Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2594/2021 05.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı, X7 edilməsi Xnin müstəqil tələb ir x sürməyən üçüncü şəxs qismində cəlb edildiyi iş üzrə QƏRARİ (Açar sözlər: pul tələbi) Hakimlər xyev Zaur x oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Ələkbərov Orxan Malik oğlunun katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının X nömr x iş üzrə 22 oktyabr 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı bildir ir ki, 2013-cü ilin oktyabr ayında Cavabdeh vasitəçiliyi ilə avtomobil almaq istəmiş, bu məqsədlə Sumqayıt şəhərində X12 Prado markalı **-KH-*** dövlət qeydiyyat nişanlı avtomobili müəyyən etmişlər, maşının qiymətini sahibi Qurbani Camalovla 50.000 ABŞ dollarına razılaşdırmışlar. Həmin məbləğin 22.000 ABŞ dollarını nəğd qaydada Q.Camalova vermiş, qalan hissəsinin ödənilməsi üçün Azərbaycan Beynəlxalq Bankı ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsi üzrə 28.800 ABŞ dolları məbləğində borc alınmaqla satıcıya ödəmişdir. İddiaçı qeyd edir ki, avtomobil etibarnamə əsasında ona verilmiş, banka olan kredit borcunu isə o, hissə-hissə ödəməyə başlamışdır. Borcu tam ödəyə bilmədiyinə görə sonradan Cavabdehla aralarında mübahisə yaranmış, sonuncu 2019-ci ilin mart ayında yol polisi vasitəsilə avtomobili ondan geri almış, etibarnaməni ləğv etdirmişdir.
2. İddiaçı qeyd olunanlara istinad edərək aşağıdakı iddia tələblərini ir x sürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, 2013-cü ilin oktyabr ayında Cavabdeh adına aldığı, 2019-cu ilin mart ayına kimi onun istifadəsində və sahibliyində olduğu və hal-hazırda cavabdeh tərəfindən xndən alınmış X12 Prado markalı **-KH-*** dövlət qeydiyyat nişanlı avtomobilə görə ödədiyi 51.538 ABŞ dolları məbləğində pulun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
4. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmış dır ki, o, Cavabdeh və avtomaşın sahibinə bildirmişdir ki, onun cəmi nağd olaraq 22.000 ABŞ dolları pulu var, həmin məbləği hazırda ödəyə bilər, qalan məbləği isə avtomobil adına keçirdikdən sonra Banka girov qoyaraq kredit pul götürüb ödəyəcəkdir. Cavabdeh avtomobilin yiyəsi ilə və avtomobili satan maklerlərlə danışaraq bu şərtlə onları razı salmış, onlar birgə Cavabdeh tanışı olan Banka getmişlər, orada onlara bildirdirmişlər ki, kredit yalnız Bakı şəhərində qeydiyyatda olan şəxsə verilə bilər. Cavabdeh Bakı şəhərində qeydiyyatda olduğundan və ona inandıqlarından avtomobilin onun adına rəsmiləşdirilməsinə razılıq vermişdir, avtomobilə görə əvvəlcə 22.000 ABŞ dolları məbləğində pulu sayıb avtomobili satan Qurbani adlı şəxsə vermiş, bundan sonra avtomobil Cavabdeh adına rəsmiləşdirilməklə banka girov qoyulmuş və bankdan Cavabdeh adına 28.800 ABŞ dolları pul götürülərək avtomobil üçün verilmiş və bununla da, onun tərəfindən avtomobilin pulu tam olaraq ödənilmişdir. Avtomobili götürdükdən sonra elə həmin gün Cavabdeh onun həyat yoldaşı X4 26 illik, 2014-cü ildə isə onun özünə 5 illik əmlakla bağlı mülki etibarnamə vermişdir, onlar da oğlu x adlı şəxsə etibarnamə vermişlər, həmin vaxtdan avtomobil həmişə oğlu x adlı şəxs istifadəsində və sahibliyində olmuş, avtomobili o idarə edib, bu günə kimi bankın kreditini Cavabdeh adından o, oğlu x və eləcə də, onun verdiyi pul hesabına onun yaxınları ödəmişlər. Kreditin demək olar ki, çox hissəsini özü Saatlı rayonunda yaşadığına görə Saatlı rayonunda yerləşən bankdan ödəmişdir. Kredit müqaviləsinin şərtlərinə görə, Azərbaycan Beynəlxal q Bankı ASC-dən Cavabdeh adına 28.800 ABŞ dolları məbləğində, illik 19% olmaqla, 36 ay müddətinə kredit götürülmüş, banka faizlərlə birlikdə 38.005 ABŞ dolları məbləğində pul qaytarmalı idi. Götürülmüş kreditin 13.728 ABŞ dollarını 2015-ci ilə kimi banka ödəmiş, 15.810 dolları isə banka 2016-2017-ci illərdə ödəmişdir (cəmi 29.538 ABŞ dolları Banka ödənilib). 2017-ci il ilin ortalarında onun banka 9000 ABŞ dollarına qədər borcu qalmışdır. Həm devalvasiya ilə əlaqədar olaraq, həm də cavabdeh avtomaşını onun xndən aldığına görə qalan borcu ödəyə bilməmişdir. İddiaçı həmçinin, izahatında bildirmişdir ki, Cavabdeh dələduzluq cinayəti törətməsinə görə həbs edilmiş və ona 4 ilə yaxin cəza vermiş, 2018-ci ildə o, həbsdən çıxdıqdan sonra ona zəng edərək ondan 5000 manat pul tələb etmişdir, tələbini onunla əlaqələndirmişdir ki, krediti vaxtinda ödəmədiyinə görə evinə zənglər olub, ölkədən çıxışına həbs qoyulub və s. Avtomobil 2019-ci ilin mart ayında saxlanılaraq cərimə meydançasına qoyulmuşdur. O, avtomobilin saxlanma səbəbi ilə maraqlanarkən ona məlum olmuşdur ki, saxlanma Cavabdeh müraciəti əsasında olmuşdur. O, DYP-də olaraq həmin avtomobil Elnurun adına alınsa da, faktiki olaraq onun sahibliyində, mülkiyyətində olduğunu bildirərək avtomobilin ona qaytarılmamasını, məsələ həll edilənə kimi cərimə meydançasında saxlanılmasını xahiş etmişdir. Onun oğlu x x görüşərkən məlum olmuşdur ki, Cavabdeh avtomobilə dair onlara verdiyi etibarnamələri ləğv etdirmişdir. X onun oğlunu da aldadaraq onun adına yeni etibarnamə vermək adı ilə avtomobilin texniki pasportunu ondan almış və avtomobil i cərimə meydançasından götürmüşdür. Hazırda Cavabdeh avtomaşını harada saxlamasını bilmir. Cavabdeh avtomobili onlardan gizlədərək indi də onlardan 6000 manat tələb edir, həmin avtomobilin alınmasına cavabdehin heç bir xərci çıxmayıb, həmin avtomobilə görə ödənilmiş 51.538 ABŞ dollar (22.000 ABŞ dolları avtomobili alarkən, 29.538 ABŞ dolları isə kredit kimi) məbləğdə pulu özü şəxsən və yaxınları tərəfindən ödəmişdir, cavabdehin həmin avtomobil üzərində heç bir haqqı yoxdur, həmin avtomobil onun əmlakıdır, əvvəlcə avtomobilə mülkiyyət hüququnun tanınmasını tələb etsə də, hazırda avtomobilə görə ödədiyi 51.538 ABŞ dolları məbləğində pulun ona qaytarılması tələbi üzərində dayanır, avtomobilə görə onun tərəfindən ilkin olaraq 22000 ABŞ dollar ödənildiyini avtomobili satmış X5 da məhkəmədə şah id qismində ifadə verərkən təsdiq etmişdir, hətta cavabdehin özü də bankdan çıxarılmış 28.800 ABŞ dolları məbləğində pula görə əsas və faiz borclarına görə ödənişlərin onun tərəfimdən ödənilməsini təsdiq edir. Cavabdeh güya ilkin ödənilmiş məbləğin 6000 manatının onun tərəfindən, 16.000 manatının isə Cavabdeh özü tərəfindən ödənildiyini bildirmişdir, halbuki, əvvəla, ödənişlər manatla deyil, ABŞ dolları ilə aparılmışdır, ikincisi, həmin məbləği bütünlüklə tək o özü ödəmişdir, hətta cavabdehə dəfələrlə maddi cəhətdən dəstək olmuşdur, bu məqsədlə ona 3000 manatdan çox pul vermişdir.
5. Cavabdeh 01.08.2019-cu il tarixli birinci instansiya məhkəməsinin iclasında bildirmişdir ki, iddiaçını 2013-cü ildə dostluq etdiyi x adlı şəxs vasitəsilə tanımışdır və tanışlıq münasibətlərində dəfələrlə iddia çının evində olmuşdur, x o vaxtı İddiaçı qızının həyat yoldaşı idi, sonralar isə onlar ayrıldılar və aralarındakı nikah pozuldu, özü isə hazırda da xlə dostluğunu davam etdirir, həmin vaxtı x ona zəng edərək nişanlısının atası, yəni İddiaçı avtomobil almaq istədiyini bildirmişdir, bir neçə müddətdən sonra Sumqayıt şəhərində X12 Prado markalı avtomobil tapmışdır, bu barədə Miriyə bildirmiş, Miri isə həyat yoldaşı ilə gələrək maşına baxmışlar və bəyənmişlər, maşının 2013-cü ildə 44.500 manata alqı-satqısı razılaşdırılmışdır, x ona demişdir ki, maşını almaq istəyirlər, eyni zamanda ondan xahiş etmişdir ki, həmin maşın onun adına rəsmiləşdirilsin, çünki həmin vaxt onların maşının pulunu nağd şəkildə ödəyəcək vəsaitləri yox idi, x ilə birlikdə X3 filialına getmişlər, ilk öncə maşını qiymətləndi rmə məsələsini həll etmişlər, daha sonra 36.000 manat pul kredit götürmək istədikdə o məbləğdə kredit verilmədi, bankdan onun adına 28.800 ABŞ dolları kredit aldıqdan sonra maşını girova qoymuşdur, həmin maşının ilk sahibi Nizami adlı şəxs olmuşdur, maşın girov qoyulduqdan sonra o etibarnamə verməmişdir, çünki, o, maşınla bağlı banka müraciət etməzdən öncə xlə razılaşmasına əsasən x ona 22.000 manat pul verm x idi, həmin gün 22.000 manat puldan sadəcə 6.000 manat pulu ala bilmiş, 15.900 manat ona borclu qalmışlar, 2016-cı ildə həbs edilməmişdən öncə o Sabirabad rayon polis idarəsinə getmişdir, amma orada da İddiaçı tərəfindən ona olan borc ödənilməmişdir. Həmçinin cavabdeh izahatında bildirmişdir ki, avtomobilin ilkin ödənilmiş 22000 manat məbləğdən 15900 manat məbləğ ona ödənildiyi təqdir də avtomobili Miriyə qaytarmağa hazırdır, mübahis x avtomobilə görə indiyə qədər Banka edilmiş bütün ödənişlər də Miri tərəfindən həyata keçirilmişdir və onun banka ödədiyi məbləğ mübahisələndirilmir, Banka olan kredit borcu ona aiddir və onun tərəfindən də yerinə yetirilm xdir.
6. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (hakim Ş. xyev) 22 noyabr 2019-cu il tarixli, X nömr x qətnaməsi ilə iddia təmin edilmişdir.
7. Məhkəmə Mülki Məcəllənin 1091-ci maddəsinə istinad edərək mövqeyini belə əsaslandırmışdır ki, iddiaçı tərəfindən ödənilmiş 51.538 ABŞ dolları məbləğində pulun ona qaytarmasını istisna edən, həmçinin mübahis x avtomobilə görə cavabdeh tərəfindən ödəniş aparılmasını təsdiq edən hallar məhkəmə tərəfindən müəyyən edilməmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
8. Bakı A pellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-R.Həsənov (sədrlik edən və məruzəçi), M.Məmmədov və Ş.Məhərrəmova) 22 oktyabr 2020-ci il tarixli, X0 nömr x qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 22 noyabr 2019-cu il tarixli, X əsi qismən ləğv edilməsi, iddia tələbi qismən təmin edilməsi, Cavabdeh 19.591,00 ABŞ dolları (Azərbaycan manatının qətnamə icra edildiyi günə olan məzənnəsi ilə) məbləğində pul tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.
9. Apellyasiya instansiyası məhkəməsi MM-in 1091-ci maddəsinə istinad edərək mövqeyini belə əsaslandırmışdır ki, hazırkı yaranmış vəziyyətdə Cavabdeh əsassız varlanmasının həcmi mübahis x avtomobilə görə ödənilmiş pulun məbləği ilə deyil, onun real əldə etdi yi əmlakın dəyəri ilə müəyyən edilm xdir. Cavabdeh əldə etdiyi əmlakın onun iddiaçı tərəfindən istismar edildiyi dövrdə uğradığı amortizasiyaya məbləği nəzərə alınmaqla, (51.538 ABŞ dolları-31.947 ABŞ dolları = 19.591 ABŞ dolları) 19.591 ABŞ dolları təşkil edir. Ona görə də, iddia tələbi yalnız həmin məbləğə aid hissədə qanuni və əsaslı hesab edilə bilər. Kassasiya şikayətinin və ona etirazın d xlləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin d xlləri
10. İddiaçı kassasiya şikayəti verərək qətnamənin qismən ləğv, apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında iddianın təmin edilməsini xahiş etmişdir.
11. Kassasiya şikayətinin d xlləri iddia ərizəsinin d xlləri ilə eynilik təşkil edilmişdir. Əlavə olaraq qeyd edilmişdir ki, müba hisəsiz qaydada təsdiq olunur ki, qeyd edilən avtomobil cavabdehin təşəbbüsü ilə 2019-cu ildə polis əməkdaşları tərəfindən onlardan alınaraq cavabdehə təhvil verilmişdir. Yəni, aralarında olan razılaşma cavabdeh tərəfindən birtərəfli qaydada pozulmuşdur. Belə olan halda avtomobilin onların istifadəsində olduğu müddət üçün pul məbləği iddiaçının iddia tələbindən çıxılmamışdır. Apellyasiya məhkəməsində bir neçə dəfə hazırki işə baxılarkən cavabdeh məhkəmə iclaslarında iştirak etməmişdir. İddiaçı ilə cavabdeh arasında da kredit borcunun və ona hesablanmış faizlərin iddiaçı tərəfindən ödənilməsi barədə razılaşma olmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın d xlləri
12. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq işdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
14. Maddə 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır.
15. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
16. Maddə 337.4. etibarsız əqd onun etibarsızlığı ilə ba ğlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
17. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəm xdir.
18. Maddə 144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənm xdir.
19. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilm x olan bütün şərtlər mühüm sayılır.
20. Maddə
650. Rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalara daşınmaz əşyaların alğı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir.
21. Maddə 431.1. Borclu öhd xyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhd xyin təbiətindən ir x gəldiyi hallarda öhd xyi şəxsən icra etm xdir. Bütün digər hallarda öhd xyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir. Bu halda “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq kreditorla bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur.
22. Maddə 431.3. Əgər kreditor borcluya mənsub əşyaya məcburi icra yönəldərsə, onda məcburi icra nəticəsində bu əşyaya hüquqlarının itirilməsi təhlükəsi yaranan hər hansı şəxs kreditoru təmin edə bilər. Üçüncü şəxs kreditoru təmin etdikdə, tələb hüququ həmin şəxsə keçir. Tələb kreditorun zərərinə olaraq keçməm xdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etm xdir.
24. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
25. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsin in qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər.
26. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri
27. İddiaçının d xllərinə əsasən mübahisənin predmeti bölünməz olduğu üçün apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
28. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən ir x gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməm xdir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
29. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materiallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər.
30. İş materiallarında olan 04.10.2013-cü il tarixli 262/13 saylı kredit müqaviləsindən görünür ki, borcverən Azərbaycan Beynəlxalq Bankının Xaçmaz filialı ilə borcalan Cavabdeh arasında kredit müqaviləsi imzalanmışdır. Bu müqaviləyə görə Bank avtomobil alınması üçün borcalana 36 ay müddətinə, illik 19 faiz dərəcəsi ilə 28800 ABŞ dolları məbləğində kredit verilməsini öhdəsinə götürür.
31. İş materiallarında olan 04.10.2013-cü il tarixli saylı ipoteka müqaviləsindən görünür ki, ipoteka saxlayan Azərbaycan Beynəlxalq Bankının Xaçmaz filialı ilə ipoteka qoyan Cavabdeh arasında ipoteka müqaviləsi imzalanmışdır. Bu müqaviləyə görə ipoteka saxlayanla ipoteka qoyan arasında 04.10.2013-cü il tarixli 262/13 saylı kredit müqaviləsinə əsasən kredit alana 28800 ABŞ dollarının 36 ay müddətinə 19% ilə verilən kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi X12 Prado markalı avtomobil ipoteka ilə yüklü edilmişdir. İpoteka qoyulmuş əmlak 41000 ABŞ dolları məbləğində qiymətləndirilmişdir. İpoteka ilə təmin edilmiş öhd xyin 36 ay müddətində icra edilməsi nəzərdə tutulmuşdur.
32. İş materiallarında olan nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında etibarnamənin surətindən görünür ki, Cavabdeh adından onun etibarnamə əsasında hərəkət edən nümayəndəsi İddiaçı 28.06.2016-cı ildə nəqliyyat vasitəsinin idarə edilməsi üçün X8 19.02.2021-ci il tarixə kimi qüvvədə olan etibarnamə vermişdir.
33. İş materiallarında olan etibarnamədən görünür ki, 16.06.2017-ci il tarixdə Cavabdeh X2 13.11.2043-cü il tarixədək qüvvədə olan etibarnamə vermişdir və etibarnamə üzrə səlahiyyətlər X8 ötürülmüşdür.
34. İş materiallarında olan ödəniş cədv xndən görünür ki, Azərbaycan Beynəlxalq Bankının Xaçmaz filialı Cavabdeh 36 ay müddətinə, illik 19 faiz olmaqla 28.800 ABŞ dolları məbləğində kredit xətti açmışdır. İş materiallarında olan Cavabdeh adına “hesabdan çıxarış”dan görünür ki, 05.12.2013-cü ildən 03.02.2017-ci ilə kimi kredit ödənişi həyata keçirilmişdir.
35. İş materiallarında olan Azərba ycan Beynəlxalq Bankının Xaçmaz filialının 22.11.2017-ci il tarixli S-AVK-XAC-18 saylı təhvil-təslim Aktından görünür ki, borclu Cavabdeh Azərbaycan Beynəlxalq Bankı ASC-dəki şəxsi borc hesablarından çıxarışa əsasən avtokredit üzrə əsas borc 8100 ABŞ dolları, faiz borcu 1852.25 ABŞ dolları, cəmi borc məbləği 9952.25 ABŞ dolları təşkil edir. İş materiallarında olan AR DİN-nin BDYPİ tərəfindən təqdim olunmuş 19.08.2019cu il tarixli 74499/219 saylı məktubdan görünür ki, X12 Prado markalı 90KH-595 dövlət qeydiyyat nişanlı avtomobil 27.10.2013 - 27.10.2014-cü illərdə etibarnamə ilə X1 istifadəsində olmuş, 05.11.2013cü ildə qeydiyyatdan çıxmış, 05.11.2013-cü il tarixdən Cavabdeh adına qeydiyyata alınmışdır.
36. Apelyasiya instansiyası məhkəməsinin iclasında kollegiya avtomobilin iddiaçının istis marında olduğu müddətdə aşınma səviyyəsini müəyyən etməkdən ötrü mütəxəssis dəvət etmiş, “xxxx” MMC-nin UNİ/O 05-285/20 saylı, 08 oktyabr 2020-ci il tarixli rəyində bildirilmişdir ki, “X12 Prado” markalı, **-KH-*** dövlət nömrə nişanlı avtomobilin 2013-cü ildən 2019-cu il tarixə qədərki dövrdə istifadə olunması ümumi amortizasiya (aşınma) məbləği 31.947 ABŞ dolları məbləğində olması müəyyən olunmuşdur.
37. Həmçinin, Cavabdeh nümayəndəsi və vəkili Vəkil tərəfindən məhkəməyə təqdim olunmuş “X11” tərəfindən tərtib olunmuş mütəxəssis rəyindən görünür ki, 2010-cu il buraxılışlı “X12 Prado” markalı universal tipli nəqliyyat vasitəsinin 2013-cü ildən 2019-cu ilədək müddətdə günlük, aylıq və icarə haqları cəmi 67.800 manat təşkil edir.
38. Apellyasiya instansiyası məhkəməsi mübahisəni yuxarıda gös tərilən qaydada həll edərkən Mülki Məcəllənin əsassız varlanma ilə bağlı normalarına istinad edərək mövqeyini belə əsaslandırmışdır ki, iddiaçı cavabdehin onun hesabına əsassız olaraq 51.538 ABŞ dolları həcmində varlandığını bildirir. Tərəflər mübahisə etmirlər ki, iddiaçı cavabdehlə öz arasında olan razılaşmaya əsasən sonuncunun adına mübahis x avtomobili 50.000 ABŞ Dollarına əldə etmiş, həmin avtomobil Azərbaycan Beynəlxalq Bankında ipoteka ilə yüklü edilərək cavabdehin adına 28.000 ABŞ Dolları məbləğində kredit götürülmüş və həmin məbləğ avtomobilin satıcısına ödənmiş, həmin kredit borcunun və ona hesablanmış faizlərin iddiaçı tərəfindən qaytarılacağı razılaşdırılmışdır. Həmçinin, iş materiallarında olan sübutlarla o da müəyyən edilir ki, iddiaçı digər 22.000 ABŞ dolları məbləğində pulu nəğd olaraq avtomobilin satıcısına ödəmişdir. Tərəflərin razılığına əsasən avtomobil alındığı 2013-cü ildən iddiaçının və onun ailə üzvlərinin istifadəsində və sahibliyində olmuş, bu məqsədlə cavabdeh iddiaçının özünə və onun ailə üzvlərinə müvafiq etibarnamələr vermişdir. Həmin avtomobil cavabdehin təşəbbüsü ilə 2019-cu ildə polis əməkdaşları tərəfindən iddiaçıdan alınaraq ona təhvil verilmişdir. Göründüyü kimi, iddiaçı cavabdehin adına alınmış avtomobilə görə ödənişləri o şərtlə ödəməyə razılaşmışdır ki, həmin avtomobil onun və ailə üzvlərinin daimi istifadəsində və sahibliyində olacaqdır. İddiaçının həmin avtomobili 2013-cü ildən 2019-cu il tarixədək olan müddət ərzində fasiləsiz olaraq istismar etməsi nəticəsində həmin avtomobil amortizasiyaya uğramış və 2013-cü ildə olan öz ilkin dəy ərini itirmişdir. Məhkəmə tərəfindən cəlb edilmiş mütəxəssis tərəfindən həmin avtomobilin qeyd edilən müddət ərzində uğradığı amortizasiyanın məbləği 31947,00 ABŞ dolları həcmində müəyyən edilmişdir. Belə olan halda, hazırkı şəraitdə Cavabdeh İddiaçı mübahis x avtomobilə görə ödəmiş olduğu ümumilikdə 51.538 ABŞ Dolları məbləği həcmində əsassız varlanmasını iddia etmək düzgün deyildir. Əsassız varlanma ilə bağlı mülki qanunvericiliyin yuxarıda qeyd edilən normalarının tələblərindən çıxış edərək (varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır), hazırkı yaranmış vəziyyətdə Cavabdeh əsassız varlanmasının həcmi mübahis x avtomobilə görə ödənilmiş pulun məbləği ilə deyil, onun real əldə etdiyi əmlakın dəyəri ilə müəyyən edilm xdir. Cavabdeh əldə etdiyi əmlakın onun id diaçı tərəfindən istismar edildiyi dövrdə uğradığı amortizasiyaya məbləği nəzərə alınmaqla, (51538,00 ABŞ dolları-31947,00 ABŞ dolları = 19591,00 ABŞ dolları) 19591,00 ABŞ dolları təşkil edir. Ona görə də, iddia tələbi yalnız həmin məbləğə aid hissədə qanuni və əsaslı hesab edilə bilər.
39. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında avtomobilin alqı-satqısına dair etibarlı alqısatqı müqaviləsi bağlanmamışdır. Belə ki, tərəflərin bu barədə iradələrini ifadə etdikləri və rəsmi reyestrdə qeydə alınmış daşınar əşyanın alqı-satqısına dair qanunla nəzərdə tutulmuş formada təsdiqlənmiş müqavilə mövcud deyil. Bu hal tərəflər arasında avtomobilə dair razılaşmanın forma tələbinə görə etibarsızlığına dəlalət edir (§ 14).
40. Bununla belə işin hallarından görünür ki, sözügedən avtomobil Ca vabdeh tərəfindən geri alınmışdır. İddiaçı isə avtomobil üçün ödədiyi pul vəsaitlərinin geri qaytarılmasını tələb edir.
41. Kollegiya nəzərə alır ki, iddiaçı qeyd olunan pul vəsaitlərini cavabdehə deyil, avtomobilin satıcısına və banka ödəmişdir. Bu hallar ona dəlalət edir ki, iddiaçı Cavabdeh üçüncü şəxslər qarşısındakı öhd xyini icra etmişdir. Belə olan halda, iddia tələbinin hüquqi əsası kimi üçüncü şəxsin xeyrinə edilmiş icranın borcludan geri tələb edilməsi ilə bağlı normalar çıxış edir. Mübahisəyə isə həmin maddi hüquq normaları tətbiq edilməmişdir.
42. Məlum olduğu kimi öhd xyin icrası borclunun özündən asılı olduğu hallar, habelə Mülki Məcəllədən, müqavilədən və ya öhd xyin təbiətindən ayrı hal ir x gəlmədikdə öhd xyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunu n razılığı tələb edilmir. Üçüncü şəxs kreditoru təmin etdikdə, tələb hüququ həmin şəxsə keçir (§ 21-22).
43. Belə olan halda, iddiaçının avtomobil üçün satıcıya və banka cavabdehin xeyrinə ödədiyi vəsait həcmində cavabdehə qarşı tələb hüququ əmələ gəlmişdir. Bununla belə, iddiaçının tələb etdiyi məbləğdən avtomobilə görə ödədiyi məbləğlə maşının ondan alındığı zaman mövcud olan dəyəri arasındakı fərq nəzərə alınmaqla çıxıla bilər.
44. Kollegiya hesab edir ki, iddianın təmin edilmiş hissəsi əsaslı olsa da, kassatorun d xlləri baxımından mübahisənin predmeti bölünməz olduğu üçün qətnamə tam ləğv edilm x, yuxarıda göstərilən halların araşdırılması və nəticəsindən asılı olaraq yekun qərarın qəbul edilməsi üçün iş apellyasiya instansiyası məhkəməsinə göndərilm xdir.
45. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2551/2020 nömr x iş üzrə 22 oktyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.