Məhkəmə qərarları › İş №2(102)-2589/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2589/2020

20.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2589/2020 20.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi ilə, Cavabdeh1 tərəfindən Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(107)1516/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-ci il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Balakən Rayon Məhkəməsinin (hakim Hümbət Səlimov) xx xxxxxx 2019-cu il tarixli, 2(019)-31/2019 nömrəli qətnaməsi ilə iddia qismən təmin edi lmiş, Cavabdeh1 və İddiaçı Qapalı Səhmdar Cəmiyyəti arasında bağlanmış xx.xx.2015-ci il tarixli 019L**********87 saylı uzunmüddətli kredit müqaviləsinə, xx.xx.2015-ci il tarixli 019R********** saylı kredit razılaşmasına, xx.xx.2015-ci il tarixli 019R********** saylı kredit razılaşmasına və xx.xx.2015-ci il tarixli 019R**********SA saylı sazişə xitam verilməsi, Cavabdeh1, Cavabdeh4, Cavabdeh2, Cavabdeh5, Cavabdeh7, Cavabdeh3 və Cavabdeh6 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 019R********** saylı kredit razılaşması üzrə 23696 manat məbləğində kredit borcu, 7337,27 manat məbləğində faiz borc və 700 manat cərimə olmaqla-cəmi 31733,27 manat borcun, 019R********** saylı kredit razılaşması üzrə 21365,62 ABŞ dolları məbləğində kredit borc, 3901,38 ABŞ dolları məbləğində faiz borc və 650 ABŞ dol ları məbləğində cərimə olmaqla cəmi 25917 ABŞ dolları məbləğində borcun qətnamə icra edilən günə Azərbaycan manatına məzənnə ilə, məhkəmədə iddia qaldırmaq üçün dövlət rüsumu olaraq ödənilmiş 30 manatın, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manatın və 21 manat xidmət haqqının tutulması, tələbin ünvan 1i ünvanında yerləşən 0.07 ha torpaq sahəsinə və həmin torpaq sahəsi üzərində olan 130,10 kvadrat metr yaşayış, 122.10 kvadrat metr yardımçı, 252.20 kvadrat metr ümumi sahədən ibarət 4 otaqlı həyətyanı tikili və qurğular daxil olmaqla fərdi yaşayış evinə yönəldilməsi, həmin torpaq sahəsinin və fərdi yaşayış evinin ilkin satış qiyməti 50000 manat olmaqla açıq hərracda satılması və 019R********** saylı kredit razılaşması üzrə 31733,27 manat və 019R********** saylı kredit razılaşması üzrə 25917 ABŞ dolları məbləğində borcun qətnamə icra edilən tarixə Azərbaycan manatına məzənnə ilə, dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat və 21 manat xidmət haqqının hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı QSC-ə ödənilməsi, ünvan 1i ünvanında yerləşən 0,07 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində olan 130.10 kvadrat metr yaşayış, 122,10 kvadrat metr yardımçı, 252,20 kvadrat metr ümumi sahədən ibarət 4 otaqlı həyətyanı tikili və qurğular daxil olmaqla fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh4, Cavabdeh2, Cavabdeh5, Cavabdeh7, Cavabdeh3 və Cavabdeh6 həmin fərdi yaşayış evinə is tifadə hüququnun itirilməsi, onlar həmin torpaq sahəsindən və fərdi yaşayış evindən çıxarılmaları, torpaq sahəsinin və fərdi yaşayış evinin boşaldılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər – Ələddin Məcidov - sədrlik edən və məruzəçi, Mahir Əsədli, Ayaz Mahmudov) xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(019)-31/2019 nömrəli qətnaməsi qismən Cavabdeh6 da 019R********** saylı kredit razılaşması üzrə 21365,62 ABŞ dolları məbləğində kredit borcu, 3901,38 ABŞ dolları məbləğində faiz borcu və 650 ABŞ dolları məbləğində cərimə olmaqla cəmi 25917 ABŞ dolları məbləğində borcun tutulm ası, ünvan 1i ünvanında yerləşən 0,07 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində olan 130,10 kvadrat metr yaşayış, 122,10 kvadrat metr yardımçı, 252,20 kvadrat metr ümumi sahədən ibarət 4 otaqlı həyətyanı tikili və qurğular daxil olmaqla fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh6 həmin fərdi yaşayış evinə istifadə hüququnun itirilməsi, onun həmin torpaq sahəsindən və fərdi yaşayış evindən çıxarılması, torpaq sahəsi və fərdi yaşayış evinin boşaldılması hissəsində və ipoteka predmeti olan torpaq sahəsinin və fərdi yaşayış evinin ilkin satış qiymətinin 50000 manat məbləğində müəyyən edilməsi hissəsində ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi borcun Cavabdeh6 tutulması hissədə rədd edilmiş, ipoteka predmeti olan ünv an 1i ünvanında yerləşən 0,07 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində olan 130,10 kvadrat metr yaşayış, 122,10 kvadrat metr yardımçı, 252,20 kvadrat metr ümumi sahədən ibarət 4 otaqlı həyətyanı tikili və qurğular daxil olmaqla fərdi yaşayış evinin və torpaq sahəsinin ilkin satış qiymətinin 60000 manat məbləğində müəyyən edilməsi qət olunmuş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2, Cavabdeh5,Cavabdeh7na, Cavabdeh3, Cavabdeh6 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 və İddiaçı Qapalı Səhmdar Cəmiyyəti arasında bağlanılmış xx.xx.2015-ci il tarixli 019L**********87 saylı uzunmüddətli kredit müqaviləsinə, xx.xx.2015-ci il tarixli 019R********** saylı kredit razıl aşmasına, xx.xx.2015-ci tarixli 019R********** saylı kredit razılaşmasına və xx.xx.2015-ci il tarixli 3İ9R.**********SA saylı sazişə xitam verilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2, Cavabdeh5, Cavabdeh7ndan, Cavabdeh3, Cavabdeh6 miştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 198********** saylı kredit razılaşması üzrə 23696 manat məbləğində kredit borcu, 7337,27 manat məbləğində faiz borcu və 14751,92 manat məbləğində cərimə borcu olmaqla, cəmi ******* manat borcun; 019R********** saylı kredit razılaşması üzrə 21365,62 ABŞ Dolları məbləğində kredit borcu, 3901,38 ABŞ Dolları məbləğində faiz borcu və 13649,91 ABŞ Dolları məbləğində cərimə borcu olmaqla, cəmi 38916,91 ABŞ Dolları borcun məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqlarının tutulması, tələbin ünvan 1ində yerləşən 0,07 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində olan 130,10 kvadrat metr yaşayış, 122,10 kvadrat metr yardımçı, 252,20 kvadrat metr ümumi sahədən ibarət 4 otaqlı fərdi yaşayış evinə (həyətyanı tikili və qurğular daxil olmaqla) yönəldilməsinə, həmin əmlakın açıq hərracdan satılması və 019R********** saylı kredit razılaşması üzrə 45785,19 manat, 019R********** saylı kredit razılaşması üzrə 38916,91 ABŞ dolları məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat d övlət rüsumunun və 21 manat xidmət haqlarının ipoteka predmetinin açıq hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı QSC-yə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin Cavabdeh1, Cavabdeh4, Cavabdeh2, Cavabdeh5, Cavabdeh7, Cavabdeh3 Aydm qızından, Cavabdeh6 İddiaçı Qapalı Mundar Cəmiyyətinin xeyrinə müştərək qaydada tutulması, ünvan 1ində yerləşən 0,07 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində olan 130,10 kvadrat metr yaşayış, 122,10 kvadrat metr yardımçı, 252,20 kvadrat metr ümumi sahədən ibarət 4 otaqlı fərdi yaşayış evinə (həyətyanı tikili və qurğular daxil olmaqla) tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh4, Cavabdeh2, Cavabdeh5, Cavabdeh7 və Cavabdeh3 həmin fərdi yaşayış evinə istifadə hüquqlar ının itirilməsi, onların həmin fərdi yaşayış evindən çıxarılması, həmin əmlakın boşaldılması və İddiaçı QSC-nə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: Cavabdeh1 kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxx 2019-ci il tarixli qətnaməsisinin ləğv edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, qiymətləndirci təşkilat ipoteka predmeti baxış keçirmədən qiymətləndirmişdir. İpoteka predetinin ilkin satış qiyməti düzgün qiymətləndirilməmişdir. Bununla da maddi və prosessual hüquq normalarının tələbəri pozulmuşdur. Tərəflərin izahatları: Məhkəmə kollegiyası iclasının yeri və vax tı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə tərəflər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apelyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apelyasiya instansiyası m əhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası kasasiya şikayətinin həddləri ilə bağlı qeyd edir ki, işdən göründüyü kimi, iddia tələbi apelyasiya instansiyası məhkəməsi tərəfindən qismən təmin edilmiş, iddia tələbinin rədd edilən hissədə iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Ona görə də, iddia tələbinin rədd edilən hissədə qətnamənin maddi və prosessual hüquq normalarının tələblərinə uyğunluğu hazırki kasasiya baxışının həddlərini də təşkil etmir. Cavabdeh kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsi nin tamamilə ləğv edilməsini xahiş etsə də, şikayətin məzmunundan görünür ki, cavabdeh qətnamənin ipoteka predmetinin ilkin satış qiyməti hissədə mübahisələndirir. Ona görə də, qətnamə Cavabdeh1 kasasiya şikayətinə əsasən mübahisələndirilən hissədə kasasiya qaydasında yoxlanıldı. Əsaslandırıc hissə: Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxx 2019-ci il tarixli qətnaməsi cavabdehin kassasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilmiş hallarından görünür ki, Cavabdeh1 İddiaçı QSC ilə bağla dığı xx.xx.2015-ci il tarixli 019L**********87 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 ay müddətinə 150000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunur. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2015-ci il tarixli 019R********** saylı kredit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 1.1667 faiz olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 23696 manat məbləğində kredit götürmüşdür. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2016-cı il tarixdən banka qa ytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan ödəniş etməmiş, onun 23696 manat məbləğitndə kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi ilə hesablanır. Qeyd edilənlərə əsasən Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2018-ci il tarix 596 gün üçün hesablanmış faiz borcu 7337,27 manat təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığ ının 0.5 faiz məbləğində cərimə ödəməlidir. xx.xx.2018-ci il tarixə 596 gün üçün hesablanmış cərimə 14751,92 manat təşkil edir. Bundan başqa uzun müddətli kredit müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2015-ci il tarixli 019R********** saylı kredit razılaşması əsasında 84 ay müddətinə, aylıq faiz dərəcəsi 0,8333 faiz olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 49000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Tərflərin imzaladıqları xx.xx.2015ci il tarixli 019R**********SA saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələblərini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2016-cı il tarixdən ban ka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 27634,38 ABŞ dolları ödəmiş, onun 21365,62 ABŞ dolları məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gjün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarımasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən Cavabdeh1 kredit blrorcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəasitləri kreditora qaytarmadığı üçün xx.xx.2018-ci il tarixə 624 gün üçün hesablanmış faiz borcu 3901,38 ABŞ dolları təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadı qda hər gecikdirilən gün üçün kredit qalığının 0.5 faizi məbləğində cərimə ödəməlidir. xx.xx.2018-ci il tarixə 624 gün üçün hesablanmış cərimə 13649,91 ABŞ dolları təşkil edir. Uzunmüddətli kredit müqaviləsininin 3.1.2-ci bəndininin «a» yarımbəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqaıvilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh5, Cavabdeh7, Cavabdeh3, Cavabdeh6 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1 bəndinə əsasən yuxarıda göstərilən uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında cavabdeh X3 ilə birgə məsuliyyət daşıyır və uzunmüddətli kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə cavabdeh ipoteka verənlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh5, Cavabdeh7 və Cavabdeh3 iddiaçı ilə bağladığı xx.xx.2015-ci il tarixli 019M**********01 saylı ipoteka müqaviləsi əsasında ünvan 1ində yerləşən 0,07 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində olan 130,10 kvadrat metr yaşayış, 122,10 kvadrat metr yardımçı, 252,20 kvadrat metr ümumi sahədən ibarət 4 otaqlı fərdi yaşayış evini (həyətyanı tikili və qurğular daxil ol maqla) iddiaçının xeyrinə ipoteka ilə yüklü etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsininin yanında Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətinin 18 saylı ərazi idarəsi tərəfindən 15 nömrəli reyestr kitabının 10 nömrəli vərəqində qeydiyyata alınmış və Seriya RX0554695 №li Çıxarışa əsasən ünvan 1ində yerləşən 0,07 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində olan 130,10 kvadrat metr yaşayış, 122,10 kvadrat metr yardımçı, 252,10 kvadrat metr ümumi sahədən ibarət 4 otaqlı fərdi yaşayış evini (həyətyanı tikili və qurğular daxil olmaqla) Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək üçün İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. İpoteka saxlayan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən cavabdeh-ipoteka verən Cavabdeh4, Cavabdeh2, C avabdeh5, Cavabdeh7 və Cavabdeh3 İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 36.2-ci bəndinə uyğun olaraq ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişlər göndərilmiş və bildirşlər ünvana çatdırılmışdır. İddiaçı dəfələrlə cavabdehlərdən borcun ödənilməsini tələb etmiş, lakin bunun heç bir nəticəsi olmamışdır.Cavabdehlər kredit borcunun ödənməsi ilə bağlı üzərlərinə götürdükləri öhdəliklərə əməl etməmişlər. İddiaçı ona görə də hazırkı tələblə məhkəməyə müraciət etmişdir. İş materiallarından görünür ki, ipoteka predmeti olan fərdi yaşayış evinin (həyətyanı tikili və qurğular daxil olmaqla) həmin vaxtki dəyəri tərəflərin qarşılıqlı razılığı ilə 49000 ABŞ dolları (38435 manat 60 qəpik) müəyyən edilmişdir. “xxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən verilmiş xx xxxxxxx 2019-c u il tarixli 119/LBC nömrəli rəydə ipoteka predmeti olan həmin fərdi yaşayış evinin hazırki dövrə olan orta bazar qiymətinin 60000 manat təşkil etdiyi göstərilmişdir. "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun 39.3 və 39.3.3-cü maddələrinə əsasən məhkəmə İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən ipoteka predmetinin ilkin satış qiymətini qərarda göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Apelyasiya instansiyası məhkəməsi “xxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin rəyinə istinad edərək ipoteka predmetinin ilkin satış qiymətini 60000 manat müəyyən etmişdir. Cavabdeh kassasiya şikayətində ümumi sözlərlə həmin qiymətin real bazar qiymətlərinə uyğun olmamasını qeyd etmiş, lakin etirazının əsası kimi istinad etdiyi bu halı sübut etməmiş, evin qiymətinin əslində nə qədər olması barədə işə birinci instansiya məhkəməsi və apelyasiya instansiyası məhkəməsində baxılan zaman hər hansı bir sübut təqdim etməmişdir. Belə olan halda apelyasiya instansiyası məhkəməsi həmin rəyi sübut kimi qəbul etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Odur ki, Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxx 2019-ci il tarixli qətnaməsi cavabdehin kassasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Cavabdeh1 kassasiya şikayəti təmin edilmədən, Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(107)-1516/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-ci il tarixli qətnaməsi cavabdehin kassasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar