Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2587/2024 04.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh X1rşı “işdən çıxarılma əmrinin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: əmək münasibətlərindən irəli gələn mübahisə, işə bərpa, iddia müddətinin tətbiqi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Naxçıvan MR Ali Məhkəməsinin Mülki kollegiyasının 25 dekabr 2023-cü il tarixli, 2(108)158/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfində n verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:
1. İddiaçı 02 iyul 2014-cü il tarixdən 07 may 2021-ci il tarixədək X3 Limanında 2-ci ödəmə dərəcəsi ilə daşımaların təşkili xidmətində arayışların verilməsi üzrə növbətçi vəzifəsində işləmişdir. 2. 07 may 2021-ci il tarixli əmrə əsasən daşımaların təşkili və koordinasiyası xidmətinin arayışların verilməsi üzrə növbətçisi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə həmin tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə (ştat vahidi ixtisar edildikdə) əsasən xitam verilmiş, 02 iyul 2020-07 may 2021-ci il dövrü üçün 18 təqvim günü ödənilməklə, son haqq-hesabının kəsilməsi və orta aylıq əm ək haqqının 1.7 misli miqdarında işdənçıxarma müavinətinin ödənilməsi əmr edilmişdir.
3. İddiaçı 11 may 2021-ci il tarixdə “Naxçıvan Muxtar Respublikası Doğum Mərkəzi” publik hüquqi şəxsinin ginekologiya şöbəsinə “19-20 həftə gec düşük təhlükəsi FMA” diaqnozu ilə müalicə üçün daxil olmuş, 26 may 2021-ci il tarixədək stasionar şəraitdə müalicə almışdır.
4. Babək Rayon Məhkəməsinin 07 iyun 2023-cü il tarixli, 2(079)-345/2023 nömrəli qərardadı ilə İddiaçı “əmrinin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqı” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmış, iddia ərizəsindəki nöqsanlar aradan qaldırıldıqdan sonra iddiaçı 26 iyul 2023-cü il tarixdə hazırkı iddia ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktlar ı: a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdeh X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, işdən qanunsuz azad olunması barədə olan X3 Limanının 07 may 2021-ci il tarixli, 34/K nömrəli əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının hesablanıb verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı işlədiyi müddətdə verilən tapşırıqları həmişə layiqincə yerinə yetirmiş, hər-hansı bir intizam tənbehi almamışdır. 2021-ci ilin may ayının 18-də kadrların rəisi Ayşən xanımla telefon əlaqəsi saxlamış, ona hamilə olduğun üçün, işgörmə qabiliyyətin olmadığını və ixtisara salındığı bildirilmişdir. Etirazını bildirdikdə Ayşən xanımın “mən bilmərəm, xidmət rəisi bilər” demiş, qanunazidd olduğunu bildir diyi halda onun ona aidiyyəti yoxdur deyə, cavab vermişdir. Bundan sonra yenə hansı əsaslarla çıxarıldığını və hansı tarixdə əmək müqaviləsinə xitam verildiyini bilmək üçün əmək kitabçasının alınması ilə bağlı dəfələrlə telefon vasitəsilə müraciət etmiş, əmək kitabçası ona verilməmiş, yazılı müraciətdən sonra 05 mart 2023-cü il tarixdə əmək kitabçası ona poçt vasitəsilə göndərilmişdir. Lakin əmrin surətinin və əmək kitabçasının verilməsini xahiş etsə də, yalnız əmək kitabçası göndərilmiş, əmrin surəti göndərilməmişdir. Əmək müqaviləsinə qərəzli şəkildə xitam verilmiş, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinin iddiaçıya heç bir əlaqəsi olmamışdır. Nazirlər Kabinetinin ixtisarla bağlı qərarı aprel ayının 1-də verilmiş, 2021-ci ilin mart ayının sonu hamiləliyinin ağır olması səbəbindən iddiaçı Bakı şəhərinə getmiş, Bakıdan iş yerinə hamiləliyi ilə əlaqədar sənəd göndərmiş, 11 may 2021-ci il tarixədək işdə olmuşdur. İxtisar müddətində üç qız olaraq işləmişlər, hazırda da üç qız işləyərək, ixtisara yalnız iddiaçı düşmüşdür. 18 may tarixində Ayşən ona ayın 7-dən “işdən azadsan” dedikdə, hamilə olduğu üçün onu işdən çıxara bilməyəcəklərini, işdən çıxarılmasının qanunda nəzərdə tutulmadığını bildirmişdir. Ayşən xanım onun adını hamilə olduğu üçün növbə rəisinə yazıb verdiyini demiş, aprel ayında Ayşən xanım onu yanına çağırıb əvvəlcədən göndərdiyi xəstəxanada olması barədə sənədi ona verib mühasibatlığa verməsini demiş, sənədi götürüb özü şəxsən 2-ci otağa təqdim etmiş, ondan əvvəl də yoldaşı hamiləlik barədə sənədi iş yerinə təqdim etmişdir. Sənədi təqdim etməkdə məqsəd 10 gün işdə olmasının səbəbini göstərməkdir. 07 may tarixində işdən çıxarılmasını bilməmiş, ona bu barədə məlumat verilməmiş və iclas keçirilməmişdir. 11 may 2021-ci tarixdə Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab X4 Muxtar Respublikasına səfər etmiş, həmin gün bu səfərlə bağlı X3 Limanında bütün kameralar çalışmış, kamera görüntülərində iddiaçının işdə olması əks olunmuşdur.
7. Cavabdeh X3 Limanının nümayəndəsi iddia ərizəsinə etiraz təqdim edərək göstərmişdir ki, iddiaçıya işində yol verdiyi nöqsanlarla əlaqədar 27 fevral 2017-ci il tarixdə töhmət elan edilmiş, ondan sonrakı dövrlərdə işində yol verdiyi nöqsanlara görə dəfələrlə xəbərdarlıq edilmiş və sonda tabeliyində olduğu şəxslərdən heç kimə məl umat vermədən özbaşına öz postunu, iş yerini tərk etdi üçün, habelə X3 Limanında iş həcmi azaldığından yerinə yetirilən müvafiq işlərin istehsalata uyğunlaşdırılması məqsədilə bir sıra ştatlar ixtisar edildiyi üçün iddiaçı ilə əmək müqaviləsinə xitam verilmişdir. Əmrin qəbulundan 2 ildən artıq müddət keçmiş və bu müddətdə iddiaçı məhkəməyə müraciət etməmişdir. Nəticə olaraq cavabdeh tərəf iddia müddətini tətbiq edilərək, iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir.
8. Naxçıvan Şəhər Məhkəməsinin 22 sentyabr 2023-cü il tarixli 2(078)-1099/2023 nömrəli qətnaməsi ilə (hakim Q.N.Məmmədov) iddia rədd edilmişdir.
9. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının əmək qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada hüququnun pozulduğunu aşkar etdiyi gün əmək k itabçasının ona təqdim edildiyi gün hesab edilməlidir. İddiaçının izahatından məlum olur ki, o, işdən çıxarılmasını 18 may 2021-ci il tarixdə bilmişdir. Lakin, 26 may 2021-ci il tarixədək xəstəxanada müalicə olmuşdur. Bundan başqa iddiaçının uzun müddət müalicə alması və uşaq dünyaya gətirməsi barədə rəsmi sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəməyə təqdim olunmuş sübutlardan cavabdehdən iddiaçıya göndərilən məktubun 07 mart 2023-cü il tarixdə təhvil verilməsi məlum olur. 22 dekabr 2022-ci il tarixli mediasiya arayışından görünür ki, iştirak etməməsi səbəbindən mediasiya prosesi davam etməmişdir. Babək Rayon Məhkəməsinin 07 iyun 2023-cü il tarixli qərardadından görünür ki, iddiaçı 22 may 2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir.
10. Göstərilənləri ümumiləşdirən məhkəmə hesab et mişdir ki, iddiaçı iddia müddətini ötürmüşdür.
11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsi, 125-ci maddəsinin Vİİ bəndi; Mülki Məcəllənin 377.1-ci, Əmək Məcəlləsinin 2, 63, 68-ci maddələri, 70-ci maddəsinin “b” bəndi, 294-cü maddəsinin 1-ci hissəsi, 296-cı maddəsinin 2, 3, 6-cı hissələri; Mülki Prosessual Məcəllənin 2.1, 14.2, 77.1, 80, 88, 106.1, 217.3, 217.4, 218.3-cü maddələri; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “L.İ.Binnətovanın şikayəti üzrə” 08 may 2008-ci il tarixli Qərarı, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Stanyo Belçikaya qarşı” iş üzrə 7 iyul 2009-cu il tarixli, “Deryus Litvaya qarşı” iş üzrə 31 iyul 2000ci il tarixli, “Baranovski və Braniovski Polşaya qarşı” işlər üzrə 28 ma rt 2000-ci və 22 iyul 2004-cü il tarixli Qərarıları ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
12. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 25 dekabr 2023-cü il tarixli, 2(108)-158/2023 nömrəli qətnaməsi ilə (hakim M.D.Allahverdiyevin sədrliyi və məruzəsi ilə, hakimlər Ə.K.Allahverdiyevdən və V.G.Kuimovadan ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, Naxçıvan Şəhər Məhkəməsinin 22 sentyabr 2023-cü il tarixli 2(078)-1099/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldi yi nəticə və əsaslandırma ilə razılaşaraq apellyasiya şikayətinin dəlilləri üzrə əlavə olaraq qeyd etmişdir ki, mülki işin araşdırılmış halları və iddiaçının apellyasiya kollegiyasındakı izahatı ilə müəyyən edilmişdir ki, 07 may 2021-ci il tarixli əmrə əsasən X3 Limanının Daşımaların təşkili və koordinasiyası xidmətinin arayışların verilməsi üzrə növbətçisi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70ci maddəsinin "b” bəndinə əsasən xitam verilmiş, deməsinə görə iddiaçının bu barədə on gün sonra, 18 may 2021-ci il tarixdə məlumatı olmuş, 1 aylıq iddia müddətini buraxdığını qanundan xəbərsiz olması ilə əlaqələndirmiş, mediasiyaya 2022-ci ilin iyun ayında müraciət etmiş, mediasiya sessiyası 2022-ci ilin dekabr ayında başa çatmış, özünün etirafına görə əmək kitabçasını 05 mart 2023-cü il tarixində poçt vasitəsilə rəsmi qaydada almış, ilk dəfə Babək Rayon Məhkəməsinə isə 22 may 2023-cü il tarixdə iddia ərizəsi ilə müraciət etmişdir. Yəni, işin məhkəmədə araşdırılmış hallarından da göründüyü kimi, iddiaçı qanunun normasında müəyyən olunmuş üzürlü səbəblər olmadan 2 ildən artıq müddətdən sonra məhkəməyə müraciət etmişdir.
15. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, əmək mübahisələrində iddia müddətinin keçməsi faktı iddianın rədd edilməsi üçün kifayətdir. Belə ki, Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı hissəsində qeyd olunur ki, bu maddədə göstərilən müddətlər üzrlü səbəblərdən - iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblər dən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. İddia müddəti keçdiyi halda məhkəmənin etməli olduğu hərəkətlər barədə mülki hüquqa aid qaydalar əmək münasibətlərində tətbiq edilməli deyil. Çünki, Mülki Məcəllənin 2.3-cü maddəsinə görə əmək münasibətləri, əgər əmək qanunvericiliyində ayrı qayda nəzərdə tutulmayıbsa mülki qanunvericiliklə tənzimlənir. Hazırkı işə münasibətdə isə əmək qanunvericiliyində ayrı qayda nəzərdə tutulub: iddia müddəti bərpa olunmursa məhkəmə mübahisəyə mahiyyəti üzrə baxa bilməz. Nəzərə alınmalıdır ki, işə mahiyyəti üzrə baxmadan subyektiv hüququn olubolmadığı və pozulub-pozulmadığı müəyyən edilə bilməz. Ona görə də, məhkəmə əmək mübahisəsini həll edərkən iddiaçının müvafiq subyektiv hüquqa m alik olub-olmadığını və həmin hüququn cavabdeh tərəfindən pozulub-pozulmadığını araşdırmalı deyil, Əmək Məcəlləsində göstərilmiş gündən hesablamaqla iddia müddətinin keçdiyi görünürsə, iddia rədd olunmalıdır. Belə ki, Əmək Məcəlləsi iddianın başlanğıcını təyin edərkən mülki qanunvericilikdən fərqli olaraq konkret gün müəyyən edib. Əmək Məcəlləsinin 296-cı maddəsinin 3-cü hissəsində həmin gün belə göstərilib: işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gün. Bundan başqa, iddia müddətinin məqsədi həm də ondan ibarətdir ki, bu müddət məhkəmələri müəyy ən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir, bununla da məhkəmələrə mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Əmək mübahisələrinin həll zamanı Əmək Məcəlləsində göstərilmiş gündən hesablamaqla iddia müddətinin keçdiyi görünürsə, iddiaçının müvafiq subyektiv hüquqa malik olub olmadığı və həmin hüququn cavabdeh tərəfindən pozulub pozulmadığının araşdırılması iddia müddətinin özünün məqsədinə ziddir. Çünki, subyektiv hüququn olub-olmadığı və pozulub-pozulmadığı sübutlar toplanmadan və qiymətləndirilmədən müəyyən edilə bilməz. Əks təqdirdə, belə nəticə hasil olur ki, subyektiv hüququn olub-olmadığı və pozulub-pozulmadığı qeyrimüəyyən və natamam sübutlara əsaslanmaqla müəyyən edilməlidir. Eyni zamanda, əmək müba hisələrinin həll zamanı Əmək Məcəlləsində göstərilmiş gündən hesablamaqla iddia müddətinin keçdiyi görünürsə, subyektiv hüququn olub-olmadığı və pozulub- pozulmadığının müəyyən edilməsi üçün araşdırma aparılması prosessual qənaət prinsipinə də uyğun deyil. İddia müddətinin keçməsinə görə hüququn müdafiəsinin heç bir halda mümkün olmayacağı qabaqcadan görünürsə, subyektiv hüququn olub-olmadığı və pozulub-pozulmadığı barədə araşdırma aparılmasına zərurət yoxdur. Nəzərə alınmalıdır ki, belə araşdırmaya işdə iştirak edən şəxslər vaxt və məsrəf sərf edirlər, onlar bu vaxt və məsrəfləri məhkəmənin araşdırma aparması üçün deyil, hüququn müdafiə edilibedilməyəcəyi barədə qərar qəbul etməsi üçün sərf etməlidir. Bundan başqa, iddia müddətinin tətbiq edilməsi üçün ərizə verən cavabdeh tərəfi iradə ifadə edir. İradə ifadə edən cavabdeh “iddia müddəti” anlayışını dərk etməlidir: bu, pozulmuş subyektiv hüququn müdafiəsi müddətidir. Ona görə də, cavabdeh belə məzmunda iradə ifadə etmiş olur: iddiaçının subyektiv hüququ mövcuddur, həmin hüququ pozub, ona görə də pozulmuş hüququn müdafiəsi barədə tələbə iddia müddətinin tətbiq edilməsini istəyir. Əgər cavabdeh bunun əksini hesab edirsə, belə halda o, ərizə verməməli, bununla da iddiaçının subyektiv hüququnun mövcud olmadığı və ya mövcud olsa da həmin hüququ pozmadığı barədə iradə ifadə etməlidir. Göstərilən iradə ifadələri bir-birini təkzib etdiyinə görə eyni zamanda mövcud ola bilməz, ikisindən biri mövcud olmalıdır. İddia müddətinin tətbiqi barədə ərizə verilirsə, birinci iradə ifadəsi mövcud sayılır.
16. Göründüyü kimi, iddiaçı iddia ə rizəsi verməklə subyektiv hüququnun mövcud olduğunu və cavabdeh tərəfindən pozulduğunu iddia edir, cavabdeh isə iddia müddətinin tətbiqi barədə ərizə verməklə iddiaçının hüququnun mövcud olduğunu və həmin hüququ pozduğunu etiraf edir. Belə vəziyyətdə, məhkəmə subyektiv hüququn olub-olmadığı və pozulub-pozulmadığı barədə araşdırma aparmalı deyil, çünki tərəflər öz hərəkətləri ilə belə araşdırmaya olan zərurəti aradan qaldırmış olurlar. Araşdırma isə tərəflər üçün həyata keçirilir, çünki araşdırmanın nəticəsində qəbul ediləcək qətnamə ilə tərəflərin hüquq və vəzifələrinə dair məsələni həll ediləcək. Ona görə də, tərəflərin belə hərəkətindən sonra məhkəmənin araşdırma aparması mülki prosesin dispozitivlik prinsipinə ziddir. Hazırkı işdə iddiaçı pozulmuş əmək hüquqlarının müdafiəsi ilə bağlı i ddia ərizəsi verib, cavabdeh təşkilatın nümayəndəsi isə iddia müddətinin buraxıldığını bildirməklə müddətin tətbiqi barədə ərizə verib.
17. İddiaçı iddia müddətinin axımının əmək kitabçasının ona göndərildiyi gündən hesablanmalı olmasını bildirsə də, iş materiallarından görünür ki, iddiaçı işdən çıxarılmasını 18 may 2021-ci il tarixdə bildiyini və son haqq hesabını işlədiyi müəssisədən həmin ay almasını özü etiraf etmiş, 1 aylıq iddia müddətini buraxdığını qanundan xəbərsiz olması ilə əlaqələndirmiş, mediasiyaya 2022-ci ilin iyun ayında müraciət etmiş, mediasiya sessiyası 2022-ci ilin dekabr ayında başa çatmış, özünün etirafına görə əmək kitabçasını 05 mart 2023-cü il tarixində poçt vasitəsilə rəsmi qaydada almışdır. Beləliklə əgər həqiqətən də iddiaçı özünün qanunsuz olaraq işdən azad olu nmasını hesab edirdisə, o, hüquqlarının pozulduğunu göstərilən tarixlərdən bilmişdir və ya bilməli idi. Lakin iddiaçı hazırkı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə hüquqlarının pozulduğu gündən 2 il keçdikdən, Əmək Məcəlləsinin 296.2-ci maddəsində müəyyən edilmiş 1 aylıq iddia müddətini ötürməklə müraciət etmişdir.
18. Apellyasiya kollegiyası xüsusilə qeyd etmişdir ki, iddia müddətinin axımının başlanğıcı iddiaçıya əmək kitabçasının rəsmi qaydada verildiyi 05 mart 2023-cü il tarixindən hesablanarsa belə, yenə də iş materiallarından göründüyü kimi iddiaçı 1 aylıq iddia müddətini buraxmaqla 22 may 2023-cü il tarixdə ilk dəfə iddia ərizəsi ilə Babək Rayon Məhkəməsinə müraciət etmişdir.
19. Apellyasiya instansiyası məhkəməsi qətnaməsini Azərbaycan Respublikası Konstitusiyasının 72-c i maddəsinin 3-cü bəndi, Mülki Məcəllənin 9.3, 377.1, 373-cü, Əmək Məcəlləsinin 287, 294, 296-cı maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:
20. İddiaçı kassasiya şikayəti verərək, Naxçıvan MR Ali Məhkəməsinin Mülki kollegiyasının 25 dekabr 2023-cü il i tarixli, 2(108)-158/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsi qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
21. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi Əmək Məcəlləsinin 296-cı, Ailə Məcəlləsinin 28.1-ci, Mülki Məcəllənin 2.3, 375-ci maddələrinin tələbləri pozulmuşdur.
22. Belə ki, qanunla müəyyən olunan 1 təqvim ayı ərzində hüquqlarının müdafiəsi üçü mediasiya təşkilatına müraciət e tmiş, apellyasiya məhkəməsi isə bunu nəzərə almamışdır. Həmçinin, məhkəmə nəzərə almamışdır ki, iddiaçı əvvəlcə Babək Rayon Məhkəməsinə müraciət etmiş, iddiası geri qaytarıldıqdan sonra hazırkı iddianı vermişdir. Məhkəmə iddia müddətini tətbiq etməklə kifayətlənmiş, iddiaçının pozulmuş hüquqlarını bərpa etməmişdir.
23. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
24. Kassasiya şikayətinə etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:
25. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin a pellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
26. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlüklə mübahisələndirdiyindən, hazırkı kassasiya baxışının predmetini həmin məhkəmənin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:
27. Az ərbaycan Respublikasının Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü bəndinə əsasən həmin Məcəllə əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsiplərinə əsaslanır. 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 68-ci maddəsinin 2-ci hissəsinin a) bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir. 70-ci maddəsinin “b” bəndinə əsasən işçilərin sayı və ya ştatları ixtisar edildikdə, əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. 71-ci maddəsinin 1-ci hissəsinə əsasən işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o c ümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür. 296-cı maddəsinin 2-ci hissəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.
28. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Müb ahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 29. “Azərbaycan Respublikası MM-nin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 dekabr 2001-ci il tarixli qərarında göstərmişdir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çət in və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır.
30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiy yəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsi nə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hal lara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
32. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının hazırkı kassasiya şikayətinin dəlillərinə uyğun apellyasiya şikayətinin dəlillərinə tam, ətraflı hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası həmin qiymətləndirmə ilə razılaşır.
33. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, apellyasiya məhkəməsinin də göstərdiyi kimi, iddiaçının əmək hüquqlarının pozulması mübahisə predmetini təşkil etməmiş, cavabdeh buna dair etiraz verməmiş, cavabdehin etirazı yalnız müddətin buraxılması ilə əsaslanmışdır. Belə olan halda, mübahisəli məsələ Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsi ilə müəyyən olunmuş müddətin hazırkı işdə buraxılıb-buraxılmamasıdır.
34. İddiaçı kassasiya şikayətində onun mediasiya təşkilatına və sonradan ərazi aidiyyəti pozulmaqla başqa məhkəməyə müraciət etməsinin nəzərə alınmamasını qeyd etmişdir.
35. Məhkəmə kollegiyasının qənaətinə görə, bu hallar iddia müddətinin keçməməsinə dəlalət etmir. Belə ki, iddia müddətinin axımı iddiaçının mediasiya təşkilatına müraciət etdiyi və mediasiya sessiyasının başa çatdığı tarixdən (22 dekabr 2022-ci il), iddiaçının əmək kitabçasını aldığı tarixdən (05 mart 2023-cü il) və ya Babək Rayon Məhkəməsinin iddia ərizəsini qaytardığı tarixdən (07 iyun 2023-cü il) hesablandığı hər bir halda, onun hazırkı iddia ilə birinci instansiya məhkəməsinə müraciət etdiyi 26 iyul 2023-cü il tarixə Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsi ilə müəyyən olunan 1 aylıq iddia müddəti buraxılmışdır.
36. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü mad dəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 iyul 2021-ci il tarixli qərarında göstərilmişdir ki,... məhkəmənin öz təşəbbüsü ilə iddia müddətini tətbiq etmək səlahiyyəti olmadığından, iddiaçıdan ötürülmüş müddətin bərpasına dair ərizə verməsini tələb etmək səlahiyyəti də yoxdur. Bu cür ərizənin verilməsi yalnız iddiaçının şəxsi təşəbbüsü ola bilər və bu zaman məhkəmə iddiaçı tərəfindən iddia ərizəsi ilə birlikdə iddia müddətinin üzrlü səbəbdən ötürülməsinə dair təqdim edilmiş sübutları araşdırıb qiymətləndirməlidir.
37. İddiaçı iddia müddətinin üzrlü səbəbdən buraxılmasını bildirsə də, birinci instansiya məhkəməsinə ötürülmüş müddətin bərpasına dair ərizə verməmişdir. Odur ki, iddiaçının qeyd olun an dəlili də əsassız hesab olunmalıdır.
38. Odur ki, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirildən qətnamə qəbul edərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.
39. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Naxçıvan MR Ali Məhkəməsinin Mülki kollegiyasının 25 dekabr 2023-cü il tarixli, 2(108)-158/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.