Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2574/2022 16.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı “xxx“ Məhdud Məsuliyyətli Cəmiyyətinə Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-2574/22 (Açar sözlər: pul tələbi, nisyə alqı-satqı müqaviləsi) Bakı şəhəri, 16 may 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi hakim), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən oğlundan tərkibdə, iddiaçı “xxx“ MMC-nin Cavabdeh qarşı müqavilə üzrə yaranmış borcun tutulması” tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)2241/2021 nömrəli, 01 dekabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh ka ssasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı MMCnin direktoru X1 (bundan sonra “iddiaçı”) ilə Cavabdeh (bundan sonra “cavabdeh”) arasında 08.01.2018-ci il və 07.03.2018-ci il tarixlərdə məhsulların nisyə alqı-satqısı müqaviləsi bağlanmış, 08.01.2018-ci il və 07 mart 2018-ci il tarixdə tərtib edilmiş təhvil-təslim aktlarına əsasən cavabdeh məhsulları qəbul etdiyini təsdiq etmişdir.
2. İddiaçı 08.01.2018-ci il tarixli müqaviləyə əsasən cavabdehə 15492,60 manat, 07.03.2018-ci il tarixli müqaviləyə əsasən isə 50082.50 manat dəyərində müxtəlif çeşidli məhsulları nisyə satmışdır. Cavabdeh həmin pulu 20 gün müddətinə ödənilməsini öz öhdəsinə götürmüşdür. 07.03.2018-ci il tarixli müqavilənin 4-cü bəndinə əsasən c avabdeh dəbbə pulu da ödəməlidir.
3. Sonra cavabdeh iddiaçıya ərizə ilə müraciət edərək MMC-yə borclu olduğunu etiraf etmiş və birinci müqavilə üzrə 15.02.2018-ci il tarixədək, ikinci müqavilə üzrə isə 05.04.2018-ci il tarixədək borcu tam ödəməyi öhdəsinə götürmüşdür.
4. Mübahisə borcun qaytarılması ilə bağlı yaranıb. a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Bakı şəhəri Sabunçu rayon Məhkəməsinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən hər iki müqavilə üzrə 65575,20 manat əsas və 114500 manat cərimə borcu olmaqla, ümumilikdə 170144,48 manat məbləğində borcun və 30 manat dövlət rüsumun tutulmasıbarədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiaçının nümayəndəsi sonradan iddia tələbinin azaldılması barədə ərizə təqdim edərək, məhkəmə icraatı zamanı cavabdehin borclu olduğu puldan 9930.62 manat pul ödəməsini bildirərək, iddianın azaldılmış həddə, yəni 55644.48 manat əsas və 114500 manat cərimə borcu olmaqla, cəmi 170144,48 manat borcun tutulması barədə qətnamə qəbul çıxarılmasını xahiş etmişdir
7. İddia tələbi onunla əsaslandırılıb ki, cavabdeh 08.01.2018-ci il tarixli və 07 mart 2018-ci il tarixdə tərtib edilmiş təhvil-təslim aktlarında göstərilən məhsulları qəbul etdikdən sonra onların dəyərini qeyd olunan müddətdə iddiaçıya ödəməmişdir.
8. Dəfələrlə bu barədə xəbərdarlıq edilsə də cavabdeh həmin məhsulların pulunu ödəyəcəyinə söz vermiş, lakin borcunu bu günə qədər ödəməmişdir. Cavabdeh İddiaçı MMC-nin direktoru xxx ərizə ilə müraciət edərək MMC-yə borclu olduğunu etiraf etmiş və birinci müqavilə üzrə 15.02.2018-ci il tarixədək, ikinci müqavi lə üzrə isə 05.04.2018-ci il tarixədək tam ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh həmin ərizələri təqdim etdikdən uzun müddət keçməsinə baxmayaraq həmin borcu MMC-yə ödəməmişdir. Borcun ödənilməsi barədə ona xəbərdarlıq məktubu göndərilmiş, lakin cavabdeh yenə də borcunu ödəməkdən yayınmışdır.
9. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 385.1, 427.4, 428.4, 439.5, 441.1-441.4, 443.1, 443.5, 448.2 və 600.1-600.5-ci maddələrinə istinad etmişdir.
10. İş cavabdehin vəsatəti əsasında ərzi adiyyatıüzrə baxılması üçün Göyçay rayon Məhkəməsinə göndərilmişdir.
11. Cavabdeh iddiya etiraz olaraq iddiaçının istinad etdiyi nisyə alqı-satqı müqavilələrindəki imzanın ona məxsus olmamasını bidirmişdir.
