Məhkəmə qərarları › İş №2(102)-2576/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-2576/2023

19.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kre
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2576/2023 19.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankının ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: apellyasiyanın mümkünlüyü) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), X1 və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-621/2023 nömrəli, 27 aprel 2023-cü il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəb ul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının xeyrinə 141.957,30 ABŞ dolları əsas, 109.321,92 ABŞ dolları faiz və 30.427,41 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 11.615,08 ABŞ dolları faiz borcu olmaqla, cəmi 293.321,71 ABŞ dolları məbləğində borcun və iş üzrə ödənilmiş 789 manat dövlət rüsumunun və 30 manat ipotekanın qeydə alınması üçün ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulmasını, ipoteka predmeti olan Abşeron rayonu, Hökməli qəsəbəsi, Koroğlu küçəsində yerləşən 0,06 ha torpaq sahəsi və onun üzərində olan 2 mərtəbəli, altı otaqlı, 189,29 kv.m ümumi, 107,13 kv.m yaşayış, 82,16 kv.m yardımçı sahədən ibarət 71 saylı fərdi yaşayış evinin dəyəri 252.000 manat müəyyən edilməklə cavabdehdən tutulmalı olan borc məbləğinin ipoteka predmetinə yönəldilməsini, həmin ipoteka predmetinin açıq hərracda satılması, satışdan əldə olunmuş məbləğ borcun ödənilməsinə kifayət etmədikdə qalıq borcun da cavabdehdən tutulmasını, ipoteka predmetlərinə tutma yönəldildikdən və o satıldıqdan sonra ipoteka qoyan cavabdeh və onunla birlikdə yaşayan ailə üzvləri yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmədikdə, yaşayış sahəsindən çıxmadıqda həmin şəxslərin yaşayış evlərindən məcburi qaydada çıxarılmalarını və həmin mənzilin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Ağsu Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 19 dekabr 2022-ci il tarixli, 2(016)- 302/2022 saylı qətnaməsi ilə (hakim Anar Əsgərov) qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehdən ödəniş gününə olan məzənnə ilə 141.957,30 ABŞ dolları əsas, 109.321,92 ABŞ dolları faiz və 100 ABŞ dolları cərimə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 11.615,08 ABŞ dolları faiz olmaqla, cəmi 262.994,3 ABŞ dolları məbləğində borcun, iş üzrə ödənilmiş 789 manat dövlət rüsumu və 30 manat ipotekanın qeydə alınması üçün ödənilmiş dövlət rüsumu alınaraq iddiaçıya ödənilməsi, tələbin cavabdehə məxsus ipoteka predmetinə yönəldilməsi, ilkin satış qiymətinin 130.000 manat məbləğində müəyyən edilməklə açıq hərracdan satılması və həmin əmlakın satılmasından əldə edilən vəsai tdən iddiaçıya olan borc ödənilməsi, ipoteka predmetinə tutma yönəldikdən və o satıldıqdan 1 (bir) ay sonra cavabdehin ailəsi ilə birlikdə həmin mənzildən çıxarılmaları qət edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

3. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Həmçinin, cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etmişdir.

5. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(107)-621/2023 nömrəli, 27 aprel 2023-cü il tarixli qərardadı ilə (hakimlər Ə.Məcidov (sədrlik edən və məruzəçi), M.Əsədli, E.Mehd iyev) cavabdehin apellyasiya şikayəti üzrə аpellyаsiyа qeyri-mümkün hesаb edilmişdir.

6. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi 26 dekabr 2022-ci il tarixdə tərəflərə, o cümlədən cavabdehə göndərilmiş, cavabdehə göndərilmiş xəbərnaməli poçt zərfi ünvan sahibinə çatdırılmadan geri qaytarılmış, daha sonra cavabdehə qətnamənin surətinin çatdırılıb-çatdırılmaması, çatdırılmışdırsa, hansı formada və nə zaman çatdırılması barədə heç bir sənəd mülki işin materiallarına əlavə edilməmişdir.

7. Cavabdehin apellyasiya şikayəti məhkəməyə 6 aprel 2023-cü ildə daxil olmuşdur. Cavabdehin apellyasiya şikayətində qətnamənin alınma tarixi 31 mart 2023-cü il göstərilmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsinin qətnaməsinin cavabdeh tərəfind ən nə vaxt alındığı bəlli olmadığından apellyasiya şikayətinin verilməsi müddətinin başlanma və nəticədə də bitmə tarixi hesablana bilmir.

8. Qətnamənin alınma tarixi apellyasiya şikayətində qeyd edildiyi kimi 31 mart 2023-cü il tarixindən götürülərsə, apellyasiya şikayətinin verilməsi müddəti 1 may 2023-cü il tarixində bitir, halbuki hazırki iş üzrə mülki işin materialları 11 aprel 2023-cü il tarixdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir.

9. Birinci instansiya məhkəməsi qeyd edilən halları araşdırmadan, cavabdeh tərəfindən qətnamənin hansı tarixdə alındığını və apellyasiya şikayəti vermə müddətinin buraxılıb-buraxılmamasını müəyyən etmədən, qətnamənin alınma tarixi apellyasiya şikayətində qeyd edildiyi tarixdən götürüldükdə isə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 364-cü maddəsinin tələblərinə əsasən apellyasiya şikayətinin verilmə müddətinin bitməsi gözlənilmədən apellyasiya şikayətini baxılması üçün apellyasiya məhkəməsinə göndərmişdir.Buna görə də apelyasiya qeyri-mümkün hesab edilməlidir.

10. Məhkəmə kollegiyası qərardadını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357.1, 360, 364, 366.1, 366.2 və 402.2.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

11. Cavabdeh (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin 27 aprel 2023-cü il tarixli qərardadının ləğv edilməsini, apellyasiya şikayətinin mümkün sayılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

12. Şikayət onunla əsaslandırılmışdır ki, apellyasiya in stansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 360-cı, 361.1-ci və 364.1-ci maddələrini düzgün tətbiq etməyib. Məhkəmə kollegiyası cavabdehin 31 mart 2023-cü ildə tarixdə rəsmi aldığı qətnamə üzrə apelyasiya şikayətinin son tarixini 1 may 2023-cü il tarixi qeyd edir. MPM-nin 381-ci maddəsini tətbiq edən Apellyasiya məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsi apellyasiya şikayətini apellasiya məhkəməsinə 11 aprel 2023-cü il tarixdə yox, cavabdehin apellyasiya şikayətini vermək son tarix bitəndən yəni 1 may 2023-cü il tarixdən sonra 7 gün ərzində təqdim etməli idi. Birinci instansiya məhkəməsi ilə razılaşmayan apellyasiya instansiya məhkəməsi cavabdehin apelyasiya şikayəti üzrə apellyasiyanı elə məhz bu səbəbdən öz qərardadında qeyri-mümkün hesab edib.

13. Qərardadla aşağıdakı səbə blərdən razılaşmır:

1. Cavabdehin apelyasiya şikayəti MPM-nin 361-ci maddəsinin tələblərinə cavab verir. Birinci instansiya məhkəməsi MPM-nin 364.1-ci maddəsinin tələblərini rəhbər tutaraq həmin şikayətin 361-ci maddəsinin tələblərinə uyğun olduğunu yoxlayıb apellyasiya məhkəməsinə göndərmişdir. O ki, birinci instansiya məhkəməsi apellyasiya şikayətini Apelyasiya məhkəməsinə 364.1-ci maddəsində nəzərdən tutulmuş bir vaxtdan tez göndəribsə, MPM-nin heç bir normasını pozmayan cavabdeh bu səbəbdən apellyasiya vermək hüququndan məhrum edilmişdir. MPM-in 13.5-ci maddəsinə əsasən məhkəmə öz aktında Azərbaycan Respublikası hüquq qaydalarının ideya və ümumi prinsiplərini əsas götürür. Qərardadda həmin ideya və ümumi prinsiplərin tətbiqi barədə heç bir şey deyilmir.

2. Prosessual normada nəzərdə tu tulan tez vaxtdan apellyasiya şikayətini göndərən birinci instansiya məhkəməsi formal tələbə riayət etməsə də, vəziyyətdən irəli gələrək əsaslandırılmış bir qərar verib. Doğrudan da, MPM-nin 364.1-ci maddəsində nəzərdə tutlun müddətlərin o halda gözlənilməsi əhəmiyyətli ola bilərdi ki, digər proses iştirakçısının (iddiaçının) da apellyasiya şikayəti vermək ehtimalı olardı. Lakin iddiaçı qətnaməni xeyli əvvəl alıb, apellyasiya şikayətini də ona ayrılmış zaman çərçivəsində verib. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

14. İddiaçı kassasiya şikayətinə qarşı etiraz verərək kassasiya şikayətinin təmin edilməməsini, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

15. Maddə 357.1. Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər.

16. Maddə

360. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər.

17. Maddə 364.1. Birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəm əsinə göndərilir.

18. Maddə 366.1. Apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir.

19. Maddə 366.2. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər.

20. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

21. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

22. Apellyasiya instansiyası məhkəməsinin aktı cavabdehin şikayəti əsasında tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir.

24. Məhkəmə cavabdehin apellyasiya şikayətini o səbəbdən qeyri-mümkün sayılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi 26 de kabr 2022-ci il tarixdə tərəflərə, o cümlədən cavabdehə göndərilmiş, lakin sənədin çatdırılıb-çatdırılmaması barədə heç bir sənəd işə əlavə edilməmişdir. Məhkəməyə 6 aprel 2023-cü ildə daxil olmuş apellyasiya şikayəti qətnamənin alınma tarixi 31 mart 2023-cü il göstərilmişdir. Məhkəmə aktının alınması bu tarixindən götürülərsə, apellyasiya şikayətinin verilməsi müddəti 1 may 2023cü il tarixində bitir. Bununla belə mülki iş 11 aprel 2023-cü il tarixdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə gəldiyi nəticəni MPM-nin 364, 366-cı maddələri ilə əsaslandırmışdır.

25. Kassasiya kollegiyası bu mövqe ilə razılaşmır ona görə ki, iş materiallarında birinci instansiya məhkəməsinin qətnaməsinin çatdırılma vaxtı kimi qeyd edilən 31 mart 2023-cü ildən əvvəlki bir tarixdə məhkəmə aktının ca vabdeh tərəfindən rəsmi şəkildə alınmasına dair sübut olmadığı halda həmin şikayətin (prosessual müddətin ötürülməsi şübhəsi ilə) qeyri-mümkün sayılması əsaslı deyil. Məhkəmə təcrübəsindən də məlum olduğu kimi tərəfin qətnaməni daha əvvəlki tarixdə almasına dair təsdiqedici sübut (məhkəmə, yaxud poçt qəbzi və s.) olmadıqda şikayətin bir qayda olaraq müddət ötürülmədən verildiyi ehtimal edilir. Bu halın əksinə dair mövqe nümayiş etdirildikdə müvafiq dəlillər iş materialları ilə əsaslandırılmalıdır. Hazırkı işdə isə belə əsaslandırma edilməmişdir.

26. Apellyasiya məhkəməsinin istinad etdiyi digər hal – MPM-nin 364.1-ci maddəsində nəzərdə tutulan tələblərə birinci instansiya məhkəməsi tərəfindən əməl edilməməsi tərəfin şikayəti üzrə apellyasiyanın qeyri-mümkün sayılması və şikayətin qaytarılm asının əsası kimi qanunda nəzərdə tutulmamışdır.

27. Kollegiya onu da nəzərə alır ki, hazırkı işdə cavabdehlə yanaşı iddiaçının da qətnamədən verdiyi şikayət apellyasiya məhkəməsinə göndərilmişdir. Belə olan halda istinad olunan müddətin gözlənilməsi zərurəti də apellyasiya məhkəməsi tərəfindən əsaslandırılmamışdır.

28. Qeyd olunanlara əsasən məhkəmə tərkibi bu qənaətə gəlir ki, qərardad ləğv edilməli və sonrakı prosessual hərəkətlərin aparılması üçün iş apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır.

29. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-621/2023 nömrəli, 27 aprel 2023-cü il tarixli qərardadı ləğv edilsin və iş apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar