Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-258/2023 01.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər X9 "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu, Səbail rayon İcra Şöbəsi və "xxxx" MMC-yə qarşı (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi üçüncü şəxs qismində cəlb edilməklə) iş üzrə QƏRARİ (Açar sözlər: ipotekaya xitam verilməsi əsasları, daşınmaz əmlakın üzərindəki ipotekanın dövlət qeydiyyatının ləğv edilməsi, hərrac protokolunun etibarsızlığı) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər X3 (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı cavabdehlər X9 "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu, Səbail rayon İcra Şöbəsi və "xxxx" MMC-yə qarşı (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “ipoteka yüklülüyünə xitam verilməsi, ipotekanın dövlət qeydiyyatının ləğv edilməsi, əmlaka dair mülkiyyət hüququnu təsdiq edən dövlət reyestrindən çıxarışın qaytarılması, hərracın qanuna zidd və etibarsız hesab edilməsi” tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5819/2020 nömrəli mülki iş üzrə 01 sentyabr 2022ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayə tinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. "xxxx" ASC (bundan sonra-Bank) ilə X7 arasında bağlanmış 03 oktyabr 2008-ci il tarixli kredit müqaviləsinə əsasən, Lalə Əliyevaya 48 ay müddətinə, illik 20% dərəcəsi ilə 60 000 manat məbləğində kredit verilmiş, kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi İddiaçı, (bundan sonra iddiaçı) bank və X7 arasında eyni tarixdə ipoteka müqaviləsi bağlanmış, iddiaçıya məxsus olan Bakı şəhəri, Səbail rayonu, Zeynalabdin Tağıyev küçəsi 19 nömrəli evin 22 nömrəli mənzili (bundan sonra ipoteka predmeti olan mənzil) ipoteka ilə bankın xeyrinə yüklü edilmişdir.
2. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə Bankın “kredit müqaviləsi üzrə yaranmış borc un tutulması və ipoteka predmetinə tutma yönəldilməsi” tələblərinə dair iddiası təmin edilmiş, bankla X7 arasında bağlanmış 03 oktyabr 2013-cü il tarixli 4506F kredit müqaviləsi üzrə yaranmış 49 130 manat məbləğində əsas, xx.xx.2017-ci il tarixə olan 38 229 manat faiz, xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixə olan və illik 5 faiz dərəcəsi ilə hesablanmış 2614 manat faiz borcu olmaqla ümumilikdə 89 973 manat kredit borcunun, 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 31 manat dövlət rüsumunun, müqavilələrin və yüklülük çıxarışlarının təsdiqi üçün ödənilmiş 26 manat rüsumun X4 tutulub banka ödənilməsi, ödəmənin Bank (ipoteka saxlayan) ilə iddiaçı (ipoteka qoyan) ar asında bağlanılmış xx.xx.2013-cü il tarixli ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş iddiaçıya məxsus ipoteka predmeti olan mənzilə yönəldilməsi, həmin mənzilin ilkin satış qiymətinin 130 000,0 manat müəyyən edilməsi, mənzilin həmin ilkin satış qiyməti ilə satılması üçün açıq hərraca çıxarılması, satışdan əldə edilən pul vəsaitinin yuxanda göstərilən pul tələblərinin təmin edilməsi məbləğində banka ödənilməsi, satışdan əldə olunmuş pul vəsaitinin qalan (tələbdən artıq məbləğ) hissəsinin iddiaçıya verilməsi, ipoteka predmeti olan mənzilin açıq hərrac yolu ilə satılmasından sonra 1 (bir) ay ərzində cavabdehlər İddiaçı, X5, X2 və X6 ən gec bir ay ərzində həmin mənzildən çıxarılmaları və mənzilin boşaldılaraq yeni mülkiyyətçiyə təhvil verilməsi qət edilmişdir.
3. Bakı şəhəri Səbai l Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi xx.xx.2020-ci il tarixdə qanuni qüvvəsini almış və xx.xx.2021-ci il tarixdə icra vərəqəsi verilərək icraya yönəldilmişdir.
4. Səbail rayon İcra şöbəsi tərəfindən icra sənədinin icrası ilə əlaqədar hərracın keçirilməsini təşkil etmək üçün xx.xx.2021-ci il tarixdə “X1 Mərkəzi” MMC-yə müraciət olunmuş, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərində zərurət aradan qalxdığından MMCdən hərracın dayandırılması xahiş edilmişdir 5. “X1 Mərkəzi” MMC tərəfindən 28 iyul 2021-ci il tarixdə saat 11:00-da hərracın keçiriləcəyi barədə elan verilmiş, xx.xx.2021-ci il tarixdə LPO Banka “İpoteka predmetinin alqı-satqısı üçün müqavilə bağlanılması barədə” bildiriş göndərilmiş və iddiaçıya məxsus əmlakı xx.xx.2021-ci il tarixinədək əldə etməsi təklif o lunmuş, xx.xx.2021-ci il tarixdə isə banka ünvanlanmış məktuba cavab verilmədiyi əsas gətirilməklə icra sənədi Səbail rayon İcra şöbəsinə geri qaytarılmışdır. 6. “X1 Mərkəzi” MMC-nin LPO Banka göndərdiyi bildirişə bank tərəfindən cavab verilmiş, MMC-dən mənzilin X9 Bank tərəfindən əldə olunması məqsədilə müvafiq alqı- satqı müqaviləsinin bağlanması, hərracın nəticələri haqqında yekun protokolun tərtib olunması və ipoteka predmetinin bankın adına rəsmiləşdirilməsi ilə bağlı göstəriş verilməsi xahiş edilmişdir. 7. “X1 Mərkəzi” MMC-dən hərracın dayandırılmasını xahiş etmiş Səbail rayon İcra şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixli məktubla "xxxx" MMC-yə müraciət edilmiş, MMC-dən icra sənədi üzrə ipoteka predmeti olan mənzilin satışının təmin olunması xahiş edilmişdir. 8. "xxxx" MMC tərəfi ndən təkrar hərracın baş tutmadığı barədə “Market” qəzetinin xx.xx.2021-xx.xx.2021-ci il tarixli buraxılışında elan verildikdən sonra ipoteka müqaviləsi üzrə ipoteka saxlayan qismində çıxış edən LPO Bank xx.xx.2021-ci il tarixli məktubla MMC-dən ipoteka predmeti olan mənzilin təkrar hərracdakı ilkin satış qiymətindən 25%-dən az olmayan qiymətlə, yəni 82 875 manata əldə olunması üçün müvafiq alqı-satqı müqaviləsinin bağlanması, hərracın nəticələri haqqında yekun protokolun tərtib olunması və ipoteka predmetinin bankın adına rəsmiləşdirilməsi ilə bağlı göstəriş verilməsini xahiş etmiş, "xxxx" MMC ilə LPO Bank arasında “İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair” xx.xx.2021-ci il tarixli müqavilə bağlanmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansi ya məhkəməsində icraat
9. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus ipoteka predmeti olan mənzilin ipoteka yüklülüyünə xitam verilməsi, həmin daşınmaz əmlakın üzərindəki ipotekanın dövlət qeydiyyatının ləğv edilməsi, əmlaka dair mülkiyyət hüququnu təsdiq edən dövlət reyestrindən çıxarışın ona qaytarılması və "xxxx" MMC-də keçirilmiş hərracın qanuna zidd və etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
10. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, “X1 Mərkəzi” MMC tərəfindən hərraclar keçirilmiş və təkrar hərrac baş tutmamış elan edildikdən sonra hərrac mərkəzi tərəfindən “İpoteka haqqında” AR Qanunun 43.8-ci maddəsinə əsasən ipoteka predmetinin 30 təqvim günü ərzində əldə olunması üçün LPO Bankın ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna xx.xx.2021ci il tarixli ipoteka predmetinin alqı-satqısı üçün müqavilə bağlanması barədə bildiriş verilmişdir. Hərrac təşkilatı tərəfindən ipotekasaxlayana göndərilən təklifin üzərindən bir aydan çox müddət keçməsinə baxmayaraq ipoteka predmeti ipotekasaxlayan tərəfindən əldə edilməmişdir. Əmlak hərracda satılmadığına və ipoteka saxlayan tərəfindən əldə edilmədiyinə görə, “X1 Mərkəzi” MMC tərəfindən xx.xx.2021-ci il tarixli məktubla Səbail rayon icra və Probasiya Şöbəsinə geri qaytarılmışdır. İş üzrə daha bir mübahisəli məqam ondan ibarətdir ki, ipoteka predmeti olan mənzilin hərracda satılması üçün Səbail rayon İcra və Probasiya Şöbəsi tərəfindən 34223/21-xx-xx/5577 saylı sifariş məktubuna əsasən dig ər bir hərrac təşkilatı olan "xxxx" MMC-yə də sifariş verilmişdir və "xxxx" MMC-də öz növbəsində 18 avqust 2021-ci il və 06 sentyabr 2021-ci il tarixlərində ipoteka predmeti olan mənzilin açıq hərracda satılması üçün KİV-də müvafiq elanlar dərc etmiş və hərrac bildirişlərini tərəflərə göndərmişdir. "xxxx" MMC-də keçirilən hərrac öz-özlüyündə etibarsızdır. Belə ki, göründüyü kimi bir ipoteka predmeti barəsində müxtəlif hərrac təşkilatlarında 4 hərrac keçirilmişdir.
11. Cavabdeh LPO Bankın ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi iddiaya qarşı məhkəməyə etiraz təqdim edərək bildirmişdir ki, iddia ərizəsinin hüquqi əsası ondan ibarətdir ki, guya Bank təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməmişdir. “X1 Mərkəzi” MMC- nin xx.xx.2021-ci il tarixli, 049 nömrəli bildirişi LPO Bankın ünvanına xx.xx.2021-ci il tarixdə daxil olmuşdur. Əmanətlərin Sığortalanması Fondunun Kreditlərin İdarə Edilməsi Departamenti tərəfindən « X1 Mərkəzi » MMC-yə ünvanlanmış 22 sentyabr 2021-ci il tarixli məktubla, ipoteka predmeti olan iddiaçıya məxsus ipoteka predmeti olan mənzilinin təkrar hərracdakı ilkin satış qiymətindən 25 % dən az olmayan qiymətlə, yəni 82875 manata X9 Bank tərəfindən əldə olunması məqsədilə müvafiq alqı-satqı müqaviləsinin bağlanması, hərracın yekunları haqqında yekun protokolun tərtib olunması və həmin ipoteka predmetinin X9 Bankın adına rəsmiləşdirilməsi ilə bağlı razılıq verilmişdir. Sözü gedən məktub "X1 Mərkəzi” MMC tərəfindən ştamp vurulmaqla xx.xx.2021-ci il tarixdə alınmışdır. Bank tərəfindən qa nunvericiliklə nəzərə tutulmuş müddət ötürülmədən hərracı həyata keçirən müəssisəyə vaxtında məlumat verilmişdir, ona görə də ipoteka yüklülüyünə xitam verilə bilməz. İddiaçının ikinci tələbi isə Bakı Hərrac Mərkəzində keçirilmiş hərracın qanuna zidd və etibarsız hesab edilməsi barədə olmuşdur. İddiaçı hesab edir ki, bir ipoteka predmeti harasında müxtəlif hərrac təşkilatlarında 4 hərrac keçirilmişdir, ona görə də "Bakı Hərrac Mərkəzi” MMC-də keçirilən hərracı etibarsız hesab edir. Bakı şəhəri Səbail rayon İcra şöbəsi tərəfindən "X1 Mərkəzi MMC-yə göndərilmiş 16 iyul 2021-ci İİ tarixli məktuba əsasən, zərurət aradan qalxdığından hərracın dayandırılması xahiş olunmuşdur. Ona görə də İcra Şöbəsi tərəfindən yeni hərracın keçirilməsi üçün "Bakı Hərrac Mərkəzi” MMC-nə sifariş verilmişdir. "Bakı Hərrac Mərkəzi” MMC tərəfindən hərrac keçirilərək alıcı olmadığından 10 sentyabr 2021-ci il tarixli, 298/21 nömrəli məktubla ipoteka predmeti olan əmlakı almaq üçün müqavilə bağlanması barədə təklif göndərilmişdir. Əmanətlərin Sığortalanması Fondunun Kreditlərin idarə Edilməsi Departamenti tərəfindən 29 sentyabr 2021-ci il tarixli, **********648 nömrəli məktubla "xxxx" MMC-yə razılıq verərək iddiaçıya məxsus mənzilin təkrar hərracdakı ilkin satış qiymətindən 25%-dən az olmayan qiymətlə yəni 82875 (səksən iki min səkkiz yüz yetmiş beş) manata X9 Bank tərəfindən əldə olunması məqsədilə müvafiq alğı-satqı müqaviləsinin bağlanması, hərracın nəticələri haqqında yekun protokolun tərtib olunması və həmin ipoteka predmetinin X9 Bankın adına rəsmiləşdirilməsi ilə bağlı göstəriş verilməsi xahiş edi lmişdir. Həmin məktub hərrac mərkəzi tərəfindən xx.xx.2021-ci il tarixdə ştamp vurularaq alınmışdır və yekun olaraq tərəflər arasında xx.xx.2021-ci il tarixli “ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair” müqavilə və 298/21 nömrəli protokol bağlanmışdır. LPO Bank tərəfindən hər iki halda hərrac mərkəzləri tərəfindən verilən təklifə qanunvericiliklə müəyyən olunmuş müddətdə, yəni 30 (otuz) gün müddətində cavab verilmişdir. Həmçinin, “Bakı Hərrac Mərkəzi" MMC ilə bağlanmış hərracın yekunlarına dair müqavilə və protokol etibarsız hesab oluna bilməz, çünki faktiki olaraq “X1 Mərkəzi” MMC-yə hərracın dayandırılmasına dair Səbail rayon İcra Şöbəsi tərəfindən 16 iyul 2021-ci il tarixli məktub göndərilmişdir. İddiaçının 3-cü tələbi mülkiyyət hüququnu təsdiq edən çıxarışın geri tələb olunması ilə bağlı olmuşdur. İddiaçı həmin çıxarışın həqiqətən də LPO Bankda olması barədə hər hansı sübutu məhkəməyə təqdim etməmişdir.
12. Cavabdeh Səbail rayon İcra Şöbəsinin nümayəndəsi birinci instansiya məhkəməsinin iclasındakı izahatında bildirmişdir ki, mübahisəli hərracla bağlı ilk dəfə tərəflərindən “X1 Mərkəzi” MMC-yə verilən məktubda texniki səhv olduğuna görə hərracın keçirilməsinin dayandırılmasını xahiş etmişlər. Sonradan ona məlum olmuşdur ki, rəhbərlik adı çəkilən MMC ilə müqaviləni ləğv etmiş, başqa bir hərrac mərkəzi ilə müqavilə bağlamışdır. Bu səbəbdən də ikinci dəfə də eyni gündə hərracın keçirilməsinin dayandırılması barədə “X1 Mərkəzi” MMC-yə məktub ünvanlamışlar. Sonradan həmin əmlakın hərrac yolu ilə satılmasını təşkil etmək üçün “Bakı Hərrac Mərkəzi" M MC-yə sifariş göndərmişlər.
13. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(006)-641/2020 nömrəli iş üzrə 03 iyun 2022-ci il tarixli qətnaməsi ilə (hakim C.Musayeva) iddia rədd olunmuşdur.
14. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-216/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinin icrası ilə əlaqədar hərracın keçirilməsinə zərurət aradan qalxdığına dair məktubun xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərində “X1 Mərkəzi” MMC-yə göndərilməsinə baxmayaraq həmin hərrac təşkilatı tərəfindən xx.xx.2021-ci il tarixində ilkin hərrac keçirilmiş, xx.xx.2021-ci il tarixdə LPO “Banka ipoteka predmetinin alqı-satqısı müqaviləsinin bağlanılması barədə bildiriş göndərilmiş və daha sonra iddiaçıya məxsus əmlakın keçirilən hərrac zamanı satılmadığı üçün xx.xx.2021-ci il tarixində Səbail rayon İcra şöbəsinə geri qaytarılması barədə nəticəyə gəlinmişdir.
15. Məhkəmə hərracın ixtisaslaşdırılmış müəssisələr tərəfindən yalnız icra məmurunun sifarişi əsasında keçirilməsinin mümkünlüyünü, mübahisəli əmlakın satılması üzrə hərracın təşkil edilməsi üçün “X1 Mərkəzi” MMC-yə verilmiş sifarişin Səbail rayon İcra şöbəsi tərəfindən geri çəkildiyini nəzərə alaraq hesab etmişdir ki, həmin hərrac təşkilatı tərəfindən keçirilmiş hərrac və göndərilmiş məktublar əsassız olduğundan etibarsız sayılmalıdır.
16. Məhkəmə qeyd etmişdir ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)216/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinin icrası ilə əlaqədar "xxxx" MMC-nin təşkilatçılığı ilə keçirilmiş hərracın nəticələrinin etibarsız hesab edilməsi üçün hər-hansı hüquqi əsas mövcud deyil. Belə ki, ipoteka saxlayan (tələbkar) hərracın baş tutmamış hesab edilməsi barədə “Market” qəzetinin xx.xx.2021-xx.xx.2021-ci il tarixli buraxılışında verilmiş elana xx.xx.2021-ci il tarixli məktubla cavab verməklə mənzilin təkrar hərracdakı satış qiymətindən 25 faiz aşağı qiymətə almağa etiraz etmədiyini bildirmişdir.
17. O cümlədən, tələbkar həmin məktubla ipoteka predmetinin onun mülkiyyətinə keçirilməsi üçün müvafiq prosedurun başlanmasını xahiş etmişdir. Nəticədə isə ipoteka saxlayan (tələbkar) “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsində müəyyən edilmiş subyektiv hüququnu həyata keçirmiş, "xxxx" MMC ilə bank arasında “İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair” xx.xx.2021-ci il tarixli müqavilə bağlanmışdır. Beləliklə, iddiaçının iddianın əsası kimi istinad etdiyi əsaslarla "xxxx" MMCnin təşkilatçılığı ilə keçirilmiş hərracın nəticələrinin etibarsız hesab edilməsi üçün əsas yoxdur.
18. Məhkəmə iddianın "xxxx" MMC-də keçirilmiş hərracın qanuna zidd və etibarsız hesab edilməsi” hissəsində əsassız olduğundan rədd edilməsi qənaətinə gələrək hesab etmişdir ki, “Bakı Hərrac Mərkəzi" MMC-nin təşkilatçılığı ilə keçirilmiş hərracın nəticələri etibarsız hesab edilmədiyindən, əmlakın əvvəlki hüquqi vəziyyətə qaytarılması üçün hüquqi əsaslar mövcud olmadığından, məhkəmə iddiaçının cavabdeh LPO Banka qarşı olan iddiası digər hissələrdə də rədd edilməlidir.
19. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 415.2, 416.1, 416.2, “ İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 43.3, 43.5, 43.7, 43.8, 48.1.2 və 48.1.5-ci, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 61.2-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
20. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
21. Şikayət iddia ərizəsi ilə eyni dəlillərlə əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, sübutlara düzgün qiymət verməmiş, gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən halları aydınlaşdırmamış və işin hallarına uyğun gəlməyən qərar qəbul etmişdir.
22. Şikayətin hüquqi əsası kimi “İpotek a haqqında” Azərbaycan Respublikasının Qanununun 43.8-ci maddəsinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 43.4-43.8-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarına, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 17, 18,61.2-ci maddələrinə istinad olunmuşdur.
23. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-5819/2022 nömrəli iş üzrə 1 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – E.Həsənov (sədrlik edən və məruzəçi), X.Mərdanova və V.Sadıqov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
24. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq qeyd etmişdir ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli icra sənədinin icrası ilə əlaqədar "xxxx" MMC-nin təşkilatçılığı ilə keçirilmiş hərracın nəticələrinin etibarsız hesab edilməsi üçün hər-hansı hüquqi əsas yoxdur. Belə ki, bank hərracın baş tutmamış hesab edilməsi barədə “Market” qəzetinin xx.xx.2021-xx.xx.2021-ci il tarixli buraxılışında verilmiş elana xx.xx.2021-ci il tarixli məktubla cavab verməklə mənzilin təkrar hərracdakı satış qiymətindən 25 faiz aşağı qiymətə almağa etiraz etmədiyini bildirmiş, ipoteka predmetinin mülkiyyətinə keçirilməsi üçün müvafiq prosedurun başlanmasını xahiş etmiş, beləliklə də “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsində müəyyən edilmiş subyektiv hüququnu həyata keçirmişdir.
25. Əmlakla bağlı 4 dəfə hərracın keçirilmiş olmasının qanunvericiliyin pozuntusu olduğu barədə irəli sürülən dəlilə münasibətdə kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi, əmlakın satılması üzrə hərracın təşkil edilməsi üçün "X1 Mərkəzi” MMC-yə verilmiş sifarişin Səbail rayon İcra şöbəsi tərəfindən geri çəkildiyini nəzərə alaraq həmin hərrac təşkilatı tərəfindən keçirilmiş hərracın və göndərilmiş məktubların etibarsız sayıldığını vurğulamaqla həmin dəlilə qiymət vermişdir.
26. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, əmlakın açıq hərracdan satılması ilə bağlı qanunvericilik müddəalarının kobud pozuntusu müəyyən edilmədiyindən iddia tələbini təmin etməməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması, habelə MM-in 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək baxımından da ədalətli və qanunidir Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
27. İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddi tələbinə yenidən baxılması üçün işin apelyasiya instansiya məhkəməsinə qaytarılmasını xahiş etmişdir.
28. Şikayət onunla əsaslandırılmışdır ki, təkrar hərracın baş tutmaması əsası ilə 298/21 nömrəli Protokol tərtib olunmuşdur. Həmin protokol etibarsızdır. Belə ki, bir ipoteka predmeti barəsində 4 dəfə hərrac keçirilmişdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu nun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi həmin Qanuna zidd hesab edilməlidir. Eynilə ipoteka predmeti ilə bağlı keçirilmiş ikinci hərrac da etibarsızdır. Çünki ikinci hərrac artıq bir dəfə hərrac prosesi yekunlaşandan sonra aparılmışdır. Məhkəmə eyni əmlakla bağlı dörd dəfə qanunsuz hərracın keçirilməsi ilə bağlı iddiaçının dəlillərini icra məmuru tərəfindən “X1 Mərkəzi” MMC tərəfindən keçirilmiş hərracın dayandırılması ilə izah edir. Birinci instansiya məhkəməsində ifadə verən icra məmuru da bildirmişdir ki, ilk dəfə tərəflərindən "X1 Mərkəzi” MMC-yə verilən məktubda texniki səhv olduğuna görə hərracın keçirilməsinin dayandırılması xahiş olunmuş, lakin sonradan məlum olmuşdur ki, rəhbərlik adı çəkilən MMC ilə müqaviləni ləğv etmiş, başqa bir hərrac mərkəzi ilə müqavilə bağlamışdır. Bu səbəbdən də ikinci dəfə də eyni gündə hərracın keçirilməsinin dayandırılması barədə “X1 Mərkəzi” MMC-yə məktub ünvanlamışlar. Sonradan həmin əmlakın hərrac yolu ilə satılmasını təşkil etmək üçün “Bakı Hərrac Mərkəzi" MMC-yə sifariş göndərmişlər. Keçirilmiş hərracla bağlı "X1 Mərkəzi” MMC tərəfindən onlara hər hansı məlumat verilməmişdir. Həm məhkəmə, həm də icra məmuru tərəfindən gətirilmiş əsaslar absurddur. Hərrac prosesində icra məmurunun işi yalnız onu sifariş etməkdən ibarətdir. Bununla da icra məmurunun işi bitir. İcra məmuru bir də sonda yalnız yekun alqısatqı müqaviləsi və ya hərracın nəticələrinə dair yekun protokolu qəbul edir. Hərrac prosesi icra işi üzrə icraatın bir mərhələsidir. İcra məmuru bu prose si yalnız İcra haqqında Qanunun 17 və ya 18-ci maddələrində mövcud olan hallardan biri mövcud olarsa dayandıra bilərdi. Belə bir hal isə hazırki işdə mövcud deyil. İcra məmurunun hərrac prosesini öz mülahizəsinə görə dayandırması hərrac prosesinin saxtalaşdırılmasına səbəb olur. Qanunvericiliyə əsasən “ipoteka predmetini əldə etmək” termini məhz alqı-satqı müqaviləsinin notariat qaydasında təsdiq olunması və ya təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə protokolun imzalanmasını ehtiva edir. Bankın formal olaraq təklifə bu formada cavab yazması ipoteka predmetinin əldə olunması kimi başa düşülə bilməz. Bu həm də hüquqdan sui-istifadədir. Bankın kifayət qədər vaxtı varkən, özünün yekun protokolun bağlanması üçün heç bir t əşəbbüs göstərməməsi, əksinə hərəkətsizlik nümayiş etdirməsi ancaq hüquqdan-sui istifadə ola bilər. İcra məmurunun sifarişdən imtina məktubunun “X1 Mərkəzi” MMC-yə çatması məhkəmədə araşdırılmayıb. b)
29. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
30. Maddə 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur.
31. Maddə 269.4. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır.
32. Maddə 319.5. Əgər birinci hərracın keçirilməsi zamanı əşyanın il kin satış qiymətinin yetmiş faizinə çatan təklif olmazsa, hərrac yenidən keçirilməlidir. Təkrar hərrac, təkrarən keçirilməsinə istinad edilərək, birinci hərracın formasında elan edilməli və həmin qaydada keçirilməlidir. Təkrar hərrac zamanı ipoteka predmetinin ən aşağı satış qiyməti heç olmasa hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olmalıdır. Bu baş verməzsə, hərrac keçirilmir. Hərrac üzrə xərclər mülkiyyətçinin üzərinə qoyulur.
33. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır.
34. Maddə 415.2. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçi rilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir.
35. Maddə 416.1. bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər.
36. Maddə 416.2. Yalnız hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. “İpoteka haqqında” Azərbaycan Respublikasının Q anunu
37. Maddə 1.0.1. İpoteka - öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur.
38. Maddə 42.1. Hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir.
39. Maddə
43. Hərracın təşkilatçısı aşağıdakı hallardan biri baş verdikdə, hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində məlumat dərc etdirir: hərraca iki nəfərdən az alıcı gəldikdə; hərra cın iştirakçısı olmadıqda; hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə; hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə, bu şərtlə ki, ipoteka saxlayanın razılığı ilə həmin müddət uzadılmasın. Hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda, birinci hərracın keçirildiyi gündən bir 45 təqvim günündən gec olmayaraq, təkrar hərrac keçirilir. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərrac t əşkilatçısı ipoteka predmetini ilkin satış qiymətilə, bu Qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxarır. Təkrar hərracda bir iştirakçı olduqda hərrac baş tutmuş hesab olunur və bu halda həmin şəxs hərracın qalibi olur. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə, ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir.
40. Maddə 48.1-48.1.5. İpotekaya aşağıdakı hallarda xitam verilir: ipoteka saxlayan və ipoteka qoyan bu barədə razıl ığa gəldikdə; əsas öhdəliyə xitam verildikdə; tutmanın yönəldilməsi nəticəsində ipoteka predmeti satıldıqda; ipoteka predmeti məhv olduqda; bu Qanunla nəzərdə tutulmuş digər hallarda. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunu
41. Maddə 61.2. İxtisaslaşdırılmış müəssisələr hərracı icra məmurunun sifarişi əsasında keçirirlər
42. Maddə 62.1. İcra məmurundan müvafiq sifarişin alındığı gündən ən geci iki ay müddətində ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac keçirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
43. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
44. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
45. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilm iş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
46. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
47. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
48. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiy ası məhkəməsinə göndərə bilər.
49. Maddə 418.1 Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri
50. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya inst ansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
51. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
52. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eyni olmuş və apellyasiya instansiyası məhkəməsi həmin dəlilləri tam və hərtərəfli olaraq qiymətləndirmişdir.Kassasiya instansiyası məhkəməsi də bu qərarın 24-26-cı bəndlərində göstərilən həmin qiymətləndirmə ilə razılaşır
53. Bu baxımdan həmin dəlillər əsassız olduğundan ape llyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.
54. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir.
55. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 1 sentyabr 2022-ci il tarixli 2(103)-5819/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.