12. Birinci instansiya məhkəməsi cavabdehin dəlilini yoxlamaq üçün 29 avqust 2019-cu il tarixli qərardadla xətşünaslıq ekspertizası təyin etmişdir.
13. Məhkəmə Ekspertizası Mərkəzinin 24031 saylı, 08.10.2019-cu il tarixli rəyinə əsasən 07.03.2018-ci il və 08.01.2018-ci il tarixli müqavilələrdəki və eyni tarixli təhviltəslim aktlarındakı imzalar cavabdeh tərəfindən icra edilmişdir.
14. Göyçay Rayon Məhkəməsinin 01 iyun 2020-ci il tаrixli, 2(046)-564/2020 nömrəli qətnаməsi ilə iddiа tələbi qismən təmin edilmiş, Cavabdeh 55644,48 manat əsas borc, 500 manat cərimə borcu, cəmi 56144,48 manat borcun və dövlət rüsumu kimi ödənilmiş 30 manat vəsaitin alınaraq İddiaçı MMC-yə verilməsi qət edilmişdir. (hakim İbrahim Fəttahov)
15. Birinci instansiya məhkəməsi nisyə alqı-satqı müqavilələrinə əsasən hesab etmişdir ki, iddiaçının cavabdehdən 55644,48 manat əsas borcu tələb etməsi qanun i və əsaslıdır, lakin cavabdehdən 07.03.2018-ci il tarixli müqavilə üzrə 114500 manat cərimə tələbi tənasübsüz surətdə yüksəkdir. Buna görə də həmin müqavilə üzrə dəbbə pulu 500 manat məbləğində müəyyən edilməlidir.
16. Birinci instansiya məhkəməsi mövqeyini Mülki Məcəllənin 462.1, 467 və 600.1-ci maddələri ilə əsaslanmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
17. Cavabdeh apellyasiya şikayəti verib, qətnamənin ləğv və iddianın qismən təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
18. Apellyasiya şikayətinin dəlilləri: - iddiaçının irəli sürdüyü iddianın – 07.03.2018-ci il tarixli müqavilə ilə cavabdehin iddiaçıya 50.082.50 manat borcunun olması hissəsi qəbul edilən deyil. Çünki sözügedən müqavilənin bağlanılmasında iddiaçı tərəfindən onların öz maraqları naminə cavabdeh aldadılmışdır; - cavabdehin niyyəti təhvil-təslim aktını imzalamaq olmuşdur. Lakin hazırda cavabdehin mübahisələndirdiyi məhsulların nisyə alqı-satqı müqaviləsi haqqında ondan yanlış təsəvvür formalaşmışdır. Belə ki, sözügedən müqavilənin formal bir müqavilə olduğunu, cavabdeh üçün heç bir öhdəlik yaratmadığını, ən başlıcası mübahisələndirilən müqavilənin təhvil-təslim aktı kimi sənəd olduğunu dərk edib, imzalamış, başqa sözlə razılıq verdiyi əqdi deyil, başqa əqdi imzalamışdır; - iddiaçı ilə cavabdeh arasında yalnız 08.01.2018-ci il tarixli müqavilə üzrə öhdəlik yaranmış, yəni sözügedən müqavilədə göstərilən məbləğdə mallar cavabdeh tərəfindən təhvil-təslim aktı əsasında nisyə götürülərək pərakəndə şəkildə mağazalara paylanmış, 15492.60 manat puldan 9930.62 mana tı ödənilmiş, hal-hazırda cavabdehin iddiaçıya 5561.98 manatı borcu qalmışdır: - əgər 08.01.2018-ci il tarixli müqavilədə göstərilən malları kimi, 07.03.2018-ci il tarixli müqavilədə göstərilən malları göstərsəydi etiraf edib, borcunu qarşılıqlı anlaşma şəraitində ödəyərdi.
19. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-91/2021 nömrəli, 05 may 2021-ci il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, Göyçay Rayon Məhkəməsinin 2(046)-564/2020 nömrəli, 01 iyun 2020-ci il tаrixli qətnаməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə, iddiа rədd edilmişdir. (hakimlər Ələddin Məcidov (sədrlik edən və məruzəçi), İmanverdi Şükürov, Ayaz Mahmudov)
20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edib ki, İddiaçı MMC-nin direktoru Adil Səfərov iddia ərizəsində Cavabdeh hər iki müqavilə üzrə 55644.48 manat əsas borc və 114500 cərimə borcu olmaqla, cəmi 170144,48 manat məbləğində borcun və 30 manat dövlət rüsumun alınaraq ona ödənilməsini xahiş etməsinə baxmayaraq birinci instansiya məhkəməsi qətnaməsində Cavabdeh 55644,48 manat əsas borc, 500 manat cərimə borcu, cəmi 56144,48 manat borcun və dövlət rüsumu kimi ödənilmiş 30 manat vəsaitin alınaraq İddiaçı MMC-yə verilməsini qət etmiş, bununla da iddia tələbindən kənara çıxmışdır.
21. Apellyasiya instansiyası məhkəməsi vurğulayıb ki, cavabdeh iddiaçı MMC-dən 07.03.2018-ci il tarixli və 08.01.2018-ci il tarixli müqavilələrə əsasən ümumi dəyəri 65575.10 manat olan uşaq pamperslərini nisyə almışdır. Başqa sözlə, 07.03.2018-ci il tarixli və 08.01.2018-ci il tarixli müqavilələr cavabdehlə iddiaçı MMC arasında bağlanmışdır. İddia ərizəsində isə İddiaçı MMC-nin direktoru Adil Səfərov hər iki müqavilə üzrə cavabdehdən pulun alınıb ona ödənilməsini xahiş etmişdir. Buna görə cavabdehin Adil Səfərov qarşısında hər-hansı bir öhdəliyi olmadığından hazırki iddia tələbi təmin edilə bilməz.
22. Apellyasiya instansiya məhkəməsi mövqeyini Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 88, 217, 218.1, 385.1.1, 385.1.3, 385.1.4, 386, 387.1, 389 və 390-cı maddələri ilə əsaslandırmışdır. c)Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
23. İddiaçı kasssasiya şikayəti verib, qətnamənin ləğv və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
24. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya ins tansiyası məhkəməsi işin faktiki hallarına düzgün qiymət verməmiş, qanunvericilik normalarını düzgün tətbiq etməmiş və nəticədə əsassız və qeyri-obyektiv qətnamə qəbul edilmişdir. İddia tələbini MMC irəli sürmüş, X1 MMC-nin direktoru kimi iddianı imzalamış və pulun ona verilməsini xahiş edərkən şirkətə verilməsini nəzərdə tutmuşdur.
25. Azərbaycan Respublikasının Ali Məhkəməsinin tarixli 2(102)-5312/2021 nömrəli, 05 oktyabr 2021-ci il qərarı ilə iddiaçı “xxx» MMC-nin kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-91/2021 nömrəli 05.05.2021-ci il tarixli qətnaməsi ləğv olunaraq, iş yenidən baxılması üçün apellyasiya baxışına göndərilmişdir.
26. Kassasiya instansiya məhkəməsi apellyasiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd edib ki, əvvəla, qeyd olunmalıdır ki, tələbin kim tərəfindən irəli sürülməsi və borcun kimə qaytarılmalı olması ilə bağlı cavabdeh etiraz etməmişdir. Borcun MMC-nin xeyrinə tutulması barədə qətnamədən apellyasiya şikayəti verərkən cavabdeh bu barədə heç bir dəlil və etiraz irəli sürməmişdir. Halbuki qanunvericiliyin tələbinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
27. Bundan başqa, birinci instansiya məhkəməsi iddia tələbinin birmənalı olaraq MMC tərəfindən irəli sürülməsini qəbul etmiş və ödənilm əli olan vəsaiti də onun xeyrinə tutmuşdur. Həmin məhkəmə tərtib edilmiş ərizəni ikimənalı yazılmış ərizə kimi qəbul etməmiş, bununla bağlı hər-hansı şərh verməmiş, cavabdeh də bununla bağlı etiraz etməmişdir.
28. Prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, vəzifəli şəxslər dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. Hər bir fiziki və ya hüquqi şəxs şəxsən, yaxud müvafiq qaydada səlahiyyəti müəyyən edilmiş nümayəndəsi vasitəsi ilə məhkəməyə iddia verə bilər. Hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir.
29. İddia ərizəsini İddiaçı MMC-nin adından direktoru X1 irəli sürüb. Bu barədə ərizənin giriş hissəsində qeydlər açıq-aşkardır. İddia ərizəsi direktor tərəfindən imzalanmış və MMC-nin möhürü ilə təsdiq edilmişdir. İddia ərizəsinin xahiş edirəm hissəsində şəxs əvəzliyinin (şəxs əvəzliyinin 3-cü şəxsdə deyil, 1-ci şəxsdə işlədilməsi (”mənə”)) texniki səhv olaraq göstərilməsi tələbin mahiyyətini və həcmini dəyişmir. Çünki iddia tələbindən aydındır ki, cavabdeh İddiaçı MMC ilə müqavilələr bağlayıb və müqavilə öhdəlikləri yerinə yetirilmədiyi üçün MMC cavabdehdən pul tələb edir. Məhkəmənin diqqət yetirdiyi həmin nöqsanı cavabdeh tərəf mübahisələndirmiş olsaydı belə, ən yaxşı halda məhkəmə ərizədə şəxs əvəzliyinin texniki səhv kimi buraxılması barədə şərh verə bilərdi. ç) Apellyasiya instansiyas ı məhkəməsindəki ikinci icraat
30. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-2241/2021 nömrəli, 01 dekabr 2021-ci il tarixli qətnaməsi ilə Göyçay Rayon Məhkəməsinin 01 iyun 2020-ci il tаrixli, 2(046)-564/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Akif Eyvazov (sədrlik edən və məruzəçi), Gündüz Abbasov, Vəzirxan Məlikov)
31. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edib ki, birinci instansiya məhkəməsi Cavabdeh yuxarıda qeyd edilən hər iki müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməməsinə görə haqlı olaraq həmin müqavilələr üzrə nəzərdə tutulmuş pulun cavabdehdən alınaraq iddiaçıya verilməsi qənaətinə gəlmişdir. Kassasiya şikayətinin dəlilləri
32. Cavabdeh (vəkil Seyidəli Vəkil2 oğlu ) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
33. Kassasiya şikayətinin dəlilləri: - cavabdehin Adil Səfərov qarşısında öhdəliyini yaranması üçün müqavilə olmalıdır, lakin belə bir müqavilə yoxdur. Buna görə də iddia təmin edilə bilməzdi; - müqaviləyə görə cavabdehin İddiaçı MMC qarşısında öhdəliyi var. Apellyasiya məhkəməsi bunu texniki səhv kimi qiymətləndirsə də, iddiaçı özü bunu texniki səhv kimi qiymətləndirməyib. Belə ki, iddiaçı 31 mart 2021-ci il tarixli ərizəsində özü də göstərib ki, İddiaçı MMC fəaliyyətini dayandırdığı üçün pulu MMC-nin hesabına deyil, onun özünə ödənilməsini xahiş edir; - bundan başqa 07.03.2018-ci il tarixli müqavilə ilə "xxxx" MMC-yə 50082,50 manat borcunun olmasını qəbul etmir, çünki razılıq verdiyi əqd deyil, başqa əqdi bağlamaq istəyib. Buna görə də həmin əqd etibarsızdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
34. Kassasiya şikayətinə yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qa ytarılmasını tələb edə bilər. Maddə 600.5. Alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Mülki Prosessual Məcəllə Maddə 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessua l hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadınıqismən ləğv edə və yatamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, ya xud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulmasıapellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
35. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfin dən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
36. Kassasiya şikayətində qətnamə tam mübahisələndirilib, bu baxımdan kollegiya qətnaməni tam yoxlayır.
37. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
38. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
39. Apellyasiya instansiyası məhkəməsi iş üzrə qanuni nəticəyə gəlmişdir.
40. İşdən görünür ki, apellyasiya məhkəməsi hazırki iş üzrə Ali Məhkəmənin əvvəlki qərarında şərh edilən göstərişlərə əməl edərək hesab edib ki, Cavabdeh hər iki müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyinə görə həmin müqavilələr üzrə nəzərdə tutulmuş pulun cavabdehdən alınaraq iddiaçı MMC-yə verilməsi barədə birin ci instansiya məhkəməsinin qənaəti düzgün olmuşdur.
41. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin iddia tələbi üzrə gəldiyi nəticə ilə razılaşır.
42. Məhkəmə kollegiyası cavabdehin MMC-nin direktoru Adil Səfərov qarşısında öhdəliyinin yaranması üçün müqavilə olmadığı üçün iddianın təmin edilməməli olması barədə kassasiya şikayətini dəlillərini əsaslı saymır. Belə ki, iddiaçı nə birinci instansiya məhkəməsində, nə də apellyasiya şikayətində iddiaya bu əsasla etiraz etməyib. Yalnız apellyasiya instansiyası məhkəməsi birinci icraat zamanı qəbul etdiyi qətnaməsində qeyd edilən əsasla iddianı rədd etmişdi. Həmin əsasla da iddianın rədd edilməsi Ali Məhkəmənin qərarı ilə düzgün hesab edilməyib. Buna görə də hazırda cavabdehin apellyasiya instansiyası məhkəməsinin birinci qətnaməsində iddianın rədd edilməsi üçün istinad etdiyi əsası dəlil kimi sürməsi qəbul edilə bilməz.
43. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
44. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-2241/2021 nömrəli, 01 dekabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.