Məhkəmə qərarları › İş №2(102)-2576/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-2576/2022

16.08.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2576/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı1 və digərlərinin Cavabdeh1 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmlak tələbinə dair) 16.08.2022 Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 noyabr 2021-ci il tarixli, 2(104)-1675/2021 saylı qətnaməsindən cavabdeh X kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları İşin hallarına görə, iddiaçılar İddiaçı1 və İddiaçı2 məhkəmədə Cava bdeh1 qarşı iddia qaldıraraq, iddia ərizəsinin təsviri hissəsində göstərilən 156 adda əşyaların və ya onların dəyərinin cavabehdən alınıb onlara verilməsi barədə qətnamə qəbul edilməsini xahiş ediblər. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Gəncə şəhəri, Nizami Rayon Məhkəməsinin 02 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim K.Z.Hüseynov) iddia təmin edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırıb ki, qanuni qüvvəyə minmiş Gəncə şəhəri, Nizami Rayon Məhkəməsinin 18 avqust 2008-ci il tarixli qətnaməsi ilə xxx saylı evin X1 adına olan ¼ hissəsinə vəsiyyətnamə üzrə vərəsə kimi X mülkiyyət hüququ tanınıb və həmin evə dair bütövlükdə Cavabdeh1 adına Çıxarışın verilməsinin Reyestr Xidmətinin Gəncə şəhər Ərazi İdar əsinə havalə edilməsi, habelə X həmin evdən istifadə hüququnun itirilmiş hesab edilməsi və İddiaçı1 digər ailə üzvləri ilə birlikdə həmin evdən çıxarılması və evin boşaldılması qət edilib. 18 avqust 2008-ci il tarixdə qətnamə üzrə icra vərəqəsi verilib və 02 dekabr 2008-ci il tarixdə icra məmuru tərəfindən icra işi üzrə icraata başlamaq haqqında qərar qəbul edilib. Bundan sonra, həmin qərarla borclu İddiaçı1 tələbin könüllü icra edilməsi üçün 5 gün vaxt verilib. 04 mart 2009-cu il tarixdə icra məmuru tərəfindən icra işi üzrə tərəflərin, habelə hal şahidlərinin iştirakları ilə akt tərtib edilib və həmin akta əsasən iddiaçılara məxsus olan aşağıdakı əşyalar cavabdehə təhvil verilib: divan 1 ədəd; kreslo 2 ədəd; televizor “Samsunq” qara rəngli 1 ədəd; krosna antena “Supermax” 1 ədəd; İran qaz sobası “Mozandqaz” 1 ədəd; tumbuçka köhnə 1 ədəd; velosiped “Bachini” təzə 1 ədəd; üçmərtəbələli qab 1 ədəd; servis qızılı 1 ədəd + 6 ədəd fincan nəlbəki +1 ədəd qab; lepka gül qabı 1 ədəd; kofeyni servis 5 predmetli 1 ədəd; suvenir qab (dovşan) 1 ədəd; gül qabı balaca ag rəngdə 1 ədəd; kruşka nəlbəki 4 ədəd; şüşə güldan 4 ədəd; qulaq çöpü 2 paçka; üz qırxan+2 ədəd odikalon; göy kruşka 2 ədəd; qulplu qab 2 ədəd; qadın kosmetikası (pudra, kremlər və sair); İİ sinif üçün informatika kitabı, həyat bilgisi və Elli jurnalı; köhnə servant kvadrat şüşəli 1 ədəd; kreslo örtüyü -2 ədəd; divan örtüyü- 1 ədəd; xalça 2x3 köhnə -1 ədəd; xalça baş tərəfləri çökülmüş 1,5x2,5; maqnitofon “Thomson”- 1 ədəd; kompüter iqrası “Simba” iki pleyerli – 1 ədəd; Pleyer DVD köhnə”BD - ədəd; Video maqnitofon “Sharp ”-1 ədəd; uşaq oyuncağı (qatar)- 1 ədəd; qadın üçün saç feni “Philips” aksesuarla birlikdə; qadın damaşniki -2 cüt kül qabı – 2 ədəd; sadə meyvə qabları – 5 ədəd; boşqablar müxtəlif – 9 ədəd; çaydan dəmir – 1 ədəd; divar saatı -1 ədəd; yastıq – 1 ədəd; döşəkçə xırda – 2 ədəd; paltar qurudan – 1 ədəd; kompüter stolu, kolonka 2 ədəd, prosessor; telefon “ Panasonik”-1 ədəd nömrəyazan; Jurnalnı- 1 ədəd; göy daroşka 1,5x6 – 1 ədəd; padnos – 1 ədəd+5 stakan; çaynik – 1 ədəd; elektrik peçi “Samsunq” -1 ədəd; xalça 2x3 -1 ədəd; qadın sumkası -2 ədəd; Printer “Epson” -1 ədəd; üçgözlü tumbuçka içi dolu uşaq paltarı; ütü altı1 ədəd; zontik (qara rəng) -1 ədəd; kombi atapleniya – 1 ədəd; radiator – 4 ədəd-120x4; tumbuçka 1 ədəd içi köhnə paltarlarla dolu; üç ədəd balınc; namaz xalçası; sumka içi ndə dolu kitablar uşaq koftası təzə -9 ədəd-20x9; uşaq kurtkası köhnə; uşaq şalvarı- 1 ədəd; kişi şalvarı -1 ədəd; qadın jileti -1 ədəd; döşək 1 ədəd+prostina – 1 ədəd; kişi sviteri -5 ədəd; qadın paltosu (serı) – 1 ədəd; sandıq 1 ədəd içində məhrəbalar, oyuncaqlar, papaq və s; yorgan 3 ədəd; paduşka 5 ədəd; uşaq yorganı qırmızı – 1 ədəd; döşək – 1 ədəd; kravat döşəklə - 2 ədəd; kişi paltarı ( kurtka cins köynək; adyal – 1 ədəd; kravat – 2 ədəd mebel; döşək – 5 ədəd; sumka köhnə 3 ədəd; döşək balaca 1 ədəd; paduşka 3 ədəd; balınc 7 ədəd; raskladuşka; tül 3 ədəd; qadin ayaqqabısı 2 cüt+basanoşka 1 cüt; uşaq ayaqqabıları sumkada 1 ədəd sapojkilər; salafan torbada şəkillər, monitor (balaca) 1 ədəd; pleyer dvd “Xyuldai” 1 ədəd; servis boşqablar -15 ədəd; maqnitofon maşın üçün “Pioner” – 1 ədə d; ağ setkada uşaq üçün dəftər kitab, uşaq oyuncağı (komputer rolu) 1 ədəd; göy sumkada dəftərlər və sair, ət maşını elektrik “Bosch” – 1 ədəd; balınc üzü -18 ədəd; prostina -3 ədəd; pododealnik- 4 ədəd; məhrəba -10 ədəd; gecə köynəyi -3 ədəd; xalat -2 ədəd; qadın şalı yun 7 ədəd +şal ipək 4 ədəd qadın alt və uşaq paltarları; 10 dənə veşilkada dəri kişi və qadın paltarları(pencək); qadın ayaqqabısı qara rəng 1 cüt; köhnə qadın paltarları; qadın ətirləri (işlənmiş) 2 ədəd; şkaf köhnə 1 ədəd; mobil telefon (nokia və simens) işlənmiş 2 ədəd; qadın aksesuarları; tok peçi “Luxell” 1 ədəd; qaz sobasının borusu 1 ədəd; termos 1 ədəd; alma 3 kq; armud 1 kq; qaz plitəsi 1 ədəd; qızdırıcısı 1 ədəd; 1 ədəd gül qabı; meyvə qabı 1 ədəd; siqaret 2 blok “ marlboro” və 7 ədəd paçka; iki ədəd qazan (içində alam 2 kq, qoz 2 kq); 1 ədəd köhnə mis qazan, qazan 2 ədəd, aluminium ləyən 1 ədəd; tumbuçka mətbəxtdə 1 ədəd; dvd disklər 20 ədəd; salafan torbada kəklikotu 1 ədəd; qadın və uşaq eynəkləri sadə; qaz plitəsi dörd gözlü “Beko” 1 ədəd; soyuducu “Nord”- 1 ədəd; qaz balonu 1 ədəd; mətbəxtdə işlənmiş qab-qacaq; qızdırıcı elektrik 3 ədəd; çamodan 1 ədəd (içi uşaq oyuncağı); tualet ləvazimatı (aftaxa, qarşok və sair); Antena köhnə Philips köhnə 1 ədəd; Samovar 1 ədəd; 1 torba çəkələk və sair; Qazan dəsti “Netlon” iki qazan + 1 skovorodka; top; velosiped köhnə 1 ədəd; bir top iziolasiya; drel “Simens” 1 ədəd; qazan 2 ədəd hər biri korobkada təzə; qazan 3 ədəd; ət maşını köhnə 1 ədəd; bir torba köhnə ayaqqabı; qaz peçi çuqun 1 ədəd; kuxna mebeli; bak 1,5 ton luq plasmas qara şlank 8 metr; reşotka qara 6 ədəd; 12 ədəd taxta 6 metrlik 2 ədəd 2-lik qalanı 5-lik. Aktın sonunda cavabdeh siyahıdakı əşyaları saxlamaq üçün qəbul etdiyini qeyd edərək imzalayıb. Daha sonra, qanuni qüvvəyə minmiş Gəncə şəhər, Kəpəz Rayon Məhkəməsinin 26 fevral 2013-cü il tarixli qətnaməsi ilə Cavabdeh1 İddiaçı1 və digərlərinə qarşı “cavabdehlərə məxsus ev əşyalarının saxlancı ilə əlaqədar yaranacaq maddi ziyanın cavabdehlərdən tutulub ona verilməsi” barədə iddiası rədd edilib. 24 dekabr 2019-cu il tarixli “Tələbin əmlaka yönəldilməsi haqqında” Təqdimata əsasən, Gəncə şəhəri, Nizami Rayon Məhkəməsinin 17 oktyabr 2019-cu il tarixli icra sənədi üzrə İddiaçı1 və İddiaçı2 məxsus icra vərəqəsində göstərilən 156 adda əşyalar və ya onların dəyəri kimi 29.860 manat pul borclu Cavabdeh1 alınaraq tələbkarlar İddiaçı1 və İddiaçı2 verilməlidir, lakin borclu Cavabdeh1 bu günədək tələbi könüllü icra etməyib. Odur ki, tələbin borclu Cavabdeh1 mülkiyyətində olan torpaq sahəsinə yönəldilməsi, həmin torpaq sahəsinin açıq hərracda satılaraq əldə edilmiş pul vəsaiti hesabına borcun tələbkarlar İddiaçı1 və İddiaçı2 ödənilməsi xahiş olunub. Qanuni qüvvəyə minmiş Gəncə şəhəri, Nizami Rayon Məhkəməsinin 25 fevral 2021-ci il tarixli qərardadı ilə tələbkarlar İddiaçı1 və İddiaçı2 şikayəti təmin edilərək, Cavabdeh2 24 noyabr 2020-ci il tarixli “ica sənədinin ərazi aidiyyati üzrə göndərilməsi haqqında” qərarı ləğv edilib və icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsi qərara alınıb. "xxxx" MMC 10 noyabr 2021-ci il tarixli mütəxəssis rəyinə əsasən, iddiaçılar tərəfindən təqdim olunmuş siyahı üzrə ev əşyaları, məi şət avadanlıqlarına qiyabi baxış keçirilib və 04 noyabr 2021-ci il tarixə olan bazar qiymətləri ümumilikdə 29.758 manat təşkil edir. Göründüyü kimi, qeyd olunan qətnamənin icrası zamanı sözügedən ev cavabdehə təhvil verilərkən, iddiaçılara və onların ailə üzvlərinə məxsus olan mübahisəli əşyalar da saxlanc üçün ona təhvil verilib. Bu fakt icra məmurunun, hal şahidlərinin və icra işi üzrə tərəflərin iştirakları ilə tərtib edilmiş aktla da təsdiq olunur və işdə, bunun əksini təsdiq edən başqa sübut yoxdur. Ona görə də mülkiyyətçi kimi iddiaçılar cavabdehin qanunsuz sahibliyindən öz əşyalarını geri tələb etməkdə haqlı olmuşlar. Bu səbəbdən də iddia təmin edilməlidir. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 157.2, 162, 164-cü maddələrinin və digər maddi, prosessual hüq uq normalarının tələbləri ilə əsaslandırıb. Cavabdeh apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Apellyasiya instansiyası məhkəməsində icraat Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 noyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər A.V.Bayramov sədrlik edən, məruzəçi, R.Z.Mamedov və Ə.G.Abdullayev) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Gəncə şəhəri, Nizami Rayon Məhkəməsinin 02 oktyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlib, maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülk i mübahisəyə düzgün tətbiq edib. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 152.1, 152.2, 157.2-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslındırıb. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdeh kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş edib. Kassasiya şikayəti belə əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub və iş üzrə düzgün olmayan qətnamə qəbu l edib. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. Məhkəmə icraatı iştirakçılarının izahatları Azərbaycan Respublikası MPM-nin 10.8-1 və 414-cü maddələrinə əsasən işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxıldı. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: Konstitusiyanın 13 və 29-cu maddələrinə əsasən, mülkiyyət hüququ toxunulmazdır və bu toxunulmazlığa dövlət tərəfindən təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ dedikdə əm laka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, istifadə hüququ dedikdə əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır (Mülki Məcəllənin 152.1, 152.2, 152.3 və 152.4-cü maddələri). Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hər əkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sü butun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416.1-ci maddəsi). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş olunduğundan, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kassasiya instansiyası məhkəməsi apellyasiya ins tansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətlərinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, işin halları üzrə səhv nəticəyə gəldiyini və sair göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, qanuni qüvvəyə minmiş Gəncə şəhəri, Nizami Rayon Məhkəməsinin 18 avqust 2008-ci il tarixli qətnaməsi ilə xxx saylı evin X1 adına olan ¼ hissəsinə vəsiyyətnamə üzrə vərəsə kimi X mülkiyyət hüququ tanınıb və həmin evə dair bütövlükdə Cavabdeh1 adına Çıxarışın verilməsinin Reyestr Xidmətinin Gəncə şəhər Ərazi İdarəsinə havalə edilməsi, habelə Sabir Ələkbərovun həmin evdən istifadə hüququnun itirilmiş hesab edilməsi və İddiaçı1 digər ailə üzvləri ilə birlikdə həmin evdən çıxarılması və evin boşaldılması qət edilib. 04 mart 2009-cu il tarixdə icra məmuru tərəfindən icra işi üzrə tərəflərin, habelə hal şahidlərinin iştirakları ilə akt tərtib edilib və həmin akta əsasən iddiaçılara məxsus olan aşağıdakı əşyalar cavabdehə təhvil verilib: divan 1 ədəd; kreslo 2 ədəd; televizor “Samsunq” qara rəngli 1 ədəd; krosna antena “Supermax” 1 ədəd; İran qaz sobası “Mozandqaz” 1 ədəd; tumbuçka köhnə 1 ədəd; velosiped “Bachini” təzə 1 ədəd; üçmərtəbələli qab 1 ədəd; servis qızılı 1 ədəd + 6 ədəd fincan nəlbəki +1 ədəd qab; lepka gül qabı 1 ədəd; kofeyni servis 5 predmetli 1 ədəd; suvenir qab (dovşan) 1 ədəd; gül qabı balaca ag rəngdə 1 ədəd; kruşka nəlbəki 4 ədəd; şüşə güldan 4 ədəd; qulaq çöpü 2 paçka; üz qırxan+2 ədəd odikalon; göy kruşka 2 ədəd; qulplu qab 2 ədəd; qadın kosmetikası (pudra, kremlər və sair); İİ sinif üçün informatika kitabı, həyat bilgisi və Elli jurnalı; köhnə servant kvadrat şüşəli 1 ədəd; kreslo örtüyü -2 ədəd; divan örtüyü- 1 ədəd; xalça 2x3 köhnə -1 ədəd; xalça baş tərəfləri çökülmüş 1,5x2,5; maqnitofon “Thomson”- 1 ədəd; kompüter iqrası “Simba” iki pleyerli – 1 ədəd; Pleyer D VD köhnə”BD - ədəd; Video maqnitofon “Sharp”-1 ədəd; uşaq oyuncağı (qatar)- 1 ədəd; qadın üçün saç feni “Philips” aksesuarla birlikdə; qadın damaşniki -2 cüt kül qabı – 2 ədəd; sadə meyvə qabları – 5 ədəd; boşqablar müxtəlif – 9 ədəd; çaydan dəmir – 1 ədəd; divar saatı -1 ədəd; yastıq – 1 ədəd; döşəkçə xırda – 2 ədəd; paltar qurudan – 1 ədəd; kompüter stolu, kolonka 2 ədəd, prosessor; telefon “ Panasonik”-1 ədəd nömrəyazan; Jurnalnı- 1 ədəd; göy daroşka 1,5x6 – 1 ədəd; padnos – 1 ədəd+5 stakan; çaynik – 1 ədəd; elektrik peçi “Samsunq” -1 ədəd; xalça 2x3 -1 ədəd; qadın sumkası -2 ədəd; Printer “Epson” -1 ədəd; üçgözlü tumbuçka içi dolu uşaq paltarı; ütü altı- 1 ədəd; zontik (qara rəng) -1 ədəd; kombi atapleniya – 1 ədəd; radiator – 4 ədəd-120x4; tumbuçka 1 ədəd içi köhnə paltarlarla dol u; üç ədəd balınc; namaz xalçası; sumka içində dolu kitablar uşaq koftası təzə -9 ədəd-20x9; uşaq kurtkası köhnə; uşaq şalvarı- 1 ədəd; kişi şalvarı -1 ədəd; qadın jileti -1 ədəd; döşək 1 ədəd+prostina – 1 ədəd; kişi sviteri -5 ədəd; qadın paltosu (serı) – 1 ədəd; sandıq 1 ədəd içində məhrəbalar, oyuncaqlar, papaq və s; yorgan 3 ədəd; paduşka 5 ədəd; uşaq yorganı qırmızı – 1 ədəd; döşək – 1 ədəd; kravat döşəklə - 2 ədəd; kişi paltarı ( kurtka cins köynək; adyal – 1 ədəd; kravat – 2 ədəd mebel; döşək – 5 ədəd; sumka köhnə 3 ədəd; döşək balaca 1 ədəd; paduşka 3 ədəd; balınc 7 ədəd; raskladuşka; tül 3 ədəd; qadin ayaqqabısı 2 cüt+basanoşka 1 cüt; uşaq ayaqqabıları sumkada 1 ədəd sapojkilər; salafan torbada şəkillər, monitor (balaca) 1 ədəd; pleyer dvd “Xyuldai” 1 ədəd; servis boşqablar -15 ə dəd; maqnitofon maşın üçün “Pioner” – 1 ədəd; ağ setkada uşaq üçün dəftər kitab, uşaq oyuncağı (komputer rolu) 1 ədəd; göy sumkada dəftərlər və sair, ət maşını elektrik “Bosch” – 1 ədəd; balınc üzü -18 ədəd; prostina -3 ədəd; pododealnik- 4 ədəd; məhrəba -10 ədəd; gecə köynəyi -3 ədəd; xalat -2 ədəd; qadın şalı yun 7 ədəd +şal ipək 4 ədəd qadın alt və uşaq paltarları; 10 dənə veşilkada dəri kişi və qadın paltarları(pencək); qadın ayaqqabısı qara rəng 1 cüt; köhnə qadın paltarları; qadın ətirləri (işlənmiş) 2 ədəd; şkaf köhnə 1 ədəd; mobil telefon (nokia və simens) işlənmiş 2 ədəd; qadın aksesuarları; tok peçi “Luxell” 1 ədəd; qaz sobasının borusu 1 ədəd; termos 1 ədəd; alma 3 kq; armud 1 kq; qaz plitəsi 1 ədəd; qızdırıcısı 1 ədəd; 1 ədəd gül qabı; meyvə qabı 1 ədəd; siqaret 2 blok “ marlbo ro” və 7 ədəd paçka; iki ədəd qazan (içində alam 2 kq, qoz 2 kq); 1 ədəd köhnə mis qazan, qazan 2 ədəd, aluminium ləyən 1 ədəd; tumbuçka mətbəxtdə 1 ədəd; dvd disklər 20 ədəd; salafan torbada kəklikotu 1 ədəd; qadın və uşaq eynəkləri sadə; qaz plitəsi dörd gözlü “Beko” 1 ədəd; soyuducu “Nord”- 1 ədəd; qaz balonu 1 ədəd; mətbəxtdə işlənmiş qabqacaq; qızdırıcı elektrik 3 ədəd; çamodan 1 ədəd (içi uşaq oyuncağı); tualet ləvazimatı (aftaxa, qarşok və sair); Antena köhnə Philips köhnə 1 ədəd; Samovar 1 ədəd; 1 torba çəkələk və sair; Qazan dəsti “Netlon” iki qazan + 1 skovorodka; top; velosiped köhnə 1 ədəd; bir top iziolasiya; drel “Simens” 1 ədəd; qazan 2 ədəd hər biri korobkada təzə; qazan 3 ədəd; ət maşını köhnə 1 ədəd; bir torba köhnə ayaqqabı; qaz peçi çuqun 1 ədəd; kuxna mebeli; bak 1,5 ton luq plasmas qara şlank 8 metr; reşotka qara 6 ədəd; 12 ədəd taxta 6 metrlik 2 ədəd 2-lik qalanı 5-lik. Aktın sonunda cavabdeh siyahıdakı əşyaları saxlamaq üçün qəbul etdiyini qeyd edərək imzalayıb. Konstitusiyanın 13 və 29-cu maddələrinə əsasən, mülkiyyət hüququ toxunulmazdır və bu toxunulmazlığa dövlət tərəfindən təminat verilir. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ dedikdə əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, istifadə hüququ dedikdə əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, Sərə ncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır (Mülki Məcəllənin 152.1, 152.2, 152.3 və 152.4-cü maddələri). Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tə ləb edə bilər. Apellyasiya instansiyası məhkəməsi sadalanan maddələrin tələblərini hazırki mülki mübahisəyə tətbiq edib, işə əlavə edilmiş sübutları araşdırıb haqlı olaraq qeyd etmişdir ki, qeyd olunan qətnamənin icrası zamanı sözügedən ev cavabdehə təhvil verildiyindən, iddiaçılara və onların ailə üzvlərinə məxsus olan mübahisəli əşyalar isə saxlanc üçün cavabdehə təhvil verildiyindən və bu fakt icra məmurunun, hal şahidlərinin və icra işi üzrə tərəflərin iştirakları ilə tərtib edilmiş aktla da təsdiq edildiyindən və işdə, bunun əksini təsdiq edən başqa sübut olmadığından, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlib və yuxarıda sadalanan maddələrin tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Bu baxımdan kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə Mülki Məcəllənin 157.2-ci maddəsinin tələblərinə də tam uyğundur. Belə ki, həmin maddənin mənasına görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddiaçıların sözügedən əşyaları qəbul etməkdən imtina etdiklərini, icra məmuru tərəfindən əşyaların ondan geri alındığını, əşyaların qiymətinin şişirdildiyini və sair göstərsə də, etirazının əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə heç bir sübut təqdim etməyib. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsa sən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırkı işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alı nmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilib. Bu baxımdan kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, cavabdehin kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür və belə qənaətə gəlir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh X kassasiya şikayəti təmin edilməsin. İş üzrə Gən cə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 noyabr 2021-ci il tarixli, 2(104)-1675/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar