Məhkəmə qərarları › İş №2(102)-2574/2024

Ali Məhkəmə Qərardad — İş №2(102)-2574/2024

24.09.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-2574/2024 24.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-2574/2024 (Açar sözlər: iddianın predmeti, iddianın əsası, eyni tərəflər arasında eyni əsaslar üzrə eyni predmet barədə iddia, iş üzrə icraata xitam verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququnun tanınması” tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-383/2024 nömrəli, 04 aprel 2024-cü il tarix li qətnaməsindən İddiaçı (Vəkil Nümayəndə) tərəfindən verilmiş kassasiya şikayətinə 24 sentyabr 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: 1. “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”a əsasən, ümumi sahəsi 36,2 kv.m. olan, Mingəçevir şəhəri, Nizami ünvan 1 ünvanında yerləşən mənzil üzərində Cavabdeh tam mülkiyyət hüququ xx.xx.2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** nömrə ilə qeydiyyata alınmışdır.

2. Doğum haqqında şəhadətnaməyə əsasən, xx.xx.2019-cu il tarixdə doğulmuş Dəniz adlı uşağın atası Cavabdeh, anası İddiaçıdır.

3. Atalığın müəyyən edilməsi haqqında şəhadətnaməyə əsasən, Cavabdeh xx.xx.2019-cu il tarixdə İddiaçı doğulmuş Dəniz adlı uşağın atası hesab edilmişdir. Bu barədə atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında 2022-ci ilin avqust ayının 21 günündə 84 nömrə ilə qeyd edilmişdir.

4. Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-2146/2022 nömrəli, 05 dekabr 2022-ci il tarixli qətnaməyə əsasən, cavabdeh İddiaçı əşyaları ilə birlikdə Cavabdeh mülkiyyətində olan, Mingəçevir şəhəri N.Gəncəvi küçəsində yerləşən 4B saylı evin 7 saylı mənzilindən çıxarılması qət edilmişdir.

5. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-308/2023 nömrəli, 21 fevral 2023-cü il tarixli qətnaməsinə əsasən, cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-2146/2022 nömrəli, 05 dekabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

6. Hazırkı mülk i işlə birbaşa əlaqəli olan Şəki Apellyasiya Məhkəməsinin 2(107)308/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən kassasiya şikayəti vermələri və Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən yekun məhkəmə aktı çıxarılanadək 2(051)-721/2023 saylı mülki işin icraatının dayandırılması barədə İddiaçı nümayəndəsi və vəkili Nümayəndə vəsatətinə əsasən, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-721/2023 nömrəli, 10 aprel 2023-cü il tarixli qərardadı ilə baxılan mülki işin icraatı dayandırmış və xx.xx.2023-cü il tarixli qətrardada əsasən icraat təzələnmişdir.

7. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-2483/2023 nömrəli, 03 avqust 2023-cü il tarixli qərarına əsasən, cavabdeh İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-308/2023 nömrəli, 21 fevral 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

8. Mingəçevir şəhəri 8 saylı MİS tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışa əsasən, İddiaçı Mingəçevir şəhəri, N.Gəncəvi küçəsi, 4B saylı evin 7 saylı mənzilində qeydiyyatsız yaşayır və 2019-cu il təvəllüdlü Dəniz adlı qızını öz himayəsində saxlayır.

9. Mingəçevir şəhəri 3 saylı MİS tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışa əsasən, İddiaçı Mingəçevir şəhəri, D.Əliyeva küçəsi, 2 saylı evin 64 saylı mənzilində qeydiyyatdadır, 2019-cu il təvəllüdlü Dəniz adlı qızını öz himayəsində saxlayır, yaşamırlar.

10. Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı arayışa əsasən, İddiaçı və onun Dəniz adlı azyaşlı uşağı Mingəçevir şəhəri, Nizami ünvan 1 ünvanınd a yerləşən mənzildə yaşayış yeri üzrə qeydiyyata alınmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:

11. İddiaçı (bundan sonra iddiaçı) Cavabdeh (bundan sonra cavabdeh) qarşı (X1 mübahisə tələbi barədə müstəqil tələb irəli sürməyən şəxs kimi cəlb edilməklə) iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, iddiaçının azyaşlı uşağı ilə birlikdə Mingəçevir şəhəri, N.ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüququnun tanınması, həmçinin müstəqil tələb irəli sürən üçüncü şəxs Dəniz Hüseynlinin cavabdehin mülkiyyətində olan Mingəçevir şəhəri, N.ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüququnun tanınması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

12. İddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxs Dəniz Hüseynlinin (qanuni nümayəndəsi İddiaçı) iddia tələbi yuxarıda qeyd olunan işin halları nəzərə alınmaqla onunla əsaslandırılmışdır ki, 2021-ci ilin avqust ayında Cavabdeh onları Mingəçevir şəhəri, N.Gəncəvi küçəsində yerləşən 4B saylı evin 7 saylı mənzilinə gətirərək, həmin evi onlara aldığını, mənzilin Dəniz adlı uşağına məxsus olduğunu bildirərək, onların orada yaşamaqlarını demişdir. O, da azyaşlı uşağı ilə birlikdə həmin mənzildə yaşamışdır. Bir müddət cavabdeh ilə mehriban yaşasalar da, sonradan münasibətləri pisləşmiş və onlar ayrılmışlar. Lakin ayrıldıqdan sonra o, azyaşlı uşağı ilə birlikdə qeyd olunan mənzildə yaşamışdır. Məhkəmədən ona bildiriş gəlmiş, həmin bildirişi oxuyanda ona məlum olmuşdur ki, cavabdeh onun və azyaşlı uşağının həmin mənzildən çıxarılmasını tələb etmişdir. Lakin onun və uşağını n qeyd olunan mənzildən başqa yaşamağa yaşayış sahələri yoxdur. Hesab etmişdir ki, Dəniz adlı uşağı gələcəkdə atasının vərəsəsi olduğu və hazırda başqa yaşayış sahəsi olmadığı üçün onların Mingəçevir şəhəri, N.ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüquqları vardır. Çünki o, azyaşlı uşağı ilə birlikdə 2021-ci ildən mübahisəli mənzildə yaşamış və təsərrüfatı idarə etmişdir.

13. Mingəçevir Şəhər Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(051)-721/2023 nömrəli, 27 noyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim Nemət Paşayev) iddiaçının cavabdehə qarşı onun və xx.xx.2019-cu il tarixdə doğulmuş Dəniz adlı uşağının Mingəçevir şəhəri, N.ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüququnun tanınması tələbinə dair iddiasının təmin edilməməsi, müstəqil tələb irəli sürən üçü ncü şəxs Dəniz Hüseynlinin cavabdehə qarşı cavabdehin mülkiyyətində olan Mingəçevir şəhəri, N.ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüququnun tanınması tələbinə dair iddiasının təmin edilməməsi qət olunmuşdur.

14. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflər arasında hazırkı iddianın predmeti olan mənzillə bağlı mübahisəyə tərəflərin iştirakı ilə məhkəmədə baxılmışdır. Belə ki, hazırkı iş üzrə iddiaçının mübahisəli mənzildən çıxarılması tələbinə dair cavabdehin iddiası üzrə mülki işə Mingəçevir Şəhər Məhkəməsində, Şəki Apellyasiya Məhkəməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyalarında mahiyyəti üzrə baxılıb qiymət verilmişdir. Həmin iddia cavabdeh tərəfindən iddiaçıya qarşı mübahisəli mənzildən çıxarılma tələbi olsa da, hazırkı mülki iş üzrə müəyyən edilməli olan faktlar, həmin iş üzrə tərəfləri iştirakı ilə artıq müəyyən edilmişdir. Belə ki, apellyasiya instansiya məhkəməsi iddiaçının mübahisəli mənzilin tərkib hissəsindən istifadə hüququnun tanınmasını istisna etmişdir.

15. Belə olan halda məhkəmə hesab etmişdir ki, hazırkı iş üzrə iddiaçının mübahisəli mənzilin tərkib hissəsindən istifadə hüququnun yaranması əsaslarının mövcud olub– olmaması ilə bağlı işin mübahisə edilməyən halı kimi qəbul edilməli və təkrar müəyyən edilməməlidir.

16. Müstəqil tələb irəli sürən üçüncü şəxs Dəniz Hüseynlinin (qanuni nümayəndəsi İddiaçı) iddia tələbinə münasibətdə məhkəmə qeyd etmişdir ki, uşaq azyaşlı və daim ana qayğısına ehtiyacı olduğuna görə iddiaçının yanında qalmışdır. İddiaçı isə məhkəmənin qanuni qüvvəyə minmi ş qətnaməsi ilə mübahisəli mənzildən çıxarılmış, həmçinin hazırkı iş üzrə istifadə hüququ tanınmamışdır. Belə olan halda azyaşlı uşağa münasibətdə mübahisəli mənzilin tərkib hissəsindən onun istifadə hüququnun tanınması ilə bağlı tələbin irəli sürülməsi işin həqiqi hallarına uyğun deyil, həmçinin formal xarakter daşıyır. Eləcə də mülki qanunvericilik azyaşlı uşağın yaşayış yerinin yanında yaşadığı valideynin yaşadığı yer olduğunu müəyyən etmişdir. Bu da o nəticəyə gəlməyə əsas verir ki, azyaşlı Dəniz Hüseynlinin yaşayış yeri də iddiaçının yaşayış yeri olmalıdır.

17. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2-ci, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 82.3, 88, 218.1, 217.4-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya instansiyası mə hkəməsindəki icraat:

18. Qətnamədən iddiaçı (vəkil Nümayəndə) apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və iddiaçının və müstəqil tələb irəli sürən üçüncü şəxs Dəniz Hüseynlinin iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

19. Apellyasiya şikayəti iddia ərizəsində göstərilənlərlə eynilik təşkil etmiş, əlavə olaraq qeyd olunmuşdur ki, birinci instansiya məhkəməsi işə baxarkən cavabdehlə birgə münasibətlərindən 04 oktyabr 2019-cu ildə Dəniz adlı uşağın dünyaya gəldiyini, eyni zamanda da Dəniz adlı uşağın cavabdeh olan atasından özünü mənzil sahəsi ilə təmin etmək, mülkiyyətçi olan atasından ailə üzü kimi həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malik olduğunu araşdırmamışdır. Bununla d a birinci instansiya məhkəməsi iş üçün əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamışdır.

20. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) 2(107)-383/2024 nömrəli, 04 aprel 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Mahir Əsədli (sədrlik edən və məruzəçi), Ələddin Məcidov və Elçin Mehdiyev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmış, apellyasiya şikayətinin dəlillərini əsassız hesab etmiş, əlavə olaraq qeyd etmişdir ki, hazırkı iş üzrə iddiaçının mübahisəli mənzildən çıxarılması tələbinə dair cavabdehin iddiası üzrə mülki işə Mingəçevir Şəhər M əhkəməsində, Şəki Apellyasiya Məhkəməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kolegiyalarında mahiyyəti üzrə baxılıb qiymət verilmişdir. Həmin iddia cavabdeh tərəfindən iddiaçıya qarşı mübahisəli mənzildən çıxarılma tələbi olsa da, hazırkı mülki iş üzrə müəyyən edilməli olan faktlar həmin iş üzrə tərəfləri iştirakı ilə artıq müəyyən edilmişdir. Belə ki, apellyasiya instansiya məhkəməsi iddiaçının mübahisəli mənzilin tərkib hissəsindən istifadə hüququnun tanınmasını istisna etmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab etmişdir ki, hazırkı iş üzrə iddiaçının mübahisəli mənzilin tərkib hissəsindən istifadə hüququnun yaranması əsaslarının mövcud olub-olmaması ilə bağlı işin mübahisə edilməyən halı kimi qəbul edilməli və təkrar müəyyən edilməməlidir.

22. Məhkəmə kollegiyas ı Dəniz adlı uşağın cavabdeh olan atasından özünü mənzil sahəsi ilə təmin etmək, mülkiyyətçi olan atasından ailə üzvü kimi həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malik olması barədə dəlilini əsassız hesab edərək, qeyd etmişdir ki, Mülki Məcəllənin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Ona görə də məhkəmə kollegiyası hesab etmişdir ki, müstəqil tələb irəli sürən 3-cü şəxs 4 oktyabr 2019-cu il təvəllüdlü Dəniz adlı uşaq anasının himayəsində olmaqla onunla birlikdə yaşadığından onun mübahisəli mənzilə istifadə hüquqnun tanınması yolverilməzdir.

23. Apellyasiya instansiyası məhkəməsi gəld iyi nəticəni Mülki Məcəllənin 27.2-ci maddəsinə, Mənzil Məcəlləsinin 30.1, 30.2-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 08 oktyabr 2013-cü il tarixli Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1, 228.2 və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli Qərarına, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 82.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri: Kassasiya şikayətin in dəlilləri.

24. Qətnamədən iddiaçı (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yeni apellyasiya baxışına göndərilməsini xahiş etmişdir.

25. Kassasiya şikayəti apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd olunmuşdur ki, məhkəmə işə baxarkən təqdim edilmiş sübutlara düzgün qiymət verməmiş, tətbiq edilməli olan hüquq normasını düzgün tətbiq etməmiş, işi tam və hərtərəfli araşdırmamış və bununla da həqiqəti əks etdirməyən qətnamə qəbul etmişdir. Hazırda o, Dəniz adlı övladıyla kirayəşin yaşayır. Bundan başqa Dəniz adlı uşağın cavabdeh olan atasından özünü mənzil sahəsi ilə təmin etmək, mülkiyyətçi olan atasından ailə üzü kimi həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququn a malikdir. Digər tərəfdən məhkəməyə təqdim olunmuş arayışlardan göründüyü kimi İddiaçı və onun az yaşlı qızı Mingəçevir şəhərində kirayəşin yaşayırlar. Belə olan halda həm iddiaçı, həm də müstəqil tələb irəli sürən 3-cü şəxsin yaşayış sahəsinə olan ehtiyac meyarı aradan qalxmamışdır. Lakin, işə baxan apellyasiya instansiya məhkəməsi bu halları nəzərə almamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

26. Maddə 151.1. İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür.

27. Maddə 153.2.2. Eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərə flərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir.

28. Maddə 261.0.2. Eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir.

29. Maddə 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

30. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəm iyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

31. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

32. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

33. Maddə 417.1.5. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını ta mamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.3, 259.0.8 və 259.0.10-cu maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya və ya bu Məcəllənin 261.0.1-261.0.7-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər.

34. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:

35. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, a şağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

36. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:

37. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olarsa hakim iş üzrə icraata xitam verir.

38. Baxılan iş üzrə İddiaçı, Cavabdeh, Mingəçevir Şəhər Məhkəməsində ba xılmış 2(051)-2146/2022 nömrəli mülki iş üzrə də tərəflər olmuşlar. Həmin mülki iş üzrə iddiaçı Cavabdeh, cavabdeh İddiaçı qarşı irəli sürdüyü “mənzildən çıxarılma” tələbinə dair iddiasında, cavabdeh İddiaçı Mingəçevir şəhəri N.Gəncəvi küçəsi 4B saylı evin, 7 saylı mənzilindən əşyaları ilə birlikdə çıxarılması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir.

39. Qeyd olunan iddia tələbi onunla əsaslandırılmışdır ki, Mingəçevir şəhəri N.Gəncəvi küçəsi 4B saylı evin 7 saylı mənzili 03 noyabr 2020-ci ildən onun mülkiyyətindədir. Cavabdeh İddiaçı adlı şəxsə heç bir haqq almadan mülkiyyətində olan evdə müvəqqəti qalmağa icazə vermişdir. Lakin hazırda İddiaçı ona məxsus olan mənzildən öz evi kimi istifadə edir və həmin mənzildən çıxmır. Onu məcburi evdən çıxarda bilmədiyindən məhkəməyə müraciət et mək məcburiyyətində qalmışdır. Mənzilin mülkiyyətçisi olmasına baxmayaraq öz mənzilinə girə bilmir. O, Pərvanəyə mənzilindən istifadə hüququ verməmişdir.

40. Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-2146/2022 nömrəli, 05 dekabr 2022-ci il tarixli qətnaməsinə əsasən, iddia təmin edilmiş, cavabdeh İddiaçı əşyaları ilə birlikdə Cavabdeh mülkiyyətində olan, Mingəçevir şəhəri N.Gəncəvi küçəsində yerləşən 4B saylı evin 7 saylı mənzilindən çıxarılması qət edilmişdir.

41. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-308/2023 nömrəli, 21 fevral 2023-cü il tarixli qətnaməsinə əsasən, cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin 05 dekabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Eyni zamanda həmin qətnamədən ca vabdeh tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-2483/2023 nömrəli, 03 avqust 2023-cü il tarixli qərarına əsasən təmin edilməmiş, apellyasiya instansiya məhkəməsinin 21 fevral 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsinin qətnaməsi qanuni qüvvəyə minmişdir.

42. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-308/2023 nömrəli, 21 fevral 2023-cü il tarixli qətnaməsində işin məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki halları kimi qeyd edilmişdir ki, hazırkı vəziyyətdə cavabdeh İddiaçı Cavabdeh ailə üzvü deyildir. Həmçinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüquq u olan şəxslər kateqoriyasına da aid deyildir. Belə ki, İddiaçı Cavabdeh ilə aralarında rəsmi nikah münasibətləri mövcud olmadığından onun Cavabdeh özünün saxlanılmasını tələb etmək hüququ da yaranmamışdır. Habelə mübahisəli yaşayış evinin mülkiyyətçisi ilə İddiaçı arasında müqavilə və ya ailə münasibətləri mövcud olmadığından, cavabdehin mübahisəli mənzildən istifadə etmək hüququnun olmasının heç bir hüquqi əsası yoxdur. Məhkəmə kollegiyası həmçinin İddiaçı apellyasiya şikayətində göstərdiyi Dəniz adlı övladının iddiaçı Cavabdeh qızı olduğu üçün onun qeyd olunan mənzildən istifadə hüququnun olmasına dair halla bağlı da qeyd etmişdir ki, iddiaçı Cavabdeh İddiaçı qarşı uşağı Dənizin mənzildən çıxarılması ilə bağlı hər hansı bir tələb irəli sürməmişdir. Məhkəmə kollegiyası həmçinin şikayət çinin diqqətinə çatdırmışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır.

43. Hazırkı iş üzrə də İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququnun tanınması” tələbinə dair verdiyi iddia ərizəsində, 2021-ci ilin avqust ayında Cavabdeh onları Mingəçevir şəhəri, N.Gəncəvi küçəsində yerləşən 4B saylı evin 7 saylı mənzilinə gətirərək, həmin evi onlara aldığını, mənzilin Dəniz adlı uşağına məxsus olduğunu bildirərək, onların orada yaşamaqlarını deməsini, onun azyaşlı uşağı ilə birlikdə həmin mənzildə yaşamasını, bir müddət cavabdeh ilə mehriban yaşasalar da, sonradan münas ibətlərinin pisləşməsini və ayrılmalarını, lakin ayrıldıqdan sonra azyaşlı uşağı ilə birlikdə qeyd olunan mənzildə yaşamasını, onun və uşağının qeyd olunan mənzildən başqa yaşamağa yaşayış sahələrinin olmadığını, Dəniz adlı uşağının gələcəkdə atasının vərəsəsi olduğunu və hazırda başqa yaşayış sahəsi olmadığı, həmçinin azyaşlı uşağı ilə birlikdə 2021-ci ildən mübahisəli mənzildə yaşayıb və təsərrüfatı idarə etdiyi üçün onların həmin mənzildən istifadə hüquqlarının olmasını qeyd edərək, azyaşlı uşağı ilə birlikdə Mingəçevir şəhəri, N.ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüququnun tanınması, həmçinin müstəqil tələb irəli sürən üçüncü şəxs Dəniz Hüseynlinin Cavabdeh mülkiyyətində olan mənzildən istifadə hüququnun tanınması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

44. Göründüyü kimi tərəfləri eyni olan hər iki iş üzrə - iddiaçı və azyaşlı uşağının mənzildən istifadələri ilə bağlı hissədə, iddianın predmeti və əsasları eynidir. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-308/2023 nömrəli, 21 fevral 2023cü il tarixli qətnaməsində işin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki halları kimi, cavabdeh İddiaçı ilə mübahisəli mənzilin mülkiyyətçisi Cavabdeh arasında ailə münasibətləri olmadığından, həmçinin cavabdeh İddiaçı mübahisəli mənzil üzərində hər hansı bir əşya hüququ qeydə alınmadığından, habelə mübahisəli yaşayış evinin mülkiyyətçisi ilə onun arasında müqavilə və ya ailə münasibətləri mövcud olmadığından, cavabdeh İddiaçı mübahisəli mənzildən istifadə etmək hüququnun olmasının heç bir hüquqi əsasının olmadığı müəyyən edilmişdir.

45. Qeyd olunma lıdır ki, mülki prosesdə iddianın predmeti dedikdə, iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüquq başa düşülür. İddianın predmetinə qanunla qorunan maraqları, o cümlədən, bütövlükdə hüquq münasibətlərini aid etmək olar. Təsbit olunmuş mülki hüquqların müdafiə vasitələrini nəzərə alaraq iddiaçı məhkəmədən: 1) cavabdehi hər hansı hərəkəti yerinə yetirməyə məcbur etməyi və ya belə hərəkəti etməkdən çəkindirməyi xahiş edə bilər. Bu cür iddianın predmetini iddiaçının cavabdeh tərəfindən müvafiq öhdəliyin könüllü olaraq yerinə yetirilməməsi ilə əlaqədar müəyyən hərəkətləri tələb etmək hüququ təşkil edir. Məsələn, cavabdehdən pul vəsaitinin tutulması barədə iddianın predmetini iddiaçının bu pul məbləğinin alınmasına dair maddi subyektiv hüququ (tələb etmək hüququ) təşk il edir; 2) iddiaçı məhkəmədən hüquq münasibətlərinin, subyektiv hüquqların və ya öhdəliklərin mövcudluğunu və ya onların olmamasını etiraf etməyi tələb edə bilər. Bu halda iddianın predmetini hər hansı əşyaya, əqli fəaliyyət nəticələrinə dair müstəsna hüquqlara aid olan mülkiyyət hüququ, əqdin etibarsızlığı və s. təşkil edir; 3) iddiaçının tələbi əsasında məhkəmə hüquq münasibətlərini dəyişdirə və ya onlara xitam verə bilər (MPM-in 53-cü maddəsi). Bu zaman iddianın predmetini tərəflər arasında mövcud münasibətlərin dəyişdirilməsinə və ya onlara xitam verilməsinə dair iddiaçının birtərəfli iradə ifadəsi təşkil edir.

46. İddianın predmeti ilə iddianın obyekti fərqləndirilməlidir. İddianın obyekti – iddiaçının əldə etməyə çalışdığı maddi nemətdir: pul məbləği, qeyri-yaşayış sahəsi, sair ko nkret əmlak. İddianın obyekti iddianın predmetinə daxildir və müstəqil əhəmiyyət kəsb etmir.

47. Bu baxımdan ayrı-ayrı iddia tələblərinin fərqli formada ifadə olunması və ya zahiri baxımdan fərqlənməsi iddianın predmetinin fərqli olduğu barədə qənaətə gəlmək üçün əsas ola bilməz. Oxşar iddia tələblərinin eyni predmetli olub-olmamasının müəyyənləşdirilməsi üçün həmin tələblərə iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüququ, onun qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətləri baxımından qiymət verilməlidir.

48. Həmçinin iddianın əsasını irəli sürülən iddia tələblərinin əsaslandırıldığı hüquqi faktlar təşkil edir. Onlara əqdlər, xüsusi olaraq müqavilələr, müddətin bitməsi faktı, hüquqların pozulması, ziyanın vurulması və s. aid edilə bilər. İd dianın əsası adətən bir faktdan deyil, iddianın faktiki tərkibi adlanan faktların məcmusundan ibarət olur. İddianın faktiki əsasını göstərməklə yanaşı, iddiaçı qanuna və digər normativ-hüquqi aktlara, cavabdeh tərəfindən pozulduğunu güman etdiyi hüquq normasına istinad etməyə də haqlıdır. Bu iddianın hüquqi əsasını təşkil edir. İddiaçı tələblərini tətbiq edilməli olmayan hüquq norması ilə əsaslandırdığı zaman məhkəmə qarşısında hansı hərəkətlərin edilməli olması məsələsi ortaya çıxa bilər. Burada ilk növbədə nəzərə almaq lazımdır ki, iddianın hüquqi əsaslandırılması onun faktiki əsası ilə eyniləşdirilməməlidir. İddianın hüquqi əsasının dəyişdirilməsi dedikdə, iddiaçının cavabdehə olan tələblərini əsaslandırdığı halların dəyişdirilməsi nəzərdə tutulur.

49. Beləliklə, baxılan iş üzrə eyni tə rəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının başqa mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnaməsi mövcuddur.

50. Bu hal Azərbaycan Respublikası MPM-in 153.2.2-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə hazırkı iddia ərizəsini icraata qəbul etməkdən imtina üçün, yaxud MPM-in 261.0.2-ci maddəsinə əsasən artıq icraata qəbul edilmiş iş üzrə icraata xitam verilməsi üçün əsas olmuşdur.

51. Buna baxmayaraq birinci instansiya məhkəməsi istinad olunan prosessual hüquq normalarının tələblərini pozmuş və işə mahiyyəti üzrə baxaraq qətnamə qəbul etmişdir.

52. Birinci instansiya məhkəməsinin qətnaməsindən iddiaçının verdiyi apellyasiya şikayəti əsasında işə baxmış apellyasiya instansiyası məhkəməsi də eyni prosessual pozuntuya y ol vermiş, MPM-in iş üzrə tətbiq edilməli olan 261.0.2-ci maddəsini tətbiq etməmişdir.

53. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddiaçının kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir.

54. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261.0.2, 417.1.5 və 418.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-383/2024 nömrəli, 04 aprel 2024-cü il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar