Məhkəmə qərarları › İş №2(102)-2590/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-2590/2022

31.05.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2590/2022 31.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı ilkin iddiası və Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: əmlakın geri qaytarılması, maddi və mənəvi ziyanın ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “əmlakın geri qaytarılması, dəymiş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair ilkin iddiası və Cavabdeh İddiaçı qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair qarşılıqlı iddiası üzrə Bakı Apelly asiya Məhkəməsinin Mülki kollegiyasının 10 avqust 2021-ci il tarixli, 2(102)-4285/2021 nömrəli qətnaməsindən cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı Cavabdeh ilə 9 iyul 2019-cu il tarixli icarə müqaviləsi bağlayaraq, sonuncuya məxsus olan, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 55.5 kv.m. olan fərdi yaşayış evinin 30 kv.m. hissəsini icarəyə götürmüşdür. Müqavilədə aylıq icarə haqqı 600 manat, icarə müddəti bir il müəyyən edilmişdir. Müqavilənin 9.10-cu bəndində əksini tapmış şərtə görə, xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək icarəçi tərəfindən ünvan 1 ünvanında yerləşən 30 kv.m. ü zərində inşa ediləcək hər hansı bir tikili və s. dəyişikliklər icarə müddəti bitdikdən sonra, icarəçi tərəfindən öz vəsaiti hesabına sökülərək və hazırki vəziyyətdə icarə verənə təhvil veriləcək.

2. Həmçinin müqavilənin 10.9-cu bəndinə görə icarə müqaviləsinə xitam verildikdən sonra icarəçi icarəsində olan əmlakı icarəyəverənə qaytarmağa borcludur. Əgər icarəçi əmlakı qaytarmırsa, icarəyə verən əmlakın saxlandığı müddət üçün icarə haqqının və dəymiş zərərin əvəzinin ödənilməsini icarəçidən saxlanılan əmlakı məcburi qaydada alınmasını tələb edə bilər. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Cavabdeh qarşı ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ona məxsus əmlaklarının alınıb ona qaytarılması, cavabdehdən ona vurduğu 6 630 manat miqdarında maddi ziyanın və 6000 manat mənəvi ziyanın alınıb ona verilməsi və çörək bişirmək üçün avadanlıqlardan istifadə etmək imkanından məhrum etdiyinə görə xx.xx.2019-cu il tarixdən əmlakın ona təhvil verilən tarixədək olan müddət ərzində hər günə ona vurduğu 150-200 manat miqdarında ziyan hesablanmaqla, maddi ziyanın alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, icarəyə götürdüyü həmin sahəyə 170 manata reklam, hər biri 400 manat dəyərində 2 böyük təndir, 300 manat dəyərində balaca təndir qoydurmuş, 50 manata tərəzi almış, 250 manata böyük tüstü bacası, hər biri 200 manata 3 balaca tüstü bacası qoydurmuş, 300 manat dəyərində 2 ədəd ventilyator, 150 manata təndir tava, 200 manata təndir setka, 100 manata təndir farsunkası, 300 manata təndir qazı, 50 manata təndir qapaq, 40 manata təndirdən çörək çıxaran, 150 manata vanna qab-qacağı, 70 manata qaz nasosu, 100 manata işıqlar alıb qoydurmuş, 3000 manata materialları və usta pulu ilə birlikdə qril bişirmək üçün yer tikdirmişdir. Qril aparatından başqa yuxarıda sadaladığı əmlakların dəyəri 6630 manat təşkil edir. 1 avqust 2020-ci il tarixdə icarə müqaviləsinin müddəti bitmiş, lakin cavabdeh həmin icarə müqaviləsinin müddətini artırmaqdan imtina etmişdir. O, həmin 30 kv.m. sahəyə qoyduğu və aldığı yuxarıda sadaladığı əmlakları oradan götürmək istədikdə, cavabdeh bundan imtina etmiş, onu əmlaklarını götürməyə qoymamış və gələcəkdə də qaytarmayacağını bildirmişdir. Bundan sonra öyrənmişdir ki, cavabdeh onun 3000 manata tikdirdiyi qril b işimək üçün aparatı söküb naməlum istiqamətə aparmışdır. Cavabdehin bu hərəkətindən dərin sarsıntı keçirmiş və xəstələnmişdir. Buna görə də ona 6000 manat miqdarında mənəvi ziyan dəymişdir. Bundan əlavə, cavabdeh çörək bişirmək üçün avadanlıqlardan istifadə etmək imkanlarından məhrum etdiyinə görə hər günə 150-200 manat hesabı ilə əmlakın ona təhvil verilən tarixə kimi hesablanmaqla əlavə maddi ziyan vurub. Cavabdeh ona məxsus yuxarıda sadaladığı əmlakları özünə qaytarmalı və vurduğu maddi və mənəvi ziyanı tam ödəməlidir.

5. Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı tərəfindən icarə haqqının ödənilmədiyi üçün vurulmuş ziyana görə 7.200 manat məbləğində, icarə obyektini əvvəlki vəziyyətinə qaytarmamasına görə vurulmuş maddi ziyanın əvəzi olaraq 3148 manat, kommunal ödənişlər etməməsinə görə vurulmuş maddi ziyanın əvəzi olaraq, işıq enerjisindən istifadəyə görə 192 manat, qazdan istifadəyə görə 1465 manat olmaqla, ümumilikdə kommunal ödənişlərə görə 1657 manat, kanalizasiya xəttinə axıdılan suya görə 432 manat məbləğdə pulun İddiaçı tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Cavabdeh tələbini onunla əsaslandırmışdır ki, onunla İddiaçı arasında 9 iyul 2019cu il tarixli icarə müqaviləsi bağlanmış müqaviləyə əsasən İddiaçı aylıq 600 manat icarə haqqı ödəməli idi. Lakin müqavilə qüvvəyə mindiyi xx.xx.2019-cu il tarixdən bugünədək icarə haqqı ödənilməmişdir. Məhkəməyə də ödənişlər etməsinə dair hər hansı bir sübut təqdim etməmişdir. İddiaçı icarə müqaviləsinin qüvvədə olduğu 1 illik müddət ərzində ödən işlər etmədiyinə görə borcu (12 ay x 600) 7.200 manat təşkil redir. İcarə müqaviləsinin 9.10-cu bəndinə əsasən icarəyə verilmiş əmlakda hər hansı bir tikili və s. formada dəyişikliklər edilmişdirsə, həmin tikililər İddiaçı öz vəsaiti hesabına sökülməsi və icarəyə verilməmişdən əvvəlki vəziyyətdə icarəyə verənə qaytarılması barədə öhdəlik götürmüşdür. Lakin İddiaçı müqavilə ilə üzərinə düşən bu öhdəliyi icra etməmişdir. Belə ki, icarəyə verilən əmlak əvvəlcə ofis olmuşdur. Orada İddiaçı tərəfindən dəyişikliklər aparılmış, təndir, qril aparatı və s. qoyulmuşdur. Müqavilənin vaxtı bitdiyi zaman isə icarəyə verilmiş əmlakı icarədən əvvəlki vəziyyətinə qaytarmamışdır. Beləliklə, müqavilə tələbləri üzrə üzərinə düşən öhdəliyini icra etməmişdir. Hal-hazırda İddiaçı tərəfindən icarəyə verilmiş əml ak üzərində dəyişikliklər edilməsinə və onun əvvəlki vəziyyətinə qaytarılmamasına görə ona vurulmuş maddi ziyan 3.148 manat məbləğindədir. Bundan başqa, İddiaçı icarə müddəti ərzində kommunal ödənişləri də həyata keçirməmişdir. Sözügedən müqavilənin 9.9-cu maddəsinə əsasən kommunal ödənişlər icarəçi tərəfindən ödənilməlidir. Lakin cavabdehin əvəzinə kommunal xərcləri özü ödəmişdir. İşıq enerjisindən istifadəyə görə borc 192 manat məbləğində; qazdan istifadəyə görə borc 1465 manat məbləğindədir. Bundan başqa, kanalizasiya xəttinə axıdılan suya görə də ona 432 manat ziyan dəymişdir.

7. İddiaçı qarşılıqlı iddiaya etiraz edərək bildirmişdir ki, qarşılıqlı iddia tamamilə uydurma və saxtadır. Cavabdeh nümayəndəsi YYY aylıq icarə haqqının bir gün də ləngiməsinə imkan verməmiş, hətta 1-2 gün gecik mə olduqda qazı və suyu kəsmişdir. Bundan başqa əgər aylıq icarə haqqı ödənilməmişdirsə, nəyə görə müqavilənin şərtlərinə uyğun olaraq Cavabdeh müqaviləni ləğv etməyib? Məntiqi nəticə belədir ki, M.Əmirəliyev aylıq icarə haqqını ayda 600 manat olmaqla hər ay alıb. Obyektin əvvəlki vəziyyətinə qaytarılmasına görə vurulmuş maddi ziyan kimi tələb edilən 3148 manatı maddi ziyan kimi qəbul etmək olmaz. Çünki həmin hərəkətlər tərəflərin qarşılıqlı razılığına əsasən icarəyə verilmiş otaqda çörək bişirmək üçün zəruri şəraitin yaradılması ilə əlaqədar edilən dəyişikliklər olmuşdur. Obyekti əvvəlki vəziyyətinə bərpa etmək ilk iddiaçının üzərinə düşən iş olmalı idi. Nəyə görə icarəyə verən müqavilənin müddəti bitdikdən sonra müqavilənin bitməsinin səhəri günü obyekti Fuad adlı şəxsə icarəyə vermiş və ilk iddiaçıya məxsus avadanlıqları özbaşınalıq edib yeni icarəçiyə satmış və beləliklə onlara 6630 manat maddi, 600 manat mənəvi ziyan vurmuş, avadanlıqlardan qril hazırlamaq üçün qurğunu söküb istifadə üçün yararsız hala salıb hissələri həyətinə yığmış, hər iş günü müddətində 150-200 manat gəlir əldə etmək imkanından məhrum etmişdir. Eyni zamanda, həmin ziyanla bağlı hesablama buna ixtiyarı olmayan şəxs tərəfindən şişirdilmiş qiymətlərlə hesablanmışdır. Yazılmışdır ki, təmirə 27 ədəd şifer tələb olunur, lakin onlar dama çıxıb saymış, 7 şifer çatladığı məlum olmuşdur. Eyni zamanda, 120 manat nəqliyyat xərci də şişirdilmişdir. Bərpa işi aparılması müqavilədə nəzərdə tutulmağına baxmayaraq, vaxtında buna imkan verilməmiş və bu günə qədər də davam edir. İşıq və qaz enerjisinə gəldikdə isə, i carə müddətində obyektdə cəmi 402 manatlıq enerji sərfiyyatı olunmuşdur. Həmin pulu YYY ödəmişdir. İlk iddiaçı da öz növbəsində işıq pulunun ödənilməsi üçün ona istədiyi müvafiq məbləğdə nəğd pulu vermişdir. Nəzərə alınmalıdır ki, işıq sayğacı birdir. Orada enerjidən YYY sutka ərzində tokar dəzgahlarını işlətmiş, su quyusunun motorunu işə salmış, çay qaynatmış, otaqları işıqlandırmış və s. İlk iddiaçı isə obyekti işıqlandırmış, orada çörək bişirməklə məşğul olan qadın gün ərzində 1 və ya 2 dəfə çay qaynatmışdır. Belə olan halda necə ola bilər ki, ilk iddiaçının işıqdan bir iş günü ərzində istifadə etməsi 192 manat, Mübarizin isə işıqdan istifadə etməsi sutka ərzində 210 manat olsun. Bu heç bir məntiqə uyğun deyil. İlk iddiaçı işlətdiyi elektrik enerjisinin pulunu ödəmişdir. Bu ziyanlıq k imi qiymətləndirilə bilməz. Qarşılıqlı iddiaçının qazdan istifadə ilə bağlı müqavilə bağlandığı tarixdə, yəni 2019-cu ilin iyul ayına 193 manat borcu olmuşdur. İcarə müddətində istifadə etdiyi qazın dəyəri 917 manat olmuşdur. Bu pulun 193 manatı Mübarizin borcudur, hansı ki, həmin borcu ilk iddiaçı gündəlik ödəmiş, ödənilən puldan 193 manat borc silinmişdir. Qazdan istifadəyə görə vurulmuş 1465 manat borcun necə və haradan əmələ gəlməsi məlum deyil. Deməli Mübariz ilk iddiaçıya 193 manat pul ödəməlidir. Kanalizasiya xəttinə axıdılan suya görə 432 manat ziyan vurulması ilə bağlı qeyd etmişdir ki, qarşılıqlı iddiaçının evində su xətti və sayğacı yoxdur. Orada quyu suyundan istifadə edilib. Nəzərə alınsa ki, 1 ton suyun dövlət satış qiyməti 0.35 manatdır, belə olan halda 432 manata 1234 ton s u almaq olar, bu miqdarda suyu 12 aya böləndə hər aya 102 ton sərfiyyat düşür. Çörək bişirməklə isə bir nəfər qadın və onun bir nəfər köməkçisi məşğul olur. Necə ola bilər ki, 2 nəfər şəxs ayda hər iş günü həmin xidməti işləri ilə əlaqədar 102 ton su işlətsin. Qeyd olunanlara əsasən, ilkin iddia tələbinin təmin edilməsi, qarşılıqlı iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

8. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 8 oktyabr 2020-ci il tarixli, 2(003)2503/2020 nömrəli qətnaməsi ilə (hakim R.Xəzri) ilkin iddia tələbi qismən təmin edilərək, Cavabdeh qril aparatı və iki böyük təndirin alınaraq İddiaçı təhvil verilməsi, ilkin iddia tələbinin qalan hissədə rədd edilməsi, qarşılıqlı iddia tələbinin rədd edilməsi qət edilmişdir.

9. Birinci instansiya məhkə məsi qeyd edib ki, İddiaçı ona məxsus müxtəlif adda əmlakın cavabdehə məxsus obyektdə olduğunu irəli sürsə də, iddia tələbi yalnız qril aparatı və iki böyük təndirə aid hissədə cavabdeh tərəfindən etiraf edilmiş, iddiaçı qalan əşyaların həqiqətən də onun tərəfindən alınaraq sözügedən ünvanda yerləşdirilməsi və hazırda orada mövcud olması barədə öz tələbini əsaslandıran hər hansı əsaslı və mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Buna görə də ilk iddia tələbi qril aparatı və iki böyük təndirə aid hissədə təmin edilməli, qalan hissədə rədd edilməlidir.

10. Birinci instansiya məhkəməsi həmçinin İddiaçı çörək bişirmək üçün avadanlıqlardan məhrum olduğu dövrdə əldə edə biləcəyi qazancın əvəzinin cavabdehdən onun xeyrinə tutulması barədə tələbini də qeyd olunan avadanlığın mövcudluğu və iddiaçıya məxsusluğu sübuta yetirilmədiyi üçün təmin etməyib.

11. Birinci instansiya məhkəməsi İddiaçı ona vurulmuş mənəvi ziyanın ödənilməsinə dair iddia tələbi ilə bağlı qeyd edib ki, iddiaçı cavabdeh tərəfindən mənəvi ziyanın vurulmasına dair istinad etdiyi halları Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə müvafiq qaydada sübut edə bilməmiş, bu barədə müvafiq sübutları məhkəməyə təqdim etməmiş, işin tədqiq olunan hallarına əsasən iddia tələbi həmin hissədə öz təsdiqini tapmamışdır.

12. Birinci instansiya məhkəməsi qarşılıqlı iddia üzrə icarə haqqının tutulması tələbi ilə bağlı göstərib ki, tərəflər arasında bağlanmış 09 iyul 2019-cu il tarixli İcarə müqaviləsinin 10.1-ci maddəsinə əsasən, icarə haqqı növbəti ay üçün ödənilmədikdə bu, icarəçinin müqavilənin icrasından birtərəfli imti nası kimi qəbul edilir və icarə müqaviləsi ləğv oluna bilər.

13. Birinci instansiya məhkəməsi işin məhkəmə iclasında araşdırılan hallarını, tərəflər arasında icarə müqaviləsinin qüvvədə olduğu dövr ərzində icarə haqqına dair hər hansı mübahisənin olmamasını, bir il ərzində müqavilənin ləğv olunmamasını, hazırda Cavabdeh ona qarşı verilmiş iddiaya baxıldığı dövrdə qarşılıqlı iddia ilə müraciət edərək icarə haqqını tələb etməsini və digər halları nəzərə alaraq, cavabdeh İddiaçı hər ay icarə haqqının ödənilməsinə dair etirazının əsaslı olduğu qənaətinə gəlib və hesab edib ki, bir il ərzində ödənilməmiş 7200 manat pulun cavabdehdən tutulmasına dair hissədə qarşılıqlı iddia tələbi təmin edilə bilməz.

14. Qarşılıqlı iddianın əmlakın əvvəlki vəziyyətinə qaytarılması üçün sərf edilmiş 3148 manat pulun cavabdehdən tutulması hissəsi ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi belə olub ki, icarə müqaviləsinin müddəti bitdiyi vaxt icarəyəverən müqaviləni yeniləməkdən imtina edərək, qısa müddət ərzində həmin obyekti başqa şəxsə icarəyə vermiş, hazırki iş üzrə cavabdeh olan icarəçidən əmlakın əvvəlki vəziyyətə qaytarılmasını tələb etməmiş, hazırda iddia ilə müraciət edərək öz təşəbbüsü ilə edilmiş təmir xərclərinin icarəçidən tutulmasını xahiş etmişdir. Tərəflər arasında bağlanmış 09 iyul 2019-cu il tarixli İcarə müqaviləsinin 9.10-cu bəndinə görə isə xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək icarəçi tərəfindən ünvan 1 ünvanında yerləşən 30 kv.m. üzərində inşa ediləcək hər hansı bir tikili və s. dəyişikliklər icarə müddəti bitdikdən sonra həmin inşa edilmiş tikililər icarəçi tərəfindən öz vəsaiti hesabına sökülərək və hazırki vəziyyətdə icarə verənə təhvil veriləcək.

15. Birinci instansiya məhkəməsi qeyd olunan hallara qiymət verərək hesab edib ki, icarəyə verənin əmlakı əvvəlki vəziyyətinə qaytarmağı icarəçidən tələb etmək hüququ olsa da, o, öz təşəbbüsü ilə edilmiş təmir xərclərinin tutulmasını tələb edə bilməz, eyni zamanda Cavabdeh əmlakın vəziyyətində hansı dəyişikliklərin baş verməsi, həmin dəyişikliyin məhz icarə müqaviləsinin qüvvədə olduğu dövrdə yaranması, tələb olunan məbləğin hansı qaydada və əsasla hesablanması kimi ziddiyyətləri məhkəmə iclasında izah edə bilməmişdir.

16. Qarşılıqlı iddia tələbi üzrə kommunal (qaz, işıq və kanalizasiya) xərclərlə bağlı saldolar təqdim edilsə də, birinci instansiya məhkəməsi bu sənədləri əsaslı və mötəbər sübutlar kimi qəbul etməmiş və bunu onunla əsaslandırmışdır ki, icarə müqaviləsi dövründə mübahisəli ünvana dair yazılmış kommunal borclar ödənilmiş, lakin həmin borclar ümumi hesaba ödənildiyindən, ödənişin kim tərəfindən həyata keçirildiyini müəyyən etmək mümkün olmamışdır. Buna görə də İddiaçı kommunal xərclərin müştərək qaydada ödənilməsinə dair etirazı əsaslı olduğu üçün qarşılıqlı iddia tələbi bu hissədə də təmin edilə bilməz.

17. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21, 157.2, 700.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217.3, 217.4, 222.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

18. İlk iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnamə sinin ilk iddianın təmin olunmayan hissəsində ləğv olunub həmin hissədə iddianın təmin olunmasını, qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

19. Qarşılıqlı iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnamənin ləğv olunub, qarşılıqlı iddianın təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

20. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4285/2021 nömrəli, 10 avqust 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər İ.Kərimli (sədrlik edən və məruzəçi), A.İsgəndərov və E.Kazımov) İddiaçı apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 8 oktyabr 2020-ci il tarixli qətnaməsinin ilk iddianın təmin olunmayan hissəsində qismən ləğv edilməsi və həmin hissədə iddianın qismən təmin edilməs i, Cavabdeh bir ədəd böyük, bir ədəd kiçik tüstü bacasının alınaraq İddiaçı verilməsi, ilk iddianın mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması, Cavabdeh apellyasiya şikayətinin təmin edilməməsi, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun apellyatorların özünə aid edilməsi qət edilmişdir.

21. Məhkəmə kollegiyası qəbul etdiyi qətnaməni əsaslandırarkən bildirmişdir ki, İddiaçı apellyasiya şikayətinin dəlillərini qismən, yəni iki ədəd tüstü bacasının qarşı tərəfdə olmasına dair hissədə sübut edə bilmişdir. Belə ki, qarşılıqlı iddiaçının nümayəndəsi məhkəmədə verdiyi izahatında ilk iddiaçıya məxsus təndir və iki ədəd tüstü bacasının onlarda olduğunu, qalan daşına bilən bütün əşyaların ilk iddiaçı tərəfindən aparıldığını bildirmişdir. İlk iddiaçı birinci instansiya məhkəməsində işə baxılarkən qarşılıqlı iddiaçıda qalması təsdiq olunan qril aparatı, iki ədəd böyük təndir və apellyasiya qaydasında işə baxılarkən qarşılıqlı iddiaçıda qalması təsdiq olunan iki ədəd tüstü bacasından başqa qalan əşyaların cavabdeh tərəfdə qalmasına dair məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası qeyd etmişdir ki, qarşılıqlı iddiaçı həqiqətən qarşılıqlı iddia ərizəsində İddiaçı tərəfindən icarəyə götürülmüş obyektə təndir, qril aparatı və s. qoyulduğunu etiraf etsə də, məhkəmə iclaslarında iştirak edən onun nümayəndəsi icarəyəverənə məxsus obyektdə ilk iddiaçıya məxsus sadəcə qril aparatı və iki ədəd böyük təndirin qalmasını bildirmiş, qalan əşyaların isə qarşılıqlı iddiaçıda qalmasını etiraf etməmişdir. Bundan əlavə, ilk iddiaçı çö rək bişirmək üçün avadanlıqlardan məhrum olduğuna görə hər gün 150-200 manat məbləğində gəlirdən məhrum olması və mənəvi zərərə məruz qalması barədə məhkəməyə tutarlı sübut təqdim etməmişdir. Buna görə də birinci instansiya məhkəməsi iki ədəd tüstü bacasının qarşılıqlı iddiaçıdan alınıb ilk iddiaçıya qaytarılması hissəsi istisna olmaqla, qalan hissələrdə iddianı təmin etməməkdə haqlı olmuşdur.

22. Qarşılıqlı iddiaçının apellyasiya şikayətinə gəldikdə isə, məhkəmə kollegiyası qeyd etmişdir ki, ilk iddiaçının icarə haqqını ödəməməsi, elektrik enerjisi, təbii qaz və kanalizasiya xidmətlərindən istifadəyə görə borclu qalması, icarə obyektini əvvəlki vəziyyətinə qaytarmamaqla ona maddi ziyan vurması barədə birinci instansiya məhkəməsinə əsaslı sübut təqdim etmədiyinə görə məhkəmə düzgün olaraq qarşılıqlı iddianı təmin etməmişdir. Kollegiya hesab etmişdir ki, birinci instansiya məhkəməsinin iş üzrə ətraflı araşdırma aparmaması, iş üçün əhəmiyyət kəsb edən halları araşdırmaması, maddi hüquq normalarını düzgün tətbiq etməməsi, formal mülahizələr əsasında qətnamə qəbul etməsi barədə qarşılıqlı iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassızdır.

23. Məhkəmə kollegiyası öz mövqeyini əsaslandırarkən Mülki Məcəllənin 157.2, 700.1-ci maddələrinə istinad etmişdir. Kassasiya instansiyası məhkəməsində birinci icraat

24. İlk İddiaçı (vəkil X1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qərar çıxarılması və yaxud işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

25. Ali Məhkəmənin Mülki kollegiyasının 28 fevral 2022-ci il tarixli, 2(102)-381/2022 nömrəli qərarı ilə (hakimlər A.Abbasov (məruzəçi), E.Şamayev və E.Vəliyeva) İddiaçı kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 10 avqust 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

26. Məhkəmə kollegiyası qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmədiyi hissədə iddianı rədd etməklə düzgün nəticəyə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsinin qeyd edilən hissədə gəldiyi nəticə işin hallarına uyğun olmaqla prosessual hüquq normaları düzgün tətbiq edilmişdir. Belə ki, iş materialarından görünmüşdür ki, iddiaçı tələbinin təmin edilməyən hissəsində istinad et diyi halları sübut edə bilməmişdir.

27. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 157.2-ci maddəsinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

28. Qarşılıqlı iddiaçı Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin 10 avqust 2021-ci il tarixli, 2(103)-4285/2021 №-li qətnaməsinin ləğv edilməsi, kassasiya şikayətində qeyd edilən iş üçün əhəmiyyət kəsb edən halların araşdırılması məqsədi ilə işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

29. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan apellyasiya instansiyası məhkəməsi ilkin iddia üzrə İddiaçı icarə müqaviləsində nəzərdə tutulmuş icarə haqqının ödənilməsinə dair öhdəliyini icra edib-etməməsini araşdırmamışdır. Eyni zamanda iş materiallarında ilk iddiaçının icarə haqqını ödəməsinə dair heç bir sübut olmadığı halda, onun ilkin iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul etmişdir. Beləliklə, işə baxan apellyasiya instansiaysı məhkəməsi Mülki Məcəllənin 700.1-ci maddəsini hazırkı mülki işə tətbiq etməməklə qeyd edilən maddi hüquq normasının pozuntusu ilə qətnamə qəbul etmişdir. Kassatorla İddiaçı arasında bağlanmış 9 iyul 2019cu il tarixli icarə müqaviləsinin 9.10-cu bəndinə əsasən icarəyə verilmiş əmlakda hər hansı bir tikili və s. formada dəyişikliklər edilmişdirsə, İddiaçı həmin tikililəri öz vəsaiti hesabına sökülməsini və icarəyə verilməmişdən əvvəlki vəziyyətdə icarəyə verənə qaytarılmasına dair üzərinə öhdəlik götürmüşdür. Lakin o, müqavilə ilə üzərinə düşən öhdəliyi icra etməmişdir. Belə ki, icarəyə verilən əmlak əvvəlcə ofis olmuşdur. Orada İddiaçı tərəfindən dəyişikliklər aparılmış, təndir, qril aparatı və s. qoyulmuşdur. Məhz müqavilənin vaxtı bitdiyi zaman isə icarəyə verilmiş əmlakı icarədən əvvəlki vəziyyətinə qaytarmamışdır. Beləliklə, müqavilə tələbləri üzrə üzərinə düşən öhdəliyini icra etməmişdir. Bundan başqa, icarəçi 1 il müddətində kommunal, icarə və digər ödənişlər etmədən icarə obyektindən çıxıb getmişdir, həmçinin icarə götürdüyü evə böyük məbləğdə maddi ziyan vurmuşdur. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq o, müqavilə öhdəliklərini yerinə yetirməkdən boyun qaçırmışdır. Apellyasiya instansiyası məhkəməsi isə qeyd edilən hala hüquqi qiymət verməmiş, müqavilə tələbləri üzrə tərəflərin hansı öh dəliklərinin olmasını, ilk iddiaçı tərəfindən müqavilə üzrə öhdəliyin icra edilib-edilməməsi məsələsinə aydınlıq gətirməmişdir.

30. Kassator şikayətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 700.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217-ci maddələrinə istinad edərək əsaslandırmışdır. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

31. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq

32. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istif adə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.

33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması ape llyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

34. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

35. Hazırda apellyasiya instansiya məhkəməsinin qətnaməsindən qarşılıqlı iddiaçı kassasiya şikayəti vermiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasını xahiş etmişdir. Lakin kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ilkin iddianın təmin olunan hissəsində və qarşılıqlı iddianın təmin olunmayan hissəsində ləğvinə yönəlmişdir və qətnamənin əsaslılığı həmin hissədə yoxla nılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

36. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində mübahisələndirilən hissədə apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə mübahisələndirilən hissədə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

37. Belə ki, ilkin iddia tələbi əmlakların qaytarılması və dəymiş zərərin ödənilməsi barədə olub.

38. İşdən görünür ki, iddia tələbi sübut edilən hissədə təmin, sübut edilməyən hissədə isə rədd edilib.

39. Apellyasiya instansiyası məhkəməsi ilkin iddia üzrə iddiaçının öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bildiyi hissədə iddianı təmin etməkdə haqlı olmuşdur. Həmin hissədə iddianın əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsi təşkil edir. Bu normanın dispozisiya şərtlərinə görə əmlakın tələb olunması üçün üç şərtin mövcudluğu tələb olunur: iddiaçı qaytarılması tələb olunan əşyanın mülkiyyətçisi olmalıdır; əşya faktiki olaraq özgəsinin sahibliyində olmalıdır; özgəsinin əşyaya sahibliyinin hüquqi əsası olmamalıdır. Bu şərtlərdən hər hansı birinin sübuta yetirilməməsi iddianın rədd olunmasına əsasdır. Ona görə də Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgənin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, ilk növbədə qaytarılma sı tələb olunan əşyanın mülkiyyətçisi olduğunu, bundan sonra əşyanın faktiki olaraq özgəsinin sahibliyində olduğunu və nəhayət özgəsinin əşyaya sahibliyinin hüquqi əsasının olmadığını sübut etməlidir.

40. İş materiallarından görünür ki, apellyasiya instansiyası məhkəməsi işin hallarını bu əsaslar üzrə araşdırmış, ilkin iddianın təmin olunan hissəsində düzgün nəticəyə gəlmişdir.

41. Qarşılıqlı iddianın təmin olunmaması ilə bağlı məhkəmələrin mövqeyi bu qərarın 14-16-cı paraqraflarında əksini tapmışdır. Məhkəmə kollegiyası həmin əsaslandırma və gəlinən nəticə ilə razılaşır.

42. Məhkəmə kollegiyası qeyd edir ki, qarşılıqlı iddia tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institutun xüsusi əhəmiyyəti vardır. Nəzərə alınmalıdır ki, mülki mühakimə icraatında da sübutetmə yükü bir qayda olaraq, inkar edənin deyil, iddia edənin üzərinə düşür. Həm də işdəki sübutlar biri-birini tamamlamalı, onlar mötəbər və ziddiyyətsiz olmalıdırlar. Məhz belə sübutlar iddianın təmin edilməsi üçün əsas götürülə bilər

43. Apellyasiya instansiyası məhkəməsinin qarşılıqlı iddia üzrə gəldiyi nəticə işin hallarına uyğun olmaqla prosessual hüquq normaları düzgün tətbiq edilmişdir. Belə ki, iş materiallarından göründüyü kimi iddiaçı tələbinin təmin edilməyən hissəsində istinad etdiyi halları sübut edə bilməmişdir. Halbuki Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

44. Kassasiya kollegiyası qeyd edir ki, kassasiya şikayətlərində qeyd edi lən dəlillər əsas etibarilə işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına, qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması barədə dəlillərdir. Məhkəmə kollegiyası qeyd edir ki, sübutların qiymətləndirilməsi kassasiya instansiyasının səlahiyyətinə aid deyil. Buna görə də kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya icraatı müstəsna olaraq hüquqi məsələlərə baxmaqla məhdudlaşır.

45. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(1 03)-4285/2021 nömrəli, 10 avqust 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar