Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-2575/2023 18.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibinin İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ İş № 2(102)-2575/2023 (Açar sözlər: kassasiya şikayətinin mümkünlüyü, kassasiya şikayətinin vəkil tərəfindən imzalanmaması) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyanın hakimi Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), İnzibati kollegiyanın hakimi Nəbizadə Rahib Sahib oğlu və Kommersiya kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlundan ibarət qarışıq tərkibdə, İddiaçı Cavabdeh qarşı vurulmuş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iş üzrə Lənkəran Rayon Məhkəməsinin 2( 049)-1887/2023 nömrəli, 25 aprel 2023-cü il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayəti nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ:
1. İddiaçı Cavabdeh qarşı vurulmuş 1296 manat məbləğində maddi və 1000 manat məbləğində mənəvi ziyanın ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. Lənkəran Rayon Məhkəməsinin 2(049)-1887/2023 nömrəli, 25 aprel 2023-cü il tarixli qərardadı ilə (hakim Anar Pənahov) işə məhkəmə aidiyyəti üzrə kommersiya məhkəməsində baxılmalı olması əsası ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır.
3. İddiaçı həmin qərardaddan şikayət vermiş və şikayət baxılması üçün işlə birlikdə Ali Məhkəməyə göndərilmişdir.
4. İddiaçı tərəfindən verilmiş şikayət nəzərdən keçirilərkən məlum oldu ki, şikayət vəkil tərəfindən tərtib olunmamış və şikayətə vəkilin orderi əlavə olunmamışdır.
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 403-1.3.-cü maddəsinə əsasən, məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayət bu Məcəllənin 407.1 – 407.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olaraq verilir. Şikayətə vəkilin orderi də əlavə olunur.
6. MPM-in 407.3-cü maddəsinə əsasən, şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır.
7. Həmin Məcəllənin 403-1.4-cü maddəsinə görə, şikayətin qaytarılması məsələsi bu Məcəllənin 408-ci maddəsində nəzərdə tutulmuş qaydada birinci instansiya məhkəməsi və ya kassasiya instansiyası məhkəməsi tərəfindən həll edilir.
8. MPM-in 404-1.2-ci maddəsinə əsasən işə kassasiya qaydasında baxmaq ü çün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir.
9. Ona görə də, kassasiya şikayəti qeyri-mümkün hesab edilməli və iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır.
10. Qeyd edilənləri nəzərə alaraq və MPM-in 404-1.2 və 407-ci maddələrini rəhbər tutaraq, Qarışıq məhkəmə tərkibi QƏRARA ALDİ: Lənkəran Rayon Məhkəməsinin 2(049)-1887/2023 nömrəli, 25 aprel 2023-cü il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilsin və iş həmin məhkəməyə qaytarılsın.