Məhkəmə qərarları › İş №2(102)-2587/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-2587/2025

04.11.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haq
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2587/2025 04.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: işə bərpa, iddia müddəti) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa, məcburi işə buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2656/2025 nömrəli, 30 aprel 2025-ci i l tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə 04 noyabr 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı Abşeron rayonu Xırdalan şəhər 10 nömrəli tam orta məktəbin direktoru olmuşdur.

2. Azərbaycan Respublikası Təhsil Nazirliyinin (hazırda Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi) 2021-ci ildə məktəbdə göstərişi ilə araşdırılma aparılmış, araşdırma nəticəsində məktəbdə bir sıra nöqsanlar – texniki işçilərin işdə olmaması, sağlamlıq imkanı məhdud şagirdlərin tədris prosesinin qanunvericilikdə nəzərdə tutulan qaydada keçirilməməsi, dərnəklərin və dərsdənkənar məşğələlərin təşkil edilməməsi və s. kimi hallar aşkarlanmışdır.

3. Azərbaycan Respublikası Təhsil Nazirinin xx.xx.2021-ci il tarixli K-1 208 nömrəli əmri ilə rəhbərlik və nəzarətdə ciddi nöqsanlara yol verdiyinə, əmək müqaviləsi üzrə öhdəliklərini və vəzifə funksiyalarını layiqincə yerinə yetirmədiyinə görə İddiaçı ilə bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən 23 dentyabr 2021-ci il tarixdən ləğv edilmişdir.

4. Mübahisə həmin əmrin qanuniliyi ilə bağlı yaranıb. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı (bundan sonra “iddiaçı” və ya “işçi”) 30 sentybar 2024-cü il tarixdə iddia ərizəsi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin (bundan sonra “cavabdeh” və ya “Nazirlik”, yaxud “işəgötürən”) xx.xx.2021-ci il tarixli K-1208 saylı əmrinin ləğv edilmə si, iddiaçının Abşeron rayonu. Xırdalan şəhəri 10 nömrəli tam orta məktəbin direktoru vəzifəsinə bərpa olunması, iddiaçıya xx.xx.2021-ci il tarixdən işə bərpa olunduğu tarixədək məcburi işəburaxmaya görə kompensasiya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehin 23.09 2021-ci il tarixli K-1208 saylı əmri ilə, Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç” bəndinə əsasən Abşeron rayonu, Xırdalan şəhəri 10 nömrəli lam ona məktəbin direktoru vəzifəsindən xx.xx.2021-ci il tarixdən azad edilmişdir. Əmrin mətnində, yalnız iddiaçının əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi qeyd edilmişdir. Lakin öhdəliklərin icra edilməməsinin məhz nədə ehtiva olunduğu əmrdə şərh edilməmişdir. İddiaçının işdən azad edilməsinə dair əm rdən göründüyü kimi, iddiaçı ilə bağlı Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndində və 2-ci maddəsində nəzərdə tutulmuş əsaslar əmrdə qeyd olunmamış və əsaslandırılmamışdır. Buna görə də iddiaçı Abşeron rayonu, Xırdalan şəhər 10 nömrəli tam ona məktəbin direktoru vəzifəsinə bərpa olunmalı, ona xx.xx.2021-ci tarixdən işə bərpa olunduğu tarixədək məcburi işburaxmaya görə kompensasiya ödənilməlidir.

7. Cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə təqdim etmiş və ərizəni onunla əsaslandırmışdir ki, iddiaçı Abşeron rayonu, Xırdalan şəhərn 10 nömrəli tam orta məktəbin direktoru vəzifəsində işləmiş, 2021-ci ildə onun fəaliyyəti yoxlanılmış və vəzifə funksiyalarını və öhdəliklərini lazımı qaydada yerinə yetirə bilmədiyindən onunla bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcə lləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edilmişdir. İddiaçı ilə bağlanmış əmək müqaviləsi xx.xx.2021ci il tarixli, K-1208 saylı əmrlə ləğv edilməsinə baxmayaraq, o 2024-cü avqust ayında mediasiya təşkilatına müraciət etmişdir. İddiaçı müddəti buraxmaqla pozulmuş hüquqların bərpası məqsədilə məhkəməyə müraciət etmişdir. İddiaçının tələbi Azərbaycan Respublikası qanunvericiliyinin normalarına əsasən təmin edilə bilməz. Belə ki, Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci bəndinə əsasən, “fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər”. Lakin iddiaçı qanunvericilik normalarına məhəl qoymayaraq 2 il, 11 aydan sonra məhkəməyə ərizə ilə müraciət etmişdir. İş materiallarından göründüyü kimi, iddiaçı müddətin üzürlü səbəbdən otürməsinə dair məhkəməyə heç bir sənəd təqdim etməmişdir. Belə ki, o direktor vəzifəsində azad ediləndə artıq hüquqlarının pozulduğunu və onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsini bilirdi və həmin andan da iddia müddətinin axımı başlamışdır. Buna görə də müddətin buraxılması üçün heç bir üzürlü səbəb olmadığından, iddia tələbi rədd edilməlidir.

8. İddiaçı birinci instansiya məhkəməsində bildirmişdir ki, ona işdən çıxarılma barədə əmr təqdim edilməmiş, monitorinqdən sonra gözləməsi bilirilmişdir. Bu müddət ərzində müəllim kimi əmək fəaliyətini davam etdirmişdir. Eyni zamanda Nazirliyə rəsmi müraciətlər də ünvanlayıb. Buna görə də onun tərəfindən iddia müddəti ötürülməmişdir.

9. Birinci instansiya məhkəməsində iddiaçının nümayəndəsi və vəkili Vəki l göstərmişdir ki, iddiaçıya işdən çıxarılma barədə əmr təqdim edilməyib. Eyni əmrlə işdən çıxarılan digər direktor məhkəmə qətnaməsi ilə işə bərpa edilsə də, cavabdeh qətnamənin icrasından yayınıb və tərəf məcbur qalaraq işə bərpa olunmaq üçün ikinci dəfə məhkəməyə müraciət edib. Nəticədə mülki iş yenə onun xeyrinə yekunlaşıb. Hazırki iddia tələbləri də analojidir.

10. Birinci instansiya məhkəməsində cavabdehin nümayəndəsi Nümayəndə iddiaya etiraz edərək, bildirmişdir ki, iddiaçının iddia müddətini ötürüb, onun işdən çıxarılmasını bilməməsi barədə dedikləri əsassızdır və ağlabatan deyil. Belə ki, bu müddət ərzində direktor müavini direktor vəzifələrini müvəqqəti icra edib. Və məntiqlidir ki, iddiaçı müəyyən sənədləri, möhürü, jurnalları ona təqdim edib.

11. Birinci instansiya məhkəməsində şahid X2 bildirmişdir ki, məktəbdə 2016-cı ildən xadimə işləyib. 2021-ci ilin iyun ayında məzuniyyətə çıxıb, iyul ayında qayıdıb. Yoxlama gələn vaxt məzuniyyətdə olub. Oktyabr ayında iddiaçını uzaqlaşdırıblar. Oktyabr ayının sonlarında direktor əvəzedicisi Əzizə xanım və Pərviz müəllim onları çağıraraq işdən çıxamq barədə ərizə yazmalarını tapşırıb. Onlar razılaşmadıqda bildirilib ki, başqa maddə ilə çıxarılacaqlar, belə olan təqdirdə də başqa yerdə iş tapa bilməyəcəklər.

12. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-537/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. (hakim Mehriban Əfəndizadə)

13. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı Xırdalan şəhər 10 nömrəli tam orta məktəbin direktoru olmuş, 2021-ci ildə məktəbdə Nazirliyin gös tərişi ilə araşdırılma aparılmış, məktəbdə bir sıra nöqsanlar – texniki işçilərin işdə olmaması, sağlamlıq imkanı məhdud şagirdlərin tədris prosesinin qanunvericilikdə nəzərdə tutulan qaydada keçirilməməsi, dərnəklərin və dərsdənkənar məşğələlərin təşkil edilməməsi və s. kimi hallar aşkarlanmışdır. xx.xx.2021-ci il tarixli K-1208 nömrəli Əmrlə rəhbərlik və nəzarətdə ciddi nöqsanlara yol verdiyinə, əmək müqaviləsi üzrə öhdəliklərini və vəzifə funksiyalarını layiqincə yerinə yetirmədiyinə görə iddiaçının əmək müqaviləsinə 23 dentyabr 2021-ci il tarixdən xitam verilmişdir.

14. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, işin müəyyən edilmiş hallarına görə həqiqətən də iddiaçı vəzifə funksiyalarının icrasında nöqsanlara yol vermişdir. Buna görə də, onunla bağlanmış əmək müqaviləsi Əmək Məcə lləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilmişdir.

15. Birinci instansiya məhkəməsinin mövqeyinə görə iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilərkən Əmək Məcəlləsinin 80ci, 83-cü və 84-cü maddələrinin tələbləri pozulmamışdır. Belə ki, qanunvericiliyin tələblərindən göründüyü kimi, iddiaçının əmək müqaviləsinə xitam verilməsinin səbəbi kimi göstərilən “özünün əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi” əsas şərtdir. Məhz sadalanan halların mövcudluğu iş materiallarından aydın görünür, bu səbəbdən də işçi tərəfindən yol verilən pozuntunun Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi çərçivəsində qiymətləndirilməsi ilə nəticələnmiş və tərəflər arasındakı əmək müqaviləsinə həmin Məcəllənin tələblərinə əməl olunması şərtilə xitam verilmişdir.

16. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə yuxarıda qeyd olunan pozuntuların onun əməllərində mövcud olması arqumenti ilə xitam verilməsi əsaslı hesab edilməlidir, belə ki, iddiaçının belə pozuntulara yol vermiş olması işin faktiki halları ilə sübut olunur.

17. İşçinin əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi formal və ümumi mülahizələrdən ibarət olmamış, cavabdeh tərəfindən təqdim olunan dəlillərlə iddiaçının hərəkətlərindəki pozuntunun varlığı təsdiqlənmişdir.

18. Birinci instansiya məhkəməsinin qənaətinə görə, əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilərkən bu Məcəllənin 72-ci maddəsində göst ərilən kobud pozuntuların onun əməllərində mövcud olmaması, cavabehin iddiaçıya qərəzli münasibətdə olması barədə iddiaçının arqumentləri əsaslı hesab edilə bilməz.

19. Şahidin ifadəsinə münaisəbətdə isə birinci instansiya məhkəməsi göstərmişdir ki, mülki prosesdə əsas sübutetmə vasitələrindən biri şahid ifadələri olsa da, hazırki iş üzrə məhkəmə iclasında ifadə verən şahidin ifadəsində iddiaçının iddiasını təsdiqləyəcək hər hansı məlumat verilməmişdir.

20. İddia müddətinin tətbiqi barədə ərizəyə gəldikdə, birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddia əsaslı olduğundan, iddia müddətinin tətbiqi barədə ərizəyə hüquqi qiymət verilməsinə zərurət aradan qalxmışdır. Belə ki, iddia müddəti iddia əsaslı olduğu halda tətbiq edilə bilər. Prosessual qənaət prinsipinin tələblərinə uyğun olaraq həmin ətizəyə qiymət verilməsinə zərurət yoxdur.

21. Birinci instansiya məhkəməsi yekun olaraq belə qənaətə gəlmişdir ki, həm məktəbdə aparılan yoxlama nəticəsində tərtib edilmiş aktlardan və müvafiq izahatlardan iddiaçının məktəb müdiri kimi fəaliyyəti dövründə ciddi nöqsanlara yol verməsi, əmək müqaviləsi üzrə öhdəlikləri və vəzifə funksiyalarının yerinə yetirməməsi öz təsdiqini tapır. Məhkəmə baxışı zamanı əmrin ləğvi üçün əsas ola biləcək cavabdeh tərəfindən qanunvericiliyin normalarının pozulması faktı aşkar edilməmişdir.

22. İddiaçının digər tələbi olan ona məcburi işburaxmaya görə ala bilmədiyi əmək haqqınının ödənilməsi tələbinə münasbətdə birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının əmrin ləğvi və işə bərpa barədə iddia tələbi təmin edilmədiyindən, onun məhrum edild iyi vəsait də məcburi işburaxmaya görə maddi itki hesab edilə bilməz. Odur ki, məhkəmə iddiaçının məcburi iş buraxmaya görə əmək haqq tələbləri də əsassızdır.

23. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Əmək Məcəlləsinin 7, 42, 43, 44, 68, 69, 70, 71, 72, 80, 186, 187, 311-ci, Mülki Məcəllənin 373-cü, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

24. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

25. Apellyasiya şikayəti iddia ərizəsinin dəlillərinə uyğun olaraq əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, iddiaçının işdən azad edilməsi barədə əmrin mətnində yalnız iddiaçının əmək müqaviləsi üzrə öhdəliklərini yeri nə yetirmədiyi qeyd edilmişdir. Lakin öhdəliklərin icra edilməməsinin məhz nədə ehtiva olunduğu əmrdə şərh edilməmişdir. İddiaçı Xırdalan şəhər 10 nömrəli orta məktəbin direktoru olarkən, onun tərəfindən texniki işçilərin işdə olmaması, sağlamlıq imkanı məhdud şagirdlərin tədris prosesinin qanunvericilikdə nəzərdət utulan qaydada keçirilməməsi, dərnəklərin və dərsdənkənar məşğələlərin təşkil edilməməsi və s. kimi nöqsanlara yol verilməsi halları sübuta yetirilməmişdir. Cavabdeh tərəfindən “Elektron məhkəmə” portalı vasitəsilə iş materiallarına çoxsaylı sənədlər yüklənmiş, lakin həmin sənədlər iddiaçının direktor işlədiyi 10 saylı məktəbə deyil, Abşeron rayonunda yerləşən digər məktəblərə aid olmuşdur. İddiaçının göstərilən nöqsanlara yol verdiyinə dair bir mötəbər sübut iş materiallarınd a yoxdur.

26. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2656/2025 nömrəli, 30 aprel 2025-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin olunmuş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(005)- 537/2025 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılaraq, iddia tələbinin təmin olunmaması qət olunmuşdur. (hakimlər Fuad Babayev (sədrlik edən və məruzəçi), Cəmilə Musayeva, Fuad Abdıyev)

27. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyinin əsaslandırılması baxımından qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə ilk növbədə iddia müddətinin ötürülüb-ötürülməməsi məsələsi aydınlaşdırılmadan birbaşa iddianın əsaslılığına mahiyyəti üzrə qiymət verilməsi əmək qanunvericiliyinin tələblərinə uyğun olmamışdır. 2

8. Belə ki, Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin məcəllənin 296-cı maddəsinin 6-ci hissəsinin tələblərinə əsasən bu maddədə göstərilən müddətlər üzrlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər.

29. Apellyasiya instansiyası məhkəməsi istinad edilən hüquq normasının məzmununa diqqəti çəkərək göstərib ki, m əhkəmə tərəfindən mübahisəyə mahiyyəti üzrə baxıla bilməsi üçün ilk növbədə iddia müddətinin ötürülüb-ötürülməməsi (bununla bağlı müddət tətbiq barədə ərizəsi olmaqla), ötürüldüyü halda, bunun üzrlü hesab edilibedilməməsi məsələsi aydınlaşdırılmalı, yalnız bundan sonra müddət bərpa edilərsə, işə mahiyyəti üzrə baxılmalıdır. Hazırkı işdə cavabdeh tərəfindən iddia müddətinin tətbiq edilməsi barədə ərizə verilməsinə baxmayaraq, birinci instansiya məhkəməsi yekun məhkəmə aktı çıxarılan zaman həmin ərizəyə, ümumiyyətlə, münasibət bildirməmiş, işə sırf mahiyyəti üzrə baxaraq iddianın əsassız olduğu qənaətinə gəlmişdir.

30. Buna görə də qanunvericiliyin tələblərinə əsasən apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia müddətinin ötürülməsi ilə bağlı məsələyə münasibət bildirməyi zəruri hesa b etdiyini göstərərək, bildirmişdir ki, əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Bu zaman aşağıdakı məqamlar aydınlaşdırılmalıdır: 1) hazırki iş üzrə iddiaçı hüququnun pozulduğunu nə zaman aşkar etmişdir; 2) həmin andan etibarən 1 aydan az müddət ərzində məhkəməyə müraciət etmişdirmi; 3) müddətin axımını dayandıran və ya müddət ötürülmüşdürsə, bunu üzrlü hesab etməyə əsas verən hallar mövcud olmuşdurmu?

31. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçını əmək müqaviləsinə xx.xx.2021-ci il tarixli əmrlə xitam verilmişdir. Bu baxımdan, ilk növbədə iddiaçının hüququnun pozulduğunu nə zaman aşkar etməsini müəyyənləşdirməlidir. Belə ki, Əmək Məcəlləsinin 296-cı maddəsinin 3-cü hissəsinə görə hüququn pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqqhesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.

32. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iddia müddətinin tətbiqinə dair ərizəyə yalnız iddianın əsaslı olduğu zaman münasibət bildirilməsinə dair mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı hissəsinin məzmunundan da göründüyü kimi işçinin hüququnun pozulduğunu, yəni indiki halda onunla bağlanılan əmək müqaviləsinə məhz Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xi tam verilməsini bilməsi üçün heç də iddia tələbinin əsaslı olub-olmaması ilə şərtləndirilməmişdir. Çünki cavabdeh tərəfindən təqdim olunan iddia müddətinin tətbiqinə dair ərizənin hazırda mövcudluğu artıq kifayət edir ki, məhkəmə ilk növbədə qeyd olunan əsasla iddia tələbinə müvafiq qaydada qiymət versin.

33. İşin mübahisəsiz halıdır ki, iddiaçı artıq 3 ilə yaxındır ki, hazırda bərpa olunmasını xahiş etdiyi vəzifədə çalışmır və şəxsin bu qədər uzun müddətdə bunun səbəbini bilməməsi mümkünsüzdür. Bu isə o deməkdir ki, iddiaçının nəinki 1 ay, çox uzun müddət öncə Əmək Məcəlləsi ilə təsbit olunmuş hüququnun pozulduğunu aşkar etmək imkanı olmuş, həmin vaxtdan etibarən məhkəməyə müraciət etmək üçün müəyyən olunmuş müddətin axımı başlanmışdır. Yuxarıda qeyd edildiyi kimi Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı hissəsinin tələblərinə əsasən bu maddədə göstərilən müddətlər üzrlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Lakin hazırki iş materiallarında iddiaçı tərəfindən belə bir üzrlü halın mövcudluğuna dair hər hansı sübut təqdim edilməmiş, beləliklə, iddia müddətinin tətbiqini istisna edən hal aşkar olunmamışdır.

34. Beləliklə, apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, iddiaçı tərəfindən hazırkı tələblə məhkəməyə müraciət olunma ilə bağlı müəyyən edilmiş müddət ötürüldüyündən və bunun üzrlü hesab olunmasına dair hər han sı əsas mövcud olmadığından iddia tələbi onun mahiyyəti üzrə əsaslı olub-olmamasından asılı olmayaraq rədd edilməli, apellyasiya şikayəti qalan hissələrdə təmin edilməməlidir.

35. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Əmək Məcəlləsinin 7, 10, 42, 43, 44, 68, 70, 71, 80, 186, 296, 311-ci maddələrinə, Mülki Prosessual Məcəllənin-nin 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. a) Kassasiya şikayətinin dəlilləri

36. Qətnamədən iddiaçı (Vəkil) kassasiya şikayəti verərək Yuxarıda göstərilən əsaslardan, BakıApellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli2(103)-2656/2025 saylı qətnaməsinin ləğv edilməsi və mülki işin baxılması üçün apellyasiyainstansiya məhkəməsinə göndərilməsi barədə qərarçıxarmağınızı xahişedirəm xahiş etmişdir.

37. Kassasiya şikayəti belə əsaslandırılı b ki, məhkəmə iddiaya mahiyyəti üzrə baxmamış, yalnız iddia müddətinin tətbiqi məsələsinə münasibət bildirmişdir. Bununla da, iddiaçı və cavabdeh arasındakı hüquq münasibətlərində Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulmuş halların olmamasına münasibət bildirilməmişdir. İş materiallarında iddiaçının işdən azad edilməsi barədə əmrin və əmək kitabçasının cavabdeh tərəfindən ona təqdim edilməsinə dair hər-hansı sübut yoxdur. Apellyasiya instansiyası məhkəməsi, iddiaçının Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsində nəzərdə tutulmuş müddəti ötürməsi ilə bağlı qeyd etmişdir: “İşin mübahisəsiz halıdır ki, iddiaçı artıq 3 ilə yaxındır ki, hazırda bərpa olunmasını xahiş etdiyi vəzifədə çalışmır və şəxsin bu qədər uzun müddətdə bunun səbəbini bilməməsi mümkünsüzdür. Bu isə o deməkdir ki, iddiaçının nəinki 1 ay, çox uzun müddət öncə Məcəllə ilə təsbit olunmuş hüququnun pozulduğunu aşkar etmək imkanı olmuş, həmin vaxtdan etibarən məhkəməyə müraciət etmək üçün müəyyən olunmuş müddətin axımı başlanmışdır.” Məhkəmə iddiaçı tərəfindən müddətin ötürüldüyü barədə qənaətə gəlmiş, lakin, öz qənaətinə görə iddiaçının işdən azad edilmə ilə bağlı hüququnun pozulduğu günü müəyyən etməmişdir. İddiaçının artıq 3 ilə yaxındır ki, hazırda bərpa olunmasını xahiş etdiyi vəzifədə çalışmaması, ona Əmək Məcəlləsinin 296-cı maddəsinin 3-cü bəndinin tələbinə riayət edilməsini istisna edə bilməz.

38. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

39. Kassasiya şikayətinə qarşı etiraz ərizəsi daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi (əmək mü qaviləsinə xitam verildiyi vaxt qüvvədə olan redaksiyada) Maddə 70 (“ç” bəndi). İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Maddə 71 (2-ci hissə). Bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanu nla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Maddə 292 (2). Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Maddə 296 (3). Hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinmə yi tələb etmək hüququna müddət şamil edilir. Maddə 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutl ara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hü quq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəti cələnə bilsin. Kassasiya baxışının hədləri

40. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

41. Kassasiya şikayətində iddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsini tam mübahisələndirdiyi üçün kollegiya qətnaməni tam yoxlayır.

42. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi ü çün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

43. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

44. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərinə qiymət vermiş, iddianı təmin etməməklə qanuni nəticəyə gəlmişdir.

45. İddia tələbi işə bərpa barədədir. İddiaçı onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə əmrin qanunsuz olmasını bildirmişdir.

46. İşdən görünür ki, işə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsi iddianı iddia müddətinin keçməsi əsası ilə təmin etməmişdir.

47. Məhkəmə kollegiyası qeyd edir ki, iddia müddətinin ötməsi müəyyən edildiyindən, iddianın bu əsasla rədd edilməsi düzgün olmuşdur. Nəzərə alınsa ki, cavabdeh də müddətin tətbiqi barədə ərizə verib, belə olan halda, həm Əmək Məcəlləsinin 296-cı, həm də Mülki Məcəllənin 375.2-ci maddələrinin tələbləri baxımından iddianın təmin edilməsi istisna edilir.

48. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanması na kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarı)

49. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraql arının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsin ə dair” 03 iyun 2013-cü il tarixli qərarı)

50. Məhkəmə kollegiyası iddia müddətinin ötürülməməsinin əsası kimi əmrin və əmək kitabçasının cavabdeh tərəfindən iddiaçıya təqdim edilməməsi barədə kassasiya şikayətinin dəlillərin qəbul etmir. Belə ki, müddətin ötməsi ilə bağlı cavabdehin verdiyi ərizəyə etiraz olaraq iddiaçı eyni dəlilləri apellyasiya instansiyası məhkəməsində də irəli sürüb və apellyasiya instansiyası məhkəməsi iddiaçının artıq 3 ilə yaxındır ki, hazırda bərpa olunmasını xahiş etdiyi vəzifədə çalışmadığını və onun bu qədər uzun müddətdə bunun səbəbini bilməməsinin mümkünsüz olmasını bildirməklə, həmin dəlilə qiymət verib. Məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşdığı üçün qeyd edilən dəlilə təkrarən qiymət verməyə zərurət görmnür.

51. Məhkəmə kollegiyası qeyd olunanla ra əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

52. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2656/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar