Məhkəmə qərarları › İş №2(102)-2575/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2575/2020

25.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2575/2020 25.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əliyev Ələsgər Əliabbas oğlu, Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı ASC-nin vəkili Məmmədov Amid Əbülfəz oğlunun iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(105)3611/2019 nömrəli qətnaməsindən İddiaçı ASC tərəfindən verilmiş kasasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin (hakim R.Qoşqarlı) xx.xx.2019-cu il tarixli, 2(060)-131/20 19 nömrəli qətnaməsi ilə İddiaçı ASC-nin cavabdehlər X5, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qarşı “kredit müqaviləsi üzrə borc tələbi və borcun ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası qismən təmin edilərək, cavabdehlər X6 və Cavabdeh2 müştərək qaydada xx.xx.2014-cü il tarixli, 119332-19845/2 saylı kredit müqaviləsinə əsasən 120941 ABŞ dolları məbləğində əsas borcun, 15963,49 ABŞ dolları məbləğində faiz borcunun, 619,70 ABŞ dolları cərimə üzrə borcun, ümumilikdə 137524,19 ABŞ dolları məbləğində borcun ödəniləcək günə manat ilə məzənnəsi hesablanmaqla, məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumunun, həmçinin ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat məbləğində dövlət rü sumunun alınaraq “xxxx” ASC-yə ödənilməsi, tutmanın X4 mülkiyyətində olan Sumqayıt şəhəri, Corat qəsəbəsi, məhəllə 1 ünvanında yerləşən 56 saylı fərdi yaşayış evinə yönəldilməsi, Sumqayıt şəhəri, Corat qəsəbəsi, məhəllə 1 ünvanında yerləşən 56 saylı fərdi yaşayış evinin ilkin satış qiymətinin 360.000 manat müəyyən edilməsi, fərdi yaşayış evinin açıq hərracdan ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə satılması, evin satışından əldə olunan cəmi 137524,19 ABŞ dolları məbləğində borcun «xxxx» (Azərbaycan) ASC-yə ödənilməsi və borc ödənildikdən sonra artıq qalan məbləğin X5 qaytarılması qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər L.Məmmədova, S.Qafari, F.Məmmədov) xx.xx.2019-cu il tarixli, 2(105)-3611/2019 nömrəli qətnaməsi ilə İddiaçı ASC tərəfindən verilmiş a pellyasiya şikayəti qismən təmin edilərək, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(060)-131/2019 nömrəli qətnaməsinin qismən, ipoteka predmeti olan əmlaka tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra cavabdehlərin həmin əmlakdan çıxarılmasının təmin edilməməsi hissəsində ləğv edilməsi, iddianın həmin hissədə təmin edilməsi, ipoteka predmeti olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra X6, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 həmin evdən çıxarılması, boşaldılaraq iddiaçıya təhvil verilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanması qət edilmişdir. İddiaçı ASC iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsindən kasasiya şikayəti vermişdir. İşin hal ları: İddiaçı ASC cavabdehlər X5, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qarşı “kredit müqaviləsi üzrə borc tələbi və borcun ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2014-cü il tarixli, 119332-1-9845/2 saylı kredit müqaviləsinə əsasən xx.xx.2017-ci il tarixə Banka borclu olduğu 120941 ABŞ dolları məbləğində əsas borc, 15963,49 ABŞ dolları məbləğində faiz borcu, 6197 ABŞ dolları cərimə üzrə borc olmaqla, ümumilikdə 143101,49 ABŞ dolları pul məbləğinin (qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə), eləcə də 30 manat məhkəmə üçün və 30 manat ipotekanın qeydə alınması üçün ödənilmiş, cəmi 60 manat məbləğində dövlət rüsumunun müştərək qaydada X3 və Cavabdeh2 “xxxx” (Azərbaycan) ASC-nin xeyrinə tutulm ası, Bank qarşısında ipoteka ilə yüklü edilmiş ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 227.11 kv.m, yaşayış sahəsi 132.04 kv.m olan 5 otaqlı, 2 mərtəbəli fərdi yaşayış evinin ilkin satış qiymətini 80000 manat məbləğində müəyyən etməklə cavabdehlərdən tutulmalı olan məbləğin həmin fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və satışdan əldə edilən vəsaitin «xxxx» (Azərbaycan) ASC-yə ödənilməsi, daşınmaz əmlaklara tutma yönəldikdən və satıldıqdan sonra ipoteka qoyan X6 və onunla birlikdə yaşayan ailə üzvləri Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən ən gec bir ay ərzində tərk etmədikdə və yaşayış sahələrindən çıxmadıqda həmin şəxslərin mənzildən məcburi qaydada çıxarılmaları və mənzillərin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kasasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: İddiaçı ASC-nin vəkili Məmmədov Amid Əbülfəz oğlu kasasiya şikayətini onunla əsaslandırmışlar ki, apelyasiya instansiya məhkəməsi bankın hüquqlarını kobud səkildə pozulması ilə nəticələnən qətnamə qəbul etmişdir. Bildirir ki, ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin 5 dəfəyə yaxın artıq (360.000 manat məbləğində) müəyyən edilməsi əsassızdır. Belə ki, qiymətləndirmə rəyindən görünür ki, məhkəmənin ekspertiza qarşısında qoyulan sualları və ya ilkin satış qiymətinin müəyyən edilməsinin məhz məhkəmə qərardadı əsasında aparılması haqqında məlumat rəydə ümumiyyətlə yer almamışdır. iş materiallarına əlavə edilmiş həmin q iymətləndirmə rəyindən onun ekspert tərəfindən deyil, rəydə qeyd olunan kimi “mütəxəssis” tərəfindən tərtib olunduğunu müşayiət etmək olar ki, həmin “mütəxəssisin” bilikləri və həmin sahə üzrə təcrübəsi haqqında heç bir məlumat və ya sübut qiymətləndirmə rəyində əks olunmamış, ona əlavə edilməmişdir. Azərbaycan Respublikası İpoteka haqqında Qanun 1.0.9-ci maddəsinə əsasən ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir, lakin qiymətləndirmə rəyinin 3-4, 11, 13 və 18-ci vərəqəsindən göründüyü kimi, rəy üzrə ipoteka predmetinin likvid deyil, bazar qiymətini müəyyən etmişdir. Qiymətləndirmə rəyində ipoteka predmetinin ilkin satış qiymətinin “müqayisəli” satış üsulu ilə aparıldığını qeyd etsə də, mütəxəssisin ipoteka predmetini hansı satışa çıxarılmış analoji və ya oxşar fərdi yaşayış evləri ilə müqaisə etdiyini qiymətləndirmə rəyindən müəyyən etmək mümkün olmamışdır. Qiymətləndirmə rəyində mütəxəssis ipoteka predmetinin qiymətinin “bazar məlumatını” nəzərə alınmaqla müəyyən etdiyini qeyd etsə də, bazar məlumatlarının əldə edilməsi mənbəyi haqqında qiymətləndirmə rəyində heç bir müvafiq qeyd aparılmamışdır. Buradan görünür ki, qiymətləndirmə düzgün aparılmamış mübahisəli əmlakın dəyəri şişirdilərək həqiqi bazar dəyərindən 4 dəfədən artıq müəyyən olunmuş və bununla da apelyasiya instansiyası məhkəməsi ipoteka predmetinin ilkin satış qiymətinin 360000 manat müəyyən edilməsi hissəsində əsassız qənaətə gəlm işdir. Göstərilənlərə əsasən o, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(105)-3611/2019 nömrəli qətnaməsininləğv olunması və mülki işin yeni apelyasiya icraatına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin cavabdehlər X6, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən İddiaçı ASC-nin vəkili Məmmədov Amid Əbülfəz oğlu kasasiya şika yətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Qanunun tələbinə görə kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlayır. Kasasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da, apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarıının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kasasiya instansiyas ı məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Apelyasiya instansiyası məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, məhkəmə haqlı olaraq həmin qiymətləndirmə ilə bağlı mübahisə olduğuna görə “S-Əmlak” Qiymətləndirmə mərkəzi tərəfindən verilmiş xx xxxx 2019-cu il tarixli rəyi nəzərə almışdır. Həmin rəyə əsasən Sumqayıt şəhəri, Corat qəsəbəsi, 1-ci məhəllə, 56 saylı fərdi yaşayış evinin orta bazar dəyəri 360.000 manat müəyyən edilir. Odur ki, məhkəmə ekspert rəyinə əsaslanaraq ipoteka predmetinin ilkin satış qiymətinin 360.000 manat müəyyən edilməsini ağılabatan hesab etmişdir. Apelyasiya kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməkdə haqlı olsa da ipoteka predmeti olan əmlaka tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra cavabdehlərin həmin əmlakdan çıxarılmasının təmin edilməməsi hissəsində gəlmiş olduğu nəticə ilə razılaşmaq olmaz. «İpoteka haqqında» Qanunun 33-cü maddəsinə görə borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. İstinad olunan maddənin məzmunundan göründüyü kimi ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvlərinin və digər şəxslərin tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmələri tutmanın həmin yaşayış sahəsinə yönəldilməsi və satışı ilə şərtləndirilir. Apelyasiya kollegiyası hesab etmişdir ki, apelyasiya şikayəti cərimə borcunun tam ödənilməsi və ipoteka predmetinin yenidən qiymətləndirilməsinə dair hissədə əsassız olduğu üçün təmin edilməməlidir. Belə ki, iş materiallarından görünür ki, iddiaçının tutulmasını tələb etdiyi cərimə tənasübsüz surətdə yüksəkdir və məhkəmə haqlı olaraq həmin məbləği azaltmışdır. Bundan başqa apelyasiya kollegiyası hesab etmişdir ki, iş üzrə 2 dəfə ipoteka predmeti qiymətləndirilmişdir. Ona görə də onun yenidən qiymətləndirilməsinə ehtiyac yoxdur. Kasasiya kollegiyası aşağıda göstərilən əsaslara görə, apelyasiya instansiyası məhkəməsinin ipotekja predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsi üzrə gəldiyi nəticəni əsaslı hesab etmir. Belə ki, kasasiya yoxlaması zamanı müəyyən edilmişdir ki, ipoteka predmetinin ilkin satış qiyməti müəyyən edilərkən qiymətləndirici qarşısında ipoteka predmetinin bazar dəyərinin hansı məbləğ təşkil etməsi barədə sual qoyularaq, əmlakın bazar dəyəri ilkin satış dəyəri kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 418-1.1-ci maddəsinə əsasən, Ali Məhkəmənin məhkəmə tərkibi işə kasasiya qaydasında baxarkən Ali Məhkəmənin digər məhkəmə tərkibinin əvvəllər qəbul etdiyi qərarda müəyyən edilmiş hüquqi mövqedən fərqli yanaşmanın tətbiq edilməsini zəruri hesab etdikdə və ya Ali Məhkəmənin məhkəmə tərkibi apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 418.6-cı maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadın ın əsaslandırılması ilə razılaşdıqda, həmin mübahisəli hüquqi məsələyə hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi məqsədilə Ali Məhkəmənin mülki və kommersiya kollegiyalarına daxil olan bütün hakimlərdən ibarət tərkibdə baxılır. Həmin Məcəllənin 418-1.3-cü maddəsinə əsasən, Ali Məhkəmənin mülki və kommersiya kollegiyaları mübahisəli hüquqi məsələyə birgə baxaraq ona dair hüquqi mövqeyini qəbul etdiyi qərardadda təsbit edir. Həmin Məcəllənin 418-1.4-cü maddəsinə əsasən, Ali Məhkəmənin işə baxan məhkəmə tərkibi, habelə eyni xarakterli məsələlərə baxarkən bütün digər məhkəmə tərkibləri bu Məcəllənin 418-1.3-cü maddəsində nəzərdə tutulmuş qərardadda müəyyən edilmiş hüquqi mövqeni rəhbər tutmalıdırlar. “İpoteka Haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının məhkəmə qərarlarının vahidliyi təcrübəsini təmin edən 01 nömrəli, xx.xx.2020-ci il tarixli qərardadına əsasən mübahisəli məsələyə qiymət vermək üçün ilk növbədə “İpoteka haqqında” Qanunun müvafiq müddəaları təhlil edilməlidir. Belə ki, “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti – qanunun tələbinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğ u şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Qanunun 1.0.9-cu maddəsindən göründüyü kimi, sözügedən normada ipoteka predmetinin ilkin satış qiymətinin anlayışı aydın şəkildə həmin əmlakın məhz likvid qiymətini ehtiva etməsi kimi verilmişdir. ipoteka predmetinin likvid qiymətlə satılması borc alanın və ipoteka qoyanın da qanuni maraqlarına zidd deyil. Belə ki, ipoteka predmetinin realizasiyasının likvid qiymət əsasında daha tez həyata keçirilməsi borcun vaxtında ödənilməməsinə görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq maddələri ilə nəzərdə tutulmuş əlavə ödənişlərin tutulmasının qarşısını da almaqla borcluları əlavə zərərdən qorumuş olacaqdır. Digər tərəfdən, likvid qiymət real bazar dəyərindən nisbətən aşağı olsa da, əhəmiyyətli qiymət fərqi olmadan dəyər itkis i yaratmayan həddə olduğundan və yalnız məcburi qaydada satışa tətbiq edildiyindən ipoteka qoyanın maraqlarına da zidd kimi qiymətləndirilməməlidir. Belə ki, Qanun ədalətli yanaşma müəyyən edərək, ipotekaqoyana ipoteka predmetini hərrac yekunlaşana qədər borcu ödəməklə ipotekadan azad etmək, habelə ipotekasaxlayanla qarşılıqlı razılıq əsasında ipoteka predmetini könüllü olaraq satmaq imkanı vermişdir. Bundan əlavə, “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsində ipoteka predmetinin ilkin satış qiymətinin ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında müəyyən edilməsi imkanı nəzərdə tutulmuşdur. Həmçinin, qeyd edilməlidir ki, ipoteka predmeti olan əmlakın likvid qiymətlə açıq hərraca çıxarılması ipoteka predmetinin ilkin hərracda daha tez realizə edilərək, hərrac qaydalarına əsasən növbəti hərracdan mülkiyyətiçinin mənafeyinə zidd şəkildə ucuz qiymətə satılmasının qarşısını almaqla, iş üzrə qəbul edilmiş məhkəmə aktlarının da vaxtında icra olunmasına yardım etmiş olacaqdır. kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması barədə tələblər üzrə işlərə baxılarkən “İpoteka haqqında” Qanunun tələblərinə riayət etmək üçün ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı aparılan məhkəmə araşdırmasında qanunla müəyyən edilmiş ardıcıllığa riayət edilməlidir. Belə ki, ilk növbədə ipotekaqoyanla ipotekasaxlayanın ipoteka predmetinin ilkin satış qiymətinin ipoteka müqaviləsində, Qanunun 10.5-ci maddəsinin tələbinə uyğun olaraq qeyd edilmiş qiymətlə müəyyən edilməsinə münasibəti öyrənilməlidir. Bunun la bağlı razılıq olmadıqda isə, Qanunun 39.3.3-cü maddəsinə uyğun olaraq müqavilədə nəzərdə tutulduğundan fərqli həddə ilkin satış qiyməti ilə bağlı istinad edilən tərəflərin razılaşmasının olub-olmaması aydınlaşdırmalıdır. Məhkəməyə təqdim olunan razılaşma Mülki Prosessual Məcəllənin 106.3 və 191.1-ci maddələrinin tələbləri baxımından yazılı şəkildə tərtib edilməli, ya məhkəmə iclas protokoluna imza edilməklə təsdiq olunmalı, ya da tərəflərin razılığı bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə ifadə olunmalıdır. Bu halda məhkəmə tərəflərin razılaşması ilə müəyyən edilmiş qiymətlə, onun əmlakın likvid və ya real bazar qiymətini təşkil edibetməməsindən asılı olmayaraq bağlıdır. Buna baxmayaraq, məhkəmə Mülki Prosessual Məcəllənin 52.5 və 106.4 -cü maddələrində sadalanan halların mövcudluğunu aşkar etdikdə həmin razılaşmanı nəzərə almaya bilər. Belə razılaşmanın əldə edilmədiyi, yaxud məhkəmə tərəfindən nəzərə alınmadığı hallarda isə ipoteka predmetinin ilkin satış qiyməti müstəqil qiymətləndiricinin rəyi (mütəxəssis rəyi) əsasında müəyyən edilməlidir. Nəzərə alınmalıdır ki, mütəxəssis rəyinin mübahisə tərəflərinin təqdim etməsindən, yaxud məhkəmə qərardadı ilə təyin edilmiş əmlakın qiymətləndirilməsi ilə bağlı qərardadla alınmasından asılı olmayaraq, rəydə ipoteka predmetinin yalnız likvid qiyməti deyil, həmçinin likvid qiymətin ağlabatanlığının dəyərləndirməsi baxımından əhəmiyyətli olan real bazar qiyməti də əks olunmalıdır. Bu yanaşma “İpoteka haqqında” Qanunun 54-cü maddəsinin torpaq sahəsinin ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı tələbindən də irəli gəlir. Nəticədə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının qeyd edilən qərardadı ilə “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməli olması qərara alınmışdır. Apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnamədə ipoteka predmetinin ilkin satış qiymətini bazar dəyəri ilə müəyyən etməsinin səbəblərini əsaslandırmamışdır. Hazırki halda kasasiya yoxlaması zamanı müəyyən edilir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi “İpoteka Haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələs inə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının məhkəmə qərarlarının vahidliyi təcrübəsini təmin edən 01 nömrəli, xx.xx.2020-ci il tarixli qərardadı ilə müəyyən edilmiş hallara ziddir və apelyasiya məhkəməsinin ipoteka predmetinin ilkin satış qiyməti ilə bağlı yanaşması onun tərəfindən əsaslandırılmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 418.6-cı maddəsinə əsasən, hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, qətnamə və ya qərardad Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun maddi və ya prosessual hüquq normalarının tətbiqi ilə bağlı məhkəmə təcrübəsinə dair məsələlər üzrə izahlarına zidd olsun və həmin izahlarda təsbit olunmuş hü quqi mövqedən fərqli yanaşmanın tətbiqi zərurəti kifayət qədər əsaslandırılmasın. Göstərilən normalara və “İpoteka Haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının məhkəmə qərarlarının vahidliyi təcrübəsini təmin edən 01 nömrəli, xx.xx.2020-ci il tarixli qərardadı ilə müəyyən edilmiş hallara əsasən kasasiya kollegiyası hesab edir ki, iddiaçının kasasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(105)-3611/2019 nömrəli qətnaməsi ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində ləğv edilməli və həmin hissədə iş yeni apelyas iya baxışına qaytarılmalıdır. Azərbaycan Respublikasının MPM-nin14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən, kasasiya instan siyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Azərbaycan Respublikası MPM-in 417.1.3-cü maddəsinə əsasən kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Azərbaycan Respublikası MPM-in 420-ci maddəsinə əsasən kasasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 418.1, 418.3, 419, 420, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı ASC tərəfindən verilmiş kasasiya şikayəti qismən t əmin edilsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(105)3611/2019 nömrəli qətnaməsi ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində ləğv edilsin və həmin hissədə iş yeni apelyasiya baxışına qaytarılsın. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar