Məhkəmə qərarları › İş №2(102)-2575/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-2575/2025

04.11.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilm
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2575/2025 04.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mənzilə istifadə hüququna kompensasiya ödənilmədən xitam verilməsi, mənzildən çıxarılma) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlundan və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı “istifadə hüququna xitam verilməklə mənzildən çıxarılma tələbinə dair” mülki iş üzrə Bakı Apellyasiya Məhkə məsi Mülki kollegiyasının 2(103)-2650/2025 nömrəli 17 iyun 2025-ci il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə 04 noyabr 2025-ci il tarixdə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsi, 18 saylı evin 35 saylı mənzili (yeni qaydalarla: AZ 1129, Bakı şəhəri Xətai rayonu Tusi küçəsi 190, M9, m1) xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 28 fevral 2024cü il tarixdə qeydiyyata alınmışdır. 2. ünvan 5nə dair Cavabdeh6 mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2025-ci il tarixdə qeydə alınmışdır.

3. Cavabdeh1 Əhiyəddin qızı Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsi, ev 18, 35 saylı mənzildə 26 iyun 1990-cı ildən, oğlu Cavabdeh6 2000-ci ildən, oğlu Cavabdeh3 2004-cü ildən, oğlu X6 2010-cu ildən daimi qeydiyyatdadırlar.

4. Bakı şəhəri üzrə Təhsil İdarəsi 287 saylı “Zəkalar liseyi” tərəfindən X3 verilmiş 260 nömrəli, 28 noyabr 2024-cü il tarixli arayışdan görünür ki, o, həqiqətən 2016-cı il tarixində 287 №-li Zəkalar liseyinin İ sinfinə daxil olmuş və hazırda təhsilini həmin liseyin İX sinfində davam etdirir.

5. Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsi, ev 18, 35 saylı mənzildə yaşayan İddiaçı Bakı şəhəri 36 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş 08 yanvar 2013-cü il tarixli vəsiyyətnamə ilə harada yerləşdiyindən və nədən ibarət olmasından asılı olmayaraq, ölən gündən ona məxsus olan bütün əmlakını Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsi, ev 18, 35 saylı mənzildə yaşayan qızı Cavabdeh1 vəsiyyət etmişdir.

6. İradə Hacıyeva, Gülənlər Quliyeva, Ehtiram Quliyev, Miryusif Quliyev, Şəlalə Şirəliyeva və Hacıqulu Nuriyev tərəfindən tərtib edilmiş 29 noyabr 2024-cü il tarixli aktdan görünür ki, ünvan 1 ünvanında yaşayan Cavabdeh1 qonşuları öz imzaları ilə təsdiq etmişlər ki, həqiqətən Cavabdeh1 uzun müddətdir ki, tanıyırlar, o, 1989-cu ildən indiyədək ünvan 2 ünvanında yaşamış və həmin mənzildən istifadə etmişdir və hazırda isə övladları ilə birlikdə həmin mənzildə yaşayırlar. 7. ünvan 3 ünvanında İddiaçı, Cavabdeh1, Cavabdeh3, Cavabdeh6, X6, X7, Cavabdeh4, X1, Cavabdeh5 qeydiyyatdadırlar. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı (bundan sonra “iddiaçı”) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh5, Cavab deh6, X6 və Cavabdeh1 yetkinlik yaşına çatmayan xx.xx.2010-cu il təvəllüdlü Cavabdeh3 ilə birlikdə iddiaçıya məxsus Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsi, 18 saylı evin 35 saylı mənzilinə (yeni qaydalarla: AZ1129, Bakı şəhəri, Xətai rayonu, Tusi küçəsi, 190, M9,m11) yaşayışistifadə hüququnun itirilmiş hesab edilməsi və həmin şəxslərin mənzildən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsi, 18 saylı mənzilin 35 saylı mənzil (yeni qaydalarla: AZ1129, Bakı şəhəri, Xətai rayonu, Tusi küçəsi, 190, M9,m11) xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. Həmin mənzil xx.xx.2024-cü il tarixdə iddiaçıya vərəsəlik yolu ilə keçmişdir. Cavabdehlər iddiaçının övladları və nəvələri dir. Cavabdeh4 ailə qurduqdan sonra sözügedən mənzili tərk edərək ərinə məxsus evə gəlin köçmüşdür. Lakin pasport qeydiyyatından çıxmamışdır. Sonradan övladları xx.xx.2003-cü il tarixli Cavabdeh2 və xx.xx.1998-ci il tarixli Cavabdeh5 qanunverciliyə uyğun olaraq analarının qeydiyyatı üzrə iddiaçının evinə qeydiyyata düşmüşlər. Lakin heç vaxt iddiaçının evində yaşamamışlar, onlara aid heç bir əşya da həmin evdə yoxdur, qeydiyyatları formal xarakter daşıyır. Bundan başqa, iddiaçının digər övladı olan Cavabdeh1 da ailə həyatı qurarkən gəlin köçərək evi tərk edib getmişdir. Sadəcə onlara məxsus ev sənədsiz olduğundan mübahisəli mənzildə qeydiyyatdan çıxmamışlar. xx.xx.2000-ci il təvəllüdlü Cavabdeh6, xx.xx.2010-cu il təvəllüdlü Cavabdeh3, və xx.xx.2010-cu il təvəllüdlü X6 da iddiaçının mənzil inə qeydiyyata düşmüşlər. Lakin sonradan Cavabdeh1 ailəsi ilə birgə Bakı şəhəri, Biləcəri qəsəbəsində kirayədə yaşamağa başlamışdır. İddiaçının oğlu və yoldaşı rəhmətə getdikdən sonra qızına kömək məqsədi ilə İddiaçı onlara onunla müvəqqəti yaşamağı təklif etmişdir. Bir müddət Cavabdeh1 ailəsi ilə birlikdə iddiaçının mənzilində yaşamışdır. Yoldaşının ölümündən sonra mənzillərini kirayə verərək iddiaçının evində yaşamağa davam etmişdir. Buna baxmayaraq Cavabdeh1 və övladları iddiaçının təhqir edir, aralarında tez-tez münaqişələr olur. İddiaçının dinc həyatını cəhənnəmə çevirmişlər. Belə ki, Cavabdeh1 övladları iddiaçının nəvələri olsalar da onlar özlərindən yaşca böyük olan nənələrinə (iddiaçıya) qarşı hörmətsizlik edir, üzərinə qışqıraraq onu təhqir edirlər. 2024-cü ilin may ayından bu cür ə özbaşına hərəkətləri ucbatından iddiaçı öz mənzilindən çıxıb getmişdir. Göründüyü kimi, cavabdehlər iddiaçıya məxsus mənzildən uzun illərdir özbaşına istifadə etdiklərindən iddiaçı öz mülkiyyətindən sərbəst istifadə etmək imkanından məhrum olmuşdur. İddiaçı dəfələrlə Cavabdeh1 mənzildən çıxmağı, kirayə verdiyi evlərdən birində yaşamağı ona bildirsə də, heç bir nəticəsi olmamış, o evi tərk etməmişdir. Buna görə də, iddiaçı məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Hesab edir ki, cavabdehlərin həmin mənzilə yaşayış-istifadə hüququ itirilmiş hesab edilməli və mənzildən çıxarılmalıdırlar.

10. Cavabdeh1 iddiaya etirazında göstərmişdir ki, 1999-cu ildə ailə həyatı qurmuşdur. Yoldaşı əvvəl maşın ustası olmuş, sonradan bizneslə məşğul olmuşdur. Onların ayrıca evləri olmuş, yoldaşı işə görə ev i satmış və kirayə yaşamışlar. Anasının yanına köçəndə böyük oğlunun 8 yaşı olmuşdur. Onlar 3 bacı, 1 qardaş olmuşlar. Qardaşı narkomaniyadan əziyyət çəkmiş, sonradan rəhmətə getmişdir. Qardaşının müalicəsi ilə bağlı xərcləri onun yoldaşı qarşılamışdır. 2010-cu ildə atası rəhmətə getmiş, ondan 1 il qabaq balaca bacısı evdə olmuş, bacısını qonşu evə görə qaçırmışdır. İddiaçı həmin qızını danışdırmamışdır. Həyat yoldaşı Ayna Sultanovada yeləşən evlərini kirayə vermiş, bu səbəbdən onlar ailəsi ilə birlikdə qayınanasıgildə yaşamışlar. Atası rəhmətə gedəndən sonra iddiaçı ona birlikdə yaşamaqlarını bildirmişdir. Həmin vaxt onun yoldaşı əslində buna razı olmamış, lakin iddiaçının təkidlərinə görə 2010-cu ildən ailəsi mübahisə predmeti olan mənzilə köçmüşdür. İddiaçı 2012-ci ilədək uşaq bağçasınd a işləmiş, sonralar səhhətində problemlər yaranmış, ürəyini anju etmişlər, əməliyyatlar olunmuş, onda 2012-ci ildən 4-cü dərəcə xərçəng xəstəliyi yaranmışdır, kimyaterapiya qəbul etmişdir. Bunlar olan zaman Cavabdeh1 iddiaçının yanında olmuş, ona qulluq etmişdir, bacılarının heç biri gəlməmişdir. İddiaçının bu günədək sağlam yaşamasına səbəb ona yaxşı qulluq edilməsi, müalicəsinin vaxtında edilməsi ilə əlaqəlidir. İddiaçı hər zaman yayda Goranboy rayonuna gedib-gəlmişdir. Goranboyda atasından qalan evi var. Həmin evi 2016-cı ildən təmir etmiş, 24000 manata yaxın pul xərcləmişdir. 2020-ci ildə həyat yoldaşı rəhmətə getmiş, bu vaxta qədər yaxşı yaşamışlar. İddiaçı 2023-cü ilin dekabr ayının 24-dən Bakıya gəlmiş və onu məhkəməyə verəcəyini bildirmişdir.

11. Cavabdeh1 nümayəndəsi etiraz ərizəs i verərərk, etirazı onunla əsaslandırmışdır ki, cavabdeh həmin evdə 1989-cu ildən ailə üzvü kimi yaşamış və 1990- cı ildən pasport qeydiyyatına alınmışdır. Həmin gündən hazırkı günədək orada yaşayır. İddia ərizəsinə əlavə edilmiş Bakı şəhəri Xərai rayon İcra Hakimiyyəti Xətai rayon Mənzil Kommunal Təsərrüffat Birliyinin 6 saylı MKİS-nin verdiyi arayışdan göründüyü kimi, qeydiyyatda cavabdeh həmin mənzildə 1990-cı ildən, övladları isə 2009-və 2012-ci illərdə qeydiyyatda olmaqla, orada yaşamışlar. Cavabdehin həmin mənzildə 1989-cu ildən mübahisəli mənzildə yaşamaları qonşuların aktı ilədə təsdiq edilir. Həmçinin cavabdeh həmin mənzilin təmir edilməsində yaxından iştirak etmiş və mənzildə olan əşyalar isə hamısı ona məxsusdur. Hazırda həmin evdə 35 ildir ki, yaşayır. Həmin ünvanda məişət tull antılarının daşınması üçün və kommunal xidmətlərlə bağlı ödənişlər iddiaçı tərəfindən həyata keçirilmişdir. Ailənin bir üzvü kimi həmin mənzildən istifadə etmişdir. Övladları həmin ərazidə yerləşən poliklinikada qeydiyyatdadır, həmin ərazidə yerləşən məktəbə getmişlər. Cavabdehin anasını evdən qovması və ona qarşı təhqir və digər hərəkətlər etməsi yalandır. Bunu təsdiq edəcək heç bir sübut iddia ərizəsinə əlavə edilməmişdir. Anası həmin evdə qalmamış və həmişə rayonda olmuşdur. Hazırda iddiaçının belə bir iddia ilə məhkəməyə müraciət etməsi də onun fikri deyildir. Çünki anası hazırda xəstəlikdən əziyyət çəkir, bu iddianın da qaldırılması digər şəxslərin işidir. Belə ki, anası ilə münasibətləri həmişə yaxşı olmuş, evdə olarkən onun qulluğunda iddiaçı dayanmış və ona baxmışdır. Hətta notar ial qaydada vəsiyyətnamə verərək, mənzili ona bağışlamışdır. Buna görə də cavabdeh anasının ona qarşı aqressiyasını başa düşə bilmir və yan təsirlərin olduğunu düşünür.

12. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 05 fevral 2025-ci il tarixli 2(011)615/2025 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh5 Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsi, ev 18, 35 saylı mənzil (Yeni qaydalarla: AZ 1129, ünvan 4 ünvanında yerləşən yaşayış sahəsinə olan istifadə hüququna xitam verilməsi, iddia tələblərinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. (hakim İlahə Abbasova)

13. Birinci instansiya məhkəməsi ilkin olaraq hesab etmişdir ki, xüsusi mülkiyyətdə olan mənzildə yerləşən yaşayış sahəsinə istifadə hüququnun əmələ gəlməsi üçün 2000-ci il 01 sentyabr tarixinədək Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsində və ya 2000-ci il 01 sentyabr tarixindən sonra Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsində müəyyən edilmiş əsaslar mövcud olmalıdır. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2001-ci il tarixli qərarı). Hazırki mübahisənin həlli 08 iyul 1982-ci il tarixdən 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin normaları ilə tənzimlənməlidir

14. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, mübahisə predmeti olan mənzil iddiaçıya məxsusdur və xüsusi mülkiyyət hüququ üzrə iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində 28 fevral 2024-cü il tarixdə qeydiyyata alınmışdır. Həmin mənzildə iddiaçı və cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh6, X6, X7, Cavabdeh4, X1, Cavabdeh5 qeydiyyatdadır. Qeydiyyatda olan şəxslər iddiaçının övladları və nəvələridir. Cavabdehlərdən Cavabdeh4 ailə qurduqdan sonra həmin mənzildən köçmüşdür, həmin vaxtdan həmin mənzildə yaşamır, onun övladları X7 və Cavabdeh5 da mübahisəli mənzildə heç vaxt yaşamamışdır.

15. Birinci instansiya məhkəməsi cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh5 mübahisəıdə adı keçən mənzilə yaşayış-istifadə hüququnun itirilmiş hesab edilməsi hissəsini araşdıraraq hesab etmişdir ki, Cavabdeh4 mübahisəli mənzilə istifadə hüququ formal xarakter daşıdığından, o, artıq uzun müddətdir ki, başqa yaşayış sahəsində yaşadığından, Cavabdeh2, Cavabdeh5 mübahisəli mənzildə heç vaxt yaşamadığından, həmin şəxslərin mübahisəli mənzilə istifadə hüququnun qalması mülkiyyətçi olan iddiaçının mülkiyyət hüquqlarını sərbəst surətdə həyata keçirməsinə mane olduğundan, iddiaçı cavabdehlərə görə mənzilə dair sərəncam vermək hüququnu sərbəst şəkildə həyata keçirə bilmədiyindən, iddia təmin olunmalı və cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh5 mübahisəli mənzildə yaşayış sahəsinə olan istifadə hüquqlarına xitam verilməlidir.

16. Birinci instansiya məhkəməsi iddia tələbnin Cavabdeh6, X6 və Cavabdeh1 yetkinlik yaşına çatmayan xx.xx.2010-cu il təvəllüdlü Cavabdeh3 ilə birlikdə həmin mənzilə yaşayış-istifadə hüququnun itirilmiş hesab edilməsi və mənzildən çıxarılmaları hissəsində belə qənaətə gəlmişdir ki, tərəflərin məhkəmə iclasında verdiyi izahatlarla və iş materialları ilə təsdiq olunan hal iddiaçının övladı Cavabdeh1 övladları ilə birlikdə 2010-cu ildən (iddiaçının ərinin vəfatından sonra) mübahisəli m ənzildə yaşaması və mənzilə dair xərcləri (kommunal və sair) çəkməsindən ibarətdir. İddiaçı hazırda həmin cavabdehlərlə şəxsi münasibətlərinin yaxşı olmaması səbəbindən onların istifadə hüququna xitam verilməklə, mənzildən çıxarılmaları tələbi ilə məhkəmə müraciət etmişdir. Hazırda iddiaçı Cavabdeh1 və onun övladlarının mübahisəli mənzildən istifadə hüququnun itirilməsini tələb etsə də, cavabdehin başqa yaşayış yerinin olmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmiş, eyni zamanda kompensasiya təklif etməmişdir. Odur ki, cavabdehlər mübahisəli yaşayış sahəsinə istifadə hüququna malik olan şəxs olduğu üçün onların istifadə hüquqlarına yalnız kompensasiya ödənilməklə xitam verilə bilər. Buna görə də iddia tələbi həmin hissədə əsassız olduğundan təmin edilməməlidir.

17. Birinci insta nsiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 228.1, 228.2-ci, xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 53, 60, 123-cü maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” 27 iyul 2001-ci il tarixli, “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 26 sentyabr 2007-ci il tarixli qərarlarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

18. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddia tələbinin tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

19. Apellyasiya şikayəti iddia ərizəsi ilə eyni məzmunda əsaslandırılmaqla, əlavə olaraq qeyd edilmişdir ki, cavabdehlərin həmin mənzilə yaşayış-istifadə hüququ itirilmiş hesab edilməli və mənzildən çıxarılmalıdırlar. Lakin məhkəmə iddia tələbinin “Cavabdeh6, X6 və Cavabdeh1 yetkinlik yaşına çatmayan xx.xx.2010-cu il təvəllüdlü Cavabdeh3 ilə birlikdə həmin mənzilə yaşayış istifadə hüququnun itirilmiş hesab edilməsi və mənzildən çıxarılmaları” hissəsində təmin etməmiş və bunu belə əsaslandırmışdır ki, iddiaçının övladı Cavabdeh1 övladları ilə birlikdə 2010-cu ildən (iddiaçının ərinin vəfatından sonra) mübahisəli mənzildə yaşayır və mənzilə dair xərcləri (kommunal və sair) ödəyir, iddiaçı hazırda həmin cav abdehlərlə şəxsi münasibətlərinin yaxşı olmaması səbəbindən onların istifadə hüququna xitam verilməklə, mənzildən çıxarılmaları tələbi ilə məhkəməyə müraciət etmişdir. Hal-hazırda İddiaçı Cavabdeh1 və onun övladlarının mübahisəli mənzildən istifadə hüququnun itirilməsini tələb etsə də, cavabdehin başqa yaşayış yerinin olmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmiş, eyni zamanda kompensasiya təklif etməmişdir. Məhkəmənin bu hissədə qəbul etdiyi qərar qanunsuz və əsassızdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Konstitusiyanın 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ xüsusilə xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və y a başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən isə heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Lakin hazırki işdə cavabdehlər Cavabdeh6, X6 və Cavabdeh1 yetkinlik yaşına çatmayan xx.xx.2010-cu il təvəllüdlü Cavabdeh3 hüquqazidd hərəkətləri nəticəsində evin mülkiyyətçisi olan iddiaçı 2024- cü ilin may ayından etibarən öz mənzilindən çıxıb getmişdir. Bu da faktiki olaraq mülkiyyətçinin mülkiyyət hüquqlarının açıq-aşkar surətdə pozulmasıdır. Buna görə də mülkiyyət hüquqlarının bərpası üçün cavabdehlərin həmin mənzildən istifadə hüququna xitam verilməlidir. İddiaçı cavabdehlərə dəfələrlə kirayə verdiyi evlərdən birində yaşamağı bildirməs i barədə məhkəməyə məlumat versə də, məhkəmə bu halı nəzərdən keçirməmişdir.

20. Apellyasiya baxışında iddiaçı əlavə olaraq göstərmişdir ki, Cavabdeh1 onun doğma qızıdır. Cavabdehlər onunla birlikdə mənzil almamışlar. Mənzil ona orderə əsasən verilmiş, müəllimə olaraq özəlləşmə hüququndan istifadə etmişdir. Həmin vaxt uşaqları yaş hədlərinə görə özəlləşmədə iştirak etməmişlər. Cavabdehin özünə məxsus 3 evi vardır. Həmin evləri o, qaynının, onun uşaqlarının, baldızının uşaqlarının adına keçirib. Həmin evlərin harada yerləşməsi ona məlum deyil, lakin bilir ki, kirayə verilir, 300 manat kirayə haqqı alınır. Mənzilə istifadə hüquqlarına görə o, cavabdehlərə 10.000 manat təklif edə bilər. Onun cavabdehin istədiyini verməyə imkanı yoxdur. 2010-cu ildən onlar bir yerdə yaşayırlar. O, cavabdehin v ə uşaqlarının qulluğunda dayanmışdır. Mənzildə işlədilən kommunal xərclərə görə daim cavabdeh tərəfindən ona irad tutulmuşdur. Cavabdeh kirayə verdiyi mənzillərindən birini boşaldıb yaşaya bilər. Mənzildə ona məxsus olan bütün əşyalar çölə atılmışdır. Kompensasiya olaraq cavabdehə 10.000 manat təklif etsə də, razılaşmamışdır. O, onkoloji xəstədir, 420 manat pensiya alır. Artıq məbləğə gücü çatmır.

21. Apellyasiya baxışında Cavabdeh1 nümayəndəsi (vəkili) Vəkil2 apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, iddiaçı kompensasiya təklif etməklə cavabdehin mənzilə dair istifadə hüququnun olmasını təsdiq edir. Burada tələbdə predmet dəyişikliyi baş verir. Apellyasiya məhkəməsində predmet dəyişikliyinə yol verilmədiyindən kompensasiya tələbi predmetdə olmadığından, qəbul edilməməlidir. İddiaçının apellyasiya şikayətində maddi və prosessual hüquqların pozulması ilə əlaqədar heç nə göstərilməyib, yəni əsaslandırma aprılmayıb. Sadəcə Azərbaycan Respublikası Konstitusiyasının maddələrinə istinad edilib və göstərilib ki, iddiaçı müəyyən hədələrə, təhqirlərə məruz qaldığından evini tərk edib rayonda yaşamağa məcbur qoyulub. Bu da onun hüquqlarının pozulması ilə nəticələnib. Onlar tələb etsələr də bu halı təsdiq edən heç bir sübut birinci instansiya məhkəməsinə təqdim edilməmişdir. İddiaçı özü yay aylarında rayonda olan evində yaşayır. İddiaçıda mənzilinin açarı var, o, istədiyi vaxt mənzilinə gəlib-gedir. Cavabdeh tərəfindən iddiaçının mənzilə gəlib-getməsi ilə bağlı hansısa məhdudiyyət də yoxdur. İddiaçı Mülki Məcəllənin 228-ci maddəsinin tələblərinə istinad edib, notarial qa ydada təsdiq olunmuş razılığın tələb olunmasını qeyd edir. Lakin Cavabdeh1 1989-cu ildən mənzildə qeydiyyatdadır, orada doğulub və yaşayır. 1990-cı mənzilə əvvəlcə özü, sonra da uşaqları qeydiyyata düşüblər. Tərəflər arasındakı mübahisə köhnə qanununvericiliyin tələblərinə əsasən həll edilməlidir. Həmin qanunvericiliyə əsasən istifadə hüququ hansısa şərtdən asılı edilməyib. İddiaçının özü də izahatında bildirir ki, cavabdehlər onun mənzilində yaşayıblar. Bu barədə şahid ifadələri, qonşuların tərtib etdikləri akt məhkəməyə təqdim edilib. İddiaçı etiraf etdiyi üçün birinci instansiya məhkəməsində şahidlərin dindirilməsinə ehtiyac qalmadı. Bundan başqa Mənzil Kommunal Təsərrüfat Birliyinin arayışı da Cavabdeh1 mənzildə yaşamasını təsdiq edir. Cavabdeh1 anasının adından kommunal xidmət xərclər ini ödəyir, uşaqları da həmin ünvan üzrə poliklinikada qeydiyyatdadır. Uşaqların 25, 21 və 15 yaşları var. Uşaqlar orda məktəbə gediblər. Doğulduqları vaxtdan mənzildən istifadə ediblər. Bütün bunlara görə 228.2-ci maddənin tələbləri cavabdehlərə tətbiq oluna bilməz, tərəflər arasında olan münasibətlərə köhnə qanunvericilik tətbiq olunmalıdır. Çünki sözügedən maddə 2000-ci ildən sonra yaranan hüquq münasibətlərinə tətbiq olunur, cavabdeh isə 1989-cu ildən mənzildə qeydiyyatdadır.

22. Apellyasiya baxışında Cavabdeh1 apellyasiya şikayəti ilə razılaşmayaraq göstərmişdir ki, təklif olunan 10.000 manat kompensasiya ilə razı deyildir. 28 ildir müəllimə işləyir. Əri sağ olsaydı o, anasından heç nə istəməz, mənzildən çıxıb gedərdi. Hazırda onunla yaşayan böyük oğlu Cavabdeh6 mülkiyyətində Masazır qəsəbəsində sahəsi 34 kv.m. olan mənzili var. Oğlu nişanlıdır, mənzildə hazırda təmir işləri aparılır. Mənzil oğlu universitetə daxil olarkən, təxminən 2018-ci ildə alınmış, bir otaqlı mənzildə məişət əşyaları vardır. Digər oğlu Aydının adına mənzil yoxdur. Onun oğlanları günü 40 manata sürücülük edirlər.

23. Apellyasiya baxışında Cavabdeh4 göstərmişdir ki, əvvəllər bacısı ilə anası arasında heç bir problem olmamış, sadəcə bir dəfə anası ona müraciət edib kiçik nəvəsinin onu incitməsini, demişdir. O, bu barədə Floraya deyəcəyini bildirmişdir. O, Floranın oğlanlarının adına ev olduğunu bilir, lakin dəqiq bilmir, kimin mənzili var. Mənzili atası almışdır. Floranın iki oğlunun evinin olması ona Floranın sözlərindən məlumdur. Floranın özünün evi yoxdur. Floranın özü də, uşaqları da hal-hazırda onun anasının evində yaşayırlar. Anası kiçik bacılarının evi olmadığından ona köməklik edilməsini deyir, Flora imkanın olmamasını bildirir, anasının mənzildən çıxması təklifinə isə ona 100.000 manat verilməsi təklifini irəli sürür. Onlar üç bacı olduqlarından mənzilin onların arasında bölünməli olmasını hesab edir.

24. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2650/2025 nömrəli iş üzrə 17 iyun 2025-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(011)-615/2025 nömrəli qətnaməsi qismən - iddia tələblərinin Cavabdeh6 qarşı təmin edilməyən hissəsində ləğv edilməklə həmin hissədə yeni qətnamə qəbul edilmiş, iddia tələbi Cavabdeh6 qarşı hissədə təmin olunmuş, Cavabdeh6 Bakı şəhəri Xətai rayonu Nəsrəddin Tusi küçəsi 18 saylı evin 35 saylı mənzilinə (yeni qaydalarla: AZ 1129, Bakı şəhəri Xətai rayonu Tusi küçəsi 190, M9, m1) istifadə hüququna xitam verilmiş, Cavabdeh6 Bakı şəhəri Xətai rayonu Nəsrəddin Tusi küçəsi 18 saylı evin 35 saylı mənzilindən (yeni qaydalarla: AZ 1129, Bakı şəhəri Xətai rayonu Tusi küçəsi 190, M9, m1) çıxarılması, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. (X5 (sədrlik edən və məruzəçi), Akif İsgəndərov, Məhəmməd Rüstəmli)

25. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, 1993-cü ildən iddiaçının mülkiyyətində olan mənzilində 1974-cü il təvəllüdlü Cavabdeh1 1999-cu ildək daimi olaraq, mülkiyyətçinin ailə üzvü (qızı) kimi yaşamış, 1999- cu ildə nikaha daxil olaraq başqa ünvana köçsədə, istifadə hüququ olan mənzilə gəlib-getmiş, 2010-cu ildən hazıradək mənzilin mülkiyyətçisinin razılığı ilə himayəsində olan üç övladı 2000-ci il təvəllüdlü Cavabdeh6, 2004-cü il təvəllüdlü Cavabdeh3 və 2010-cu il təvəllüdlü X6 ilə birlikdə mənzildə daimi olaraq yaşayır, mülkiyyətçi ilə birgə təsərrüfat aparır, mənzilin saxlanılmasında, kommunal xidmət haqlarının ödənilməsində iştirak edir. İddiaçı cavabdehlərin özlərinə məxsus yaşayış sahələrinin olması səbəbindən onlara kompensasiya verilmədən mənzilinə olan istifadə hüquqlarına xitam verilməsini və mənzildən çıxarılmalarını tələb etsə də, tədqiq olunan sübutlardan müəyyən olunur ki, cavabdehlərdən yalnız, Cavabdeh6 mülkiyyətində ünvan 5 ünvanında yerləşən yaşayış sahəsi vardır və bu mənzil ə dair onun mülkiyyət hüququ xx.xx.2025-ci il tarixdə qeydə alınmışdır.

26. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, eyni mənzildə ailə üzvləri (və ya onlara bərabər tutulan şəxslər) yaşadığı halda, onlardan birində (və yaxud bir neçəsində) mənzilə mülkiyyət hüququ (o cümlədən mənzildən istifadə hüququ), digərlərində isə yalnız mənzildən istifadə hüququnun mövcud olması mümkündür. Bu şəxslər arasında yaranan mübahisələrin həlli zamanı mülkiyyət hüququ və mənzildən istifadə hüququnun təbiəti, onların mütənasibliyi və həyata keçirilməsinə dair qüvvədə olan Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları nəzərə alınmalıdır.

27. Apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, tədqiq olunan sübutlar və istinad olunan maddi hüquq normalarının tələblərinə əsasən Cavabdeh1 mü bahisədə adı keçən mənzilə xx.xx.2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin tələblərinə, sonuncunun övladları olan 2000-ci il təvəllüdlü Cavabdeh6, 2004-cü il təvəllüdlü Cavabdeh3 və 2010-cu il təvəllüdlü X2 isə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin tələblərinə əsasən yaranmışdır. («Azərbaycan Respublikası bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının 21 oktyabr 2005-ci il tarixli Qanunu ilə MM-ə 228.5-ci maddə əlavə edilmişdir 14 dekabr 2005-ci il tarixdən qüvvəyə minib).

28. Apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 228.5-ci maddəsinə istinadən diqqətə çatdırmışdır ki, həmin normada nəzərdə tutulan "istifadə hüququ"nun qüvvədə olan mülki qanunvericilikdə nizamlanan şəxsi servitutdan tək fərqi mahiyyət baxımından deyil, sırf əmələ gəlmə forması baxımındandır. Belə ki, Mülki Məcəllənin 228.5-ci maddəsində nəzərdə tutulan "istifadə hüququ" notariat qaydasında müqavilə bağlanılmadan, başqa sözlə, yaşayış sahəsi mülkiyyətçisinin iradəsi xaricində və reyestrdə qeydiyyat aparılmadan yaranırdı. Bu maddənin məzmununa görə ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi üçün iki təməl şərt tələb olunur: 1) yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi ilə birgə yaşayan şəxslərlə onun arasında etibarlı ailə əlaqələrinin mövcudluğu. Bununla bağlı Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” 27 oktyabr 2008-ci il tarixli Qərarında göstərilmişdir ki, mülkiyyətçi ilə birgə yaşayan ailə üz vlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, onunla etibarlı ailə əlaqələri əsasında yaranır; 2) yaşayış sahəsinə olan ehtiyacını bu mülkiyyətçinin evindən istifadə etməklə qarşılamaq məcburiyyətində olması.

29. Mülki Məcəllənin 228.5-ci maddəsinin məzmununa müvafiq olaraq, yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Bu əsaslar aradan qalxdığı andan mülkiyyətçinin iradəsinə zidd olaraq yaşayış sahəsindən keçmiş ailə üzvünün istifadə etməsi hüquqi cəhətdən əsassız olar. Belə ki, hər hansı bir hüququ əmələ gətirən əsasın aradan qalxması həmin hüququn xitamı ilə nəticələnir. Mülki Məcəllənin 228.5-ci maddəsində istifadə hüququnun mahi yyət etibarilə servitut olduğu nəzərə alınaraq qeyd olunmalıdır ki, bu hüququn kompensasiya ödəmədən xitamı zamanı Mülki Məcəllənin "Servituta xitam verilməsi" adlanan 262-ci maddəsinin müddəalarının analogiya üzrə tətbiq edilməsi mümkün sayılmalıdır. Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın e vinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür.

30. Apellyasiya instansiyası məhkəməsi eyni zamanda qeyd etmişdir ki, əldə olunan istifadə hüququ öz sahibinə yalnız aid olduğu yaşayış sahəsindən şəxsi ehtiyacını qarşılamaq imkanını təmin edir (yaşayış sahəsindən fayda götürmək, yəni əvəzli olaraq başqalarının istifadəsinə vermək imkanını təmin etmir). Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ olan şəxs, mülkiyyətçi də daxil olmaqla istənilən şəxsdən həmin yaşayış binasına olan hüququnun pozulmasını aradan qaldırmağı tələb edə bilər. Bu hüquq başqa şəxslərə özgəninkiləşdirilə bilməz və vərəsəlik qaydasında vərəsələrə keçmir. Tədqiq olunan sübutlara əsasən cavabdehlərdən Əhmədov X4 rayonu Masazır kəndi İstiqlaliyyət küçəsi 55 saylı evin 30 saylı m ənzilini əldə etməklə hazırda yaşadığı mənzilə şəxsi ehtiyacı aradan qalxmışdır. Ona görə də iddiaçının bu cavabdehə qarşı olan tələbləri qanuni və əsaslı olmuşdur. Birinci instansiya məhkəməsi isə bu cavabdehə qarşı iddia tələblərini təmin etməməklə maddi hüquq normalarının tələblərini pozmuş, nəticədə bu cavabdehə münasibətdə düzgün olmayan qərar qəbul etmişdir. Buna görə də iddiaçının apellyasiya şikayətinin dəlilləri bu cavabdehə münasibətdə əsaslıdır və təmin edilməlidir.

31. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin cavabdehlər Cavabdeh1 (himayəsində olan yetkinlik yaşına çatmayan X6 ilə birlikdə), Cavabdeh3 qarşı olan iddia tələbləri ilə bağlı gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, bu cavabdehlərin mübahisədə adı keçən mənzilə yaranmış istifadə hüq uqlarına xitam verilməsinə əsas ola biləcək sübutlar məhkəməyə təqdim edilmədiyindən, mənzilə istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadığı halda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən, yalnız bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilməsi mümkün olduğundan iddiaçının apellyasiya şikayətinin dəlilləri bu cavabdehlərə hissədə əsassızdır, buna görə də təmin edilə bilməz.

32. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəlləsinin 152.1, 158.1, 228.1, 228.2, 228.5-ci, xx.xx.2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin 53, 54, 123-cü, Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” 27 iyul 2001-ci il tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” 29 mart 2016-cı il tarixli qərarlarına istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

33. İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın cavabdehlər Cavabdeh1 və övladlarının yaşayış sahəsinə olan istifadə hüququna xitam verilməsi hissəsinin də təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

34. Kassasiya şikayəti, iddia ərizəsi və apelyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə, iddiaçı tərəfindən kompensasiya (10.000 manat) təklif edilməsinə baxmayaraq, onu kifayət hesab etməmiş, gəldiyi nəticəni əsaslandırmamışdır. Apellyasiya məhkəməsi mülkiyyət hüququ kimi əsaslı hüququn müdafiəsini təmin etməmişdir. Əksinə, faktiki istifadə hallarına üstünlük verməklə, Konstitusiyanın və Mülki Məcəllənin mülkiyyətin toxunulmazlığına dair müddəalarını pozmuşdur. Apellyasiya məhkəməsi cavabdehlərin əmlak vəziyyətini, yaşayış şəraitini, alternativ mənzil imkanlarını qiymətləndirməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

35. Kassasiya şikayətinə Cavabdeh1 etiraz vermişdir. Etirazın dəlillərinə görə kompensasiya verilməsi abrədə tələbə MPM-in 372.4-cü maddəsinə görə apelyasiya instanbsiyası məhkəməsində verilə bilməz. Bundan əlavə, cavabdehin iki evi olması barədə iddiaçı sübut təqdim edə bilməmişdir. Buna görə də apelyasiya instansiyası məhkəməsi tərəfindən hər hansı maddi və prosessual hüquq normları pozulmadığı üçün kassasiya şikayəti təmin edilməməlidir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 158.1. Mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: 158.1.3. servitutlar. Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Maddə 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər ş əxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Maddə 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Ya şayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Mənzil Məcəlləsi (xx.xx.2009-cu il tarixədək qüvvədə olan) Maddə

53. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Maddə

54. İcarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Maddə

123. Yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin;ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzv lərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış sahəsindən istifadə qaydası haqqında və xərclərdə iştirakın məbləği haqqında mülkiyyətçi ilə onun ailə üzvləri arasında mübahisələr məhkəmə qaydasında həll edilir Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair 27 iyul 2001-ci il tarixli Qərarı 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrini n qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair 29 mart 2016-cı il tarixli Qərarı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Belə mübahisələrə baxılarkən məhkəmələr tərəfindən işin faktiki halları, o cümlədən istifadə hüququnun həyata keçiri lməməsinin səbəbləri dəqiq və hərtərəfli araşdırılmalı və məhkəmə aktında əsaslandırılmalıdır. Keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə etmək ehtiyacının olmasına baxmayaraq, mülkiyyətçi və (və ya) mənzilin digər sakinləri onun həmin yaşayış sahəsindən istifadəsini mümkünsüz etdiyi hallarda, bu hüquqa yalnız müvafiq kompensasiyanın ödənilməsi şərti ilə xitam verilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan p rosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən as ılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

36. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurəti ndən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

37. Kassasiya şikayətində qətnamə iddianın təmin edilməyən hissəsində mübahisələndirilib. Bu səbəbdən məhkəmə kollegiyası qətnaməni həmin hissədə yoxlayır.

38. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

39. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüqu q normaları düzgün tətbiq olunmuşdur. İş üzrə mübahisələndirilən hissədə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

40. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi iddia tələbi və apellyasiya şikayəti üzrə qanuni nəticəyə gəlmiş, apellyasiya şikayətinin bütün dəlillərinə qiymət vermişdir.

41. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iddianın təmin edilməyən hissəsi üzrə hüquqi dəyərləndirməsini və həmin hissədə işin müəyyən edilmiş hallarına uyğun olaraq tətbiq etdiyi maddi hüquq normaları ilə razılaşır. 4

2. Belə ki, apellyasiya məhkəməsi iddianın təmin edilməyən hissəsi üzrə ətraflı hüquqi dəyərləndirmə aparmış, işin faktiki hallarını işdəki sübutlarla müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, sübutları MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmiş, nəhayət, qanuni və əsaslı qətnamə qəbul edilmişdir.

43. Kassasiya şikayətinin dəlillərinə gəldikdə, qeyd edilməlidir ki, bu dəlillər iddia ərizəsinin və apellyasiya şikayətinin də dəlilləri olub və işə mahiyyəti üzrə sübutlar əsasında baxan hər iki instansiya məhkəməsi müvafiq olaraq öz səlahiyyətləri çərçivəsində həmin dəlilləri qiymətləndirməklə onları qəbul etməyiblər.

44. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, ka ssasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

45. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2650/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar