Məhkəmə qərarları › İş №2(102)-2577/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-2577/2022

24.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2577/2022 24.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər “X3 Azərbaycan” QSC, DƏDRX-in 3 saylı Gəncə Ərazi İdarəsi və 1 saylı Gəncə Notariat Kontoruna qarşı iş üzrə QƏRARİ (Açar sözlər: ipoteka müqaviləsinin etibarsız hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-210/2021 nömrəli iş üzrə 14 dekabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə 24 may 2022-ci il tarix də Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları RX seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən, E saylı ev və 0,0575 ha torpaq sahəsi xüsusi mülkiyyət kimi İddiaçı adına 19.07.2013-cü il tarixdə qeydiyyata alınmışdır. Gəncə şəhəri 1 saylı notariat kontoru tərəfindən təsdiqlənmiş, 11.10.2013-cü il tarixli, 117849/01 saylı ipoteka müqaviləsinə əsasən, İddiaçı mülkiyyətində olan E saylı evi və 0,0575 ha torpaq sahəsini Bank ilə borclu İddiaçı arasında 11.10.2013-cü il tarixdə bağlanmış 117849/01 saylı kredit müqaviləsi üzrə Borclunun öhdəliklərinin icrasını təmin etmək üçün Bank qarşısında ipoteka ilə yüklü etmişdir. RX seriyalı, ******* nömrəli Hüquqların Dövlət qey diyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən, İddiaçı məxsus E saylı ev və 0,0575 ha torpaq sahəsi 11.10.2013-cü il tarixdən 11.10.2016-cı il tarixə kimi 36 ay müddətinə “X3 Azərbaycan” QSCnin xeyrinə 19.10.2013-cü il tarixdə ipoteka ilə yüklü edilmişdir. Gəncə şəhəri, Nizami rayon məhkəməsinin 13 yanvar 2017-ci il tarixli qətnaməsi ilə iddiaçı “X3 Azərbaycan” QSC-nin cavabdehlər İddiaçı və X1 qarşı cavabdehlərdən müştərək qaydada 12964.87 USD əsas kredit borcu, 2703.66 USD faiz borcu və 1687.85 USD cərimə borcunun, ümumlikdə 17356.38 USD məbləğində borcun və 2.75 manat ipoteka qoyana ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin göndərilməsi üçün çəkilmiş poçt xərcləri, 30 manat ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün çəkilmiş xərcin, dövlət büdcəsinə ödənilmiş 30 manat dövlət rüsumunun “X3 Azərbaycan” QSC-nin xeyrinə tutulması, habelə banka olan borcun cavabdehlərdən tutulması ilə eyni zamanda ipoteka qoyulmuş mülkiyyət hüququ ilə İddiaçı məxsus olan 0.0575 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, ümumi sahəsi 74 kv.m., yaşayış sahəsi 46 kv.m., yardımçı sahəsi 28 kv.m və 1 mərtəbəli, 2 otaqlı, ümumi sahəsi 78.8 kv.m., yaşayış sahəsi 53.3 kv.m., yardımçı sahəsi 25.8 kv.m-dən ibarət ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin ipoteka müqavilələrinə əsasən tərəflər arasında razılaşdırılmış 60.000 manat olmaqla açıq hərracdan satılması hesabına ödənilməsi, ipoteka ilə yüklü edil miş əmlakların satışından əldə edilmiş məbləğ borc məbləğinin ödənilməsi üçün kifayət etmədikdə məbləğin qalan hissəsinin cavabdehlərdən tutulması, ipoteka ilə yüklü edilmiş yuxarıda qeyd edilən yaşayış sahəsindən istifadə hüququna xitam verilməklə yaşayış sahəsinin 1 ay müddətinə boşaldılması tələbinə dair iddiası qismən təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22.11.2017-ci il tarixli, 2(104)-1324/2017 saylı qətnaməsi ilə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 13 yanvar 2017-ci il tarixli qətnaməsindən cavabdeh İddiaçı verdiyi apelyasiya şikayəti qismən təmin edilmiş, qətnamə iddia tələbinin faiz borcu hissəsi üzrə borcun 2703 ABŞ dollarının icra gününə manata məzənnəsi ilə tutulması hissəsində dəyişdirilmiş, həmin hissədə iddia tələbi qismən təmin edilərək, fai z borcunun 2068 ABŞ ödəniş gününə manat məzənnəsi ilə müəyyən edilmiş, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılmış, 50 manat məbləğində ekspertiza xərcinin cavabdehlərdən tutulması qət edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 02 may 2018-ci il tarixli, 2(102)-2785/2018 nömrəli qərarı ilə qətnamə dəyişdirilmədən saxlanılmışdır. İddiaçı cavabdehlər “X3 Azərbaycan” QSC-yə və DƏDRX-in 3 saylı Gəncə Ərazi İdarəsi və 1 saylı Gəncə Notariat Kontoruna qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, onunla “X3 Azərbaycan” QSC arasında bağlanmış 11.10.2013-cü il tarixl, 117849/01 saylı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış ipoteka müqaviləsinə əsasən, ipoteka ilə yüklü edilmiş E ünvanında yerləşən 0,0575 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi əslində ipoteka predmeti ola və həmin əmlaka dair hərrac keçirilə bilməz. Çünki, həmin torpaq sahəsinin hüquqmüəyyənedici sənədləri yoxdur. Buna görə də, onun mülkiyyət hüquqları pozulmuş, notarius qeyri-qanuni müqaviləni təsdiqləmiş və reyestr xidməti əsassız olaraq yüklülük haqda reyestr çıxarışı vermişdir. Odur ki, müqavilə etibarsız hesab edilməlidir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 06.08.2019-cu il tarixli, 2(044)-1371/2019 saylı qətnaməsi ilə (hakim Kənan Hüseynov) iddia tələbinin rədd edilməs i qət edilmişdir. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, Məhkəmə baxışında müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh Bank arasında bağlanmış ipoteka müqaviləsi qanunvericiliklə nəzərdə tutulmuş şərtlər pozulmadan bağlanmışdır. Çünki E saylı ev və 0,0575 ha torpaq sahəsi iddiaçının adına dövlət reyestrində qeydiyyata alınmışdır. Odur ki, iddia tələbi təmin edilməməlidir. Birinci instansiya məhkəməsi qənaətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 337.2-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.4-cü maddələri ilə əsaslandırmışdır. Qətnamədən narazı qalan iddiaçı apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qətnam ə edilməsini xahiş etmişlər. b) Apelyasiya instansiyası məhkəməsində icraat Gəncə Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Azər Bayramov - sədrlik edən və məruzəçi, Rəşad Mamedov, Əlizamin Abdullayev) 14.12.2021-ci il tarixli, 2(104)210/2021 saylı qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməyərək, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 06.08.2019-cu il tarixli, 2(044)-1371/2019 saylı qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisələndirilən ipoteka müqaviləsinin etibarsız hesab edilməsi üçün əsaslar yoxdur. Bundan əlavə, məhkəmə araşdırmaları zamanı müəyyən edilmişdir ki, iddiaçı əvvəlcədən aparılmış bütün əməliyyatların hüquqi nəticəsini və mülki hüquqi əsaslarını bilmişdir. Kasa siya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri İddiaçı (vəkili Vəkil) kasasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qətnamənin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyini yoxlamamışdır. Torpaq sahəsinin hüquqmüəyyənedici sənədi yoxdur. Əsas şərtlərin pozulması ilə bağlanmış əqd etibarsızdır. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Məhkəməyə kasasiya şikayətinə qarşı yazılı etiraz ərizəsi daxil olmmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə icraatı yazılı icraat qaydasında keçirildi yindən MPM-in 10.8-1-ci maddəsinə əsasən kasasiya şikayəti üzrə mülki işə məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Kasasiya baxışının hədləri Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən və apely asiya instansiyası məhkəməsinin aktının tam ləğvi xahiş edildiyindən məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Maddə 390.1. Fiziki və h üquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 10.8-1. Bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf ö z tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə 416.1. Kasasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kasasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarını n düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kasasiya şikayətinin dəlilləri üzrə qeyd edilməlidir ki, kasasiya şikayəti formal dəlillərlə əsaslandırılmağa çalışılmışlar. Belə ki, kasasiya şikayətinin məzmunu əsasə iddiaçının iddia tələbinin məzmunu ilə eynilik təşkil etmiş, tələbində göstərdiyi kimi kasasiya şikayətində də idd iaçı ipoteka ilə yüklü edilmiş torpaq sahəsinin hüquq müəyyənedici sənədinin olmadığına istinad edərək, torpaqla bağlı ipoteka müqaviləsinin etibarsız olduğunu bildirmiş olsa da, kasasiya yoxlaması nəticəsində də müəyyən edilmişdir ki, torpaq və onun üzərində yerləşən daşınmaz əmlak barəsində hazırki iddiaçı ilə bank arasında ipoteka müqaviləsi bağlanmazdan əvvəl həmin torpaq sahəsi iddiaçının mülkiyyətində olmuş, bu barədə olan Çıxarışa əsaslanmaqla tərəflər arasında ipoteka müqaviləsi bağlanmışdır. Müqavilə bağlanarkən qanunvericiliyin tələblərinə düzgün əməl edilmişdir. Odur ki, kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya in stansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-210/2021 nömrəli iş üzrə 14 dekabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar