Məhkəmə qərarları › İş №2(102)-2577/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-2577/2021

22.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2577/2021 22.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı “xxxx” İKB ASC-nin (indiki “xxxx” ASC) cavabdehlər Cavabdeh1, X3, Cavabdeh3 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-2577/21 (Açar sözlər: kasasiya şikayətindən imtina, xitam) Bakı şəhəri, 22 aprel 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı “xxxx” İKB ASC-nin (indiki “xxxx” ASC) vəkili X8 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7618/2020 nömrə li iş üzrə xxx il tarixli qətnaməsindən iddiaçı “xxxx” ASC tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə 22 aprel 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı “xxxx” İKB ASC cavabdehlər Cavabdeh1, X3, Cavabdeh3 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə börcun ödənlməsi və ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə dair” iddia ərizəsi, daha sonra iddia tələbinin həcminin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh1 iddiaçının xeyrinə 02.12.2014-cü il tarixli 17-G-1-0-20-14 saylı kredit müqaviləsi üzrə 6482,53 ABŞ dolları əsas borc, 11791,77 ABŞ dolları faiz borcu, 1545,02 ABŞ dolları cərimə olmaqla, cəmi 19819,32 ABŞ dolları məbləğində borcun, iddia qaldırılması üçün ödənilmiş 30 m anat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqının tutulması, tutmanın X9 məxsus olan ünvan 1 ünvanında yerləşən 2 otaqlı 53 saylı mənzilə yönəldilərək ilkin satış qiyməti 40000 manat müəyyən olunmaqla açıq hərrac vasitəsilə satılması və satışdan əldə olunan məbləğin iddiaçının xeyrinə ödənilməsi, Cavabdeh1, X1, Cavabdeh3 və X7 istifadə hüquqlarına xitam verilməklə mənzildən çıxarılmaları və mənzilin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) xxx il tarixli, 2(011)-2797/2019 saylı qətnaməsi ilə (hakim Sər dar Mehrəliyev) iddia tələbi qismən təmin edilərək, cavabdeh X6 02.12.2014-cü il tarixli 17-G-1 -0-20-14 saylı kredit müqaviləsi üzrə 6482,53 ABŞ dolları əsas borc, 11791,77 ABŞ dolları faiz borcu, 45,02 ABŞ dolları cərimə olmaqla, cəmi 18319,32 ABŞ dolları məbləğində borcun və 55,20 manat məhkəmə xərclərinin “xxxx” İKB ASC-nin xeyrinə tutulması, tutmanın ipoteka qoyulmuş, cavabdeh X9 məxsus olan ünvan 1 ünvanında yerləşən 2 otaqlı 53 saylı mənzilə yönəldilərək ilkin satış qiyməti 90000 manat müəyyən edilməklə açıq hərracda satış yolu ilə realizə edilməsi, satışdan əldə edilmiş məbləğin iddia tələbi həcmində borcun ödənilməsinə yönəldilməsi, ünvan 1 ünvanında yerləşən 2 otaqlı 53 saylı mənzilə tutma yönəldildikdə və o satıldıqda ən geci 1 ay ərzində cavabdehlər Cavabdeh1, X4, Cavabdeh3 və X7 mənzildən çıxarılması və mənzilin boşadılması qət edilmişdir. Cavabdehlər Cavabdeh1 və X5 qətnamədən ayrı-ayrılıqda apelyasiya şikayətləri vermişlər. b) Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Fuad Babayev - sədrlik edən və məruzəçi, Xumar Mərdanova, Elnur Həsənov) xxx il tarixli, 2(103)-7618/2020 saylı qərardadı ilə cavabdeh X2 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xxx il tarixli, 2(011)-2797/2019 saylı qətnaməsindən verdiyi apelyasiya şikayətindən imtinasının qəbul edilməsi və ona münasibətdə apelyasiya icraatına xitam verilməsi qərara alınmışdır. Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Fuad Babayev - sədrlik edən və məruzəçi, Xumar Mərdanova, Elnur Həsənov) xxx il tarixli, 2(103)-7618/2020 saylı qətnaməs i ilə Cavabdeh1 apelyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xxx il tarixli, 2(011)-2797/2019 saylı qətnaməsinin “cavabdeh X6 02.12.2014-cü il tarixli 17-G-1 -0-20-14 saylı kredit müqaviləsi üzrə ümumilikdə 18 319,32 ABŞ dollarının tutulması” hissəsində dəyişdirililməsi, X6 02.12.2014-cü il tarixli 17G-1 -0-20-14 saylı kredit müqaviləsi üzrə iddiaçı “xxxx” İKB ASC-nin (Yelo Bank ASC) xeyrinə tutulmalı ümumi borcun məbləğinin 4580,51 ABŞ dolları müəyyənləşdirilməsi, qətnamənin mübahisələndirilən digər hissələrdə dəyişdirilmədən saxlanılması, apelyasiya baxışı zamanı keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 200 manatın 50 manatının Cavabdeh1, 150 manatının isə “xxxx” İKB ASC-dən (Yelo Bank ASC) alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilm əsi qət edilmişdir. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri İddiaçı “xxxx” ASC (vəkili X13) kasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək işin mahiyyəti üzrə hərtərəfli araşdırılması üçün Bakı Apellyasiya Məhkəməsinə geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Kasasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdehlər Cavabdeh1, X4, Cavabdeh3 və Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegi yası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3cü maddəsinə əsasən işə gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən iddiaçı “xxxx” ASC-nin vəkili X13 məhkəmə kollegiyasına kasasiya şikayətindən imtina barədə ərizə təqdim edərək, imtinanın qəbul edilməsini xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 410.1. Kasasiya şikayəti vermiş şəxs kasasiya qərarı çıxarılana kimi ondan imtina etməyə haqlıdır. Maddə 410.2. Məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulmuş əsaslarla şikayətdən imtinanı qəbul etməməyə və işə kasasiya qaydasında baxmağa haqlıdır. İşdə iştirak edən başqa şəxslər qətnamə və qərardaddan şikayət verməmişlərsə və məhkəmə kasasiya şikayətindən imtinanı qəb ul edirsə, kasasiya instansiyasında icraata xitam verilir. Maddə 410.3. Kasasiya instansiyasında icraata xitam verilməsi barədə kasasiya məhkəməsi qərar çıxarır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iddiaçı “xxxx” ASC-nin kasasiya şikayətindən imtina etməsinə dair ərizəsini nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçının kasasiya şikayətindən imtinası qəbul edilməli və kasasiya instansiyasında icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 410, 416, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı “xxxx” ASC-nin kasasiya şikayətindən imtinası qəbul edilsin və kasasiya instansiyasında icraata xitam verilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar