia ərizəsi ilə məhk əməyə müraciət etmişdir. Bununla da iddiaçı, bu növ müqavilələr üzrə müəyyən edilmiş 3 illik tələb etmə müddəti ərzində öhdəliyin icrasını tələb etmə hüququndan istifadə etməmiş və 1 hüquqi nəticə etibarı ilə iddia müddətini ötürmüşdür. Cavabdeh hazırki mülki iş üzrə məhkəmə qərarı qəbul edilənədək iddia müddətinin tətbiqi barədə ərizə vermişdir. Bu halda iddia rədd edilməlidir.

50. Qanuna əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

51. İddiaçının dəlilləri baxımından qeyd edilməlidir ki, mübahisə kredit müqaviləsinin lazımi qaydada icra edilməməsi ilə bağlıdır. Mülki Məcəllənin 373.2-ci maddəsində müqavilə tələbləri üzrə iddia müddəti on il deyil, üç il olaraq müəyyən olunur. İşin faktiki hallarını araşdırmaq səlahiyyətinə malik olan məhkəmələr cavabdehin ərizəsini nəzərə alaraq iddia müddətini düzgün olaraq tətbiq etmişlər.

52. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandır ma ilə razılaşır.

53. O da qeyd edilməlidir ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

54. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

55. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

56. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2583/2025 nömrəli 06 may 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar