Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2584/2023 22.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı BOKT ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kredit müqaviləsi ilə əlaqədar mübahisələr, öhdəlik münasibətləri, kassasiya instansiyası məhkəməsinin göstərişlərinin məcburiliyi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı BOKT ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi nin Mülki kollegiyasının 2(107)-670/2022 nömrəli, 15 dekabr 2022-ci il tarixli qətnaməsindən İddiaçı BOKT ASC tərəfindən verilmiş kassasiya şikayətinə 22 avqust 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. xx.xx.2014-cü il tarixdə İddiaçı BOKT ASC (bundan sonra – iddiaçı) tərəfindən Cavabdeh1 (bundan sonra – cavabdeh) 100.000 manat məbləğində illik 21 faiz hesablanmaqla 36 ay müddətinə kredit verilmişdir. 2. xx.xx.2015-ci il tarixdə isə iddiaçı tərəfindən cavabdehə 4.786 ABŞ dolları məbləğində illik 29 faiz hesablanmaqla 17 ay müddətinə kredit verilmişdir.
3. Hər iki kredit müqaviləsi üzrə öhdəliklərin təminatı olaraq Cavabdeh3 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 5 otaqlı, 248,9 kv.metr ümumi, 117,9 kv. metr yaşayış, 131 kv.metr yardımçı sahədən ibarət fərdi yaşayış evi və 0,12 ha torpaq sahəsi (bundan sonra – ipoteka predmeti) ipoteka müqavilələri ilə yüklü edilmişdir. İpoteka müqavilələri notarial qaydada təsdiq edilmiş, ipotekalar dövlət reyestrində qeydə alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 06 may 2014-cü il tarixli kredit müqaviləsi üzrə 40 905.08 manat əsas, 27 856.08 manat hesablanmış faiz, 49 072.05 manat dəbbə pulu olmaqla, cəmi 117 833.86 manat, 20 noyabr 2015-ci il tarixli kredit müqaviləsi üzrə 1214.3 ABŞ dolları əsas, 866.75 ABŞ dolları hesablanmış faiz, 1665.48 ABŞ dolları dəbbə pulu olmaqla, cəmi 3746.53 ABŞ dolları, hüquqi yardıma görə ödənilmiş xərcin (zərərin) əvəzi 1 000 manat və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması, ipoteka predmetinin 100.000 manat qiymətləndirilməsi və borcun əvəzinin bu qiymətlə Qəbələ şəhəri, Nəsimi küçəsində istifadədə olan 0.12 ha torpaq sahəsində yerləşən Cavabdeh3 tam mülkiyyətində olan 2 mərtəbəli, 5 otaqlı 117.9 kv.m. yaşayış, 131 kv.m. yardımçı, 248.9 kv.m. ümumi sahəsi olan 52 nömrəli fərdi yaşayış evi və tərkibindəki həyətyanı tikili və qurğulara yönəldilməsi və ipoteka predmeti açıq hərracda satılaraq tələb edilən borcun ödənilməsi; Qəbələ şəhəri, Nəsimi küçəsində istifadədə olan 0.12 ha torpaq sahəsində yerləşən Cavabdeh3 tam mülkiyyətində olan 2 mərtəbəli, 5 otaqlı 117.9 kv.m yaşayış, 131 kv.m. yardımçı, 248.9 kv.m. ümumi sahəsi olan 52 nömrəli fərdi yaşayış evi və tərkibindəki həyətyanı tikili və qurğulardan orada yaşayan Cavabdeh3 və Cavabdeh2 çıxarılması, mənzilin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, cavabdeh xəbərdar edilməsinə baxmayaraq, borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə girov predmetinə tutmanın yönəldilməsinə dair cavabdehlərə bildiriş verilmiş, eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Cavabdehlərə müraciət edilməsinə baxmayaraq müqavilədən irəli gələn öhdəlikləri icra etməmişlər.
6. Məhkəmə tərəfindən məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli hesabatın a görə ipoteka predmetinin xx.xx.2021-ci il tarixə olan bazar dəyərinin 4.500.000 manat, likvid dəyəri isə 4.000.000 manat olması müəyyən edilmişdir.
7. Qəbələ Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 06 noyabr 2019-cu il tarixli, 2(025)-85/2019 nömrəli qətnaməsi ilə (hakim Elman İsayev) iddia qismən təmin edilmiş, xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə 40905.08 manat əsas borc, 27856.08 manat faiz, 5000 manat dəbbə pulu olmaqla, cəmi 73761.16 manat borc, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 1214.3 ABŞ dolları əsas borc, 866.75 ABŞ dolları faiz, 300 ABŞ dolları dəbbə pulu olmaqla, cəmi 2381.05 ABŞ dolları borcun və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçının xeyrinə tutulması, tələb üzrə tutmanın Cavabdeh3 mülkiyyətində olan ipoteka predmetinə yönəldilməsi, həmin fərdi yaşayış evinin torpaq sahəsi ilə birlikdə açıq hərracdan satılması, fərdi yaşayış evinin və torpaq sahəsinin ilkin satış qiymətinin 85.000 manat müəyyən edilməsi, satışdan əldə olunan vəsait hesabına borcun iddiaçıya ödənilməsi, borc ödənildikdən sonra qalan məbləğin cavabdehə qaytarılması, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh3 mülkiyyətində olan ipoteka predmetinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh3 və Cavabdeh2 həmin fərdi yaşayış evindən və torpaq sahəsindən çıxarılması qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.
8. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Cavabdeh1 icrasını təmin etmək üçün əşyan ın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmiş və ipoteka saxlayan İddiaçı BOKT ASC ipoteka ilə yüklü edilmiş fərdi yaşayış evini açıq hərracdan satmaq hüququna əsasən məhkəməyə müraciət etmişdir.
9. Məhkəmə hesab etmişdir ki, xx.xx.2014-cü il tarixli, 1924 PB/BF nömrəli kredit müqaviləsi üzrə 5000 manat, xx.xx.2015-ci il tarixli 2968 PB/BF nömrəli kredit müqaviləsi üzrə 300 ABŞ dolları məbləğində dəbbə pulunun tutulması ədalətli olmaqla yanaşı, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri qorunmuş olur. Digər tərəfdən, əsas borcun və faizin tutulması ilə yanaşı, xx.xx.2014-cü il tarixli, 1924 PB/BF nömrəli kredit müqaviləsi üzrə 5000 manat, xx.xx.2015-ci il tarixli, 2968 PB/BF nömrəli kredit müqaviləsi üzrə 300 ABŞ dolları məbləğində dəbbə pulunun tutulması banka dəymiş real zərəri kompensasiya edir. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
10. Qətnamədən cavabdehlər Cavabdeh1 və Cavabdeh3 birgə apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC ilə onun arasında xx.xx.2014-ci il tarixli, 1924 PB/BF №-li kredit müqaviləsi bağlanmış və həmin kredit müqaviləsinə əsasən iddiaçı ona evinin təmiri üçün illik 21% olmaqla 36 ay müddətinə 100.000 manat məbləğində kredit verməli idi. Lakin həmin kredit müqaviləsi üzrə ona nəzərdə tutulmuş məbləğ verilməmişdir. Burada ümumiyyətlə pulun verilməsindən söhbət gedə bilməz. Bank sadəcə öz borcunu şişirtməklə gətirib bu həddə çıxartmışdır. Məhkəmə qətnaməsi çıxarılarkən onun banka ödənişləri və bu müqavilələr üzrə ona nə qədər pul verilməsi nəzərə alınmadan həddindən artıq borc hesablanmışdır. Belə ki, adi riyazi hesablama aparılsa, yəni 40905*21%=8590 bu onun illik faizidir. Nəzərə alınsa ki, o, gecikməyə 2018-ci ilin əvvəlində düşmüşdür, belə olan halda bank 2 ilin faizin hesablayanda ondan 8590+8590=17180 manat pul tələb edə bilər. Əslində heç bu qədər də deyil. Çünki bankın tələbi məhz xx.xx.2018-ci il tarixədəkdir. Belə olan halda onun faiz borcu 12.000 manat etməlidir. Məhkəmə onun narazılığını nəzərə alıb mühasibatlıq ekspertizası təyin etməli idi.
12. Məhkəmə kollegiyası tərəfindən məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və ekspertizanın nəticələrinə dair tərtib edilmiş Məhkəmə Ekspertizаsı Mərkəzinin 04 iyun 2020-ci il tarixli, 5394 nömrəli rəyi ilə 06 may 2014-cü il tarixli kredit müqaviləsi üzrə cavabdehin xx.xx.2017-ci il tarixə (müqavilənin qüvvədə olduğu tarixə) olan ümumi borcu 44.496,79 manat, xx.xx.2018-ci il tarixə (maliyyə arayışında borcun hesablandığı tarixə) olan ümumi borcu isə 46.989,19 manat məbləğində (kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən illik 5%-lə hesablanmaqla) müəyyən edilmişdir. Həmçinin, 20 noyabr 2015-ci il tarixli kredit müqaviləsi üzrə cavabdehin xx.xx.2017-ci il tarixə (müqavilənin qüvvədə olduğu tarixə) olan ümumi borcu 1.821,98 ABŞ dolları, xx.xx.2018ci il tarixə (maliyyə arayışında borcun hesablandığı tarixə) olan ümumi borcu isə 1.516,90 ABŞ dolları məbləğində (kredit müqaviləsinin müddətinin b itdiyi tarixdən illik 5%-lə hesablanmaqla) müəyyən edilmişdir.
13. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 oktyabr 2021-ci il tarixli, 2(107)-30/2021 saylı qətnaməsi ilə (hakimlər Elçin Hüseynov (sədrlik edən və məruzəçi), Rövşən Rəfiyev və Vəzirxan Məlikov) Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti isə təmin edilməmiş, Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi kredit müqavilələri ilə tutulmalı olan borc hissəsində dəyişdirilmiş, Cavabdeh1 xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən 40905,08 manat əsas borcu, 6018,33 manat faiz borcu və 1000 manat dəbbə pulu olmaqla ümumilikdə 47.923,41 manat; xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən 1214,30 ABŞ dolları əsas borcu, 70,89 ABŞ dol ları faiz borcu, 300 ABŞ dolları dəbbə pulu olmaqla ümumilikdə 1585,19 ABŞ dolları məbləğində müəyyən edilmiş, qətnamə apellyasiya şikayətlərinə münasibətdə mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmışdır.
14. Məhkəmə kollegiyası cavabdehin yüksək cərimə pulunu ödəmək iqtidarında olmamasını və yüksək dəbbə pulunun onun əmlak mənafeyinə mənfi təsir edə bilməsini nəzərə alaraq hesab etmişdir ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi xx.xx.2014-cü il tarixli, 1924 PB/BF nömrəli kredit müqaviləsi üzrə hesablanmış dəbbə (penya) pulu məbləği hissəsində dəyişdirilərək 1000 manat məbləğində dəbbə (penya) pulu müəyyən edilməlidir.
15. Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibətdə iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin birinci instansiy a məhkəməsinin qətnaməsinin borcun tutulması hissəsində ləğv etməklə, iddianın həmin hissədə rədd edilməsi ilə bağlı dəlilləri ilə razılaşmamış və qeyd etmişdir ki, Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliyi icra etməməsi nəticəsində əsas kredit borcunun və faizlərin hesablanma qaydasından xəbəri olmuş və o, həmin gecikmənin nəticələrini qabaqcadan bilmiş, gecikmə olduğu halda həmin faizlərin hesablanması qaydası ilə razı olmuş və müqavilənin məzmununu mübahisələndirməmişdir. Ona görə də məhkəmə kollegiyası hesab etmişdir ki, şikayətlərin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
16. Qətnamədən cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin pulun t utulmasına aid hissədə ləğv olunması, həmin hissədə yenidən baxıması üçün göndərilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
17. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, ona müqavilədə göstərilən 100.000 manat pulun verilməsi barədə qəbz işə əlavə olunmamışdır. Əgər belə bir sənəd olsa belə, həmin sənəddə onun imzası saxtalaşdırılıb. Məhkəmə həmin qəbzi aydınlaşdırmalı və xətşünaslıq ekspertizası təyin etməli idi.
18. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (bundan sonra – kassasiya instansiyası məhkəməsi) 22 fevral 2022-ci il tarixli, 2(102)-948/2022 saylı qərarı ilə (hakimlər İspəndiyar Şəfiyev (məruzəçi), Əhməd Əhmədov və Vüqar Həsənov) kassasiya şikayəti təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 oktyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün göndərilmişdir.
19. Kassasiya instansiyası məhkəməsinin mövqeyi və göstərişləri ondan ibarət olmuşdur ki, apellyasiya instansiyası məhkəməsi işdə olan xx.xx.2014-ci il tarixli kredit müqaviləsindən Cavabdeh1 100.000 manat məbləğində, xx.xx.2015-ci il tarixli kredit müqaviləsindən cavabdehə 4.786 ABŞ dolları məbləğində müddətinə kredit verildiyinin göründüyünü bildirmişdir. Mülki işin 34-35-ci səhifələrində «Kredit verilməsi (ödənilməsi) barədə sərəncam orderi», 36-38-ci səhifələrində «müddətli öhdəlik» barədə sənədlər vardır. Məhkəmənin bu sənədlərə borcun verilməsini təsdiq edən sübut kimi istinad etməsi birbaşa göstərilməmişdir. Lakin məhkəmə bu sənədlərə istinadən borcun verildiyi barədə qənaətə gəlmişdirsə, bu mövqeyini əsaslandırma lı idi.
20. Cavabdeh borcun ona verilməsini mübahisələndirdiyinə görə məhkəmə xx.xx.2014-ci il tarixdə 1924 PB/BF nömrəli müqavilə üzrə Azərbaycan Respublikasının kredit təşkilatlarında kassa əməliyyatlarının aparılması və qiymətlilərin inkassasiyasının təşkili” Qaydalarına uyğun nağd pulun məxarici “pul çekləri” və kassa məxaric orderinın olmamasının səbəbini müəyyən etməli, mülki işin 34-38-ci səhifələrində olan həmin sənədlərin mahiyyətini tərəflərin iştirakı ilə (onların bu sənədlərə dair fikirlərini sual-cavab etməklə öyrənib təhlil etməklə) araşdırmalı, həmin sənədlərin sübut kimi qəbul edilməsini əsaslandırmalı idi.
21. Həmçinin iş materiallarına əlavə edilmiş ipoteka müqavilələrindən görünür ki, iddiaçı ilə cavabdehin arasında əvvəllər borc münasibətləri olmuş, öhdəliyin icrasını t əmin etmək üçün xx.xx.2011-ci il tarixli MZ\PB-020\01\11 saylı ipoteka müqaviləsi bağlanmışdır. Əgər mülki işin 34-38-ci səhifələrində olan sənədlər əvvəlki kredit müqaviləsi üzrə qalıq borcun ödənilməsi məqsədi ilə restrukturizasiya qaydasında tərəflərin razılaşmasını ifadə edirsə, bu halda cavabdehin öhdəliyinə məhz bu əsasla qiymət verilməli, borc qalığı ilə bağlı cavabdehin dəlilləri araşdırılmalıdır. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
22. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 15 dekabr 2022-ci il tarixli, 2(107)-670/2022 saylı qətnaməsi ilə (hakimlər Mahir Əsədli (sədrlik edən və məruzəçi), Ələddin Məcidov və Ayaz Mahmudov) Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Cavabdeh1 t ərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, yəni kredit müqavilələri ilə tutulmalı olan borc hissəsində ləğv edilmiş, həmin hissə üzrə yeni qətnamə qəbul edilmiş, Cavabdeh1 06 may 2014-cü il tarixli, 1924 PB/BF saylı kredit müqaviləsi üzrə 40970,86 manat əsas borcu, 3525,94 manat faiz borcu, 1000 manat dəbbə pulu olmaqla ümumilikdə 45496.80 manat, 20 noyabr 2015-ci il tarixli, 2968 PB/BF saylı kredit müqaviləsi üzrə 1446,01 ABŞ dolları əsas borcu, 200 ABŞ dolları dəbbə pulu borcunun olmaqla, ümumilikdə 1646,01 ABŞ dollarının tutularaq iddiaçının xeyrinə ödənilməsi qət edilmiş, qətnamə apellyasiya şikayətlərinə münasibətdə qalan mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmışdır.
23. Məhkəmə kollegiyası 08 may 201 4-cü il tarixli kassa məxaric orderində olan Cavabdeh1 adından edilmiş imzanın həqiqətən iddiaçı ona məxsus olub-olmamasının müəyyən edilməsi məqsədi ilə məhkəmə-xətşünaslıq ekspertizası təyin etmişdir. Ekspertizanın nəticələrinə dair tərtib edilmiş Məhkəmə Ekspertizаsı Mərkəzinin 19 avqust 2022-ci il tarixli 4/1141 nömrəli rəyi ilə 08 may 2014-cü il tarixli müddətli öhdəlikdə “Müştərinin imzası” qrafasında olan imzanın Cavabdeh1 tərəfindən icra edildiyi müəyyən edilmiş, həmin imzanın qəsdən dəyişdirilməklə icra olunması əlamətləri aşkar edilməmişdir.
24. Bundan başqa, məhkəmə kollegiyası tərəfindən məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və ekspertizanın nəticələrinə dair tərtib edilmiş Məhkəmə Ekspertizаsı Mərkəzinin 11 noyabr 2022-ci il tarixli, 9/6753 nömrəli rəyi ilə 06 may 20 14-cü il tarixli kredit müqaviləsi üzrə cavabdehin xx.xx.2017-ci il tarixə (müqavilənin qüvvədə olduğu tarixə) olan ümumi borcu 44.496,79 manat, xx.xx.2018-ci il tarixə (maliyyə arayışında borcun hesablandığı tarixə) olan ümumi borcu isə 46.989,19 manat məbləğində (kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən illik 5%-lə hesablanmaqla) müəyyən edilmişdir. Həmçinin, 20 noyabr 2015-ci il tarixli kredit müqaviləsi üzrə cavabdehin xx.xx.2017-ci il tarixə (müqavilənin qüvvədə olduğu tarixə) olan ümumi borcu 1.821,98 ABŞ dolları, xx.xx.2018-ci il tarixə (maliyyə arayışında borcun hesablandığı tarixə) olan ümumi borcu isə 1.516,90 ABŞ dolları məbləğində (kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən illik 5%-lə hesablanmaqla) müəyyən edilmişdir.
25. Məhkəmə kollegiyası apellyasiya şikayə tinin dəlillərini nəzərə alaraq və kassasiya instansiya məhkəməsinin göstərişlərinə uyğun olaraq mülki işin 34-38-ci vərəqlərindəki imzanın cavabdehə məxsus olub-olmaması aydınlaşdırmış və imzanın cavabdehə məxsus olması müəyyən edilmişdir.
26. Həmçinin, məhkəmə kollegiyası tutulmalı olan borc məbləğinin dəqiqləşdirilməsi məqsədi ilə yenidən məhkəmə-mühasibatlıq ekspertizası təyin etmiş, təqdim edilən rəy əvvəlki apellyasiya baxışında təqdim edilmiş ekspertiza rəyi ilə eyni nəticədə olmuşdur.
27. Ona görə də apellyasiya instansiyası məhkəməsi şikayətin faiz məbləğinin çox olması dəlilləri ilə qismən razılaşaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsi qənaətinə gəlmişdir.
28. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan s onra – Mülki Məcəllə) 6.2, 385.1, 448.2, 739.1-ci maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 77.1, 88, 97.1, 101.3, 217.2, 218.3, 420-ci maddələrinə istinadla əsaslandırmışdır. e) Kassasiya instansiyası məhkəməsindəki ikinci icraat a) Kassasiya şikayətinin dəlilləri
29. Qətnamədən iddiaçı (vəkili Vəkil3) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən, faiz və dəbbə pulu hissəsində ləğv edilərək həmin hissələrdə iddianın tam təmin edilməsinə bu mümkün olmadıqda isə həmin hissədə qətnamənin qismən ləğv edilərək yeni apellyasiya baxışına qaytarılmasına dair yeni qərar çıxarılmasını xahiş etmişlər.
30. Kassasiya şikayətinin dəlilləri aşağıdakılardan ibarət olmuşdur:
31. Tərəflər arasında bağlanan müqaviləyə əsa sən cavabdeh müqavilə üzrə öhdəlikləri icra etməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilə üzrə borc öhdəliklərini icra etmədiyi və kreditorun pulunu özündə saxlamaqla maddi zərər vurmuşdur. Tərəflər arasında bağlanan müqavilə şərtlərinə görə isə gecikdirilən hər gün üzrə ikiqat faiz hesablanması nəzərədə tutulmuşdur. Məhkəmə tərəfindən ekspert rəyinin nəzərə alınması əsassız və qanunsuzdur. Tərəflər arasında müqavilə olmasını nəzərə almayan məhkəmə Mülki Məcəllənin müqavilə azadlığı prinsipinə zidd qətnamə çıxarmışdır.
32. Tərəflər arasında bağlanan əqdlərə əsasən cavabdeh öz öhdəliklərini tam yerinə yetirməmişdir. Buna görə də müqavilədə nəzərdə tutulan qaydada və məbləğdə faiz və dəbbə pulu borc üzrə öhdəliklərini icra etməlidir.
33. İddiaçı kimi öz tələblərini təsdiq edən halları sübut etsələr də məhkəmə təqdim edilən sübutları qanunsuz olaraq nəzərə almamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
34. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə
35. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
36. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
37. Maddə
448. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
38. Maddə 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir.
39. Maddə 449.4. Özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur.
40. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kr editora ödəməli olduğu pul məbləğidir.
41. Maddə 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər.
42. Maddə
467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Mülki Prosessual Məcəllə
43. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
44. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut e tməlidir.
45. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
46. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
47. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
48. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
49. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində b axır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
50. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
51. Hazırkı kassasiya şikayətində qətnamə kassator tərəfi ndən “faiz və dəbbə borcunnu məbləği” hissəsində mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı həmin hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
52. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamənin qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
53. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticədən görünür ki, kassasiya instansiya məhkəməsinin göstərişlərinə uyğun olaraq mülki işin 34-38-ci vər əqlərindəki imzanın cavabdehə məxsus olub-olmaması aydınlaşdırılmış və imzanın cavabdehə məxsus olması müəyyən edilmişdir. Həmçinin, tutulmalı olan borc məbləğinin dəqiqləşdirilməsi məqsədi ilə yenidən məhkəmə-mühasibatlıq ekspertizası təyin etmiş, təqdim edilən rəy əvvəlki apellyasiya baxışında təqdim edilmiş ekspertiza rəyi ilə eyni nəticədə olmuşdur.
54. Ona görə də kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır, onu qanuni və əsaslı hesab edir.
55. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə kassasiya instansiyası məhkəməsinin əvvəlki tərkibi və apellyasiya instansiyası məhkəməsi tərəfindən təkrarən qiymət verilmiş, apellyasiya instansiyası məhkəməsi tərəfindən kassasiya qaydasında daha əvvəl işə baxmış məhkəmə tərkibinin g östərişləri yerinə yetirilmişdir.
56. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, mübahisənin maddiprosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 17-ci bəndinin tövsiyəsinə, eləcə də MPM-in 14, 77, 88, 217, 218, 372.1 və 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
57. Bununla yanaşı qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, mühasibatlıq ekspertizası üzrə tədqiqat təqdim olunmuş materiallar əsasında keçirilərək, cavabdehin kredit üzrə ödənişləri nəzərə alınmışdır. Rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud olmamışdır.
58. Ona görə də məhkəmə kollegiyası, kassasiya şikayətinin apellyasiya instansiyası məhkəməsi tərəfindən faiz və dəbbə pulu borcunun məbləğinin düzgün hesablanmaması ilə bağlı dəlillini əsassız hesab edir və qeyd edir ki, sözügedən dəlil iş materialları ilə təkzib edilir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən 2 dəfə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, lakin əvvəlki rəyin mötəbərliyini şübhə altına alan təkrar rəy verilməmiş, ümumiyyətlə, hər iki rəylə əldə olunan n əticəni təkzib edən sübutlar təqdim edilməmişdir.
59. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayətində göstərilən dəlillər isə əsassız olduğu üçün hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.
60. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı BOKT Açıq Səhmdar Cəmiyyətinin kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-670/2022 nömrəli, 15 dekabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.