Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2586/2022 13.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimi Vəliyeva Elşanə Rafiq qızı, Kommersiya kollegiyasının hakimi Dadaşov İlqar Ağababaş oğlu və inzibati kollegiyasının hakimi Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət qarışıq tərkibdə, Salyan Rayon Məhkəməsinin 2(057)-319/2022 nömrəli iş üzrə 03.02.2022-ci il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayət üzrə mülki işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul və dəymiş ziyan tələbi, həmçinin əmlakın qanunsuz sahiblikdən qaytarılmasına dair iddia ərizəsi ilə Salyan rayon Məhkəməsinə müraciət etmişdir. Eyni zamanda, mü stəqil tələb irəli sürən üçüncü şəxs X1 Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma və həmin torpaq sahəsinin boşaldılması tələbinə dair iddia ərizəsi ilə Salyan rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili X2 iddiaları qəbul etməyib ərizə verərək iddiaçının tələbinin sahibkarlıq fəaliyyəti ilə bağlı olduğunu bildirərək iddia tələbi üzrə mülki işi məhkəmə aidiyyəti qaydasında Şirvan Kommersiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh VÖEN əsasında kommersiya fəaliyyətləri ilə məşğul olurlar. İddiaçı **********, cavabdeh isə ********** saylı VÖEN əsasında fəaliyyət göstərirlər. Salyan Rayon Məhkəməsinin 2(057)-319/2022 nömrəli iş üzrə 03.02.2022-ci il tarixli qərardadı ilə Cavabdeh mülki işə məhkəmə aidiyyəti qaydasında Şirvan Kommersiya Məhkəməsinə göndərilməsinə dair ərizəsi təmin edilməmişdir. Qərardad onunla əsaslandırılmışdır ki, cavabdehin nümayəndəsi tərəflərin VÖEN əsasında fəaliyyət göstərdiklərini göstərsə də, həmin VÖEN-lərin məhz balıqçılıqla əlaqədar olduğunu sübuta yetirə bilməmişdir. Həmin VÖEN-lər başqa sahibkarlıq fəaliyyətinə də aid ola bilər. Onun ərizəsinə əlavə edildiyi Vergi Xidmətinin elektron çıxarışlarından da, tərəflərin məhz balıqçılıqla məşğul olduqlarına görə vergi ödəyiciləri olmalarını müəyyən etmək olmur. Cavabdeh şikayət verərək Salyan Rayon Məhkəməsinin 03.02.2022-ci il tarixli qərardadının ləğv edilməsini və mülki işin məhkəmə aidiyyəti qaydasında Şirvan Kommersiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Cavabdeh şikayətində Azərbaycan R espublikası Mülki Prosessual Məcəlləsinin 24.2, 25.1, 26.1-ci maddələrinə istinadən qeyd etmişdir ki, hazırki iddia tələbi birbaşa tərəflərin sahibkarlıq fəaliyyəti nəticəsində əldə etdiyi gəlirlə əlaqədar olan tələbdir. Belə olan halda iddia kommersiya mübahisəsinə aid edilməlidir. Cavabdeh həmçinin qeyd etmişdir ki, tərəflərin VÖEN-lərinin məhz mübahisənin predmetlə bağlı olduğunu bilavasitə sübuta yetirə bilməsə də, iddia ərizəsinə əlavə edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarla tərəflərin komersiya fəaliyyəti ilə məşğul olduğu dolayı olaraq sübuta yetirilir. Həmin qərardan görünür ki, iddiaçı polis şöbəsində izahat verən zaman 2016-cı ildə heyvandarlığın və balıqçılığın inkişafı məqsədilə torpaq sahəsini aldığını göstərmişdir. Məhkəmədən şikayətin təmin ed ilməsini xahiş etmişdir. Salyan rayon Məhkəməsinin 05.03.2022-ci il tarixli qərardadı ilə cavabdehin şikayəti təmin edilməyərək, şikayət mülki işlə birlikdə Ali Məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 403-1.2-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi tərəfindən məhkəmə aidiyyətinə dair mübahisələrə bu maddədə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllənin 43-cü fəslində müəyyən olunmuş qaydalara uyğun olaraq baxılır. - 403-1.6-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsində məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətlərə mülki, kommersiya və inzibati kollegiyalara daxil olan hakimlərin qarışıq tərkibində tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlə nilmək üçün çağırılmadan 10 gün müddətində baxılır. - 403-1.7-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmə aidiyyəti məsələsini həll edərkən məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İş materiallarını araşdıraraq məhkəmə tərkibi hesab edir ki, Salyan Rayon Məhkəməsinin 2(057)-319/2022 nömrəli iş üzrə 03.02.2022-ci il tarixli qərardadı ləğv edilməli, cavabdehin şikayəti təmin edilməli və iş Şirvan Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcə lləyə müvafiq olaraq müəyyən edilir. - 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. - 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. - 30-cü maddəsinə əsasən bir-biri ilə əlaqədar olan bir neçə tələbi birləşdirərkən, onlardan bir qismi ümumi məhkəməyə, digərləri isə kommersiya məhkəməsinə aiddirsə, tələblərə kommersiya məhkəməsində baxılmalıdır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqla rına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 nömrəli 18 sentyabr 2020-ci il tarixli Qərarına istinadən məhkəmə qeyd edir ki, məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır.(bənd 12) Əsas tələb (yaxud birlikdə baxılması müm kün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir.(bənd 13) Həmin Qərarın 14-cü bəndinə əsasən əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə mü tləq şərt kimi mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasına diqqət yetirilməlidir. Hər iki tərəfin kommersiya hüquqi şəxs olduğu halda, onların sahibkarlıq fəaliyyətindən kənar fəaliyyətinin olmaması baxımından bu kateqoriya işlərə kommersiya məhkəmələrində baxılması şübhə doğurmasa da, digər subyektlərə münasibətdə mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə diqqət yetirilməlidir. Həmin Qərarın 20-ci bəndinə görə, məhkəmə aidiyyətinin müəyyənləşdirilməsində tərəflərin subyekt tərkibi ilə bağlı meyarın qiymətləndirilməsi baxımından məhkəmələr nəzərə almalıdır ki, mübahisənin xarakteri ilə bağlı müəyyən halların (bu Qərarın 13-cü bəndi) mövcudluğu şərti ilə kommersiya məhkəmələrinin bax ış predmetini təşkil edən işlər üzrə tərəflər qismində mülki hüquqi mübahisənin bütün mümkün subyektləri (hüquqi şəxslər, fərdi sahibkarlar, dövlət orqanları, bələdiyyələr, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslər) iştirak edə bilərlər. İddia ərizəsi və işdə olan sənədlərdən görünür ki, hər iki tərəf vergi ödəyicisi kimi qeydiyyatdan keçən fərdi sahibkardırlar. Hazırki mübahisə onların balıqçılıq ilə məşğul olaraq gəlir götürmək məqsədilə birgə fəaliyyətindən irəli gələn mübahisə olmaqla, bu fəaliyyət üzrə yaranmış pul və dəymiş ziyan tələbi, əmlakın qanunsuz sahiblikdən qaytarılması barədədir. Göründüyü kimi, mübahisə həm subyektiv tərkibinə, həm mübahisənin predmetinə, həm də hüquq münasibətlərinin xarakterinə görə iki fərdi sahibkarın gəlir götürmək məqsədilə birgə fəaliyyə tindən yaranmışdır. Birinci instansiya məhkəməsinin tərəflərin VÖEN-lərinin məhz balıqçılıqla əlaqədar olduğunun sübut edilmədiyinə istinadı əsassızdır. “Sahibkarlıq fəaliyyəti haqqında” Qanunun 1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. Məhkəmə tərkibi hesab edir ki, hazırkı iddia ərizəsinə ümumi məhkəmədə baxılmalı olması barədə məhkəmənin gəldiyi nəticə yuxarıda qeyd edilən prossesual normaların tələblərinə uyğun deyil, bu mübahisənin sahibkarlıq fəaliyyəti ilə əlaqədar olması barədə şikayətin dəlilləri isə əsaslıdır. Buna görə də, cavab dehin şikayəti təmin edilməli, Salyan Rayon Məhkəməsinin 2(057)-319/2022 nömrəli iş üzrə 03.02.2022-ci il tarixli qərardadı ləğv edilməli, iş aidiyyəti üzrə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilməlidir. Məhkəmə tərkibi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24, 25 və 26-cı və 403-cü maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Cavabdeh şikayəti təmin edilsin. Salyan Rayon Məhkəməsinin 2(057)-319/2022 nömrəli iş üzrə 03.02.2022-ci il tarixli qərardadı ləğv edilsin. İş aidiyyəti üzrə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2586/2022
Ali Məhkəmə Qərar — İş №2(102)-2586/2022
13.04.2022 · Aidiyyəti üzrə daxil olan sənədlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver