Məhkəmə qərarları › İş №2(102)-2578/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-2578/2023

05.07.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2578/2023 05.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Bakı şəhəri 51 saylı Notariat Ofisinin xüsusi notariusu X3, Bakı şəhəri 53 saylı Notariat Ofisinin xüsusi notariusu X1, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: borc tələbi, süb utetmə yükü) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Bakı şəhəri 51 saylı Notariat Ofisinin xüsusi notariusu X3, Bakı şəhəri 53 saylı Notariat Ofisinin xüsusi notariusu X1, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı borcun tutulması, tutmanın əm laka yönəldilməsi, alqı-satqı müqavilələrinin etibarsızlığı tələblərinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-742/2023 nömrəli, 21 fevral 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Hazırda İddiaçı (bundan sonra – iddiaçı) xx.xx.2019-cu il tarixli əlyazmaya istinad edərək, tərəfindən X5 bir il müddətinə 400.000 ABŞ dolları məbləğində borc verildiyini bildirərək, borcun qaytarılmasını tələb edir.

2. Məhkəməyə təqdim edilmiş əlyazmanın məzmunu aşağıdakı kimidir: “400.000 $ z ABŞ (dörd yüz min) imza Bir illik borc kimi təhvil verdim dostum Rövşənə imza 05.0.2019”.

3. X7 xx.xx.2020-ci il tarixdə ölmüşdür. Onda n miras qalmış əmlak ** BP *** dövlət nömrə nişanlı, “X9” markalı nəqliyyat vasitəsi, ** BB *** dövlət nömrə nişanlı, “QAZ 31029 markalı” nəqliyyat vasitəsi, ünvan 1 ünvanda yerləşən 5 saylı mənzil, ünvan 2rləşən qeyri-yaşayış binası, ünvan 3i-yaşayış sahəsi, ünvan 4eyri-yaşayış sahəsindən ibarətdir.

4. Miras qoyanın vərəsəsi kimi qardaşı Cavabdeh5 xx.xx.2022-ci il tarixdə ünvan 1 ünvanda yerləşən 5 saylı mənzilə dair 2V-655 reyestr nömrəli və ** BP *** dövlət nömrə nişanlı, “X9” markalı nəqliyyat vasitəsinə dair 2V-656 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir. 5. ünvan 1 ünvanda yerləşən 5 saylı mənzilə dair Cavabdeh5 (onun adından etibarnamə üzrə nümayəndəsi Cavabdeh6) ilə Cavabdeh8 arasında Bakı şəhər 51 saylı notariat ofisində xx.xx.2022-ci il tar ixli, AN-İ seriyalı ******* saylı daşınmaz əmlakın alqısatqı müqaviləsi bağlanmış, bu müqavilə əsasında əmlak daşımaz əmlakın dövlət reyestrində sonuncunun adına qeydiyyata alınmışdır. 6. ünvan 7ən qeyri-yaşayış sahəsinə (47 saylı mağaza) dair Cavabdeh5 (onun adından etibarnamə üzrə nümayəndəsi Cavabdeh6) ilə Cavabdeh8 arasında Bakı şəhər 51 saylı notariat ofisində xx.xx.2022-ci il tarixli, AN-İ seriyalı ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmışdır. 7. ünvan 5 ünvanda yerləşən qeyri-yaşayış binasına dair Cavabdeh5 (onun adından etibarnamə üzrə nümayəndəsi Cavabdeh6) ilə Cavabdeh7 arasında Bakı şəhər 53 saylı notariat ofisində xx.xx.2022-ci il tarixli, AN-İ seriyalı ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmış, bu müqavilə əsasında əmlak daşımaz əmlakı n dövlət reyestrində sonuncunun adına qeydiyyata alınmışdır. 8. ünvan 3i-yaşayış sahəsinə (19 saylı mağaza) dair Cavabdeh5 (onun adından etibarnamə üzrə nümayəndəsi Cavabdeh6) ilə Cavabdeh7 arasında Bakı şəhər 51 saylı notariat ofisində xx.xx.2022-ci il tarixli, AN-İ seriyalı ******* saylı daşınmaz əmlakın alqısatqı müqaviləsi bağlanmış, bu müqavilə əsasında əmlak daşımaz əmlakın dövlət reyestrində sonuncunun adına qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi və iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh5 400.000 ABŞ dolları məbləğində pulun tutularaq ona ödənilməsi, Cavabdeh5 ilə (onun adından etibarnamə əsasında Cavabdeh6 imzaladığı) Cavabde h7 arasında bağlanmış 18 iyul 2022-ci il və 20 iyul 2022-ci il tarixli alqı-satqı müqavilələrinin etibarsız (əhəmiyyətsiz) hesab edilməsi, Cavabdeh7 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydlərin ləğv edilməsi, Cavabdeh5 ilə (onun adından etibarnamə əsasında Cavabdeh6 imzaladığı) Cavabdeh8 arasında bağlanmış 18 iyul 2022-ci il və 20 iyul 2022-ci il tarixli alqı-satqı müqavilələrinin etibarsız (əhəmiyyətsiz) hesab edilməsi, Cavabdeh8 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydlərin ləğv edilməsi, Cavabdeh5 tutulacaq 400.000 ABŞ dollarının X4 miras qalmış Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, ev 65a, 1a saylı mənzil; ünvan 6 ünvanda yerləşən qeyri-yaşayış sahəsi, Bakı şəhəri, Nəsimi rayonu, Şövqiyar Abdullayev küçəsi, ev 23, 5 saylı mənzil, ünvan 5 ünvan da yerləşən qeyriyaşayış binası; ünvan 7ən qeyri yaşayış sahəsi (47 saylı mağaza) və ünvan 8 qeyriyaşayış sahəsi (19 saylı mağaza) hesabına təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2019-cu il tarixdə 1 il müddətinə Cavabdeh5 qardaşı X5 400.000 ABŞ dolları borc vermiş, tərəflər bu barədə yazılı qeyd imzalamış və bu sənəd onda saxlanılmışdır. Tərəflərin razılığına əsasən borc xx.xx.2020-ci il tarixdə qaytarılmalı olsa da, bu günədək həmin vəsait qaytarılmamışdır. Sonradan ona məlum olmuşdur ki, X7 xx.xx.2020-ci ildə vəfat etmiş, ondan miras qalmış əmlakı vərəsəsi kimi qardaşı Cavabdeh5 qəbul etmişdir. Lakin hazırkı iddia ərizəsinin verilməsindən sonra əmlakın bir hissəsini bu iş üzrə borcun tutulmasından yayındırmaq məq sədilə görünüş xətrinə nümayəndəsi vasitəsilə əlaqəli olduğu şəxslərin adına özgəninkiləşdirmişdir.

11. İddiaçı tərəfindən təqdim edilmiş bundan əvvəlki baxılmamış saxlanılmış iddiası üzrə Sumqayıt Şəhər Məhkəməsi tərəfindən keçirilmiş məhkəmə-xətşünaslıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 avqust 2021-ci il tarixli ekspert rəyi ilə müəyyən olunmuşdur ki, xx.xx.2019cu il tarixli qəbzdəki “400.000 $ ABŞ (dörd yüz min) Bir illik borc kimi Təhvil verdim dostun Rövşənə xx.xx.2019” əlyazıları və həmin qəbzdə 3-cü sətirdə olan imza - İddiaçı tərəfindən icra olunmuşdur. xx.xx.2019-cu il tarixli qəbzdə “xx.xx.2019” tarix göstəricisindən əvvəl yerləşən imza (7-ci sətirdə), işin 73-cü vərəqində və 3M-2853 nömrəli notariat işinin 3-cü vərəqin də olan 22 noyabr 2019-cu il tarixli Müqavilənin ləğvinə dair sazişdə “Əpəбов Р” əlyazması qarşısındakı imzalar, 74-cü vərəqində olan xx.xx.2014cü il tarixli icarə müqaviləsinə dair xx.xx.2015-ci il tarixli razılaşmada “İcarəyə verən” qrafasında olan imza eyni şəxs - X7 tərəfindən icra olunmuşdur.

12. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) e-2(006)-3582/2022 nömrəli, 19 avqust 2022-ci il tarixli qətnaməsi ilə (hakim Anar İbadzadə) iddia qismən təmin edilərək, Cavabdeh5 400.000 ABŞ dolları (Azərbaycan Respublikasının Mərkəzi Bankının ödəniş gününə müəyyən etdiyi manat məzənnəsinə uyğun olaraq) tutularaq iddiaçıya ödənilməsi, Cavabdeh5 ilə (onun adından etibarnamə əsasında Cavabdeh6 imzaladığı) Cavabdeh7 arasında bağlanmış 18 iyul 2022-ci il və 20 iyul 2022-ci il tarixli alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, Cavabdeh7 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydlərin ləğv edilməsi Cavabdeh5 tutulacaq 400.000 ABŞ dollarının X4 miras qalmış Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, ev 65a, 1a saylı mənzil; ünvan 6 ünvanda yerləşən qeyri-yaşayış sahəsi; ünvan 5 ünvanda yerləşən qeyri-yaşayış binası və ünvan 8 ümumi sahəsi 215.6 kv.m olan qeyriyaşayış sahəsi (19 saylı mağaza) hesabına təmin edilməsi, qeyd olunan əmlakların hər hansı birinin və ya bir neçəsinin satışından əldə edilmiş vəsait bu qətnamə ilə müəyyən edilmiş məbləğin ödənilməsinə kifayət etdikdə qalan əmlaklara tələb yönəldilməməsi, iddianın qalan hissədə rədd olunması qət edilmişdir.

13. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddi açı və mərhum X7 arasında borc barədə razılıq əldə olunmuş, iddiaçı xx.xx.2019-cu il tarixdə X5 400.000 ABŞ dolları bir illik borc kimi vermiş və borcun mövcud olmasına dair yazılı sənəd (əlyazma) tərtib edərək imzaları ilə təsdiq etmişlər. Bununla da iddiaçı və mərhum arasında borc münasibətləri yaranmışdır. X2 üzərinə düşən öhdəliyi icra etməmiş, borcunu qaytarmamış və xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Ondan miras qalmış əmlaklar cavabdeh olan qardaşı Cavabdeh5 tərəfindən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında qəbul edilmişdir.

14. Borcun mövcud olması ilə bağlı yazılı sənəddə “xx.xx.2019” tarix göstəricisindən əvvəl yerləşən imzanın X7 tərəfindən icra olunması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli 4 /908 saylı ekspert rəyi ilə təsdiq olunmuşdur. Mülki Məcəllənin 529.3-cü maddəsinin tələbinə əsasən borc sənədi iddiaçıda olduğundan və Cavabdeh5 bu sənəddə qeyd edilən pul məbləğinin məhz mərhum qardaşına məxsus olmasına və ya bu vəsaitin iddiaçıya ödənilməsinə dair hər hansı bir sübut təqdim edə bilmədiyindən həmin vəsait iddiaçıya geri qaytarılmalıdır.

15. Digər tərəfdən, xx.xx.2019-cu il tarixli əlyazmada “bir illik borc kimi” ifadəsini sonradan yazılma səbəbi ilə qəbul etməsək belə, həmin vəsaitin X10a verilməsi faktı danılmazdır. Əgər həmin vəsait borc kimi deyil, başqa əsaslarla verilmişdirsə və bu vəsait məhz Rövşən Ərəbova məxsus olmuşdursa (başqa sözlərlə pul vəsaiti Rövşən Ərəbovun olmuş və iddiaçı bu vəsaiti sadəcə olaraq ona geri qaytarmışdırsa) bu halları sübut etmək vəzifəsi ni Cavabdeh5 daşıyır. Əksi sübut edilməyənə qədər tərəflər arasındakı münasibətləri borc kimi qəbul etməsək belə (Rövşən Ərəbov vəfat etdiyindən və cavabdeh tərəf iddiaçı ilə mərhum qardaşı arasında olan münasibətlərə heç bir aydınlıq gətirməyərək, hər hansı bir sübut təqdim etmədiyindən iddiaçı ilə Rövşən Ərəbov arasında mövcud olmuş münasibətlər yalnız iddia tərəfinin təqdim etdiyi sübutlar və izahatlar əsasında müəyyənləşdirilmişdir) mərhum iddiaçıdan 400.000 ABŞ dollarını aldığı üçün iddiaçının hesabına əsassız olaraq varlanmış hesab edilir.

16. İş materiallarından görünür ki, iddiaçı borcun mərhumdan miras qalmış əmlak hesabına tutulması tələbi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etdikdən sonra göstərilən əmlaklar 18 və 20 iyul tarixlərdə Cavabdeh6 tərəfindən anası Cavabde h7 satılmaqla özgəninkiləşdirilmişdir. Məhkəmə hesab etmişdir ki, Cavabdeh6 etibarnamə əsasında mübahisəli əmlakları qısa vaxt müddətində, yəni iddia ərizəsinin verildiyi tarixdən 13-15 gün sonra məhz anası - Cavabdeh7 satması, gələcəkdə iddiaçının tələbi üzrə borcun həmin əmlaklar hesabına tutulmasının baş verməməsinə yönəlmiş davranış kimi qiymətləndirilməlidir. Ona görə də, Cavabdeh5 ilə Cavabdeh7 arasında bağlanmış alqısatqı müqavilələri etibarsız hesab edilməli və həmin müqavilələr əsasında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydlər ləğv edilməlidir.

17. Cavabdeh5 ilə (onun adından etibarnamə əsasında Cavabdeh6 imzaladığı) Cavabdeh8 arasında bağlanmış 18 və 20 iyul 2022-ci il tarixli alqı-satqı müqavilələrinə münasibətdə isə məhkəmə qeyd etmişdir ki, bu müqavilələr üzrə alı cı (Cavabdeh8) əmlakları əvəzi ödənilməklə almış, mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. Buna görə də, məhkəmə mülki qanunvericiliyin vicdanlı alıcı ilə bağlı normalarından çıxış edərək hesab etmişdir ki, alqı-satqı müqavilələri üzrə alıcı Cavabdeh8 vicdanlı əldə edən olduğundan, mübahisə obyekti olan əmlakların əldə edilməsi ilə bağlı bağlanmış alqı-satqı muqavilələri etibarsız hesab edilə və həmin müqavilələr əsasında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydlər ləğv edilə bilməz. İddiaçı tərəf isə bunun əksini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Eyni zamanda, iş materiallarında da mübahisəli əmlakları əldə etmiş şəxsin müvafiq əqdlər bağlanan zamanı vicdanlılığını istisna edən hər hansı mötəbər sübut mövcud deyildir. Alqı-satqı müqavilələ ri bağlanan zamanı satıcının (Cavabdeh5) əmlaklar üzərində mülkiyyət hüquqları dövlət qeydiyyata alınmış vəziyyətdə olmuş və reyestrdə hər hansı yüklülük halı qeydə alınmamışdır. Göründüyü kimi, iddia tələbi Cavabdeh8 aid hissədə əsaslı sayıla bilməz və iddia həmin hissədə təmin olunmamalıdır.

18. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 140, 148.2, 182.1, 324, 337, 359.3, 385.1, 442, 529.3, 567, 646.1, 646.2, 739, 740, 1091.1, 1091.2, 1092.1, 1306.1-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

19. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın rə dd olunan hissələrində ləğv edilməsini, iddianın tam təmin olunması olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

20. Şikayət belə əsaslandırılmışdır ki, Cavabdeh5 nümayəndəsi Cavabdeh6 ona verilən etibarnamədən sui istifadə edərək, öz yaxını Cavabdeh8 ilə xx.xx.2022 və xx.xx.2022-ci il tarixli alqı-satqı müqavilələri bağlamışdır. Bütün hallar alqı-satqı müqavilələrinin görüntü üçün bağlandığını, Cavabdeh7 və Cavabdeh8 əslində real alıcı olmadıqlarını, Cavabdeh6 isə etibarnamədən öz xeyrinə sui-istifadə edərək, əmlakları tez bir şəkildə öz qohum və yaxınlarının adına rəsmiləşdirdiyini təsdiq edir. Birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən faktları, Cavabdeh6la Cavabdeh8 arasındakı münasibətləri, aralarında gizli sövdələşmə olub-olmamasını, Sumqayıt şəhər ində yerləşən əmlakların hansı səbəbdən Bakı şəhərində yerləşən notariat ofisində alqı-satqı edildiyini araşdırmamış, Cavabdeh8 əmlakların satışından nə zaman, hansı şəraitdə və necə xəbər tutmasını aydınlaşdırmamış, həmçinin Cavabdeh8 adına rəsmiləşdirilmiş əmlakların real bazar dəyərini müəyyən etməmişdir. Halbuki, bu halları aydınlaşdırmamış Cavabdeh8 həqiqətən də vicdanlı alıcı olub-olmamasını müəyyən etmək mümkün deyildir.

21. Cavabdeh5 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın tam rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

22. Apellyasiya şikayətində göstərilmişdir ki, təqdim olunmuş qəbz heç bir halda borc müqaviləsi kimi qiymətləndirilə bilməz. X10 tərəfindən iddiaçıdan 400.000 ABŞ dolları alınmasına dair imzalanmış xx.xx.2019-cu il tarixli yazılı qeydin özünün həqiqi olması, yəni həmin sənəddəki imzanın mərhuma məxsus olub-olmaması, məzmununa əlavə və dəyişikliklərin edilb-edilməməsi, əlavə və dəyişikliyin kim tərəfindən, hansı məqsədlə edilməsi və s. hallar araşdırılmadan, həmin sənədə borcun mövcudluğunun təsdiqi kimi qiymət verilməsi əsassızdır. Qəbzin məzmununa “bir illik borc kimi” sözünün əlavə edilməsinin iddiaçı tərəf də etiraf etmişdir ki, bu fakt da məhz X10un iddiaçıya borcu olduğunu şübhə altına alır. Bundan başqa, iş materiallarına əlavə etdikləri xx.xx.2019-cu il tarixli, 25 saylı müqavilədən görünür ki, X10 iddiaçının təsisçi olduğu "xxxx" MTK-dan 116.000 manat müqabilində 3 otaqlı mənzil almışdır. Mərhum vəfat etdikdən sonra onun aldığı mənzili iddiaçıdan tələb etdikdə isə o, bu faktı inkar etmiş, əks inə guya mərhumun ona pul borcu olduğunu iddia etmiş və bununla bağlı məhkəmədə iddia qaldırmışdır. Mərhum ümumiyyətlə heç bir şəxsdən borc pul almamış, əksinə ayrı-ayrı şəxslərə borc vermişdir. Bundan başqa, iddiaçının mərhum aldığı mənzili ona təhvil verməməsi, başqa şəxsə satması, bu səbəbdən Baş Prokurorluq tərəfindən həbs edilməsi və barəsində cinayət işinin istintaqının getməsi onun yalan danışdığını təsdiq edən faktlardan biridir.

23. Digər cavabdehlər Cavabdeh7 və Cavabdeh6 da ayrı-ayrılıqda apellyasiya şikayətləri verərək, qətnamənin iddianın təmin edilmiş hissəsində ləğv edilməsini, iddianın tam rədd olunması barədə yeni qətnamə qəbul etməsini xahiş etmiş və şikayətlərini Cavabdeh5 apellyasiya şikayəti ilə eyni dəlillərlə əsaslandırmışlar.

24. Apellyasiya baxışında cavabdehlərin vəsatəti əsasında öyrənilmiş iddiaçının bundan əvvəlki baxılmamış saxlanılmış borc tələbinə dair iş materiallarından görünür ki, Sumqayıt Şəhər Məhkəməsi tərəfindən xx.xx.2019-cu il tarixli qəbzə dair sənədlərin texniki ekspertizası keçirilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26 iyul 2021-ci il tarixli ekspert rəyi ilə müəyyən olunmuşdur ki, tədqiqata təqdim edilmiş “400.000” rəqəmləri ilə başlayıb “xx.xx.2019” rəqəmləri ilə bitən xx.xx.2019-cu il tarixli qəbzin üzərində olan “z ABŞ” hərfləri, “Bir illik borc kimi” sözü və “xx.xx.2019” rəqəmlər sonradan qəbzin üzərinə əlavə edilmişdir. Həmin qəbzin üzərində olan “400.000 $ (dörd yüz min)” əl yazma mətni əvvəl, sonra isə üçüncü sətrdəki imza icra edilmişdir. Tədqiq olunan qəbzin üzərində olan “Təh vil verdim dostum Rövşənə” əl yazma mətni əvvəl, sonra isə vərəqin aşağı sol hissəsindəki imza icra edilmişdir. Həmin qəbzin üçüncü sətrində olan imza əvvəl, sonra isə “Bir illik borc kimi” əlyazma mətni icra edilmişdir. Tədqiqata təqdim edilmiş qəbzdəki “400.000 $ (dörd yüz min)”, “Təhvil verdim dostum Rövşənə” əlyazıları və imzalar rəngləyici maddələrin kimyəvi tərkiblərinə görə eyni diyircəkli qələmlə icra olunmuşdurlar. Həmin qəbzdəki “ABŞ” və “Bir illik borc kimi” əlyazılan rəngləyici maddələrinin kimyəvi tərkiblərinə görə eyni diyircəkli qələmlə icra olunmuşdurlar. Tədqiq olunan qəbzdəki “z” əlyazısının icra olunmasında istifadə olunan mürəkkəblərin rəngləyici maddələri kimyəvi tərkiblərinə görə diyircəkli qələmlərdə istifadə olunan mürəkkəblərə aiddir. Həmin qəbzdəki “xx.xx.2019” əlyazıları rəngləyici maddələrinin kimyəvi tərkiblərinə görə diyircəkli qələmlə icra olunmuşdurlar. Qəbzdəki “400.000 & (dörd yüz min)”, “Təhvil verdim dostum Rövşənə” əlyazılarının və imzaların icra olunmasında istifadə olunan mürəkkəblərin rəngləyici maddələri və “ABŞ”, “Bir illik borc kimi” əlyazılarının, “xx.xx.2019” əlyazılarının və “z” əlyazısının icra olunmasında istifadə olunan mürəkkəblərin rəngləyici maddələri kimyəvi tərkiblərinə görə diyircəkli qələmlərdə istifadə olunan mürəkkəblərə aiddirlər və öz aralarında fərqlidirlər. Rəyin tədqiqi hissəsinin 5-ci bəndində göstərilən səbəbə görə qərardadda göstərilən “İş materiallarında olan xx.xx.2019-cu il tarixli əlyazmada olan yazıların icrası hansı tarixlərə təsadüf edir?” sualı üzrə tədqiqat aparılmamışdır.

25. Bakı Apellyasiya Məhk əməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-7421/2023 nömrəli, 21 fevral 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – Q.Əsgərov (sədrlik edən və məruzəçi), F.Talışinski və A.İmanov) iddiaçının apellyasiya şikayəti rədd, cavabdehlərin apellyasiya şikayətləri təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia rədd olunmuşdur.

26. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi Mülki Məcəllənin 385.1, 442, 448.1, 739.1, 739.2, 740.1 və 740.2-ci maddələrinə istinad edərək, X10 tərəfindən iddiaçıdan 400.000 ABŞ dolları pulun alınmasına dair imzalanmış xx.xx.2019-cu il tarixli yazılı qeydi borcun mövcud olduğunu təsdiq edən sənəd kimi qiymətləndirsə də, həmin sənədin həqiqi olması, onun məzmunu nda əlavə və dəyişikliklərin edilib-edilməməsini araşdırmamış, cavabdehlərin həmin yazılı qeydə əlavə və dəyişikliklərin olması barədə dəlillərini araşdırıb qiymətləndirməmişdir. Halbuki, qəbzin məzmununda “bir illik borc kimi” sözünün əlavə edilməsini iddiaçı tərəf birinci instansiya məhkəməsində etiraf etmişdir. Cavabdehlər tərəfindən verilmiş apelyasiya şikayətlərinin əsas dəlillərindən biri də, məhz birinci instansiya məhkəməsi tərəfindən qəbzdə yazılanların həqiqiliyinin müəyyən edilməməsi və bu xüsusatın müəyyən edilməsi üçün ekspertiza keçirilməsi barədə vəsatətlərinin məhkəmə tərəfindən əsassız olaraq təmin olunmamasıdır.

27. İddiaçının əvvəlki iddiası üzrə Sumqayıt Şəhər Məhkəməsində mübahisəyə baxılarkən alınmış ekspertiza rəyləri hazırkı apelyasiya icraatı zamanı tərəflərin işti rakı ilə müzakirə olunmuş və sübut kimi qəbul edilib qiymətləndirilməsi mümkün hesab edilmiş və bu səbəbdən də cavabdehlər sənədlərin texniki ekspertizası keçirilməsi barədə vəsatətlərini və apelyasiya şikayətlərinin ekspertiza keçirilməsi barədə dəlillərini müdafiə etməmişlər.

28. Məhkəmə kollegiyası qeyd edilən ekspertiza rəylərini təhlil edib, belə qənaətə gəlmişdir ki, iddiaçı tərəfindən borcun təsdiqi kimi sübut qismində təqdim edilmiş yazılı sənədin ilkin variantı aşağıdakı kimi olmuşdur: “400.000 $ (dörd yüz min) imza təhvil verdim dostum Rövşənə imza”. Göründüyü kimi, yazılı sənədin ilkin variantında təhvil verilən pulun təyinatı qeyd edilməmiş və həmin variantda yazılı sənəd pul alan tərəfindən imzalanmışdır. Ekspertiza rəyləri ilə müəyyən olunur ki, sübut kimi təqdim edilmiş yazı lı sənədə “z ABŞ” hərfləri, “bir illik borc kimi” sözləri və “xx.xx.2019” rəqəmləri sonradan qəbzin üzərinə əlavə edilmişdir. İddiaçının nümayəndəsi təqdim edilmiş yazılı sənədə yuxarıda qeyd edilən əlavələrin sonradan əlavə edildiyini etiraf etmiş, lakin həmin əlavələrin Rövşən Ərəbovun razılığı ilə edildiyini bildirsə də, bunu öz izahatından başqa hər hansı bir sübutla təsdiq etməmişdir. Həmçinin, qeyd edilən əlavələrin yazılı sənədə əlavə edilməsi Rövşən Ərəbov tərəfindən təsdiq edilməmişdir. Göstərilənlərə əsasən, iddiaçı tərəfindən sübutun təsdiqi qismində təqdim edilmiş yazılı sənəd borcu təsdiq edən sübut kimi qəbul edilə bilməz.

29. Kollegiya, həmçinin qeyd etmişdir ki, yazılı sənədin iddiaçıda olması və iddiaçının Mülki Məcəllənin 529.3-cü maddəsinə istinad etməsi də əsaslı hesab edilmir. Belə ki, həmin maddi hüquq norması o halda tətbiq oluna bilər ki, istinad edilən sənəd borcun verilməsini təsdiq etsin. Yuxarıda qeyd edildiyi kimi, həmin sənəd borcu təsdiq edən sübut kimi qəbul edilmədiyindən, göstərilən maddi hüququ normasının da hazırkı halda tətbiqi üçün əsas yoxdur.

30. Məhkəmə kollegiyası iddia tələbinin birinci hissəsi olan pul tələbinin əsassız olması barədə nəticəyə gəldiyindən, iddia tələbinin digər hissələrinə qiymət verilməsinə zərurət görməmişdir. Çünki pul tələbi əsaslı olacağı təqdirdə iddia tələbinin digər hissələrinə qiymət verilə bilərdi. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

31. İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, id dianın təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

32. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, apellyasiya məhkəməsinin də qeyd etdiyi kimi, mübahisəli sənədin ilk variantını onu tərtib edən şəxslər öz imzaları ilə təsdiq etmişlər və bu imzaların həmin şəxslərə məxsus olması ekspert rəyi ilə sübut olunmuşdur. Başqa sözlə, iş materialları ilə 400.000 ABŞ dollarının iddiaçı tərəfindən Rövşən Ərəbova verildiyi sübut edilir. Belə olan halda, məhkəmənin bu sənədi borc sənədi kimi qəbul etməməsi və Mülki Məcəllənin 529.3-cü maddəsini tətbiq etməməsi tamamilə qanunsuzdur. Sənəd iddiaçıda olduğundan və Cavabdeh5 bu sənəddə qeyd edilən pul məbləğinin məhz mərhum qardaşına məxsus olmasına və ya bu vəsaitin iddiaçıya ödənilməsinə dair hər hansı bir sübut təqdim edə bilmədiyi ndən həmin vəsait iddiaçıya geri qaytarılmalıdır.

33. Digər tərəfdən, apellyasiya məhkəməsi iddiaçı ilə mərhum arasında hər hansı borc münasibətinin olmadığını qeyd etmiş, lakin onlar tərəfindən imzalanmış sənəddə əks edilən məbləğin hansı səbəbdən və qanuni əsasa görə mərhum tərəfindən təhvil alındığını aydınlaşdırmamışdır. Bu halları sübut etmək vəzifəsini mərhum vərəsəsi olan Cavabdeh5 daşıyır. Əksi sübut edilməyənədək tərəflər arasındakı münasibətlər borc kimi qəbul edilməsə belə, mərhum iddiaçıdan 400.000 ABŞ dolları aldığı üçün onun hesabına əsassız varlanmış sayılır. Apellyasiya məhkəməsi isə Mülki Məcəllənin 1091.1, 1091.2 və 1092.2-ci maddələrini tətbiq etməli olduğu halda bunu etməmişdir.

34. İddiaçı mərhumdan miras qalmış əmlaka dair cavabdehlər arasında bağlanmış alqı-satqı müq avilələrinin etibarsızlığı hissəsində isə iddia ərizəsi və apellyasiya şikayəti ilə eyni dəlillərdən çıxış edərək, apellyasiya məhkəməsi tərəfindən Mülki Məcəllənin 340-cı maddəsinin tələblərinin pozulduğunu qeyd etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

35. Cavabdeh8 (Vəkil3) kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, şikayətin dəlillərinin əsassız olduğunu, apellyasiya instansiya məhkəməsinin qanuni və əsaslı olan qətnaməsinin ləğvi üçün əsas təşkil etmədiyini bildirmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə

36. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəs inin icrasını tələb etmək hüququ vardır.

37. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

38. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Prosessual Məcəllə

39. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

40. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

41. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

42. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

43. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilm ir.

44. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

45. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

46. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri

47. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

48. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

49. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İ ş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

50. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və Məhkəmə kollegiyası həmin əsaslandırma ilə razılaşır.

51. Kollegiya, həmçinin bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

52. Məhkəmə kollegiyası qeyd olu nanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

53. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-742/2023 nömrəli, 21 fevral 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar